29 дек. 2012 г.

Sizə müraciət edirəm, gələcəyin yeyənləri. Kris Xedjes

Yer kürəsində mövcud olduğu çox qısa zaman boyunca insan nəsli özünü məhv etmə qabiliyyətini ustalıqla nümayiş etdirdi. Kromonyonlar neandertalların kökünü kəsdilər. Konkistadorlar su çiçəyinin köməyi ilə Amerikanın yerli əhalisini məhv etdilər. 20-ci əsrin sənaye müharibələri əksəriyyəti sadə vətəndaşlar olan ən azı 100 milyon insanın həyatını aldı. Biz isə bugün sakitcə oturub korporasiyaların və sənaye dövlətləri liderlərinin bizim bioloji növün məhvinə aparan iqlim dərişikliklərini sürətləndirmək üçün əllərindən gələni etdiklərinə baxırıq. Bioloq Tim Flannerin dediyi kimi, “Homo sapiens, gələcəyin yırtıcısıdır”.
Keçmişdə, sivilizasiyalar öz iştahasını xəsisliyin, bacarıqsız təsərrüfat işlərinin və resursların istismarı hesabına təmin etdiyi zamanda, insan varlıqları yeni torpaqlar qarət etmək üçün köç edirdilər. Amma artıq oyun bitmişdir. Daha köç etməyə yer yoxdur. Planetin yarısını tutmuş sənaye ölkələri planetin digər yarısında sahiblik etməyə davam edirlər. Ağılsızlığımızın ucbatından biz təbii kapitalımızı tükətmişik , hər şeydən əvvəl mədən yanacağını, və Yer kürəsini tullantılarla zəhərləyib və insanın öz həyatı asılı olan ekosistemi dağıdaraq istehlak eyş-işrətinə uymuşuq.Əgər siz sənaye elitasına aidsizsə, bu yaxşı gecədir. Amma kifayət qədər axmaq gecədir.

Bu dəfə kollaps qlobal olacaq. Birlikdə uçuruma yıxılacağıq. Və onu dayandırmaq üçün artıq gecdir. 10 000 il uzunluğunda oturaq həyatın sınağı müvəffəqiyyətsizliklə bitdi. Bütün canlı məxluqları ilə birlikdə Yer kürəsinə sahib olduğunu təsəvvür edən insanlıq tarazlığın qorunmasının, öz ehtiyaclarının məhdudlaşdırmasının və təvazökarlığının vacibliyi haqqında dərs alacaq. Məlumdur ki, insan abidələrinin yaşı 5 000 ildən çox deyil."Sivilizasiya",Ronald Rayt "İnkişafın qısa tarixi," kitabında qeyd edir, " 2,5 milyon il içərisindən- bizim əcdadlarımızın ilk daş yonduqları zamandan -cəmi 0.2 % zaman tutur. " Əlvida Paris,əlvida Nyu-York,əlvida Tokio. Sürfələrin və köklərin axtarışlar şimal enliklərində sağ qalma şərti olan mövcudluğun yeni mərhələsinə xoş gəlmisiniz.

Biz həmişə özümüzü rasional varlıq hesab etmişik. Bəs neft,qaz və kömür şirkətləri,plastmas istehsalçıları,avtomobil sənayesi, hərbi istehsalat və sənaye dünyasının liderləri bizi kəsməyə aparana qədər qoyun kimi oturmaq və gözləmək rasinaollıqdır? Bu gün dərin iqlim dəyişikliklərinin qarşısının alınması üçün artıq çox gecdir. Amma oda yağ tökmək nəyə lazım? Niyə gəlirlərə tamahkar olan elitanın bizim ölümümüzü sürətləndirməsinə icazə verək? Niyə cəlladlar tərəfindən boynumuza bağlanmış qanunlara tabe olaq?

Hər yeni gün kədərli xəbərlər gətirir. Arktika buzlarının sürətlə əriməsi bildirir ki, bir neçə onillik ərzində buzlaqlar tamamilə yox olacaq. Açıq su sahələri qlobal istiləşməni əhəmiyyətli dərəcədə sürətləndirərək daha çox gün radiasiyası udacaqlar. Sibirdə daimi buzlaqlar yox olacaq, bundan sonra azad olmuş metan alova bürünəcək. Qrenlandiyanın və Himalayın buzlaqları əriyəcək. NASA –nın alim-iqlimşünası Cey Svalli 2007-ci il dekabrda bildirmişdi: "Qlobal istiləşmə nöqteyi-nəzərindən Arktikanı həmişə şaxtada bülbüllə müqayisə edirdilər. Bu gün bülbül ölüdür. Şaxtadan çıxmaq vaxtıdır."
Amma reallıq heç vaxt insan ağılsızlığı üçün maneə olmamışdır. Parnik qazları Svallinin bəyanatından bu vaxta kimi yığılmağa davam edirdi. Mədən yanacağının yandırılmasından karbonun 4-oksidin (CO2) qlobal tullantıları 2000-ci ildən başlayaraq ildə 3 % artır. Bu templə illik tullantıların miqdarı hər 25 ildən bir ikiqat artacaq. NASA Qoddar institutunun rəhbəri və iqlim sahəsində əsas dünya ekspertlərindən biri olan Ceyms Xansen xəbərdarlıq edir ki,planetin belə rejimlə qızması "birbaşa qlobal fəlakətə aparır". Xansenin qiymətləndirilmələrinə görə atmosferdə CO2-in təhlükəsiz səviyyəsi 350(ppm)-i ötməməlidir. CO2-in hazırki səviyyəsi 385 ppm-ə bərabərdir və artmağa davam edir. Onun təcili dayandırılmaması dəhşətli nəticələrə zəmanət verir.
3 milyon il uzunluğunda təbii karbon dövrü atmosferdə karbon qazının miqdarının 300 ppm ətrafında, planetdə həyatın müxtəlifliyini şərtləndirən səviyyədə qalmasını təmin etdi. Korporativ elitanın,ən azı qlobal istiləşmənin reallığını anlayanların, bu gün inkişaf etdirdiyi ideya 350 ppm səviyyəsinin yuxarı qaldırılmasından, sonra isə tullantıların kəskin ixtisarı yolu ilə yenidən təhlükəsiz iqlim səviyyəsinə qayıtmaqdan ibarətdir. Bu nəzəriyyə, əlbəttə, xüsusi olaraq hal-hazırda nəsə etməli olan elitanı məsuliyyətdən azad etmək üçün hazırlanmışdır. Amma Klyav Hamiltonun "Canlılar üzrə Rekviyem: niyə biz iqlim dəyişiklikləri haqqında həqiqəti bilmək istəmirik?" kitabında qeyd etdiyi kimi: " Əgər karbon 4-oksidinin konsentrasiyası 550 ppm-ə çatarsa, hansı ki, sonra tullantılar sıfıra qədər düşəcək, qlobal temperatur hələ daha yüz il artmağa davam edəcək."
Görünür son xilas olmaq imkanı Kopenhagen idi. Barak Obama və sənaye ölkələrinin digər liderləri bu şansı bizdən aldılar. Dramatik iqlim dəyişikliyi prosesi başlandı. Onun nə qədər dağıdıcı olacağını yalnız tapmaca kimi tapmaq qalır. Klimatoloqlar xəbərdarlıq edirlər ki, iqlim dəyişikliklərinin mexanikası tezliklə domino effekti yaradacaq, hansı ki, bundan sonra yenidən tarazlıq vəziyyətinə nail olana kimi min illər boyunca Yer kürəsi xaos vəziyyətinə girəcək. Hamilton yazır,"İnsanlar sağ qalacaq ya yox, bunu demək çətindir,"."Bir şey aydındır: bizim sayımız olduqca azalacaq."

Biz illüziyanın qulu olmuşuq ki, öz ətrafımızı dəyişdirə və nəzarət edə bilərik, insan ixtiraçılığı inkişafın zəruriliyini təmin edəcək və bizim sekulyar Allahımız – elm - bizi xilas edəcək. "Bizim üçün sərhəd olmamasına sərxoşedici inam ən ali gücə ,Yer kürəsinə dirəndi," Hamilton yazır. "Amansızcasına yaxınlaşan iqlim dəyişiklikləri bizim texnologiya təkəbbürümüzə, bizim ağıla inamımıza və bütün müasir layihələrimizə meydan oxuyur. Yer kürəsi tezliklə nümayiş etdirəcək ki, onu əhliləşdirmək olmaz, insanın hər şeyi əlinə almaq cəhdləri isə sadəcə yatmış əjdahanı oyadacaq."

Qəbul etmək lazımdır: biz dəhşətli siyasi həqiqətlə rastlaşmışıq. Hakimiyyətə sahib olanlar insanları və ekosistemi xilas etməyəcəklər. Planetin və insan sivilizasiyasının taleyi ilə bağlı qərarlar BP-nin rəhbəri Toni Xeyuord kimi mənəvi və intellektual eybəcərlərin əlindədir. Bu siyasi və korporativ sahibkarlar insan həyatı hesabına qorxaq şəkildə sərvət yığmağı rəhbər tuturlar. Onlar Meksika körfəzində belə davranırlar. Onlar ixracat sənayesinin çiçəkləndiyi cənubi Çin əyaləti olan Quandunda belə hərəkət edirlər . Dünya bazarlarını ucuz mallarla doldurmaq məqsədi ilə Çinin totalitar kapitalizmə transformasiyası karbon 4-oksid tullantılarının miqdarının dramatik şəkildə artmasına öz töhfəsini verir , həm də Çində bu tullantıların miqdarı 2030-cu ilə kimi 5 milyard tondan 12 milyard tona qədər, ikiqat artacaq.
Korporasiyalar tərəfindən planetin dağıdılması insan varlıqlarının məhvi ilə müşayət olunur. Quandunda fabriklərdə biz düşmənlərimizin əsl üzünü görürük. Sosioloq Çin Kvan Lin o haqda danışır ki, "şeytan dəyirmanları" Çinin sənaye cəhətdən daha irəli olan cənubunda "elə öldürücü sürətlə fırlanır ki, hər gün işçilərin fiziki və psixi güclərinin davamlılığı yoxlanılır".Bəzi işçilərin iş günü 14 saatdan 16 saata qədər təşkil edir, onlar bütün ayı istirahət günlərisiz işləməyə məcbur edilirlər. Bu fabriklərdə işçinin aya 400 saat və daha artıq işləməsi normal hesab edilir, xüsusən geyim sənayesində. Li qeyd edir ki, işçilərin əksəriyyəti kiçik maaşla və qanunsuz işdən azad edilməklə barışırlar. Onları tez-tez təhqir edirlər, işdə aldıqları bədən xəsarətləri,şikəstlik üçün kompensasiya almırlar. Təkcə Şenzen şəhərində hər il iş gərginliyindən onlarla işçi ölür. Linin sözlərinə görə, iş şərtləri "marksizmdə istismar və yadlaşma anlayışlarından daha pisdir." Linin “Qanuna əlehinə: Çin sənaye və turizm zonalarında işçi etirazları” kitabında sitat gətirdiyi, 2003-cü ildə rəsmi Çin xəbər agentliyi tərəfindən dərc edilmiş tədqiqat göstərdi ki, dörd işçi-miqrantdan üçünün maaş almasıyla bağlı problemləri var. Hər il yüzlərlə işçi onların maaşı ödənməzsə, intihar etməklə hədələyir. O yazır :" Əgər əmək müqabilində pul alınması – kapitalist ictimai münasibətlərinin fundamental əlamətidirsə, onda, sərt desək, əksər çinlilər hətta işçi statusuna malik deyillər".

Bu gün bu korporasiyaların liderləri bizim talemizi müəyyən edirlər. Onlar xeyirxahlığın və rəhmin nə olduğunu bilmirlər. Onların hüquqşünasları onların özlərinə rahat qanunlara təsir edirlər. “Public relations” la məşğul olan firmaları KİV tərəfindən yayılan təbliğatlar uydururlar. Onların pulu seçki prosesini idarə edir. Onların xəsisliyi işçiləri qlobal qullara, planeti boş məkana çevirir.
İqlim dəyişikliklərinin kəskinləşməsi şəraitində biz seçimlə rastlaşacağıq: ya onların qaydalarına tabe olmağa davam etmək, ya da ayağa qalxmaq. Kimlər ki, ağzına kimi doldurulmuş Çin fabriklərində insanları ölənə kimi istismar edir və ya Meksika körfəzini ölü zonaya çevirir – bizim düşmənlərimizdir. Onlar ölüm sisteminə xidmət edirlər. Onları islah etmək və onlara etibar etmək olmaz.

İqlim böhranı – siyasi böhrandır. Biz ya ənənəvi siyasəti və qanunları ilə birlikdə korporativ elitanı rədd edəcəyik, ya da bizi "əldə edəcəklər". Zaman bizim tərəfimizdə deyil. Biz nə qədər çox gözləyiriksə, sonumuz o qədər daha tez yaxınlaşır. Gələcək öz-özünə, bizsiz də gələcək. Bizim mənəvi vəzifəmiz hakimiyyət strukturları qarşısında deyil, ilk olaraq həyat strukturları qarşısındadır.


Tərcümə Günel Muradova

Qadınlara qarşı zorakılıqlar artır


SSRİ bu planetdə bir nur saçan məkan idi - hər sahədə. SSRİ dağıdıldıqdan, Sosialist Cümhuriyyətlər kapitalizmə keçdikdən sonra planetdə din mərkəzli irticanın qarşısını alan qüvvə olmadı. Dünyada çox üzücü proseslər gedir, qadınlara, qızlara qarşı təcavüz xəbərləri bizi üzür. Onsuz da özümüzün şəxsi problemlərimiz başımızdan aşır. Bilirsiniz, bu yaxınlarda Hindistanda avtobusda bır tələbə qıza təcavüz etmişdilər. Sərnişşin kişilər. Avtobus sürücüsünün də iştirakı ilə. Üstəlik döyüb, şilküt edib avtobus hərəkətdə olarkən küçəyə atmışdılar. O xanım bir neçə gün reanimasiyada qaldıqdan sonra vəfat etdi. Hindistanda başqa bir 16 yaşlı qıza iki kişi təcavüz etmişdi. O qızcığaz qorxusundan heç kimə heç nə deməmişdi. Sonra qanaxmasından qorxub məcburən anasına demişdi, polisə şikayət etmişdilər. Amma problem elə bundadır ki, polisdə işləyənlər də cəmiyyətin böyütdüyü evladlardı, cəmiyyətdə hakim olan dünya görüşünün daşıyıcılarıdırlar. Polis kömək etmək əvəzinə bir ay bu qızcığaza psixoloji təzyiq edib. Üstəlik həmkəndliləri də qızı ələ salırlarmış, sanki təqsir təcavüzə uğramış uşaqdadır. Bu qız da depressiyaya düşüb damarlarını doğradı, öldü. Eyni Hindistanda bir kapitalist öz müəssissəsində çalışan bir qıza təcavüz etdi. Amma Hindistanda sağlam düşüncəli insanlar da var. Onlar günlərdi ki, qadınlara qarşı edilən zorakılığa qarşı mitinqlər keçirdirdilər. O kapitalisti də villası qarışıq yandırdılar. Təbii, bu da vəhşilikdir, amma əgər ölkədə ədaləti təmin edən dövlət orqanları yoxdursa, məhkəmələri çalışdıran siyasi iradə susursa, bezən və ümidini itirən insanlar linçə əl atmalıdır.

Qadınlara qarşı ən dözülməz vəziyyət müsəlman coğrafiyasındadır. Təcavüzə uğramış qadınları hələ bir günahkar çıxaran şərəfsiz patriarxal qaydalarla yaşayırlar. İki gün əvvəl islamlaşmış və artıq şəriətləşməyə doğru gedən Türkiyədə növbəti vəhşilik baş verdi. Batmanda iki gənc oz kuzeni olan on beş yaşlı qıza təcavüz ediblərmiş Qız qorxusundan susubmuş. Sonra hamilə olduğu üzə çıxıb. Və.... atasının başçılığı ilə keçirilən ailə-nəsil yığıncağı bu qıza ölüm hökmü çıxardır, öz əmiləri (atasının qardaşları) qızı öldürüb kəfənsiz, mundar bir şey kimi basdırıblar iki gün əvvəl. Türkiyədə bu cür hadisələr tez-tez olur. Biz də get -gedə sosialist dövründən əvvəlki vəziyyətimizə qayıdırıq. Bizim bu irticaya qarşı mübarizə aparmağımız vacibdir. Qadın təcavüzə uğrayıbsa , qətiyyən qorxmamalıdır. TAm əksinə, o şərəfsizin adını dərhal açıqlamalıdır. Bunun üçün qadın əmin olmalıdır ki, cəmiyyət onu yox, təcavüzkarı qınayacaq. Bax bu müsəlman paradiqmasına əsaslanan düşüncə tərzinə qarşı mübarizə aparmalıyıq. Yoxsa Hindistanda və Türkiyədə tez-tez baş verən hadisələr Azərbaycanda da adi hala çevriləcək. Ondan sonra da bizi Afqanistan, Pakistan, Ərəbistan həyat obrazı gözləyir. Ayıq olun, aktiv olun, biganə olmayın.

26 дек. 2012 г.

İlham Əliyevin çıxışına dair

Siyasi gündəmi silkələyən çıxış oldu. Dostlar, İlham Əliyevin bu çıxışını görmüsünüz? Bu, sıradan bir bəyanət deyil. İlham Əliyev indiyə kimi bir neçə dəfə bu tarixi faktı dilə gətirib. Amma 1918-1920-ci illərin musavat hökumətini cinayətkar adlandırmamışdı. Yaxın illərimiz bu bəyanatın rezonansıyla yaşayacağıq. Bu bəyanata hələ də yetərincə qiymət verməyib siyasi dairələr. İlk növbədə prezident uzun müddəttir ki siyasi həyatında Məmməd Əmin Rəsulzadə üzərindən siyasətbazlıq yürüdən, onu və o vaxtın musavat hökumətini ideallaşdıran neo-qərbçi sağ və liberal müxalifəti məhv etdi. Sözün əsl mənasında məhv etdi. Axı onlar özlərini o "cinayətkar rejimin" davamçısı kimi qələmə verirdilər. Onların reaksiyası gözlənilən idi: cığal uşaqlar kimi başladılar virtual üz cırmaqlamağa. Dedilər ki, İlham Əliyev tarixi bilmir, çünki çıxışında İrəvan xanlığından bəhs etdi. Çox məntiqsiz cavab idi. Niyə? Çünki İ.Əliyev orada tarix danışmırdı, tarixi səhifələri ardıcıllıqla vərəqləmirdi. Təbii ki, o "İravan xanlığı" əvəzinə "quberniya" filan da deyə bilərdi. Amma bu ancaq siyasi savadsızlıq olacaqdı. Bizim sağ və liberal müxalifət zır savadsız olduğundan siyasi cəhətdən də axsayır. Ya da ki, cığallıq hirləri gözlərini örtüb, düşünmək qabiliyyətini itiriblər. Heç bir azərbaycanlı siyasətçi “İravan quberniyası” adı çəkməməlidir. Çünki o zaman ermənilərin İravanı bizdən yox, Rusiyadan aldığı iddia ediləcək. Bax rəqibin bu sözlərinin qarşısını almaq üçün bir az da geriyə gedib “İrəvan xanlığı”, “indiki Ermənistan bizim İrəvan xanlığının ərazisi üzərində qurulub” demək lazımdır. Ki, İlham Əliyev də bunu dedi və ən doğrusunu etdi. Biz elə hər yerdə bizim torpaqların 20%-nın işğalından danışırıq. İndi bizim sağ-liberal müxalifətin məntiqi ilə gərək 16% deyək. İlham Əliyev legitim prezidentdir və onun çıxışlarını ən azından bütün region izləyir.

Bizim İlham Əliyev müdafi etmək kimi dərdimiz yoxdur, sadəcə anladığımız həqiqətləri deyirik. Həm də biz kapitalizmə, bütün sistemə etiraz edirik. Prezident kim olursa olsun. İlham Əliyevi virtual aləmdə söyənlərin çoxu onun var-dövlətinə paxılllıq etdiyi üçün bunu edir. Biz kapitalizmi söyürük. Bizə fərqi yoxdur, kapitalizmin maraqlarını ifadə edən prezidentin adı nədir.

İ.Əliyevin bəyanatı sağ-liberal müxalifəti xəyal qırıqlığına uğratdı. Nə deyəcəklərini bilmirlər. Prezident bir kəlmə sözlə müstəqillik dövründə KİV-lərdən, ləyaqətsiz, şərəfsiz, satılıq tarixçilərin ağızlarından tökülən miqdarsız yalanları yaraladı. Sağ müxalifətin ən dinamik təşkilatı Real bəyanat verdi. Ərinmədim, oxudum. Boş, mənasız, ziddiyyətlərlə dolu bəyanat. Məsələn, deyirlər ki, biz o hökumətə minnətdar olmalıyıq, onlar gəlib Bakını “daşnak-bolşevik” işğalından azad ediblər. Bax bu 25 ildir yayılan yalanlardan biridir. Adama deyərlər, musavat hökumətinin elə bir gücü var idisə, niyə elə Tiflisdən keçib İravanı daşnaklardan təmizləmədilər? Bax, soruşarlar onu adamdan. Keçərdilər, İravanı daşnaklardan təmizləyərdilər. Onun əvəzinə rəsman İrəvanı yeni yaranan Ermənistan ölkəsinin paytaxtı qəbul etdilər. Niyə? Çünki musavat hökumətinin heç bir qüvvəsi yox idi, müstəqil hərəkət etmirdi, bunu musavat hökumətinə kömək edən Osmanlı istədi, Rusiya ilə öz arasında bir tampon bölgədə maraqlı idi. Osmanlı Bakını “daşnak-bolşevik” işğalından azad edincə, elə birinci İravandan təmizləyərdi daşnakları. Bu, daha məntiqli deyilmi? Söhbət ondan gedir ki, Osmanlı və onun müttəfiqi Almaniyaya Bakı, Bakı nefti lazım idi. Onları Bakını azad etmirdilər, işğal edirdilər. O ki qaldı daşnakların 1918-də Bakıda tökdüyü qanlara, bolşevik ideologiyasıyla maskalanıb bolşevizmə zərbə vuran Şaumyanın hərəkətlərinə - bu haqda kommunist.biz saytında yaxşı yazı var, oradan oxuya bilərsiniz. Yeri gəlmişkən, o yazını biz səhifəmizdən paylaşmışıq.

Qıvrılmağa yer yoxdur, musavat hökuməti “İravan xanlığını” ermənilərə verdi. Bu və ya digər səbəbdən. İş orasındadır ki, bu həmin Əbülfəzçi-Rəsulbəyçi qüvvələr 1992-ci ildə Ayaz Mütəllibovu silahlı yolla devirib dövlət çevrilişi edəndə və ağızlarına sığdırmadıqları demokratiyaya ən böyük zərbəni vuranda, bütün xalqı ayağa qaldırırdılar ki, Xocalının erməni işğalına məruz qaldığı üçün bütün məsuliyyəti prezident daşıyır. Halbuki o vaxt SSRİ təzə dağılmışdı, dövətin hələ ordusu yox idi, olan silahlı dəstələr və özünümüdafiə batalyonları hamısı Əbülfəzçilərə tabe idi. (İndi olaramı yoxsa onların arasındakı Heydərçilərə mi – bunu heç kim dəqiq bilmir.) Və həmin silahlı dəstələr Ağdamdan Xocalıya köməyə getməmişdilər. Nə isə.. Helə ya başqa cür, əgər hər rəhbər öz vaxtına görə məsuliyyət daşıyırsa, MəmmədƏmingil öz verdiyi (ya onların vaxtında gedən), Ayaz Mütəllibov Xocalı üçün, Əbülfəz Əliyev Kəlbəcər üçün, Heydər Əliyev beş rayon üçün məsuliyyət danışıyır. Hər nədirsə, axırı hansısa bir kriteriylə yanaşılmalıdır. Bu qədər ikili standartlarla həqiqət axtarılmaz ki!

Diqqət edin, bu neo-qərbçi Əbülfəzçi-Rəsulzadəçi qəbilə kommunistlərə, sonra da Ayaz Mütəllibova qarşı demədikləri ittiham qalmadı. “Torpaqlarımızı sattılar”ın biri bir qəpik idi onların ağzında. Halbuki torpaqlar sosialist inqilabına qədər və SSRİ dağılandan sonda gedib. Ayaz Mütəllibov isə bir dəfə də olsun qayıdıb bu neo-qərbçilərə demirdi ki, “siz hələ gəlin verdiyiniz İravanın hesabını verin”. Demirdi, çünki mədəni, humanist biri idi, heç kimi incitmək istəmirdi, bütün xalqı qucaqlayıb hər kəsin prezidenti olmaq istəyirdi. Anlamırdı ki, qarşısındakılar hansı hayasızlığa hazırdı.

İlham Əliyevin İravanın verilməsinin cinayət adlandırmasının, təbii, başqa səbəbi də var. Prezident seçkiləri yaxınlaşır, ondan işğalda qalan Qarabağ sorulacaq. O indidən hücuma keçib. İstənilən halda İlham Əliyevin bu bəyanatı tarixi bir hadisədir. Realın əks-bəyanatı yerində düşdü. İndi həqiqəti söyləmək istəyən, amma patoloji qorxaq və konyuktur insan olduqlarından susan tarixçilərimiz ürəklənib danışacaqlar. Hər halda İlham Əliyev musavat tarixi ilə bütün körpüləri yandırdı. Geriyə heç bir yol, dönüş yoxdur. Baş verən proseslərdən sol-a bir şans doğacaq. Necə? Bu haqda başqa bir vaxt. Amma bir şey aydındır ki Qarabağ problemi həm Ermənistanda, həm Azərbaycanda sol qüvvələr iqtidarda olanda həll olunacaq. Ondan tez həll olunsa, biz də buna ən çox sevinən olarıq. Fəqət.......

Stalin dövlət haqqında




Yadda saxlamaq lazımdır ki, proletariatın diktatura olduğu dövlət- kapitalizmin burjuaziya əsasında inkişafı, kütlənin kiçik burjua psixologiyası və elmi-planlı təsərrüfatın təşkilindəki çətinliklər əsasında öz haqları uğrunda burjuaziyanın qeyri-mütəşəkkil qüvvələrini yatırmaq üçün kütlənin əlində olan alət-dövlətdir. Proletariatın diktaturası- sinfi dövlətin müqaviməti və geriliyi dəf etmək üçün vacib olan funksiyaları cəmidir. Bu funksiyalar öz fəaliyyət sahələrində sinfi mübarizənin kəskinləşməsi ilə proporsional olaraq güclənir. Bu vəziyyətə təbii və düzgün reaksiyadır. Burjuaziya nə qədər zəif olarsa, o qədər tez təslim olar, kütlənin qavraması və sosializmin inkişafı üçün şərait nə qədər yüksək olarsa, proletariatın dövlət diktatorluğunun güclənməsi vacibliyi bir o qədər az olar.

Hansı əsas funksiyalardan söhbət açmaq olar? İnqilabi qələbənin ilk mərhələsində 3 əsas funksiya var. Yenidən Stalinə müraciət edək:

“Birinci funksiya- ölkə daxilində məğlub edilmiş sinifləri özünə tabe etmək. Bununla bizim dövlət xaricdən funksiyası itaət etməyənləri əzən əvvəlki dövlətləri xatırladırdı, bu prinsipial fərqlə ki, əvvəlki dövlətlər istismarçı azlığın maraqlarına görə istismar olunan çoxluğu əzdiyi halda, bizim dövlət çalışan çoxluğun maraqlarına xidmət edərək istismarçı azlığı əzirdi. İkinci funksiya- dövlətin xarici hücüumlardan müdafiəsi. Burada da o daha xarici görünüşünə görə öz dövlətinin hərbi müdafiəsi ilə məşğul olan əvvəlki dövlətləri xatırladırdı, amma bu prinsipial fərqlə ki, əvvəlki dövlətlər belə vəziyyətlərdə var-dövləti və istismarçı azlığın üstünlüyünü qoruduğu halda, bizim dövlət işləyən çoxluğu qoruyurdu. Burda üçüncü funksiya da vardı- bizim dövlət orqanlarının hədəfi yeni, sosializm təsərrüfatının inkişafının genişləndirilməsi və insanların sosializm ruhunda tərbiyəsi olan təşkilati-təsərrüfat və mədəni-tərbiyəvi işləri. Amma bu yeni funksiya bu dövr ərzində ciddi inkişaf almamışdır.”


Daha sonralar, sinfi düzənin və təsərrüfat vəziyyətinin dəyişməsi ilə funksiyalar dəyişir:

“İkinci faza- şəhər və kəndin kapitalizm elementlərinin ləğvindən sosialist təsərrüfat sisteminin tam qələbəsinə və yeni Konstitusiyanın qəbul olunmasına qədər olan dövr. Bu dövr üçün əsas məsələ- bütün ölkə ərazisində sosializm təsərrüfatının təşkili və sonuncu kapitalizm elementlərinin tamamilə ləğvi, mədəni inqilabın təşkili, ölkənin müdafiəsi üçün müasir ordunun təşkilidir.

Uyğun olaraq bununla sosialist dövlətin funksiyaları dəyişdi. Ölkə daxilində tətbiq olunan hərbi güc ləğv olundu, çünki istismar ləğv olunub, artıq istismarçılar yoxdur və istismar etmək üçün heç kim yoxdur. Əzici funksiyanın ləğvi ilə birlikdə dövlətdə sosial mülkiyyəti oğrulardan və xalq malını talayanlardan qoruyan müdafiə funksiyası yarandı. Ölkəni xarici hücumlardan qoruyan müdafiə funksiyası olduğu kimi saxlandı, deməli, xarici kəşfiyyat tərəfindən ölkəmizə göndərilmiş şpionların,qatillərin, ziyan vuranların tutulması və cəzalandırılması üçün vacib olan cəzaverici orqanlar və kəşfiyyat kimi Qirmizi Ordu, Hərbi Dəniz Qüvvələri də olduğu kimi saxlanıldı. Dövlət orqanlarının təsərrüfat-təşkilat və mədəni-tərbiyəvi işlər üzrə funksiyaları da saxlanıldı və tamamilə inkişaf etdirildi. İndi ölkə daxilində dövlət üçün əsas məsələ dinc təsərrüfat-təşkilat və mədəni-tərbiyəvi işlərindən ibarətdir. Ordumuza, cəzalandııcı orqanlar və kəşfiyyata gəldikdə isə, onlar sərt şəkildə ölkə daxilinə deyil, ölkənin xaricinə, xarici düşmənlərə qarşı yönəlmişdir.


Gördüyünüz kimi, biz bügun tamamilə yeni, tarixdə indiyə kimi görünməmiş və öz forma və funksiyalarına görə birinci dövrdə sahib olduğumuz sosialist dövlətindən əhəmiyyətli dərəcədə fərqlənən sosialist dövlətə sahibik.
Amma inkişaf bununla dayanmamalıdır. Biz irəli,kommunizmə doğru gedirik. Kommunizm dövründə dövlət olduğu kimi qalacaqmı?

Əgər kapitalist mühit ləğv olunmasa, xarici hərbi hücum təhlükəsi ləğv olunmasa, məlumdur ki, bizim dövlətin forması xarici və daxili şəraitdən asılı olaraq yenidən dəyişəcək, bəli, qalacaq.

Əgər kapitalist mühit ləğv olacaqsa, əgər o sosialist mühitlə əvəz olacaqsa, xeyr, saxlanmayacaq və məhv olacaq.”

25 дек. 2012 г.

Сталин о государстве

Нужно помнить, что государство диктатуры пролетариата – это государство-инструмент в руках большинства общества, созданный для подавления стихии борьбы буржуазии за свои права, которая происходит на основе буржуазных пережитков капитализма, мелкобуржуазной психологии масс и трудностей организации научно-планового хозяйства. Диктатура пролетариата – это лишь набор функций классового государства, необходимый для преодоления сопротивления и отсталости. Вот эти функции и усиливаются в пропорции обострения классовой борьбы в сфере их действия. Это естественная и правильная реакция на ситуацию. Чем слабее буржуазия, чем быстрее она сдастся, чем выше сознательность масс и чем лучше условия для развития социализма, тем меньше необходимость в усилении государства диктатуры пролетариата.

О каких основных функциях можно вести речь? На начальном этапе победы революции это - три основные функции. Обратимся снова к Сталину:

«Первая функция – подавление свергнутых классов внутри страны. Этим наше государство внешним образом напоминало предыдущие государства, функция которых состояла в подавлении непокорных, с той, однако, принципиальной разницей, что наше государство подавляло эксплуататорское меньшинство во имя интересов трудящегося большинства, тогда как предыдущие государства подавляли эксплуатируемое большинство в интересах эксплуататорского меньшинства. Вторая функция – оборона страны от нападения извне. Этим оно также напоминало внешним образом предыдущие государства, которые также занимались вооруженной защитой своих стран, с той, однако, принципиальной разницей, что наше государство защищало от внешнего нападения завоевания трудящегося большинства, тогда как предыдущие государства защищали в таких случаях богатство и привилегии эксплуататорского меньшинства. Была здесь еще третья функция – это хозяйственно-организаторская и культурно-воспитательная работа органов нашего государства, имевшая своей целью развитие ростков нового, социалистического хозяйства и перевоспитание людей в духе социализма. Но эта новая функция не получила в этот период серьезного развития».

В дальнейшем, с изменением классовой расстановки сил и хозяйственного положения, меняются функции:

«Вторая фаза – это период от ликвидации капиталистических элементов города и деревни до полной победы социалистической системы хозяйства и принятия новой Конституции. Основная задача этого периода – организация социалистического хозяйства по всей стране и ликвидация последних остатков капиталистических элементов, организация культурной революции, организация вполне современной армии для обороны страны.

Сообразно с этим изменились и функции социалистического государства. Отпала – отмерла функция военного подавления внутри страны, ибо эксплуатация уничтожена, эксплуататоров нет больше и подавлять некого. Вместо функции подавления появилась у государства функция охраны социалистической собственности от воров и расхитителей народного добра. Сохранилась полностью функция военной защиты страны от нападения извне, стало быть, сохранились также Красная Армия, Военно-Морской Флот, равно как карательные органы и разведка, необходимые для вылавливания и наказания шпионов, убийц, вредителей, засылаемых в нашу страну иностранной разведкой. Сохранилась и получила полное развитие функция хозяйственно-организаторской и культурно-воспитательной работы государственных органов. Теперь основная задача нашего государства внутри страны состоит в мирной хозяйственно-организаторской и культурно-воспитательной работе. Что касается нашей армии, карательных органов и разведки, то они своим острием обращены уже не вовнутрь страны, а вовне ее, против внешних врагов.

Как видите, мы имеем теперь совершенно новое, социалистическое государство, не виданное еще в истории и значительно отличающееся по своей форме и функциям от социалистического государства первой фазы.

Но развитие не может остановиться на этом. Мы идем дальше, вперед, к коммунизму. Сохранится ли у нас государство также и в период коммунизма?

Да, сохранится, если не будет ликвидировано капиталистическое окружение, если не будет уничтожена опасность военного нападения извне, причем понятно, что формы нашего государства вновь будут изменены сообразно с изменением внутренней и внешней обстановки.

Нет, не сохранится и отомрет, если капиталистическое окружение будет ликвидировано, если оно будет заменено окружением социалистическим».

Kapitalizm nədir


Kapital –ölü əməkdir, hansı ki, vampir kimi canlı əməyin sorulması hesabına yaşayır və canlı əməyi nə qədər çox sorursa, o qədər daha dolğun yaşayır.
Karl Marks


Biz və işlə məşğul olan vaxtımız bizə aid deyil, bizim sahibimizə - bizdən istifadə edən işə götürənə aiddir. Biz öz iş qüvvəmizi sataraq yaşam vasitələri alırıq.
Sizin sahibiniz - mütləq qanunvericidir. O ağlına gələn qaydalar çıxarır, öz kodeksini beyninə necə düşdü elə dəyişdirir və əlavələr edir. Hərçənd ki, o bu kodeksə tamamilə cəfəngiyat daxil etmişdir. Məhkəmələr işçiyə deyir: "Siz özünüz -özünüzün sahibisiniz, əgər bu sizin xoşunuza gəlmirdisə müqavilə bağlamazdız. İndi, bir halda ki, siz müqaviləni könüllü bağlamısız, onu yerinə yetirməyə məcbursuz". Əgər Roma qulu zəncirlərlə qandallanmışdısa, müasir muzdlu işçi muzdlu köləlik münasibətlərinin görünməyən bağları ilə qandallanmışdır.

Tək qazanc mənbəyini iş qüvvəsinin satışı təşkil edən işçi onun alıcılarının bütün sinfini tərk edə bilmir, yəni kapitalistlər sinfini, amma özünü aclıqdan ölümə məhkum edir. O bu və ya digər kapitalistə aid deyil, bütövlükdə kapitalistlər sinfinə aiddir; və özünə sahib tapmaq,yəni kapitalistlər arasında alıcı axtarmaq –onun öz işidir.

Harada ki, işçi və kapitalistə zərər dəyir, işçinin varlığı zərər çəkir, kapitalistin isə yalnız ölü ehtirasının mənfəəti.

Bizim əməyimiz - bütün cəmiyyətin mövcudluğunun əsasıdır. Amma öz əlləriylə bütün sərvətləri yaradan muzdlu işçi muzdlu qul olaraq qalır.

Kapitalist istehsal üsulu yaşamaq üçün daim işçini öz iş qüvvəsini satmağa məcbur edir və daim kapitalistə onu alıb zənginləşmək imkanı verir.

Pul formasında kapitalist sinfi işçilər tərəfindən istehsal olunan və kapitalist tərəfindən mənimsənilmiş məhsulun bir hissəsini almaq üçün işçi sinfinə çek verir.
Əmək məhsulunun artığının əməyin saxlanması xərclərini üstələməsi, bu artıqdan ictimai istehsalın və ehtiyat fondunun formalaşması və yığılması- bunlar istənilən ictimai,siyasi və əqli inkişafın əsası olub və olaraq da qalır. Bu fond imtiyazlı sinifin mülkiyyətini təşkil edir, hansına ki, bu mülkiyyətlə birlikdə həmçinin siyasi hakimiyyət və mənəvi rəhbərlik də aid olur.

Kapitalistlər biz qazandığımız pulları öz işlərinin genişləndirilməsinə yatırırlar. Onlar şəxsi sərvətlərini zənginləşdirmək məqsədilə bizim əməyimizin nəticələrini satırlar.

Onlar bizim əməyimizin istismarını gücləndirmək üçün yeni üsullar tapır, istismar məhsulları üçün yeni bazarlar tapır, öz əməyini və şəxsi vaxtını kapitalistə satmaqla yaşayan daha çox insanlardan istifadə edirlər.
Müasir kapitalizm daha çox sərf etməyə çalışan, zövqləri tarazlaşdırılmış, təsirlərə asan təslim olan və asan dəyişən insanlara ehtiyac duyur; o insanlara ki, özünü azad və müstəqil, hər hansı bir hakimiyyətə tabe olmayan hesab edir, eyni zamanda da göstərişlər almaq istəyir, ondan gözlənilən şeyləri yerinə yetirir.
Kapitalistlər birbaşa və ya qismən dövləti və bütün onun institutlarını idarə edirlər. Kütləvi informasiya vasitələrlərində hər yerdə dünyamız haqda onların nöqteyi-nəzəridir.

Təhsil dövlət tərəfindən belə qurulur ki, öz məhdudlaşdırılmış dünya görüşünə görə muzdlu işçilər nəinki iş itirmək qorxularından öz haqlarını müdafiə etməyə qorxurlar, həm də onlardan istifadə etməklə digərlərinin necə varlandıqlarını anlamaq bacarığında deyillər. Və nə vaxt ki, yalanın üstü açılır güc metodları işə düşür: ordu, polis, xüsusi xidmət orqanları.

Maddi xeyirlərin bilavasitə istehsalçısı olan işçi sinfinin yalnız özünə ümid etməli olduğunu anlamaq üçün əksər müasir təhsilli insanların dövlətdən,sonra ümumiqtisadi,məişət və hakim burjuaziyadan asılılığı barədə bir qədər dərindən düşünmək kifayətdir. Bütün müasir cəmiyyət tərəfindən qaranlığa,avamlığa və ziyana məhkum edilmiş çoxmilyonlu xalq kütlələri bu qaranlıqdan istənilən müharibənin birbaşa inkarı ilə çıxa bilər, sinfi müharibədən başqa,bu müharibədə birlik və birləşmə yolu ilə.

"Müasir demokratiya" (hansı ki, onun qarşısında bütün parlament "partiyaları" düşüncəsiz şəkildə alın döyürlər) burjuaziya üçün təbliği sərfəli olan azadlığı təbliğ edirlər, burjuaziya üçün isə ən irticaçı ideyaların,dinin, cəhalətin, nasizmin , istismarçıların müdafiəsinin təbliği sərf edir.

İnsan münasibətləri əslində, bir-birinə yadlaşmış, kütlədən seçilməməklə hər biri öz təhlükəsizliyini təmin edən, fikirləri,hissləri,hərəkətləri başqalarından fərqlənməyən avtomatların münasibətlərinə çevrilir. Kasıb insanlar ordu sıralarına qəbul olunurlar. İnkişaf etmiş kapitalist ölkələrin peşəkar ordusu - kapitalistlərin maraqları üçün öz həyatını və sağlamlığını satan insan ordusudur, hansı ki, onları dövlət vasitəsi ilə muzdlu işə götürürlər və döyüşə yollayırlar. Bir halda ki, kapital mövcuddur, bütün cəmiyyət üzərində hökmranlıq edir, deməli heç bir demokratik respublika, heç bir seçki hüququ işin mahiyyətini dəyişmir.
Dövlət - cəmiyyətin üzərində dayanan orqandır, orqan deyil, bu cəmiyyətə tamamilə tabe olandır. İctimai siyasət – varlı sinfin nümayəndələrinin hakimiyyət uğrunda yalanlarla və uydurmalarla dolu mübarizə teatrıdır.

Kimin idarə etməsindən asılı olmayaraq, işçi sinfi uduzur, çünki muzdlu əməyin istismarını kapitalist sistemi dəyişmir. Cəmiyyət siniflərə bölünmüşdür – biri digərinin əməyini mənimsəyən insan qruplarına.

Bütün işçilər kapitalizmin muzdlu köləliyi haqda qəzəbi bölüşmürlər: bəziləri öz taleyinə itaətkarlıqla tabe olur, dürüst sakinlər kimi yaşayır, axınla üzür, dünyada baş verənlərlə maraqlanmır, burjuaziyanın zəncirdə olan işçiləri daha da qandallamasına kömək edirlər; mənəvi cəhətdən onlar ölüdür, necə ki, sənaye dövründən əvvəl də ölü idilər; digərləri taleyin oyuncağına çevrilirlər, xarici davamlılıqlarını itirdikləri kimi daxili davamlılığı da itirirlər, bugünkü günlə yaşayırlar, araq içirlər və ucuz fahişə arxasınca qaçırlar – onlar heyvan kimidirlər.
İşçi qarşısında alternativ dayanır: vəziyyətə tabe olmaq, "yaxşı" olmaq, burjuanın maraqlarına "doğru" riayət etmək –o zaman insan mütləq mənasız heyvana çevrilir - və ya müqavimət göstərmək, öz insan ləyaqətini var gücü ilə müdafiə etmək, bunu isə o yalnız burjuaziyaya qarşı mübarizədə edə bilər.


İşçi burjuaziyanın hüquqi və faktiki quludur; o elə bir quldur ki, əmtəə kimi satılır, əmtəə kimi qiyməti yüksəlir və qiymətdən düşür. Əgər işçilərə tələbat artırsa, onların qiyməti yüksəlir, əgər tələbat düşürsə , qiymət enir.
Müasir aşkar köləlik və köhnə köləlik arasında bütün fərq yalnız ondan ibarətdir ki, müasir işçi daha azad görünür, çünki o birdəfəlik satılmır, hissə-hissə, günlük, həftəlik, illik satılır və buna görə də, heç bir sahibkar onu başqasına satmır, beləliklə o özü -özünü satmalı olur, çünki o bir insanın qulu deyil, bütün varlı sinfin quludur.


Tərcümə Günel Muradova

24 дек. 2012 г.

Sol biosentrizmin əsas müddəları D.Orton

" Yer kürəsi insanlara məxsus deyil." – Arne Neyss

" Mən düşünürəm ki, ekoloji böhran kapitalizmin sonuna gətirib çıxaracaq" – Rudolf Baxro

Dərin ekologiya (hansı ki, ora sol biosentrizm doktrinası da daxildir) fəlsəfəsinin əsas müddəaları ilk dəfə 1970-ci illərin əvvəllərində norveç filosofu və aktivisti Arne Neyss tərəfindən “Ekoloji hərəkatda səthi və dərin ekologiya” adlı məşhur məqalədə ifadə edilmişdir. O vaxtdan Neyss və başqaları tərəfindən dərin ekologiya üzrə çox məqalələr yazılmışdır. Şəxsən mən bu fəlsəfəni 1985-ci ildə qəbul etdim. Həmin vaxt bu mənim üçün minimal istehlak yolu ilə gedərək yaşamaq demək idi. (Belə mən öz rasionumu minimallaşdırmağa çalışırdım, amma, deyəsən, həmişə uğurlu alınmırdı.) Neyssin qərb istehlak həyat tərzi barəsində ən sevimli sitatlarından biri budur:

"Biz elə həyat səviyyəsinə malik olmalıyıq ki, ciddi şəkildə başqalarına da təklif edə bilək – bəşəriyyətin əksəriyyəti üçün əlçatmaz olan təklif yox." (Fəlsəfə dialoqları, red. Vitoşek və Brennan . 224)

Saral Sarkar "Eko-sosializm və ya eko-kapitalizm?"adlı kitabında ekoloji hərəkatın çox aşağı maddi həyat səviyyəsi söz verən, bəşəriyyət tarixində ilk sosial hərəkat olduğunu göstərərək buna uyğun fikir söyləyir. Görünür belə şüarla, yaşıllar heç vaxt Parlamentə düşməyəcəklər!

Sol biosentrizm özünü sosialistlərə aid edən insanları əhatə edir , ancaq onları anti-kapitalist istiqamətində fərqləndirir. Lap başdan sol biosentrizm konsepsiyasının formalaşmasına,"solçuluq"a ən geniş mənada baxılırdı. Sol biosentrizm Platformasında göstərildiyi kimi, "Solçuluq bizim üçün anti-sənaye və antikapitalist istiqamətini bildirir, amma vacib deyil sosializm olsun." Buna görə sol biosentristlər özünü sosialist hesab etdiyi halda( məsələn, mənim kimi), digərləri belə hesab etmir.

Sol-biosentrik istiqamət dərin ekologiya üçün hərəkətin sol qanadını təşkil edir. Sosial, siyasi və iqtisadi məsələlər, həmçinin də vəhşi təbiətin qorunması, meşələrin və okeanın müdafiəsi, sol biosentrist proqramının tərkib hissəsini təşkil edir. Sosial ədalət gündəmdə ən yüksək yerdə durur. Sol siyasi fikrin sosial ekologiya,ekoloji marksizm,ekofeminizm və s.kimi digər istiqamətləri bir sıra əhəmiyyətli məsələlər qaldırsa da, biosentrik və ya ekosentrik deyil, öz əsaslarına görə humanist mahiyyətli olaraq qalırlar.

Ekologiya onlar üçün əsas dəyər deyil, insanlar isə onların etik kainatında mərkəz mövqe tuturlar. Əlbəttə, biz onlarla antikapitalist əsasında əməkdaşlıq edə bilərik.
Dərin ekologiya və solçuluq arasında qarşılıqlı əlaqə və yaranmış ziddiyyətlər – yaşıllar və qırmızılar arasında qarşılıqlı əlaqə – həmişə mənim bütün məqalələrimdə, icmallarımda, tənqid və internet diskussiyalarımda əsas marağa səbəb olub.

Sol biosentrizm yaşıl və ekoloji hərəkətdə bir neçə anti-kapitalist axınına parallel cərəyanlardan yaranıb,hansıların ki, hədəfi dərin ekologiya və sol perspektivin yaxınlaşmasından ibarət idi:
• " tünd yaşıl nəzəriyyə" ( Riçard Silvan);
• " sosializm biosentrizm" (Helqa Hoffman və Devid Orton);
• " ekoloqizm" (Endrü Dobson);
• " radikal ekosentrizm" (Endrü Maklaflin, 1993-cü il,onun Regarding Nature Industrialism and Deep Ecology kitabına baxın:);
• " inqilabçı ekologiya" (Djudi Bari);
• " yaşıl fundamentalizm" (Rudolf Baxro).
Həmçinin Fred Benderanı qeyd etmək olardı (onun 2003-cü il,The Culture Of Extinction Toward A Philosophy Of Deep Ecology kitabına baxmaq:).

Nəzəri istiqamət kimi, sol biosentrizm ekofəlsəfə ilə məşğul olan akademik dairələrdə getdikcə daha məşhur olur. Hal-hazırda internetdə (nəzəri və tətbiqi məsələlər) olduğu kimi,həm də Synthesis/Regeneration: A Magazine of Green Social Thought ( 2002-ci ildən) amerika jurnalı və Canadian Dimension ( 1989-cu ildən) jurnalı kimi çap nəşrlərində sol biosentrizmə həsr edilmiş kifayət qədər böyük miqdarda məqalələr mövcuddur. Sol biosentrizm müzakirə edilən bir neçə kitab adı da çəkmək olar (məsələn, Sustainability: The Challenge, The Encyclopedia Of Religion And Nature, Ecological Ethics). Environmental Philosophy dərsliyinin üçüncü və ondan sonrakı onrakı nəşrlərində: From Animal Rights to Radical Ecology sol biosentrizmin yaranmasını qeyd edilir. Bu dərsliyin Siyasi Ekologiya(Political Ecology) bölməsində Con Klark deyir: "Sol biosentrizm dərin ekologiyanın nəzəri əsasını sosial ekologiya ilə çox oxşarlığı olan radikal qeyri-sentrik anti-kapitalist siyasətlə birləşdirir." Bundan başqa, özünü "leftbios" adlandıran,məqalələr yazan və Dandelion Times: A Left Biocentric Journal onlayn jurnalını nəşr edən bir çox sol biosentrizm tərəfdarları vardır.

Əvvəllər mən sol biosentrizmin əsas nəzəriyyəçisi idim, ancaq bu gün mənim davamçılarım sol biosentrizmin anlamına öz töhfələrini verərək mənim şəxsi ideyalarıma təsir ediblər. İnternetdə 10 ildən çoxdur ki, sol biosentristlərin forumu mövcuddur – dərin ekologiyanın məlum istiqamət problemlərini kollektiv müzakirə edən qrup. Bu həqiqətən kollektiv əməkdir (1998-ci ildə geniş kollektiv müzakirə nəticəsində 10 bənddən ibarət qrup üzvü olmağı arzulayanlar üçün əsas razılaşma olan Left Biocentrism Primer qəbul edilmişdir.)

Əksər sol biosentristlər üçün, şəxsən mənim kimi, kapitalizm yox sənayeləşmə əsas problem kimi qəbul olunur. Bu o demək deyil ki, biz ekoloji çərçivələrə məhəl qoymayan kapitalizmin sonsuz artımı və konsyumerizmi ilə razılaşırıq. Sənayeləşmə kapitalist simasına malik olduğu kimi, sosializm simasına da malik ola bilər. İlk dəfə bu fikri sənayeləşməni dərin ekologiya (və sosializm) mövqeyindən təhlil edən Endrü Maklaflin söylədi.

Solçular, bütün öz sonsuz çalarlarıyla, həmişə özlərini sosial ədalətlə siyasi assosiasiya ediblər. Bu onların ümumi xarakteristikasıdır. Biosentrizm üçün "sol" təyini gələcək biosentrik cəmiyyətin həm insanlar,həm də digər bioloji növlər,və bütövlükdə planet üçün sosial ədalətli olmasını bildirir. Yenə də ekoloji ədalət birinci yerdə olmalıdır. Ölü planetdə ədalət olmur. Mərhum kanada ekofilosofu Sten Rou qeyd etmişdi ki, birincisi, biz Yer kürəsində yaşayan varlıqlarıq, sonra ,yalnız ikinci halda – insanlar, və bu şəxsi və sosial səviyyədə dərk edilməlidir.

Mən bir çox məqalələr dumanlı və praktik işlə az bağlı olduğunda dərin ekologiyanı çox tənqid edirdim. Mən onu göstərirdim ki, real siyasi, iqtisadi və sosial analitik məqalələrin çatışmazlığı müşahidə olunur, əksər dərin ekoloqların sinfi analizi yoxdur. Bir çox münasibətlərdə akademiklər dərin ekologiyanı içəri bükmüşdülər və dünyanın real problemlərindən kənara çəkilmişdilər. Dərin Ekologiya üzrə kanada jurnalı The Trumpeter akademik cəhalətpərəstliyinə nümunə ola bilər. Sol biosentristlər Arne Neyss və “meyntrim”-in digər dərin ekoloqları tərəfindən təbliğ olunan sosial hamoniyadan fərqli olaraq marksizmdən sosial-barışmaz mövqeyə (Ziqmund Kvalo ilə) sahib oldular.

Sollar xüsusi mülkiyyətin əksinə olaraq kollektiv mülkiyyətə təkid etdikdə, onlar adətən mülkiyyət ideyasının özünü suala məruz qoymurlar – yəni,insan nəslinin təbiətə və digər bioloji növlərə “sahib olmaq” ideyasını. Başqa sözlə, təbiət dövlət, kollektiv, xüsusi və ya tayfa "mülkiyyəti" ilə dağıdıla bilər. Sol biosentristlər Yer kürəsinin insana deyil, insanın Yer kürəsinə sahib olduğunu nəzərdə tutan qeyri-antroposentrik nöqteyi-nəzəri dəstəkləyirlər. Bizim üçün cəmiyyət özünə yalnız insanları daxil etmir , həm də Yer kürəsinin başqa heyvanlarını, bitkilərini və Yer kürəsinin özünü daxil edir. Belə cəmiyyətdə Yer kürəsinin ruhu yaşayır, necə ki, keçmiş animistik cəmiyyətlərdə mövcud idi, və bu ruh təbiətin istismarını məhdudlaşdırır.

Ekoloji sabitliyə nail olmaq üçün bu mənəviliyi cəmiyyətə qaytarmaq lazımdır. Sol biosentrizm şəxsi istifadənin əksinə olaraq təbii mühitdən "kollektiv istifadə"ni dəstəkləyir. Kollektiv istifadə Yer kürəsinin təbii sərvətlərindən məsuliyyətli istifadə hüquququnu nəzərdə tutur, sərvətlərə yiyələnməyi deyil. Biz həmçinin daha geniş və tələbkar olan ekosentrik hökuməti tanımağa meylliyik, nəinki istənilən antroposentrik hökuməti.

İnsanların öz dar maraqlarına görə təbiəti dağıtmaq və ya korlamaq haqqı yoxdur.
Təbiət hamı üçün ümumi sərvət olaraq qalmalıdır. Onu özəlləşdirmək və ya şəxsi və ya kollektiv mülkün əllərinə vermək olmaz.

Bizim üçün, iqtisadiyyat təkcə insanların və onların yaşam mühitinin uzunmüddətli əmin-amanlığını təmin etməyə məcbur deyil, həm də başqa bioloji növlərin uzunmüddətli əmin-amanlığını müdafiə etməlidir. İnsanlar quruda və suda başqa növlərlə bərabər səviyyədə məhdud yaşam mühitinə malik olmalıdır.
Buna görə əhalinin azaldılmasının strategiyası istənilən yaşıl iqtisadi siyasətin tərkib hissəsi olmalıdır. Dərin ekologiyanın prinsiplərini paylaşan ekosentrik sol üçün şüurun ekosentrik prioriteti mövcuddur – Aldo Leopoldun ifadəsi ilə desək, onlar "dağ kimi düşünürlər". Sosial ədalət sol biosentristlərin siyasətlərinin əhəmiyyətli hissəsini təşkil etsə də, yenə də ikincidir. Buna görə "sollar – sağlar" bölümü "antroposentrizm – dərin ekologiya" bölümü ilə müqayisədə tabe edilmiş xarakterə malikdir.

İnsanlar təbiət dünyasıyla meşələrin və vəhşi təbiətin insan və korporativ istehlak üçün “resurs” olmadığı yeni, qeyri-zoraki əlaqələrə daxil olmalıdır. Bu termindən istifadə köklərlə antroposentrizm fəlsəfəsinə , meşə sənayesinə gedir,harada ki, “köhnə” və ya “yetişmiş” kimi müəyyən edilən “ziyanvericilər” və “odun”, ticari istifadəyə malik olmayan "xırda ağaclıq" var.

Sol biosentristlər hərəkat daxilində ilkin və ikinci ziddiyyətlərlə qarşılaşırlar. İlkin ziddiyyətlər hər şeydən əvvəl kapitalist sənaye cəmiyyətiylə, onun təcrübələri və Yer kürəsinə dağıdıcı antroposentrik baxışı iləbağlıdır. İkinci ziddiyyətlər prinsipial xarakterə malik olmayan digər məsələlərə bağlıdır.

Sol biosentrizm sol partiyalar üçün açıqdır, amma ənənəvi sol partiyalar barəsində tənqidlə çıxış edir. Şəxsən mən özümü əvvəlcə ekosentrist, ikinci halda kanada solçusu hesab edirəm. Sosial siyasət barəsində mənim əsas simpatiyam kommunist/sosialistlərin tərəfindədir, kapitalistlərin deyil.
Planet ekosidinin indiki vaxtında sol biosentrizm sol hərəkata çox şey təklif edə bilər.
Mən əminəm ki, dərin ekologiyanın və sosial ədalət naminə hərəkatın birliyindən doğulmuş bu nəzəri doktrina –gələcək ekosentrik və ictimai cəhətdən ədalətli postindustrial cəmiyyətə aparan düz yoldur.



Azərbaycan dilinə tərcümə etdi Günel Muradova