6 авг. 2013 г.

Marta Xarneker: Latın Amerikası neoliberalizmə qalib gəldi

Tanınmış Çili jurnalisti,Latın Amerikası ərazisində intelektuallar arasında marksist nəzəriyyəçi kimi tanınan  Marta Xarneker Madriddə oldu, orada “Dünya qurmaq” adlı yeni kitabını təqdim etdi.
Onun siyasi meylləri fransız mütəfəkkiri, neomarksizmin istiqamətlərindən biri olan strukturalistik marksizm məktəbinin banisi Lui Altüsserin ideyaları üzərində formalaşıb. Çilidə hərbi çevrilişdən sonra, Auqusto Pinoçet hakimiyyətə gəldikdə, Marta Xarneker Kubaya gedir, orada Kuba kəşfiyyatının əsasını qoyan Manuel Pineyroya ərə gedir. Uzun illər Venesuelada Uqo Çavesin məsləhətçisi kimi çalışmışdır. İki il əvvəl Kanadaya köçmüş və kanadalı marksist,Simon Frezer Universitetinin iqtisadiyyat üzrə professoru Maykl Leboviclə ailə qurmuşdur. Marta Xarneker lütfkarlıqla El Pais ispan qazetinin suallarına cavab verdi.

-Sizin fikrinizcə hansı marksist fikirlər bugün də aktual olaraq qalır, və bugün dünyadakı proseslərin dərk edilməsində onlara nə qədər ehtiyac var?

-Karl Marks tərəfindən kapitalizm haqda söylənilmiş fikirlər, məsələn,istismar,tsiklik,böhranlar,təkrar istehsal haqqında söylənilmiş fikirlər,bugün də aktualdır. Zaman keçdikcə Marks tərəfindən yürüdülmüş qlobal  mülahizələr ədalətli oldular. İndi dünyada baş verən hadisələr yeni suallar ortaya qoyur, hansıları ki, Marks qabaqcadan nəzərə almamışdı və onlara cavab vermək lazımdır.

-Sizin İdeoloji baxışlarınız necə formalaşmışdır?

-Mənim müəllimim Altüsser olub. Marksizmi anlamaq üçün kritik oxuma metodunu ondan öyrənmişəm. Fransız mütəfəkkirinin nəzəriyyələri məni belə bir fikrə gətirib çıxardı ki, marksizm ona görə tupikə girdi ki, Sovet İttifaqında və sosializm düşərgəsi ölkələrində marksizmin qəbul edilməsinə doqmatik yanaşma tərzi vardı.

-İndi işçi sinfi haqqında əsas hərəkətverici inqilabi güc kimi danışmaq olarmı?

-Solların Latın Amerikasında əsas səhvlərindən biri bundan ibarət idi ki, onlar işçi sinfin aparıcı rolunun  Sovet İttifaqında təbliğ olunan mövqeyini mexaniki olaraq latin-amerikan regionuna aparmaq istəyirdilər. 1985-ci ildə başa düşdüm ki, inqilabı yalnız məzlum və alçaldılmış işçi sinfi etmir. İnqilabi güclərin sosial tərkibi daha genişdir.

-Bugün inqilabi proseslərdə hansı yeni güclər iştirak edə bilər?

-Tarix göstərdiyi kimi, bu kəndlilər,hindular,xristianlar,tələbələrdir. Bir sözlə, aparılan neoliberal siyasətdən narazı olan və onun bütün “gözəlliklərini” öz üzərində hiss edən hər kəs. Çilidəki hərbi çevriliş neoliberal siyasətə qarşı çıxan sosial hərəkatları boğmağa çalışırdı. Amma bu baş vermədi, və biz indi bu Cənubi Amerika ölkəsində böyüyən etirazçı hərəkatların şahidiyik.

-Fikrinizcə,cəmiyyətin neokonservativ inkişaf  variantı Latın Amerikası üçün nə dərəcədə xeyirli və ya ziyanlı idi?

-Cəmiyyətin neokonservativ inkişaf modeli ilk mərhələdə dünyaya yayılmaq ənənəsinə malik idi ki, bu da Frensis Fukuyamaya “tarixin sonu” haqda fikirlər söyləməyə əsas vermişdi. Bununla belə, cəmiyyətin neokonservativ inkişaf modeli 80-ci illərdə ilk əvvəl Latın Amerikası ölkələrində məhv olmağa başladı. Səbəb cəmiyyətdəki iqtisadi və sosial bərabərsizlik, sabahkı günə inamsızlıq oldu. Neoliberalizm cəmiyyətin neokonservativ inkişaf modelinin qəbirqazanları olan yeni sosial hərəkatların meydana gəlməsinə təkan verdi.

-Qərbdə belə bir fikir mövcuddur ki, siyasət pul dünyasına avtonomdur. Siz belə fikirlə razısızmı?

- Mən heç bir avtonomiya görmürəm. Qərar verənlər korporasiyalar və banklardır, siyasətçilər isə yalnız onların istəklərini həyata keçirirlər və onların maraqlarını müdafiə edirlər.

-Necə düşünürsüz, müasir dünyada böhranlardan çıxışın hərbi həlli ola bilərmi?

-Qlobal miqyasda hərbi konfliktin yaranmasını təsəvvür etmək çətindir, çünki bu nüvə fəlakətinə gətirib çıxaracaq. Amma lokal müharibələr mümkündür, amma onları dünyadakı hegemonluq və hakim mövqe ilə qarışdırmaq lazım deyil. Dünyada hegemonluq inandırmaq və ustalıq yolu ilə sübut olunur. Hegemonluq nə qədər azdırsa, dominantlıq o qədər çoxdur. Siz hegemonluğu itirəndə güc tədbirlərini istifadə etməyə başlayırsız.

-Belə bir fikirlə razısızmı ki, hazırda kapitalizm sisteminin özünü qoruması üçün şərait yaradılır?

-Düşünmürəm. Kapitalizmin böhranı mexaniki,öz-özünə, siyasi alternativsiz yaxınlaşmır.

-Bu hansı alternativdir?

-Bu neoliberalizm tərəfindən doğurulmuş çoxsaylı sosial-siyasi problemlərin həlli ilə məşğul olacaq geniş sosial platformanın yaradılmasıdır. Ən aşağı səviyyədə sosial bərabərsizlik yaradan səbələri müzakirə etmək lazımdır, Venesuelada sovetlərdə və Kommunalarda edildiyi kimi.

-Necə hesab edirsiz,İspaniyadakı “15 may Hərəkatı” və ya ABŞ-dakı “Uoll-Striti işğal et” kimi  hərəkatlar bu problemi həll edə bilərmi?

-Şübhəsiz. Problemlər  Latın Amerikasında məhz bu şəkildə həll olunmağa başladı.

Bolivarian adlandırılan  inqilabın gələcəyini necə görürsüz?

-Qeyd etmək istəyirəm ki, bu dünyada kifayət qədər maliyyə vəsaitləri vasitəsilə baş tutan ilk inqilab idi. Buna görə onu digər inqilabi proseslərlə qarışdırmaq lazım deyil. Əsas olan budur ki, Uqo Çaves oyun qaydalarının dəyişilməsinin vacibliyini başa düşdü və Kommunal Şuralar və Kommunalar vasitəsilə sonradan dövlət tərəfindən maliyyələşdirilən bu və ya digər layihələr irəli sürən xalq kütlələrini ön plana çəkdi. Beləliklə, Çaves dəyişiklik arzulayan milyonlarla sadə venesuelalılara öz tərəfinə çəkməyi bacardı.

-Bolivarian inqilabını zəif yeri varmı?

-Yəqin ki, iqtisadi aspektləri unudaraq sosial layihələrə investisiya yatırılmasına meyl.

-Məsələn, Braziliya kimi yeni derjavaların meydana gəlməsinə necə baxırsız?

-Braziliya Cənubi Amerika və ABŞ arasında güc nisbətinin dəyişməsində həlledici rol oynadı. Latın Amerikasında Millətlərin Cənubi Amerika İttifaqı (UNASUR) kimi yeni beynəlxalq təşkilatlar yarandı, Vaşinqton bu təşkilatda təmsil edilmir və indi öz istəyini Latın Amerikası ölkələrinə sırıya bilmir.

-Sizcə, SSRİ-nin süqutuna nə səbəb oldu?


-Bilirsiz, mən bu məsələdə həyat yoldaşın Maykl Leboviclə razıyam, o hesab edir ki, sovet hakimiyyəti paternalistik  şəkildə ölkə əhalisi ilə müəyyən sosial razılaşmalar qoydu. Onlar növbəti şeylərdən ibarət idi: biz  sizin əsas ehtiyaclarınızın ödənməsinə zəmanət veririk, əvəzində - siz siyasətdə iştirak etməkdən imtina edirsiz. Zəhmətkeşlərin siyasi həyatdan kənarlaşdırılması, ölkənin siyasi rəhbərliyi və xalq arasında sıx əlaqənin olmaması Sovet İttifaqının süqutuna gətirib çıxardı.

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

4 авг. 2013 г.

SSRİ-ni kim və necə dağıtdı. Bütün ölkə kimə işləyirdi

Andrey Fursov “Fulton başlanğıcı” (N11,2007) məqaləsində SSRİ-nin dağılma səbəbləri haqda yazır:

-1987-ci ildə ABŞ-ın xarici borcu 246 milyard dollara kimi artmışdı. 1987-ci ilin 19 oktyabrında Uoll-Strit katastrofik şəkildə alt-üst oldu. Belə vəziyyətdə ABŞ-ı yalnız möcüzə xilas edə bilərdi. Və bu möcüzə Qorbaçovun simasında ortaya çıxdı.  Qorbaçov nüvə bərabərliyinin demontajından başlayaraq hərbi və siyasi arenada SSRİ-nin bütün mövqelərini təslim etdi. (c)

Amma əlavə edim ki, Qorbaçov SSRİ iqtisadiyyatını da məhv etdi. 1987-ci ilin yanvarında xarici ticarətdəki məhdudiyyətlər ləğv edildi – o məhdudiyyətlər ki, SSRİ-nin daxili bazarını çökmədən qoruyurdu. Çünki bu məhdudiyyətlər olmadan SSRİ-nin daxili bazarı xarici bazara nəzərən ərzağa və əhalinin istehlak etdiyi əmtəə məhsullarına olan qiymət bərabərsizliyi ilə bir gün də olsun davam gətirə bilməzdi . Və birdən müəssisələrə və fiziki şəxslərə bütün əmtəələri - ərzaq,xammal,elektronika,enerji,kimya sənayesə məhsullarını, biz sözlə hər şeyi ölkədən ixrac etməyə icazə verildi. Sanki, SSRİ-nin böyük ərazisi üzərindən güclü qasırğa keçdi və ani olaraq ölkədən bütün maddi nemətləri sorub apardı. Ərzaq və sənaye məhsulları mağazalarının rəfləri boşaldı.

T.Karyaqina SSRİ iqtisadiyyatındakı “qara dəlikləri” yalnız 1988-ci ilin oktyabrında aşkar  etdi. Həmin ildə xaricə fiziki şəxslər tərəfindən 500 000 rəngli televizor, 200 000 paltaryuyan maşın aparılmışdı.
Tək bir əcnəbi ailə 1988-ci ildə bunları aparmışdı: 392 soyuducu, 74 paltaryuyan maşın,142 kondisioner.
Yüz minlərlə xarici təşkilatdan yalnız birinin əməkdaşları isə - 1400 ütü,138 tikiş maşını, 174 ventilyator.
Həmçinin:
3500 sabun parçası və 242 kq yuyucu toz – hansılar ki, xalq deputatlarının təkidi ilə guya sovet insanları üçün pulla alınmışdı.
Bu həmin dövrlər təsadüfən mətbuatda keçən məlumatlardır.
SSRİ-nin saysız –hesabsız gömrüklərinin yalnız  birindən təkcə 1989-cu il ərzində fiziki şəxslər tərəfindən 2 milyon tondan artıq defisit məhsullar çıxarılıb.
Krasnoyarsk pambıq-parça kombinatının məhsulları tamamilə çıxarılırdı. Həmin vaxt yaxşı mələfə 5 rubl, yorğan ağı – 8 rubl idi.
Hətta “İzvestiya” qazeti həmin günlər ölkənin halına acıyırdı. “Qiymətlər, pul və sosial ədalət haqqında” məqaləsindən:
-“ Bir qayda olaraq, bizdə dövlət məhsullarına olan qiymət bazar qiymətlərindən aşağıdır. Amma bu o demək deyil ki, o bizə ucuz başa gəlir. Bununla belə, heç kim bilmir nə qədər daha keyfiyyətli və ucuz mallar məhz keyfiyyət səbəbindən - piştaxtaya kimi gedib çata bilmir, bilinmir hara gedir. Və bu defisitlər üzərində nə qədər kriminal dollarlar qazanılır”. (22 may 1990-cı il).
Hətta “AiF” “ Çit və parça hanı?” məqaləsi ilə münasibət bildirmişdi:
-“1985-ci ildən sonra indiyə kimi görünməmiş eksport partlayışı başladı: xaricə parça tədarükü 3 dəfədən çox artdı, pambıq-parça tədarükü - təxminən 4 dəfə, kətan – 7 dəfə. Xarici ticarət daxili tekstil bazarının stabilliyini pozan faktora çevrilməyə başladı”.
Özü də “AiF”-də söhbət yalnız dövlət ixracatından gedirdi. Amma xüsusi ixracat dövlət ixracatını çox qabaqlayırdı.
Həm də ixracatın miqyasını müəyyən etmək mümkün deyildi. Elə həmin “İzvestiya” o zaman yazırdı: -“Bizim derjava dünyada nadir derjavalardandır ki,orada gömrük statistikası aparılmır”.
QIZIL EHTİYATININ QARƏT EDİLMƏSİ
21 iyul 1989-cu ildə yeni Gömrük qaydaları ilə SSRİ-dən qızıl və qiymətli daşların daşınmasına olan bütün məhdudiyyətlər götürüldü. Sovet gömrüyünün 70 illik əməyi bir anda məhv edildi.  O zamana qədər görünməmiş miqyasda qızıl daxili bazara atılırdı, sonra isə SSRİ-nin daxili qiymətlərinə əldə edilən qızıl okeanın o tayına aparılırdı.
Həmin dövrlərdə zərgərlik ticarətini “Moskovskiy komsomolec” belə təsvir edirdi: “ Ajiotajın, coşan təbii hadisənin, Dövlət Xəzinəsi hesabına zərgərlik məmulatlarının satışı normalarının dəfələrlə yerinə yetirilməsinin parlaq təsviri... Piştaxtalara hücum, yeni qızıl və qiymətli daşlar tədarükü tələbi ilə Dövlət Xəzinəsinin məktubları ilə topa tutmaq...”
Bu “Sunami hansı istiqamətə gedir?” adlı təsirli başlığı olan məqalədən sadəcə bir neçə sözdür.
O zaman “İzvestiya”dan qızıl və brilliantlara növbə üçün mübarizə  tələb edirdilər: -“Dövlətin qızıl ehtiyatı kimi güclü rezervi işə salmaq”.
“Sovetskaya kultura” qızıl daşınmasının yolunda dayanan gömrük kimi baryeri ümumiyyətlə aradan götürməyə səsləyirdi (bax: "Границы без замков", 25.08.90.)
Bir müddət sonra Q.Yavlinskiy mətbuatı qızıl ehtiyatının yox olması bəyanatı ilə vəlvələyə saldı. Amma tez də sakitləşdi. Nə qədər qızıl aparılmışdı?
2002-ci ildə iqtisadçı V.A.Qryaznov – Dövlət Xəzinəsinin əsas eksperti – qızıl və qiymətli daşların çıxarılması və bazarının tarixi və dinamikası haqda 3 böyük məqalə nəşr etdi. V.Qryaznovun məlumatları bunlardır:
1985-ci ildə SSRİ-nin qızıl ehtiyatı 2500 ton təşkil edirdi.
1991-ci ildə bu ehtiyat 250 tona kimi azalmışdı!!!
2250 ton qızıl ehtiyatından əlavə 1986-1990-cı illərdə əldə edilən əlavə 1500 ton da yox olmuşdu.
Məqalələrdən götürülmüş məlumatlardan başqa müxtəlif dövrlərdə qızılın və qiymətli daşların dəyəri haqda geniş məlumatları, dünya ölkələrində onların çıxarılma miqdarı barəsində  mütəxəssis tərəfindən yazılmış ensiklopediyanı bu linklərdən oxuya bilərsiz:
Bu linklərdə qiymətli metallarla və qiymətli daşlarla maraqlananlar üçün məlumatlar xəzinəsi var.
Qızılı ölkədən çıxarmaq sərfəli idi?
Həmin günlərdə qızılın qramı SSRİ-də təxminən 50 rubl dəyərində idi. Həmin vaxt dünya bazarında qızılın 1 qramı 13 dollar təşkil edirdi ( “AiF”, №8, 1990).
Ölkədən qızıl və qiymətli daş çıxaranlar nə “qaymaq” qazanırdılar?
Hazırda qızıl və qiymətli daşların qiyməti bütün mümkün sərhədləri aşıb. Görəsən Qərb SSRİ-dən çıxarılmış qızıllar hesabına nə qədər piylənib?
Müxtəlif “mütəxəssislərin” haqqında xəbər yaydığı "Bartseloviç möcüzəsi" nədir?
Amerika ekspertləri Balceroviçə istehsalatı və normal ticarəti ixtisara salmağı və  xırda ticarəti hər vasitə ilə genişləndirməyi təklif etdilər. Yəni, zəhmətkeş əhalini öz sinfindən uzaqlaşdırmağı və onu “spekulyantlar millətinə” çevirməyi. Bütün bu milyonlarla  sinifsizləşdirmə elementləri çəyirtkə sürüsü kimi SSRİ üzərinə uçdular və qopara bildikləri hər şeyi tonlarla ölkədən apardılar – xarici mebeldən tutmuş diş pastası tübikinə kimi.
Həmin günlərdə deputatların Qurultayında diş pastası  çatışmazlığına görə dəhşətli skandal və səs-küy qalxdı. Xalq deputatlarının  boğazını üzən bu çatışmamazlığın səbəbləri haqda düşünmək ağıla gəlmədi. Onlar sadəcə xaricdən 60 milyon dollarlıq diş pastası almağa qərar verdilər. Bu 60 milyon kimi varlandırdı?
Diş pastalarının gətirildiyi Fransada onun qiyməti 15 frank idi. SSRİ-də isə o 1 rubla satılırdı. Təbii ki, 60 milyon dollarlıq bütün həmin pasta bir anda yenidən xaricdə oldu.  Pastaları Polşaya hərəsi 500 tübiklik bağlamalarda göndərirdilər, amma  belə bağlamaların miqdarına məhdudiyyətlər yox idi. Bu bağlamaları  avtomobillərin dolu baqajları ilə aparırdılar. Qatarlarda dolu kupelərlə,  gəmilərin göyərtələrində dolu koneynerlərlə.
Fransa ətirlərini yeşiklərlə sərhədin  bu tərəfindən flakonu – 40 rubla və digər tərəfindən flakonu 80-100 dollara daşıyırdılar. Daha sonralar Polşadan Almaniyaya daşıyırdılar, amma artıq avropa qiymətlərinə. Hər şeyi daşıyırdılar və qarışqalar böyük şir bədənindən yalnız  çılpaq sümüklər saxladıqları kimi , orada da bu “ Balceroviç piranyaları”  sovet insanlarına boş piştaxtalar saxlayırdılar. Elə bir adda istehlak predmeti – qida məhsullarından tutmuş texnikaya qədər – yox idi  ki, daşınmasın. Bizim gözəl parçalarımız da daşınırdı.



Başqa mənbə:
“Leninqradskaya pravda”, 1992-ci il:
-“SSRİ-də 1990-91-ci illərdə adambaşına illik 38 metr parça istehsal edilirdi.  Onlardan 75%-i dünya kətan parça  istehsalını, 16% - yun parça, pambıq-parça – 13% və ipək – 12% təşkil  edirdi. Təkcə rəsmi olaraq ölkədən 50% kətan və 42% yun parça çıxarılmışdı”. 
Amma bu rəqəmlərdə ayrı-ayrı fiziki şəxslər tərəfindən çıxarılanlar nəzərə alınmayıb. Onlar isə çəyirtkə kimi qopara bildikləri hər şeyi aparırdılar. Yəni, ölkədən xaricə daşınma total – 100 %-lik idi! Ərzaqlar daşınırdı.
YAĞ DAŞINMASI:
SSRİ dünya kərə yağı buraxılışının 21,4%-ni istehsal edirdi (SSRİ əhalisi isə dünya əhalisinin 4,88%-ni təşkil edirdi). Yağ istehsalı artmağa davam edirdi, amma daşınma nəticəsində yağ üçün talonlar meydana çıxdı. Bir SSRİ sakini üçün kərə yağının miqdarı Britaniyadakından 26% çox idi.  Böyük Britaniyaya kərə yağı tədarükü aparılmırdı, amma London mağazalarında var idi. Sovet kərə yağı Afrikaya,məsələn Efiopiyaya göndərilmirdi, amma Ədis-Əbəbə-də sovet kərə yağı satılırdı. Və əlbəttə ki, SSRİ-də olduğundan 4 dəfə baha qiymətə.

Ət daşınması
1991-ci ildə ət istehsalı dünya səviyyəsinin 11,7%-ni təşkil edirdi. SSRİ-də ət istehlakı onun istehsalından 668 min ton aşağı idi. Amma vəziyyət daha pis idi. Bu rəsmi statistika məlumatlarıdır. Həmin illərin statistik tələsi də məhz bundan ibarət idi. Statistika ərzaq mağazaları üçün anbarlara göndərilən bütün yağ və əti SSRİ daxilində istehlak olunan hesab edirdi. Yağ və ət satışında heç kim pasport tələb etmirdi, və ona görə də SSRİ-də alınmış,amma onun hüdüdlarından kənara daşınanlar guya sovet xalqının rifah halını yüksəldirdi. Axı ticarət üçün nəzərdə tutulmuş çox tonlarla yağ və ət mağazalardan yan keçərək  birbaşa anbarlardan çıxarılırdı və SSRİ-dən xaricə aparılırdı – dənizdən konteynerlərlə, quru ilə qatarlarla və avto nəqliyyatla, havadan təyyarələrlə. Statistika isə hesab edirdi ki, bütün bunları sovet xalqı yeyib.

Niyə kapitalistlər hələ də fəğan edirlər ki, Heydər “ölkəni aclıqdan qorudu”?! Çünki o həmin yağa olan qiyməti elə qadırdı ki, kiçik alverçilər üçün onu ölkədən daşımaq əlverişsiz oldu (kiçik olmağına kiçik alverçilər idilər, amma çəyirtkə kimi bir sürü idilər).
Pavlov bəzi çatışmayan  malların qiymətlərini faizin az bir hissəsi qədər qaldırmağa çalışdı – heç nə də qalxmadı! Yəni, kütləvi daşınma SSRİ-ni məhv etməkdən başqa, heydərləri və şaxrayevləri hakimiyyətə gətirən mexanizmlərdən biri idi. 80-cı  illərin sonu 90-cı illərin əvvəllərində hər şey yox oldu: corablar və soyuducular, mebel və ütülər, televizorlar və bişqablar, mələfələr və paltaryuyan maşınlar! Kolbasa və  balıq,  şəkər və yarma – hamısını hücum çəkmiş çəyirtkələr yedi! Alüminium qazançalar, kasalar, qaşıqlar ən çox enerji sərf edilmiş və ekoloji təmiz olmayan hazırlanma mərhələsini keçmiş ucuz və qiymətli xammal daşınırdılar.
Tülkülər-daşıyıcılar sovet iqtisadiyyatının vaxtilə ən güclü gəmisini çürüntüyə çevrilənə kimi yedilər. Və 1991-ci ildə o süqut etdi.


Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur