3 янв. 2013 г.

Qəzəb və Acizlik

Anton Baumqarten

Dünya böhranı haqqında qeydlər

Avropalı atalar və oğullar

Rusiya qaragüruhçuları və nasistlər ari Avropa tənəzzülü - onun ağdərili əhalisinin qocalması haqda şikayətlənməyi sevirlər.Rusiyanın respektabelli burjuaziya mətbuatı da heç onlardan geri qalmır. Hər ikisi üçün günahkarlar eynidir: “islamlaşma”,liberallar,”qeyri-passionarlıq” və hətta “konsumerizm”. Guya Avropa “tıxıb” və daha doğmaq istəmir. Əslində isə, Rusiyanının əhalisizləşməsi kimi Avropanın qocalması da iqtisadi səbəblərdəndir.

Avropa gəncləri xroniki işsizlikdən əzab çəkir. İşsizlik səviyyəsi o qədər yüksəkdir ki, gənclərin böyük hissəsi hətta adi vaxt ailə qura bilmir. Böhran vaxtı nə deyəsən. İndi Avropada 45 milyon insan işsizdir. Bu yalnız rəsmi hesablamalara görə belədir. İspaniyada gənclərin 55 %-i (25 yaşına qədər təhsil almayan gənclər) iş tapa bilmir. Yunanıstanda da vəziyyət eynidir. İtaliyada, İrlandiyada və Slovakiyada isə təxminən 40%. Orta hesabla Avropa Birliyi və Britaniya üzrə - 22%. ABŞ-da təxminən 17%. Dünya böhranın beşinci ilini yaşayırıq və hələ onun sonu görünmür. Amma bununla belə, qərb müşahidəçiləri təəccüblənirlər ki, gənclərin etiraz fəallığı yüksək deyil. Tez-tez bunu Avropada geniş təhsil imkanlarının olması ilə izah edirlər.Gənclər universitetlərdə "qoruna", çətin zamanların bitməsini gözləyə, yeni ixtisaslara sahib ola bilərlər. Belə imkanların az olduğu ABŞ-da işsiz gənclərin vəziyyəti daha ağırdır. Amma ABŞ-da gənclərin mübarizəsi ideyasız başlandı və buna görə də “işğalçıların” anlayışsız hərəkatı ilə yekunlaşdı.
Bu haqda mənim başqa izahım var. Qərb gənclərinin siyasi passivliyi onların ictimai şüurundan irəli gəlir. Dünyagörüşü son 10-15 il içərisində formalaşmış cavanlar müharibədən sonra SSRİ-nin dağılmasına qədər 60-70 ci illərin qərb gənclərində olan siyasi dünyagörüşünə və tarixi təsəvvürə malik ola bilmirlər , heç XX əsrin birinci yarısını demirəm. Prinsip etibarilə "tarixin sonu" atmosferində ,neoliberalizmin mütləq hegemonluğu və bu ideologiyanın mədəni əksi olan qərb triumfalizmi və şovinizmi şəraitində böyümüş nəsil sonrakı kapitalizm sistemin sərhədlərini keçən sosial təsəvvürə malik ola bilməz. Mən əlbəttə ki, əksəriyyəti nəzərdə tuturam. Marginal qatlar etibarlı marginallaşdırılıb.

Əgər tarixi təsəvvürün yoxluğuna müasir təhsil sistemi və bütün mədəni üstqurumlar tərəfindən calaq edilmiş tarixi düşüncəyə ,ümumiyyətlə böyük ideyalara etibarsızlıq da əlavə edilməsəydi bunu fəlakətin yarısı hesab etmək olardı. Bununla da, Qərbin əməkçi gəncləri keçmiş nəsillərin muzdlu əməyini qazanan hakim sinfin ön hücumu qarşısında ideya və mənəvi cəhətdən silahsız qaldı. Və bunu qeyd etmək lazımdır ki, onların atalarının siyasi şüuru daha geniş və dərin deyil . Bu avropa həmkarlar ittifaqlarının müdafiə hərəkətlərinin nəticələrindən və son illər təşkil olunan etirazlarda sistem, kapitalizm əlehinə vektorun yoxluğundan görünür.
"Ümumi tətillər"in sayı təsəvvürü təəccübləndirir, amma ən təəccüblüsü onların nəticələrinin acizliyidir. Sentyabrın sonunda Cənubi Avropada kütləvi tətillər və nümayişlər oldu. Portuqaliyada çalışan əhalinin az qala yarısı küçələrə çıxdı.

Yunanıstanda təkcə son il ərzində onların sayı onlarla idi. Amma burjuaziya və "beynəlxalq investorlar"ın heç bığı da tərpənmədi. İspaniyada həm tətil etdilər, həm parlament qarşısında səs-küy qaldırdılar, Barselonada da Kataloniya (indi muxtar əyalətdir) üçün müstəqillik tələbiylə milyonların qatıldığı nümayiş keçdi. Amma nəticələr sıfra bərabərdir. Hər yerdə eyni şeylər baş verir. İşçilər istismar sisteminin qorunmasının qiymətini onların çiyinlərinə qoyan avropa hökumətlərinin qərarlarına qarşı etiraz edirlər. Bu qiymət onda ifadə edilir ki, onlar aşağı əmək haqqı ilə daha çox və daha uzun müddət işləməli olacaqlar və öz sosail imtiyazlarının böyük hissəsindən məhrum olacaqlar. Burjuaziya tərəfindən özünə qarşı belə açıq müharibə elanını Avropa işçiləri artıq nəsillərdir görməmişdilər. Amma bu müharibənin heç bir sənədində vaxtilə Marks və Engels kimi gənc burjuaziya mütəfəkkirlərini öz tərəfinə cəlb etmiş sinfin inqilabçı şüurunun qığılcımlarını tapmaq mümkün deyil.

Keçmiş SSRİ işçiləri kimi Qərb işçiləri də inqilabçı sinfi şüuru və öz mübarizə təşkilatlarını çoxdan itiriblər. Onların düşmənləri isə əksinə, bu zaman ərzində çox gücləndilər və vahid cəbhədə çıxış edirlər. "Beynəlxalq investorlar", milli burjuaziya və onun dövləti, bir tərəfdən, milli işçi dəstələri — digər tərəfdən. Güclərin bərabərsizliyi aşkardır. Hər bir döyüşdə, ABŞ hərbi-siyasi gücünün müdafiəsinin altında bütün bəşəriyyətin ölü əməyinin beynəlxalq sahibkarlar yığını olan "investorlar" bu və ya digər ölkənin canlı əməyinə qarşı çıxır və öz şərtlərini yerli hökumət və burjuaziya vasitəsilə işçilərə yeridirlər. Həmçinin də fəhlə hərəkatında olan agentləri- profbürokratiya vasitəsilə. Yunanıstanın həmkarlar ittifaqının rəhbərlərindən birinin ifadə etdiyi kimi - " biz etirazsız təslim ola bilmirik". Yəni, biz təslim olmağa hazırıq, amma ədəb xatirinə bir az şuluqluq salmağa məcburuq. Keçən yaz İspaniya həmkarlar ittifaqları bir günə "ümumi tətil" elan etdi, və yalnız bundan sonra işçi əlehinə qanunvericiliyə icazə verdilər.

Fransa milli tətillərindən birinin iştirakçısının Avropa işçiləri arasında əhval-ruhiyyənin qiymətləndirilməsi ilə bağlı yazdığı məktub belədir.
• Sabah mən tətil edəcəyəm, amma həmkarlar ittifaqında və bütün Fransada qələbəyə şanslar barəsində pessimism atmosferi hökm sürür. İnsanlar daha üç il işləmək lazım olacağı haqda fikirdən qəzəb içərisindədirlər və eyni zamanda da bununla barışıblar. Heç kim inanmır ki, həmkarlar ittifaqları hökumətinin kursunu heç olmasa yotaya dəyişə bilər. Məncə, bu sosial-demokratiyanın nəticəsidir. İllər və "düzgün deputat"a səs vermək üçün sərf olunan onilliklər bizə "mütləq, amma çətin, büdcənin ixtisarları"na razılaşmalı olduğumuz tələblər (hökumətlər) qarşısında acizlikdən doğan ümidsizlikdən başqa heç nə vermədi.
• Həmkarlar ittifaqları fəhlə sinifinin, onun qətiyyətinin və hakim elitaya nəzarət etməyə yönələn gücünün ifadəsi olmalıdır. Amma profbürokratiya sayəsində həmkarlar ittifaqları kağız pələnglərə çevriliblər.
• Uzunmüddətli tətilə çağırmaq və bütün ölkəni həftələrlə dayandırmaq əvəzinə, həmkarlar ittifaqları ürəksizcəsinə işi birgünlük dayandırmağa çağırır. Onlar üçün tətil sadəcə hökumətə işçilərin "narazı” olduğunu göstərmək üsuludur. Hökumət bu haqda onsuz da yaxşı bilir!
• Mərci kasasını yalvararaq almağı dayandırmaq və haqlı olaraq bizə aid olanı götürmək, bunu isə nə Fransadakı həmkarlar ittifaqları istəyir , nə Yunanıstandakı, nə İspaniyada, Almaniyada və ya İngiltərədə. Onlar kapitalizmin dəhşətləri haqqında məruzə edərək, eyni zamanda da bizi sosial-demokratlara səs verməyə razı salmağa çalışacaqlar.
• Avropa həmkarlar ittifaqları hökumətlərə öz iradələrini diktə etmək əvəzinə ,istəyirlər ki, hökumətlər onları "eşitsin". Onlar leqalizmdə batıblar, kütlələr qarşısında sosial-demokratiya qorxusu ilə doludurlar və bircə şeyi arzu edirlər - sinfi düşmənlərlə "razılaşmaq".
Yaxşı, həqiqəti əks etdirən məktubdur, amma buna da diqqət edilməlidir ki, hətta belə radikal köklənmiş və siyasi savadlı avropalı işçi burjuaziya quruluşunun çərçivəsindən kənara çıxmır. Onun həmkarlar ittifaqlarına inamı sarsılmazdır. Guya, bizim bədbəxtliklərimizin səbəbi sazişçilik profbürokratiyasındadır,onda deyil ki, hətta siyasi savadlı işçilər belə düşünmürlər ki, onların sinifi dövləti burjuaziyanın əllərindən öz əllərinə ala bilərlər.
Tarixi müqayisə üçün, 1917-18-ci il Rusiya fabrik-zavod komitələrinin işçi aktivistlərinin bir neçə fikirini misal gətirəcəyəm...
"Həmkarlar ittifaqları bütün dünyada müflis oldu. Onlar harada ki, mövcuddurlar, orada bizi mübarizədən saxlayırlar" (Zavod nümayəndəsi).
"Həmkarlar ittifaqları — burjuaziyanın uşağıdır" (Petroqrad parovoz zavodunun işçisi Kulbakin).

"Həmkarlar ittifaqları yox olmalıdır və onlar yox olurlar" (Fabzavkom Mərkəzi şurasının sədri, yanvar 1918)
Baxaq , Ohayoda (2009) həmkarlar ittifaqlarıyla görüşdə prezident Obama işçilərə onların həyatının mənasını necə izah edir. Müflis olmuş Kraysler və General motors avtoqiqantlarını əhalinin hesabına müflisdən xilas etmək haqda danışaraq, Obama deyib: "Bu iş yerləri bir aylıq qəbzdən daha əhəmiyyətlidir. Bu qürur mənbəyidir. Bu orta sinif həyatına icazə vərəqəsidir... Əgər buna görə mübarizə aparmağa dəymirsə, nəyə görə aparmağa dəyər?"
Həqiqətən, nəyə görə?

TƏNBƏL YUNANLAR və "ALMAN MÖCÜZƏSİ"

Qərbin inhisarçı KİV-i və Rusiyanın kapitalist mətbuatı yunan işçilərini hər cür lağa qoydular.
"Yunanıstanda dəyişikliklər yetişib. Böyük dövlət sektoru heç ixtisar olunmayıb, maaşlar indiki nəsilin yaddaşına görə heç vaxt azalmayıb" – RİA-ın Afinadakı xüsusi müxbiri Aleksey Boqdanovskiy deyinir. Sən demə, kapitalizmdə əmək haqları daim enməlidir. Təəssüf ki, Boqdanovskiy və onun kolleqaları bu qanun haqda hardasa 88-89-cu illərdə sovet insanlarına xəbər verməmişdilər. Belə deyək, öz "jurnalist borcunu" yerinə yetirərək. Bir də gördün, biz boyunumuzun ardını qaşıyardıq və sosializmdə qalmağa qərar verərdik.

" Əgər ötən onillikdə almanlar qayışlarını çəkirdilərsə, əmək sığortalarını aşağı salırdılarsa və maaşların sıfır artımı ilə barışırdılarsa, Yunanıstanda maaşlar daim artırdı,turizmdən qazanılan "idxal edilən" avro isə yalnız inflyasiyanı qızışdırırdı. İndi Yunanıstan iyirmi il əvvəllə müqayisədə cəzbedici zəngin ölkədir. Elə ailə yoxdur ki, mülkiyyətində ev və ya böyük mənzili olmasın, bütün ərazilərdə (məsələn, Attikanın şərqi) yeni ikimərtəbəli evlərlə tikilmişdir". 2 .Bir tərəfdən yunan işçilərinin belə sırtıq cah-calalını, digər tərəfdən Almaniyanın şüurlu proletarlarının səxavətlə çəkilmiş qayışlarını görəndə jurnalist Boqdanovskinin tinin xeyirxah qəzəbini bölməmək çətindir. Amma tələsməyək. Kiçik faktlarla yoxlama - ikinci qədim peşənin rus məhsulunun oxucusu üçün məcburi şərtdir.

Məlum olur ki, cah-calalda batan yunanlar bütün avropa işçisindən daha çox işləyirlər,hamısından az əmək haqqı alırlar. Yunanıstanda iş həftəsi - 42 saatdır. Avropa üzrə orta iş həftəsi - 40,3 saat. Yunanıstanda orta əmək haqqı 800 avrodur (sosial sığorta və vergilər daxil olmaqla). Müqayisə üçün: İrlandiyada - 1300 avro, Fransada - 1250 avro, Niderlandda - 1400 avro. Almaniyada aylıq 1500 avrodan az əmək haqqı alan işçilər rəsmi olaraq az maaşlılar kateqoriyasına daxil olur.
Rusiya və qərb mətbuatında Yunanıstanın işçi sinfinə böhta kompaniyası əlbəttə ki, təəccübləndirmir, çünki o bütün içalatı və "müstəqil" jurnalistləri ilə birlikdə böyük kapitalistlərə aiddir. Amma bu böhtanın və oxucu kütləsinin aldadılmasının konkret ideoloji xarakterini vurğulamaq vacibdir. Bir halda ki, bu KİV-in əksəriyyəti neoliberalizm ideologiyasını təbliğ edir, amerikalılarla, almanlarla, britaniyalılarla və burjua xeyirxahlığının digər etalonlarıyla müqayisədə bu ölkədə inanılmaz dərəcədə şişirdilmiş dövlət qulluqçuları sektoru mərcanı tənbəl yunanlar haqqında mifin vacib hissəsidir. Amma mərcan elə ona görə mərcandır. Beynəlxaql Əmək Təşkilatının (tamamilə loyal burjuaziya təşkilatı) statistikasına görə, Fransada - 30%, İsveçdə - 34%, Niderlandda - 27%, Britaniyada - 20% və nəhayət, Almaniyada - 14% olduğu halda, Yunanıstanda dövlət qulluqçuları bütün muzdlu işçilərin 22,3% -ni təşkil edir. Almanlara çatmaq çətindir, amma bütovlükdə, Yunanıstanda bu göstərici Avropa üzrə orta göstəricidən aşağıdır. Və daha mühüm şərt. İctimai sektorun 300 min qulluqçusu müvəqqəti müqavilələr üzrə işləyirlər. Bu bildirir ki, onların maaşı çox aşağı, hüquqlar isə olduqca azdır.
" Amma alman işçisi yunandan daha məhsuldar," - kapitalın təbliğatçıları xatırladırlar. Əgər belədirsə, bunun yunan işçilərinə nə dəxli var? Kapitalizm cəmiyyətində istehsalın təşkilatçısı funksiyalarını kapitalistlər yerinə yetirmirlərmi?Bəs yunan işçinin məhsuldarlığının almana gözəştə getməməsi üçün işçini müasir əmək alətləriylə və texnologiyalarla kapitalist təmin etməməlidir ? Əgər o etməməlidirsə, onda kapitalistlər nəyə lazımdır? Onda yunan burjuaziyası həqiqətən "effektivlikdə" alman burjuaziyasına güzəştə gedir. O, sonuncudan daha əliəyri və daha tənbəldir. Onda vətənpərvərlik də zəifdir. Hər şeylə vergilərdən yayınmağa can atır və pullarını evində deyil, həmin Almaniyada saxlamağa üstünlük verir. Elə onları intizama öyrətmək və cəzalandırmaq lazımdır. Amma səxavətli almanlara daha yaxındaq baxaq.

Avropa Birliyi üzrə öz rəqiblərini ağıllı qabaqlamaq üsulunu alman kapitalistləri fikirləşdilər. Və artıq 20 ildir ki, onu tətbiq edirlər. Əvvəlcə, onlar əmək məhsuldarlığının daimi artımı vaxtı əmək haqqını dondurdular. İnflyasiyaları (indi 3 %) nəzərə alaraq Almaniyada son 10 ildə əmək haqqı 4,5 % düşdü. Bu ölkə daxilində alıcılıq qabiliyyətinin azalmasına və işdən azad olmalar və əhalinin təbii artımı hesabına iş qüvvəsinin "artıq"larının artmasına gətirib çıxardı. 2005-ci ilə Almaniyada işsizlik 13% -ə çatdı, gənclər arasında isə 20% -ə . Amma alman korporasiyaları Avropa Birliyi bazarları üçün mübarizədə rəqabət üstünlüyünü aldı və məhsuldarlıqla müqayisədə öz iş qüvvəsinin ucuzluğundan istifadə edərək, onları öz mallarıyla doldurmağa başladı. Ənənəvi işçi hərəkatı daha döyüşkən olan Cənubi Avropada kapitalistlər üçün daha ağır idi və orada işçini işdən azad etmək almanlara nisbətən daha çətin idi. Müvəffəqiyyəti məhkəmləndirmək lazım idi, və ağıllı alman dahisi təəccüblü ixtira yaratdı - iş qüvvəsinin alınmasında öz kapitalistlərinə güzəştlər edən dövlət.

Marksa görə, işçilərin əmək haqqının mütləq minimumu iş qüvvəsinin təkrar istehsal dəyərindən aşağı ola bilməz. Əks təqdirdə kapital özünü yenidən yarada bilməz, axı kapitalistlər hələ də işçisiz yaşamaq üsulunu tapmayıblar. Amma almanlar Marksı da aldatdılar. Onlar aylıq əmək haqqı 400 avro olan "mini-işlər" yaratdılar. Aylıq 400 avro bugünkü qiymətlərlə, yarım il sonra siz Osventsim dustağından bir az yaxşı görünəcəksiz. Amma 40 saatlıq iş həftəsi üçün kifayət qədər gücləri olsun deyə dövlət belə işçilərə tibbi sığorta kimi müxtəlif növ endirim və güzəştlər formasında işçilərə əlavələr ödəyir. Beləliklə, dövlət kapitalizmi əmtəənin təkrar istehsalını subsidiyalaşdırdığı kimi işçi qüvvəsi əmtəə istehsalının digər növlərini – qida məhsullarından tutmuş polada kimi - subsidiyalaşdırır.
İndi Almaniyada muzdlu işçilərin dörddən biri az maaşlılar (saata 9,15-dən az avro alan ) dərəcəsinə aiddir. 2010-cu ildə işçilərin bu kateqoriyası ölkənin şərqində orta hesabla 6,52 avro, qərbində 6,68 avro qazanırdı. Bununla belə bu işçilərin əksəriyyət peşə (təxminən 70%) və ya hətta universitet təhsilinə sahibdirlər (10%).

Keçən yaz alman həmkarlar ittifaqları 1991-2011-ci illər üzrə məşğulluq sahəsində trendlər üzrə geniş statistika dərc etdi. Məlum oldu ki, 20 ildə tam məşğulluq üzrə iş yerlərinin sayı 29,3 milyondan 23,9 milyona qədər düşüb. Amma qismən məşğulluq üzrə sayı 5,7-dən 12,5 milyona qədər böyüyüb. Bu və digər tədqiqatlar göstərir ki, altı alman işçisindən biri yoxsulluqda yaşayır. Bütün bunlar alman kapitalistlərinə Avrozonanı daha təcavüzkar şəkildə mallarla doldurmağa və asiya bazarlarında öz rəqabətədavamlılığını yüksəltməyə icazə verir. Beləliklə, "alman möcüzəsi" bir sıra Avropa ölkələrini müflisliyin kəndarına qoyub və onları öz işçilərinin iş qüvvəsinin qiymətini aşağı salmağa məcbur edir. Bu isə, öz növbəsində, onların əhalisinin alıcılıq qabiliyyətini aşağı salır və deflyasiya tendensiyalarını gücləndirir. Təəccüblü deyil ki, Beynəlxalq əmək təşkilatı avropa iqtisadiyyatının böhranının gücləndirilməsində Almaniyanı ittiham etdi və alman işçilərinin əmək haqqlarını artırmağa çağırdı.

"TƏBİİ QULLAR" və AMERİKA ZAMAN MAŞINI
Kapital hücumu iqtisadi, sosial və siyasi hüquqların yol ilə baş verir. Avropalılar əmək qanunvericiliyinin amerikanlaşdırılması üçün böhrandan istifadə etməyə çalışırlar: işçilərin işdən çıxarılması prosesini sadələşdirmək, əmək haqqını dondurmaq və ya hətta aşağı salmaq, pensiya yaşını yüksəltmək, həmkarlar ittifaqlarının təsirini məhdudlaşdırmaq və işə götürənlərin hakimiyyətini gücləndirmək.

"Avropa sahibkarlar üçün cənnətə çevrilir – Afina Əmək İnstitutnunun əməkdaşı Apostolos Kapsalis deyir, - və Yunanıstan bu prosesdə laboratoriya siçovulu rolunu oynayır. Yunanıstanda onlar bu istiqamətdə nə qədər uzağa gedə biləcəklərini yoxlayırlar".
Avropa işçilərinin sosial qazanclarına hücumun daha çox kapitalistlərin uzaq sinfi hesablamalarına, 20 əsrdə öz məğlubiyyətləri üçün tarixi revanş götürmək cəhdinə əsaslanması , nəinki, bilavasitə böhrandan çıxış imperativlərinə, fikri həmkarlar ittifaqı hərəkatlarına aid olan bir sıra müşahidəçilər tərəfindən bildirilməyə başlayır.

Alman Həmkarlar İttifaqlarının Elmi Tədqiqat İnstitutunun Hans Bekler fondunun istehsal münasibətləri üzrə mütəxəssisi Martin Berens danışır.
" Əgər Yunanıstanda minimal əmək haqqının azaldılması və ya İspaniyada işə qəbul və işdən azad edilmə prosesinin sadələşdirilməsi kimi addımları götürsək, onda bu ölçülər dövlət büdcəsinə birbaşa təsir etmir. Görünür ki, Avropa Birliyində və onun təşkilatlarında sükan arxasında tənzimlənməyən bazar cəmiyyətinin tərəfdarları dayanıblar".

Öz növbəsində, amerika plutokratiyası Ruzveltin "Yeni saziş" ilə yaradılmış sosial təminat sistemini sındırmağa, səhiyyə islahatının qarşısını almağa, pensiya sistemini özəlləşdirməyə ümid edir və s.
Rusiya kapitalistləri də öz yoldaşlarından geri qalmırlar. Onların baş təşkilatı, Sənaye Sahiblərinin və Sahibkarların Rusiya ittifaqı, Rusiya Federasiyasının əmək qanunvericiliyində sahibkarlara kollektiv müqavilələri öz istəyi ilə birtərəfli qaydada son verməyə icazə verəcək düzəlişlər edilməsini təbliğ edir. Xüsusi halda, bu düzəlişlər kapitalistə istənilən arzu edilməyən işçidən “səmərəli işləmək istəmir” bəhanəsi ilə qurtulmağa icazə verəcək. Belə bir düzəlişi – sovet xalqından oğurladığı “istehsal vasitələri ilə səmərəli hərəkət etmək istəməyən”kapitalistləri öz mülkiyyətindən məhrum etmək- bizim işçilərdən "müstəqil" həmkarlar ittifaqlarımız da daxil etməlidir.

Kapitalistlər öz qulluqçuları ilə birlikdə Putin rejimini öz ölkəsinin sosial təminatlarını azaltmağa, idealda onlardan tamamilə imtina etməyə çağırırlar, 12 saatlıq iş günü və səs vermə hüququnda məhdudiyyətlər arzulayırlar. Gördüyümüz kimi, onların sosial təxəyyülləri yerindədir. Amma bu bizim muzdlu işçilərimizdə yerində deyil. Bunu son il "müxalifətin" səs-küylü və anlayışsız Moskva etirazları parlaq nümayiş etdirdi. Eyni zamanda, bir neçə il əvvəl Mejdureçenskdə şaxtaçılar özünü təəccüblə "təbii qul" adlandırdılar. Düzdür, onlara kim olmalı olduqlarını izah etməmişdilər. Bu onların əcdadların dünyada ilk Sovet Respublikasını elan etməsindən 103 il sonra baş vermişdi. Belə alınır ki, şaxtaçılar hətta öz vəziyyətləri haqda əlifba həqiqətini belə bilmirlər ki, muzdlu əmək elə köləlikdir və başqa şey də ola bilməz! Və bunlar bu qədər "kommunist partiyaları" olan və kitabxanalarda milyon tirajlarla marksizm ədəbiyyatı toz basan ölkədə 20 il kapitalist özbaşınalığından sonra baş verir! Bizim "sol ictimaiyyətimizin" (ifadə üçün bağışlayın) öz kiçik güclərinin təsir nötəsini Moskva və Peterburqun aldadıcı-piar və qlamur mərkəzindən, təbii qulların sıx yaşadığı az cəlbedici ərazilərdə fokuslanmağın vaxtı deyilmi. Heç olmasa, ona görə ki, daha 20 il sonra sonuncular kimin kim olduğunu möhkəm əzbərləyə bilsinlər.

30 дек. 2012 г.


Bu poster nə şəriətin hakim olduğu və cahillikdə boğulan müsəlman ölkələrindən, nə sürətlə dindarlaşan, dindarlaşdıqca dünyəviliyini itirən Türkiyədəndir. Bu poster Azərbaycanın Astara şəhərinin küçəsində yerləşdirilibdir. Diqqətlə baxın. Posterin mənası odur ki, bütün elm yanlışdır, Harun Yəhya, hansı ki rəsmən ruhi xəstədir, dəryadır. Baxın və düşünün: bizim ölkəmizin - ki, quruluşu sağ (kapitalist) Cümhuriyyətdir - konstitusiyasına görə dövlətimiz dünyəvidir, yəni din dövlətdən, din məktəbdən ayrıdır, ayrı və məsafəli olmalıdır. Real həyatda belə deyil. Dindarlar, dini sektalar, təriqətlər istədikləri kimi, əllərini-qollarını sallayaraq təbliğatlarını aparırlar. Dövlət orqanları öz konstitusiya borcunu yerinə yetirmirlər, ya da yaxşı yerinə yetirmirlər. Bu ölkədə bircə ateistlərin üzünə bütün qapılar bağlıdır, onları dinləmək istəmirlər, onlara söz vermirlər. SSRİ bu müstəvidə də indiki ölkəmizdən üstün idi, dinləri dövlətdən (ictimai yerlərdən) və məktəbdən həqiqətən ayırmışdı. Adətən bu cür vəziyyətlərdə biz SSRİ-ni tərifləyəndə birilərinə elə gəlir ki, biz köhnə SSRİ-ni yaradılmasını arzulayırıq. Xeyir, bu belə deyil. SSRİ öz zamanəsinə və məkanına görə yaxşı dövlət idi. Sadəcə "SSRİ-ni dağıtmağa dəyərdimi?" sualını özünüzə vermənizi istəyirik. Nəyə görə, nəyin naminə biz o gözəlim ölkəni dağıtdıq? Savadsız və qərəzli insanlar SSRİ-ni imperiya adlandırır. O zaman Aİ-də imperiyadır. Biz Avropa İttifaqı kimi sosialist cümhuriyyətlər ittifaqının qurulmasını istəyirik. Necə ki SSRİ öz zamanəsinin ən yaxşı və qabaqcıl dövləti olub (əhalinin sosial təminatı sarıdan ən azından), yeni sosialist cünhuriyyətlər birliyi də öz zamanəsinin ən yaxşı dövləti olacaq. Bu, xəyal deyil.