28 апр. 2016 г.

Sosialist İnqilabı bizə nələri qazandırdı

- Aprel sosialist inqilabının qələbəsindən sonra Naxçıvan son yüzilliklər ərzində ilk dəfə olaraq Azərbaycan dövlətinin idarəçiliyinə qaytarıldı və Azərbaycan ərazi vahidi kimi beynəlxalq hüquqi müstəvidə tanındı.
- Aprel inqilabı Azərbaycanın daşnak Ermənistanı və meşevik Gürcüstanı arasında bölüşdürülməsi təhlükəsinə son qoydu, bir neçə il ərzində yüz minlərlə müsəlman əhalinin məhvinə səbəb olmuş daşnak terrorunun qarşısını aldı. Sovet hökumətinin qərarıyla daşnak silahla dəstələri Azərbaycandan Rusiyaya sürgün edildi və ğu terrorun başında duran bir sıra cəlladlar İnqilabi Tribunalın hökmüylə güllələndi.
- Üzəringə ay və beşguşəli ulduz təsviri olan qırmızı bayraq Azərbaycan Sovet Respublikasının dövlət bayrağı, Azərbaycan dili isə rəsmi dövlət dili elan olundu. Azərbaycan Sovet hökumətinin verdiyi avqust 1921-ci il tarixli dekretə əsasən Respublika ərazisində bütün kargüzarlıq işlərinin dövlətdilində, yəni Azərbaycan dilində aparılması rəsmiləşdirildi.
- 1921-ci il aprelin 21-də Nərimanovun imzalamış olduğu tarixi dekretə əsasən 30 minlik milli Qızıl ordu hissələri yaradıldı
- 1921-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycan Sovet Respublikasının dövlət Konstitusiyası qəbul olundu və Azərbaycan Şərqdə konstitusiyalı dövlət quruluşuna malik ilk ölkə oldu. Silklərə (bəy, xan, rəiyyət və s.) bölgü ləğv olundu, müsəlman dünyasında ilk dəfə insanlara vətəndaşlıq hüququ verildi Aprel inqilabının qələbəsindən sonra Azərbaycanda məhkəmə islahatları keçirildi, bəy və xanların məhkəmə orqanlarındakı hökmranlıqlarına son qoyuldu. Beləki inqilaba qədər məhkəmələrdə anca bəylərin, ağaların nümayəndələri təmsil olunurdu və nəticədə kəndlilərlə bəylər arasında yaranan bütün mübahisələr ağaların xeyrinə həll olunurdu. Bu vəziyyətdən istifadə edən bəylər kəndlilərin dədə-baba torpaqlarını zorla onların əlindən alır, məhkəmələrdə isə bu qəsbkarlıqlarına hüquqi don geyindirirdilər. Azərbaycan Sovet hökuməti məhkəmələrdə bəylərin hökmranlığına və təmsilinə son qoydu. Azərbaycan və Şərq tarixində ilk sivill vətəndaş məhkəmələri yaradıldı.
- Aprel inqilabının qələbəsi nəticəsində Azərbaycan tarixində ilk dəfə olaraq neft yataqları, digər faydalı qazıntılar, meşələr, çaylar, göllər və s. ümumxalq mülkiyyəti elan edildi
- Aprel sosialist inqilabından sonra Nərimanovun imzalamış olduğu dekretə əsasən Azərbaycan tarixində ilk dəfə Milli Aviasiya təşkil olundu, müsəlman ölkələri arasında ilk dəfə Azərbaycanda aeroportlar salınmağa başladı.
- Şərqdə və Sovet İttifaqında ilk dəfə olaraq Bakıda tramvay nəqliyyatının əsası qoyuldu (1924)
- Şərqdə və Sovet İttifaqında ilk dəfə 1926-cı ildə Bakıda ilk elektriklənmiş dəmiryol xətti çəkilib istifadəyə verildi
- Avropada ilk açıq tipli istilik-elektrik stansiyası Sovet Azərbaycanında istifadəyə verildi.
- Müsəlman Şərqində ilk rodio, ilk televiziya Sovet Azərbaycanında yaradıldı.
- Şərq ölkələri arasında ilk metro tikintisi Azərbaycanda həyata keçirildi.
- Şərqdə ilk Elmlər Akademiyası, Avropada öz dövrünün ən böyük teleskopuna sahib Şamaxı Astrofizika Rəsədxanası, Kosmik Tədqiqatlar Mərkəzi Azərbaycanda yaradıldı.
- Şərqdə və Sovet İttifaqında ilk elektriklə işləyən domna peçi, ilk krekinq zavodları və bir sıra ilk texnoloji yeniliklər birinci dəfə Azərbaycanda tətbiq olundu.
- Şərqdə ilk Konservatoriya, ilk Filarmoniya, ilk Ali Teatr Məktəbi Azərbaycanda yaradıldı.
- İnqilaba qədər cəmi 12 nəfər millətcə azərbaycanlı mühəndisi olan bir ölkə Aprel inqilabından sonra minlərlə mühəndisi, on minlərlə texniki işçisi olan qüdrətli sənaye ölkəsinə çevrildi. Azərbaycan ilk dəfə olaraq neft xammalı ixrac edən ölkədən neft-maşınqayırma avadanlıqları ixrac edən ölkəyə çevrildi. Sovet İttifaqında istehsal olunan neft-maşınqayırma avadanlıqlarının 70-75%- Azərbaycanın payına düşürdü. 60-70-ci illərdə SSRİ-də çıxarılan neftin cəmi 2-3%-ni verən Azərbaycan az qala İttifaqın bütün neft-maşınqayırma sənayesini öz əlində cəmləmişdi. Bu tip sənaye müəssisələrinin 43-dən çoxu Azərbaycanda yerləşirdi.
- İnqilaba qədər tarlalarında bir dənə də olsun traktoru, yük avtomobili, kombaynı olmayan geridəqalmış aqrar ölkə, Aprel sosialist inqilabından dərhal sonra minlərlə, on minlərlə traktoru, kombaynı, pambıqyığan maşını olan mexanikləşdirilmiş sənaye ölkəsinə çevrildi. Tariximizdə ilk dəfə olaraq elmi yeniliklər kənd təsərrüfatına tətbiq olundu, Mil-Müğan səhrası da daxil olmaqla torpaqlarda meliorasiya işləri aparıldı, torpaqlar gübrələndi, səhralaşmış torpaqlar yenidən kənd təsərrüfatına qazandırıldı.
- İnqilaba qədər elektrik işığının nə olduğunu bilməyən bir ölkə Aprel sosialist inqilabından sonra tam surətdə həm kəndləri, həm sənayesi elektrikləşmiş ilk Şərq ölkəsi oldu.
- İnqilaba qədər kəndlərinə bir manat da olsun investisiya qoyulmamış, bir nəfər də olsun aqronomu, zootexniki olmayan bir ölkətezliklə İttifaq miqyaslı aqrar sənaye kompleksi yaratdı. İttifaqın ən böyük konserv zavodları, baramaçılıq kombinatları, pambıqtəmizləmə zavodları Azərbaycan regionlarında yaradılıb istifadəyə verildi.
- İnqilaba qədər bir nəfər də olsun akademiki, professoru, elmlər doktoru olmayan, əhalisinin 90%-dən çoxunun oxuyub-yazma bilmədiyi, cəmi 100 nəfər azərbaycanlı müəllimi olan, 800 min uşağının məktəbin nə olduğunu bilməyən savadsız, naxırçılar, çobanlar ölkəsi Aprel sosialist inqilabından sonra əhalisi 100% savadlanmış, onlarla universiteti, elmlər akademiyası, elmi-tədqiqat institutları, regional miqyaslı Astrofizika rəsədxanası, kosmik tədqiqatlar mərkəzi olan intellektuallar ölkəsinə çevrildi.
- Şərqin ilk qadın professorları, ilk qadın nazirləri, ilk qadıq deputatları məhz Sovet Azərbaycanının yetirmələri olmuşdurlar.
- Sovet Azərbaycanı dünyəvi təhsil sisteminə keçən qadınların da kütləvi təhsilə cəlb edildiyi ilk Şərq ölkəsi kimi tarixə düşmüşdür. Şərqdə ilk dəfə əlifba islahatları Azərbaycanda həyata vəsiqə almışdır.
- İspaniya, Norveç kimi Avropa ölkələrində qadınların seçki hüququ olmayanda Sovet Azərbaycanında qadınlar deputat, nazir, müəssisə rəhbəri vəzifələrinə seçilir, xalq təsərrüfatında, elmi tədqiqat institutlarında kişilərlə bir cərgədə çalışırdılar.
- İnqilaba qədər cəmi bir neçə yüz tələbəsi olan bir ölkə Aprel sosialist inqilabından sonra hər on min vətəndaşına düşən tələbələrin sayına görə ABŞ, Fransa kimi dövlətləri açıq bir fərqlə üstələyirdi.
- İnqilaba qədər cəmi 114 nəfər həkimi olan bir ölkə Aprel sosialist inqilabından sonra hər min nəfər əhaliyə düşən həkimlərin, tibb işçilərinin sayına görə nəinki Türkiyə, İran, İrak kimi böyük müsəlman dövlətlərini, hətta Norveç, Hollandiya kimi Avropa dövlətlərini də qabaqlayırdı.
- Aprel inqilabının qələbəsi Anadoluda Şərqi Ermənistan dövlətinin yradılması planını iflasa uğratdı. Nərimanov Şərqi Ermənistan ideyasını Kremldə dəfn etdi.
- Nərimanovun imzaıyla 1920-ci il mayın 26-da milli-dini dəyərlərin qorunmasıyla bağlı Azərbaycan İnqilab Komitəsinin dekreti elan edildi. Sözügedən dekret tarixdə ilk dəfə olaraq Novruz bayramını, Aşura gününü, Qurban bayramını və Mövlud gününü qeyri-işgünü kimi rəsmiləşdirdi.
- Azərbaycan tarizində Aprel inqilabından bir il sonra ilk dəfə olaraq 1921-ci ilin sentyabrında arxeoloji qazıntılara başlandı və bununla da xalqımızın qədim tarixinin öyrənilməsi, milli arxeologiyanın əsası qoüuldu.
- Aprel inqilabından sonra Azərbaycan tarixində ilk dəfə olaraq su təsərrüfatının yaradılmasına kapital qoyuluşu həyata keçirildi. Təkcə bir beşillik ərzində Azərbaycanın su təsərrüfatına İttifoqbüdcəsindən 1 milyard 128 milyon manat kapital qoyuldu.
- Dünya tarixində ilk dəfə açıq dənizdə neft çıxarılmasının əsası qoyuldu. Məlumat üçün deyək ki, Xəzər dənizində neftin olmasını da ilk dəfə olaraq Nərimanov tərəfindən əsası qoyulmuş Azərbaycan Milli aviasiyası kəşf etmişdir.
- Aprel inqilabından sonra islam şərqində ilk kinostudya Bakıda təşkil olundu. Bununla da kütləvi və peşəkar mənada milli Sovet kinosunun əsası qoyuldu.
- İnqilabdan sonra Sovet hökuməti Azərbaycan vətəndaşlarına dünyada anoloqu olmayan pulsuz mənzil hüququ verdi. Bu hüquq hər bir çalışan insanın işlədiyi müəssisənin mənzil fondları hesabına pulsuz olaraq mənzillə təminatını nəzərdə tuturdu. Nəticədə hər il orta hesabla 2 milyon kvadrat metr mənzil tikilib pulsuz mənzil hüququ çərçivəsində əhaliyə paylanırdı. Bu indiki bazar qiymətləriylə hər il üçün 1-1,5 milyard manat məbləğində vəsait deməkdir
- Aprel inqilabının qələbəsi Azərbaycan zəhmətkeşlərinə pulsuz səhiyyə, pulsuz təhsil, təminatlı əmək və dövlət pensiya hüququ kimi bir sıra hüquq və azadlıqlar bəxş etdi.

Mənbə : Kommunist.biz

26 апр. 2016 г.

İosif Stalinin oğlunun məktəb müəlliminə cavab məktubu




Müəllim yoldaş Martışina:

“Vasili Stalinin hoqqalar barəsində məktubunuzu aldım. Məktuba görə təşəkkür edirəm. İşlərin çoxluğundan belə gec cavab verirəm. Üzrlü sayın. Vasili orta qabiliyyətli ərköyün böyüdülmüş gəncdir, vəhşidir, həmişə dürüst deyil, zəif “rəhbərləri” şantaj etməyi xoşlayır, çox zaman zəif və ya daha doğrusu qeyri-mütəşəkkil iradəli həyasızdır. Vasilini daim onun Stalinin oğlu olduğunu qeyd edən müxtəlif ‘xaç ataları və anaları ərköyün böyüdüblər. Mən sevinirəm ki, Sizin simanızda Vasili ilə hər kəs kimi davranan və ədəbsizdən məktəbin ümumi qaydalarına tabe olmağı tələb edən heç olmasa bir nəfər özünə hörmət edən müəllim tapıldı. Vasilini Sizin qeyd etdiyiniz direktorlar, məktəbdə yeri olmayan iradəsiz adamlar korlayırlar və əgər utanmaz Vasili hələ özünü məhv etməyibsə, bu bizim ölkəmizdə ərköyün bəy balasını cəzasız buraxmayan bəzi müəllimlərin olması ilə bağlıdır. Mənim məsləhətim : Vasilidən daha ciddi tələb edin və şıltağın saxta, intihar etmək barəsində şantajçı hədələrindən qorxmayın. Bu barədə sizi dəstəkləyəcəm. Təəssüf ki, özüm Vasili ilə məşğul ola bilmirəm. Amma söz verirəm ki, hərdənbir onun yaxasından yapışacam.”


İosif Stalin, 08.06.1938