Berlində ilk sülh günü. Sovet əsgərləri dinc sakinlərlə
ünsiyyətdə.
Son illər Qələbə Günü daha bir xoşagəlməyən ənənə qazanıb: bayram yaxınlaşdıqca bütün mümkün “tədqiqatçılar” “zorlanmış Almaniya” haqqında mif nümayiş etdirməyə başlayırlar.
Bununla belə, guya
Qırmızı Ordudan zərər çəkmiş alman qadınlarının sayı illər keçdikcə daha da
artır. Rus əsgərinin xalqın yaddaşında xilaskar və müdafiəçi kimi deyil, vəhşi
və oğru kimi qalması kimə lazımdır? Bu haqda Rusiya Elmlər Akademiyasının
aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Yelena Senyavskaya ilə
söhbət etdik.
“Nasistləri o dərəcədə
qorxudurdular ki, onlar intihar edirdilər”
-Yelena Spartakovna,
bütün bunlar yenidənquruculuğun nəticəsidir?
Həmin illər çox cəfəngiyyatlar yaymışdılar..
-Belə deyil. Bu mənfur
tarix daha öncə, hələ qebbels propaqandasindan, əhaliyə Qırmızı Ordunun 8
yaşdan 80 yaşadək bütün alman qadınlarını vəhşicəsinə zorlaması haqda xəbər
yayılmasından başlayıb. Və xalq həqiqətən
o həddə qorxmuşdu ki, hətta nasist partiyasının akivistləri əvvəlcə öz ailələrini,
sonra özlərini öldürürdülər.
-Bəs belə bir obraz nəyə
lazım idi?
-Birincisi, yaxınlaşmaqda
olan Qırmızı Orduya qarşı müqavimət atırmaq, ikincisi, əhalinin geri çəkilməkdə
olan ordu hissələri ilə getməsi, sovet qoşunlarına kömək etməməsi üçün.
Həmin 1945-ci ildə
Qebbelsin işini mütəffiqlər davam etdirdilər, onda Qırmızı Ordunu soyğunçu və
zorakı kimi təqdim etməyə çalışan ilk nəşrlər meydana çıxmışdı, bununla belə
işğalın qərb ərazilərində baş verən rüsvayçılıqlar haqqında heç bir şey söylənilmirdi.
“Soyuq müharibənin” başlaması ilə mövzu daha da şişirdildi, amma son iyirmi ildə
şişirdildiyi qədər aqressiv və çox yox.
“Zorlanan qadınların”
sayı əvvəl daha az idi: bütün Almaniya üzrə 20 mindən 150 minə kimi. Amma
1992-ci ildə, Sovet İttifaqının süqutundan sonra, bu rəqəmlərin 2 milyona
çatdırıldığı Almaniyada iki femenistin qadının, Xelke Zander və Barbara Yorun
“Xilaskarlar və xilas olunanlar” adlı kitabı nəşr olundu. Həm də, bu rəqəm
tamamilə yanlış mühakiməyə əsaslanaraq çıxarılmışdı: 1945-1946-cı illər üçün
statistik məlumatlar ildə 500 uşağın dünyaya gəldiyi, və təxminən 15-20 insanın sütununda “atasının milliyyəti” “rus”
kimi qeyd olunmuş bir berlin xəstəxanasından götürülmüşdü. Özü də, iki və ya üç
belə halda “zorlanmışdır” göstərilmişdi. Bu “tədqiqatçılar” nə edirlər? Onlar
hesab edirlər ki, atanın milliyətinin rus kimi göstərildiyi bütün hallarda
zorlama hadisəsi olmuşdur. Sonra Qebbelin “8 yaşdan 80 yaşadək” forması
götürülür və sadəcə say artırılır. Bununla belə, bu rəqəm 2002-ci ildən, Entoni
Bivor-un “Berlinin çöküşü” kitabının işıq üzü görməsindən sonra kütləvi
yayılmağa başladı, kitab 2004-cü ildə bizdə də nəşr edildi. Və mifik “2
milyon”, Qələbə yubileyi ərəfəsində liberal KİV vasitəsilə dolaşmağa başladı.
Almanları səhvlərini etiraf etməkdən yoruldular
- “Soyuq müharibə” illərində
bu mövzunun üzərinə basanları başa düşmək olar. Axı sonralar Berlin divarı
dağıdıldı, və Qorbaçova görə “sülh və dostluq” bərqərar oldu...
-Geopolitik reallıqlar dəyişdi.
O tərəfdən İkinci dünya müharibəsinin nəticələrinə yenidən baxılması üçün cəhdlər
edildi, üstəlik – SSRİ-ni ( və onun
varisi kimi Rusiyanı) qaliblər sırasından çıxarmaq cəhdləri, burda isə bütün
vasitələr yaxşıdır. Bu elə addımlardan biri idi ki, günahın,məsuliyyətin
mövzusunu dəyişərək təcavüzkarla onun qurbanını bir lövhəyə qoyaraq və bizi
olmayan şeylərə görə peşmançılıq keçirməyə məcbur edərək Avropa təşkilatlarının, eyni zamanda da
Avropa Parlamentinin, bütün qərarlarında stalinizm və nasizmin bərabərləşdirilməsinə
gətirib çıxardı.
-Belə çıxır ki, bu “tədqiqatçılar”
öz istəkləri ilə uydurma yazmayıblar, bu yeni geopoltikanı quranlar tərəfindən
hansısa sifariş qəbul ediblər?
-Təbii ki. Mifin Qərbin
xoşuna gəlməsinin ikinci səbəbi budur ki, öz günahını hiss etməkdən yorulmuş alman
xalqının psixologiyasında sonuncu nəsil artıq deyir: biz niyə əcdadlarımızın səhvlərinə
görə peşmanlıq hiss etməliyik? Onlarda elə bir əhval-ruhiyyə dalğası qalxır ki,
milli özünüdərk-in formalaşması zamanı onların əcdadlarının çox da günahkar olmaması, almanların kollektiv səhvinin
olmaması fikrini sübut etməyə çalışır. Bax burda da geo-siyasi sifariş kütlənin
əhvalı ilə birləşir.
Berlin sakinləri sovet zabiti ilə söhbət edirlər.
-Həqiqətdə zorlamalarla
bağlı məsələ necə olmuşdu?
-Biz belə bir halların
ümumiyyətlə olmamasını deyə bilmərik. Belə hallar olub, amma bugün bizə
uydurduqları miqyasda olmayıb. Belə faktlar sənədlərdə “müstəsna hallar və əxlaqsız
hadisə” kimi nəzərdən keçirilir. Ölkə rəhbərliyi və komandanlıq hesab edirdi
ki, bu Qırmızı Orduya mənfi imic formalaşdırmaqdan başqa, həm də intizamı
pozur. Bununla bütün vasitələrlə mübarizə aparılırdı, partiya-siyasi işlərdən,
izahatlardan başlayaraq, tribunalların hökmü ilə, soyğunçuların və zorakıların
güllələnməsinə qədər.
-Bəs statistika var?
-Təəssüf ki, bütün sənədlər
məxfilikdən çıxarılmayıb. Amma əldə olan sənədlər baş verənlərin miqyasını
hesablamağa imkan verir. Bu, Birinci Belorus cəbhəsinin hərbi prokurorunun 22
aprel-5 may 1945-ci il dövrü üçün dinc əhaliyə qarşı qeyri-qanuni hərəkətlərə
dair məruzəsidir. 908,5 min insanlıq yeddi cəbhə qoşunu üzrə 124 cinayət qeydə
alınmışdır ki, bunun da 72-si zorlama hadisəsidir. 908,5 min üçün cəmi 72 hadisə...
-Sizin opponentləriniz
yazır ki, zorlama dalğası Berlinin alınmasına qədər olmuşdu...
-20 apreldə dinc alman əhalisinə
və hərbi əsirlərə qarşı münasibətin dəyişdirilməsi haqqında direktivlər
yarandı. Bizim opponentlər 45-ci ilim bütün qış boyu-yazın başlanğıcı zamanı
Qırmızı Ordunun cəzasız pozğunluq etdiyi halda əmrin gecikməsini bəhanə gətirirlər.
Bu yalandır. Çünki, bu əmrdən və növbəti direktivlərdən başqa, Qırmızı Ordu digər
ölkələrin ərazilərinə daxil olmazdan qabaq verilən cəbhələr,ordu, ayrıca hissələr
səviyyəsində əmrlər vardı. Bu və ya digər ölkənin tarixi, onun mədəniyyəti, yerli
adət-ənənələri haqda danışılan broşuralar yayılırdı.45-ci ilin yanvarında
Konev,Rokossovski,Jukov səviyyəsində əmrlər vardı, hansı ki, qisas hissini
lazımı yerə istiqamətləndirməli və mənfi halların qarşısını almalı idi.
-Əsgərlər bunu necə
qarşılayırdılar? Axı çoxu yaxınlarını,evlərini itirmişdilər, onlarda bu qisas
hissini yetişdirirdilər, “Almanı öldür!” sözü ilə İlya Erenburqu xatırlayaq,
sonra isə almanların yuvasına çatdıqda “qisası dayandırın”...
-Təbii ki, qisas hissinin
yeni izahı çoxlarını razı salmırdı. Siyasi raportlarda döyüşçülər arasındakı
söhbətlər qeyd olunur, onlar göstərişlərdən heyrətlənirlər: “əvvəlcə bir şey
deyirdilər, indi başqa şey deyirlər, almanlar bizim ərzilərdə belə
davranırdılarsa, indi niyə almanlara yazığımız gəlməlidir”... Amma bir tərəfdən
sərt intizam tədbirləri, digər tərəfdən rus uşaqcanlılığı (hətta almanlar da
etiraf edirdilər ki, bizim əsgərlər alman uşaqları ilə çox yaxşı rəftar edirdilər,
onları təkcə mərkəzləşdirilmiş ərzaq ehtiyatından yedizdirmirdilər, öz
paylarından yedizdirirdilər, üzərlərində nə vardısa, dərhal uşaqlara verirdilər)
irimiqyaslı qisas aktlarının baş verməsinə mane oldu. Və bütün səviyyələrdə
xüsusi qeyd edilən fikir bu idi ki, öz hərəkətlərimizdə “biz almanlara bənzəməməliyik”.
-Tarixçi Yuriy Jukov
iddia edirdi ki, zorlama və digər cinayət hadisələri əksərən Qırmızı Ordunun
döyüşçüləri tərəfindən törədilmirdi, konslaqerlərdən azad edilmiş keçmiş əsgərlər
və vaxtilə Almaniyaya aparılmış sadə vətəndaşlar tərəfindən törədilirdi...
-Hə, onlar Vətənə geri
qayıtmaq intizarında komandanlığın nəzarəti altında dayanmırdılar, orada
olduqca müxtəlif repatriant kütləsi vardı.
Onlar quldur dəstələri
kimi toplanırdılar və yaşadıqları həqarətlərin əvəzində yerli əhalini talan
edirdilər. Bunlar sovet qoşunlarının məsuliyyəti altında olan ərazilərdə baş
verdiyindən, bütün bunlar bizim hərbiçilərin üzərinə qoyulurdu.Başqa dəlillər də
var: düşərgələrdən azad olmuş mütəffiqlər maşınları köhnə şeylərlə dolduraraq,
Berlində necə qarətçiliklə məşğul olublar, şəhərdən çıxarkən isə bizimkilər həmin
şeyləri geri qaytarmağı tələb ediblər. Daha bir an: hərbi prokurorların həmin
raportlarında tez-tez göstərilir ki, zorlanma halı sübut olunmadıqda, komandirlər
günahsızları cəzalandırdıqları zaman böhtanlar olurdu.
Amerikan ordusunu müşayət
edən və bütün işğal zonalarında olmuş avstraliyalı müxbir Osmar Uayt çox
maraqlı gündəlik qoymuşdur. O bizlərə qarşı xüsusi simpatiya hiss etmirdi, amma
qeyd edirdi ki, Qırmızı Ordu mütəffiq qoşunlarından fərqli olaraq, çox
intizamlıdır, sovet administrasiyası təkcə cinayətlərlə mübarizədə deyil, şəhərlərin
bərpası və əhalini həyat üçün lazımı şeylərlə təmin etməkdə də çox səmərəli fəaliyyət
göstərir. Və bizim əsgərlər haqqında söylənilən bütün o dəhşətlər, bir tərəfdən
şayə və dedi-qodu, digər tərəfdən – böyük əksəriyyəti repatriantlar törədilən
cinayətlərdir.
Almanlar
ingilis-amerikalılardan ruslara qaçırdılar
-Ümumiyyətlə, həmin ərazilərin
qadınları bizim əsgərlərə necə yanaşırdılar?
-Bu mövzu haqqında bütöv
bir dissertasiya yazmaq olar. Birincisi, mentalitetlər arasındakı böyük fərq. Xüsusilə
kənd ərazisindən olan əsgərlərin pinti və azğın olması haqda söylənilənlər
axmaqlıqdır. Əksinə - onların çoxu patriarxal ənənələr üzrə tərbiyə
olunmuşdular, və nigaha qədər intim münasibətdə olmağın belçikalı və avstriyalı
qızlar üçün adi bir şey olması, onlar üçün vəhşilik idi. Sovet əsgərinin düşüncəsində
belə qadının kim olması haqda bir şey deməyəcəm, buna görə burdan belə
qadınlara qarşı nəsə vasvasalıq yaranırdı. Komandirlər də şokda idi: bir çox
raportlar var ki, orda xəbər verilir ki, birləşmə hər hansı bir yaşayış məntəqəsini
tutan kimi onların yanına qadın dəstələri gəlirdilər. Və bütün hallarda bizim
zabitlərin reaksiyası qəzəbli və qəddar olurdu. Üstəlik, çox zaman aşkar olurdu
ki, hitlerçilər özləri qanında xəstəlik olan n sayda belə qadın dəstələri
saxlayırdılar. Əsgərləri sıradan çıxarmaq üçün. Bu da “zorlanmış Almaniyadır”?
Bizimkiər Ruminiyada və
Belçikada fahişəxanalara gedirdilər. Amma bir qayda olaraq, çox azı hissəsi,
maraqdan, həm də sonra onlarda xoşagəlməyən hisslər qalırdı, iyrənmək hissi və
anlaşılmazlıq. Başqa bir insanı pulla almaq ideyasının özü sovet insanın düşüncəsinə
yerləşmirdi.
Unutmayın ki, hərbi fahişəlik
kimi geniş yayılmış bir hal da vardı. Alman qadınlarının fahişəliyin çox hörmətli
sənət olması haqda fəlsəfi şəkildə fikir yürütdükləri gündəlikləri saxlanılmışdır.
Bu, almanların ərzaqla çox az təmin olunduğu (8 yaşınadək uşaqlara hətta süd
belə verildiyi sovet ərzilərindən fərqli olaraq) işğalın qərb zonalarında çox yayılmışdı.
Almanın gündəlik yemək payı amerikalının səhər yeməyindən az idi. Təbii ki,
qadınlar məlum üsulla məşğul olmalı olurdular. Bununla belə orada zorlanma
halları istənilən qədər baş verirdi. Və əgər almanlar zorakılığa görə iddia
qaldırırlarsa, bunu bizə qarşı yox, almanların onlardan qorxaraq dəhşət içərisində
sovet ərazilərinə qaçdığı mütəffiqlərə qarşı qaldırmalıdırlar.
-Yeri gəlmişkən, bəz
amerikan komandanlığı tabeliyində olan insanların cinayətlərinə necə münasibət
göstəriridi?
- Çox vaxt fikir verməməyə
çalışırdılar. Həmin Osmar Uaytın gündəliyində danışılır ki, alman qadınlarına
qarşı cinayətlər kütləvi şəkildə baş verirdi, amerika komandanlığı bu hadisələrin
qarşısını heç bir tədbirlərlə almırdı, hər hansı bir cəzalandırmalar baş
verirdisə də, ancaq cinayətkar-zəncilərlə əlaqədar baş verirdi.
-Rasizm?
-Bəli. Bu amerikalı
komandirlərin düşüncəsində zəncilərin ağ qadına əl qaldırmasıdır və bu işin
dadına baxmaqla, bu adəti amerika torpağına gətirə bilərdilər. Fransız
qoşunları da fərqlənirdilər. Müharibədən sonra amerika senatında təşkil edilmiş
yerli fransız dəstələrinin, seneqallıların özlərini Ştutqartda necə
aparmaqlarından danışılırdı. İtalyanlar hələ də İtaliya ərazisində marokkalıların
törətdikləri azğınlıqlara görə ingilis-amerikan hərbçilərinə qarşı iddia
qaldırırlar. Bu oğlanlar təkcə qadınları zorlamırdılar, həm də oğlanları
zorlayırdılar...
Qənimətlər – parça və iynənin
kəsikləri
-Bizi hələ soyğunçuluqda
da ittiham edirlər. Yeri gəlmişkən, həmin qənimətlər hardandır?
-Bu çox maraqlıdır.
Xüsusilə ingilis-amerikalıların talanla məşğul olması haqda danışılan xeyli sənədlər
var. Özü də başdan-ayağa. Əmlakı gəmilərlə daşıyırdılar, və portlarda onlara
heç də dərhal əngəl törətməyə başlamadılar. Onlar əsasən müxtəlif qiymətlilərin
yığımı ilə məşğul idilər. Qırmızı Orduya gəldikdə, “köhnə-kürüş şeylərin toplanması”
hallarına rast gəlinirdi.
-Bu nədir?
-Burda söhbət
oğurluqdan getmirdi, tullanmış sahibsiz əmlakın toplanmasından gedirdi: açıq
evlər,sındırılmış mağazalar,atılmış çamadanlar... Amma hətta bununla belə
ruhdan salan bir vəziyyət kimi mübarizə aparılırdı... Bir vaxt komandanlıq vətənə
bağlama göndərməyə icazə verdi. Və brilliant qaşlı saatlar göndərmirdilər,
müharibə ilə dağıdılmış təsərrüfat üçün lazım olan şeylər göndərilirdi. Tikiş
iynəsi dəsti qiymətləndirilirdi, onları yaxşı məhsul dəstinə dəyişmək olardı..
Parça kəsikləri, çünki evdə paltar qalmamışdı... işçi alətləri lap çox göndərilirdi:
çəkiclər, passatijlər, rəndələr, - döyüşçülər bilirdilər ki, tezliklə geri
qayıdacaqlar və yandırılmış kəndləri nə iləsə qurmalı olacaqlar. Onlari buna
görə qınamaq olmaz. Bununla yanaşı, bağlamalara qoyulmuş bütün məktublarda əsgərlər
qadınları və doğmaları qarşısında əskilərə və köhnə-kürüş şeylərə görə təmizə
çıxarmağa çalışırlar. Onların bütün bunlara qarşı vasvasalı münasibəti vardı...
-Yeri gəlmişkən,
xatırlayırsız, bu yaxınlarda bütün İnternetdə Reyxstaqın görünüşü ilə olan foto
müzakirə olunurdu, harada ki, zabitin bir qolunda iki qol saatı vardı?
-Bu çoxdan aydınlaşdırılıb.Əslində
orda saat və komandirə aid olan kompasdır. Və ya sovet əsgərinin Berlin
sakininin əlindən velosipedi almağa çalışdığı fotonu və internet liberallarının
soyğunçuluq haqda fəryad qoparmaqlarını xatırlayın. Amma göstəriş belə idi:
ordunun ehtiyacı üçün velosipedləri müsadirə etmək və əsgər bu göstərişi yerinə
yetirirdi. Yanaşma fərqini başa düşürsüz? Tarix havayı qaralanmır
-Bizim evdə bəslənmiş
liberallardan söz düşmüşkən. Öz əcdadları haqda yalanlar yaymaqda onların nə
maraqları var?
-Əslində, bunları tamamilə
düşünülmüş şəkildə edən insanlar var. Özü də, belə desək, bunu havayı etmirlər.
Bununla bərabər, söhbət mütləq pul mükafatından getmir, digər şirnikləndirmə
üsulları da var – xaricə səfərlər, qrantların, vətəndaşlığın alınması...Amma
böyük təbəqə internet-xadimlər də var ki, düşünmədən birinci qrupun yalanlarını
təkrarlayır.
Onların ağlını o qədər
qarışdırıblar ki, istənilən sərsəmliyə inanmağa hazırdırlar.
-Deməli, bunlar təkcə set
xomyakları deyillər, bununla ziyalılar da məşğul olur. Məsələn, Şimali-Qafqaz
federal universitetinin müəllimi Pavel Polyan çox liberal bir radionun efirində
bizim işğalçılarla intim əlaqədə olmuş qadınların taleləri haqda suala cavab
verərək, deyir: “Zorlamalar olurdu, amma kütləvi halda olmurdu. Hər halda, bu
Qırmızı Ordunun Almaniyaya daxil olaraq sui-istifadə etdiyi kütləvi zorlamlarla
bir ölçüyə gəlməz...” Bu mövzu barəsində Rusiya tarixçiləri arasında fikir ayrılığı çoxdurmu?
-Diqqəti konkret
kolleqalara cəmləmək istəməzdim. Professional birlikdən olan tarixçilər var,
bir də bizim onları folk-history adlandırdığımız, özünü belə səviyyədə göstərməyə
çalışan insanlar var ki, özfəaliyyətlə məşğul olaraq, öz fikirlərini cəmiyyətə
yeritmək istəyirlər. Yəni, profesionallar arasında bu mövzuda fikir ayrılığı
yoxdur və ola da bilməz...
“Bu xalqı tarixindən məhrum
etmək cəhdidir”
- Qərb filmlərində sərxoş
və seksual qayğılı sovet əsgəri obrazının yaradılması azmış kimi, biz özümüz də
oxşar filmlər çəkirik!
-Bunlar indi başlamayıb,
Sovet İttifaqının dağıdılmasından sonra nə qədər belə filmlərin meydana
çıxdığını xatırlayın. Və müharibəni qaralamaq mövqeyindən deyil, vətənpərvərlik
mövqeyindən göstərən ilk şəkil 2002-ci ildə, “Zvezda”, çıxdı. Ona qədər çıxmış
bütün filmlər stalin tiraniyası, “qanlı” NKVD,SMERŞ, xüsusi bölmələr, harada
ki, yalnız yaxşı zabitləri arxadan güllələməklə məşğul idilər və döyüşçüləri
öldürürdülər, haqda miflərlə dolu idi. Və belə bir fikir çatdırılırdı ki, Qələbə
rəhbərliyin istəyinin əksinə olaraq qazanılıb...
-Nə üçün?
-Böyük Vətən
müharibəsi hələ də bizim tariximizdə xalqın ağladığı epizoddur, və təkcə bizim
xalqın yox, keçmiş SSRİ-nin bütün xalqlarının. Və 9 may tarixini yaddaşlardan
silmək və ya ləkələməyə çalışarkən, hədəf tamamilə aydındır – bu xalqı tarixindən
məhrum etmək, və göstərməkdir ki, bizim fəxr edə biləcəyimiz tariximiz yoxdur.
Əgər əhalinin çoxunu buna inandırmaq mümkün olarsa, belə xalqın gələcəyi
olmayacaq. Başa düşün, Böyük Vətən müharibəsinin tarixi çoxdan irimiqyaslı
informasiya mübarizəsi meydanına çevrilib.
-Biz bu mübarizədə
uduzuruq?
-Bəli.
-Niyə bizim tariximizə
olan təzyiqlərə yalnız ayrı-ayrı tarixçilər müqavimət göstərir?
Dövlət bir növ tarixi
saxtalıqlardan qorumağın vacibliyini söyləyir, amma sovet əsgərlərinin
dondurulmuş heyvan sürüsü kimi təsvir olunduğu filmlər yenə çəkilir, liberallar
isə dövlət kanallarında Qırmızı Ordunun törətdiyi “cinayətləri” sakitcə yayımlamağa
davam edir...
-Siz bu haqda məndən
eşitmək istəyirsiz? Çünki, əslində dövlət səviyyəsində saxtakarlığa qarşı heç
bir fəaliyyət göstərilmir. Amma çox ciddi qaydada aparılmalıdır. Və məsələlər məhz
ölkənin birinci simaları tərəfindən qoyulmalıdır. Rusiya imperatorlarından biri
İ Nikoloay, Parisdə rusiya ordusunu ləkələyən pyesin tamaşaya qoyulduğundan xəbər
tutaraq, onu səhnədən endirməyi tələb edir. Və fransızlar incəsənət azadlığını
bəhanə gətirərək bundan imtina etdikdə, o cavab verir: yaxşı, onda mən sizə
şineldə olan milyonlarla tamaşaçı göndərərəm və onlar sizi fitə basarlar. Pyesi dərhal
yığışdırırlar.
-Təsəvvür edə bilərsiz
ki, ABŞ-da kimsə “öz qəlbinin səsinə qulaq asaraq” film çəkir, harda ki,
amerikalı əsgərlər Almaniyada ancaq zorlama, oğurluqla və içməklə məşğuldurlar?...
-Düşünürəm, belə
rejissorların və ssenaristlərin karyerasında bu film sonuncu iş olardı, orada
“azadlığın” belə təzahürlərini diqqətlə izləyirlər. Onlar bunun nə qədər təhlükəli
olduğunu anlayırlar. Bu azmış kimi: bu mövzu tədqiqat aparılırsa belə, elan
edilmir. Söz düşmüşkən, hələ 1989-cu ildə kanadalı müəllif Ceyms Bakın “Digər tələfatlar”adlı
kitabı nəşr olunmuşdu, hansı ki, sübut edirdi ki, amerka işğalı altında olan ərazilərdəki
düşərgələrdə milyondan çox əsir alman acından öldürülmüşdü. O dərhal öz
kolleqaları tərəfindən təqiblərə məruz qalmışdı və az qala axmaq elan ediləcəkdi..
Şahidlərin söylədiklərindən
45-ci ilin Almaniyasının
şahidləri
“.. Berlində ilk dəfə
olduğum günün sonu mən əmin idim ki, şəhər ölmüşdür. İnsan belə dəhşətli zibil
qalağında yaşaya bilməzdi. İlk həftənin sonuna mənim təsəvvürlərim dəyişməyə
başladı. Cəmiyyət dağıntılar arasından canlanmağa başladı. Berlinlilər sağ
qalmaq üçün kifayət edəcək miqdarda su və qida almağa başladılar. Rusların rəhbərliyi
altında get-gedə daha çox insan ictimai işlərlə məşğul olmağa başladılar. Öz
dağıdılmış şəhərlərində oxşar problemlərlə mübarizədə böyük təcrübəyə malik
olan rusların sayəsində epidemiyanın yayılması nəzarət altına alındı. Mən əminəm
ki, Sovetlər o günlərdə Berlinin sağ qalması üçün onların yerində
ingilis-amerikalıların edə biləcəyindən çox şey etdilər...”
“... Hərbi əməliyyatlar
alman torpaqlarına yerləşdikdən sonra, cəbhə hissələrinin əsgərləri və
bilavasitə onların ardınca gedənlər, tərəfindən az zorakılıq halları törədilməmişdi.
Onların sayı baş zabitlərin onlara münasibətindən asılı idi... Hüquqşünaslar qəbul
edirdilər ki, alman qadınları ilə amansız və iyrənc cinsi əlaqəyə görə bəzi əsgərlər
güllələnmişdi, xüsusilə bu əsgərlər zənci olduğu halda. Amma mən ağ
amerikalılar tərəfindən zorlanmış çox qadın tanıyırdım. Bu cinayətkarlara qarşı
heç bir tədbir qəbul edilməmişdi...”
“...Qırmızı Orduda sərt
nizam-intizam hakimdir.Burada oğurluq, zorlama və təhqir halları istənilən digər
işğal zonalardakılardan heç birindən çox deyil. Vəhşiliklər haqqında kobud əhvalatlar
sovet əsgərlərinin qayda bilməyən xasiyyətlərindən və arağa olan sevgisindən
doğan əsəbiliyin təsiri altında individual hadisələrin şişirdilməsi və təhrif
olunması üzündən meydana gəlir. Sovet əsgərlərinin qəddarlığı haqqında
nağıların əksəriyyətini mənə danışan bir qadın sonda etiraf etməli oldu ki,
onun öz gözləri ilə şahidi olduğu yeganə şey sərxoş sovet zabitlərinin havaya və
butılkalara atəş açmaları olub...”
Avstraliyalı hərbi müxbir
Osmar Uaytın gündəliklərindən
“... Oberxundenə
daşındıq. Qaradərili uşaqlar burda nə oyunlardan çıxdılar. Onlar evləri
yandırdılar. Bütün almanları bir-birinin ardınca ülgüclə kəsdilər və
zorladılar..”
ABŞ ordusunun rabitəçisi
Edvard Uayz-ın gündəliyindən
“.. Təxminən elə həmin
günlərdə yaraşıqlı macar qadını ilə söhbət etməli oldum. Onun Budapeştin məmin
xoşuma gəlib-gəlməməsi haqda sualına cavab verdim ki, xoşuma gəldi, amma fahişəxanalar
çaşdırdı. “Amma niyə?”- qız soruşdu. Çünki, bu normal deyil, vəhşilikdir,-izah
etdim. – Qadın pul alır və ardınca “sevməyə” başlayı!” Qız müəyyən müddət
fikirləşdi, sonra razılıqla başını yellədi və dedi: “Sən haqlısan: pul almaq həqiqətən
yaxşı deyil...”
Süvari Aleksandr Rodin-in
xatirələrindən
“... Hansısa alman şəhərinə daxil olduq, evlərdə
yerləşdik. 45 yaşlarında bir “frau” gəlir və “Ger komandantı” soruşur. Bildirir
ki, mənzilə məsul insandır və sovet əsgərlərinə seksual (!!!) xidmət göstərmək
üçün 20 alman qadını toplamışdır.. Zabitlərin reaksiyası qəzəbli və qəddar idi.
Alman qadını xidmətə hazır “dəstəsi” ilə birlikdə qovdular..”
Minomyotçu Naum Orlov-un
xatirələrindən
“... Bir az uzaqda, kəndin
qarşısındakı dəmiryol keçidində bizi “silah və saat toplaması üzrə post”
qarşıladı. Mənə elə gəldi yuxu görürəm: sivil,xeyirxah ingilislər kir basmış
alman əsgərlərinin saatlarını əllərindən alırlar! Oradan bizi kəndin mərkəzindəki
məktəbin həyətinə göndərdilər. Orada xeyli alman əsgəri toplanmışdı. Bizi
qoruyan ingilis əsgərləri dişlərinin arasında saqqız çeynəyirdilər – bu bizim
üçün yenilik idi – və digərləri qarşısında qol saatları düzülmüş qollarını yüksəyə
qaldıraraq, öz qənimətləri ilə öyünürdülər...”
Ober-efreytor
Eqon Kopisk-in xatirələrindən
“...
Bütün bunlar doğru yolla qazanılmışdır və ağlına gətirmə ki, Almaniyada
quldurluq və soyğunçuluq baş verir. Hər şey qaydasındadır. Hücum zamanı Berlin
“tuz”ları tərəfindən atılmış şeyləri müsadirə etdik və qardaşcasına kimin nə
xoşuna gəlirdisə, aramızda bölüşdürdük...”
Starşina V.V.Sırlicsın-ın həyat
yoldaşına məktubundan
Məlumat
: Yelena Spartakovna Senyavskaya – Rusiya Elmlər Akademyasının Rusiya Tarixi
institutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor, Hərb elmləri
Akademyasının həqiqi üzvüdür. 250-dən çox elmi işin müəllifidir.
Tərcümə
Günel Muradova
Комментариев нет:
Отправить комментарий