9 дек. 2012 г.

Qloballaşma nədir?


 Qloballaşma —ümumdünya  iqtisadi, siyasi və mədəni inteqrasiya və unifikasiya  prosesidir. Qloballaşma bu yaxınlara kimi bir-biri ilə beynəlxalq əmək bölgüsü sistemi ,iqtisadi və siyasi münasibətlər ilə bağlı olan  milli təsərrüfatlar kimi başa düşülən dünya təsərrüfatının dünya bazarına birləşməsi və onların transmilliləşdirmə və regionallaşdırma prosesidir. Bu əsasda  bazar iqtisadiyyatının vahid dünya şəbəkəsi formalaşırgeoiqtisadiyyatın və onun infrastrukturlarının, çox əsrlər boyunca beynəlxalq münasibətlərin  əsas siması olmuş dövlətlərin milli müstəqilliyinin dağıdılması yolu ilə. Qloballaşma  prosesi dövlət tərəfindən rəsmilləşdirilmiş bazar sistemlərinin təkamülünün  nəticəsidir.

Dünyəvi  əmək bölgüsü, bütün planet  miqyasında kapitalın,işçi qüvvəsinin,istehsal reurslarının miqrasiyası,  qanunvericiliyin,iqtisadi və texnoloji proseslərin  standartlaşdırılması,həmçinin  müxtəlif ölkələrin  mədəniyyətlərinin bir-birilə qarışması qloballaşmanın əsas nəticələridir. Bu sistemli xarakter daşıyan obyektiv prosesdir,  yəni cəmiyyət  həyatının bütün sferalarını əhatə edir. Qloballaşma nəticəsində dünya onun bütün  subyektlərinə  daha  bağlı və onlardan daha çox asılı olur.Dövlətlər qrupu üçün ümumi problemlərin miqdarının artması,həmçinin inteqrasiya edən subyektlərin tiplərinin sayının genişlənməsi kimi.

Qloballaşma mənbələrinə baxışlar mübahisəlidir. Tarixçilər bu prosesə kapitalizmin inkişaf mərhələlərindən biri kimi  baxır. İqtisadçılar maliyyə bazarlarının transmilliləşdirilməsindən hesablama aparırlar. Politoloqlar demokratik təşkilatların yayılmasına dayaq hesab edirlər. Kulturoloqlar qloballaşma təzahürlərini  amerikan iqtisadi istismarı da daxil olmaqla mədəniyyətin vestern-izasiyası ilə bağlayırlar. Qloballaşma proseslərinin izahına informativ-texnoloji  yanaşmalar  var. Qloballaşma siyasi və iqtisadi növlərinə görə fərqlənir . Qloballaşma subyekti kimi iqtisadi və texnoloji  inkişafın dünyəvi qütblərinin  formalaşmasına  güclü ümumi effekt  verən regionallaşdırma  çıxış edir.

Bununla belə, "qloballaşma" sözünün  mənşəyi onu göstərir ki, bu və ya digər tarixi  mərhələlərdə baş vermiş beynəlxalq ticarətin sürətli artımı bu prosesdə aparıcı rol oynayır.  "qloballaşma" sözünü ("intensiv beynəlxalq ticarət" mənasında) ilk dəfə Karl Marks 1850-ci ilin sonunda Engelsə yazdığı məktublardan birində istifadə edib. Marks məktubda  yazırdı: "İndi dünya bazarı həqiqətən mövcuddur. Kaliforniyanın və Yaponiyanın dünya bazarına çıxışıyla qloballaşma baş verdi". Qloballaşma proseslərində beynəlxalq ticarətin həmin aparıcı rolunu həm də o fakt göstərir  ki, Marksın  dövründə başlanmış  qloballaşma 1930-cu illərdə, bütün inkişaf etmiş ölkələr beynəlxaq ticarətin kəskin laxtalanmasına səbəb olan   ağır proteksionizm siyasətinə keçdikdən sonra bitdi.

Siyasət və idarə etmə

Qloballaşma idarə etmə subyektlərinin mərkəzləşdirilməsi prosesiylə (hakimiyyətin mərkəzləşdirilməsi) sıx bağlıdır.

Siyasətdə qloballaşma milli dövlətlərin zəiflənməsidir  və onların dəyişməsinə və müstəqilliyinin ixtisarına imkan yaradır. Müstəqil dövlətlərin postmodern dövlətlərə transformasiyası  müşahidə olunur. Bir tərəfdən, bu ona görə baş verir  ki, müasir dövlətlər BMT,Ümumdünya Ticarət Təşkilatı,Avropa İttifaqı,NATO,BVF və Dünya Bankı kimi nüfuzlu beynəlxalq təşkilatlara daha çox səlahiyyətli nümayəndə göndərir. Digər tərəfdən, iqtisadiyyata və vergilərin azaldılmasına dövlət müdaxiləsinin ixtisarı hesabına müəssisələrin (xüsusilə böyük millətlərarası korporasiyaların) siyasi təsiri böyüyür.Həmçinin insanların xaricə asan  miqrasiyasına  və kapitalın sərbəst hərəkətinə  görə dövlətlərin öz vətəndaşları üzərində  hakimiyyəti azalır.

XXI əsrdə qloballaşma prosesiylə yanaşı regionallaşdırma prosesi də baş verir, yəni region amil kimi beynəlxalq münasibətlər  sisteminin vəziyyətinə  böyük təsiri göstərir, dünya siyasətinin qlobal və regional hissələri  arasında münasibətlər  dəyişir, həmçinin regionun dövlətin daxili işlərinə  təsiri güclənir. Həm də regionallaşma təkcə federativ quruluşlu dövlətlər üçün deyil, həm də unitar dövlətlər,bütöv qitələr və dünya hissələri üçün xarakterik olur.  Avropa İttifaqı regionallaşmanın  aşkar nümunəsidir.
Qlobal siyasətin problemləri əsasən Böyük səkkizlik və Böyük iyirmilik kimi iki klub tərəfindən həll edilir.

İqtisadiyyat

İqtisadiyyatın qloballaşması — dünya inkişafının qanunauyğunluqlarından biridir. İnteqrasiyayla müqayisədə ölçüyə gəlməz dərəcədə artmış müxtəlif ölkələrin iqtisadiyyatlarının qarşılıqlı asılılığı sahələr üzrə strukturu,informasiya və texnologiya   mübadiləsi, istehsal güclərinin yerləşdirilmə coğrafiyası dünya  şəraitini nəzərə alaraq təyin edilən iqtisadi zonanın formalaşması ilə bağlıdır,iqtisadi yüksəliş və tənəzzül isə planet miqyası alır.

 İqtisadiyyatın artan qloballaşması kapitalın yerdəyişmə miqyasının  və tempinin  kəskin artımında ifadə edilir. Son onilliklər ərzində yaradılmış informasiya sistemi maliyyə kapitalının hərəkətini çox gücləndirmişdir.

İqtisadiyyatın qloballaşması — mürəkkəb və zidd prosesdir. Bir tərəfdən, o dövlətlər  arasında iqtisadi  qarşılıqlı əlaqələri yüngülləşdirir, ölkələrin bəşəriyyətin qabaqcıl nailiyyətlərinə  girişi üçün şərait yaradır, resurslardan qənaətli istifadəni  təmin edir, dünya inkişafını stimullaşdırır. Digər tərəfdən, qloballaşma mənfi nəticələrə gətirir: iqtisadiyyatın periferiya modelinin möhkəmləndirilməsi, "qızıl milyard"a daxil olmayan ölkələrin  öz ehtiyatlarını  itirməsi. Qloballaşma bütün iştirakçılara rəqabət mübarizəsi  yayır, həmçinin də zəif ölkələrə,hansı ki, kiçik biznesin iflasına, əhalinin həyat səviyyənin aşağı düşməsinə və s. gətirir.

Mədəniyyət

Mədəni qloballaşma üçün dünyanın müxtəlif ölkələri  arasında işgüzar və istehlak mədəniyyətinin yaxınlaşması və beynəlxalq ünsiyyətin artması tipikdir. Bir tərəfdən, bu bütün dünyada milli mədəniyyətlərin  ayrı-ayrı  növlərinin populyarlaşmasına gətirir. Digər tərəfdən, məşhur beynəlxalq mədəni hadisələr milli fenomenləri  sıxışdırıb aradan çıxara  və ya onları beynəlmilələ çevirə bilər. Çoxları  bunu milli mədəni dəyərlər  itkisi kimi qiymətləndirir və milli mədəniyyətin dirçəlişi üçün mübarizə aparır.

Müasir filmlər dünyanın bir çox ölkələrində eyni zamanda ekranlara çıxır, kitablar tərcümə edilir və dünyanın müxtəlif ölkələrində  oxucular arasında məşhurlaşır. Hər yerdə yayılmış internet  mədəni qloballaşmada böyük rolu oynayır. Bundan başqa, beynəlxaq turizm ildən-ilə daha da genişlənir.

Qloballaşmanın tənqidi

Qloballaşmanı  təkcə  antiqlobalistlər və bəzi siyasətçilər (məsələn, Uqo Çaves)  deyil, həmçinin bir sıra iqtisadçılar və alimlər tənqid edir. Məsələn, məşhur iqtisadçı Cozef Stiqlis qloballaşmanını kəskin tənqid edildiyi bir neçə kitab yazıb. Stiqlis çoxsaylı faktlar və nümunələrlə qloballaşmanının sənayeni dağıtdığını,işsizliyin,yoxsulluğun  artmasına imkan yaratdığını,elmi-texniki inkişafı tormozladığını və planetdə ekoloji problemləri dərinləşdirdiyini sübut edir. O qlobal institutların siyasətini tənqid edir: Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, — hansılar ki, onun fikrinə görə, qloballaşmadan və onun ideologiyasından bir neçə ən inkişaf etmiş dövlətlərin xeyrinə,əksəriyyətinin  zərərinə  istifadə edirlər. Əksəriyyət iddia edir ki, qloballaşma  öz geosiyasi rəqiblərinin zəiflədilməsi və ya məhv edilməsi üçün  ABŞ tərəfindən alət kimi  istifadə olunur. Digərləri qeyd edirlər ki, qloballaşma spekulyativ iqtisadiyyatın, istehsalın  və malların satışının inhisarına və sərvətlərin kiçik insan qrupunun("dünyanı  idarə edən sinifin") xeyrinə yenidən bölüşdürülməsinə  imkan yaradır.

Qloballaşma tərəfdarları iddia edirlər ki, bütün müasir proseslər və onlarla bağlı neqativ hadisələr təbii xarakterə malikdir və onları  idarə etmək mümkün deyil, qloballaşma  tənqidçiləri isə, əksinə, əmindirlər  ki, böyük dövlətlər  neqativ təsirləri əhəmiyyətli dərəcədə  azalda bilərlər. Onların fikrincə, buna  bütün sahələrdə  ağıllı proteksionist (himayədar) siyasət  vasitəsi ilə nail olmaq olar: xarici ticarət sahəsində, kapitalın  hərəkəti, immiqrasiyalar, — həmçinin valyuta sisteminin  reformasiyası  vasitəsi ilə.


Materialı Vikipediyadakı məlumatlara əsasən Günel Muradova hazırladı

Комментариев нет:

Отправить комментарий