6 мар. 2014 г.

Bugün dahi Stalinin ölüm günüdür. Onun yeri dolmayıb, görünür. Baxın, ətraf yalan məlumatlarla, natəmiz insanlarla doludur, psixoloji müharibənin hər keçən gün daha da gərginləşdiyini görürük. 
Qərb imperializmi bütün verdikləri sözləri, imzaladıqları müqavilələri pozaraq Şərqi Avropaya qədər NATO-nu genişləndirdi. İndi bir addım da irəli gedib Ukraynada öz hərbi bazalarını yerləşdirmək istəyirlər. Rusiya buna dirənir. Bu şəraitdə bəzi sadəlövh insanlarımız amerikançı təsir agentlərinin uydurmalarına inanaraq hesab edirlər ki, Rusiya Azərbaycana göz dağı verir, Rusiya Ukraynada məğlub olmasa, növbə bizimdi, Azərbaycanı işğal edəcək... Gülünc və son dərəcə əsassız fikirlərdir. Rusiyanın yadına Azərbaycan düşmür. Azərbaycan olsa da, olmasa da Rusiya özünü müdafiə etmək məcburiyyətindədir. Bəli, Rusiya imperialist bir dövlətdir. Lakin onun varlığı bizim üçün əhəmiyyətlidir. Ona görə yox ki, orada 2-3 milyon azərbaycanlı işləyir, Azərbaycandakı 2-3 milyon insanlara maddi yardım edir.. Əsas məsələ başqadır. Rusiya olmasa Azərbaycanı ya İran, ya da ABŞ-ın özü işğal edəcək. Əfqanistana girib nəşə plantasiyaları əkdirdiklərinə bənzər köləlik bəxş edəcək. Bizim öz sərvətimizdən - neftən 20%, Şahdəniz 16% - bizə indiyə kimi bir az verirdilərsə, onu da verməyəcəklər. Rusiyanın güclü dövlət kimi olması planetdə də vacibdir, dünyanın birpolyar olması olduqca təhlükəlidir. O başqa məsələdir ki, könül istərdi ki, Rusiya da sosialist olsun, Azərbaycan da sosialist olsun, sosialist ölkələrin yeni bir ittifaqı yaradılsın.. Bu da olacaq. Amma hələ ki Rusiyanın məhv edilməsinə sevinənlərin ağlına, savadına, əxlaqına (yanı qərbin maaşlı agenti olub-olmaması) şübhə ilə yanaşırıq. Bu qədər də cahil olmayın. Bu cahillərin və trolların bizə etdikləri psixoloji təzyiqlərə fikir verməyəcəyik, doğru bildiyimiz fikirləri yazacağıq. Və Stalin nə üçün bu gün aktualdı? Baxın, Qərbin Rusiyanı təhdid etdiyi sanksiyaların arasında Rusiya kapitalistlərinin və məmurlarının Qərb banklarındakı aktivlərini, hesablarını dondurağı var. Belə yerdə Stalin niyə aktual olmasın ki?! Stalin vəfat edəndə onun bütün mirası aşağıdakılardı.. Onun ümumiyyətlə Qərb qarşısında zəif yeri yox idi. Ona görə ona bu qədər nifrət püskürülür, onun haqda bu qədər yalanlar, böhtanlar danışılır.

1. Bloknot (qeydlər üçün);
2. Yazı dəftəri;
3. Ayrı-ayrı vərəqələrdə edilmiş şəxsi yazılar (67 vərəq);
4. Yazılmış ümumi dəftər;
5. tütün çəkmək üçün trubka – 5 ədəd;
6. Kitel – 6 ədəd;
7. Şalvar – 10 ədəd;
8.Alt paltarı
9. Hamam ləvazimatları
10. Əmanət kitabçası - 900 rubl
60 il əvvəl bu gün Stalin vəfat etdi. Onun iqtidarına qiyməti ancaq ona miras qalmış ölkəni və onun miras buraxdığı ölkəni obyektiv müqayisə etməklə vermək olar. Ümumiyyətlə, bolşeviklər və kommunistlər feodal tipli kapitalizmi və zəmanısindən çox-çox geridə qalmış əhalisi (xüsusilə müsəlman hissəsi) olan çar Rusiyasında iqtidara gəlmişdilər. Onları tənqid atəşinə tutan beyinsiz kölələr – ki, onlar ən bərkgedən “aydın” sayılır – hər şeyi elə təqdim edirlər ki, sanki bu coğrafiyada o vaxt günümüzün demokratiya və insan haqqları anlayışına uyğun inkişaf etmiş dövlət olub, hər şeyi sol korlayıb. Üstəlik, uydurmadıqları yalanlar qalmayıb. Ən çox istifadə etdikləri, təbii ki, “on milyonlarla günahsız və dəyərli insanların öldürülməsi” yalanı. Əvvəlcə Xruşşovun ötürməsi ilə, sonra ABŞ agenti Yakovlevin uydurduğu rəqəmlərlə Stalinə atılmayan palçıq və böhtan qalmadı. İmperialistlərin və kapitalistlərin bütün KİV müəssisələri on illərdir Stalini hədəf alıb, amma yenə də bacarmırlar, Stalin yenə də sevilir, ona qarşı aparılan insafsız mənəvi terror hələ də nəticəsiz qalır. Stalinin isə günahı bağışlanmazdır: o, özlərini planetin sahibi sayan kapitalist hökumətlərinin planlarını və oyunlarını məharətlə pozurdu.

Karneqi fondunun keçən il 4 ölkədə - Rusiya və cənubi-qafqaz respublikalarında - keçirdiyi sorğu nəticəsində məlum olub ki, Stalini ən çox Azərbaycanda unudublar, azərbaycanlıların 22% (əsasən gənclər) Stalin haqda heç anlayışları yoxdur.
Yaxşı, bu Stalin çox pis oğlandırsa, stalinizm çox eybəcər sistemdirsə, niyə sovet xalqlarına qalib ruhu aşılaya bilmiş Stalinin ən çox unudulduğu ölkə ən korrupsioner, ən rüşvətxor, ən ideologiyasız, məzmunsuz.... ən ... ən-dir... Neftin xammal kimi satışından gələn gəlirləri çıx – Azərbaycandan sıfır qalır. Hətta minus.

Dünya anlamadığı faktla barışmaq istəmir: niyə axı Stalin Rusiyada bu qədər sevilir? Bəli, bütün sorğular Stalinin hələ də sevildiyini göstərir. Rusiyada Stalinə olan sevgi artır. Ona atılan miqdarsız böhtanlara baxmayaraq.
Dünyanın anlamamasının səbəbi çox bəsitdir. Dünya Stalin haqda uydurulmuş yalanları həqiqət kimi qəbul edib, mühakiməyə qalxır və Rusiya əhalisinin Stalinə olan məhəbbətinə təəcüblənir. Dünya ictimaiyyəti deyilən amorf sürü yalanlara və böhtanlara əsaslanaraq, Rusiya əhalisini köləlikdə və buna görə tirana ehtiyac hiss etməkdə ittiham edir. Beyinsiz və cahil aydınları bu cür anladıb onlara. Azərbaycanda da bir sürüdür beyinsiz. Ömür boyu, taa ki kommunistlər iqtidara gələnə kimi, öz bəylərinin və xanlarının qarşısında qorxudan əyninə sıçan azərbaycanlılar Rusiya əhalisini mühakimə edəndə, azadlıqsevər aslan kəsilirlər. Dönün bir tarixinizə baxın!

Stalinin vaxtında yaşayan Rusiya əhalisi yaş etibarı ilə əsasən çar Rusiyasında yaşamış, valideynlərindən çar vaxtı nələr çəkdiklərini eşitmiş adamlar idi. Onlar əsl azadlığı, onlarla bir insan kimi davranıldığını elə Stalinin vaxtında görüblər.
Amma yalanlara və böhtanlara əsaslanaraq mühakimə yürüdən Qərb aydınları anlamırlar, heyrətlənirlər: “necə olur ki, Rusiyanın heç bir yerində Stalinə qoyulmuş heykəl qalmayıb, artıq şəkilləri də heç bir yerdən asılmır, onun adına nə şəhər, nə bir küçə var, çəkilən kinolarda, yazılan kitablarda, tərtib olunan tv verilişlərində Stalini palçığa salıb çıxarırlar, o isə günəş kimi parıldamağa davam edir, sevilir....”
Anlamayacaqlar da! Çünki Stalin keçən əsrdə yaşayıb, onun haqda olan həqiqətləri gizlətmək olmayacaq, ona atılan böhtanlarsa istədikləri effekti verməyəcək.

Yəqin, Azərbaycanda da var, elə insanlar var ki, nasist qoşunlarının məğlub olmasına kədərlənirlər. Yanı onlar çox istəyərdilər ki, işğalçı vəhşilər gəlib onların nənələrinə təcavüz etsin? Və onlardan da çox namusdan-qeyrətdən danışan yoxdur...

Sözləri qurtaranda, keçirlər Stalinin bioqrafiyasını eşələməyə, “oğru olub” deyirlər. Ola bilər, sosializmə qədər Stalin oğru olub. Axı biz Stalinin sosializməqədərki həyatını analiz etmirik, onu bir dövlət başçısı kimi sorğulayırıq. Lap elə oğru fəaliyyətini də analiz edək. Kimdən oğurlayıb? Bəlkə bir fəhlənin, kasıbın əlindən bir tikə çörəyini alıb? Bəs Koroğlu? Bizim milli-mənəvi dəyər saydığımız Koroğlu oğru olmayıb? Bəlkə “peyğəmbər” dediyimiz adamlar karvan qarət etməyib?

Stalin kapitalistlərin boğazına çöküb – düzdür. Səhv edib? Oğurladığı pulları striptiz-klubda xərcləyib? Yox, partiyasına verib, inqilabi fəaliyyətə xərcləyib.
Onu buna görə qınayan yerli sağ və liberal qəbilə bank qarət eləmir – bu da doğrudur. Onların buna ehtiyacı da yoxdur, onsuzda sponsorları var.

Stalin özü üçün oğurlasaydı, rəhbəri (diktatoru) olduğu ölkənin büdcəsindən bir qəpik oğurlayardı. Özü heç, övladı üçün oğurlayardı.
Bəli, ən çox Azərbaycanda Stalin unudulub. Və təsadüfə bax ki, Azərbaycan ən oğru ölkələrdən biridir.

Qarabağı biz elə musavatçıların iqtidarında, demək olar, itirmişdik. Sonra sosialist inqilabı oldu və Nəriman Nərimanovun mübarizəsi nəticəsində Qarabağ Azərbaycanın tərkibində saxlanıldı. Ona bu işdə kim kömək etdi?

Stalin. Stalin kömək etdi. Kommunistləri iqtidardan qovan kimi də Qarabağ getdi. İndi bu Qarabağı belə xatırlamayan azərbaycan xalqından Stalini xatırlamadığına görə inciməyə dəyərmi?

5 мар. 2014 г.


Şəkil 1900-cu ildə Belçikada çəkilib. Şaxtaçıları toyuq kimi qəfəs-liftlərə alt-üst yığıb şaxtaya işləməyə endirirlər.
Sağ və liberal düşərgə kapitalizmin gözəl bir quruluş olduğunu təbliğ edir. Təbii ki, indiki Avro-atlantik məkanın ölkələrinin simasında... Halbuki bu ölkələrdə rifah sadəcə 60-70-ci illərdən başladı. O da SSRİ ilə yarışma əsnasında, kommunizmin onların ölkələrinə sıçrayacağı qorxusundan fəhlələrin həyat səviyyəsini qaldırdılar. Və təbii ki, öz imperialist siyasətinin iqtisadi dividendlərindən və üstünlüyündən yararlanaraq. Amma bu rifaha qədər onlar bax bu şəkildə gördüyünüzdən də ağır günlərdən keçiblər. Orada işçi 12-13 saat işləyirdisə, Bakıda neçə saat işlədiyini heç bir tarixi bilginiz olmadan təsəvvür edin. Onların necə yaşadığını, hansı istismara və alçaltmalara məruz qaldığını təxmin edin. Bundan ötrü heç bir dərin tarixi biliklərə ehtiyac yoxdur, az-maz düşünməyə bacarmağınız kifayət edir. İndi özünüzü qoyun bu qəfəsdəki fəhlələrin yerinə və əlinizi vicdanınıza qoyub deyin: sizi istismar edən kapitalistə nə edərdiniz? O kapitalistin də həyat tərzini təsəvvür etməyi unutmayın. Sonra o hadisələrin hamısını proyeksiya edin bu günümüzə.
Və unutmayın! Artıq SSRİ yoxdur, kimdənsə çəkinib heç kim Azərbaycan işçilərinə gün ağlamayacaq. Azərbaycan balaca və zəif ölkədir, onun imperialist siyasət yürüdüb öz əhalisinin rifahını artırmaq imkanı yoxdur. Heç fərasətləri də yoxdur. Əslində buna ehtiyac da yoxdur, ölkənin imkanları sosial ədalətə riayət olunduğu təqdirdə bütün əhalinin yaxşı yaşamasını təmin edə bilər.
SSRİ-ni gözdən salmaq üçün hər yalana əl atan natəmiz siyasətbazlar o vaxt Ermənistandan Azərbaycana köçürülən azərbaycanlılar haqda iddia edirlər ki, guya 2050-300 min adamı bir gecədə vaqonlara yığıb, döyə-döyə göndəriblər Azərbaycana...Bu rəsmi sənəd onların hayasın sifətlərinə bir tüpürcək olsun. İkincisi, azərbaycanlıları kütləvi şəkildə ora-bura elə Teymurləng, Səfəvilər də sürüb... Onları çox sevirlər bizdə, sevdirirlər. Üçüncüsü, MəmmədƏmingilin oyuncaq hoküməti vaxtı Zəngəzurda 100 minlərlə azərbaycanlı öldürülüb.


Gəncəlilərin I Pyotra məktubu:

“ Gəncə sakinlərindən, xüsusilə ruhani məmurlardan və yüzbaşılardan, yerli əhalinin rəislərindən və digər sakinlərdən imperator əlahəzrətlərinə ünvanlanmış məlumatın tərcüməsi.

Şöhrətli imperator əlahəzrətlərinə xəbər veririk ki, türk hökmdarı 200 ildən bəri pozulmayan sülh müqaviləsini bugün öz xain niyyətilə pozmuş və bizim ölkəmizə hərbi hücum çəkmişdir, İrəvanəyalətində Müqəddəs Üçlük xristian kilsəsini dağıtmış və xristian dinini aradan qaldırmışdır,bizim məscidlərimizi isə at tövləsinə çevirmişdir. Və bundan sonra paşalarla, artileriya və silahlarla, və Gəncə şəhərini ələ keçirmək üçün bombalarla bərabər yetmiş min döyüşçü göndərmişdir. Biz onlarla 18 gün ağır döyüşdə olduq və onlardan, böyük paşalardan çoxunu məğlub etdik, və sizin imperator əlahəzrətlərinin xoşbəxtliyi ilə həmin ordunu tamamilə məğlub etdik. Və o, turk hökmdarı özünün düşmən niyyətilə xeyli sayda qoşunu indiyə kimi hələ də idarə etdikləri Tiflis şəhərinə göndərib, yerli xristian əhalisini talan edir, qadınları və uşaqları əsir götürürlər, xristian kilsələrindən at tövləsi düzəldiblər, hansı ki, heç bir qanunla belə bir şey edilmir, dua etmək üçün bizi nə Məkkəyə, nə də Qüdsə buraxmırlar və bizdən qisas almaq üçün hücuma hazırlaşırlar. Və biz ümid edirik ki, imperator əlahəzrətləri həmişə öz hökmdar vəzifəsinə uyğun olaraq bizə yardım edəcək, rica edirik ki, əlahəzrət bizi öz rəiyyəti hesab etsin, Gəncə əyalətinin və bizim müdafiəmiz üçün, alçaq, həmin düşmənlərə qarşı tezliklə rus döyüşçülərini göndərsin, biz dinclikdə olduğumuz müddətcə həmişə tanrıya dua edəcik ki, sizə əvəzini versin.”


Avroatlantik imperializm özünü elə aparır ki, guya Ukraynanın daxili işlərinə qarışmayıblar, qarışmırlar, suverenliyinə hörmət edirlər. 
Sözsüz ki, imperialist Rusiyanın korrupsioner hökuməti vəziyyətin bu səviyyəyə çatmasının qarşısını almalıydı. Lakin məmur-oliqarxlar büdcənin pullarını öz ciblərinə doldurmağı qonşu Ukraynada əks-tədbirlərin görülməsinə xərcləməkdən üstün tutdu. İndi də hərbi müdaxilə qaçılmaz oldu.
Kim nə deyirsə desin, maddi resursların əhəmiyyəti böyükdür. İllərdir ki, Avroatlantika Ukraynada, Azərbaycanda sağ və liberal müxalifətə on milyonlarla pul xərcləyir, onların təşkilatlanmağına, KİV təsis edib geniş təbliğat aparmalarına yardım edir.
Ukrayna solçuları indi Rusyanın hərbi müdaxiləsinə qarşı çıxırlar, deyirlər ki, guya onlar özləri banderçi hökumətin öhdəsindən gələcəkdilər. Ola bilər. Yəqin öz güclərinə inanırlar. Tarixə baxsaq, nasist Almaniyasında solçular Hitler hökumətinə xarici kömək olmasaydı, necə qalib gələcəkdilər? Çox çətin.
Realliq siyasət küçə romantikasından çox fərqlidir.
Sözsüz ki, imperialist Rusiya kommunist SSRİ-dən çox fərqli ölkədir. Amma ən azından Ukraynada solçuların fiziki məhvinin qarşısı alınacaq. Başa düşmək lazımdır ki, solçu, solçu nəsil havadan-sudan yaranmır, zəhmətlə yaranır, həm özlərinin, həm onlara yol göstərənlərin zəhməti ilə. (Elə biz də burda boşuna əmək sərf etmirik. Hər halda burda itirdiyimiz vaxtı pul qazanmağa, doğmalarımızla vaxt keçirməyə, dostlarımızla yeyib-içməyə sərf edə bilərik.) Ukraynada solçuların banderçilər tərəfindən məhv edilməsi prosesinin başlanğıcını hamımız gördük. Banderçilər hələ iqtidarda tam möhkəmlənməmişdi, dövlətin bütün gücünü əllərinə keçirməyə fürsət tapmamışdılar. Ona görə biz hesab edirik ki, Rusyanın müdaxiləsi Ukrayna solunun qətiyyən ziyanına olmadı. Tam əksinə, Ukrayna solunun məhvinin qarşısını alacaq. Rusya solçularının bir hissəsi də hərbi müdaxiləyə qarşıdır, Azərbaycan solçularının da bir qismi. Biz onların mövqelərinə hörmətlə yanaşırıq.
İndi Rusiya solçuları narahatdırlar ki, Ukraynanın rusiyapərəst bölgələrində icra orqanlarına rəhbər yerli oliqarxlar təyin edilir. Olsun. Siz axı nə gözləyirdiz? Bunda qeyri-adi nə var ki!? Bizim üçün hələ ki vacib olan odur ki, Ukraynanın cənub və şərq bölgələrində əhali SSRİ bayraqları ilə meydanlara çıxır və o bayraq həmin oliqarxları narahat etmir. Banderçilər hökuməti də vilayət idarə etməsini Ukrayna milyarderlərinə həvalə edir, konkret təkliflər də edib. Amma banderçilərin nəzarətində olan oliqarxlar heç kimə qırmızı bayraqla küçəyə çıxmağa icazə verməyəcəkdilər.
Biz, təbii ki, heç bir müharibə tərəfdarı deyilik, bütün planetdə sülhün bərqərar olmasını istəyirik - bu ayrı. Bizim istəklərimizlə, arzularımızla olsaydı, elə hər şey fərqli olardı. Ona görə ergən romantikasını real siyasətlə qarışdırmayaq. Osmanlı ordusunun Azərbaycana müdaxiləsini "azadlıq" kimi görənlər indi oturub-qalxıb Putini Hitlerə bənzədirlər. Savadsız, qərəzli və qaraguruhçu insanlardı.
RusIya öz imper maraqlarına görə hərəkət edir, Ukrayna solçuları da bu vəziyyətdən istifadə edib rahat nəfəs almalı, möhkəmlənməlidirlər. Ortalıq sakitləşəndən sonra sinfi mübarizəyə, həm rusyapərəst, həm də qərbpərəst kapitalistlərə qarşı mübarizəyə start veriləcək. 

Rejissor Emir Kusturitsa Ukraynadakı hadisələri belə şərh edib:

„Maydanda Avropada 1000 avro alacaqlarına urəkdən inanan insanlar durub, onların arasında nasistlər də var. Mən bir nasistin digər nasistin ölümünün ildönümünü qeyd etdiyini g
örmüşəm. Maydandakı insanların Ukraynanın həyatına yaxşı bir şey gətirdiyini və ya gətirəcəyini mənə deməyin. Parçalanmış Yuqoslaviyanın hər bir respublikasında bu gün insanlar keçmişi xoş hisslərlə xatırlayır. Və hamı o vaxt indikindən qat-qat yaxşı yaşadığını deyir. Onlardan soruşurlar: "Necə yəni, axı indi siz Avropadasiz!". Onlar cavab verir: "Bilmirik, amma o vaxt bundan qat-qat yaxşı yaşayırdıq."

Banderaçılar artıq vaxtilə bugünkü kimi bir dəfə də Kiyevin sahibi olublar. 1941 –cı ilin 23 sentyabr tarixində şəhərə daxil olan banderaçılar Babiy Yar-da (Бабий Яр- Kiyevin şimal-qərb ərazisi) 30 min Kiyev sakinini öldürmüşdülər. Öldürül
ənlərin 50000-ni uşaqlar idi. Babiy Yar-da 1500 cəza verənlərdən 1200-ü Ukrayna Millətçiləri Təşkilatının polisləri və cəmi 300-ü almanlar idilər. Ümumilikdə Ukraynada faşistlərin əlindən 5 milyon 300 min dinc sakin tələf olmuşdu. Bu saya daxil olan 850 min yəhudini, 220 min polyakı, 500 min ukraynalını, 450 min sovet hərbi əsirlərini və öz sıralarından təxminən beş min insanı banderaçılar məhv etmişdilər.





Dünyada bu gün və həmişə yeri görünən Stalinin vəfat etdiyi/öldürüldüyü gündür. Alman yazıçısıyla müsahibəsindən bir parçanı təqdim edirik. 

Feyxtvanqer. SSRİ-yə rəğbət göstərən insan kimi, görürəm və hiss edirəm ki, Sizə qarşı olan sevgi və hörmət hissi tamamilə səmimi və sadədir. Sizi məhz bu cür sevdiklərinə və sizə hörmət etdiklərinə görə Sizin xaricdəki bəzi dostlarınızı narahat edən bu heyranlıq təzahürlərinə öz sözünüzlə son qoya bilməzsiz?

Stalin. Mən bir neçə dəfə etməyə çalışmışam. Amma heç nə alınmır. Onlara bunun yaxşı, gərək olmadığını söyləyirsən. İnsanlar düşünürlər ki, bunu yalançı təvazökarlıqdan söyləyirəm.
Mənim 55 illiyim münasibətilə şənlik etmək istəyirdilər. Mən bunu ÜKP (b) MK-i vasitəsilə qadağan etdim. Şikayətər daxil olmağa başladı ki, məsələ məndə deyil, onların şənlik etməsinə, öz hisslərini ifadə etmələrinə mane oluram. Digərləri söyləyirdilər ki, mən sınıram. Bu heyranlıq ifadələrinə necə qadağa qoymaq olar? Güclə olmaz. Fikir ifadəsi azadlığı var. Dostcasına xahiş etmək olar.
Məlumdur ki, bu mədəniyyətsizlik göstərməkdir. Vaxt keçdikcə bundan bezəcəklər. Sevincini ifadə etməyə mane olmaq çətindir. İşçilərə və kəndlilərə qarşı ciddi tədbirlər görmək yazıqdır.
Qələbələr çox böyükdür. Əvvəllər kapitalistlər və mülkədarlar demiurq (Platon fəlsəfəsində yaradan, tanrı – tərcümə qeydi) idilər, işçiləri və kəndliləri insan saymırdılar. İndi zəhmətkeşlər köləlikdən azad olub. Bu böyük qələbədir! Mülkədarlar və kapitalistlər qovulublar, işçilər və kəndlilər öz həyatlarının sahibidirlər. Yersiz sevincə qapılırlar.
Bizim xalq ümumi mədəniyyət sahəsində hələ geridədir, buna görə də heyranlıq ifadəsi bu cür alınır. Qanunla, qadağa ilə nəsə etmək olmaz. Bu halda gülməli vəziyyətə düşmək olar. Bu xaricdə bəzi insanları məyus edirsə, nə etmək olar?! Mədəniyyətə dərhal nail olmaq olmur. Bu sahədə çox şeylər edirik: misal üçün, təkcə 1935-36 cı illərdə şəhərlərdə iki mindən çox yeni məktəb inşa etmişik. Bütün yollarla mədəniliyi yüksəltməyə çalışırıq. Amma nəticə 5-6 ildən sonra özünü biruzə verəcək. Mədəni yüksəliş yavaş gedir. Heyranlıqlar coşğu ilə və yaxşı olmayan bir şəkildə artır.

Feyxtvanqer. Mən işçi və kəndli kütlələri tərəfindən olan sevgi və hörmət hissindən danışmıram, başqa hallardan danışıram. Sizin müxtəlif yerlərdə qoyulmuş büstləriniz yaxşı deyil, pis hazırlanıblar. Moskvanın planlaşdırılması sərgisində pis büst nəyə lazım, onsuz orada hər şeydən əvvəl Siz yada düşürsüz. Rembrantın böyük zövqlə açılmış sərgisində pis büst nəyə lazım?

Stalin. Sual qanunauyğundur. Mən geniş kütlələri nəzərdə tuturdum, müxtəlif müəssisələrdən olan bürokratları deyil. Bürokratlara gəldikdə, onların zövqsüz olduqlarını söyləmək olmaz. Onlar qorxurlar ki, əgər Stalinin büstü olmasa onları ya qazet, ya rəis tənqid edəcək, ya da sərgiyə gələn təəccüblənəcək. Bu karyera sahəsidir, bürokratların özünəməxsus “özünümüdafiə” formasıdır: heş kimin işi olmasın deyə Stalinin büstünü yerləşdirmək lazım.
Qalib gələn istənilən partiyaya yad elementlər, keryeraçılar yamanırlar. Onlar özlərini mimikriya prinsipi üzrə müdafiə etməyə çalışırlar – büstlər qoyurlar, özlərinin inanmadığı şüarlar yazırlar. Büstlərin pis keyfiyyətinə gəldikdə isə, bu yalnız qəsdən edilmir (bilirəm, belə də olur), həm də seçə bilməməkdən edilir. Mən, məsələn, 1 may nümayişində mənim və dostlarımın portretlərini görmüşəm: heç bilinmir nəyə oxşayırlar. İnsanlar sevinclə əllərində aparırlar və başa düşmürlər ki, portretlər heç nəyə yaramır. Göstəriş vermək olmaz ki, yaxşı büstlər qoysunlar – rədd olsun bu büstlər! Belə şeylərlə məşğul olmağa vaxt yoxdur, bizim başqa işlərimiz və qayğılarımız var, heç bu büstlərə baxmağa vaxt yoxdur. (Stalinin alman yazıçısı Lion Feyxtvanqerlə söhbətindən, 08 yanvar 1937-ci il)

Stalin. Mən bir neçə dəfə etməyə çalışmışam. Amma heç nə alınmır. Onlara bunun yaxşı, gərək olmadığını söyləyirsən. İnsanlar düşünürlər ki, bunu yalançı təvazökarlıqdan söyləyirəm.Mənim 55 illiyim münasibətilə şənlik etmək istəyirdilər. Mən bunu ÜKP (b) MK-i vasitəsilə qadağan etdim. Şikayətər daxil olmağa başladı ki, məsələ məndə deyil, onların şənlik etməsinə, öz hisslərini ifadə etmələrinə mane oluram. Digərləri söyləyirdilər ki, mən sınıram. Bu heyranlıq ifadələrinə necə qadağa qoymaq olar? Güclə olmaz. Fikir ifadəsi azadlığı var. Dostcasına xahiş etmək olar.Məlumdur ki, bu mədəniyyətsizlik göstərməkdir. Vaxt keçdikcə bundan bezəcəklər. Sevincini ifadə etməyə mane olmaq çətindir. İşçilərə və kəndlilərə qarşı ciddi tədbirlər görmək yazıqdır.Qələbələr çox böyükdür. Əvvəllər kapitalistlər və mülkədarlar demiurq (Platon fəlsəfəsində yaradan, tanrı – tərcümə qeydi) idilər, işçiləri və kəndliləri insan saymırdılar. İndi zəhmətkeşlər köləlikdən azad olub. Bu böyük qələbədir! Mülkədarlar və kapitalistlər qovulublar, işçilər və kəndlilər öz həyatlarının sahibidirlər. Yersiz sevincə qapılırlar.Bizim xalq ümumi mədəniyyət sahəsində hələ geridədir, buna görə də heyranlıq ifadəsi bu cür alınır. Qanunla, qadağa ilə nəsə etmək olmaz. Bu halda gülməli vəziyyətə düşmək olar. Bu xaricdə bəzi insanları məyus edirsə, nə etmək olar?! Mədəniyyətə dərhal nail olmaq olmur. Bu sahədə çox şeylər edirik: misal üçün, təkcə 1935-36 cı illərdə şəhərlərdə iki mindən çox yeni məktəb inşa etmişik. Bütün yollarla mədəniliyi yüksəltməyə çalışırıq. Amma nəticə 5-6 ildən sonra özünü biruzə verəcək. Mədəni yüksəliş yavaş gedir. Heyranlıqlar coşğu ilə və yaxşı olmayan bir şəkildə artır.
Feyxtvanqer. Mən işçi və kəndli kütlələri tərəfindən olan sevgi və hörmət hissindən danışmıram, başqa hallardan danışıram. Sizin müxtəlif yerlərdə qoyulmuş büstləriniz yaxşı deyil, pis hazırlanıblar. Moskvanın planlaşdırılması sərgisində pis büst nəyə lazım, onsuz orada hər şeydən əvvəl Siz yada düşürsüz. Rembrantın böyük zövqlə açılmış sərgisində pis büst nəyə lazım?
Stalin. Sual qanunauyğundur. Mən geniş kütlələri nəzərdə tuturdum, müxtəlif müəssisələrdən olan bürokratları deyil. Bürokratlara gəldikdə, onların zövqsüz olduqlarını söyləmək olmaz. Onlar qorxurlar ki, əgər Stalinin büstü olmasa onları ya qazet, ya rəis tənqid edəcək, ya da sərgiyə gələn təəccüblənəcək. Bu karyera sahəsidir, bürokratların özünəməxsus “özünümüdafiə” formasıdır: heş kimin işi olmasın deyə Stalinin büstünü yerləşdirmək lazım.Qalib gələn istənilən partiyaya yad elementlər, keryeraçılar yamanırlar. Onlar özlərini mimikriya prinsipi üzrə müdafiə etməyə çalışırlar – büstlər qoyurlar, özlərinin inanmadığı şüarlar yazırlar. Büstlərin pis keyfiyyətinə gəldikdə isə, bu yalnız qəsdən edilmir (bilirəm, belə də olur), həm də seçə bilməməkdən edilir. Mən, məsələn, 1 may nümayişində mənim və dostlarımın portretlərini görmüşəm: heç bilinmir nəyə oxşayırlar. İnsanlar sevinclə əllərində aparırlar və başa düşmürlər ki, portretlər heç nəyə yaramır. Göstəriş vermək olmaz ki, yaxşı büstlər qoysunlar – rədd olsun bu büstlər! Belə şeylərlə məşğul olmağa vaxt yoxdur, bizim başqa işlərimiz və qayğılarımız var, heç bu büstlərə baxmağa vaxt yoxdur. (Stalinin alman yazıçısı Lion Feyxtvanqerlə söhbətindən, 08 yanvar 1937-ci il)

3 мар. 2014 г.

Müharibə gedir... informasiya müharibəsi-psixoloji müharibə


Ictimai fikir heç də həmişə və hər yerdə siyasi proseslərə əhəmiyyətli təsir göstərməyib. Bununla belə dünya öz informasiya toru ilə o qədər dəyişib və qloballaşıb ki, ictimai fikir “elə Afrikada da ictimai fikirdir”. Qərb dövlətlərində yalançı demokratiyanın daxili mexanizmlərini əvvəlcədən müəyyən ediblər, ictimai fikrin formalaşdırılması və onun manipulyasiya edilməsi texnologiyalarını vaxtında anlayıblar, işləyib hazırlayıblar və inkişaf etdiriblər.
Belə alınıb ki, informasiya müharibələri istənilən dövlətlərarası,geosiyasi, regional və daxili siyasət proseslərini müşayət edir. İctimai fikri öz xeyrinə formalaşdırmadan siyasi meydanda tam qələbəyə nail olmaq asan deyil. Lazımı informasiya resursları olmadan və onlardan bacarıqla istifadə etmədən ölkələr, siyasi qüvvələr, ideologiyalar ən aydın, pozitiv və mütərəqqi olduqları halda belə pis görünməyə məhkumdurlar. Opponentlər/rəqiblər/düşmənlər ayıq davranırlar, onlar özlərinin “informasiya müharibələri itlərinin” köməyilə mövcud nizama qarşı – qlobal və ya lokal – hər hansı bir narazılığını bildirən istənilən kəsi divara dirəyirlər. Avroposentrik konsepsiya vaxtilə məhz bu müharibənin uğurlu aparılması hesabına qalib gəlmişdi, hazırda isə ümumilikdə kapitalizmin, xüsusilə avroatlantik imperialzimin mövqeləri sarsılmaz görünür. İnformasiya müharibəsində qələbədə qara qüvvələr tarixi elə şəkildə dəyişə bilərlər ki, növbəti dəfə zəfər çalmış şər kütlələrə xeyir sousu altında “tanrılar qidası” kimi yedizdirilər, təsadüfi qurbanlar və ekstermistlər qəhrəmanlara, ikiüzlü yalan birinci dərəcəli həqiqətə çevrilər. Çox da kateqorik və binar ifadə etməsək, nisbi şər nisbi xeyir kimi, və ya əksinə, təqdim və qəbul ediləcək.
Yanukoviç nənəsini Leninin abidəsinə gül dəstəsi apardığını görə təpikləyən nisbi şərin fonunda xeyir kimi görünür.
Bizim hamımız üçün yad olmayan Ukraynadakı neo-çəhrayı çalarlarla ifadə olunmuş neo-narıncı hadisələr də istisna olmadı, hiperaktiv passionar azlığın qiyamı udulmuş informasiya-psixoloji müharibənin fonunda baş verdi. Yanukoviçə və Rusiyaya qarşı olan bu müharibənin közərtisi öz pik nöqtəsinə Aİ emissarları Yanukoviç və Maydan arasında vasitəçi rolunu oynayarkən çatdı. İnformasiya müharibəsini millətçilərin və faşistlərin nüfuz dairəsində vuruşan qərbçi sektor uddu. Öz Pirr qələbələrinə görə onlar dünya KİV-nə, bununla da beynəlxalq ictimai fikrə nəzarət edən “azad demokratik dünya”ya borcludurlar.

İnformasiya-psixoloji müharibə əhval-ruhiyyənin misli görünməmiş manipulyatoruna çevrilmiş sosial şəbəkələrdə də əks olunur. Yanukoviç nəhayət ki, öz korrupsioner fəaliyyətinin və antimilli faəliyyətsizliyinin bəhrəsini görən gün feysbukda nələr paylaşmamışdılar. Məsələn, günorta çağı 21 yaşlı tibb bacısı (və ya maydançıya tibbi kömək göstərən qız) Olesya Jukovskinin şərhlə birlikdə şəklini paylaşmışdılar: “Tvitterdə “mən ölürəm” yazmışdı və bir dəqiqə sonra öldü”. ( Yayılmış fotoqrafiyalara əsasən qız boynundan yaralanmışdı.) Axşam Yanukoviçin vaxtından əvvəl seçkilərin keçirilməsinə və konstitusiyanın əvvəlki variantına (2004-cü il konstitusiyasına) qayıtmağa razılıq verməsi haqda məlumat yayıldıqdan sonra o, bizim bəxtimizdən, möcüzəvi şəkildə dirildi. Onun ölümü haqda şaiyə yayanlar boyunlarına almalı oldular ki, “hazırda o reanimasiyadadır və ona süni nəfəs aparatı qoşulub”. Bilmirəm bu həqiqətən belədir ya yox, amma bu “Berkuta” qarşı qəzəb qasırğası doğurmaq üçün hesablanmışdı, elə bir antixalqçı-zalıma ki, hətta ağ xalatlı qıza belə rəhm etməmişdi.

Maydan azarkeşləri Putin tərəfindən Maydanın dağıdılmasına ayrılmış iki milyard barəsində əsassız fikirlər bildirirdilər. Mən ağlıma ilk gələn suallara cavab verməyə çalışırdım.1. Kiyevdə nizam yaratmaq üçün yalnız siyasi iradə kifayətdirmi? 2.Hakimiyyətin siyasi iradəsi yoxdursa, dünyanın bütün pulları nəyə gərək? Və ya Maydan həqiqətən Ukrayna xalqını təmsil edirsə, dünyanın bütün pulları nəyə gərək? 3.Liderin siyasi iradəsinin zəifliyinin xalq dəstəyinə sahib olmadığından onun özünə inamının itirməsi ilə əlaqəsi varmı? 4.Lider öz korrupsionerliyinə, zəhmətkeş əhalinin deyil bir ovuc qorxaq və satqın kapitalistin maraqlarını təmsil etdiyinə görə peşmandırmı, hansı ki, indi o əhaliyə söykənə bilərdi? 5.Söz verilmiş həmin iki milyard iqtisadi yardımdandır yoxsa qanunsuz kassadan? 6.Niyə Qərb vəhşilərinin alınında “siyasətçilərlə, artistlərlə, şoumenlərlə, öz savadsızlığını və tamahkarlığını cəlbedici söz oyunları ilə, Vətəni olmayan sevgilərini isə təmtəraqlı millətçilik və məzmunsuz vətənpərvərliklə kompensasiya edənlərlə əməkdaşlığa məhkumdur” yazılıb? Necə yəni niyə, bəyəm mənəvi və intelektual cəhətdən inkişaf etmiş kollaborsionistə tez-tez rast gəlmək mümkündür? 7. Əgər bütün məsələ iki milyarddadırsa, bəyəm Yanukoviçin özünün və ya onun oliqarx dostlarının iki milyardı yoxdur?
Bununla belə, Maydana maliyyə axını məsələlərində hər şey aydındır. İndi aydın oldu ki, “bander baharına” milyardlar tökən ABŞ və Avropa İttifaqıdır.
Bir də snayperlər. Onları yaddan çıxarmaq olmaz! Maydan döyüşçülərinin odlu silahlarla, snayper tüfənglərilə fotolarını hamımız görüdük. Hamımız bilirik ki, hüquq mühafizə orqanlarının müəyyən, qanunla təsbir olunmuş hallarda silahdan, həmçinin də snayper tüfəngindən istifadə etmək haqqları var. “Kimin snayperləri kimə atəş açırdı” mövzusu hələ çox çeynəniləcək. Kim ki həqiqət axtarır, həqiqət kimin üçün dəyərlidirsə, hər hansı bir nəticəyə gəlməzdən əvvəl “yüz dəfə ölçməlidir”. Berkutçular və digər hüquq mühafizə orqanları istisna olmaqla, xatırladıram: onların silah tətbiq etmək haqqları vardı. Bəyəm “demokratiya və azadlıq dayağında” hüquq mühafizə orqanları terroristlərə, daha dəqiq desək, ictimai nizam və vətəndaşların təhlükəsizliyi üçün qorxulu olan terrorist, cinayətkar olması ehtimal edilən silahlı şəxslərə atəş açmırlar?
Qaliblər mühakimə olunmur. Qaliblər mühakimə edirlər. Hüquq müdafiəçilərini dizi üstə qoyurlar, demokratik şəkildə onları alçaldırlar, avro standartlara uyğun olaraq onlara ayaqlarını silirlər, MKİ-nin “köçəri”  həbsxanalarında amerikan metodu ilə sındırırlar, çünki qalib onlardılar və özlərinə “Ukrayna xalqı” adlandırmaq hüququ veriblər. “Xalq” silah daşımaq, xalq tərəfindən seçilmiş prezidentə tabe olan hüquq mühafizə orqanlarına qarşı istifadə etmək haqqına malikdir. “Xalq” xalqa qarşıdır – bu idarə olunan xaos deməkdir.

Sosial şəbəkədə paylaşılmış fotolardan birində Maydan döyüşçüləri hansısa oğlanın sifətini maydançının meyidinə dirəyirlər, və fotoya izahedici şərh: guya tituşkalardandır və onlara, dinc maydançılara atəş açan snayperlərdən biridir. Görünür, ürəyi nazik insanlara bu qebbel propaqandasının kiçik şedevrləri təsir edir, həyəcanlandırır. Bu səhnəni öz gözlərilə görən azərbaycanlı jurnalist Seymur Kazımov belə yazır: “Meydana toplaşanlar bir az sonra tamamilə fərqli səhnənin şahidi oldular. Bir neçə nəfər kimisə saçından sürüyə-sürüyə və təpikləyərək dartıb gətirirdilər; söyləyirdilər ki, o, provokasiya məqsədi ilə, kütləvi aksiyaların dağıdılması,nümayişçilərə hücum etmək üçün istifadə olunan “tituşka” kimi tanınan qrupun üzvüdür, digərləri isə onun 20-si dinc nümayişçilərə atəş açan snayperlərdən biri olmasını söyləyirdilər. Mitinq təşkilatçılarından onun kim olmasını aydınlaşdırmaq mümkün olmadı, onlar özləri də mənim kimi az şey bilirdilər”.
Hələ də heç kim bu oğlanın kim olmasını bilmir (bəlkə də fotosessiya üçün tituşkoçu rolu oynamağa razı olan maydançılardan biridir), onun taqsırlandırıldığı günahı sübut edilməyib ki, bu da istintaq və məhkəmə orqanları üçün üstünlükdür, hətta maydançıların özləri belə konkret heç bir şey ortaya çıxarmayıblar, sadəcə əllərinə ilk düşən kəsə vəhşicəsinə divan tuturlar, feysbukda isə onu dinc vətənpərvərləri öldürən snayper kimi təqdim edirlər.
Mən maydançıların cəsarətinə şübhə etmirəm, onların cəsarətini qəbul etməmək ədalətsizlikdir. Amma informasiya müharibələrinin metodlarının asılı olduğu müsbət ideallar, humanist məqsədlər uğrunda mübarizə aparan igidlər hörmətə layiqdirlər, maydançıların məqsəd və idealları isə çox çirkindir. Özləri şeyx Yanukoviçin Mejqorye-dəki volyerindəki quşları öldürmüşdülər, özləri də feysbukda öldürülmüş quşların fotolarını yazı ilə paylaşmışdılar ki, bu Yanukoviçin bütpərəst rituallarıdır. Dezinformasiya aşıb-daşır.
Maydan haqda ziddiyyətli informasiya həddən artıqdır. Çoxları öz mənəvi və siyasi seçimlərinə uyğun gələn şeylərə inanırlar. Mən isə həqiqət axtarıram və özümə elementar suallar verirəm: Maydançılar, misal üçün,  konservatoriyanı hansı məqsədlə ələ keçirmişdilər? Dövlətə qarşı olan qüvvələrin nəzarəti altında olan binanın damından kim atəş aça bilərdi?
İnformasiya-psixoloji müharibəni birləşmiş avroatlantik qüvvələr qazandılar. Yoxsa onlar yalnız bir döyüşü udublar? Əgər müharibə udulubsa, NATO-nun şərqə, Rusiya sərhədlərinə kimi genişlənməsi davam edəcək. Hadisələrin inkişaf variantları o qədər də çox deyil. Rusiyanın və ondan aralanmaq istəməyən Ukrayna əhalisinin simmetrik cavab üçün hələ zamanı var. Amma nə qədər zamanı olmasını yenilənmiş informasiya-psixoloji müharibənin növbəti vektoru göstərəcək.


 Akşin Sultanov