19 июн. 2013 г.

“Müdafiəçi Lenin”

Birinci dünya müharibəsinin 100 illiyinin astanasında kitab bazarı həmin böyük hadisənin daha bir təbliğatçı versiyasını-traktovkasını şərh edən nəşrlərlə doldu. Son illər geniş tarixsevər kütlə üçün nəzərdə tutulmuş belə “konseptual tarixi” kitabların janrı kitab mağazalarının rəflərində az qala ən çox yayılmış və nəşriyyatçı üçün daha gəlirli janra çevrilmişdir. Düzdür, belə kitabların heç də hamısı mütəxəssislər tərəfindən yazılmır.İstisnalara da rast gəlmək olur, və nə qədər çox rastlaşırsansa o qədər xoş olur. Haqqında resenziya yazılmış kitab da belələrindəndir. O, az tanınmış Rusiyada İnqilablar və Vətəndaş müharibələri üzrə professional tarixçi tərəfindən yazılmışdır. Kitabın müəllifinin fikri populyar müasir “vətənpərvər mühafizəkarlığın” və “stalinizm hökmranlığının” antikommunizm qaydalarına uyğun gəlmir. Onun əsas müsbət personajı Lenindir. Özü də, onun inqilaba rəhbərlik etməsinə görə yox ( Y.A.Butakov bu aspektə demək olar ki, toxunmur), Rusiya hökumətinə rəhbərliyinə görə.
Kitab bütövlükdə 1914-1920-ci illərdə baş vermiş hadisələrə həsr olunub. Kitabın başlığına çıxarılmış Brest sülhü bu epizodun bolşeviklərin Rusiyanın “milli maraqlarını satmasının ” sübutu kimi tez-tez misal çəkildiyindən kitabda diqqətdən keçirilir. Butakov isə öz baxışlarını ona əsaslandırır ki, Brest sülhünün bağlanması Almaniyada kayzer rejiminin süqutunu sürətləndirdi. Müəllif hesab edir ki, onun 1914-20-ci illərin yekunu üzrə itkilərini bir çox səbəblərin yekun nəticəsi kimi nəzərdən keçirmək lazımdır ki, ən əsas belə səbəblərdən biri dövləti və ordunu tamamilə bərbad vəziyyətə gətirən köhnə rusiya elitasının siyasi bacarığının olmaması idi.

Resenziyanı uzun sitatlarla doldurmayacam. Müəllifin fikrinin digər əsas momentlərini öz sözlərimlə ayırmağa çalışacam, kənardan göründüyü şəkildə.
1914-cü il müharibəsi Rusiya üçün özündə həm Vətən, həm imperalizm əlamətlərini daşıyırdı. Bu müharibəni ona görə Vətən müharibəsi saymaq olar ki, Almaniyanın və onun mütəffiqlərinin hakim dairələri öz işğalçı planlarını Rusiya vasitəsilə həyata keçirməyə çalışırdılar. Rusiya üçün onu imperializm müharibəsinə çevirən başqa milli əraziləri işğal etmək məqsədi güdən Rusiya burjua-zadəgan elitası idi. İnqilabdan sonrakı publisistika üçün xarakterik olan təsəvvürlərə əks olaraq, II Nikolay olduqca iradəli və ağıllı siyasətçi idi. Amma onun güddüyü məqsədlər o dövrki rusiya elitasının vəziyyətində əlçatmaz idi. Ziddiyyət bundadır ki, onun güddüyü hədəflər elə həmin çürümüş elitanın maraqları tərəfindən diktə edilmişdi. Mütləqiyyətin süqutu qanunauyğun və qaçılmaz idi. Elə buradaca növbəti paradoks meydana çıxır: çar rejimi müharibəni Vətən müharibəsi adlandırdı, bolşeviklər isə - imperializm, amma məhz mütləqiyyətin yıxılması ilə və xüsusilə, Sovet hakimiyyətinin “qəsbkarlıq və kontribusiya olmadan xalqların öz müqəddaratını həll etməsinə əsaslanan dünya” şüarının səsləndirməsindən sonra müharibənin xarakteri Rusiya üçün Vətən müharibəsi oldu. 1918-20 –ci illərin xarici hərbi müdaxiləsi Birinci Dünya müharibəsinin davamı və kulminasiyası kimi qiymətləndirilir. Müəllif burjua-mülkədar Polşa ilə müharibənin sonunu 1920-ci ilin payızı hesab edir.

Butakovun fikrincə, bolşeviklər hakimiyyətə gələndən keçmiş Rusiya imperiyasının ərazilərini qırmızı bayraq altında bir dövlət şəklində birləşdirməyə can atırdılar. Ağ qvardiyalılar isə, əksinə, onların vətənpərvər ritorikalarına baxmayaraq, Rusiyanın xarici derjavalar arasında obyektiv parçalanmasına imkan yaradan kollaborsionist qüvvə kimi çıxış edirdilər. Müəllif II Nikolay haqqında iddia etdiklərini, eynilə Kerenski barəsində də iddia edir. Bolşeviklər ağıllı və güclü rəqiblərlə mübarizə aparırdılar. Amma 1917-ci ildə köhnə rus elitasına rəhbərlik edən heç bir başçı bu elitanı iflasdan xilas edə bilməzdi, çünki, onun maraqları rus xalqının əzici çoxluğunun maraqları ilə dibindən ziddiyyət təşkil edirdi. 1917-ci ildə Rusiyada dövlətdə və orduda intizamın pozulması bolşeviklər və onların ərtafında aktiv propaqandanın genişlənirilməsinə gətirdi. Bolşevik partiyası Rusiya xalqının geniş təbəqləri üçün nəzərdə tutulmuş milli qurtuluş proqramını irəli sürdü və demokratik qüvvələrin geniş siyasi cəbhəsinin yaradılmasına can atırdı, hakimiyyətin yalnız öz partiyası ilə tutulmasına deyil. Bu proqram öz məzmununa görə dövlət-vətənpərvərlik proqramı idi. Onun ilk işləyib-hazırlayanı Lenin idi. Hətta kitabın iki paraqrafının adı uyğun olaraq belə adlandırılmışdır: “Lenin demokrat-dövlətçi kimi” və “Müdafiəçi Lenin”.
Soyğunçu Brest sülhünün bağlanması bir sıra obyektiv səbəblər nəticəsində məcburi güzəşt idi. Həmin vaxt bolşeviklərin yerində olan Rusiyanın istənilən digər hökuməti də müvəqqəti fasilə almaq üçün Almaniyayla sülh bağlamalı olardı. Tarix göstərdi ki, bu hesab doğru olub. Keçmiş Rusiya imperiyasının qərb və cənub-qərd ərazilərinin alman və avstriya-macar orduları tərəfindən işğalı bu orduların ayrılmasını sürətləndirdi və Dördlər İttifaqı ölkələrində inqilabı yaxınlaşdırdı. Brest müqaviləsinin ləğvindən sonra Pribaltikada proletar inqilabına və Baltik ölkələrinin, Qərbi Belorusiyanın və Qərbi Ukraynanın inqilabçı Rusiya ilə birləşməsinə Antantanın köməyinə arxalanan rus əks-inqilabçılarının fəaliyyəti mane oldu.

Burada hər bir vəziyyətin əsaslı olub-olmamasını qiymətləndirmək uzun sürərdi. Ən yaxşısı oxucu özü qərar versin. Yalnız bir necə an üzərində dayanacam.
Y.A.Butakov bu və ya digər vəziyyətdə hadisələrin inkişafının mümkün variantlarını göstərərək,  dəfələrlə tarixi alternativ metoduna müraciət edir. O hesab edir ki, 1918-ci ildə Birinci Dünya müharibəsində iştirakını davam etdirmək Rusiya üçün daha faciəli olardı, nəinki baş vermiş Vətəndaş müharibəsi. Hər ay Birinci Dünya cəbhəsində Vətəndaş müharibəsi meydanındakından  daha çox rus əsgəri həyatını itirirdi. Müəllif tərəfindən tarixi demoqrafiya məsələlərinin qoyuluşu daha əlverişli görünür: Rusiyanın 1914-1920-ci illərdə verdiyi itkilərin dəqiq sayını və Vətəndaş müharibəsi, ağ və qırmızı terror  qurbanlarının bu itkilərdə payını aydınlaşdırmaq. Müəllif əmindir ki, Rusiya Vətəndaş müharibəsinin xüsusi qəddarlığı və amasızlığı haqda fikir ayrılıqları dəqiq rəqəmlərlə yoxlanmaya ehtiyac duyur.
Bolşeviklərin “alman pulları” haqda məşhur versiyanın əsassız olmasına baxmayaraq, müəllif onu bu məqsədlə qəbul edir ki, göstərsin – hətta Lenin kayzer yardımı olsaydı belə, bu o demək deyildi ki, guya: a) Lenin “kayzer agenti” idi; b) bu alman pulları olmasaydı bolşevik inqilabı qələbə qazanmayacaqdı. Çar hökumətinin və müvəqqəti hökumətin siyasətindən kütləvi narazılıq üçün istənilən düşmən propaqnadasından əlavə tutarlı səbəblər vardı. Əgər xaricdən maliyyə dəstəyindən istifadə edən hər kəsi əcnəbi agent adlandırsaq, o zaman II  Nikolayın özü də xarici agent idi, Yaroslav Butakov kinayə edir.

İndi kitabın lap əvvəlinə qayıdım, harada ki, müəllif 2014-cü ildə bütün dünyanın Birinci Dünya müharibəsinin başlamasının 100 illiyini qeyd etməsi haqda yazır, guya Rusiyanın bu müharibəyə görə məsuliyyət daşıması səbəbindən xaricdən Rusiyaya qarşı demarşlar mümkündür. Butakov analogiya  kimi İkinci Dünya müharibəsinin başlamasına görə məsuliyyəti bərabər olaraq hitler Almaniyasının və SSRİ-nin üzərinə qoyan AŞPA –nın məşhur 2009-cu il qətnaməsini misal gətirir. Hətta belə bir tarixi sxem də var ki, bu sxemə əsasən Rusiya 1914-cü ildə həqiqətən hücum edən tərəf kimi təqdim edilir. Əksinə olaraq, müəllif göstərməyə çalışır ki, müharibə Rusiya üçün əsasən Vətən müharibəsi idi, baxmayaraq ki, bu tam şəkildə çar və burjua rejimlərinin yıxılmasından sonra baş verdi.
Mən təsəvvür etdiyim kimi, Birinci Dünya müharibəsinin yubileyi ilə bağlı əsas kütləvi dezinformasiya təhlükəsi xarici təhlükə deyil, daxili təhlükədir. Bugün meşşanlar tərəfindən sırınan  o dövrün utanmaz “vətənpərvər” versiyası növbəti postulatlara əsaslanır: 1) “müqəddəs Çar Rusiyası” öz “müqəddəs” çarının skipeteri altında Birinci Dünya müharibəsindəki qələbəyə doğru əminliklə irəliləyirdi; 2) belə bir qələbə Rusiyanı inqilabdan birdəfəlik xilas edərdi; 3)düşmənlər buna imkan verə bilməzdilər; 4) onlar Lenini və bolşevikləri göndərdilər ki, “müqəddəs Çar Rusiyasını” dağıtsınlar. Düşünmək ehtiyacından azad edir.
Y.A.Butakovun kitabı belə bayağı-“vətənpərvər” traktovkanı tənqid etməsə də, obyektiv əkildə ona əks dayanır və düşünməyə həvəsləndirir. Bəs o düşünənlərin dairəsini genişləndirəcəkmi? Müasir “mühafizəkarların” primitiv propanqadasının təsiri altına düşənlər üçün onsuz da çox şey aydındır.
Bununla belə, yaxşı olardı ki, müəllif yarı yolda dayanmayardı və daha bir tədqiqat yazardı, məsələn, bunun kimi: “1918-1920-ci illər Vətən müharibəsində Lenin Rusiyanın milli lideri kimi.”. Əlbəttə ki, bizim dövrdə belə bir kitabı nəşr etməyə risk edəcək nəşriyyat tapılacaqsa...
Hər halda, Y.A.Butakovun müzakirə edilən kitabı kiçik olsa da, müasir anti-tarixi miflərin ifşa edilməsində vacib addımdır.


Tərcümə Günel Muradova

17 июн. 2013 г.

Qısa şəkildə Sosial İnqilab haqda

"Cəmiyyətin inkişafında tədricən baş verən inqlibi dəyişikliklərlə yanaşı, ictimai həyatın müxtəlif sahələrində - elm və texnika sahəsində, istehsal və rabitə vasitələrində, insanların dünyagörüşlərində və s.- baş verən “partlayışlar” da yer alır. 

Daha əhəmiyyətli “partlayışlar” üçün inqilab anlayışı istifadə olunur. Sosial inqilab- bütün ictimai quruluşun köklü dəyişikliyidir. İnqilab “ köhnəni əsaslı və köklü surətdə aradan qaldıran islahatdır”.
İctimai-iqtisadi formasiyanın dəyişilməsi – cəmiyyətin maddi-texniki bazasında, iqtisadi quruluşunda, siyasi həyatında ,ideologiyasında, mədəniyyətində dəyişiklikləri əhatə edən çətin və uzun prosesdir. Bu köklü dəyişikliklər eyni zamanda və həmişə eyni ardıcıllıqla baş vermir. Onlardan çoxu inqilabın özünə aid olmur, onun hazırlıq prosesinə və ya təbii surətdə yetişməsinə aid olur.

Köhnə cəmiyyətin nüvəsində yeni istehsal qüvvələrinin yaranması,iqtisadiyyatın dəyişilməsi və sinfi güclərin yerbəyer edilməsi, ictimai həyatın yeni elementləri ilə köhnəlmiş sosial-siyasi quruluş arasında ziddiyyətlərin artması, bu ziddiyyətlərin insanların,siniflərin şüurunda əks olunması – bütün bunlar sosial inqilaba hazırlıq prosesinin müxtəlif tərəfləridir. 

İnqilabın hərəkətverici qüvvələri- inqilabı həyata keçirən, köhnə siniflərin müqavimətini yararaq onu irəli aparan siniflərdir.Bəzi burjua ideoloqları iddia edirlər ki, guya inqilabalar həmişə azlıq, kiçik inqilabçı qruplar tərəfindən edilir, kütlə tərəfindən deyil. Əlbəttə ki, aktiv inqilabçı azlıq inqilabın katalizatoru kimi çıxış edə bilər, amma o kütlənin dəstəyini almazsa, inqilab mütləq qiyama çevrilir və ya yuxarı hakimiyyətin devrilişi ilə bitir. Xalq kütləsi inqliabın inkişafını irəli apararaq onu başa vurmağa çalışır.
Kütlələrin inqilabi mübarizəyə qalxması üçün onlar köhnə quruluşun aradan qaldırılmasının vacibliyini dərk etməlidirlər. 

Ona görə də inqilab dövründə yetişmiş tarixi məsələlər öz əksini tapan yeni inqilabi ideyalar böyük əhəmiyyətə malikdir. Bu ideyalar kütlələri səfərbər etməyə, onları cəmiyyətin köhnə siniflərinin müqavimətini qıra biləcək siyasi orduya çevirməyə kömək edir.

Sual yaranır: cəmiyyətdəki ziddiyyətləri aradan qaldırmaq üçün inqilab vacibdirmi, onları islahatlar yolu ilə, hakim siniflərin tədricən güzəştə getməsi ilə, yavaş-yavaş dəyişməklə həll etmək mümkün deyilmi? Inqilab əlehdarları islahatlara inqilablardan xilas üsulu kimi baxırlar.Tarixi təcrübə göstərir ki, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid öz mahiyyətinə görə elə inqilabdır, amma müxtəlif formalarda baş verə bilər və qarşısında duran məsələləri müxtəlif cür həll edə bilər. Əgər islahatlar köhnə quruluşun müadifəçiləri tərəfindən onun möhkəmlənməsi, məhvinin qarşısının alınması kimi istifadə olunursa, bu inqilabçıların bütün islahatlara qarşı çıxması deməkdir? Əlbəttə ki, yox. İslahatdan islahata fərq var. İnqilabçılar kapitalizm şəraitində islahatlara inqilabi mübarizənin ikincidərəcəli effekti kimi baxır və onları bu mübarizənin inkişafında və genişlənməsində istifadə edir, islahatları inqilabın əsas məsələlərinin həllinə aid edir.

Marksistlər hesab edirlər ki, “inqilabları yalnız dərin iqtisadi ehtiyacların hərəkətə gətirdiyi kütlələr edə bilər”. Amma onlar zülm edilən siniflərin ehtiyaclarını və fəlakətlərini mütləq yoxsulluğa aid etmirlər. Onlar bilirlər ki, işçi sinfi öz mübarizəsi ilə tamamilə yoxsullaşmaq tendensiyasına qarşı uğurlu müqavimət göstərə bilər. Amma bu şərtlər daxilində də nisbətən yoxsullaşmaq yer tutur. Leninin qeyd etdiyi kimi, “yoxsulluq fiziki mənada deyil, sosial mənada böyüyür, yəni, burjuaziyanın artan ehtiyacları ilə bütün cəmiyyətin ehtiyacları və işçi kütlələrin həyat səviyyəsi arasındakı ziddiyyət mənasında” 

Kapitalist ölkələrində elmi-texniki inqilablar bu ölkələrin istehsal potensialını artırsa da, işçilər üçün yeni fəlakətlərə yol açır, işsizlik,istismar və işçilərin qeyri-dayanıqlı vəziyyəti güclənir. Əmək və kapital arasında mübarizə artır. Amerika yazıçısı Epton Sinkler yazırdı: “ Süni canlanma dövrü və müflisləşmə bir yarım əsr ərzində bizim tariximizin (amerika tarixinin) əsas faktorunu təşkil edib. Gəlir arxasınca qaçan sistemin bir yarım əsr boyunca bu süni canlanma və müflisliyi yaşaya bilməsinin yeganə səbəbi – müharibələr və müharibələrə hazırlıqdır... Bizim doğrudan da həqiqi sülh yaratmağımız və bütün hərbi xərcləri dayandıracağımız halda nə baş verə biləcəyini qorxusuz düşünə bilən heç olmasa bir nəfər işgüzar insan varmı? Bu sualı işgüzar adamlara verin və onların rənginin necə ağaracağına baxın. Bizim iqtisadiyyatımız kartdan düzəldilmiş ev kimi dağılardı”.

16 июн. 2013 г.

SSRİ-dəki “dərin böhran” haqda: 1985-ci il – iki cədvəl

1991-ci il yox, məhz 1985-ci il SSRİ-nin mövcudluğunun son  ili oldu. Qorbaçovun hakimiyyətə gəlişi ilə, qərar verildi və böyük dövlətin məhvinə başlanıldı: Qazaxstanda baş verən hadisələr,Çernobıl,Rust..
Liberal tör-töküntüləri psevdo-alimlərin ardınca  “SSRİ-yə zərbə endirən” və onu  məhv edən “böyük iqtisadi böhran” haqda ucadan müzakirə aparırlar .
Amma vaxtilə  Pifaqorun da qənaətə gəldiyi kimi, elm rəqəmlərdən başlayır.
Rəqəmlərin böhran barəsində nə dediyinə baxaq.

Mən rəqəmləri iqtisadiyyatın sağlamlığını təyin edən iki cədvələ yığdım: ölkənin xarici borcunun ÜDM-ə olan nisbəti cədvəlinə və elə həmin ÜDM üzrə büdcə kəsiri cədvəlinə.
Budur, həmin ÜDM-in artım tempi bugünkündən  və ABŞ artım tempindən yüksəkdir. Beləliklə,  1980-ci ildə iqtisadiyyatın ölçüsünü hesaba almaqla digər dünya dövlətlərinin fonunda bu  7%  fantastik rəqəm idi, 1985-ci ildə bu rəqəmlər azaldı, amma “standart 3%-ə” kimi.
Yəni, böhran bundan ibarət idi ki, möcüzəli artım templəri “adi” templə əvəz olundu.
Liberal qafaların reaksiyası gözəldir: “1991-ci ilə kimi olan SSRİ statistikasına inanmaq OLMAZ!” – Gözəl. Olsun belə. Amma sual verirem: “Əgər sovet statistik məlumatları yoxdursa, SSRİ-də böhran olması ideyasını hardan almısız,əziz yoldaşlar?-  “Revizor gəldi” sisteminin lal səhnəsi...”