Şəkil Ukraynada çəkilib, Dondasda. Amerikançı neobanderaçı Kiyev hökumətini qəbul etməyən, bu hökumətə etiraz olaraq Ukraynadan ayrılmaq istəyən Donbasda. Gördüyünüz kimi, neobanderaçı Kiyevin silahlı qüvvələrinə qarşı müdafiə olunan döyüşçülər SSRİ bayrağından istifadə edir. Ümumiyyətlə, Donbasda sovet simvolikası çox dəbdədir, çoxları istifadə edir. Bu günlərdə xalq cümhuriyyəti elan etmiş Luqansk və Donetsk bölgələrində seçkilər oldu. Xəbərlərə görə, seçicilər aktiv idi. Sosioloqlar bunu Donbas insanlarının sovet vaxtı üçün nostalji hissləri bəsləməsi ilə izah edirlər... Bu - nostalji - sözünü tez-tez Sovet sosializmi haqda müsbət fikirlər səsləndirən hər kəsin boynuna yarlıq kimi asırlar. Halbuki, məsələ nostalji məsələsi deyil. Hər şey aydın və bəsitdir: insanlar sosializm istəyir, bütün qüsurlarına rəğmən hətta Sovet sosializminə razıdırlar. Kapitalizmdən, neoliberalizmdən dadnadan sonra. Təəssüf ki, Donbas döyüşçülərini və seçicilərini xəyal qırıqlığı gözləyir. Ona görə "təəssüf" deyirik ki, Rusiyanın başqa Putin olmaqla burjua elitası çətin ki, orada qırmızı bir anklavın olmasına razılıq versinlər. Qırmızı Donbas saçı-liberal Kreml üçün təhlükə mənbəyidir. Donbas döyüşçülərin əksəriyyəti amerikançı Kiyev hökumətinə qarşı sovet sosializmini bərpa edəcəklərinə inanaraq vurşurdular. Onlar indiyə kimi inanırlar ki, fabriklər, zavodlar, təbii resurslar, topağlar - hər şey - xalqın mülkiyyətinə qaytarılacaq. İnanın ki, Donbasın bu qırmızı dəstələri Rusiyaya daxil olub Moskva tərəfə getsələr, Rusiyanın hər yerində xalq , sadə insanlar onları xoş qarşılayar, onların tərəfinə keçər...və beləliklə Rusiyanın özündə sosialist inqilabı yenidən zəfər çalar. Rusiya əhalisi Putini ABŞ və NATO-ya qarşı prinsipial mövqe tutuduğuna görə dəstəkləsələr də, korrupsiyaya, sosial ədalətsizliyə, neoliberal islahatların davam etməsinə görə çox narazıdırlar. Bizdə də neoliberal islahatlar davam edir. İki daşın arasında İlham Əliyev pensiya haqda yeni qanuna imza atdı... Heç buna diqqət etdiz? Çünki hamımızın başını Aşuraya, dini söhbətlərə və müğənnilərimizin şəxsi həyatının müzakirəsinə qatıblar.
İnsanlığın gələcəyini düşünən hər kəs ekososialist ola bilər.
9 дек. 2014 г.
İkinci dünya müharibəsinin sonunda sovet kəşfiyyatçısı Mixail İvanov SSRİ-nin yaponiyadakı səfirliyində işləyirdi.
1945-ci ilin avqustunda ABŞ silahlı qüvvələri tərəfindən Hirosima və Naqasakiyə nüvə bombaları atılanda mərkəzdən İvanova bu şəhərlərə gedib məlumat toplamaq tapşırığı verildi. SSRİ-nin o zaman hələ nüvə silahı olmadığından bunu hətta amerikalı mütəxəssislərdən əvvəl etmək vacib idi və o həmkarı Herman Sergeyev ilə avqustun 16-da Hirosimaya gəldilər. Amerikalıların ancaq 20 avqustda ora gəlməsi planlaşdırılırdı.
Qatarla Hirosimaya gələn İvanov və Sergeyev gördükləri mənzərədən dəhşətə gəldilər. Onların məqsədi nüvə silahının gücünü müəyyən etmək üçün material toplamaq idi, amma partlayışın episentrində 1 km radiusunda heç nə yox idi. Elə bil burada nəhəng bir yolbasan keçib yeri hamarlamışdı. Qəribə rəngli ərimiş daşların qoxusu ürək bulandırırdı. Radiasiyadan şübhələnməyən İvanov və Sergeyev bu daşları çemodana yığdılar.
Naqasakidə onlar amerikan kəşfiyyatçı təyyarəsinin atdığı xəbərdarlıq vərəqələrini tapdılar. Sağ qalmış insanlar qırıqlardan özlərinə sığınacaq düzəldirdilər. Meriya binasında gecələmək istəyən İvanov və Sergeyev insanların qışqırıqları, iniltiləri, çürüyən bədənlərin qoxusundan yata bilmədilər.
Onlar radiasiyaya məruz qaldılar. Müharibədən sonra qəbul olunmuş yapon qanunlarına görə onlar nüvə bombalanması qurbanları sayıla bilərdilər.
Sergeyev tezliklə vəfat etdi. İvanov isə bu il 101 yaşında dünyasını dəyişdi. Bunun səbəbləri indiyədək məlum deyil. Məlum olan odur ki, Tokiodan Hirosimaya qatarda gələrkən İvanov bir şüşə viski içmişdi. Sergeyev isə içməmişdi.
Sonradan SSRİ-də nüvə obyektlərinin işçiləri kiçik dozalarda spirtli içkilər qəbul etməli idilər. Hətta sualtı nüvə qayıqlarında bu 100 qramlıq dozaya "İvanovun stəkanı" deyirdilər.
Sovet sosializmi vaxtının plakatı.
Böyük hərflərlə "Milis - xalqın xidmətçisidir" yazılıb. Divarda da yazı var: "Zəhmətkeşlərin şikayət və ərizələrinə diqqətlə yanaşmaq". Bu, milisə olan tələb idi.
SSRİ dağılan/dağıdılan, kapitalizm bərpa olan 25 ildir. Müstəqil kapitalist Rusiyada və Azərbaycanda polis xalqın dostudurmu? Xidmətçisidirmi? Əmək insanının, fəhlənin, kəndlinin, ümumiyyətlə üst təbəqəyə, burjua sinfinə aid olmayan vətəndaşların ərizələrinə və şikayətlərinə diqqətlə yanaşılırmı?
Bəlkə Türkiyədə polis xalqın dostudur? Bəlkə ABŞ-da polis xalqın xidmətçisidir?
Kapitalizmlə hələ qüsurlu sovet sosializminin fərqi həm də bundadır. (Kapitalizm özü sistemli bir qüsurdur.)
Kapitalist ölkədə polis - xalqdan toplanan vergiylə xalqa qarşı istifadə edilən silahlı güc dəstələridir. Bəli, polis ictimai təhlükəsizliyi qoruyur, əziyyət çəkir, sağ olsun... Amma kapitalist elitaya sərf edən ictimai təhlükəsizliyi.
Saral Sarkar - Ekososializmin perspektivləri
I. Sual
Mənim dinləyicilərimdən biri Pekində mühazirədən sonra mənə yaxınlaşdı və söylədi ki, mühazirə onu tamamilə inandırıb, amma onun üçün sual qalan bir şey var: “Ekososializm nə vaxt gələcək?”
Bu çətin, verməyə sadə cavabım olmayan sual idi. Cavab verdim ki, mən
astroloq deyiləm. Bununla belə bu maraqlı sualdır, amma onu başqa şəkildə
qoymaq lazımdır: Ekososializmin perspektivləri varmı? Və ya: Bugün insanların əksəriyyətinin
kapitalizm cəmiyyətini ekososialist cəmiyyətə transformasiya etmək istəyinin əlamətləri hansılardır?
Bu sual olduqca vacibdir, çünki dünyada
bərqərar olmuş vəziyyət uzun müddət davam edə bilməz. Bu sual Marksın
ardıcıllları üçün də başlanğıc nöqtə ola bilər. Marks özünün Siyasi İqtisadiyyatın
Tənqidi əsərinin müqəddiməsində yazırdı: “Sosial şərait istehsal qüvvələrinin
inkişafı olmadan aradan qalxa bilməz; uyğun olaraq da, köhnə cəmiyyətin
daxilində maddi şərait yetişmədən daha yüksək istehsal münasibətləri yarana
bilməz. Buna görə də bəşəriyyət qarşısında özü üçün ancaq həll edə biləcək məsələlər
qoyur; məsələni daha diqqətlə nəzərdən keçirməklə, görə bilərik ki, həmin məsələrin
özləri ancaq onların həlli üçün maddi şərait yarandıqda və ya ən azından
formalaşma prosesində olduqda meydana çıxırlar.” (Marks və Engels)Mən Marksın sözü onun üçün son siyasi
hikmət olan köhnə sosialistlərdən deyiləm. Amma onun sözləri kifayət qədər
inandırıcıdır və aydın düşünən, fantaziya qurmaqla məşğul olmayan sosialistlər
üçün faydalıdır. Bu sözlər inkişaf etmiş kapitalizm cəmiyyətlərində işçi sinfin
Marksın ümidlərini niyə doğrultmadığını dərk etməyə kömək edir. Bu ona görə baş
verdi ki, Marksın fikrinin əksinə olaraq kapitalizmdə mövcud olan istehsal qüvvələri
tamamilə tükənməmişdi. Onlar üçün hələ çox yer vardı.II. Müasir böhranlar
Qoyulmuş suallardan ilkinə cavab verməzdən əvvəl bugünkü vəziyyətin ən vacib və ən çox nəzərə çarpan aspektlərinin üzərində dayanmaq lazımdır. Əgər biz problemləri aydın görsək və böhranın təbiətini anlasaq, suala cavab vermək daha asan olacaq. Biz sual verməliyik: kapitalizm çərçivəsində problemlərin həllini və böhranları aşa biləcək istehsal qüvvələrinin gələcək inkişafını gözləmək olarmı? Əgər bu suala müsbət cavab versək, bu nəticəyə gəlməliyik ki, kapitalizm tezliklə aradan qalxmayacaq və sosializmin meydana gəlməsi üçün sosialistlərin fikrincə,daha yaxşı (hələlik “yüksək” terminini bir kənara qoyaq) istehsal münasibətlərinə gətirib çıxaracaq maddi şərait hələ yetişməyib. Başqa sözlə, bu nəticəyə gəlməliyik ki, sosializmə keçid üçün hələ zəruri şərait yoxdur. Son bir neçə ildə dünyanın kütləvi informasiya vasitələri adətən xəbər verdikləri böhranlardan (inflyasiya, iqtisadiyyatın çökməsi, fond bazarının dağılması, iqtisadi staqnasiya, işsizliyin artması, velfer böhranı, inkişafda olan ölkələrdə xarici borcların artması, yoxsulluq, ölkələr arasındakı münasibətlərdə artan gərginlik, müharibələr və s.) daha ciddi müxtəlif böhranlar haqda məlumatlar verirlər. Bu böhranlar hələ də bizimlədir, amma onlar ümumilikdə qanunauyğundurlar və işlərin ümumi vəziyyətinin bir hissəsidirlər. Bəşəriyyətin qarşılaşdığı olduqca daha ciddi böhranlarla müqayisədə onlar kapitalizm rejimi üçün təhlükəli deyillər.
.III. İstehsal qüvvələrinin vəziyyəti
IV. Əsas inkişaf mənbəyi
mənbəyi olub. Amma onlar Sənaye Sivilizasiyasının inkişafının və partlayıcı xarakterinin səbəbi deyillər. Bəs o zaman son iki yüz ildə rifah halının artmasının əsas səbəbi nə olub? Bəli, mədən yanacağı.Hər birimizin də yaxşı bildiyi kimi, buxar maşını Sənaye İnqilabını “işə saldı”. Yüksək təzyiqli buxarı kömürü yandırmaqla əldə edirlər. Buxar istehsalı üçün odun da istifadə oluna bilərdi. Amma İngiltərədə Sənaye İnqilabı başlayanda artıq odun çatışmırdı. Odunun yerinə kömür, olduqca çirkli yanacaq istifadə olunmağa başladı. Odun və kömür arasındakı fərq ilk növbədə bundadır ki, birincisi, kömür ehtiyatı o qədər çox idi ki - ən azından Sənaye İnqilabının baş verdiyi yerlərdə - tükənməz görünürdü. İkincisi, kömürün enerji tərkibi (enerji sıxlığı) odundan olduqca çoxdur. 1996-ci ildə aparılmış tədqiqat göstərdi ki, ABŞ-da salınmış ağac plantasiyalarındakı təmiz enerji göstəricisi EROEI 2.1-ə bərabərdir. İlkin dövrlərdə (1901-1920) texas nefti üçün EROEI 20-yə bərabər idi. Başqa sözlə, mədən yanacağı hər bir insana şərti olaraq onlarla kölə verirdi. Praktiki bilik verən alimlər və mühəndislər nəsli öləndə, onun yerinə başqa nəsil alimlər və mühəndislər gəlir. Onlar və onların bilikləri, belə deyək, sənayecə inkişaf etmiş ölkələr üçün bərpa olunan mənbələrdir və onların çatışmazlığı yoxdur. Amma mədən yanacağı ilə belə deyil.Son 200 ildə yer almış xeyli sayda ixtiralar və istehsal artımı, təbii ki, alim və mühəndislərin işlərinin nəticələridir. Amma onların üzərində işlədiyi platformanı nəticədə əlçatan və ucuz mədən yanacağı təmin edirdi. Misal üçün, təyyarənin ixtirasını kifayət qədər neft olmadan təsəvvür etmək deyil. Əl əməyini əvəz edən və səmərəliliyi artıran elektrik maşınlarını da eynilə mədən yanacağı istifadə etmədən təsəvvür etmək çətindir.Bugün həmin bu platforma laxlayıb. Neft hasilatı son həddə çatıb. Onun qiyməti hədsiz dərəcədə artıb və artıq təklifi artırmaq mümkün deyil. Artıq üfiqdə qızıl neft əsrinin sonu görünür. Bir çox hava yolları uçuş marşrutlarını bağlayır, qiymətləri qaldırır. Amerikalılar və avropalılar daha az şütüməli və daha az avtomobil almalı olurlar. Amerika və Avropa avtomobil sənayesi böhranı içərisindədir.Ekoloji iqtisadiyyatın banilərindən olan Nikolas Georqeskyu-Reqen mədən yanacağı yataqlarını və digər vacib bərpa olunmayan mədən minerallarını “bəşəriyyətin Yer kürəsindən aldığı kiçik miras” adlandırır. Buna görə o belə bir nəticəyə gəlib:“Hətta əhalinin sabitliyi və resursların sabit istismar tempində belə, insan nəsli digər faktorlar üzündən daha əvvəl məhv olmasa, nəticədə, bu miras tükənəcək.”(Georgescu-Roegen 1971/1981: 296)“Digər faktorlar” adı altında müxtəlif müharibələri, xüsusilə, yerdə qalmış resurslar üstündə müharibələr, resurs məhdudiyyəti üzündən insanlığın müqavimət göstərə bilməyəcəyi pandemiyalar, qlobal istiləşmənin yaratdığı dağıntılar və digər fəlakətləri başa düşmək olar.Georqeskyu-Reqen bunu 1971-ci ildə, əsas diqqətin resurs probleminə ayrıldığı bir vaxtda yazmışdı. 2006-ci ildə Ceyms Lavlok diqqətini – digər gözəl alim və mütəfəkkir - əsasən Yer kürəsi planetinin ekoloji sağlamlığı üzərində topladı. O Yer kürəsini canlı orqanizm ilə müqayisə etdi və onu “Qeya” (qədim-yunan ilahəsinin adı ilə) adlandırdı. Qlobal istiləşmədən qaynanaqlanan böyük təhlükə haqqında qeyd edərkən, Lavlok böyük pessemizimlə yazırdı:“Qeyanın qızdırması var və onun xəstəliyinin səbəbi bizik. Tezliklə onun vəziyyəti pisləşəcək və komaya düşəcək. O daha əvvəllər də komaya düşüb, amma özünə gəlirdi; düzdür bunun üçün 100000 çox zaman tələb olunurdu. Onun vəziyyətinin məsuliyyəti bizim üzərimizdədir və tezliklə onun xəstəliyinin bütün təsirlərini öz üzərimizdə hiss edəcik: artıq bu yüzillik temperatur mülayim enliklərdə 8 dərəcə Selsi və tropiklərdə 5 dərəcə Selsi artacaq.”Amma öz pessemizminə baxmayaraq, o hərəkət etməyə çağırır:“Ümidsizliyə qapılmayaq və yalnız öz hüquqlarımız və tələbatlarımız haqda düşünməyək; qəbul etmək lazımdır ki, biz Yer Kürəsinə ziyan vurmuşuq və artıq Qeya ilə sülh bağlamaq zamanı gəlib. Hələ gücümüz varkən, silahlı quldur dəstələri bizi aciz qullara çevirməmiş biz onunla danışıqlara girməliyik.
”V. Yeni hədəflər
Biz Lavloku dinlədikdə, qarşımızda tamamilə fərqli, yeni məsələlər dayanır. Və problem təkcə qlobal istiləşmədə deyil. O daha genişdir. Bu gün ekologiya və iqtisadiyyat arasında danılmaz ziddiyyət mövcuddur. Qısası, biz nə qədər çox istehlak ediriksə, ətraf mühiti o qədər çox çirkləndiririk/dağıdırıq. Bu hətta istehlak tullantıların ixtisarı üçün artsa belə doğrudur. Və əhalinin və gələcək nəsillərin marağında olan ətraf mühitin qorunması üzrə bütün tədbirlər mövcud nəslin xərclərinin və itkilərinin artırılması ilə nəticələnir ki, bu da iqtisadi artımı məhdudlaşdırır. Təbiətin çirklənməsinin və məhvinin –qlobal istiləşmə də daxil olmaqla - ən etibarlı azaltma üsulu ümumi istehlakı azaltmaqdır. Hansı ki, ümumi iqtisadiyyatın kiçilməsinə səbəb olur. Öz kitabımda aşağıdakıları təklif etmişəm. Biz bunu istəsək də, istəməsək də III və IV bölmələrdə gətirilmiş faktlar belə bir mütləq nəticəyə gətirir ki, sosializm ideyası sənayecə yüksək inkişaf etmiş cəmiyyət əsasında artıq reallaşa bilməz. Bundan əlavə, sosializm rejiminin ilk məsələsi istehsalın və əməyin səmərəliliyinin artırılmasından ötrü istehsal qüvvələrinin inkişafı olmasına ənənəvi baxış artıq mənasızdır. Bu ideyalar və anlayışlar köhnəliblər, və onları bugünkü problemlərə və böhranlara daha uyğun ideya və anlayışlarla əvəz etmək lazım. Beləliklə, bugün sosialistlər insan tələbatları və hüquqlarının prioritet anlayışını ətraf mühitin mühafizəsi prioriteti anlayışı ilə əvəz etməlidirlər. Və yeni sosializm rejiminin ilk vəzifəsi əsaslı surətdə, və hətta məxsusən, bərpa olunan enerjiyə əsaslanan iqtisadiyyata keçid təşkil etmək olmalıdır. Marks yazırdı: “Filosoflar indiyə kimi sadəcə dünyanı izah edirdilər; məsələ isə onu dəyişməkdədir”. Biz bu gün söyləməliyik: biz, sosialistlər də daxil, indiyə kimi dünyanı dəyişirdik; indi isə məsələ onu qorumaqdır. Bundan başqa, kommunizm cəmiyyətində ilk qaydanın “hər kəsdən bacarığına, hər kəsə tələbatına görə” olması haqda Marksın ideyasına düzəliş edilməlidir. Bugün bu qayda belə səslənməlidir: hər kəsdən bacarığına... hər kəsə - təbiəti dağıtmadan və zəiflətmədən ondan əldə edilə bilənin bərabər hissəsi. I bölmədə misal çəkdiyim Marksın sitatına qayıdaq. O yazırdı: “... daha yüksək istehsal qüvvələri köhnə cəmiyyətin daxilində maddi şərait yaranmadan meydana gələ bilməz.” Görünür, Marks burda demək istəyir ki, yüksək istehsal qüvvələrinə malik sosializm uyğun maddi şərait yetişən kimi öz-özünə (avtomatik) yaranacaq. Mən hesab etmirəm ki, o öz-özünə yaranacaq, onu yaratmaq lazım; Marks həmçinin yaranmış “məsələlərdən” danışır. Sual yaranır: onun üçün maddi şərait yetişibmi?“Maddi şərait” adı altında Marks və onun ardıcılları bu vəziyyəti başa düşürdülər ki, sənayecə yeksək inkişaf etmiş cəmiyyətdə kapitalizm istehsal qüvvələrinin gələcək inkişafını dayandıran güc olacaq. Onların fikrinə görə, kapitalizm bu səbəbdən məhv olmalıdır. Bununla belə, müasir kapitalizm iqtisadiyyatına nəzər salanda görürük ki, kapitalizm istehsal qüvvələrinin inkişafını DAYANDIRMIR. Əksinə, kapitalizm istehsal qüvvələrini inkişaf etdirir, özü də elə bir güclə və sürətlə ki, insanlar və qlobal ətraf üçün ən böyük təhlükəyə çevrilir. Uyğun olaraq, bu gün məsələ istehsal qüvvələri üçün məhdudiyyətləri aradan qaldırmaqda deyil, əksinə, kapitalizm şəraitində bazar qüvvələri ilə həyata keçirilən bu qüvvələrin insan cəmiyyətinə və təbiətə münasibətdə hər hansı bir əxlaqi normadan asılı olmayan dinamika aldığını dərk edərək onları daha effektiv məhdudlaşdırmaqdadır. Amma bu kifayət deyil. Bugün məsələ artım dəliliyindən uyğun uzaqlaşmanı təşkil etmək, insanlığın iqtisadi aktivliyini düşünülmüş şəkildə azaltmaqdır.Bu məsələlərin öhdəsindən yalnız artımın azalmasına istiqamətlənmiş sosializm və planlı iqtisadiyyat gələ bilər. Kapitalizmdə ona yer yoxdur, çünki onun məntiqi artıma əsaslanıb. Məhz bu səbəbdən o aradan qaldırılmalıdır. Bu tamamilə fərqli, tamamilə yeni səbəblərdir ki, sosializm bu səbəblərə görə lazımdır. Bu sosializmin vəzifələrinin yeni quruluşudur. Köhnə və yeni sosializm arasında fərqi göstərmək üçün yeni sosializmi “eko-sosializm” adlandırmaq lazım.
VI. Eko-sosializmin perspektivləri
Marks yazırdı: “bəşəriyyət qarşısında yalnız həll edə biləcəyi vəzifələri qoyur; elə bu vəzifələrin özləri də yalnız onların həlli üçün maddi şərait yetişdikdə meydana gəlir..”. Yeni məsələlərin, eko-sosializmin qarşısında dayanan məsələlərin uğurlu həlli üçün maddi şərait mövcuddurmu? Mən hesab edirəm ki, bəli. Çünki, sosializmin köhnə marksist anlayışından fərqli olaraq bugün istehsal qüvvələrinin sürətli inkişafına, sənayecə yüksək inkişaf etmiş cəmiyyətin, yenidən qurulmasına, sovet və çin kommunistlərinin etdiyi kimi, ehtiyac yoxdur. Yeni sosializm məsələlərinin və yuxarıda qeyd olunan məsələlərin həlli üçün vacib olan maddi şərait artıq çoxdan mövcuddur: uyğun bərpa olunan enerji mənbələri və çox zəhmət tələb edən texnologiyalar. Həmçinin də əhali artımını məhdudlaşdıran texnologiyalar.Burda əlavə etmək istəyirəm ki, sosializmə hətta obyektiv zərurət də var. İnsanlığın böyük hissəsi başa düşür ki, II bölmədə qeyd edilmiş böhran və bədbəxtlikləri kapitalizmdə dəf etmək mümkün deyil; insanlar alternativləri arzulayırlar. Ən azından vəziyyətin inkiafını şəxsən müşahidə etdiyim Almaniyada sosializmə olan keçmiş antipatiya getdikcə yox olur. Sorğularda almanların təxminən yarısı hesab edir ki, sosializm çox yaxşı ideyadır, amma onun həyata keçirilməsi uğursuz alınmışdı. Amma bir vacib şərt var ki, o hələ yoxdur, daha dəqiq desək dünya insanlarının əksəriyyətinin yuxarıda sadaladığımız məsələləri öz qarşılarında qoymağa və ümumilikdə ekososializmi qəbul etməyə subyektiv hazırlığı. “Uyğun bərpa olunan mənbələr” ifadəsi, təəssüf ki, hələ də, deyək ki, ABŞ və ya Almaniyada orta sinfin müasir həyat səviyyəsinin saxlanması üçün onların kifayət edəcək səviyyəsi kimi başa düşülür.Köhnə marksist-sosialistlər inqilabdan sonra özündə eqoizmə qalib gələn və kollektivin rifahı üçün öz maraqlarını qurban verən, maddi bərabərliyi qəbul etməyə hazır olan Yeni İnsan yaratmaq hədəfini ortaya qoymuşdular. Eko-sosializm bu mənada çoxluq üçün yeni hədəfi ortaya qoyur – daha aşağı maddi səviyyəni qəbul etməyə hazır olmağı. Köhnə sosializmdə eqoist insan kollektivin rifahının yüksəlməsindən asılı olaraq onun rifah halının yüksələcəyi vəd edilən Yeni İnsan çevrilməli olduğu zaman, eko-sosializm aşkar surətdə rifah halının yüksəlməsini vəd etmir. Misal üçün, tropik amazon meşələrini surətlə məhv edən bugünkü Braziliyada baş verənlərin əksinə olaraq eko-sosialist cəmiyyət bərpa olunan enerji mənbələrini təkcə insanlar üçün sərf etməyə çalışmayacaq.Məhsuldar torpaqların böyük hissəsi digər heyvan və bitkilərin yaşayış mühitinin saxlanması üçün insanlar tərəfindən istifadə olunmayacaq. Eko-sosialist cəmiyyət elektrik enerjisi istehsalı üçün bütün çaylar üzərində bəndlər qurmayacaq. Kapitalizmi əvəz edəcək eko-sosializmin hansı perspektivlər var? İlk görünüşdən bu perspektivlər az görünür. Lavlok “biz” söyləyir. “Biz” kimdir? Əminəm ki, Lavlok bütün insanlığı nəzərdə tutur.Bugün ekososializmin perspektivləri az olsa da, biz gələcək haqqında danışa bilərik. Bütün bugünkü böhranlar zaman keçdikcə daha da kəskinləşəcək. Xaos, qarışıqlıq, konfliktlər bir-birinin ardınca ölkələrdəki hakim siyasi rejimlərin çökməsinə aparıb çıxara bilər. Əlbəttə, bugün ekososialist rejimin qurulacağına ümidlər azdır. Amma pessemizim üçün də səbəb yoxdur. Bu gün dünyada eko-sosialistlər azdır. Və hətta özünü eko-sosialist və ya eko-marksist adlandıranların özləri də insanlığa orta sinfin həyat səviyyəsindən zövq almağa imkan verəcək bərpa olunan mənbələrinin və “təmiz” texnologiyaların sonsuz istifadəsi haqda illüziyaların əsiridirlər. Amma bu illüziyalar tezliklə keçə bilər. Müxtəlif böhranlar, xüsusilə qlobal istiləşmə və resurs çatışmazlığı, kütlələri tezliklə maarifləndirə və onları şeylərə real baxmağa məcbur edə bilər. Biz, ekososialistlər, belə maarifləndirməyə kömək etməliyik. Çox şeydə məsuliyyət bizim, bugünkü ekososialistlərin üzərinə düşür və bizim nə qədər inadla və ağıllı işləməyimizdən asılıdır.Bundan başqa, sənayecə inkişaf etmiş ölkələrdə bir az ümid görürəm. Birincisi, ekologiyadan fərqli səbəblərə görə bu ölkələrin əhalisi azalır (Misal üçün, Rusiya və Almaniya) və ya eyni səviyyədə qalır. Mənəvi, əxlaqi və ya ekoloji mülahizələrdən daha çox insan könüllü olaraq sadə həyat tərzi sürür. Çoxları şəxsi avtomobillərdən imtina ediblər və ümumilikdə istehlakı azaldıblar. Ekologiya üzrə nəzəri işlərdə tez-tez 19-cu əsr iqtisadçısı, iqtisadiyyatın “daimiliyini” müdafiə edən Con Stüart Millin sitatı ilə rastlaşıram. German Dali (1977) tərəfindən “sabit iqtisadiyyatın” müdafiəsi ekoloqlara yaxşı tanışdır. Bu yaxınlarda İngiltərədə və Almaniyada iqtisadiyyatın sənayecə inkaşaf etmiş ölkələrdə qaçılmaz çöküşü haqda xəbərdarlıq edən bir neçə kitab və məqalələr yarandı. Bənzər baxışları bölüşən insanlar hələ də azdır. Amma çoxluq artıq narahatdır və neft əsrindən sonrakı dövr barədə düşünür. Bu mənada həmçinin bunu da qeyd etmək vacibdir ki, bu ölkələrdə özlərini “artım əleyhinə hərəkat” (de-growth movement) adlandıran hərəkatlar mövcuddur. Bununla belə, təəssüf ki, gələcək barəsində narahat olan və həll yolları axtaran bu və digər müəlliflər ancaq kapitalizm çərçivəsində düşünürlər. Onlar sual vermirlər: bəs onların ideyaları kapitalizmdə reallaşa bilərmi? Amma mən düşünürəm ki, ola bilsin elə bir zaman gələcək ki, onda hökumətlər insanlara zəruri qurbanlar haqda söyləməli olacaqlar və daha çox siyasiləşmişlər tələb edəcəklər ki, ağırlıqlar ədalətli bölünsün, yəni əsas əmtəələrə, məhsullara və xidmətlərə kartoçka sistemi tələb edəcəklər. Ümid etmək olar ki, iqtisadiyyatın planlı şəkildə aşağı düşməsi başlayan zaman sənayecə inkiaş etmiş ölkələrdə insanlar əcdadlarının sənaye dövrünə qədər barışdıqları görünməmiş bərabərsizliklə barışmayacaqlar. Bu ekososializmə doğru bir addım ola bilər.
VII. İnkişaf edən ölkələrdə ekososializmin perspektivləri
Düşünürəm ki, Üçüncü dünyanın kasıb ölkələrində ekososializmin perspektvləri daha yaxşıdır. İdeal ekoloji dayanıqlı həyat tərzi və onların real həyat obrazı arasındakı fərqlər Qərbi Avropa və ya Şimali Amerika ölkələrində olduğu qədər böyük deyil. Üçüncü dünyada elektriksiz və maşınsız necə yaşadıqlarını hələ çoxları xatırlayır. Hindistanda hələ bugün də əhalinin 2/3-ü elektriksizdir. Amma burada çox ağır bir aspekt var – qarşısı heç nə ilə alınmayan əhali artımı. Bugün Latın Amerikasında son hadisələrlə bağlı sosialistlər arasında böyük entuziazm müşahidə etmək mümkündür. Bəzi ölkələrdə özlərini sosialistlər adlandıran prezidentlər seçilmişdir, digərlərində sollar sosial-demokratlarla bir bloka daxil olurlar. Xüsusilə böyük ümidlər Venesuelanın və Boliviyanın üzərinə düşür. Amma belə gözləntilər sadəcə köhnə sosialist düşüncəni ifadə edir. Bu iki ölkədə gedən neft və qaz monopoliyalarının əhalinin yoxsul təbəqələrinin xeyrinə yenidən bölüşdürülməsi təbii ki, istənilən halda alqışa layiqdir. Amma belə rejimi “petro-sosializm” adlandırmaq olar. Bu siyasətin gələcəyi yoxdur. Neft və qazın istismarı aşağı enməyə başlayanda sosialist-prezidentlər nəyi bölüşdürəcəklər? Buna görə də biz neft və qazla və ya digər tükənən bərpaolunmayan “mirasla” təmin olunmamış dövlətlərə baxmalıyıq.
Bir zamanlar Qandinin də qeyd etdiyi kimi, “Yer kürəsi hər kəsin ehtiyaclarını ödəyə bilər, amma hərisliyi nəzərə almadan”.
Tərcümə Günel Muradova