27 апр. 2017 г.

Trigger düşüncəli insanlar üçün ABŞ-da elə yerləri göstərə bilərəm ki, Pxenyanla müqayisədə daha dəhşətli görünür.
Bu o demək deyil ki, Şimali Koreyada hər şey gözəldir, ABŞ-da isə hər şey dəhşətlidir. ABŞ, Böyük Britaniya özünə görə maraqlı ölkələrdir və bugün bu ölkələrdə yaşamaq rahatdır. Şimali Koreyada yaşamaqdan daha rahatdır.
Söhbət bundan getmir. Söhbət ondan gedir ki, SSRİ-dəki, Kubadakı, Şimali Koreyadakı sosializm quruluşu bu ölkələrdə bərqərar olan, onlar tərəfindən yaradılmamış, mövcud hərbi şərait daxilində insanlar üçün maksimum layiqli həyat şəraitini təmin etmək bacarığını göstərdi.
Dərk etmək lazımdır ki, SSRİ, misal üçün, XX əsrdə dünya müharibələrində iki dəfə öz milli sərvətlərinin 30%-ni itirmişdi və həmin vaxta bütün dünyanı talamış müstəmləkəçi Avropa imperiyalarından 100-150 il geri vəziyyətində start götürməli olmuşdur. Əgər XİX əsrin birinci yarısında İngiltərə 17% kəndlilərdən ibarət oduğu halda  1928-ci ildə SSRİ  84% kəndlilərdən ibarət idisə, bu startın nə qədər zəif olduğunu düşünün. Və bax belə bir vəziyyətdən starta başlamaqla SSRİ birincidərəcəli sənaye, birincidərəcəli elm, birincidrəcəli təhsil sistemini qurdu. Özü də bütün bunları SSRİ cəmi 16 il ərzində qurduğu halda, artıq 25 ildir ki “capitalism iqtisadiyyatı” son Sovet illərinin göstəricilərinə heç bir şeydə yaxınlaşa belə bilməyib.
80-ci illərdə bütün sovet insanlarının həyat şəraiti – bunu əlimdə olan rəqəmlərlə sübut edə bilərəm, -  bugünkü amerika ailələrinin 80%-nin həyat şəraitinə bərabər idi və bir çox parametrlərinə görə onları üstələyirdi. Bir parametri , müharibə illərində SSRİ-nin 25 milyon insan üçün itirdiyi  mənzil təminatını çıxmaq şərtilə. Üstəgəl yadda saxlamaq lazımdır ki, müharibəyə bir neçə il qalmış şəhərlərə  mənzil tələb edən on milyonlarla insan köçmüşdü... SSRİ çatdıra bilmədi.. Müdafiə olunmaq lazım idi, resursları rahatlıq üçün xərcləmək yox.
Kuba. Afrika qitəsində əsas güc rolunu oynayan və Latın Amerikasında öz çəkisi olan Kuba ordusu bir yana... Amma.. Kuba – çox az əhalisi olan bir ada hərbi-iqtisadi blokada ola-ola elə uzunömürlülük təmin edib ki, buna daha çox inkişaf etmiş ölkələr paxıllıq edə bilərlər və elə yüksək səhiyyə təmin etmişdir ki, orada müalicə almaq üçün Kanadadan və ABŞ-dan can atırlar.
Və elə həmin Şimali Koreya. Orada vəziyyət o qədər də yaxşı deyil, baxmayaraq ki, nailiyyətlər göz qabağındadır və blokadanı nəzərə almaqla möcüzə kimi bir şeydir. Hər kəs tərəfindən bu cür hərbi, siyasi və iqtisadi təzyiq altında olan heç bir kapitalizm ölkəsi prinsip etibarilə sağ qala bilməzdi. Şimali Koreya isə sağ qaldı, məcburən güclü ordu yaratdı və buna görə də insanlar orada varlı yaşamırlar.
Əslində, sosializm ölkələrinin sosializm qurmaq üçün ZAMANI olmadı, çünki onlar ilk sosializm ölkəsinin – SSRİ-nin yarandığı andan  mühasirə vəziyyətinə düşdülər.
Onların bu aqressiyaya qarşı məcburi cavabı hər şeyin, iqtisadiyyatın, ordunun və xalqın səfərbərliyi oldu. Bütün dünyanı dibinə qədər talayan və buna görə də daha çox resurslara yiyələnən ölkələrin elitaları sadəcə onların rahat inkişaf etmələrinə imkan vermədilər.
Amma vaxt gələcək və ağıllı insanlar  həm SSRİ, həm Kuba, həm Şimali Koreya təcrübəsini qiymətləndirəcəklər və Mavi oğurluq dünyasını birdəfəlik basıracaqlar.
Və ümumiyyətlə, sadəcə yalan danışmaq lazım deyil. Nə qolodomor haqqında, nə Şimali Koreya dəhşətləri haqqında, nə Stalin haqqında, nə ideal ABŞ haqqında.
Sadəcə yalan danışmaq lazım deyil.
O zaman hər şey öz yerində olacaq.

(c) S.Lopatnikov


Tərcümə Azərbaycan ekososialistlərinə məxsusdur