7 февр. 2014 г.

                                Bakıda ilk tramvayın buraxılması, 08 fevral 1924


8 fevral 1924-cü ildə Bakıda ilk tramvay sisteminin açılışı olmuşdur. Bakı tamvayının ilk marşrutu Vağzal – Azneft meydanı olub.Bakı elektrik tramvay qatarı daha əvvəllər əsası H.Z.Tağıyev və başqa 5 mesenat tərəfindən qoyulmuş Bakı kongasının əvəzinə yaradılmışdır. Sovet hökuməti tramvay sisteminin inkişafına xüsusi diqqət ayırırdı. Sovet xadimi M.İ.Kalinin sözləri bunu sübut edirdi: “Əgər şəhərdə tramvay işləyirsə, deməli şəhərdə Sovet hakimiyyəti fəaliyyət göstərir”.
60-cı illərdə Bakı tramvayının inkişafı metropoliten şəbəkəsinin genişləndirilməsilə, avtobus və trolleybusun inkişafı ilə  əlaqədar olaraq daha az templərlə gedir. 2004-cü ildə sonuncu tramvay xəttləri tamamilə yığışdırılır. Tramvay sistemi tamamilə məhv edilməsəydi, çox güman ki, şəhərlərdə insan sağlamlığı üçün zərərli olan bu qədər tıxac, maşın sıxlığı olmazdı. Bugün ictimai nəqliyyat kimi tramvayları əvəz edən avtobusları yararsız vəziyyətə gətiriblər – gediş haqqlarının qaldırılması bütün əksər ölkələrdə olduğu kimi bizdə də tendensiya təşkil edir, bu nəqliyyat növləri əksərən natəmiz və texniki yararsız vəziyyətdə olur, saatlarla tıxaclarda ilişib qalır və buna görə də insanlar mənzil başına gec çatır, tez-tez qəzalar törədilir və s. Bütün bunlar isə şəxsi avtomobil ehtiyacı yaradır.Bugün avtomobil almaq istəyən insanlar məhz yuxarıda sadaladığımız mənfi hallardan bezib avtomobilə sahib olmaq istəyirlər. Və bu zaman da şəxsi rahatlıqlarını önə çəkdiklərindən yaşadıqları şəhərin, ölkənin, ümumilikdə planetin ekoloji durumunu unudurlar. Axı hər kəsin özünə şəxsi avtomobil alması vəziyyətdən çıxış deyil, bu vəziyyətin daha da kəskinləşməsidir. Buna görə də, həm insanlar, həm də planet üçün səmərəli olacaq şey pulsuz ictimai nəqliyyat sistemi yaratmaq və tramvay sistemini bərpa etməkdir. Belə olduqda şəxsi avtomobillər tələbat olmağı dayandıracaq, onlara ehtiyac qalmayacaq, yollar boşalacaq. Yolların boşalması təmiz hava, təmiz hava isə sağlam insanlar deməkdir.


5 февр. 2014 г.


60-cı illərdə SSRİ-də kitab yarmarkalarında sərgilənən kitablar. Sovet Azərbaycanı ilə “müstəqil” kapitalist Azərbaycan arasındakı fərqi görə bilirsiz? Şəhərdə yerləşən istənilən kitab dükanına baş vurun və baxın, orada oxşar kitablara rast gələcəksizmi. Gəlməyəcəksiz. Çünki, “müstəqil” kapitalist Azərbaycanda nə elmi işlərə, nə də iqtisadiyyata aid kitab yoxdur. Etiraz edəcəksiz ki, “Var, iqtisadiyyata aid xüsusilə kitablar çoxdur”. Amma yanılırsız. Bugün kitab mağazalarının piştaxtalarını menecmentə, marketinqə, reklama və s. aid kitablar bəzəyir. Kitablarda sizə uğurlu biznes qurmaq, varlanmaq yolları “öyrədilir”. Özü də belə kitablar adətən uğurlu biznesə imza atmış şirkətlər, transmilli korporasiyalar, iş adamları tərəfindən buraxılır, guya onlar sizinlə öz uğurlarının sirrlərini bölüşürlər. Bir düşünün: Bu onların nəyinə gərəkdir? Həqiqətən düşünürsüz ki, onlar bazarlarda, həyatda özlərinə rəqib yaratmaq istəyirlər? Gülməlidir. Özü də bu kitablar az qala dünyanın bütün dillərinə tərcümə olunub planetə yayılır. Hətta sizə necə yaşamağı öyrədən kitablar da var. Yəni, həqiqətən öz həyatınızı doğru-dürüst yaşamaqda bir kitaba bu qədər ehtiyac duyursuz? Məsələ bundadır ki, bu kitablar sadəcə onların müəlliflərinə gəlir gətirmək üçün yazılır. Hətta belə bir ifadə də var: “ Bir milyon qazana bilmirsənsə “Necə milyon qazanmaq olar” adlı kitab yaz”. Bir misala baxaq, Apple korporasiyasının məhsullarının 60%-ni sensor ekranla təmin edən “Biel Crystal” şirkəti işçilərini qul kimi istismar edir. 60 mindən çox işçisi olan şirkətdə işçilər çox ağır şəraitdə, sutkada 15-16 saat, 20 dəqiqəlik nahar fasiləsi ilə işləyirlər. Ayda bir dəfə 24 saatlıq istirahət günləri olur. İnsanlar bununla bağlı Honkonqda yerləşən Apple Store mağazası qarşısında etiraz edirdilər. Bu da Apple kimi korporasiyanin biznes ugurunun sirri! Bu uğurun "sirri" haqda heç bir kitabda bir söz açılmayacaq, yazılanlar isə sadəcə boş şeylərdir. Onları siz də bilirsiz. XXİ-ci əsr informasiya əsridir, daha çox informasiyaya sahib olanlar daha çox şeylərə malik olurlar. Amma bugün kitab piştaxtalarından, TV kanallarından sizin beyninizə yeridilən informasiyalar yox. Onlar sadəcə beyin yumaq, sizdən istifadə etmək üçün düşünülüb, bunu unutmayın.

"Əziz qardaşlar!
Kuba bu konfransda birincisi, Latın Amerikasının yeganə nümayəndəsi, ikincisi isə, sosializm quran, inkişaf edən ölkə kimi iştirak edir.
Biz Asiya və Afrika xalqlarının nümayəndələri qarşısında təsadüfi çıxış etmirik. Biz ümumi məqsədə - imperializmin məğlubiyyətinə birlikdə gedirik.
Biz söyləyirik, ölkənin azadlıq qazanması dünya imperializm sisteminə zərbədir. Amma biz dərk etməliyik ki, müstəqilliyin elan olunması və ya silah yolu ilə qələbə sadəcə işin yarısıdır. Müstəqillik yalnız o zaman olur ki, ölkə imperializmin iqtisadi zəncirlərini dağıdır. Bu zəncirləri qırmaq sosializm ölkələri üçün ölüm-dirim məsələsidir. Bizə ideologiyamız tərəfindən diktə olunan bizim beynəlxalq borcumuz, vəzifəmiz tamamilə və hər şeyi əhatə edən azadlıq uğrunda bütün gücümüzü birləşdirməkdir. Burdan nəticə çıxır ki, azadlıq yoluna qədəm qoyan ölkələrin inkişafı sosializm ölkələri tərəfindən ödənilməlidir. Biz heç kimi şantaj etmək, bu bəyanatımızla Asiya və Afrika xalqlarının rəğbətini qazanmaq istəmirik, amma biz sadəcə müqəddəs məsləyimizi söyləyirik. Sosializm insanların düşüncəsində dəyişikliklər yaradır və onlarda həm individul səviyyədə, həm də dünya səviyyəsində planetin bütün sakinləri qardaşlıq əlaqəsi hissi doğurur; sosializm ölkələri imperializm əsarəti altında əzab çəkən bütün xalqları qardaş kimi görməlidirlər." (Çe Qevaranın İkinci afro-asiya iqtisadi konfransındakı nitqindən, 24 fevral 1965-ci il)
Rusiyanın Soçi şəhərində Olimpiada başlayacaq, xarici jurnalistlər Soçiyə gəlib otellərdə yerləşiblər... və gördüklərindən dəhşətə gəliblər: 9 oteldən 3-ü hələ hazır deyil, tikinti işləri gedir, koridorlarda işçilər və küçə itləri gəzişir, hazır olan otel otaqlarında da divar qopub dağılır.. su yoxdur, axanda da şəkildə gördüyünüz kimi axır.. Sözsüz ki, biz xarici jurnalistlərin hər dediyinə inanmırıq. Sadəcə müasir kapitalist Rusiyanın "müstəqil" kapitalist Azərbaycanla eyni şey olduğunu bilirik. Orada da dövlət büdcəsini dağıtmaq üçün müəyyən, bəzən lazımsız proyektlər həyata keçirirlər.. Soçi ümumiyyətlə qış Olimpiadasına tam yararlı deyildi. Üstəlik Soçi nə vaxtsa çar Rusiyasından köçürülmüş çerkeslərin əsas yerlərindən biridir. Bəzi olimpiya obyektləri hətta çerkes qəbirlərinin üstündə tikilib... Yəni kapitalistlər ABŞ-da hinduların başına gətirdikləri oyunların bir qismini çarizm çerkeslərə qarşı edib. Sovet hökumətinə "qeyri-rus xalqları incitdi" böhtanı atan savadsız və şərəfsiz psevdointellektuallar çar Rusiyasında baş verənlərdən heç danışmazlar. Danışmazlar ki, yalanlarının quyruğu görsənər. Sosializm dövründə SSRİ-nin ərazisində yaşayan bütün xalqlar tarixlərində yaşamadıqları inkişafı yaşadılar. Sovet hökuməti eskimoslardan tutmuş qafqaz xalqlarına qədər heç bir xalqın hüququnu tapdamayıb, tam əksinə , onları öz bəylərinin, kapitalistlərinin tapdağından xilas edib.

3 февр. 2014 г.


1945-ci ilin 4-11 fevral tarixlərində İkinci Dünya müharibəsində 3 mütəffiq derjavaların başçılarının (İ.V.Stalin, F.D.Ruzvelt və U.Çörçil) iştirakı ilə Krım Konfransı keçirilmişdi.Konfransda mütəffiq derjavaların hərbi planları və müharibədən sonra sülh və beynəlxalq təhlükəsizlik sisteminin əsas prinsipləri müzakirə edilmişdi. Konfrans iştirakçıları öz hədəflərini bəyan etmişdilər: alman militarizminin və nasizmin məhvi.
1945-ci il fevralın əvvəlində, Krım konfransının fəaliyyəti günlərində Hitler özünün siyasi vəsiyyətnaməsini hazırlayırdı. O, 1945-ci ilin 7 fevralında “özünü Birləşmiş Ştatlar adladıran yırtıcı haqqında danışmaq” qərarına gəlir. “Onların yırtıcıdan başqa adı yoxdur! Bütün Avropa, onların anası, var gücüylə bolşevizm təhlükəsinin dayandırmağa çalışdığı halda, Birləşmiş Ştatlar Ruzveltin başçılığı altında özlərinin əfsanəvi resurslarını yalnız onları boğmaq haqda düşünən bu asiya barbarlarının xidmətinə verməkdən başqa yaxşı bir şey tapmadılar.”

Amma Hitler Ruzveltin SSRİ-yə yaxşı münasibəti barəsində səhv edirdi. Onun həyat yoldaşı Eleonora xatirələrinin birində söyləyirdi ki, bir dəfə amerika məktəblərindən birindəki xəritə onu təəccübləndiribmiş – xəritədə SSRİ-nin yerində tamamilə ağ ləkə olub. Ona izah ediblər ki, həmin ağ yerdə o dövlət yerləşir ki, onun adını belə xatırlamaq qadağandır.




Savadsızlığı aradan qaldırmaqla Sovet İttifaqı əhalisinin böyük çoxluğu savadsız kəndli kütlələrindən ibarət olan bir dövlətdən elmi işçilərinin sayına görə dünyada ilk yeri tutan derjavaya çevrilmişdi. Sovet Azərbaycanı da həmin mütərəqqi inkişafın mərkəzində idi. Sovetlərə daxil olan bütün respublikalar mütərəqqi elmi inkişafın mərkəzi idi, çünki inkişaf bütün sahələrdə, bütün regionlarda planlaşdırılmış, bərabər şəkildə aparılırdı. İnkişaf periferiyalar və mərkəz bölgüsü ilə getmirdi.



Ingilis yazıçısı Q.Uells 1920-ci ildə Sovet Rusiyasına səfər edir və Leninlə görüşür. O təəsüratları barəsində yazırdı:
“Məsələ burasındadır ki, həqiqi marksist kimi bütün “utopistləri” inkar edən Lenin sonda özü də utopiyaya, elektrifikasiya utopiyasına düçar oldu. O, üzərinə düşən hər şeyi edir ki, Rusiyada işıqlandırma, nəqliyyat və sənaye üçün bütün quberniyalara enerji verəcək nəhəng elektrostansiyalar yaratsın. O söylədi ki, sınaq kimi artıq iki rayon elektriklə təhciz edilib. Belə böyük düzənlikləri olan, meşələrlə əhatə olunan, savadsız kəndlilərin məskunlaşdığı, su enerjisi olmayan, texniki təhsilli insanlar olmayan, ticarət və sənayenin demək olar ki, məhv olduğu bir ölkədə bundan da cəsarətli bir layihə təsəvvür etmək mümkündürmü?

Belə elektrikləşdirmə layihələri indi Hollandiyada həyata keçirilir, İngiltərədə müzakirə olunur və təsəvvür etmək çətin deyil ki, əhalisi sıx olan bu  yüksək inkişaf etmiş sənayeli ölkələrdə elektrikləşdirmə uğurlu, rentabelli və ümumiyyətlə əlverişli olacaq. Amma belə layihələrin Rusiyada həyata keçirilməsini yalnız yüksən fantaziyanın köməyilə təsəvvür etmək olar. Hansı sehrli güzgüyə baxmağımdan asılı olmayaraq, Rusiyanın belə gələcəyini görə bilmirəm, amma Kremldəki alçaq boylu insan bu bacarığa malikdir. O, dağılmış dəmiryollarının yerində necə yeni, elektrikləşdirilmiş yolların yaranacağını, yeni şose yollarının bütün ölkədən necə keçməsini, yenilənmiş və xoşbəxt, sənayeləşmiş kommunizm derjavasının necə yüksəldiyini görür. Və onunla söhbət zamanı o az qala məni özünün qüdrətinin reallığına inandırmışdı.

-Və siz bütün bunları bərk-bərk yerdə əyləşmiş kişilərinizlə öhdənizə götürəcəksiz?

...Bolşeviklər təkcə cəmiyyətin maddi təşkilati formasını deyil, həm də bütöv bir xalqın düşüncə tərzini dəyişməli olacaqlarını sübut etməyə çalışaraq onunla mübahisə edirdim... Lenin məndən soruşdu ki, işıqlandırma sahəsində hansı görülən işləri gördüm. Bəzi şeyləri təriflədim. O razı şəkildə gülümsədi. O öz işinə hədsiz inanır.

-Amma bunlar sadəcə eksizlər, ilk addımlardır, - mən söylədim.”

Uells SSRİ-yə növbəti səfərini 14 il sonra etmişdi və ölkəni taniya bilməmişdi. Ölkə tamamilə işıqlandırılmışdı, demək olar ki, bütün əhali yazmağı və oxumağı bilirdi, dövlətin özü isə sənayecə inkişaf etmiş derjavaya çevrilmişdi. Uells 1934-cü il səfərindən sonra yazırdı: “İndi 14 il əvvəl yazdığım kitaba baxarkən, etiraf etməliyəm ki, Lenin ,ən azından, həqiqətən böyük insan idi”.


Tərcümə Azərbaycan Ekososialistləri