21 мая 2013 г.

“Zorlanmış Almaniya” haqqında mifləri Qebbels qoşub

                                      Berlində ilk sülh günü. Sovet əsgərləri dinc sakinlərlə ünsiyyətdə.

Son illər Qələbə Günü daha bir xoşagəlməyən ənənə qazanıb: bayram yaxınlaşdıqca bütün mümkün “tədqiqatçılar” “zorlanmış Almaniya” haqqında mif nümayiş etdirməyə başlayırlar.

Bununla belə, guya Qırmızı Ordudan zərər çəkmiş alman qadınlarının sayı illər keçdikcə daha da artır. Rus əsgərinin xalqın yaddaşında xilaskar və müdafiəçi kimi deyil, vəhşi və oğru kimi qalması kimə lazımdır? Bu haqda Rusiya Elmlər Akademiyasının aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Yelena Senyavskaya ilə söhbət etdik.

“Nasistləri o dərəcədə qorxudurdular ki, onlar intihar edirdilər”

-Yelena Spartakovna, bütün bunlar yenidənquruculuğun nəticəsidir?  Həmin illər çox cəfəngiyyatlar yaymışdılar..

-Belə deyil. Bu mənfur tarix daha öncə, hələ qebbels propaqandasindan, əhaliyə Qırmızı Ordunun 8 yaşdan 80 yaşadək bütün alman qadınlarını vəhşicəsinə zorlaması haqda xəbər yayılmasından  başlayıb. Və xalq həqiqətən o həddə qorxmuşdu ki, hətta nasist partiyasının akivistləri əvvəlcə öz ailələrini, sonra özlərini öldürürdülər.

-Bəs belə bir obraz nəyə lazım idi?

-Birincisi, yaxınlaşmaqda olan Qırmızı Orduya qarşı müqavimət atırmaq, ikincisi, əhalinin geri çəkilməkdə olan ordu hissələri ilə getməsi, sovet qoşunlarına kömək etməməsi üçün.
Həmin 1945-ci ildə Qebbelsin işini mütəffiqlər davam etdirdilər, onda Qırmızı Ordunu soyğunçu və zorakı kimi təqdim etməyə çalışan ilk nəşrlər meydana çıxmışdı, bununla belə işğalın qərb ərazilərində baş verən rüsvayçılıqlar haqqında heç bir şey söylənilmirdi. “Soyuq müharibənin” başlaması ilə mövzu daha da şişirdildi, amma son iyirmi ildə şişirdildiyi qədər aqressiv və çox yox.
“Zorlanan qadınların” sayı əvvəl daha az idi: bütün Almaniya üzrə 20 mindən 150 minə kimi. Amma 1992-ci ildə, Sovet İttifaqının süqutundan sonra, bu rəqəmlərin 2 milyona çatdırıldığı Almaniyada iki femenistin qadının, Xelke Zander və Barbara Yorun “Xilaskarlar və xilas olunanlar” adlı kitabı nəşr olundu. Həm də, bu rəqəm tamamilə yanlış mühakiməyə əsaslanaraq çıxarılmışdı: 1945-1946-cı illər üçün statistik məlumatlar ildə 500 uşağın dünyaya gəldiyi, və təxminən 15-20  insanın sütununda “atasının milliyyəti” “rus” kimi qeyd olunmuş bir berlin xəstəxanasından götürülmüşdü. Özü də, iki və ya üç belə halda “zorlanmışdır” göstərilmişdi. Bu “tədqiqatçılar” nə edirlər? Onlar hesab edirlər ki, atanın milliyətinin rus kimi göstərildiyi bütün hallarda zorlama hadisəsi olmuşdur. Sonra Qebbelin “8 yaşdan 80 yaşadək” forması götürülür və sadəcə say artırılır. Bununla belə, bu rəqəm 2002-ci ildən, Entoni Bivor-un “Berlinin çöküşü” kitabının işıq üzü görməsindən sonra kütləvi yayılmağa başladı, kitab 2004-cü ildə bizdə də nəşr edildi. Və mifik “2 milyon”, Qələbə yubileyi ərəfəsində liberal KİV vasitəsilə dolaşmağa başladı. Almanları səhvlərini etiraf etməkdən yoruldular

- “Soyuq müharibə” illərində bu mövzunun üzərinə basanları başa düşmək olar. Axı sonralar Berlin divarı dağıdıldı, və Qorbaçova görə “sülh və dostluq” bərqərar oldu...

-Geopolitik reallıqlar dəyişdi. O tərəfdən İkinci dünya müharibəsinin nəticələrinə yenidən baxılması üçün cəhdlər edildi, üstəlik – SSRİ-ni  ( və onun varisi kimi Rusiyanı) qaliblər sırasından çıxarmaq cəhdləri, burda isə bütün vasitələr yaxşıdır. Bu elə addımlardan biri idi ki, günahın,məsuliyyətin mövzusunu dəyişərək təcavüzkarla onun qurbanını bir lövhəyə qoyaraq və bizi olmayan şeylərə görə peşmançılıq keçirməyə məcbur edərək  Avropa təşkilatlarının, eyni zamanda da Avropa Parlamentinin, bütün qərarlarında stalinizm və nasizmin bərabərləşdirilməsinə gətirib çıxardı.
 
-Belə çıxır ki, bu “tədqiqatçılar” öz istəkləri ilə uydurma yazmayıblar, bu yeni geopoltikanı quranlar tərəfindən hansısa sifariş qəbul ediblər?

-Təbii ki. Mifin Qərbin xoşuna gəlməsinin ikinci səbəbi budur ki, öz günahını hiss etməkdən yorulmuş alman xalqının psixologiyasında sonuncu nəsil artıq deyir: biz niyə əcdadlarımızın səhvlərinə görə peşmanlıq hiss etməliyik? Onlarda elə bir əhval-ruhiyyə dalğası qalxır ki, milli özünüdərk-in formalaşması zamanı onların əcdadlarının çox da  günahkar olmaması, almanların kollektiv səhvinin olmaması fikrini sübut etməyə çalışır. Bax burda da geo-siyasi sifariş kütlənin əhvalı ilə birləşir.
                               Berlin sakinləri sovet zabiti ilə söhbət edirlər.

-Həqiqətdə zorlamalarla bağlı məsələ necə olmuşdu?

-Biz belə bir halların ümumiyyətlə olmamasını deyə bilmərik. Belə hallar olub, amma bugün bizə uydurduqları miqyasda olmayıb. Belə faktlar sənədlərdə “müstəsna hallar və əxlaqsız hadisə” kimi nəzərdən keçirilir. Ölkə rəhbərliyi və komandanlıq hesab edirdi ki, bu Qırmızı Orduya mənfi imic formalaşdırmaqdan başqa, həm də intizamı pozur. Bununla bütün vasitələrlə mübarizə aparılırdı, partiya-siyasi işlərdən, izahatlardan başlayaraq, tribunalların hökmü ilə, soyğunçuların və zorakıların güllələnməsinə qədər.

-Bəs statistika var?

-Təəssüf ki, bütün sənədlər məxfilikdən çıxarılmayıb. Amma əldə olan sənədlər baş verənlərin miqyasını hesablamağa imkan verir. Bu, Birinci Belorus cəbhəsinin hərbi prokurorunun 22 aprel-5 may 1945-ci il dövrü üçün dinc əhaliyə qarşı qeyri-qanuni hərəkətlərə dair məruzəsidir. 908,5 min insanlıq yeddi cəbhə qoşunu üzrə 124 cinayət qeydə alınmışdır ki, bunun da 72-si zorlama hadisəsidir. 908,5 min üçün cəmi 72 hadisə...

-Sizin opponentləriniz yazır ki, zorlama dalğası Berlinin alınmasına qədər olmuşdu...

-20 apreldə dinc alman əhalisinə və hərbi əsirlərə qarşı münasibətin dəyişdirilməsi haqqında direktivlər yarandı. Bizim opponentlər 45-ci ilim bütün qış boyu-yazın başlanğıcı zamanı Qırmızı Ordunun cəzasız pozğunluq etdiyi halda əmrin gecikməsini bəhanə gətirirlər. Bu yalandır. Çünki, bu əmrdən və növbəti direktivlərdən başqa, Qırmızı Ordu digər ölkələrin ərazilərinə daxil olmazdan qabaq verilən cəbhələr,ordu, ayrıca hissələr səviyyəsində əmrlər vardı. Bu və ya digər ölkənin tarixi, onun mədəniyyəti, yerli adət-ənənələri haqda danışılan broşuralar yayılırdı.45-ci ilin yanvarında Konev,Rokossovski,Jukov səviyyəsində əmrlər vardı, hansı ki, qisas hissini lazımı yerə istiqamətləndirməli və mənfi halların qarşısını almalı idi.

-Əsgərlər bunu necə qarşılayırdılar? Axı çoxu yaxınlarını,evlərini itirmişdilər, onlarda bu qisas hissini yetişdirirdilər, “Almanı öldür!” sözü ilə İlya Erenburqu xatırlayaq, sonra isə almanların yuvasına çatdıqda “qisası dayandırın”...

-Təbii ki, qisas hissinin yeni izahı çoxlarını razı salmırdı. Siyasi raportlarda döyüşçülər arasındakı söhbətlər qeyd olunur, onlar göstərişlərdən heyrətlənirlər: “əvvəlcə bir şey deyirdilər, indi başqa şey deyirlər, almanlar bizim ərzilərdə belə davranırdılarsa, indi niyə almanlara yazığımız gəlməlidir”... Amma bir tərəfdən sərt intizam tədbirləri, digər tərəfdən rus uşaqcanlılığı (hətta almanlar da etiraf edirdilər ki, bizim əsgərlər alman uşaqları ilə çox yaxşı rəftar edirdilər, onları təkcə mərkəzləşdirilmiş ərzaq ehtiyatından yedizdirmirdilər, öz paylarından yedizdirirdilər, üzərlərində nə vardısa, dərhal uşaqlara verirdilər) irimiqyaslı qisas aktlarının baş verməsinə mane oldu. Və bütün səviyyələrdə xüsusi qeyd edilən fikir bu idi ki, öz hərəkətlərimizdə “biz almanlara bənzəməməliyik”.

-Tarixçi Yuriy Jukov iddia edirdi ki, zorlama və digər cinayət hadisələri əksərən Qırmızı Ordunun döyüşçüləri tərəfindən törədilmirdi, konslaqerlərdən azad edilmiş keçmiş əsgərlər və vaxtilə Almaniyaya aparılmış sadə vətəndaşlar tərəfindən törədilirdi...

-Hə, onlar Vətənə geri qayıtmaq intizarında komandanlığın nəzarəti altında dayanmırdılar, orada olduqca müxtəlif repatriant kütləsi vardı.
Onlar quldur dəstələri kimi toplanırdılar və yaşadıqları həqarətlərin əvəzində yerli əhalini talan edirdilər. Bunlar sovet qoşunlarının məsuliyyəti altında olan ərazilərdə baş verdiyindən, bütün bunlar bizim hərbiçilərin üzərinə qoyulurdu.Başqa dəlillər də var: düşərgələrdən azad olmuş mütəffiqlər maşınları köhnə şeylərlə dolduraraq, Berlində necə qarətçiliklə məşğul olublar, şəhərdən çıxarkən isə bizimkilər həmin şeyləri geri qaytarmağı tələb ediblər. Daha bir an: hərbi prokurorların həmin raportlarında tez-tez göstərilir ki, zorlanma halı sübut olunmadıqda, komandirlər günahsızları cəzalandırdıqları zaman böhtanlar olurdu.
Amerikan ordusunu müşayət edən və bütün işğal zonalarında olmuş avstraliyalı müxbir Osmar Uayt çox maraqlı gündəlik qoymuşdur. O bizlərə qarşı xüsusi simpatiya hiss etmirdi, amma qeyd edirdi ki, Qırmızı Ordu mütəffiq qoşunlarından fərqli olaraq, çox intizamlıdır, sovet administrasiyası təkcə cinayətlərlə mübarizədə deyil, şəhərlərin bərpası və əhalini həyat üçün lazımı şeylərlə təmin etməkdə də çox səmərəli fəaliyyət göstərir. Və bizim əsgərlər haqqında söylənilən bütün o dəhşətlər, bir tərəfdən şayə və dedi-qodu, digər tərəfdən – böyük əksəriyyəti repatriantlar törədilən cinayətlərdir.
Almanlar ingilis-amerikalılardan ruslara qaçırdılar

-Ümumiyyətlə, həmin ərazilərin qadınları bizim əsgərlərə necə yanaşırdılar?

-Bu mövzu haqqında bütöv bir dissertasiya yazmaq olar. Birincisi, mentalitetlər arasındakı böyük fərq. Xüsusilə kənd ərazisindən olan əsgərlərin pinti və azğın olması haqda söylənilənlər axmaqlıqdır. Əksinə - onların çoxu patriarxal ənənələr üzrə tərbiyə olunmuşdular, və nigaha qədər intim münasibətdə olmağın belçikalı və avstriyalı qızlar üçün adi bir şey olması, onlar üçün vəhşilik idi. Sovet əsgərinin düşüncəsində belə qadının kim olması haqda bir şey deməyəcəm, buna görə burdan belə qadınlara qarşı nəsə vasvasalıq yaranırdı. Komandirlər də şokda idi: bir çox raportlar var ki, orda xəbər verilir ki, birləşmə hər hansı bir yaşayış məntəqəsini tutan kimi onların yanına qadın dəstələri gəlirdilər. Və bütün hallarda bizim zabitlərin reaksiyası qəzəbli və qəddar olurdu. Üstəlik, çox zaman aşkar olurdu ki, hitlerçilər özləri qanında xəstəlik olan n sayda belə qadın dəstələri saxlayırdılar. Əsgərləri sıradan çıxarmaq üçün. Bu da “zorlanmış Almaniyadır”?
Bizimkiər Ruminiyada və Belçikada fahişəxanalara gedirdilər. Amma bir qayda olaraq, çox azı hissəsi, maraqdan, həm də sonra onlarda xoşagəlməyən hisslər qalırdı, iyrənmək hissi və anlaşılmazlıq. Başqa bir insanı pulla almaq ideyasının özü sovet insanın düşüncəsinə yerləşmirdi.
Unutmayın ki, hərbi fahişəlik kimi geniş yayılmış bir hal da vardı. Alman qadınlarının fahişəliyin çox hörmətli sənət olması haqda fəlsəfi şəkildə fikir yürütdükləri gündəlikləri saxlanılmışdır. Bu, almanların ərzaqla çox az təmin olunduğu (8 yaşınadək uşaqlara hətta süd belə verildiyi sovet ərzilərindən fərqli olaraq)  işğalın qərb zonalarında çox yayılmışdı. Almanın gündəlik yemək payı amerikalının səhər yeməyindən az idi. Təbii ki, qadınlar məlum üsulla məşğul olmalı olurdular. Bununla belə orada zorlanma halları istənilən qədər baş verirdi. Və əgər almanlar zorakılığa görə iddia qaldırırlarsa, bunu bizə qarşı yox, almanların onlardan qorxaraq dəhşət içərisində sovet ərazilərinə qaçdığı mütəffiqlərə qarşı qaldırmalıdırlar.

-Yeri gəlmişkən, bəz amerikan komandanlığı tabeliyində olan insanların cinayətlərinə necə münasibət göstəriridi?

- Çox vaxt fikir verməməyə çalışırdılar. Həmin Osmar Uaytın gündəliyində danışılır ki, alman qadınlarına qarşı cinayətlər kütləvi şəkildə baş verirdi, amerika komandanlığı bu hadisələrin qarşısını heç bir tədbirlərlə almırdı, hər hansı bir cəzalandırmalar baş verirdisə də, ancaq cinayətkar-zəncilərlə əlaqədar baş verirdi.

-Rasizm?

-Bəli. Bu amerikalı komandirlərin düşüncəsində zəncilərin ağ qadına əl qaldırmasıdır və bu işin dadına baxmaqla, bu adəti amerika torpağına gətirə bilərdilər. Fransız qoşunları da fərqlənirdilər. Müharibədən sonra amerika senatında təşkil edilmiş yerli fransız dəstələrinin, seneqallıların özlərini Ştutqartda necə aparmaqlarından danışılırdı. İtalyanlar hələ də İtaliya ərazisində marokkalıların törətdikləri azğınlıqlara görə ingilis-amerikan hərbçilərinə qarşı iddia qaldırırlar. Bu oğlanlar təkcə qadınları zorlamırdılar, həm də oğlanları zorlayırdılar...
Qənimətlər – parça və iynənin kəsikləri

-Bizi hələ soyğunçuluqda da ittiham edirlər. Yeri gəlmişkən, həmin qənimətlər hardandır?

-Bu çox maraqlıdır. Xüsusilə ingilis-amerikalıların talanla məşğul olması haqda danışılan xeyli sənədlər var. Özü də başdan-ayağa. Əmlakı gəmilərlə daşıyırdılar, və portlarda onlara heç də dərhal əngəl törətməyə başlamadılar. Onlar əsasən müxtəlif qiymətlilərin yığımı ilə məşğul idilər. Qırmızı Orduya gəldikdə, “köhnə-kürüş şeylərin toplanması” hallarına rast gəlinirdi.

-Bu nədir?

-Burda söhbət oğurluqdan getmirdi, tullanmış sahibsiz əmlakın toplanmasından gedirdi: açıq evlər,sındırılmış mağazalar,atılmış çamadanlar... Amma hətta bununla belə ruhdan salan bir vəziyyət kimi mübarizə aparılırdı... Bir vaxt komandanlıq vətənə bağlama göndərməyə icazə verdi. Və brilliant qaşlı saatlar göndərmirdilər, müharibə ilə dağıdılmış təsərrüfat üçün lazım olan şeylər göndərilirdi. Tikiş iynəsi dəsti qiymətləndirilirdi, onları yaxşı məhsul dəstinə dəyişmək olardı.. Parça kəsikləri, çünki evdə paltar qalmamışdı... işçi alətləri lap çox göndərilirdi: çəkiclər, passatijlər, rəndələr, - döyüşçülər bilirdilər ki, tezliklə geri qayıdacaqlar və yandırılmış kəndləri nə iləsə qurmalı olacaqlar. Onlari buna görə qınamaq olmaz. Bununla yanaşı, bağlamalara qoyulmuş bütün məktublarda əsgərlər qadınları və doğmaları qarşısında əskilərə və köhnə-kürüş şeylərə görə təmizə çıxarmağa çalışırlar. Onların bütün bunlara qarşı vasvasalı münasibəti vardı...

-Yeri gəlmişkən, xatırlayırsız, bu yaxınlarda bütün İnternetdə Reyxstaqın görünüşü ilə olan foto müzakirə olunurdu, harada ki, zabitin bir qolunda iki qol saatı vardı?

-Bu çoxdan aydınlaşdırılıb.Əslində orda saat və komandirə aid olan kompasdır. Və ya sovet əsgərinin Berlin sakininin əlindən velosipedi almağa çalışdığı fotonu və internet liberallarının soyğunçuluq haqda fəryad qoparmaqlarını xatırlayın. Amma göstəriş belə idi: ordunun ehtiyacı üçün velosipedləri müsadirə etmək və əsgər bu göstərişi yerinə yetirirdi. Yanaşma fərqini başa düşürsüz? Tarix havayı qaralanmır

-Bizim evdə bəslənmiş liberallardan söz düşmüşkən. Öz əcdadları haqda yalanlar yaymaqda onların nə maraqları var?

-Əslində, bunları tamamilə düşünülmüş şəkildə edən insanlar var. Özü də, belə desək, bunu havayı etmirlər. Bununla bərabər, söhbət mütləq pul mükafatından getmir, digər şirnikləndirmə üsulları da var – xaricə səfərlər, qrantların, vətəndaşlığın alınması...Amma böyük təbəqə internet-xadimlər də var ki, düşünmədən birinci qrupun yalanlarını təkrarlayır.
Onların ağlını o qədər qarışdırıblar ki, istənilən sərsəmliyə inanmağa hazırdırlar.

-Deməli, bunlar təkcə set xomyakları deyillər, bununla ziyalılar da məşğul olur. Məsələn, Şimali-Qafqaz federal universitetinin müəllimi Pavel Polyan çox liberal bir radionun efirində bizim işğalçılarla intim əlaqədə olmuş qadınların taleləri haqda suala cavab verərək, deyir: “Zorlamalar olurdu, amma kütləvi halda olmurdu. Hər halda, bu Qırmızı Ordunun Almaniyaya daxil olaraq sui-istifadə etdiyi kütləvi zorlamlarla bir ölçüyə gəlməz...” Bu mövzu barəsində Rusiya tarixçiləri arasında fikir ayrılığı çoxdurmu?

-Diqqəti konkret kolleqalara cəmləmək istəməzdim. Professional birlikdən olan tarixçilər var, bir də bizim onları folk-history adlandırdığımız, özünü belə səviyyədə göstərməyə çalışan insanlar var ki, özfəaliyyətlə məşğul olaraq, öz fikirlərini cəmiyyətə yeritmək istəyirlər. Yəni, profesionallar arasında bu mövzuda fikir ayrılığı yoxdur və ola da bilməz...
“Bu xalqı tarixindən məhrum etmək cəhdidir”

- Qərb filmlərində sərxoş və seksual qayğılı sovet əsgəri obrazının yaradılması azmış kimi, biz özümüz də oxşar filmlər çəkirik!

-Bunlar indi başlamayıb, Sovet İttifaqının dağıdılmasından sonra nə qədər belə filmlərin meydana çıxdığını xatırlayın. Və müharibəni qaralamaq mövqeyindən deyil, vətənpərvərlik mövqeyindən göstərən ilk şəkil 2002-ci ildə, “Zvezda”, çıxdı. Ona qədər çıxmış bütün filmlər stalin tiraniyası, “qanlı” NKVD,SMERŞ, xüsusi bölmələr, harada ki, yalnız yaxşı zabitləri arxadan güllələməklə məşğul idilər və döyüşçüləri öldürürdülər, haqda miflərlə dolu idi. Və belə bir fikir çatdırılırdı ki, Qələbə rəhbərliyin istəyinin əksinə olaraq qazanılıb...

-Nə üçün?

-Böyük Vətən müharibəsi hələ də bizim tariximizdə xalqın ağladığı epizoddur, və təkcə bizim xalqın yox, keçmiş SSRİ-nin bütün xalqlarının. Və 9 may tarixini yaddaşlardan silmək və ya ləkələməyə çalışarkən, hədəf tamamilə aydındır – bu xalqı tarixindən məhrum etmək, və göstərməkdir ki, bizim fəxr edə biləcəyimiz tariximiz yoxdur. Əgər əhalinin çoxunu buna inandırmaq mümkün olarsa, belə xalqın gələcəyi olmayacaq. Başa düşün, Böyük Vətən müharibəsinin tarixi çoxdan irimiqyaslı informasiya mübarizəsi meydanına çevrilib.

-Biz bu mübarizədə uduzuruq?

-Bəli.

-Niyə bizim tariximizə olan təzyiqlərə yalnız ayrı-ayrı tarixçilər müqavimət göstərir?
Dövlət bir növ tarixi saxtalıqlardan qorumağın vacibliyini söyləyir, amma sovet əsgərlərinin dondurulmuş heyvan sürüsü kimi təsvir olunduğu filmlər yenə çəkilir, liberallar isə dövlət kanallarında Qırmızı Ordunun törətdiyi “cinayətləri” sakitcə yayımlamağa davam edir...

-Siz bu haqda məndən eşitmək istəyirsiz? Çünki, əslində dövlət səviyyəsində saxtakarlığa qarşı heç bir fəaliyyət göstərilmir. Amma çox ciddi qaydada aparılmalıdır. Və məsələlər məhz ölkənin birinci simaları tərəfindən qoyulmalıdır. Rusiya imperatorlarından biri İ Nikoloay, Parisdə rusiya ordusunu ləkələyən pyesin tamaşaya qoyulduğundan xəbər tutaraq, onu səhnədən endirməyi tələb edir. Və fransızlar incəsənət azadlığını bəhanə gətirərək bundan imtina etdikdə, o cavab verir: yaxşı, onda mən sizə şineldə olan milyonlarla tamaşaçı göndərərəm və onlar sizi fitə basarlar. Pyesi dərhal yığışdırırlar.

-Təsəvvür edə bilərsiz ki, ABŞ-da kimsə “öz qəlbinin səsinə qulaq asaraq” film çəkir, harda ki, amerikalı əsgərlər Almaniyada ancaq zorlama, oğurluqla və içməklə məşğuldurlar?...

-Düşünürəm, belə rejissorların və ssenaristlərin karyerasında bu film sonuncu iş olardı, orada “azadlığın” belə təzahürlərini diqqətlə izləyirlər. Onlar bunun nə qədər təhlükəli olduğunu anlayırlar. Bu azmış kimi: bu mövzu tədqiqat aparılırsa belə, elan edilmir. Söz düşmüşkən, hələ 1989-cu ildə kanadalı müəllif Ceyms Bakın “Digər tələfatlar”adlı kitabı nəşr olunmuşdu, hansı ki, sübut edirdi ki, amerka işğalı altında olan ərazilərdəki düşərgələrdə milyondan çox əsir alman acından öldürülmüşdü. O dərhal öz kolleqaları tərəfindən təqiblərə məruz qalmışdı və az qala axmaq elan ediləcəkdi..

Şahidlərin söylədiklərindən

45-ci ilin Almaniyasının şahidləri

“.. Berlində ilk dəfə olduğum günün sonu mən əmin idim ki, şəhər ölmüşdür. İnsan belə dəhşətli zibil qalağında yaşaya bilməzdi. İlk həftənin sonuna mənim təsəvvürlərim dəyişməyə başladı. Cəmiyyət dağıntılar arasından canlanmağa başladı. Berlinlilər sağ qalmaq üçün kifayət edəcək miqdarda su və qida almağa başladılar. Rusların rəhbərliyi altında get-gedə daha çox insan ictimai işlərlə məşğul olmağa başladılar. Öz dağıdılmış şəhərlərində oxşar problemlərlə mübarizədə böyük təcrübəyə malik olan rusların sayəsində epidemiyanın yayılması nəzarət altına alındı. Mən əminəm ki, Sovetlər o günlərdə Berlinin sağ qalması üçün onların yerində ingilis-amerikalıların edə biləcəyindən çox şey etdilər...”

“... Hərbi əməliyyatlar alman torpaqlarına yerləşdikdən sonra, cəbhə hissələrinin əsgərləri və bilavasitə onların ardınca gedənlər, tərəfindən az zorakılıq halları törədilməmişdi. Onların sayı baş zabitlərin onlara münasibətindən asılı idi... Hüquqşünaslar qəbul edirdilər ki, alman qadınları ilə amansız və iyrənc cinsi əlaqəyə görə bəzi əsgərlər güllələnmişdi, xüsusilə bu əsgərlər zənci olduğu halda. Amma mən ağ amerikalılar tərəfindən zorlanmış çox qadın tanıyırdım. Bu cinayətkarlara qarşı heç bir tədbir qəbul edilməmişdi...”

“...Qırmızı Orduda sərt nizam-intizam hakimdir.Burada oğurluq, zorlama və təhqir halları istənilən digər işğal zonalardakılardan heç birindən çox deyil. Vəhşiliklər haqqında kobud əhvalatlar sovet əsgərlərinin qayda bilməyən xasiyyətlərindən və arağa olan sevgisindən doğan əsəbiliyin təsiri altında individual hadisələrin şişirdilməsi və təhrif olunması üzündən meydana gəlir. Sovet əsgərlərinin qəddarlığı haqqında nağıların əksəriyyətini mənə danışan bir qadın sonda etiraf etməli oldu ki, onun öz gözləri ilə şahidi olduğu yeganə şey sərxoş sovet zabitlərinin havaya və butılkalara atəş açmaları olub...”
Avstraliyalı hərbi müxbir Osmar Uaytın gündəliklərindən

“... Oberxundenə daşındıq. Qaradərili uşaqlar burda nə oyunlardan çıxdılar. Onlar evləri yandırdılar. Bütün almanları bir-birinin ardınca ülgüclə kəsdilər və zorladılar..”
ABŞ ordusunun rabitəçisi Edvard Uayz-ın gündəliyindən

“.. Təxminən elə həmin günlərdə yaraşıqlı macar qadını ilə söhbət etməli oldum. Onun Budapeştin məmin xoşuma gəlib-gəlməməsi haqda sualına cavab verdim ki, xoşuma gəldi, amma fahişəxanalar çaşdırdı. “Amma niyə?”- qız soruşdu. Çünki, bu normal deyil, vəhşilikdir,-izah etdim. – Qadın pul alır və ardınca “sevməyə” başlayı!” Qız müəyyən müddət fikirləşdi, sonra razılıqla başını yellədi və dedi: “Sən haqlısan: pul almaq həqiqətən yaxşı deyil...”
Süvari Aleksandr Rodin-in xatirələrindən

 “... Hansısa alman şəhərinə daxil olduq, evlərdə yerləşdik. 45 yaşlarında bir “frau” gəlir və “Ger komandantı” soruşur. Bildirir ki, mənzilə məsul insandır və sovet əsgərlərinə seksual (!!!) xidmət göstərmək üçün 20 alman qadını toplamışdır.. Zabitlərin reaksiyası qəzəbli və qəddar idi. Alman qadını xidmətə hazır “dəstəsi” ilə birlikdə qovdular..”
Minomyotçu Naum Orlov-un xatirələrindən

“... Bir az uzaqda, kəndin qarşısındakı dəmiryol keçidində bizi “silah və saat toplaması üzrə post” qarşıladı. Mənə elə gəldi yuxu görürəm: sivil,xeyirxah ingilislər kir basmış alman əsgərlərinin saatlarını əllərindən alırlar! Oradan bizi kəndin mərkəzindəki məktəbin həyətinə göndərdilər. Orada xeyli alman əsgəri toplanmışdı. Bizi qoruyan ingilis əsgərləri dişlərinin arasında saqqız çeynəyirdilər – bu bizim üçün yenilik idi – və digərləri qarşısında qol saatları düzülmüş qollarını yüksəyə qaldıraraq, öz qənimətləri ilə öyünürdülər...”
Ober-efreytor Eqon Kopisk-in xatirələrindən 

“... Bütün bunlar doğru yolla qazanılmışdır və ağlına gətirmə ki, Almaniyada quldurluq və soyğunçuluq baş verir. Hər şey qaydasındadır. Hücum zamanı Berlin “tuz”ları tərəfindən atılmış şeyləri müsadirə etdik və qardaşcasına kimin nə xoşuna gəlirdisə, aramızda bölüşdürdük...”
 Starşina V.V.Sırlicsın-ın həyat yoldaşına məktubundan


Məlumat : Yelena Spartakovna Senyavskaya – Rusiya Elmlər Akademyasının Rusiya Tarixi institutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor, Hərb elmləri Akademyasının həqiqi üzvüdür. 250-dən çox elmi işin müəllifidir.

Tərcümə Günel Muradova




Комментариев нет:

Отправить комментарий