15 мар. 2013 г.

Test üsullu təhsil. ABŞ-daki təhsil haqda xəbər

Əks-inqilabçıların lideri Əbülfəz Əliyev haqda fanatları müxtəlif miflər və şəhər əfsanələri yaradıblar. Onlardan biri Əbülfəz Əliyevin Azərbaycana imtahanların test üsulu ilə verilməsi sistemini gətirməsidir. 1-si, test üsulu onsuz da olacaqdı, çünki bütün keçmiş sovet sosialist cümhuriyyətləri başılovlu qərb həyat modelinə keçməyi planlaşdırmışdılar və test üsuluna, təbii ki, keçiləcəkdi. Başqa post-sovet respublikalarında da test üsuluna keçdilər. Bilməyənlər üçün: Azərbaycan manatını da, elə test üsuluna Ayaz Mütəllibovun hökuməti hazırlamışdı, hazırlayırdı. Manat heç, müstəqil ölkənin öz valyutası olmalıdır. 2-si. Sizə kim deyib ki, test üsulu ideal təhsil modelidir? Axı bütün dünya sovet təhsilinin üstünlüyündən danışır. Axı bütün dünya çoxdan qəbul edib ki, sovet insanların təhsil göstəriciləri planetdə ən yüksək səviyyədə olub.

İndi görürsünüz, təhsil yerlərdə sürünür. Yaxçı təhsil ancaq pulladır. Məktəb təhsil vermir, əlavə olaraq hamı repetitora üst tutur. Türkiyədə də eyni şeydir. Təkcə orada mı? Xeyir. ABŞ-da da belədir. Aşağıda sizi bir xəbərlə tanış edirik, zənn edərsən söhbət Azərbaycandan gedir.

Nyu-York ali təhsil müəssisələrinin 80% məzunu oxumağı bacarmır. Amerikada və dünyanın əksər hissələrində təhsil sistemi xeyirdən çox zərər gətirən korrupsiyalaşmış müəssisədir. İctimai təhsilin əsas məqsədi gənc savadlı insanlar formalaşdırmaq, həmçinin onları iş zamanı lazımlı olacaq ən əsas təcrübələrə öyrətməkdir.

Məktəblərdə insanlara necə düşünməyi deyil, nəyi düşünməyi, daha doğrusu onlara çatdırılmış informasiyanı necə yadda saxlamağı və “həzm etməyi” öyrədirlər. Həqiqi lazımi informasiya bütün təhsil ili boyunca cəmi bir neçə aya tədris edilir, bütün fənnlər üzrə belə “yüyürmək” isə orta təhsil sisteminin məqsədi deyil. Bugünkü təhsil strukturu üçün həqiqətən vacib olan məktəbin uşaqları “sosiallaşdırması” və onların beyninə təsir etməsidir. Bu struktur uşağın ruhunu sındırmaq və onu avtoritet simalara itaətkar etməkdir. O işçi sinfin uşaqlarını müxtəlif kompaniyalarda və bürolarda gələcək xidmət yerləri üçün hazırlamaqdan ötrü xüsusi olaraq işlənib hazırlanmışdır.

CBS xəbər verir:
Nyu-Yorkun ali məktəblərinin məzunlarının 80%-i İctimai kolleclər sisteminə daxil olmaq üçün əsas fənnləri yenidən təkrarlamağa ehtiyac duyurlar. Bu o deməkdir ki, təxminən şəhər ali məktəblərinin diplomunu almış 11000 gəncə əsas fənnlərin təkrarı üçün korrektiv kurslar lazımdır. Valideynlərin ev təhsili seçmələrinin və ya alternativ təhsil mərkəzlərinə müraciət etmələrinin də əsas səbəbi budur. 2010-cu ildə evdə təhsil alan uşaqların sayı 2 milyona çatdı və ictimaiyyətin təhsil sisteminin qüsurları barəsində məlumatlanmasından asılı olaraq getdikcə daha da artır. Evdə təhsil almaq hələ də əksər insanları qorxudur, çünki, uşağın 12 il ərzində dövlət məktəbinə getməli olması, hökumətin dayə rolu üçün qorxunc kandidat olsa da qərb mədəniyyətində dərin kök salıb. Bununla belə, bu yeni təcrübədir, çünki, qanuna görə hökumət təhsilə nəzrət və valideynləri uşaqlarını dövlət məktəblərinə göndərməyə məcbur etdiyi üçün təhsil səviyyəsi faktiki olaraq aşağı düşüb.

Təcrübə bizə öyrətdi ki, hökumət təhsil sahəsində nəinki öz məqsədlərinə nail olmadı, həm də öz xeyrinə təhsil səviyyəsinin aşağı düşməsinə nail oldu. Bu uğursuzluğa görə, dövlət təhsil sisteminin qyeri-adekvatlığına cavab olaraq, bütün dünyada alternativ təhsil mərkəzlərinin artımı müşahidə olunur.

Xəbərin mənbəyi:

http://banoosh.com/2013/03/11/80-percent-of-recent-nyc-high-school-graduates-cannot-read/

13 мар. 2013 г.

Vətəndaşları xoşbəxt etmək üçün sosializm qurmaq və SSRİ-dən öyrənmək lazımdır


Cənubi Kaliforniya universitetindən Riçard İsterlin hesab edir ki, əgər hökumət vətəndaşlarının rifah halının yüksəldilməsi üçün çalışırsa, iqtisadi artımın yüksəldilməsinə can atmamalıdır. ÜDM hökumətlərə çox baha başa gəlir, bununla belə ölkə vətəndaşlarının rifah halını yüksəltmir. Buna görə də keçmiş SSRİ və digər sosialist ölkələrinin təcrübəsindən istifadə etmək lazımdır. İnsanların həyat səviyyələrindən razı qalmaları üçün iqtisadi artımı deyil, məşğulluğu stimullaşdırmaq lazımdır və elə sosial təminat sistemi yaratmaq lazımdır ki, insanlar özlərini müdafiə olunmuş hiss etsinlər. Belə bir sistem isə sosialist modelini xatırladır.

Tədqiqatlara görə ən xoşbəxt insanlar sosial sistemi inkişaf etmiş ölkələrdə - İsveçdə,Danimarkada və Finlandiyada yaşayırlar. Bu insanların rifah halı haqqında bütün sorğuların nəticələri bu məlumatı təsdiqləyir. Bu ölkələrdən nümunə götürməyə dəyər,həmçininin də keçmiş SSRİ və digər Varşava müqaviləsi ölkələrindən. Keçmiş sovet ölkələrinin əhalisi iş,pensiya və ya tibbi xidmətlərə görə narahat olmurdular. Çünki, dövlət əhalinin qayğısına qalırdı. Bazar sisteminə keçdikdən sonra isə bütün keçmiş Sovet respublikalarında,Şərqi Almaniyada və hətta Çində vəziyyət tamamilə dəyişdi.

Ənənəvi iqtisadçılar düşünürlər ki, ÜDM-in ikiqat artması əhalinin həyat səviyyəsinin də ikiqat yaxşılaşmasına səbəb olur. İsterlin isə əmindir ki, bu heç də belə deyil. O, uzun müddət( 12 ildən çox) ərzində bir çox ölkələrin ÜDM üzrə göstəricilərini və vətəndaşların həyat səviyyəsini tədqiq etdi.

21-34 il ərzində müşahidələr aparılmış 17 inkişaf etmiş ölkədə (14 Avropa ölkəsi,həmçinin ABŞ,Kanada və Avstraliya) ÜDM –in adambaşına düşən artımı ilə həyat səviyyəsinin təmin olunması arasında heç bir əlaqə tapılmamışdır. İnkişaf etmiş ölkələrdə ÜDM-un artması həyat səviyyəsinin təmin edilməsinə heç bir təsir göstərmir.

Bu inkişaf etməkdə olan 9 ölkəyə də aiddir - Asiya,Latın Amerikası və Afrika ölkələri əhalisi. ÜDM-in artması inkişaf edən ölkələrin əhlisinin həyat səviyyəsinin yaşılaşmasına demək olar ki, təsir etmir.

İqtisadiyyatı keçid vəziyyətində olan ölkələrdə - bu qrupa Rusiya və daha 10 dövlət daxildir- də ÜDM-un daha sürətlə artımı əhalinin həyat səviyyəsinə təsir göstərməyib.

Beləliklə, İsterlin və onun kolleqaları iqtisadiyyatın artım səviyyəsi ilə əhalinin rifah səviyyəsi arasında heç bir əlaqə tapmayıblar. Hətta ən kasıb ölkələrdə belə heç bir nəticə olmayıb. Məsələn, Çinin sürətli inkiaşfı çin xalqının rifah halını yüksəltməyib.

İsterlin ənəvi iqtsadçıların səhv etmələrini bununla izah edir ki, əslində iki növ xoçbəxlik var –uzunmüddətli və qısamüddətli. Qısamüddətli xoşbəxtlik insanların konkret hadisələrə reaksiyasını bildirir, məsələn, iqtisadiyyatda vəziyyətin yaxşılaşması və ya pisləşməsi, amma bu effekt tezliklə yox olur. Məsələn, keçmiş sovat ölkələrində olduğu kimi, resessiya insanların rifah halını aşağı salır, iqtisadiyyatın yenidən qurulması isə yenidən onun artmasına gətirir, amma uzunmüddətli perspektivdə bu artım əslində sıfra bərabərdir. Keçmiş sovet ölkələrində də bu şey baş verdi.

Bazar iqtisadiyyatına keçid zamanı dövlət müəsissələri və bununla da işçilərin sosial müdafiə sistemi məhv edildi, işsizlik artdı. Sosializm ölkələrinin əhalisi üçün yeni qayğılar yarandı: insanlara iş axtarmaq və yaşayış vasitələri tapmaq lazım idi, tibbi xidmətləri haradan ala biləcəklərini, uşaqlarını və ya qoca yaxınlarını kimin himayəsində qoyacaqlarını bilmirdilər.

Odur ki, ən kasıb ölkələr belə vətəndaşlarının sosial təminatını ödəyə bilər, rifah halını yaxşılaşdıra bilər.

Tərcümə etdi: Günel Muradova (c) mətnin orijinal variantına burdan baxa bilərsiz
http://finmarket.ru/z/nws/hotnews.asp?id=3252698