Lenin və kommunist partiyası tərəfindən praktiki
olaraq hansı yeni prinsiplər əlavə edilmişdi? Marks iqtisadi güclərin
kulminasion inkişafını gözləməyə meylli olduğu halda Leninin “yaradıcı
inqilaba” inandığını söyləmək düzgün olardımı?
Cavab. Düşünürəm ki,
Lenin marksizmə heç bir “yeni prinsiplər” əlavə etməmişdi, həmçinin də
marksizmin “köhnə” prinsiplərinin heç birindən imtina etməmişdi. Lenin Marks və
Engelsin birbaşa və tamamilə marksizm prinsiplərinə əsaslanan ən etibarlı və
məntiqli şagirdi olub və olaraq qalır.
Bu o deməkdir ki, o Marks-Engelsin nəzəriyyəsini
yeni inkişaf şərtlərinə uyğun olaraq, kapitalizmin yeni fazasına uyğun olaraq,
imperializmə uyğun olaraq inkişaf etdirdi. Bu o deməkdir ki, Lenin Marksın
nəzəriyyəsini sinfi mübarizənin yeni şəraitində inkşaf etdirərək marksizmin
ümumi xəzinəsinə Marks və Engelsin verdiyi töhvə ilə müqayisədə, imperializm
kapitalizminə qədərki dövrün verə biləcəyi ilə müqayisədə yenilik daxil
etmişdir, özü də Lenin tərəfindən marksizm xəzinəsinə daxil edilmiş bu yenilik
birbaşa və tamamilə Marks və Engelsin verdiyi prinsiplər üzərində qurulur.
Leninizm haqqında bizdə elə bu mənada, imperializm
və proletar inqilablarının dövrü kimi danışılır.
Leninin Marksın nəzəriyyəsini inkişaf etdirərək
yenilik gətirdiyi sahələrdə olan məsələlərdən bəziləri bunlardır.
Birincisi, inhisarçı kapitalizm,imperializm
məsələsi barəsində kapitalizmin yeni mərhələsi kimi.
Marks və Engels “Kapital”da kapitalizmin əsaslarını
veriblər. Amma Marks və Engels inhisarçı kapitalizmin ağalığına qədər olan
dövrdə, kapitalizmin və onun bütün Yer kürəsinə “dinc” yayılmasının sərbəst
inkişafı dövrü yaşayıblar.
Bu mərhələ XİX yüzilliyin sonu və XX yüzilliyin
əvvəli, hətta Marks və Engels artıq həyatda olmayanda, sona çatmışdır. Aydındır
ki, Marks və Engels imperialist, inhisarçı inkişaf mərhələsi ilə əlaqədar
olaraq köhnə mərhələni əvəz edən kapitalizmin yeni mərhələsi ilə əlaqədar
olaraq bərqərar olan kapitalizmin yeni
inkişaf şərtlərini yalnız güman edə bilərdilər, nə vaxt ki, kapitalizmin
sərbəst inkişafı sıçrayış şəklində,
kapitalizmin katastrofik inkişafı ilə əvəz olundu, inkişafın bərabərsizliyi və
kapitalizmin ziddiyyəti xüsusi qüvvə ilə çıxış etdi, nə vaxt ki, olduqca qeyri-bərabər
inkişaf şəraitində gəlir bazarları və
kapital çıxarışı uğrunda mübarizə periodik
dünya sərhədləri və təsir dairələri məqsədilə periodik imperializm
müharibələrini vacib etdi.
Burada Leninin xidməti və yəqin ki, yeniliyi bundan
ibarətdir ki, o “Kapitalın” əsas müddəalarına əsaslanaraq imperializmin bəlalarını və onun qaçılmaz məhvinin
şərtlərini göstərərək, kapitalizmin sonuncu mərhələsi kimi onun məntiqi
marksist analizini vermişdir. Bu analiz əsasında imperializm şəraitində
sosializmin qələbəsinin ayrı-ayrı, ayrılıqda götürülmüş kapitalist ölkələrində
mümkünlüyü haqqında Leninin məşhur fikri yarandı.
İkincisi,
proletariatın diktaturası haqqında məsələ.Pproletariatın siyasi hakimiyyəti və
kapital hakimiyyətinin zorakılıq yolu ilə devrilməsi metodu kimi proletariatın
diktaturasının əsas ideyasını Marks və Engels vermişdir.
Bu sahədə Leninin yeniliyi bundan ibarətdir ki:
a) O, Paris
Kommunasının və Rusiya inqilabının təcrübəsindən istifadə edərək Sovet hakimiyyətini
proletar diktaturasının ən yaxşı dövlət forması kimi kəşf etdi;
b) O proletar
diktaturasını idarə edən proletariatın istismar olunan, idarə edilən
qeyri-proletar siniflərlə sinfi həmrəyliyinin xüsusi forması kimi təyin edərək proletar
diktaturası formulundakı mörtərizələri proletariatın mütəffiqləri problemi
nöqteyi-nəzərindən açdı;
c) O bu faktı
xüsusi qüvvə ilə qeyd etdi ki, proletar diktaturası sinfi cəmiyyətdə ən ali
demokratiya növü, azlığın
(istismarçıların) maraqlarını ifadə edən kapitalizm demokratiyasının əksinə
olaraq çoxluğun (istismar olunanların) maraqlarını ifadə edən proletar
demokratiyasının formasıdır.
Üçüncüsü, proletar diktaturası dövründə,
kapitalizmdən sosializmə keçid dövründə kapitalist dövlətlərlə əhatə olunmuş
ölkədə sosializm quruculuğunun uğurlu formaları və üsulları haqqında məsələ.
Marks və Engels proletariatın diktaturası dövrünü
az-çox dərəcədə uzunmüddətli, inqilabi iğtişaşlarla və vətəndaş müharibələri
ilə dolu dövr kimi nəzərdən keçirirdilər, hansı ki, onların gedişi zamanı
hakimiyyətdə olan proletariat köhnə kapitalist cəmiyyətin yerində yeni
sosializm cəmiyyəti, sinifsiz, dövlətsiz cəmiyyət qurmaq üçün vacib olan
iqtisadi, siyasi, mədəni və təşkilati xarakterli tədbirlər qəbul edəcəkdi. Lenin
tamamilə Marks və Engelsin bu məntiqi fikirləri üzərində dayanırdı. Leninin bu
sahədə yeniliyi bundan ibarətdir ki:
a) o, imperialist dövlətlərlə əhatə olunmuş,
proletar diktatursı bərqərar olan ölkədə tamamilə sosialist cəmiyyətin
qurulmasının mümkünlüyünü əsaslandırdı, bu şərtlərlə ki, bu ölkə əhatə olunduğu
kapitalist dövlətlərin hərbi müdaxiləsi ilə boğulmayacaq;
b) o, iqtisadi siyasətin (“yeni iqtisadi siyasət”) konkret yollarını
qeyd etdi, hansı ki, iqtisadi hakim yüksəklikləri (sənaye,
torpaq,nəqliyyat,banklar və s.) əlində cəmləyən proletariat onun köməyilə
sosiallaşdırılmış sənayeni kənd təsərrüfatı ilə birləşdirir və bu şəkildə bütün
xalq təsərrüfatını sosializmə aparır;
c) o kiçik kənd təsərrüfatının dəyişdirilməsi və
əsas kəndli kütlələrinin sosializm ruhunda tərbiyələndirilməsi üçün proletar
diktaturasının əlində mükəmməl vasitə olan kooperasiyanın köməyilə əsas kəndli
kütlələrinin tədricən sosializm quruculuğu yoluna gətirilməsinin və cəlb
edilməsinin konkret yollarını qeyd etdi.
Dördüncüsü, proletariatın inqilabda, istər
çarizmə,istərsə də kapitalizmə qarşı istənilən xalq inqilabında hegemonluğu məsələsi.
Marks və Engels proletariatın hegemonluğu
ideyasının əsas layihələrini göstərmişdilər. Burada Leninin yeniliyi ondan
ibarətdir ki, o bu layihələri inkişaf etdirdi və onları təkcə çarizmin və
kapitalizmin devrilməsi işində deyil, həm də proletariatın diktaturası zamanı
sosializm quruculuğu işində məntiqi proletar hegemonluğu sisteminə, şəhərin və
kəndin zəhmətkeş kütlələrinin proletar məntiqi rəhbərlik sisteminə çevirdi.
Məlumdur ki, proletariatın hegemonluğu ideyası
Lenin və onun partiyasının sayəsində Rusiyada ustalıqla öz tətbiqini tapdı.
Yeri gəlmişkən, Rusiyada inqilabın proletariatı hakimiyyəti gətirməsi faktı da
bununla izah olunur.
Əvvəllər işlər elə şəkildə baş verirdi ki, işçilər
inqilab zamanı barrikadalarda döyüşürdülər, onlar qan tökürdülər, köhnəni
yıxırdılar, hakimiyyət isə sonra işçilərə zülm edən və onları istismar edən
burjuaziyanın əlinə keçirdi. İngiltərədə və Fransada bu şəkildə olmuşdu.
Almaniyada belə olmuşdu. Bizdə, Rusiyada işlər başqa vəziyyət aldı. Bizdə
işçilər inqilabın təkcə zərbə endirən qüvvəsini təmsil etmirdi. İnqilabın
zərbəçi qüvvəsi olmaqla bərabər rus proletariatı həm də hegemon, şəhərin və
kəndin istismar olunan bütün kütlələrini burjuaziyadan ayıraraq, burjuaziyanı
siyasi cəhətdən təcrid edərək onların siyasi rəhbəri olmağa çalışırdı. İstismar
olunan kütlələrin hegemonuna çevrilərən rusiya proletariatı onun uğrunda
mübarizə aparırdı ki, hakimiyyəti öz əlinə keçirsin və onu burjuaziyaya qarşı,
kapitalizmə qarşı öz maraqları üçün istifadə etsin. Rusiya inqilablarının hər
güclü çıxışı, istər 1905-ci ilin oktyabrında,istərsə də 1917-ci ilin
fevralında, fəhlə deputatları Şurasını burjuaziyanı əzmək üçün yaradılmış yeni
hakimiyyət aparatının – proletariatı əzmək üçün yaradılmış köhnə hakimiyyət
aparatı olan burjuaziya parlamentinin əksinə olaraq- əsas tərkibi kimi təqdim
edirdi.
Bizdə burjuaziya iki dəfə burjua parlamentini
yenidən təsis etməyə və Sovetlərə son qoymağa çalışmışdı: 1917-ci ilin
sentyabrında parlamentqabağı orqan zamanı, hakimiyyətin bolşeviklər tərəfindən
alınmasından qabaq, və 1918-ci ilin yanvarında müəssislər məclisi zamanı,
hakimiyyətin proletariat tərəfindən ələ alınmasından sonra – və hər dəfə
məğlubiyyətə düçar olmuşdu. Niyə? Çünki, burjuaziya artıq siyasi cəhətdən
təcrid edilmişdi, milyonlarla zəhmətkeş kütləsi proletariatı inqilabın yeganə
başçısı hesab edirdi, Sovetlər isə proletariatın özünün işçi hakimiyyəti kimi
artıq kütlələr tərəfindən yoxlanmışdı və sınaqdan keçirilmişdi, hansı ki, onu
burjuaziya parlamentinə dəyişmək proletariat üçün özünə qəsd olardı. Buna görə
təəccüblü deyil ki, burjua parlamentarizmi bizdə möhkəmlənmədi. Buna görə
inqilab Rusiyada proletariatı hakimiyyətə gətirdi.
İnqilabda proletariatın hegemonluğunun lenin
sisteminin həyata keçirilməsinin nəticələri bunlardır. Beşincisi,
milli-müstəmləkəçilik məsələsi. Marks və Engels vaxtilə
İrlandiyadakı,Hindistandakı,Çindəki,Mərkəzi Avropa ölkələrindəki,Polşadakı,
Macarıstandakı hadisələri analiz edərək milli-müstəmləkəçilik məsələsi üzrə
əsas,yönləndirici ideyaları vermişdilər. Lenin öz işlərində bu ideyalara
əsaslanırdı. Leninin bu sahədə yeniliyi bundan ibarətdir ki:
a) o bu ideyaları imperializm dövründə milli-müstəmləkəçi
inqilablar haqqında ardıcıl baxışlar sistemi şəklində bir yerə topladı;
b) milli-müstəmləkəçilik məsələsini imperializmin
devrilməsi məsələsi ilə bağladı;
c) milli-müstəmləkəçilik məsələsini beynəlxalq
proletar inqilabı haqqında ümumi məsələnin əsas hissəsi elan etdi.
Nəhayət, proletariatın partiyası məsələsi. Marks və
Engels partiya barəsində proletariatın aparcı dəstəsi kimi əsas formasını
vermişdilər, hansı ki, onsuz (partiyasız) proletariat öz azadlığına nə
hakimiyyətin alınması mənasında, nə də kapitalizm cəmiyyətinin yenidən
qurulması mənasında nail ola bilməzdi.
Bu sahədə Leninin yeniliyi bundan ibarət idi ki, o
bu formaları imperializm dövründə proletariatın yeni mübarizə şərtlərinə uyğun
olaraq inkişaf etdirərək göstərdi ki:
a) Partiya
proletariatın təşkilatlanmasının digər formaları (həmkarlar ittifaqları,
kooperasiyalar,dövlət təşkilatları) ilə müqayisədə sinfi təşkilatlanmanın ən
ali formasıdır;
b) Proletariatın
diktaturası onun istiqamətləndirici qüvvəsi kimi yalnız partiya vasitəsilə
həyata keçirilə bilər;
c) Proletariatın
diktaturası yalnız o halda tam ola bilər ki, onu rəhbərliyi digər partiyalarla
bölməyən və bölməməli olan bir partiya, kommunistlər partiyası idarə etsin;
d) Partiyada dəmir
nizam olmadan proletar diktaturasının istismarçıların əzilməsi və sinfi
cəmiyyətdən sosializm cəmiyyəti qurulması məsələləri həyata keçirilə bilməz.
Leninin öz işlərində Marksın nəzəriyyəsini
imperializm dövründə proletariatın mübarizəsinin yeni şərtlərinə uyğun olaraq
konkretləşdirərək və daha da inkişaf etdirərək gətirdiyi yeniliklər əsasən
bunlardır.
Buna görə də bizdə deyirlər ki, leninizm
imperializm və proletar inqilabları dövrünün marksizmidir.
Bu da aydındır ki, leninizmi marksizmdən nə
ayırmaq, nə də -xüsusilə- ona qarşı qoymaq olmaz.
Daha sonra deleqasiyanının sualında səslənir: Marks iqtisadi güclərin kulminasion
inkişafını gözləməyə meylli olduğu halda Leninin “yaradıcı inqilaba” inandığını
söyləmək düzgün olardımı?
Düşünürəm ki, belə demək tamamilə yanlış olardı.
Məncə, istənilən xalq inqilabı, əgər o həqiqətən xalq inqilabıdırsa, yaradıcı
inqilabdır, çünki o köhnə quruluşu dağıdır və yaradır, yenisini qurur.
Əlbəttə, bəzi geridə qalmış ölkələrdə bir tayfanın
digər tayfalara qarşı oyuncaq “üsyanları” şəklində olan belə “inqilablarda”
yaradıcı heç nə ola bilməz. Amma belə oyuncaq “inqilablar” heç vaxt marksist
inqilablar sayılmayıblar. Çox güman ki, söhbət belə “üsyanlardan” getmir,
məzlum sinifləri əzən siniflərə qarşı qaldıran kütləvi xalq inqilablarından
gedir. Belə inqilab isə yaradıcı olmaya bilməz. Marks və Lenin məhz belə
inqilabların tərəfdarı idilər – yalnız belə inqilabların. Bununla yanaşı aydındır
ki, belə inqilab istənilən şəraitdə yarana bilməz, o yalnız iqtisadi və siyasi
nizamın müəyyən əlverişli şəraitində alovlana bilər.
İkinci sual.
Kommunist partiyasının hökumətə
nəzarət etdiyini söyləmək olarmı?
Cavab.
Hər şey nəzarət sözünü necə başa düşməkdən asılıdır. Kapitalizm ölkələrində nəzarət
özünəməxsus şəkildə başa düşülür. Bilirəm ki, bir sürü kapitalist hökumətlər”demokratik”
parlamentlərin varlığına baxmayaraq nəhəng banklar tərəfindən idarə olunur.
Parlamentlər əmin etməyə çalışırlar ki, məhz onlar hökuməti idarə edir.Əslində
isə belə alınır ki, hökumətlərin tərkibi təyin olunur və onların fəaliyyəti
nəhəng maliyyə konsorsiumları tərəfindən nəzarət olunur. Hamıya məlumdur ki,
heç bur kapitalist “derjavada” nəhəng maliyyə tuzlarının iradəsinin əksinə
kabinet formalaşdırıla bilməz: maliyyə təzyiqi göstərən kimi nazirlər öz
vəzifələrindən dəli kimi atılırlar. Yəni həqiqətdə parlamentlərin yalançı
nəzarətlərinin əksinə olaraq banklar hökumət üzərində nəzarətə sahibdirlər.
Əgər söhbət belə nəzarətdən gedirsə, bildirməliyəm
ki, bizdə pul kisələrinin hökumət üzərində nəzarəti imkansızdır və tamamilə
istisna edilir, ən azından ona görə ki, bizdə banklar artıq çoxdan
milliləşdirilib, pul kisələri isə SSRİ-dən çoxdan vurulub çıxarılıb.
Bəlkə deleqasiya nəzarət haqqında deyil, partiyanın
hökumətə nəzərən rəhbərliyi haqda soruşmaq istəyir? Əgər deleqasiya bu haqda
soruşmaq istəyirdisə, cavab verirəm: bəli, bizdə partiya hökumətə rəhbərlik edir.
Bu idarəetmə isə ona görə alınır ki, bizdə partiya işçilərin əksəriyyətinin və
ümumiyyətlə zəhmətkeşlərin etimadını qazanmışdır və bu çoxluğun adından hökumət
orqanlarını idarə etmək hüququna malikdir.
SSRİ-nin işçi partiyası, SSRİ-nin kommunist
partiyası tərəfindən hökumətə rəhbərlik nədə öz əksini tapır?
Hər şeydən əvvəl bunda ki, kommunist partiyası bizim
ölkədə dövlət işinin əsas vəzifələrini Sovetlər və onun öz kandidatlarının, proletar
işinə sadiq və proletariata inam və düzgünlüklə xidmət etməyə hazır olan özünün
ən yaxşı işçilərinin qurultayları vasitəsilə həyata keçirməyə çalışır. Və çox
əksər hallarda o buna nail olur, çünki işçi və kəndlilər partiyaya inamla
yanaşırlar. Bu təsadüfi deyil ki, bizdə hakimiyyət orqanlarının rəhbərləri
kommunistlərdir, təsadüfi deyil ki, onlar, bu rəhbərlər ölkədə böyük avtoritetə
malikdirlər.
İkincisi, bundadır ki, partiya idarəetmə
orqanlarının, hakimiyyət orqanlarının baş verə biləcək səhvlərini və
nöqsanlarını düzəldərək, onların hökumət qərarları keçirməsinə kömək edərək və onları
kütlələrin dəstəyi ilə təmin edərək onların işini yoxlayır, özü də partiyanın
uyğun göstərişləri olmadan onlar tərəfindən heç bir vacib qərar qəbul edilmir.
Üçüncüsü bundadır ki, sənaye və kənd təsərrüfatı xətti
üzrə və ya ticarət və mədəni quruculuq xətti üzrə bu və ya digər hakimiyyət
orqanlarının iş planının işlənib hazırlanmasında partiya bu planların fəaliyyət
müddəti ərzində bu orqanların işinin xarakterini və istiqamətini təyin edən
ümumi rəhbər göstərişlər verir.
Burjuaziya mətbuatı partiyanın dövlətin işinə bu
şəkildə “müdaxiləsinə” adətən “təəccüb” edir.
Amma bu “təəccüb” başdan ayağa saxtadır. Məlumdur ki, kapitalist ölkələrdə
burjua partiyaları dövlətin işinə eynilə bu şəkildə “müdaxilə” edir və
hökumətləri idarə edir, özü də orada rəhbərlik bu və ya digər şəkildə nəhəng
banklarla əlaqədə olan və bununla əlaqədar əhalidən öz rolunu gizlətməyə
çalışan kiçik insan qrupunun əlində cəmlənir.
İngiltərədə və ya digər kapitalist ölkələrdə hər
bir burjua partiyasının rəhbərliyi öz əlinə cəmləyən az sayda insan qrupundan
ibarət gizli kabinetə malik olması kimə məlum deyil? Heç olmasa Lloyd-Corcun
liberal partiyasının “kölgəli” kabineti haqqında məşhur nitqini xatırlayın. Bu
mənada Sovetlər ölkəsi ilə kapitalist ölkələr arasındakı fərq bundan ibarətdir
ki:
a) SSRİ-də kommunist partiyası dövləti
proletariatın maraqlarına görə və burjuaziyanın əksinə idarə etdiyi halda kapitalizm
ölkələrində burjuaziya partiyaları dövləti burjuaziyanın maraqlarına görə və
proletariatın əksinə idarə edir;
b) Kommunist partiyası SSRİ-də heç bir
gizli kabinetə ehtiyac duymadığı, gizli kabinetlərin siyasətini və praktikasını
biabır etdiyi və dövlət rəhbərliyi üzrə bütün məsuliyyəti öz üzərinə
götürdüyünü bütün ölkə qarşısında açıq şəkildə bəyan etdiyi zaman burjua partiyaları
şübhəli gizli kabinetlərin köməyindən istifadə edərək xalqdan öz rəhbər rolunu
gizlədirlər.
Deleqatlardan biri.
Partiya həmkarlar ittifaqlarına da eyni əsasla rəhbərlik edir?
Stalin.
Əksərən –bəli. Formal olaraq partiya həmkarlar ittifaqlarına heç bir
göstərişlər verə bilməz. Amma partiya həmkarlar ittifaqlarında çalışan
kommunistlərə göstərişlər verir. Məlumdur ki, həmakrlar ittifaqlarında da
Sovetlərdə, kooperasiyalarda və s. olduğu kimi kommunistlərin fraksiyaları
vardır. Bu kommunist fraksiyaların vəzifəsi bundan ibarətdir ki, həmkarlar
ittifaqları orqanlarında, Sovetlərdə, kooperasiyalarda və s. inandırmaq yolu ilə partiyanın göstərişlərinə
uyğun gələn qərarlara nail olunsun. Və çox əksər hallarda onlar buna nail
olurlar, çünki partiyanın kütlələr üzərində təsiri böyükdür və o orada böyük
etimad qazanıb. Bu yolla ən müxtəlif proletar təşkilatlarında vahid hərəkətə
nail olunur. Biz bunsuzişçi sinfin bu təşkilatlarının işində nizamsızlığa və
ziddiyyətə sahib olardıq.
Üçüncü sual. Rusiyada bir partiya leqal olduğu halda Siz
kütlələrin kommunizmə rəğbət bəslədiyini hardan bilirsiz?
Cavab.Bu
doğrudur ki, SSRİ-də leqal burjua partiyaları yoxdur, burada leqallıqdan bir
partiya, işçi partiyası, kommunist partiyası istifadə edir. Amma işçi
kütlələrinin əksəriyyətinin, zəhmətkeş kütlələrin əksəriyyətinin kommunistlərə
rəğbət bəsləməsinə əmin olmaq üçün bizim yollarımız və vasitələrimiz varmı?
Əlbət ki, söhbət işçi və kəndli kütlələrindən gedir, yeni burjuaziyadan,
proletariat tərəfindən dağıdılmış köhnə istismarçı siniflərin qalıqlarından
deyil. Bəli, işçi və kəndli kütlələrinin kommunistlərə rəğbət
bəsləyib-bəsləməməsini öyrənmək üçün bizim yollarımız və vasitələrimiz var.
Bizim ölkənin həyatının vacib anlarını götürək və
baxaq, kütlələrin kommunistlərə rəğbət bəslədiyini iddia etmək üçün əsasımız
varmı.
Hər şeydən əvvəl kommunist partiyasının, məhz
partiya kimi, işçiləri və kəndliləri burjua hakimiyyətini devirməyə səslədiyi
və o zaman bu partiyanın işçilərin,əsgərlərin və kəndlilərinin böyük çoxluğunun
dəstəyini qazandığı 1917-ci il Oktyabr çevrilişi kimi vacib anı götürək.
O zaman vəziyyət necə idi? Burjuaziya ilə dövrəyə
alınmış sosialist-inqilabçılar (eserlər) və sosial-demokratlar (menşeviklər)
hakimiyyətdə idi. On iki milyonluq ordu rəhbərliyi apparatı kimi mərkəzdə və
yerlərdə olan hökumət apparatı da bu partiyaların, hökumətin əlində idi. Kommunistlərin
partiyası yarı-leqal vəziyyətdə idi. Bütün ölkələrin burjuaları bolşeviklər
partiyasının qaçılmaz məğlubiyyətini söyləyirdilər. Antanta birbaşa və tamamilə
Kerenski hökumətinə tərəf çıxırdı. Bununla belə kommunistlərin, bolşeviklərin
partiyası proletariatı bu hökuməti devirməyə və proletar diktaturasını qurmağa
səsləməyə davam edirdi. Nə oldu? Zəhmətkeş kütlələrin böyük əksəriyyəti cəbhə
arxasından və cəbhədən ən qəti şəkildə bolşeviklər partiyasını dəstəklədi və
Kerenski hökuməti devrildi, proletariatın hakimiyyəti quruldu.
Onda bütün ölkələrin burjualarının bolşeviklər
partiyasının məhvi haqqında əvvəlcədən pis xəbərlərinə baxmayaraq bolşeviklərin qalib
olmaları necə ola bilərdi? Bu vəziyyət geniş zəhmətkeş kütlələrinin
kommunistlərə rəğbət bəsləməsini sübut etmir? Məncə sübut edir.
Bu da kommunist partiyasının geniş xalq kütlələri
arasında avtoritetinin və nüfuzunun yoxlanması üçün ilk sınaq.
Növbəti dövrü, hərbi müdaxilə dövrünü, vətəndaş
müharibəsi dövrünü götürək, nə vaxt ki, ingilis kapitalistləri Rusiyanın
şimalını, Arxanqelsk və Murmansk rayonlarını işğal edirdilər, nə vaxt ki,
amerikan, ingilis,yapon və fransız kapitalistləri Kolçakı irəli çəkərək Sibiri
işğal edirdilər, nə vaxt ki, fransız və ingilis kapitalistləri Denikin və
Vranqelin tərifini göylərə qaldıraraq “Rusiyanın cənubu”nun işğalı üzrə
addımlar atmışdılar.
Bu Antantanın və Rusiyanın əksinqilabçı
generallarının Moskvada kommunist hökumətinə qarşı, bizim inqilabın oktyabr
nailiyyətlərinə qarşı müharibəsi idi.Bu geniş işçi və kəndli kütlələri arasında
kommunistlərin partiyasının gücünün və möhkəmliyinin böyük sınaq dövrü idi.
Davamı nə oldu? Məgər məlum deyil ki, vətəndaş
müharibəsi nəticəsində işğalçılar Rusiyadan qovuldular, əksinqilabçı generallar
isə Qızıl Ordu tərəfindən məğlub edildilər.
Elə burada da aydın oldu ki, müharibələrin taleyi
son hesabda həll olunur, SSRİ-nin düşmənlərinin Kolçakı və Denikini təhciz
etdiyi texnika ilə yox, düzgün siyasət ilə, milyonlarla xalq kütlələrinin
rəğbəti və dəstəyi ilə.
O zaman bolşeviklərin partiyasının qalib olması
təsadüfi idi? Əlbəttə ki, təsadüfi deyildi. Bu vəziyyət bizdə kommunistlərin
partiyasının geniş zəhmətkeş kütlələri arasında rəğbət qazandığını göstərmirmi?
Məncə, göstərir.
İndiki dövrə, müharibədən sonrakı dövrə keçək, nə
vaxt ki, növbədə dinc quruculuq məsələləri dayandı, təsərrüfat xarabalığı dövrü
sənayenin bərpası dövrü, nəhayət, yeni texniki bazada bütün bizim xalq təsərrüfatının
yenidənquruculuq dövrü ilə əvəz olundu. Kommunistlərin partiyasının gücünün və
sarsılmazlığının sınanması, geniş zəhmətkeş kütlələrinin bu partiyaya rəğbətinin
dərəcəsinin müəyyən edilməsi üçün bizdə üsul və vasitələr varmı? Düşünürəm ki,
var.
Hər
şeydən əvvəl təxminən 10 milyon proletarı birləşdirən Sovet İttifaqının
həmkarlar ittifaqlarını götürək, bizim həmkarlar ittifaqlarının rəhbər
orqanlarının tərkibinə baxaq. Təsadüfidirmi ki, bu orqanların başında
kommunistlər dayanır. Əlbəttə ki, təsadüfi deyil. SSRİ işçilərinin həmkarlar
ittifaqlarının rəhbər orqanlarının tərkibinə etinasız yanaşdıqlarını düşünmək
ağılsızlıq olardı. SSRİ işçiləri üç inqilabın həyəcanında böyüyüblər və tərbiyə
olunublar.
Onlar öz rəhbərlərini yoxlamağı və əgər
proletariatın maraqlarını razı salmırlarsa, onları rədd etməyi hamıdan yaxşı
öyrəniblər. Bir zaman bizim partiyada ən məşhur insan Plexanov idi. Amma
işçilər Plexanovun proletar xəttindən uzaqlaşdığına əmin olduqda onu qəti
təcrid etməkdən çəkinmədilər. Və əgər belə işçilər kommunistləri həmkarlar
ittifaqlarında məsuliyyətli vəzifələrə irəli çəkərək onlara tam inamlarını
ifadə edirlərsə, bu kommunist partiyasının SSRİ işçiləri arasında gücünün və
möhkəmliyinin böyük olmasına birbaşa göstərici olmaya bilməz.
Bu da sizin üçün geniş işçi kütlələrinin
kommunistlərin partiyasına sözsüz rəğbət bəslədiklərinə sübut.
Sovetlərə sonuncu seçkiləri götürək. Bizdə cins və
milli mənsubiyyət fərqi olmadan 18 yaşından yuxarı bütün yaşa dolmuş SSRİ
əhalisi Sovetlərə seçilmək hüququna malikdir, özgələrinin əməyini istismar edən
və seçki hüququndan məhrum edilmiş burjuaziya elementlərini çıxmaqla. Bu
təxminən 60 milyon seçici edir. Onlardan böyük əksəriyyəti əlbəttə ki,
kəndlilərdir. Bu 60 milyondan təxminən 51%-i, yəni 30 milyondan çoxu seçici
hüququnu yerinə yetirdi. İndi isə mərkəzdə və yerlərdə bizim Sovetlərin rəhbər
orqanlarının tərkibinə baxın. Seçilmiş rəhbər elementlərin böyük əksəriyyətinin
kommunistlərdən ibarət olması faktını təsadüfi hesab etmək olarmı? Aydındır ki,
bunu təsadüf adlandırmaq olmaz. Bu fakt kommunist partiyasının milyonlarla
kəndli kütlələri arasında etimad qazandığını göstərmirmi? Məncə göstərir.
Bu kommunist partiyasının gücünün və möhkəmliyinin yoxlanışı
üçün sizə növbəti sınaq
Təxminən 2 milyon işçi və kəndli gəncliyini
birləşdirən komsomolu götürək. Komsomolun seçici rəhbər elementlərinin böyük
əksəriyyətinin kommunistlərdən ibarət olması faktını təsadüf adlandırmaq
olarmı? Məncə bunu təsadüf adlandırmaq olmaz.
Kommunist partiyasının gücünü və avtoritetini
yoxlamaq üçün növbəti sınaq.
Nəhayət, SSRİ-nin tərkibinə daxil olan müxtəlif
millətlərdən milyonlarla zəhmətkeş kişiləri və qadınları, işçi, kəndli kişi və
qadınları əhatə edən bizim çoxsaylı konfranslarımızı,müşavirələrimizi,
deleqasiya görüşlərimizi və s. götürək. Rusların ümumiyyətlə danışmağı
sevdiklərini iddia edərək bu müşavirələri və konfransları bəzən Qərbdə istehza
ilə qarşılayırlar. Yeri gəlmişkən bu müşavirə və konfranslar həm kütlələrin
rəğbətini yoxlamaq mənasında, həm də bizim nöqsanlarımızın üzə çıxarılması və
bu səhvlərin aradan qaldırılması üsullarının qeyd olunması mənasında bizim üçün
böyük əhəmiyyət kəsb edirlər, çünki bizim səhvlərimiz az deyil və səhvlərin
üzərə çıxarılması və onların düzgün aradan qaldırılmasını ölkənin idarə
edilməsinin yaxşılaşdırılması üçün ən yaxşı üsul hesab edərək onları
gizlətmirik. Həmin müşavirə və konfranslarda natiqlərin nitqinə baxın, işçi və
kəndlilərdən olan bu “sadə insanların” işgüzar və doğru rəylərinə baxın,
onların qərarlarına baxın – və siz kommunist partiyasının təsirinin və
avtoritetinin nə qədər böyük olduğunu görəcəksiz, görəcəksiz ki, bu təsirə və
avtoritetə dünyada istənilən partiya həsəd apara bilərdi.
Kommunist partiyasının möhkəmliyinin yoxlanması
üçün sizə daha bir sınaq.
Kommunist partiyasının xalq kütlələri arasında
gücünü və nüfuzunu yoxlamaq imkanı verən yollar və üsullar bunlardır.
Mən bunlardan bilirəm ki, SSRİ-nin geniş işçi və
kəndli kütlələri kommunist partiyasına rəğbət bəsləyir.
Bu onunla izah olunur ki, O vaxt eserlərin və menşeviklərin
partiyası “qələbəli sonluğa kimi müharibə”ni, imperializm müharibəsinin davam
etməsini müdafiə edən zaman kompartiya müharibənin aradan qaldırılmasını,
təcili demokratik sülhü müdafiə edirdi.
Dördüncü sual. Əgər partiyasız qrup fraksiya təşkil etsəydi və
seçkilərdə Sovet hökumətinə tərəfdar platformada dayanan kandidatlarını irəli
sürsəydi, amma bununla bərabər də xarici ticarətdə inhisarın ləğv edilməsini
tələb etsəydi – o vasitələrə və aktiv siyasi kompaniya aparmaq imkanına sahib
olardımı?
Cavab: Məncə
bu sualda uzlaşmaz ziddiyyət var.
Sovet hökumətinə
tərəfdar platformada dayanan və
eyni zamanda da xarici ticarətdə inhisarın ləğvini tələb edən qrupu təsəvvür etmək mümkün deyil. Niyə? Çünki xarici ticarətin inhisarı Sovet hökumətinin platformasının sarsılmaz əsaslarındandır. Çünki, xarici ticarətdə inhisarın ləğvini tələb edən qrup Sovet hökumətinin tərəfdarı ola bilməz. Çünki belə bir qrup yalnız bütün sovet quruluşuna qatı düşmən bir qrup ola bilər.
Əlbəttə, SSRİ-də xarici ticarətin inhisarının ləğvini tələb edən elementlər var.
Bunlar – nepmanlar, qolçomaqlar, artıq dağıdılmış istismarçı siniflərin qırıntıları və digərləridirlər.
Amma bu elementlər əhalinin çox cüzi hissəsini təşkil edirlər. Məncə
deleqasiya öz sualında bu elementləri nəzərdə tutmur.
Əgər söhbət zəhmətkeş
işçi və kəndli kütlələrindən gedirsə, o zaman deməliyəm ki, xarici ticarətin inhisarının ləğvi tələbi onların arasında yalnız gülüş və düşmən münasibət doğura bilərdi.
Əslində, xarici ticarətin inhisarının ləğvi işçilər
üçün nə demək olardı? Bu ölkənin sənayeləşməsindən, yeni zavod və fabriklərin
tikilməsindən, köhnə zavod və fabriklərin genişləndirilməsindən imtina etmək olardı.
Bu onlar üçün SSRİ-nin kapitalist ölkələrin əmtəələri ilə doldurulması, bizim
sənayenin onun nisbi zəifliyindən asılı olaraq sıxışdırılması, işsizlərin sayının
artması, işçi sinfin maddi vəziyyətinin pisləşməsi, onun iqtisadi və siyasi
mövqeyinin zəifləməsi demək olardı. Bu, nəticədə, nepmanın və ümumiyyətlə yeni
burjuaziyanın güclənməsi demək olardı.SSRİ proletariatı bu intiharla razılaşa
bilərmi? Aydındır ki, razılaşa bilməz.
Xarici ticarətdə inhisarın aradan qaldırılması bəz
zəhmətkeş kəndli kütlələri üçün nə məna kəsb edərdi? Bu bizim ölkənin müstəqil
ölkədən yarımmüstəmləkə bir ölkəyə çevrilməsi və kəndli kütlələrinin
yoxsullaşması demək olardı. Bu Kolçakın və Denikinin zamanında hökm sürən həminki “azad ticarət” rejiminə,nə vaxt ki,
kəndliləri talamaq və qarət etmək əksinqilabçı generalların və “mütəffiqlərin”
birləşmiş qüvələri üçün rahat idi,
qayıdış olardı. Bu, nəticədə, kənddə qolçomaqların və digər istismarçı
elementlərin güclənməsi demək olardı. Kəndlilər bu rejimin gözəlliklərini həm
Ukraynada və Şimali Qafqazda, həm Volqada və Sibirdə kifayət qədər yaşayıblar.
Onların yenidən özlərini işə düşürmək istədiklərini güman etməyə hər hansı bir
əsas varmı? Məgər aydın deyil ki, zəhmətkeş kəndli kütlələri xarici ticarətdə
inhisarın aradan qaldırılmasına tərəfdar ola bilməzlər?
Deleqatlardan biri.
Deleqasiya xarici ticarətin inhisarına, onun ləğvinə aid punktu əgər SSRİ-də
bir partiyanın inhisarı, leqallıqla bağlı inhisar olmasaydı bütöv bir əhali
qrupunun təşkil oluna biləcəyi bir punkt kimi irəli sürdü.
Stalin.
Deleqasiya, bununla, SSRİ-də yeganə leqal partiya kimi kommunist partiyasının
inhisarı məsələsinə qayıdır. Mən bu sualın qısa cavabını milyonlarla işçi və
kəndli kütlələrinin kommunist partiyasına olan rəğbətinin yoxlanması yolları və
üsulları haqqında danışarkən verdim.
Əhalinin digər təbəqələrinə, qolçomaqlara,
nepmanlara, məğlub edilmiş köhnə istismarçı siniflərin qalıqlarına gəldikdə
bizdə onlar seçici hüququndan məhrum
edildikləri kimi özlərinin siyasi təşkilatına sahib olmaq hüququndan da məhrum
ediliblər. Proletariat bujuaziyadan təkcə fabrikləri və zavodları, bankları və
dəmir yollarını, torpağı və şaxtaları almadı. O həm də burjuaziyadan öz siyasi
təşkilatına malik olmaq hüququnu aldı, çünki proletariat burjuaziyanın
hakimiyyətinin bərpasını istəmir. Yəqin ki, deleqasiyanın SSRİ proletariatının
fabrik və zavodları, torpaq və dəmir yollarını, bankları və şaxtaları
burjuaziyadan və mülkədarlardan almasına qarşı heç bir etirazı yoxdur. (Gülüş.)
Amma deleqasiya, mənə elə gəlir ki, proletariatın
bununla kifayətlənməməsi və burjuaziyadan siyasi hüquqları almaqla daha da
irəli getməsi barəsində təəccüb qalıb. Məncə bu tamamilə məntiqlidir və ya daha
doğrusu olduqca məntiqsizdir. Hansı əsasa görə burjuaziyaya qarşı münasibətdə
proletariatdan alicənablıq gözləyirlər? Məgər hakimiyyətdə olan Qərb
burjuaziyası işçi sinfə münasibətdə azacıq da olsa alicənablıq göstərirmi?
Məgər o işçi sinfin əsl inqilabi partiyalarını zirzəmiyə salmır? Hansı əsasla
SSRİ proletariatından öz sinfi düşməninə qarşı alicənablıq tələb edirlər? Məncə
məntiq məcbur edir. Kim ki burjuaziyaya onun siyasi hüquqlarının
qaytarılmasının mümkünlüyü haqqında düşünür, o, əgər məntiqli olmaq istəyirsə,
daha irəli getməlidir və həm də burjuaziyaya fabrik və zavodların, dəmir
yollarının və bankların qaytarılması məsələsini də qoymalıdır.
Deleqatlardan biri.
Deleqasiyanın məqsədi işçi və kəndli sinfində kompartiyanın fikrindən fərqli
fikrin öz leqal ifadəsini hansı şəkildə tapa biləcəyini aydınlaşdırmaq idi. Məsələni
bu şəkildə anlamaq səhv olardı ki, deleqasiya burjuaziyaya siyasi hüquqların verilməsi,
burjuaziyanın öz fikirlərini irəli sürməsi üçün necə leqal ifadə tapa bilməsi
məsələsi ilə maraqlanır. Söhbət məhz bundan gedir ki, işçi və kəndli sinfi
arasında kompartiyanın fikrindən fərqlənən fikir öz leqal ifadəsini hansı
şəkildə tapa bilər?
Digər deleqat.
Bu fərqli fikirlər öz ifadəsini işçi sinfin kütləvi təşkilatlarında, həmkarlar
ittifaqlarında və s. tapa bilərdilər.
Stalin.
Çox yaxşı. Deməli, söhbət burjuaziyanın siyasi hüquqlarının bərpasından getmir,
işçi və kəndli sinfi daxilində fikir mübarizəsindən gedir.
Bugün Sovet İttifaqında işçi və kəndli sinfinin zəhmətkeş kütlələri
arasında fikir mübarizəsinə yer varmı? Əlbəttə ki, var. Ola bilməz ki,
milyonlarla işçi və kəndli bütün praktiki məsələlərdə və bütün detallarda eyni
şəkildə düşünsün. Heç vaxt belə olmur. Birincisi, işçilər və kəndlilər arasında
böyük fərq var, həm onların iqtisadi mövqeyi mənasında, həm onların bu və ya
digər məsələlərə baxışı mənasında. İkincisi, işçi sinfin özünün baxışlarında da
bəzi fərqlər mövcuddur, tərbiyə fərqi,yaş, temperament fərqi, yerli işçilər və
kənddən gəlmiş işçilər arasında fərq və s. Bütün bunlar işçilər və zəhmətkeş
kəndli kütlələri arasında fikir toqquşmasına gətirib çıxarır, hansı ki, öz
leqal ifadəsini yığıncaqlarda, həmkarlar ittifaqlarında, kooperasiyalarda,
Sovetlərə seçkilər zamanı və s. tapır.
Amma bugünkü, proletar diktaturası şəraitindəki
fikir mübarizəsi ilə keçmiş, Oktyabr inqilabına qədərki fikir mübarizəsi
arasında köklü fərqlilik var. Onda, keçmişdə işçilər və zəhmətkeş kəndlilər
arasındakı fikir mübarizəsi əsasən mülkədarların, çarizmin,burjuaziyanın
devrilməsində, burjua rejiminin dağıdılmasında mərkəzlənirdi. İndi, proletar
diktaturası şəraitində fikir toqquşması Sovet hakimiyyətinin devrilməsi, sovet
quruluşunun dağıdılması ərtafında getmir, Sovet hakimiyyət orqanlarının
yaxşılaşdırılması, onların işinin yaxşılaşdırılması məsələləri ətrafında gedir.
Burda əsaslı fərq var.
Mövcud rejimin inqilab vasitəsilə dağıdılması
məsələsi ərtafında fikir toqquşmasının keçmişdə işçi sinfin və zəhmətkeş kəndli
kütlələrinin daxilində öz aralarında rəqabət aparan bir neçə partiyanının
meydana gəlməsinə səbəb olmasında təəccüblü heç nə yoxdur. Həmin partiyalar
bunlar idi: bolşeviklər partiyası, menşeviklər partiyası, eserlər partiyası.
Digər tərəfdən, indi, proletar diktaturası zamanı hədəfi mövcud sovet rejiminin
dağıdılması deyil, onun yaxşılaşdırılması və təkmilləşdirilməsi olan fikir
mübarizəsinin işçi sinfi və kəndin zəhmətkeş kütlələri arasında bir neçə
partiyanın mövcud olmasına imkan verməməsini anlamaq heç də çətin deyil.
Məhz buna görə yalnız bir partiyanın,kommunist
partiyasının leqallığı, bu partiyanın inhisarı nəinki işçi və zəhmətkeş
kəndlilər arasında etirazla qarşılanmır, həm də, əksinə, vacib və arzu olunan
bir şey kimi qəbul edilir.
Bizim partiyanın ölkədə yeagnə leqal partiya kimi
mövqeyi süni və qəsdən düşünülmüş bir şey deyil. Belə mövqe süni şəkildə,
administrativ maxinasiyalar yolu və s. ilə yaradıla bilməz. Bizim partiyanın
inhisarı zərurətdən yarandı, eser və menşevik partiyalarının birdəfəlik
müflisləşməsi və bizim həqiqətlərimiz fonunda səhnədən getməsi nəticəsində
tarixən formalaşdı.
Eserlərin və menşeviklərin partiyası keçmişdə nə
olublar? Proletariata burjua təsirinin bələdçiləri. Bu partiyaların
mövcudluğu 1917-ci oktyabrına kimi nə ilə bəslənirdi və dəstəklənirdi? Burjua
sinfinin varlığı ilə, nəhayət, burjua hakimiyyətinin varlığı ilə. Məgər aydın
deyil ki, burjuaziyanın devrilməsi ilə bu partiyaların mövcudluğunun əsası da
yıxılmalı idi?
Bu partiyalar 1917-ci ilin oktaybrından sonra nəyə
çevrildilər? Onlar kapitalizmin bərpası və
proletar hakimiyyətinin devrilməsi partiyalarına çevrildilər. Məgər
aydın deyil ki, bu partiyalar işçilər və zəhmətkeş kəndli təbəqələri arasında
istənilən dayaq və nüfuzu itirməli
idilər?
İşçi sinfə təsir uğrunda kommunistlər partiyası və
eserlər və menşeviklər partiyası arasındakı mübarizə dünənki gündən başlamayıb.
Onun başlanğıcı Rusiyada kütləvi inqilabi hərəkatın ilk əlamətlərinin meydana
çıxmasına, hələ 1905 –ci ilə qədərki dövrə təsadüf edir. 1903—cü ildən 1917-ci
ilin ooktyabrına qədər olan dövr bizim ölkənin işçi sinfində gərgin fikir
toqquşması dövrüdür, işçi sinfə təsir uğrunda bolşeviklər,menşeviklər və
eserlər arasında mübarizə dövrüdür. SSRİ-nin işçi sinfi bu dövr ərzində üç
inqilabdan keçmişdir. O bu inqilabların alovunda bu partiyaları,onların
proletar inqilabı işinə yararlığını,onların proletar inqilabiliyini sınadı və
yoxladı. Və nəhanyət 1917-ci ilin Oktyabr günlərində, tarix öz tərəzisində işçi
sinif daxilində mübarizə aparan partiyaların xüsusi çəkisini ölçəndə SSRİ-nin
işçi sinfi nəhayət ki, yeganə proletar partiyası kimi kommunist partiyası
üzərində dayanaraq son seçimini etdi.
İşçi sinfin seçiminin kommunist partiyası üzərinə
düşməsi faktını nə ilə izah etmək olar? Məgər bu fakt deyil ki, bolşeviklər
Petroqrad sovetində, misal üçün, 1917-ci ilin aprelində çox kiçik azlıq təşkil
edirdilər? Məgər bu fakt deyil ki, onda menşeviklər və eserlər Sovetlərdə böyük
çoxluq təşkil edirdilər? Məgər fakt deyil ki, Oktyabr günlərinə kimi bütün
hökumət apparatı və bütün güc vasitələri burjuaziya ilə əhatə olunmuş eserlərin
və menşeviklərin partiyasının əlində idi?
Bu onunla izah olnunur ki, kommunist partiyası mülkədar
torpaqlarının kəndlilərin xeyrinə təcili müsadirəsini müdafiə etdiyi halda,
eserlərin və menşeviklərin partiyası bu məsələni baş tutması qeyri-müəyyən
zamana kimi təxirə salınan Müəssislər məclisinə kimi saxlamaq istəyirdilər.
Yoxsul işçi və kəndlilər nəhayət ki, kommunist
partiyasının xeyrinə seçim ediblərsə, bunda təəccüblü nə var?
Əgər eserlərin və menşeviklərin partiyası tez bir
zamanda məğlub olublarsa, bunda təəccüblü nə var?
Kompartiyanın inhisarının mənbəyi burdadır və buna
görə kommunist partiyası hakimiyyətə gəldi.
1917-ci ilin oktyabrından sonrakı, növbəti dövr,
vətəndaş müharibəsi dövrü menşeviklər və eserlər partiyasının tamamilə məhvi
dövrü idi, bolşeviklər partiyasının tam qələbəsi dövrü.
Bu dövrdə menşeviklər və eserlər kompartiyanın
qələbəsini özləri asanlaşdırdılar. Oktyabr çevrilişi zamanı məğlub edilən və
çökdürülən menşevik və eser partiyalarının qırıntıları qolçomaqların
əksinqilabi üsyanları ilə əlaqə saxlamağa, kolçakçılarla və denikinçilərlə
qruplaşmağa başladılar, Antantaya xidmət etməyə başladılar və özlərini işçi və
kəndlilərin gözüdə birdəfəlik basırdılar. Elə bir mənzərə yaranmışdı ki,
bolşeviklər inqilabi və fəal olan hər kəsi öz ərtafında birləşdirərək yeni-yeni
işçi və kəndli dəstələrini sosialist Vətən uğrunda mübarizəyə, Antantaya qarşı
mübarizəyə qaldırdığı halda burjua inqilabçılarından burjua əksinqilabçılarına
çevrilən eserlər və menşeviklər yeni Sovet Rusiyasını boğmaqda Antantaya kömək
edirdilər.
Tamamilə təbiidir ki, bu dövrdə kommunistlərin
qələbəsi eserlərin və menşeviklərin tam məğlubiyyətinə gətirməli idi və
həqiqətən də gətirdi. Əgər kompartiya bundan sonra yoxsul işçi və kəndli sinfin
yeganə partiyasına çevrilibsə, burada təəccüblü nə var?
Bizim ölkədə yeganə leqal partiya kimi kommunist
partiyasının inhisarı bu şəkildə bərqərar olmuşdur.
Siz indi, proletar diktaturası şəraitində işçi və
kəndlilər arasında olan fikir mübarizəsindən danışırsız. Mən artıq qeyd etdim
ki, fikir mübarizəsi var və olacaq, bunsuz irəli hərəkət etmək mümkün deyil.
Amma işçilər arasındakı fikir mübarizəsi bugünkü şəraitdə sovet rejiminin
devrilməsi məsələsi ətrafında getmir, Sovetlərin yaxşılaşdırılması, sovet
orqanlarının nöqsanlarının aradan qaldırılması, beləliklə, Sovet hakimiyyətinin
möhkəmləndirilməsi üzrə praktiki məsələlər ətrafında gedir. Tamamilə başa
düşüləndir ki, belə fikir mübarizəsi kommunist partiyasını yalnız qüvvətləndirə
və təkmilləşdirə bilər. Tamamilə aydındır ki, belə fikir mübarizəsi
kompartiyanın inhisarını yalnız möhkəmləndirə bilər. Tamamilə aydındır ki, belə
fikir mübarizəsi işçi və zəhmətkeş kəndli sinfinin nüvəsində digər
partiyalarınn yaranması üçün əsas verə
bilməz.
Beşinci sual. Siz
və Trotski arasında olan əsas ixtilafı qısa şəkildə deyə bilərsizmi?
Cavab.
Söyləməliyəm ki, hər şeydən əvvəl, Trotski ilə ixtilaf şəxsi ixtilaf deyil.
Əgər ixtilaf şəxsi xarakter daşısaydı, partiya bu işlə bir saat da məşğul
olmazdı, çünki, o ayrı-ayrı şəxslərin şişirdilməsini sevmir.
Görünür söhbət partiya daxilindəki ixtilaflardan
gedir. Mən bu sualı belə başa düşdüm. Bəli,partiyada belə ixtilaflar var. Bu
yaxınlarda ziddiyyətlərin xarakteri haqqında Moskvada Rıkov, Leninqradda
Buxarin öz məruzələrində olduqca aydın məlumat veriblər. Bu məruzələr nəşr
olunublar. Bu məruzələrdə ziddiyyətlər haqqında yazılmış şeylərə heç nə əlavə
edə bilmərəm. Əgər bu sənədlər sizdə yoxdursa, onları sizin üçün təşkil edə
bilərəm. (Deleqasiya qeyd edir ki, bu sənədlər onlarda var)
Deleqatlardan biri.
Qayıdarkən bizdən bu ixtilaflar haqqında soruşacaqlar, amma bizdə bütün
sənədlər yoxdur. Bizdə, məsələn, “83-cü illərin platforması” yoxdur.
Stalin.
Mən bu “platformaya” imza atmamışam. Başqalarının sənədlərini təşkil edə
bilmərəm. (Gülüş.)
Altıncı sual.
Kapitalizm ölkələrində istehsalın inkişafı üçün əsas məqsəd gəlir qazanmağa
ümid üzərində qurulub. Bu məqsəd, əlbəttə, SSRİ-də yoxdur. Onu nə əvəz edir və
bu əvəzetmə, Sizin fikrinizcə, nə dərəcədə effektivdir? O daimi ola bilərmi?
Cavab.
Bu doğrudur ki, kapitalizm təsərrüfatı üçün əsas hərəkətverici qüvvə gəlir
qazanmaqdır. Həmçinin bu da doğrudur ki, gəlir qazanmaq bizim sosialist
sənayemiz üçün nə məqsəddir, nə də hərəkətverici qüvvədir. Belə olduğu halda
bizim sənayemizin hərəkətverici qüvvəsi nədir?
Hər şeydən əvvəl bu cəhət ki, bizdə fabrik və
zavodlar bütün xalqa məxsusdur,
kapitalistlərə deyil, fabrik və zavodları kapitalistlərin əlaltıları deyil,
işçi sinfin nümayəndələri idarə edir. İşçilərin kapitalist üçün deyil, öz
dövləti, öz sinfi üçün işlədiyini başa düşmək – bu düşüncə bizim sənayemizin
inkişafı və təkmilləşməsi işində ən böyük hərəkətverici qüvvədir.
Qeyd etmək lazımdır ki, bizdə fabrik və zavod
direktorlarının böyük əksəriyyətini xalq təsərrüfatının Ali soveti
tərəfindən təyin edilən, həmkarlar
ittifaqları ilə razılığa gələrək, işçilər təşkil edir, özü də heç bir direktor
işçilərin və ya uyğun həmkarlar ittifaqının
istəyinin əksinə olaraq vəzifədə qala bilməz.
Qeyd etmək lazımdır ki, hər bir zavod və ya
fabrikin özünün işçilər tərəfindən seçilən və müəssisə administrasiyasının
fəaliyyətinə nəzarət edən zavod və fabrik komitəsi var.
Nəhayət, qeyd etmək lazımdır ki, hər bir sənaye
müəssisəsində həmin müəssisədə işçilərin istehsalat məsləhətləşmələri olur ,
hara ki, bütün işçilər daxil olur və müəssisə direktorunun bütün işini yoxlayır,
zavod administrasiyasının iş planını müzakirə edirlər, nöqsanları və
çatışmazlıqları qeyd edirlər və bu çatışmazlıqları həmkarlar ittifaqları
vasitəsilə, partiya vasitəsilə, Sovet hökuməti vasitəsilə aradan qaldırmaq
imkanına sahib olurlar.
Başa düşmək çətin deyil ki, bütün bu cəhətlər
işçilərin vəziyyətini köklü şəkildə dəyişdiyi kimi, müəssisədəki nizam-intizamı
da dəyişir. Əgər kapitalizmdə işçi fabriki özgə və ona yad bir mülkiyyət kimi və ya hətta həbsxana kimi nəzərdən keçirisə,
sovet rejimində işçi fabrikə artıq həbsxana kimi baxmır, inkişafında və
yaxşılaşmasında bilavasitə maraqlı olduğu
yaxın və doğma bir iş kimi baxır.
Çətin ki, işçinin zavoda,müəssisəyə olan bu yeni
münasibətini sübut etməyə ehtiyac olsun, işçilərin müəssisəyə bu yaxınlıq hissi
bütün bizim sənayemizin ən böyük hərəkətverici qüvvəsidir.
Bu cəhətlə o fakt izah edilməlidir ki, istehsal
texnikası sahəsində işçilər arasından seçicilərin və istehsalatı təşkil edənlərin sayı günbəgün
artır.
İkincisi, bu cəhət ki, bizdə sənayedən gələn
gəlirlər ayrı-ayrı şəxslərin varlanmasına getmir, sənayenin növbəti
genişlənməsinə, işçi sinfin maddi və mədəni vəziyyətinin yaxşılaşdırılmasına,
işçilər və kəndlilər üçün lazım olan sənaye mallarının ucuzlaşmasına, yəni,
yenə də zəhmətkeş kütlələrin maddi vəziyyətinin yaxşılaşdırılmasına gedir.
Kapitalist öz gəlirlərini işçi sinfin rifah halının
yüksəldilməsinə yönəldə bilmir. O gəlir üçün yaşayır. Əks halda o kapitalist
olmazdı. O ondan ötrü gəlir toplayır ki, onları əlavə kapitala çevirsin və
yeni, daha çox gəlir qazanmaq üçün az
inkişaf etmiş ölkələrə çıxarsın. Kapitallar Şimali Amerikadan Çinə,
İndoneziyaya, Cənubi Amerikaya, Avropaya, Fransadan fransız müstəmləkələrinə,
İngiltərədən ingilis müstəmləkələrinə bu şəkildə axır.
Bizdə işlər fərqlidir, çünki biz müstəmləkə
siyasəti aparmırıq və onu dəstəkləmirik. Bizdə sənayedən gələn gəlirlər
sənayeninin gələcək inkişafı, işçilərin vəziyyətinin yaxşılaşdırılması, daxili
bazarın, həmçinin də sənaye mallarının ucuzlaşdırılması vasitəsilə kəndli
bazarının, həcminin artırılması üçün ölkə daxilində qalır. Bizdə sənayedən
gələn gəlirin təxminən 10 faizi işçi sinfin güzəranının yaxşılaşdırılmasına
gedir.İşçilərin pul əmək haqqının 13%-i işçi sinfin dövlət tərəfindən
sığortalanmasına sərf olunur. Gəlirlərin məlum hissəsi ( indi dəqiq hansı
hissəsi olduğunu söyləyə bilmərəm) mədəni ehtiyaclara, fabrik-zavod
şagirdliyinə və işçilərin məzuniyyətinə sərf olunur. Bu gəlirlərin kifayət
qədər böyük hissəsi (yenə də dəqiq hansı hissəsi olduğunu indi söyləyə
bilmərəm) işçilərin əmək haqqının artırılmasına
gedir. Sənayedən gələn gəlirin yerdə qalan hissəsi sənayenin gələcək
genişlənməsinə, köhnə zavodların təmirinə, yeni zavodların tikintisinə,
nəhayət, sənaye mallarının ucuzlaşmasına sərf olunur.
Bu cəhətlərin bizim bütün sənayemiz üçün nəhəng
əhəmiyyəti bundan ibarətdir ki:
a)
Onlar kənd təsərrüfatının sənaye ilə
yaxınlaşmasını və şəhər və kənd arasında əksliklərin aradan qaldırılmasını yüngülləşdirir;
b)
Onlar şəhərdə və kənddə daxili
bazarın həcminin artırılmasına kömək edərək bununla da sənayenin gələcək inkişafı üçün dayanmadan böyüyən baza yaradır.
Üçüncüsü, sənayenini milliləşdirilməsinin
ümumilikdə bütün sənaye təsərrüfatının planlı idarə olunmasını yüngülləşdirməsi
faktı.
Bizim sənayenin bu stimulları və hərəkətverici qüvvələri daimi
faktorlardırmı? Onlar daim fəaliyyətdə olan faktorlar ola bilərlərmi? Bəli,
onlar sözsüz daim hərəkət edən faktorlar və stimullardır. Və bizim sənayemiz nə
qədər inkişaf etsə, bu faktorların gücü və əhəmiyyəti də o qədər artacaqdır.
Yeddinci sual. SSRİ
digər ölkələrin kapitalist sənayesi ilə hansı dərəcədə əməkdaşlıq edə bilər?
Belə əməkdaşlığa
müəyyən sərhəd varmı yoxsa bu sadəcə hansı hissədə hansı əməkdaşlığın mümkün
olub-olmamasının aydınlaşdırılması üçün təcrübədir ?
Cavab.
Görünür söhbət kapitalist ölkələrlə sənaye sahəsində, ticarət sahəsində və
,bəlkə də, diplomatik münasibətlər sahəsində müvəqqəti razılaşmalardan gedir.
Düşünürəm ki, iki əks sistemin – kapitalizm sisteminin
və sosializm sisteminin- mövcudluğu belə razılaşmaların mümkünlüyünü istisna
etmir. Məncə, belə razılaşmalar mümkündür və dinc inkişaf şəraitində
məqsədəuyğundur.
İxrac və idxal belə razılaşmalar üçün ən uyğun
səbəbdir. Bizə lazımdır: avadanlıq, xammal (misal üçün, pambıq),
yarımfabrikatlar (dəmir və s.), kapitalistlər isə bu əmtəələrin satışında
maraqlıdırlar. Bu da sizə razılaşma üçün səbəb. Kapitalistlərə lazımdır: neft,
odun, un məmulatları, bizə isə bu əmtəələri satmaq lazımdır. Bu da sizə
razılaşma üçün səbəb. Bizə kredit lazımdır, kapitalistlərə isə bu kreditlərə
görə yaxşı faizlər. Bu da sizə artıq kredit xətti üzrə razılaşma üçün daha bir
səbəb, özü də məlumdur ki, sovet orqanları kredit üzrə ən dürüst ödəyicilərdir.
Diplomatiya sahəsində də eyni şeyləri söyləmək
olar. Biz sülh siyasəti aparırıq və burjua dövlətləri ilə qarşılıqlı hücum
etməmək haqda paktlar imzalamağa hazırıq. Biz sülh siyasəti aparırıq və
müntəzəm ordunun tamamilə məhv olmasına kimi tərk-silah edilmə barəsində
razılığa getməyə hazırıq, hansı ki, bu haqda Qenuez konfransında bütün dünya
qarşısında bəyan etmişik. Bu da sizə diplomatik xətt üzrə razılaşmalar üçün
səbəb.
Bu razılaşmaların sərhədi? Sərhədlər aralarında
yarış,mübarizə gedən iki sistemin əksliyi ilə qoyulur. Razılaşmalar bu iki
sistemin imkan verdiyi çərçivələrdə, yalnız bu çərçivələrdə mümkündür.
Almaniya, İtaliya, Yaponiya və digər ölkələrlə olan razılaşmalar təcrübəsi bunu
sübut edir.
Bu razılaşmalar sadəcə təcrübədir yoxsa onlar müəyyən
dərəcədə uzunmüddətli xarakter daşıya bilər? Bu təkcə bizdən asılı deyil, bu
həm də bizim kontragentlərdən asılıdır. Bu ümumi vəziyyətdən asılıdır. Müharibə
hər şeyi və istənilən razılaşmanı alt-üst edə bilər. Nəhayət, bu razılaşmanın
şərtlərindən asılıdır. Biz ağır şərtləri qəbul edə bilmərik. Bizim Gürcüstanda
manqan mədənlərini istismar edən Harrimanla razılaşmamız var. Razılaşma 20 il
müddətinə bağlanıb. Görürsüz ki, az müddət deyil. Həmçinin, bizim Sibirdə qızıl
çıxaran LenaQoldfilds cəmiyyəti ilə də razılaşmamız var. Razılaşma 30 il
müddətinə bağlanıb – daha uzunmüddətli razılaşma. Nəhayət, Saxalində neft və
kömür mənbələrinin istismarı haqqında Yaponiya ilə razılaşmamız var.
Biz istərdik ki, bu razılaşmalar müəyyən dərəcədə
davamlı xarakter daşısın. Amma, əlbəttə ki, bu təkcə bizdən asılı deyil, həm də
bizim kontragentlərdən asılıdır.
Səkkizinci sual. Milli
azlıqlara münasibət siyasətində Rusiyanın kapitalist dövlətlərdən əsas fərqi
nədədir?
Cavab.
Görünür, söhbət əvvəllər çarizm və rusiyanın istismarçı sinifləri tərəfindən əzilən
və öz dövlətçiliyi olmayan millətlərdən gedir.
Əsas fərqlər bundan ibarətdir ki, kapitalist dövlətlərdə
milli köləlikdə milli zülm mövcuddur, bizdə, SSRİ-də isə bu şeylərin hər ikisi
kökündən aradan qaldırılmışdır.
Orada, kapitalist dövlətlərdə birinci dərəcəli
millətlərlə, imtiyazlı millətlərlə, “dövlətçi” millətlərlə yanaşı ikinci
dərəcəli, “qeyri-dövlətçi” millətlər, tam hüquqlu olmayan, bu və ya digər
hüquqlardan və hər şeydən əvvəl dövlət hüquqlarından məhrum edilmiş millətlər var. Bizdə, SSRİ-də
əksinə, milli bərabərsizliyin və milli təzyiqin bütün bu atributları aradan
qaldırılmışdır. Bizdə bütün millətlər bərabərhüquqludurlar və suverendirlər,
çünki, əvvəllər hakim olan böyük rus millətinin milli və dövlət imtiyazları məhv
edilmişdir.
Əlbəttə, iş millətlərin bərabərhüquqluluğu haqda bəyannamələrdə
deyil. Milli bərabərhüquqluluq haqda bəyannamələr bir çox burjua və
sosial-demokratiya partiyalarında da var. Əgər bəyannamələr həyata
keçirilmirsə, onların nə qiyməti var? İş
zülmün təmsilçiləri, yaradıcıları və bələdçiləri olan sinifləri məhv etməkdədir.
Bizdə belə siniflər mülkədarlar, kapitalistlər idilər. Bu sinifləri devirdik və
bununla da milli zülmün mümkünlüyünə son qoyduq. Məhz bu sinifləri devirdiyimiz
üçün də bizdə həqiqi milli bərabərhüquqluluq mümkün oldu.
Bu bizdə millətlərin öz müqəddəratını həll etmək
ideyasının həyata keçirilməsi, ayrılana kimi, adlanır. Məhz millətlərin öz
müqəddəratını həll etməsini həyata keçirdiyimiz üçün SSRİ-nin müxtəlif
millətlərinin zəhmətkeş kütlələrinin qarşılıqlı inamsızlığını aradan qaldırmağa
və millətləri könüllülük əsasında bir ittifaq dövlətində birləşdirməyə müvəffəq
olduq. Bugün mövcud olan Sovet Sosialist Respublikalar İttifaqı bizim milli
siyasətimizin nəticəsi və SSRİ millətlərinin bir ittifaq dövlətində könüllü
birləşməsinin ifadəsidir.
Milli məsələ üzrə belə siyasətin kapitalist
ölkələrdə ağlasığmaz olmasını sübut etməyə ehtiyac yoxdur, çünki orada milli
zülmün yaradıcıları və bələdçiləri olan kapitalistlər hələ də
hakimiyyətdədirlər.
Bu faktı qeyd etməmək olmaz ki, SSRİ-də ali hökumət
orqanının, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin, başında mütləq bir rus sədri dayanmır,SSRİ-ni
birləşdirən altı ittifaq respublikasının
sayına görə altı sədr dayanır, hansılar ki, biri – rus (Kalinin), digəri –ukraynalı
(Petrovskiy), üçüncü- belorus (Çervyakov), dördüncü – azərbaycanlı (Musabəyov),
beşinci –türkmən (Aytakov), altıncı –özbəkdir (Feyzulla Xodcayev). Bu fakt
bizim milli siyasətimizin ən parlaq ifadələrindəndir. Bəllidir ki, heç bir
burjua respublikası, ən demokratik olsa belə, belə addım atmaz. Bununla belə bu
addım bizim üçün milli bərabərhüquqluluq siyasətimizdən doğan, öz-özlüyündə
nəzərdə tutulmuş faktdır.
Doqquzuncu sual.
Amerikalı işçi liderlər kommunistlərə qarşı mübarizələrinə iki cəhətlə haqq qazandırırlar:
1. komunistlər işçi hərəkatını
ittifaqlar daxilindəki müxalif mübarizələri ilə və həmkarlar ittifaqlarının
qeyri-radikal vəzifəli şəxslərini qarşı hücum etməklə dağıdırlar .
2. amerika kommunistləri Moskvadan
göstərişlər alırlar və buna görə də yaxşı həmkarlar ittifaqı xadimləri ola
bilməzlər, çünki onların əcnəbi
təşkilatlara qarşı loyallığı öz ittifaqlarına qarşı olan loyallıqdan üstündür.
Bu çətinlik necə
aradan qaldırılmalıdır ki, amerika kommunistləri amerika işçi hərəkatının digər
hissələri ilə birgə fəaliyyət göstərə bilsinlər?
Cavab.
Düşünürəm ki, amerikalı işçi liderlərin kommunistlərə qarşı mübarizələrinə haqq
qazandırmaq cədlərindən heç danışmağa dəyməz. Kommunistlərin işçi hərəkatını
dağıtdığını hələ heç kim sübut etməyib və etməyəcək. Amma kommunistlərin bütün
dünyada,eləcə də Amerikada, işçi
hərəkatının ən sadiq və ən qorxmaz döyüşçüləri olmasını sübut edilmiş hesab
etmək lazımdır.
Məgər bu fakt deyil ki, işçi tətilləri və
nümayişləri zamanı reformist işçi liderlər kapitalistlərin arxasında
gizləndikləri zaman kommunistlər kapitalistlərin ilk zərbələrini öz üzərlərinə
qəbul edərək işçi sinfin ilk sıralarında dayanırlar? Kommunistlər reformist işçi liderlərin
qorxaqlığını və mürtəceliyini necə tənqid etməsinlər? Məgər aydın deyil ki,
belə tənqid işçi hərəkatını yalnız canlandıra və möhkəmləndirə bilər?
Doğrudur, belə tənqid mürtəce işçi liderlərin
avtoritetini dağıdır. Burda qeyri-adi nə var? Qoy mürtəce işçi liderləri
əks-tənqidlə cavab versinlər, kommunistləri həmkarlar ittifaqlarından qovmaqla
deyil. Düşünürəm ki, əgər Amerika işçi hərəkatı yaşamaq və inkişaf etmək
istəyirsə, həmkarlar ittifaqları daxilində fikir və cərəyan mübarizəsi olmadan
kifayətlənməməlidir. Məncə, mürtəce işçi liderlər nə qədər müqavimət
göstərsələr də həmkarlar ittifaqları daxilində fikir və cərəyan mübarizəsi,
mürtəcü liderlərin tənqidi və s. getdikcə daha da artacaq. Amerikanın işçi
sinfi üçün isə belə fikir mübarizəsi və tənqid olduqca lazımdır ki, o müxtəlif
cərəyanlar arasında seçim edə bilsin və amerika cəmiyyəti daxilində müstəqil
təşkilatlanmış qüvvə kimi öz yerini təyin etsin.
Amerikalı reformist liderlərin kommunistlər
barəsində narazılıqları yalnız bunu göstərir ki, onlar öz doğruluqlarına əmin
deyillər, öz vəziyyətlərinin davamlı olmasını hiss etmirlər. Məhz buna görə də
tənqiddən taun kimi qorxurlar. Diqqətə layiqdir ki, amerikalı işçi liderlər,
sən demə, elementar demokratiyanın daha qatı düşmənləridirlər, nəinki həmin
Amerikanın əksər burjuaları.
Amerika kommunistlərinin “Moskvadan göstərişlər
üzrə” işləməsi iddiası tamamilə yanlışdır. Siz dünyada xaricdən “göstərişlər”
üzrə, öz əqidələrinin əksinə, iradələrinin əksinə, mövcud vəziyyətin
göstərişlərinə zidd hərəkət etməyə razılaşan kommunist tapa bilməzsiz. Hətta hardasa
belə kommunistlər mövcud olsalardı belə, onlar bir qəpiyə belə dəyməzdilər.
Kommunistlər
- ən cəsarətli və cəsur insanlardılar, onlar bir dərya düşmənə qarşı
mübarizə aparırlar. Yeri gəlmişkən, kommunistlərin dəyəri bundadır ki, onlar öz
əqidələrini qorumağı bacarırlar. Ona görə də, amerika kommunistləri haqda öz
əqidələri olmayan və yalnız xaricdən “göstərişlər” üzrə hərəkət etməyi bacaran
insanlar kimi danışmaq qəribədir.
İşçi liderlərin iddialarında doğru olan yalnız
budur ki, məhz budur ki, amerika kommunistləri beynəlxalq kommunist
təşkilatının tərkibində daxildirlər və müəyyən müddətdən bir bu təşkilatın
mərkəzi ilə bu və ya digər məsələlər üzrə məsləhətləşirlər? Burda pis nə var ki?
Məgər amerikanın işçi liderləri təşkilata,
beynəlxalq işçi mərkəzinə qarşıdılar? Düzdür, onlar Amsterdamın tərkibinə daxil
deyillər. Amma onlar ora ona görə daxil olmurlar ki, onlar beynəlxalq işçi
mərkəzinə qarşıdılar, ona görə ki, onlar Amsterdamı olduqca sol təşkilat hesab
edirlər (Gülüş).
Niyə kapitalistlər beynəlmiləl miqyasda
təşkilatlana bilərlər, işçi sinif və ya işçi sinfin bir hissəsi isə özünün
beynəlxalq təşkilatına sahib ola bilməz?
Aydın deyil ki, Qrin və onun Amerika əmək federasiyasından
olan dostları kapitalistlərin “Moskvadan göstərişlər” haqda əfsanələrini qul
kimi təkrarlayaraq amerika kommunistlərinə böhtan atırlar?
Kommunist İnternasionalın üzvlərinin Moskvada
yalnız oturmaqla və bütün ölkələr üçün göstərişlər yazmaqla məşğul olduğunu
düşünən insanlar var. Kominternin tərkibinə daxil olan ölkələrin sayının 60-dan
çox hesab olunduğunu nəzərə alsaq, yatmayan, yeməyən, gecə və gündüz yalnız bu
ölkələr üçün göstərişlər yazan Komintern üzvlərinin vəziyyətini təsəvvür edə
bilərsiz (Gülüş). Amerikanın işçi liderləri bu gülməli əfsanə ilə kommunistlər
qarşısında öz qorxularını gizlətməyə və kommunistlərin Amerikanın işçi sinfin ən
cəsur və ən sadiq işçiləri olmasını faktını boğmağa çalışırlar.
Deleqasiya belə vəziyyətdən çıxış haqda soruşur.
Məncə burada bir çıxış var: Amerika həmkarlar ittifaqları daxilində fikir və
cərəyanlar mübarizəsinə imkan vermək, kommunistlərin həmkarlar ittifaqlarından
qovulması mürtəce siyasətini rədd etmək və Amerikanın işçi sinfinə bu
cərəyanlar arasında müstəqil seçim etmək imkanı vermək, çünki Amerikada hələ
Oktyabr inqilabı olmayıb və orada işçilər həmkarlar ittifaqları daxilində
müxtəlif cərəyanlar arasında birdəfəlik seçim etmək imkanına malik olmayıblar.
Onuncu sual.
Hal-hazırda amerikanın kommunist partiyasına və ya “Deyli Uorker” kommunist
qəzetinə kömək üçün Amerikaya pul göndərilirmi? Göndərilmirsə, amerika
kommunistləri III Internasionala illik üzvlük haqqı müqabilində nə qədər pul keçirirlər?
Cavab. Əgər
Amerika kommunist partiyası ilə III İnternasional arasındakı qarşılıqlı münasibətlərdən
söhbət gedirsə, qeyd etməliyəm ki, Amerikanın kommunist partiyası Kommunist
İnternasionalın bir hissəsi kimi Kominternə üzvlük ödənişi keçirməli olduğu kimi,
Komintern də beynəlxalq kommunist hərəkatının mərkəzi kimi, güman etmək olar
ki, lazım bildikdə Amerika kommunist partiyasına əlindən gələn köməkliyi
göstərir. Düşünürəm ki, burada təəccüblü və fövqəladə heç bir şey yoxdur.
Əgər Amerika kommunist partiyası və SSRİ kommunist
partiyası arasındakı qarşılıqlı münasibətlərdən söhbət gedirsə, bildirməliyəm
ki, elə bir hadisə olmayıb ki, amerika
kommunist partiyasının üzvləri kömək üçün SSRİ-nin kommunist partiyasına
müraciət edələr. Siz bunu qəribə hesab edə bilərsiz, amma bu amerika
kommunistlərinin çox böyük vasvasalığından xəbər verən faktdır.
Amerikanın kommunist partiyası kömək üçün SSRİ-nin
kommunist partiyasına müraciət etsəydi nə olardı? Məncə, SSRİ kommunist
partiyası ona əlindən gələn köməyi edərdi. Həqiqətən də, kompartiya, özü də hakimiyyətdə
olan kompartiya, kaptalizmin zülmü
altında olan digər ölkənin kompartiyasına əlindən gələn köməkliyi göstərməsəydi
onun nə dəyəri olardı? Deyərdim ki, belə kompartiya bir qəpiyə belə dəyməzdi.
Tutaq ki, amerikanın işçi sinfi öz burjuaziyasını
devirərək hakimiyyətə gəldi; tutaq ki, Amerikanın kapitalizmə qarşı böyük mübarizədə
qalib gəlmiş işçi sinfinə digər ölkənin işçi sinfi hər hansı maddi kömək üçün
müraciət etsəydi, amerikanın işçi sinfi belə köməkdən imtina edə bilərdimi?
Məncə, o kömək etməkdə tərəddüd etsəydi özünü rüsvay etmiş olardı.
On birinci sual.
Bilirik ki, bəzi yaxşı kommunistlər kompartiyanın bütün yeni üzvlərinin ateist
olması tələbi ilə heç də razı deyillər, çünki hal-hazırda mürtəce
ruhanilik boğulmuşdur. Kompartiya gələcəkdə
bütövlükdə bütün elmi dəstəkləyən və
kommunizmə qarşı çıxmayan dinə
münasibətində neytral ola bilərmi?
Gələcəkdə partiya üzvlərinin onların partiyanın tələblərinə riayət etdiyi təqdirdə dini etiqadlarının olmasına icəzə verərdiniz? ?
Cavab.
Bu sualda bəzi yanlışlıqlar var. Birincisi, mən deleqasiyanın burda barəsində danışdığı
“yaxşı kommunistləri” tanımıram. Çətin ki, ümumiyyətlə təbiətdə belə
kommunistlər mövcuddur.
İkincisi, bəyan etməliyəm ki, rəsmi götürsək, bizdə
partiyaya qəbul üçün elə şərt yoxdur ki,
partiya üzvlüyünə kandidatdan mütləq ateizm tələb etsin. Bizim partiyaya qəbul
şərtlərimiz bunlardır: partiya proqramının və nizamnaməsinin qəbulu, partiya və
onun orqanlarının qərarlarına sözsüz tabe olmaq, üzvlük haqqları, partiyanın
təşkilatlarından birinə daxil olmaq.
Deleqatlardan biri.
Mən tez-tez oxuyuram ki, tanrıya inanmağa görə partiyadan kənarlaşdırırlar.
Stalin.
Mən sadəcə partiyaya qəbul şərtləri haqda deyilənləri təkrarlaya bilərəm. Bizim
başqa şərtlərimiz yoxdur.
Bu o deməkdir ki, partiya dinə münasibətdə
neytraldır? Xeyr, bu o demək deyil. Biz dini xurafata qarşı təbliğat aparırıq
və aparmağa davam edəcik. Bizim ölkənin qanunvericiliyi elədir ki, hər bir
istənilən dinə etiqad edə bilər. Bu hər kəsin vicdan işidir. Məhz buna görə
kilsəni dövlətdən ayırdıq. Amma biz kilsəni dövlətdən ayırmaqla və dini azadlıq
elan etməklə bərabər hər bir vətəndaşın bu və ya digər dinə,
istənilən dinə qarşı inandırmaq yolu ilə, təbliğat və aqitasiya yolu ilə
mübarizə aparmaq hüququnu saxladıq. Partiya dinə münasibətində neytral ola
bilməz və o bütün və istənilən dini xurafata qarşı din əlehinə təbliğat aparır,
ona görə ki, o elmin tərəfindədir, dini xurafat isə elmə qarşı çıxır, çünki
istənilən din elmə qarşıdır. Bu yaxınlarda Amerikada darvinistlərin mühakimə
edilməsi kimi hadisələr bizdə
mümkünsüzdür, çünki partiya elmin hər vasitə ilə müdafiə edilməsi siyasətini
aparır.
Partiya dini xurafata münasibətində neytral ola
bilməz və o bu xurafata qarşı təbliğat aparmağa davam edəcək, çünki bu
istismarçı sinifləri dəstəkləyən və bu siniflərə itaət etməyi təbliğ edən mürtəce ruhaniliyin
təsirini yox etməyin düzgün vasitələrindəndir.
Partiya dini xurafatın daşıyıcılarına, zəhmətkeş
kütlələrin düşüncəsini zəhərləyən mürtəce ruhaniliyə münasibətdə neytral ola
bilməz.
Biz mürtəce ruhaniliyi əzə bildikmi? Bəli, əzdik.
Bəla yalnız bundadır ki, o hələ tamamilə məhv edilməyib. Din əlehinə təbliğat
mürtəce ruhaniliyin məhvi işini tamamilə sona çatdırmalı olan vasitədir. Olur
ki, partiya üzvlərindən kimsə bəzən din əlehinə təbliğatın hər vasitə ilə
yayılmasına mane olur. Əgər belə partiya üzvlərini kənarlaşdırırlarsa, bu çox
yaxşıdır, çünki bizim partiya sıralarında belə “kommunistlərə” yer yoxdur.
On ikinci sual. Siz
kommunizmin qurmaq istədiyi gələcək cəmiyyətin xarakteristikasını qısa şəkildə
verə bilərsizmi?
Cavab.
Əgər qısa şəkildə komunizm cəmiyyətinin anatomiyasını versək, o elə bir
cəmiyyət olacaq ki : a) orada istehsal alətləri və vasitələri üzərində xüsusi
mülkiyyət olmayacaq, ictimai, kollektiv mülkiyyət olacaq; b) orada siniflər və
dövlət hakimiyyəti olmayacaq, iqtisadi cəhətdən zəhmətkeşlərin müstəqil
assosiasiyası kimi idarə olunan sənaye və kənd təsərrüfatı zəhmətkeşləri
olacaq; c) orada plan üzrə qurulmuş xalq təsərrüfatı həm sənaye sahəsində, həm
də kənd təsərrüfatı sahəsində mükəmməl texnikaya əsaslanacaq; d) şəhər və kənd,
sənaye və kənd təsərrüfatı arasında ziddiyyət olmayacaq; e) məhsullar köhnə
fransız kommunistlərinin prinsipi üzrə bölüşdürüləcək: “hər kəsə bacarığına,
hər kəsə ehtiyacına görə”; f) elm və incəsənətdən tam tərəqqiyə nail olmaq üçün
olduqca münasib istifadə ediləcək; g) bir parça çörək qayğısından və “dünyanın
güclülərinə” uyğunlaşmaq zərurətindən azad olan şəxsiyyət həqiqətən azad
olacaq. Və s.
Aydındır ki, belə cəmiyyət hələ uzaqdadır.
Kommunizm cəmiyyətinin tam qələbəsi üçün lazım olan beynəlxalq şərtlərə
gəldikdə isə, onlar kapitalizm ölkələrində inqilabi böhranların və işçi
sinfinin inqilabi nümayişlərinin böyüməsi ilə düzələcək və genişlənəcək.
Məsələni belə təsəvvür etmək lazım deyil ki, bir
ölkənin və ya bir neçə ölkənin işçi sinfi sosializmə və xüsusilə də kommunizmə
qədəm qoyacaq digər ölkələrin kapitalistləri isə buna laqeyd baxacaq və heç nə
etməyəcək. Xüsusilə təsəvvür etmək mümkün deyil ki, kapitalizm ölkələrinin işçi
sinfi sosializmin bu və ya digər ölkədə inkişafına sadəcə tamaşa etməyə razı
olacaq. Əslində kapitalistlər belə ölkələri boğmaq üçün əllərindən gələni
edəcəklər. Əslində bu və ya digər ölkədə sosializmə və xüsusilə də kommunizmə
tərəf atılmış hər ciddi addım qaçılmaz olaraq kapitalizm ölkələrinin işçi
sinfinin bu ölkələrdə hakimiyyətə və sosializm nail olmaq çox güclü coşğunluğu
ilə müşayət olunacaq.
Beləliklə,ümumdünya inqilabının və beynəlxalq
dəyişikliyin inkişafının sonrakı gedişatında
dünya miqyaslı iki mərkəz formalaşacaq: ölkələri özünə çəkən, sosializmə cəzb
edən sosialist mərkəz və ölkələri özünə çəkən, kapitalizmə cəzb edən kapitalist
mərkəz. Bu iki düşərgənin mübarizəsi bütün dünyada sosializmin və kapitalizmin
taleyini həll edəcək...
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur