16 апр. 2013 г.

İstehlak və ətraf mühitin müdafiəsi ("The Guardian", Böyük Britaniya)



Biz uzun müddət diqqətimizi yalnız “territorial” tullantılara toplamaqla istehlak səviyyəsinin artması problemini görməməyə çalışırdıq.

Corc Monbio (George Monbiot)


Hər bir cəmiyyətdə müzakirə edilməyən mövzular var. Bu cəmiyyətin rahat konsepsiyalarına zidd olan məsələlərdir. Bu o məsələlərdir ki, hansı ki, bizə həyatımızın sonlu olmasını xatırladır, bizim ümid etdiyimiz varislik üçün təhlükəlidir və bizə fikirlərimizin əsassız olduğunu sübut edir.
Onların içərisində elə mövzular var ki, “ekologiya və iqtisadi artım arasında ziddiyyət olmamalıdır” (Devid Kameron söylədiyi kimi) barəsində bizim etiqadımızı heçə çıxarır.
Mən bu yaxınlarda Londondakı yığıncaqlardan birində gülüş doğuracaq qədər qeyri-rasional həyat sürən çox varlı bir qadınla tanış oldum – burası da var ki, eyni gəlir səviyyəsinə malik bütün insanlar kimi: o, daim öz , mənzilləri və müxtəlif kurortları arasında köç edir, sanki onun həyatı - əbədi məzuniyyətdir. Mən ona nə ilə məşğul olduğum haqda danışdıqda, o mənə cavab verdi: “Razıyam, ətraf mühitin müdafiəsi – bu çox vacibdir. Mən özüm yenidən işlənmənin dəlisiyəm”. Amma, o özü izah etdiyi kimi, əsas problem ondadır ki, “insanlar çox sürətlə çoxalırlar”.

Mən əhali artımının problemin bir hissəsi olması ilə razılaşdım, amma əlavə etdim ki, istehlak səviyyəsi daha sürətlə artır və - insanların sayının artması ilə müqayisədə - bu prosesin sürətinin zaman keçdikcə azalacağının əlamətləri görünmür. Mənim bu bəyanatım onun üçün olduqca xoşagəlməz oldu - əhalinin sayının artım sürətinin azalmasını nəzərdə tuturam. Ona doğum səviyyəsinin demək olar ki, hər yerdə aşağı düşdüyünü və dünyanın demoqrafik tərəqqi yaşadığını söyləyəndə, o qəti surətdə mənə etiraz etdi : o, saysız səyahətləri zamanı “bütün bu insanların nə qədər uşaqları olduqlarını” görmüşdü.
Sinfinin əksər digər nümayəndələri kimi, o da öz hərəkətlərinə görə məsuliyyəti üzərindən artmaq üçün əhali artımından bir vasitə kimi istifadə edirdi. Belə əminlik ona məsuliyyəti başqa insanların – iqtisadi spektrın əks qütbündə yaşayan insanların - üzərinə atmağa imkan verirdi. Bu ona özünü elə göstərməyə imkan verirdi ki, guya onun alış-verişə sevgisi,uçuşlar və çoxsaylı mənzillərində sonsuz remontlar öz-özlüyündə heç bir problem yaratmır. Yenidən işlənmə və əhali artımı - ətraf mühitin müdafiəsi və istehlak səviyyəsinin artması arasında ziddiyyətləri görməmək üçün insanların yapışdığı amuletlərdir.
Biz eyni şəkildə, aldadıcı qlobal hesab sisteminin köməyi ilə istehlakımızın ən acınacaqlı nəticələrindən birinə diqqət etmədik. Bu bizə problemin yaranmasında əcnəbiləri, xüsusilə yoxsul əcnəbiləri, yenidən təqsirləndirməyə imkan verdi.

Millətlər parnik qazlarının atmosferə atılmasının ixtisarı məsələsi ilə bağlı danışıqlar apararkən, onlar yalnız öz sərhədləri daxilində istahsal olunan qazlara görə məsuliyyəti öz üzərlərinə götürürlər. Nəticədə bir qayda olaraq, bu dövlətlər yalnız öz tullantılarının hesabatını aparırlar. Və bu “territorial tullantıların” həcmi azaldıqda, onlar karbon əlamətlərinin azaldılmasında uğurlarına görə özlərini təbrik edirlər. Amma zəngin dövlətlərdən kasıb dövlətlərə bazarların qloballaşması və istehsalın miqrasiyası şəraitində belə territorial hesablama ətraf mühitə olan real təsirləri günbəgün daha az ifadə edir.
Bütün post-sənaye dövlətləri bu problemlə qarşılaşsa da, o Birləşmiş Krallıqda daha kəskindir, ona gorə ki, Birləşmiş Krallıq daxili və beynəlxalq təsir səviyyələri arasındakı fərq mənasında nəhəng tullantı ölkələri-mənbələri arasında birinci yer tutur. Birləşmiş Krallığın keçmiş hökuməti onunla öyünürdü ki, 1990-2008-ci illər arasında ölkə parnik qazı tullantılarını 19% azaltmağa müvəffəq olmuşdu. O özünü bu məsələdə hədəflərinə tezliklə nail olan və digər millətlərin nümunə götürə biləcəyi dünya lideri kimi göstərirdi.
Bununla belə, Birləşmiş Krallığın öyündüyü tullantıların ixtisarı sadəcə hesabat artefaktıdır. Digər dövlətlərdən aldığımız əmtəələrin istehsal təsirlərini hesaba alsaq, biz tullantılarımızın 1990-cı ildən 2008-ci ilədək 19%azaldığını deyə bilmərik. Və bizim bir çox kömür elektrik stansiyalarımızın hər elektrik vahidinə görə 2 dəfə daha az karbon qazı istehsal edən təbii qaza keçirilməsinə baxmayaraq, həqiqətdə onlar 20% artmışdır. Əgər “territorial” deyil, “istehlak tullantılarımızı” nəzərə alsaq, bizim öyündüyümüz statistika öz yerini acınacaqlı məğlubiyyət tarixinə verməlidir.

Bizim saxta hesabatımızın daha 2 xoşagəlməz nəticəsi var. Birincisi, istehsalını tələb etdiyimiz əmtəələrin əksəriyyəti indi digər dövlətlərdə hazırlanır, bizim artan istehlakımızın günahını bu dövlətlər öz üzərinə götürür. Məsuliyyətdən qaçmaq üçün əhali artımından istifadə etdiyimiz kimi, Çindən də istifadə edirik. Çində hər 10 saniyədə yeni elektrik stansiyası tikildiyi halda, biz niyə öz istehlak səviyyəmizi azaltmalıyıq deyə minlərlə insan mənə sual verəcək?

Amma, zərərli tullantıları necə hesablamamız həddən artıq öz-özümüzü arxayınlaşdırmağımıza və ədalətsiz olaraq Çini təqsirləndirməyimizə imkan yaradır. İcma Palatası nəzdində Energetika və iqlim dəyişikliyi üzrə Komitənin dərc etdiyi qrafik göstərir ki, Çində istehlak səviyyəsinin hesaba alınması onun ayağına yazılmış, təqribən 45% tullantıların həcmini azaldacaq. Çin elektrik stansiyalarının və natəmiz istehsalatlarının əksəriyyəti bizim bazarları məhsulla doldurmaq və Birləşmiş Krallıqda,ABŞ-da və başqa varlı dövlətlərdə daha çox əmtəə sayına olan sönməz tələbi təmin etmək üçün tikilmişdir.
Bundan əlavə, saxta hesabat istehlakın qlobal istiləşməyə ağır töhfə verməsi faktını gizlədir. Biz təkcə öz territorial tullantılarımızın hesabatını apardığımızdan, adətən müxtəlif xidmət növlərinin – misal üçün, qızdırma,işıqlandırma və nəqliyyat - təsirini şişirdirik və əmtəə istehsalının təsirini kiçildirik. Amma şəklə bütövlükdə baxın, və siz başa düşəcəksiz ki, Birləşmiş Krallığın məsul olduğu bütün karbon qazı tullantılarının 57%-i istehsal və istehlakın payına düşür.
Təəccüblü deyil ki, çox az adam bunu müzakirə etmək istəyir,çünki, bu problemin həlli istehlak həcminin azaldılması olmalıdır. Mustafa Mond “Brave New World” kitabında yazdığı kimi, “sənaye sivilizasiyası yalnız özünü hər şeydən məhrum etmə olmadığı zaman mümkündür. Yalnız gigiyena və iqtisadiyyatla məhdudlaşan bütün arzulara mane olmamaq. Əks halda təkərlər fırlanmağı dayandıracaq”.

Müasir iqtisadi sistemin sağ qalması onun daimi artımından asılıdır. Sonsuz və hədəfsiz istehlak sisteminin saxlanmasının bizim canlı planeti dağıtmadan və bəşəriyyətin perspektivlərini məhv etmədən qeyri-mümkünlüyü məhz heç kimin müzakirə etmək istəmədiyi məsələlərdir.
Təkcə territorial tullantılarımızın hesabatını aparmaqla, biz elə edirik ki, bizim artan istehlakımızın nəticələri qara tüstü buludunda yox olur: biz problemə və bizim problemə münasibətimizə göz yumuruq.
Amma bu fokusun nəticələri bəzi insanların diqqətini cəlb etməyə başlayıb.
İqlim dəyişikliyi üzrə Komitə aprelin 24-də istehlak tullantılarının, böyük ehtimal ki, artacağı və hökumətin uyğun cavab tədbirləri görməli olacağı haqda məruzə dərc edəcək.
Ümid edirəm, bu bizim uzun müddət qaçdığımız dialoqun başlanğıcı olacaq. Nəticələr üzərində ciddi düşünmək üçün çoxunuzmu hazırsınız?


Nəşrin originalı: Let's stop hiding behind recycling and be honest about consumption

Tərcümə Günel Muradova