9 мар. 2014 г.


Hovard. Sizcə müasir hərbi təhlükənin əsas səbəbi nədədir?

Stalin. Kapitalizmdə.

Hovard. Kapitalizm məhz hansı təzahürlərində?

Stalin. Onun imperialist işğalçı təzahürlərində. Birinci Dünya müharibəsinin necə başlamasını xatırlayırsız. O dünyanı dəyişdirmək istəyindən meydana gəldi. İşin əsli indi də eynidir. Kapitalist dövlətlər var ki, özlərini əvvəlki təsir dairələrinin, ərazilərin, xammal mənbələrinin, bazarların və s. bölüşdürülməsində öz payını almamış hesab edirlər və onları yenidən öz xeyirlərinə bölüşdürmək istəyirlər. Kapitalizm özünün imperializm mərhələsində elə bir sistemdir ki, müharibəni beynəlxalq ziddiyyətlərin həllində qanunu üsul hesab edir, hüquqi cəhətdən olmasa da reallıqda.

Hovard. Siz hesab etmirsizmi ki, kapitalizm ölkələrində əsaslı ehtiyat mövcud ola bilər ki, Sovet İttifaqı öz siyasi nəzəriyyələrini Digər xalqlara sırımaq istəyir?

Stalin. Belə qorxu üçün heç bir əsas yoxdur. Əgər Siz sovet insanlarının ətrafdakı dövlətlərin simasını dəyişmək istədiyini, özü də güclə, düşünürsüzsə, çox yanılırsız. Əlbəttə ki, sovet insanları ətrafdakı dövlətlərin simasını dəyişməsini istəyir, amma bu ətrafdakı dövlətlərin öz işləridir. Əgər ətrafdakı dövlətlər öz yerlərində möhkəm dayanıblarsa, bilmirəm onlar sovet insanlarının ideyalarında hansı təhlükəni görə bilərlər.

Hovard. Sizin bəyanatınız o deməkdir ki, Sovet İttifaqı hansısa dərəcədə dünya inqilabı etmək planlarını və istəyini bir kənara qoyub?

Stalin. Bizim heç vaxt belə bir planımız və istəyimiz olmayıb.
Hovard. Mənə elə gəlir ki, mister Stalin, uzun müddət ərzində bütün dünyada məhz belə bir təəssürat yaranıb.

Stalin. Bu anlaşılmazlığın nəticəsidir.

Hovard. Faciəvi anlaşılmazlıq?

Stalin. Xeyr, komik anlaşılmazlıq. Və ya, daha doğrusu, traqikomik. Bilirsizmi, biz, marksistlər, hesab edirik ki, inqilab digər ölkələrdə də baş verəcək. Amma yalnız o zaman baş verəcək ki, bunu həmin dövlətlərin inqilabçıları mümkün və lazımlı sayacaq. Hər bir ölkə, əgər bunu istəyirsə, özü öz inqilabını edəcək, əgər istəmirsə inqilab olmayacaq. Misal üçün, bizim ölkəmiz inqilab etmək istədi və bunu etdi, və indi biz yeni, sinifsiz cəmiyyət qururuq. Amma bizim digər ölkələrin həyatına qarışaraq orada da inqilab həyata keçirməyimizi iddia etmək olmayan şeyi və heç vaxt təbliğ etmədiyimiz şeyi söyləmək deməkdir.
(“Scripps-Howard Newspapers” Amerika qazet birliyinin sədri Roy Hovardla müsahibə, 1 mart 1936-cı il)

Комментариев нет:

Отправить комментарий