5 нояб. 2013 г.

SSRİ XX əsrin ortalarında qərb dünyasına çata və onu qabaqlaya bilərdi

Sovet İttifaqının iqtisadi inkişaf planları 40-ci illərdə öz miqyasına görə heyrətləndirirdi. Təəssüf ki, hitler koalisiyasının qərb ordularının hücumu ilə bu planlar tamamilə pozuldu. Böyük Vətən müharibəsi sovet iqtisadiyyatına elə ağır yara vurdu ki, o bu yaranı yalnız bir neçə onillikdən sonra sağalda bildi. Əgər bu müharibə olmasaydı hər şey necə olardı? Müharibə dəhşətlərini və dağıntılarını görmədən baba və nənələrimiz necə yaşayardılar? Onların nəvələri necə yaşayardılar?

Kino və fuflo

Sovet keçmişi mövzusu psevdotarixi serial yaradıcıları üçün son dərəcə populyar mövzu olub. Və ssenaristlər və prodüserlər “şəxsiyyətə pərəstiş” dövrünün koloritlərinə xüsusi bağlılıq hiss edirlər. Az qala hər ay bizi yeni tarixlə sevindirirlər: sərt vətəndaş MCA  (Moskva Cinayət Axtarışı bölməsi) rəisi kəməri açılmış insanları tutur,supermen-kəşfiyyatçılar faşist diversantlarının növbəti pisliyinin qarşısını alırlar, “günahsız repressiya olunanlar” isə cəbhəyə düşmək və onları repressiya edən ölkəni müdafiə etmək üçün həbsdən qaçırlar.

Vicdanla çəkirlər, həmin dövrün həyatını xüsusilə təsvir etməyə çalışırlar. Aktyorlar qopub tökülmüş mətbəxdə taburetdə otururlar, qorxunc mimikalar düzəldirlər və igidcəsinə yüzlük mərc atırlar, dalanlarla elə eyni “1,5 tonluq yük maşını” (bütün kinostudiya üçün yeganə maşın) gedir, çəkiliş üçün yerləri isə qəsdən köhnə tikili ucqar depressiv məhəllələrin birindən seçirlər. Elə görünür ki, sanki originalla tam oxşarlıq təşkil edir. Amma dayanın! Uyğunsuzluq alınır!

Əgər sovet vətəndaşları kinoda bizə göstərdikləri kimi elə hey güpləyirdilərsə, və ya oğurluq edirdilərsə, o zaman 30-cu illərdə nəhəng sənayeləşməni kim həyata keçirmişdi, müharibədən sonra ölkəni xarablıqdan kim yüksəltmişdi? İldə üç yüz nəhəng sənaye müəssisələrini kim tikirdi, şəhər əhalisinin sayını və həmin şəhərlərin ölçülərini dəfələrlə artıraraq yeni yaşayış mənzilləri məhəllələrini kim ucaldırdı? Bəs həmin o yeni evlər, yeni xəstəxanalar və məktəblər, tüstülənən borulu nəhnəg zavodlar hanı?
Onlar ekranda görünmürlər. Ekranda yalnız qəza vəziyyətində olan bulaşıq “kommunalka”lar və onların ümumiyyətlə heç bir yerdə işləməyən sakinləridirlər. Yalnız içirlər, oğurluq edirlər və bir-birindən xəbərçilik edirlər. Stalin dövrünün SSRİ-ni bizə məhz belə təsvir edirlər – kədərli, yoxsul, daimi ədavət vəziyyətində və tamamilə ümidsizlik atmosferində. Amma axı hər şey tamamilə fərqli idi!

Düşüncələrdəki xarabalıq

20-ci illərin Sovet İttifaqı hazırki post-sovet məkanı ölkələrini çox xatırladırdı. Yalnız bu fərqlə ki, o zamanlar xalqı sıxıb ondan yüksək gəlir qazanmaq üçün bütün gəlirli müəssisələri öz altına qamarlayan oliqarxlar yox idi. Müəssisələr isə olduqca az idi, lap indiki kimi. Amma  indi insanlar öz zavodlarının 2/3-ni dağıtmağa imkan verib onları üfürüb yox ediblərsə, o zamanlar hələ zavodlar tikilməmişdi. Çar rejimindən qalanları isə qoruyub saxlayırdılar.
Digər şeylərdə hər şey indiki kimi idi. 150 milyonluq ölkədə cəmi 11 milyon işçi və qulluqçu var idi. Bununla belə rəsmi işsizlik təxminən 10% (1,2 milyon qeydiyyat keçmiş) təşkil edirdi, qeyri-rəsmi rəqəmlər isə daha böyük idi. Şəhər əhalisinin yarısı bıçaq itiləyirdi, ayaqqabı təmizləyirdi və papiros və nabat satırdı. Yerdə qalan 120 milyon insan qazanc üçün xaricə getmək imkanı olmadığından kəndlərdə yaşayırdı. Ən yaxşı halda öz natural təsərrüfatlarında işləyirdilər, pis halda isə imkanlı qonşularına muzdurluq edirdilər.
Ölkədə həqiqətən də ümidsizlik və çarəsizlik atmosferi hökm sürürdü. Amma bu Stalin dövrünə qədərki SSRİ-də belə idi və bu vəziyyət çox az sürdü. Artıq 1927-ci ildə trotskiçi müxalifət məğlub edilmişdi, bir neçə il sonra isə qovulmuşdu – və hakimiyyətdəki sonsuz siyasi müzakirələrə son qoyulmuşdu. Amma sovet hökuməti dinc “stabillik” atmosferi ilə rahatlanmadı. O sovet iqtisadiyyatının möhtəşəm inkişaf planını qəbul etdi. Və büdcə vəsaitlərini qızıl unitazlı iqamətgahların tikintisinə sərf etmək əvəzinə, bütün vəsaiti son qəpiyinə kimi ölkənin sənayeləşməsinə sərf etdi.
Müasir post-sovet məkanı ölkələrində, nəzərə alaq ki, hər şey əksinə edilir: bir qrup oliqarx  özünə milyardlarla sərvət toplaya bilsin deyə ölkə sənayesini faktiki olaraq məhv ediblər.

Beldən ekskavatora

Stalinin planı sadə idi: pis vəziyyətdə oturmaq və xaraba vəziyyət haqda əh-uh etmək əvəzinə hamı ayağa qalxmalı və işləməli idi, “Sədr” filmində olduğu kimi. Heç kim üçün yox, özü üçün işləmək lazım idi. Quru sahədə şumlamaq çətindir? Traktor zavodu tikək! Üç ailə üçün köhnə evin zirzəmisində yaşamaq daracaqdır? Gəlin kərpic zavodu tikək, sonra isə yeni yaşayış mənzilləri!
Sovet sənaye inqilabının nəticələri heyrətləndirici idi. Artıq 1932-ci ildə nəinki işsizlik yox oldu, həm də əlavə olaraq daha 2 milyon işçi cəlb etmək lazım oldu. 1940-cı ilə işçi və qulluqçuların sayı 31,2 milyona qədər yüksəldi, ölkənin şəhər əhalisinin sayı 3 dəfə artdı! Amma işçi qüvvəsi yenə də çatışmırdı – onda o vaxta qədər süpürgə ilə tundra süpürən məhbusları işə cəlb etdilər. Stalin dövrünün məhbusları müasir seriallarda daxmalarda uzanırlar və sidr ağaclarını tənbəlcəsinə koş mişarla doğrayırlar, reallıqda isə onlar 1-2 il ərzində Sibirdə yeni zavodlar və şəhərlər ucaldırdılar. Kötək altında işləmirdilər, şərti-müddətindən əvvəl azadlıq, daha çox pay, pul mükafatları müqabilində işləyirdilər. Bəziləri müddətdən sonra belə könüllü işçi kimi tikintidə qalıb çalışırdılar.
Amma iş olduqca çox olduğundan tezliklə iş günü 7 saatdan 8 saata kimi artırılmalı oldu, iş həftəsi isə yeddi günlük ( 6 iş günü+bazar günü) oldu. Bugün bunu, əlbəttə ki, yazıq bədbəxt xalqı simadan çıxaran dözülməz stalin dövrünün əsarəti kimi şərh edirlər.
İki beşillik ərzində ölkədə tərkibinə Dneproqes, Uralmaş,Azovstal,Zaporojstal və Krivorojstal,Moskva metropoliteni və s. kimi 300 nəhəngin də daxil olduğu 5000-dən çox nəhəng obyekt tikildi. Sənaye istehsalının artım göstəricisi hər dörd ildən bir iki dəfə artırdı.

10 il ərzində özünün istehsal bazası yaradılmışdı: metal əridlməsindən tutmuş maşın və qurğuların istehsalına qədər. SSRİ 1939-cu ildə istənilən çətinlikli istənilən məhsulu sərbəst istehsal edə biləcək dövlət kimi dünyanın dördüncü ölkəsinə çevrildi. Və əgər ilk zavodları bellə və maşınlarla tikirdilərsə, cəmi bir neçə ildən sonra artıq  tikinti sahələrində sovet buldozerləri və ekskvatorları nərildəyirdi.
Qərb fantastik nailiyyətlərə nifrətlə və heyrətlə baxırdı. Artıq 1932-ci ildə britaniyalı bankir Jarvi Qibson yazırdı: “ Bizim əksər zavodlarımız fəaliyyətini dayandırdığı və təxminən 3 milyon əhalimiz ümidsiz vəziyyətdə iş axtardığı zaman Sovet Rusiyası irəli addımlayır... Mənim baş çəkdiyim bütün sənaye rayonlarında müəyyən plan üzrə tikilmiş, ağaclarla və bağçalarla bəzədilmiş geniş küçələri, müasir tipli evləri, məktəbləri, xəstəxanaları, işçi klubları və mütləq uşaq evləri olan yeni rayonlar meydana gəlir”.
1940-cı ilə SSRİ tamamilə dəyişdi. Çox nəhəng zavodlar borularını tüstülədirdi, şəhərlərdə yeni “stalinka” mənzillərin, parkların və bağçaların, işçi qəsəbələrində rahat evlərin sayı artırdı, sahələrdə yüz minlərlə traktor və kombaynlar çalışırdı. Pioner düşərgələri, istirahət evləri və sanatoriyalar yaranmışdı, pratiki olaraq sıfırdan hamı üçün münasib, təkmilləşmiş və pulsuz səhiyyə şəbəkəsi yaradılmışdı, məktəblərin, texnikumların, ali təhsil müəssisələrinin sayı artmışdı. Bu praktiki olaraq başqa ölkə idi, ki burada yalnız təkamülün genetik cəhətdən zay nümayəndələri avaraçılıq edə bilərdilər. Çünki, bütün normal insanların həyatda əlçatan hədəfləri vardı: öz həyatını həm maddi, həm də digər mənalarda daha yaxşı etmək kimi.
Amma 1941-ci ilin iyununda müharibə bu hədəflərə aparan yolun üzərində dayandı...

Pul yığdım maşın aldım.

Sovet sosializminə qarşı olan əsas ittihamlardan biri şəxsi avtomobil defisiti idi. Amma əslində vəziyyət bir qədər fərqli idi: hamı maşına sahib olmaq istəyirdi, hətta maşın onlara lazım olmasa belə, amma hamı onu əldə etmək imkanına malik deyildi, hətta o sərbəst şəkildə mağazalarda satılsaydı belə. Yeri gəlmişkən,müharibə qabağı ilk avtomobillər ilk sovet avtosalonlarında satışa çıxarılmışdı. Amma avtomobillərə görə növbə yox idi.
Bununla belə, Stalin hökuməti başa düşürdü ki, belə böyük ölkədə bir ictimai nəqliyyatla keçinmək mümkün deyil. Və artıq 30-cu illərdə SSRİ-nin gələcək avtomobilləşdirməsinin təməli qoyuldu. Məsələn, köhnə şəhər küçələrinin rekonstruksiyası və yeni küçələrin tikintisi gələcəkdə avtonəqliyyatın intensiv hərəkəti nəzərə alınmaqla aparılırdı, baxmayaraq ki, avtomobillərin kütləvi buraxılışı hələ planlaşdırılırdı.O vaxtki prospektlər ona görə belə geniş və boş idilər. Amma ilk sovet “xalq avtomobili” xruşov “Zaparojec”-i olmadı. Nə də müharibədən sonrakı “Moskviç-401”.
Bu seriyalı istehsalı 1941-ci ilin aprelində Moskva avtozavodunda başlanmış “KİM-10” avtomobili oldu. Plan ilin sonuna kimi 50 min avtomobil yığmağı və sonradan ildə üç variantda (2 və 4 qapılı sedan və faeton) təxminən yüz min avtomobil buraxmağı nəzərdə tuturdu. Sanki az görünür, amma bu sadəcə bir avtozavod üçün nəzərdə tutulmuş plandır. Bundan başqa QAZ vardı, hansı ki, 1941-42 illərdə bir dəfəyə 4 model minik avtomobilinin buraxılışını planlaşdırırdı. ZİS-i nəzərdən keçirməyəcik, çünki, onun bütün miqyaslı “full-sized cars” dövlət sifarişi əsasında hazırlanırdı.

Qeyd edək ki, bu yalnız müharibənin pozduğu üçüncü beşilliyin (1938-1942) planı idi. Beşilliklər xeyli sayda hazır məhsul,həmçinin də kütləvi istelak məhsulları istehsal edən zavodların tikintisini nəzərdə tuturdu. Artıq sonralar, 40-cı illərin ortalarında texnikanın sayını bir neçə artırmaqla daha bir neçə avtozavodun açılışı gözlənirdi. SSRİ-i bununla avtomobilli Amerikanı qabaqlamağı bacarardımı ya bacarmazdımı, bunu söyləmək çətindir, amma ildə 1,5 milyon minik avtomobili buraxmağı asanlıqla bacarardı!
Amma 1941-ci ilin iyunundan vətəndaşlar üçün minik avtomobillərini unutmaq lazım oldu, bütün avtozavodlar hərbi rejimə keçdilər. Bombalanmış QAZ avtozavodu isə hətta müharibədən əvvəl işlənib-hazırlanmış yeni model yük maşınlarının buraxılışından imtina etməli və diqqətini 1,5 tonluq yük avtomobili QAZ-AA, sovet cipi QAZ-67, yüngül tankların istehsalına yönəltməli oldu. Sonra isə müharibədən dağılmış ölkənin şəxsi minik avtomobilləri üçün vaxtı yox idi, və bu mövzuya bir də yalnız 50-ci illərdə, kütləvi mənzil tikintisi məsələsi ilə birlikdə qayıdıldı.

Həyat daha gözəl oldu

Üçüncü beşillik planı mənzil tikintisi tempini ildə 35 milyon kvadrat metrə qədər yüksəltməyi nəzərdə tuturdu. Nəzərə alsaq ki, stalin mənzil sahəsi normaları sonrakılardan daha rahat idi, bu təxminən 500-600 min mənzil təşkil edərdi. Əlbət ki, bu sürətlə böyüyən şəhərlərdə mənzil problemini həll etməzdi, amma artım göz qabağında idi: belə ki, növbəti iki beşillikdə ildə orta hesabla təxminən 15 milyon “kvadrat” tikilmişdi.
Belə aşağı temp iki səbəblə izah olunurdu. Birincisi, meydana gələn tikinti sənayesi hər şeydən əvvəl ölkənin sənayeləşməsi ilə məşğul olurdu. Vacibliyinə görə ikinci prioritet sosial sfera idi: xəstəxanalar, məktəblər, uşaq bağçaları, sanatoriyalar, istirahət evləri, klublar. Və yalnız üçüncü yerdə mənzil dayanırdı.
İkincisi, o vaxtı standart çertyoja uyğun olaraq bloku və taxtapuşu sadəcə üst-üstə qoymaqla tikmirdilər. “Stalin ampiri” arxitektura stili ölkənin bütün iri şəhərlərinin sakinlərinə tanışdır – bu evlər hələ də prestijli evlər sayılır. 3-6 mərtəbəli evlər (adətən birinci mərtəbə mağaza olurdu) sadə idilər, amma yenə də individuallığı, ən əsası isə rahatlığı ilə seçilirdilər: tavanın hündürlüyü 3-4 metr, otaqlar 15-20 və hətta 30 “kvadrat”, geniş giriş və qarderob otağı, iri daş balkonlar, fiqurlu karnizlər və yapma naxışlar. Hətta sadə işçilər üçün evlər (2-3 mərtəbəli) və ya birmərtəbəli çoxmənzilli kotteclər sonrakı “xruşşovkalarla” müqayisədə çox davamlı tikililiyi və genişliyi ilə fərqlənirdi.
Gördüyümüz kimi, Stalin dövründə bərabərləşdirmədən uzaqlaşaraq vətəndaşları kateqoriyalara ayırmaqdan çəkinmirdilər. Mütəxəssislər çox yüksək maaş alırdılar (həmçinin də avtomobil və dövlət tərəfindən ödənilən xidmətçi) və generallarla, artistlərlə, qabaqcıllarla, qütbçülərlə və digər tanınmışlarla birlikdə gözəl yüksək mərtəbəli evlərdə yerləşdirilirdilər. Müəllimlər, həkimlər, məmurlar ikinci kateqoriyalı evlərdə yaşayırdılar, fəhlə ailəsi isə doğma zavodun yaxınlığında yerləşən sadə mənzillərlə kifayətlənirdi. Təbii ki, kommunalkalar və baraklar da mövcud idi. Amma onların sakinləri bilirdilər ki, bunlar müvəqqəti çətinliklərdir və səbirsizliklə özlərinin və ya qonşularının köçürülməsini gözləyirdilər. Axı kommunalkaların boşaldılmış otaqlarını məsul kirəçinin ailəsinə verirdilər, baraklardan isə bir neçə otaqlı yaşayış evləri tikirdilər. Müharibəyə qədər belə idi və insanlar da bu tendensiya üzərində gələcəklərini planlaşdırırdılar. Təəssüf ki, müharibə ilə üstündən xətt çəkilmiş gələcəklərini – aydındır ki, bombalanmış İttifaqda nəinki kommunalkaları boşaltmağa davam etdilər, hətta əksinə, onları yenidən məskunlaşdırmağa başladılar.
40-cı illərin ikinci yarısında mənzil tikintisi templəri bir neçə dəfə sürətlənməli idi. Əsas sənayeləşmə və sosial strukturların yaradılması artıq yerinə yetirilmişdi və boşaldılmış istehsal obyektlərini mənzil məsələsinin həllinə qatmaq nəzərdə tutulurdu. Özü də onu tezliklə həll edərdilər, çünki, kütləvi “sənaye abadlaşdırması” ideyası məhz Stalinin dövründə yaranmışdı. Onun mahiyyəti sadə idi: standart bloklardan, panellərdən və plitələrdən bir neçə ilə konstruktor kimi yüz minlərlə yaşayış binası ucaltmaq.
Amma bu “stalinka”lar da əvvəlki kimi öz genişliyi və gözəlliyi ilə fərqlənirdi. Bu ideya həyata keçsəydi biz darısqal “xruşşovka”ların boz qutulardan düzəldilmiş labirintlərinə deyil, düşünülmüş mərifətli yaşayış mənzillərinə sahib olardıq. Amma əvvəlcə müharibə başladı, sonra dağıdılanların bərpa dövrü oldu, iş yenisini tikmək məsələsinə gəldikdə isə artıq hakimiyyət “stalinka” çertyojlarının proletariat üçün olduqca dəbdəbəli hesab edən və  “Proyektləşdirmədə və tikintidə israfçılığın aradan qaldırılması” haqda məşhur 1871 saylı qərar çıxaran oyunbaz Xruşovun əlində idi. Bu əmr evləri ciddi spartan stilində, xarici bəzəyi olmadan, minimal yaşayış sahəsi ilə, dar pilləkənlərlə, karton qapılarla, insanın lap başının üstündə dayanan və sanitariya qovşağı ilə birlikdə alçaq tavanlarla tikməyi göstəriş verirdi.
Ən gülməlisi budur ki, kukuruzni-baş katib öz “xruşovka”larının prototipini Fransada görmüşdü. Parisə səfəri zamanı ona kasıblar və Afrikadan olan miqrantlar üçün nümunəvi evləri olan məhəllələri göstərmişdilər. Bu mənasız tikililəri görən Nikita Xruşov sovet xalqını da belə bir qettoya qovub salmaq ideyası ilə alışıb-yanmağa başladı. Stalin heç vaxt belə bir şey düşünməzdi...

Dadlı və sağlam qida haqqında

Məlum olduğu kimi, Xruşov təkcə yaşayış evlərini və avtomobilləri deyil, Sovet İttifaqının yüngül sənayesini də cəfəngiyyata çevirdi, həmçinin qida sahəsini az qala məhv edəcəkdi. Əslində, bununla sovet sosializminin altına 80-ci illərdə işə düşən, geç açılan bomba qoyaraq.
İş burasındadır ki, sərt Stalin dövründə kooperativ (artel) kimi müıkiyyət forması geniş inkişaf etdi. Mahiyyətinə görə, bu biznesin növ müxtəlifliklərindən biri idi, yalnız müəssisə orada çalışan kollektivin mülkiyyəti idi, fiziki şəxsin deyil. Tələblər sadə idi: keyfiyyətli əmtəə satmaq, maliyyə inspektoru qarşısında dürüst hesabat vermək və “kölgəli işlərlə məşğul olmamaq. Çünki, vicdanlı əməklə yaxşı qazanmaq mümkün idi, fırıldaqçılığa görə cəzalar isə sərt və labüd idi deyə artel üzvləri sakit yaşamağa üstünlük verirdilər.
Artellərin ölçüsü mextəlif idi: slesar emalatxanasından tutmuş kiçik fabrikə qədər. 1940-cı ildə 114 minlik kooperativ-artellərdə bütün mebelin 40%-ni, 70% qab-qacaq,  85% ayaqqabı və geyim, 95% yataq dəstləri, bütün oyuncaqların və suvenirlərin 100%-ni istehsal edən 1,8 milyon insan çalışırdı.
Bundan əlavə artellər ölkənin qida məhsulları ilə təhcizatına böyük töhfə verirdilər: qənadı məmulatı istehsalı-40%, pendir və kolbasa istehsalı-50%, balıq ovu-60%, meyvə sokları və cemləri-80%, mağazalarda satılan meşə giləmeyvələri, göbələklər, fındıqlar-100%. Kooperativ məhsulları ilə ticarət aparan mağazalar hər şəhərdə və qəsəbədə vardı – artıq pul olduqda camaat ora stol üçün dadlı bir şeylər almağa gedirdi (qiymətlər belə mağazalarda dövlət mağazalarında olduğundan baha idi).
Müharibədən sonra bir çox invalidlərin işə düzəlməsinə, ümidsizliyə və çarəsizliyə qapanmamasına məhz artellər kömək oldular. Bəzi şikəstlər öz əməkləri ilə elə yüksəlirdilər ki, görkəmli varlı insana çevrilirdilər, ailə üçün yük deyil, onun dolandıran başçı olurdular.
Və budur 1960-cı ildə Nikita Xruşov artelləri burjuaziya rejiminin qalığı hesab etməyə başladı və onları məhv etməyi tapşırdı. Artellərin profilini dəyişərək onları dövlət müəssisələrinə çevirdi, işçiləri kiçik əməh haqqına otuzdurdu ki, buna görə də onlar sadəcə işləmək istəmədilər. İnvalidləri isə ümumiyyətlə küçəyə atdılar (korlardan başqa) və onlar da qarmonları və krujkaları ilə xruşov İttifaqının vağzallarını və bazarlarını doldurdular. Aydındır ki, “işçilərin və qulluqçuların təhcizatında” uzun sürən kollaps yarandı, hansını ki, uzun müddət müxtəlif “ərzaq proqramları” ilə həll etməyə çalışdılar. 1988-ci ildə Qorbaçov müasir istehlakçı iqtisadiyyatın təməli olan kooperativ istehsalı və kooperativ mağazalarını yenidən qaytarmaq haqda düşünənə qədər. Amma bizim “artellər” tezliklə  fövqəladi hadisəyə çevrildilər və istehsalla deyil, importun satışı ilə məşğul olurlar.
Axı Stalinin planı daha geniş miqyaslı idi. İstənilən yolla istehsal kooperativlərinin inkişafına nail olmaq planlaşdırılırdı: ərazi və istehsal avadanlıqlarında, xammal alışında və hazır məhsul satışında onlara kömək etmək.
Kooperasiyaların kənddə, həmçinin heyvandarların və balıqçıların arasında genişləndirilməsi xüsusilə əhəmiyyətli görünürdü. Kənd təsərrüfatının iki hissəyə bölmək istəyirdilər: iri kolxozlar dövləti strateji məhsullarla (taxıl, yağ, ət)  təmin edərdilər, çoxsaylı artellər isə öz istəkləri ilə sakinlər üçün istənilən şey istehsal edə bilərdilər: mürəbbə və marinadlardan tutmuş hisə verilmiş balıqlara və şərablara qədər.
Əslində, bu planın yerinə yetirilməsini artıq 50-ci illərdə istehlak məhsulları çatışmazlığı aradan qaldıra bilərdi. Sovet İttifaqında çoxdan gözlənilən israfçılıq yaranardı və özünə dadlı yemək, gözəl paltar, yeni mebel, məişət texnikası, avtomobil almaq üçün insanlar daha çox qazanmalı olardılar. Gələcəkdə heç bir defisit, sosializm böhranı, hökumətə qarşı inamsızlıq,İttifaqın süqutu  olmazdı. Biz uçub-tökülən “xruşovka”lar ölkəsində, vəhşi kapitalizm xaosu arasında yaşamazdıq, planetin ən güclü və zəngin ölkəsinin gözəl şəhərlərində yaşayardıq.
Bir sözlə, SSRİ-nin yenidən başlamaq şansı vardı. Öz planlarında 15 il geri qalmaq, amma müharibədən sonra ölkəni bərpa etmək, məqsədlərinə doğru irəliləmək. Amma Xruşov soyadlı insan istənilən müharibədən daha pis oldu...


Tərcümə Azərbaycan Ekososialistləri