31 мая 2013 г.

Sosializm işləyə bilər

Əgər kapitalizm işləmirsə, alternativi nədir? Yaranmış qlobal böhranla əlaqədar olaraq daha actual olan  bu sual yəqin ki, bütün dünyada milyonlarla insanın ağlına gəlib, bəlkə də yüz milyonlarla. Problem isə bundadır ki, bu milyonlar mətbuatdan, siyasətçilərdən alınmış informasiyaya və öz şəxsi təcrübələrinə əsaslanaraq cavab verməli idilər ki, həqiqətdə heç bir alternativ yoxdur. Alternativ  yoxdur. Hər halda, kapitalizmin dəyişdirilmiş versiyasının davamı olacaq, Qordon Braun və Barak Obama tərəfindən təklif edilmiş “yeni Keynsiançılıq” adlandırılmış alternativ yoxdur.

Faktiki olaraq, sözsüz alternativ – ən azı 160 il ərzində mövcud olan sosializmdir. Karl Marks və Fridrix Engels hələ  1848-ci ildə məşhur Kommunist Manifestini yazmışdılar. Sosializm, kapitalizmdən fərqli olaraq, çox sadədir. O, əsas vasitələrin və istehsal nəticələrinin (torpaq, fabriklər, banklar, firmalar və s.) kollektiv mülkiyyətini  və nəzarətini nəzərdə tutur. Şəxsi mənfəət olmadan insan ehtiyaclarının təmin olunması üçün istehsal və cəmiyyətin sinfi bölgüsünün ləğvini. Bəzi insanlar belə həyatın üstünlüklərini qəbul etmirlər, ona görə yox ki, sosializmi başa düşmək çətindir, sadəcə onlar düşünürlər ki, bütün bunlar həqiqət olmaq üçün  çox yaxşıdır. Çoxları  kapitalizm dövründə  yaşayaraq, mənəviyyatsızlaşır  və ürəkdən  inanır ki, sosializm kimi yaxşı bir quruluş praktik olaraq işləyə bilməzdi,çünki hər şeydən qazanc əldə etmək lazımdır.

Bu məqalədə  mən insanları inandırmaq fikrindəyəm ki, sosializm nağıl deyil, bu – cəmiyyəti təşkil etməyin olduqca ağıllı və praktik üsuludur  və bu barədə bizim ağlımıza gələn hakim  kapitalist ideologiyası tərəfindən şərtləndirilmiş müxtəlif etirazlar  tamamilə xəyali və axmaqdır. Ona görə axmaqdır deyirəm ki, çünki insanlar qeyri-obyektiv olarkən adətən düşünürlər ki, arqumentlər aşkardır, hərçənd ki, faktiki olaraq absurd olan və praktiki sınaqdan keçirilsə, tüstü kimi yox olan  mənfi rəylərə əsaslanmışdır.

Məsələn, 1963-cü ildə Bristolda qaradərililərə avtobus sürücüsü işləməyə icazə vermək barədə mübahisə olmuşdu. Bəzi  irqçilik tərəfdarları iddia edirdilər ki, qaradərili insanlarda reaksiya cəldliyi çatışmır. Bəs onda  Pele və Məhəmməd Əli necə, onlarda da reaksiya cəldliyi çatışmır? Başqa nümunə: 1974-cü ildə  Anjel Rippon  televiziyada diktor olmazdan əvvəl, bəzi qadın-düşmənləri iddia edirdilər ki, insanlar qadın tərəfindən oxunmuş xəbərləri ciddi  qəbul etməyəcəklər. Hal-hazırda,  irqi və ya cinsi üstünlük haqqında məsələ yaranmadığı dövrdə, bu dəlillər bizə gülməli görünür.

Gəlin fundamental olan nəyəsə baxaq – insanların qidalanmasına. Bu gün planetdə Yer kürəsinin bütün tarixi ərzində ən böyük miqdarda qida istehsal edilir. Bununla belə, BMT-nin məlumatlarına əsasən, 963 milyon insan aclıq vəziyyətində  və ya aclıq qarşısında qorxu içərisində yaşayır, təxminən 25 min insan, əsasən də uşaqlar, faktiki olaraq aclıqdan ölürlər. Bəyəm bu qida çatışmamazlığından baş verir? Heç də elə deyil! Institute for Food and Development Policy –nin məlumatlarına əsasən, hər bir planet sakinini hər gün 3500 kalori ilə təmin etmək üçün buğda, düyü və başqa taxıl məhsulları ehtiyatları kifayətdir , həm də tərəvəz,lobya,fındıq,soya əti, balıq və s. kimi digər məhsulları nəzərə almadan. Sutka ərzində adambaşına ən azı 2 kq  yemək vermək üçün bu qida kifayətdir. Yarım kiloqram dən, lobya və fındıq, bir kiloqrama yaxın  ət, süd, yumurta və balıq, və bir o qədər də meyvə və tərəvəz. Bu dünya əhalisinin tezliklə piylənmədən əziyyət çəkməsi üçün kifayət edəcək. Hətta "aclıq çəkən ölkələr"in  əksəriyyətində bu dəqiqə öz əhalisini təmin etmək üçün kifayət qədər yemək var,  və onlardan bəziləri, hətta qida  məhsulları ixrac edir.
Bəlkə problem  nəqliyyatdadır,  ola bilər ki, aclıq çəkənlər planetin çox uzaq  guşəsindədir  və qidanı ora çatdırmaq mümkün olmur? Belə deyil, onlardan əksəriyyəti Rio-de Janeyro və ya Kəlküt, və ya Dakka kimi hər gün turist təyyarələri uçan  böyük şəhərlərdə yaşayırlar.  Bəlkə, sadəcə olaraq heç kəsi  minlərlə uşağın aclıq çəkməsi maraqlandırmır? Yox. BMT-də bir çox insan bu problemlə məşğul olur. OXFAM Oxford Committee for Famine Relief (Aclıq çəkənlərə kömək üçün Oxford komitəsi) və Save the Children (Uşaqları Qoruyun) kimi könüllü ianələr hesabına maliyyələşdirilən çoxsaylı beynəlxalq xeyriyyə təşkilatları var. Həmçinin problemli ölkələrin özü də bu yolda səy göstərən humanitar qeyri-hökumət  təşkilatları ilə doludur. Bütün bu faktlar  göstəririr ki,çoxları  bu problemə  laqeyd deyil,amma  yenə də  aclıq və yetərincə qidalanmamaq davam edir. Niyə?  Bu problem işqlandıran istənilən vebsaytada oxuya biləcəyiniz bir cavab var  −  yoxsulluq. BMT-nin nəzarəti altında olan bütün agentliklər və xeyriyyə cəmiyyətləri də bu cavabı verərdi. İnsanlar  özlərinə kifayət qədər qida ala bilmədiklərindən aclıq çəkirlər.

Amma faktiki olaraq bu - yalnız aysberqin görünən təpəsidir. Biz dörd uşağı və anbar dolu yeməyi olan, amma uşaqlarından biri özünə yemək almaq imkanına malik olmadığından onun aclıq çəkməsinə icazə verən  valideyn barəsində nə deyərdik? Faktiki olaraq yoxsulluq, siz xeyriyyə vebsaytlarında tapmayacağınız səbəblərə görə aclığa gətirir: kapitalist cəmiyyətində  bütün hər şey kimi qida da gəlir əldə etmək məqsədilə satış üçün istahsal olunmuş əmtəədir.

Sosializm bu problemi çox sadə və aydın üsulla həll edərdi. Sadəcə qidaya əmtəə kimi baxmamaq və insanlara sağlam pəhriz zəmanət verməklə  onu bərabər şəkildə bölmək  kifayətdir.

Amma kapitalistlər stimulun  yox olacağını və hər kəsin işləməyi dayandıracağını deyəcəklər.  Əgər elə-belə qazanmaq mümkündürsə, işləmək nəyə lazımdır axı? Bu növbəti yanlış  fikirdir, axı siz tox olduqda işdən qalmırsız və yalnız aclıq hiss etdikdə işləmirsiz ki.
Qidanın ehtiyacı olanlar  arasında bölünməsinin  xeyrinə iki əsas dəlil var. Birinci dəlil odur  ki, böyük korporasiyalar qida məhsullarının satışından  milyardlarla gəlir əldə etmək vəziyyətində olmazdı, və ikinci -  əgər bu qida ilə bağlı problemlərdə müsbət nəticələr verəcəksə, mənzil problemi kimi digər məsələlərdə də müsbət nəticə verə bilər.
Mənzil – insanın yaşamasının  əsasını  təşkil edən normal şərtlərindən  biridir. Hətta ABŞ kimi "müvəffəq" ölkənin ən zəngin şəhərlərində  belə  evsizlər var. Az inkişaf etmiş dövlətlərin böyük şəhərlərində, onların favelləriylə və xarabalıqlarıyla birlikdə, problem dəhşətli hal almışdır.
Sosializm planlaşdırması bu problemi asanlıqla həll edərdi. Böyük Britaniya nümunəsi üzərində  bu məsələnin həllinə  baxaq. Kobud desək, Birləşmiş Krallığın yaşayış fondunda  kəskin defisit yoxdur, yalnız ev çatışmamazlığı problemi var. Evsizlərin mənzil  probleminin təcili həlli  üçün təkcə  boş qalmış yaşayış sahələrini müsadirə etmək kifayətdir: evləri, varlıların ikinci və üçüncü evlərini. Amma birdəfəlik həll   daha sadədir. Siyahıya almadan istifadə edərək, əhalinin mənzil ehtiyaclarını qiymətləndirmək, ictimai evlərin tikintisi proqramını təyin etmək, lazım olandan daha çox bina tikmək üçün minlərlə bənna, dülgər və digər inşaat ixtisası üzrə işçiləri işə  götürmək. Onda hər ailə və ya  vətəndaşın yığcam,amma normal şəraitli evlə  təmin edilməsi əsas qaydaya  çevrilərdi, eynilə  hər bir uşağın məktəbdə təhsil almaq  və ya hamı üçün pulsuz səhiyyə  haqqı kimi.

Başqa sözlə, mənzilə əmtəə kimi baxmağı  qurtarın və ona olan ehtiyac  əsasında bölüşdürün.

Həmin  prinsipləri  nəqliyyata da tətbiq etmək olar. Bugün  mövcud olan nəqliyyat sistemi qarışıqlıqla doludur. Hal-hazırda texnologiya, nəqliyyat şəbəkəsi əvvəlkilərlə müqayisədə çox  inkişaf etmişdir, amma nəqliyyatın kapitalist təşkilatı qeyri-effektiv və dağıdıcıdır. Ən geniş yayılmış nəqliyyat vasitəsi şübhəsiz ki, avtomobildir, amma böyük miqdarda şəxsi avtonəqliyyat yollarda daimi tıxaclara gətirib çıxardı. Faktiki olaraq, 19 əsrdə Londonda  atla və ya  kareta ilə gəzinti indi ilə müqayisədə daha sürətli idi,  maşınların  ətraf mühitin çirkləndirməsi isə  iqlim dəyişikliyinin əsas səbəbidir.

Bu problemin socialist həlli aydındır:  ictimai nəqliyyatın hərtərəfli pulsuz vahid sistemini yaradın.

Bu şəhərlərarası yük və sərnişin əlaqəsi üçün  dəmir yolları şəbəkəsinin genişləndirilməsinə gətirib çıxaracaq, çünki qatarlar minik avtomobillərindən və yük maşınlarından daha sürətli, ucuz və effektivdir. Həm də bunu da unutmayaq ki, dəmiryol  nəqliyyatı ətraf mühit üçün daha az zərərlidir. Şəhər daxilində bu tramvay, avtobus, metro, təkrelsli  yollar, mikroavtobus və velosipedlər məcmusu ola bilərdi. Detallar xüsusi məna  kəsb etmir. Məsələ ondadır ki, əgər ictimai nəqliyyat kifayət qədər effektiv olarsa və geniş yayılarsa, şəxsi avtomobillər, onu müşayiət edən avtodayanacaq, tıxac, benzin qiyməti və ekologiyanın çirkləndirilməsi  problemləriylə birlikdə  şəhərlərdən və kənd rayonlarından praktik olaraq yox olacaq.
Beləliklə, fərz edək ki, bizim  pulsuz qidamız, ev və nəqliyyatımız, özümə  bura  səhiyyə və təhsili də əlavə etməyə icazə verəcəyəm, var. Şübhəsiz ki, burda sual yaranır, "Bütün bunları kim  ödəyəcək?" . Hökumət tərəfindən bankları iflasdan xilas etmək üçün son aylarda  ayrılan ağlasığmaz məbləğləri nəzərə alsaq, sual öz aktuallığının çox hissəsini itirir, amma hər halda bizim  problemin həllini nə dərəcədə dərindən araşdırmağımızdan asılı olaraq  iki cavab var. Birinci cavab ən sadədir. Ödəniş vergi  hesabına həyata keçiriləcək, necə ki,  hal-hazırda səhiyyəni,təhsili və  əlbəttə ki, silahlı qüvvələri maliyyələşdirilirlər.

Təbii ki, qida, ev və nəqliyyat pulsuz olsaydı, onda vergiləri ödəmək üçün insanlarda daha çox pul olardı.

Ancaq, məsələni daha çox dərindən öyrənib, başqa cavab verəcəyik. Bunun üçün xatırlamaq lazımdır ki, pul öz-özlüyündə sərvət deyil. Pul – sadəcə  cah-calal  predmetlərinə aid olan malların alınması üçün vasitədir. Nə qədər ki, cah-calal üçün  daha az istehsal ediləcək, sosializm onların istehsalını müntəzəm sürətdə, tamamən məhv edənə kimi azaldardı, cəmiyyətdə pulun  rolu bir o qədər  az olacaq. Buradan belə nəticə çıxır ki,  ilkin "kim ödəyəcək?" sualı  indi belə səslənəcək: " əmək ehtiyatlarını  elə şəkildə bölüşdürmək  mümkündürmü ki, əhali  lazımı miqdarda qida  ilə, pulsuz evlə və nəqliyyatla təmin olunsun?".  Biz bilirik ki, cavab yeganə cavab− "bəli"dir, çünki insanların çox və ya az miqdarda artıq buna nail olduqları nümunələr bizə məlumdur.
Amma  bütün bu sahələr necə idarə olunacaq, bəs bu ən yaxşı halda böyük bürokratlar  ordusu, ən pis halda isə tiranlıq yaratmayacaq?
20-ci yüzillikdə dövlət mülkiyyətinin idarəedilməsi  tarixini nəzərə alaraq: Sovet İttifaqında Stalini  və Şimali Koreyada Kim İr Seni - bu - təbii və əhəmiyyətli məsələdir. Bu sualın  cavabı sosializm alternativi adı altında nəzərdə tutduğum şeyin nüvəsidir.
Sosializm planlaşdırması adi insanlara dəstəyi təmin edərək onları aktiv və demokratik şəkildə cəlb etməyənə kimi praktik olaraq işləməyəcək. Və yenidən bizim ağlımıza kiçik mühafizəkar ideoloq gəlir və  deyir, "Bu heç vaxt olmayacaq. Adi insanlar – işçi  sinifinin nümayəndələri, əhəmiyyətli sahələri idarə edə bilmirlər. Onlar kifayət qədər ağıllı deyillər. Onların  lazımi təhsili, idarə etmə təcrübəsi  və s.yoxdur.  Bundan əlavə yuxarılara qədər qalxıb  öz vəziyyətindən sui istifadə edəcək kimsə  həmişə olacaq".
Amma , gəlin işçi təbəqəsinin bacarığını qiymətləndirmək üçün diqqətimizi  istənilən müəssisənin və ya ticarət təşkilatının işinə  yönəldək. Məgər menecer xəstə  və ya məzuniyyətdə olduqda, onun işçilərinin işi dayanır? Əlbəttə, yox, çünki işçilər onlardan hər birinin yerinə yetirməli olduğu işi və idarəedənin yoxluğunda  həmişə onun  vəzifələrini yerinə yetirəcək  birinin  olduğunu bilirlər . Bir neçə  il əvvəl, mən (müəllif) işlədiyim universitetdə  rektor vəzifəsindən müvəqqəti kənarlaşdırılmışdı və sonra korrupsiyaya görə işdən çıxarılmışdı,o zaman  onun əvəz edilməsi üçün xeyli  vaxt lazım oldu. Universitet tamamilə normal işləməyə davam edirdi. Amma əgər gözətçilər (müəssisədə süpürgəçilərdən sonra ən az maaşlı vəzifə) işləməyi dayandırarlarsa, bütün  tədris korpusları səhərlər açılmayacaq və işləməyi  dayandıracaq.

Yuxarı vəzifələrə qədər yüksəlib öz vəzifəsindən sui-istifadə edən insanlara  gəlincə,  bu hələ uzun müddət  problem olaraq qalacaq. Ona görə yox ki, insanın təbiəti belədir, ona görə ki, sosializm kapitalizm vaxtı  böyümüş  insanlar tərəfindən qurulacaq ,müqəddəslər  və mələklər tərəfindən deyil. Bununla effektiv  mübarizə aparmaq üçün, nəzarət  və idaredici dairələrdən  belə insanların uzaqlaşdırılması  mexanizmlərini  inkişaf etdirmək lazımdır. Bizim sələflərimizin təcrübəsindən,1871-ci il Paris Kommunasından başlayaraq işçilərin hakimiyyətinin birinci real təcrübəsindən,  istifadə edərək.  Bu mexanizmlər aşkardır: bütün ictimai məmurları seçkilərə və rəylərə uyan edirsiz və onlara işçinin  əmək haqqını ödəyirsiniz.
Rusiya İnqilabından başlayaraq, biz həmçinin bilirik ki, bu mexanizmlər seçkilərə , kollektiv müzakirələr keçirilə bilən iş yerlərinə və müəssisələrə əsaslandırıldıqda daha  yaxşı işləyir.
Rusiya işçilərinin böyük töhfəsi, ilk olaraq 1905-ci ildə Sankt-Peterburq işçiləri tərəfindən könüllü yaradılmış işçi şurası  oldu. O, 1917-ci il  oktyabr inqilabında və sonrakı mübarizədə əsas rol oynayaraq, bütün dünyaya göstərdi  ki, bu  işçilərin dövlətdə siyasi hakimiyyət qura biləcəyi  əsas təşkilatdır. İşçi  ittifaqları –  məqaləmdə yazdığım hər şeyin əsasıdır.

Aclığın məhv edilməsi, mənzil problemlərinin  aradan qaldırılması, sinfi və mülki bərabərsizlik, iqtisadiyyatın demokratik planlaşdırılması,  bütün dünyada birliyə və sülhə cəhd edilməsi, sosializm tərəfindən gətiriləcək bütün dəyişikliklər kimi  bir ilkin şərtə malikdir – əvvəlcə bir ölkədə, amma sonra hər yerdə işçi  sinifinin  kapitalizmi  devirməsi. İşçi şuraları  bunun  açarıdır. Onlar kapitalizm dövründə  işçilərin kütləvi etiraz aksiyaları  və  tətillər vasitəsilə kapitalist rəhbərlərə qarşı mübarizəsinin təşkili üçün yaradıldılar. Onlar köhnə kapitalist dövlətiylə rəqabət apararaq, hakimiyyətin alternativ mərkəzinə  doğru inkişaf edir  və sonra həlledici anda  kapitalistləri əvəz edərək  işçilərin hakimiyyətini quracaqlar - hakimiyyət, hansı ki, müasir dünya iqtisadiyyatında işçi sinfinin obyektiv vəziyyətinə söykənəcək, həmçinin də milyonlarla insanın istedadını və yaradıcılıq enerjisini  azad və səfərbər edəcək. Bu baş verən kimi indi mövcud olan dünyadan daha gözəl dünya xəyaldan reallığa çevriləcək.

CON MOLİNEKS
iqtisadçı

Tərcümə   Günel Muradova

Yusif Vəzir Çəmənzəminli «MÜSAVATÇI»YA CAVAB

«Müsavat» firqəsini tərk etdiyimə dair «Kommunist» qəzetinə göndərdiyim məktub «Yeni Qafqaziyyə»yə bərk toxunmuş, məsələyə «Müsavatçı» imzası ilə əsəbi bir məqalə (“Şərəfsiz aqibət”) həsr etmişdir. Bir tərəfdən deyir ki, zatən Vəzirov «Müsavat» təşkilatından təb'id olunmuşdur. O biri tərəfdən firqənin gözəgələn ə'zasından birinin çəkilməsi «Müsavatçı»ya mə'nəvi duyğular təlqin edir.

İştə, əsəbiyyətin gizli mə'nası.

 

Buna ruslar deyirlər ki, «Юпитeр, сердишься-знaчить ты виноват». (tərcüməsi___ Yupiter hiddət edirsə - deməli, təqsirkarsan)  

Hər bir firqəyə daxil olmaq və yaxud onu tərk etmək məsləkə aid bir məsələdir. Nədənsə bu vazeh və aydın nöqtə «Müsavatçı»yca başqa bir qanuna tabe imiş: Firqəni tərk etmək şərəfsiz bir aqibət kimi tələqqi olunurmuş. Halbuki şərəfsiz aqibət mənəmi aid, yoxsa «Müsavat»ın rəhbərlərinəmi aid? Şərəfsizliyin onlara aid olduğunu isbat etməyə hazıram.

«Müsavat»ı tərk etməyim dərin düşüncələrdən sonra olmuşdur. Məni yaxından tanıyanlar, mənim ilə illərlə xalq işlərində işləyənlər çox gözəl bilirlər ki, mən həyatımda məsləkdən başqa heç bir amal rəhbərliyinə tabe olmuş adam deyiləm. Belə olmasaydı iki ildən bəri fabrikada əmələlik məşəqqətlərinə qatlaşmaq məcburiyyəti hasil olmazdı və yeganə qardaşım maddi sıxıntılar içində gənc ikən vəfat etməzdi. «Müsavatçı»nın məqaləsini təhlildən əvvəl bu münaqişənin qəzet sütununa vəz'i məni son dərəcə məmnun edir. Çünki həqiqətin meydana çıxması lazımdır.

Bir kərə türk əfkari-ümumiyyəsi işlərin nə şəkildə olduğunu və nə şəkildə göstərildiyini bilməlidir. Halbuki, indiyə qədər «Müsavat» rəhbərləri özlərini təmizə çıxarmaq üçün min növ gizli propaqandalar yapmışlar və tamamilə günahsız şəxsləri kirləmək vasitəsilə öz üzlərini ağartmağa çalışmışlar.

Halbuki, o qaraüzlü, şəxsi faydalarını hər şeydən yüksək tutan və millətini qana bulaşdırmağa çalışan feodalların günahları əfv olunmaz və nə qədər xaricdə tədarük etdikləri paralar vasitəsilə propaqandalar yaparaq, təhrikatda bulunaraq həqiqəti gizlətmək istəsələr də, həqiqət ölməz və meydana çıxar.

Keçəlim «Müsavatçı»nın məqaləsinə.

Mənim iki il yarım əvvəl büsbütün «Müsavat»ı tərk etməyimə dair yazılan aydın və vazeh sətirləri «Müsavatçı» nədənsə şərhə başlayır və məktubun tarixini mənim firqədən çəkilməm günü ədd edir. Əcəba, belə bir sün'i şərhlə «Müsavatçı» kimi aldatmaq istəyir? Oxucularımı, yaxud özünümü?

Bir kərə inkişaf etmiş xəyalı peyğəmbər şəkli alır və «Müsavatçı» mənim daxili aləmimdən xəbər verməyə başlayır. Guya iki il yarım mənim üçün bir tərəddüd dövrü imiş: çıxımmı?-deyə düşünürmüşəm. Bir gün Rəsulzadənin təhdid məktubunu alaraq qəti bir qərar verə bilmişəm... «Müsavatçı» əfəndi, həqiqət belə deyil. Mənim firqə rəhbərləri Xəlilbəy Xasməməmmədov əqrəbaları ilə ilk müxalifətimiz dörd ildir. Bu müxalifətdə bilaxirə müsavatçılardan qeyri mühacirətdə bulunan bütün azərbaycanlılar - sabiq məb'uslar, səfir və generallar da iştirak etmişdilər və bu surətlə müsavat rəhbərlərinin İstambulda rəzalətlərinə, sui-iste'mallarına bir sədd çəkilmişdi. Bu məqsədlə hətta bir qrup da vücuda gəlmişdi və dörd il əvvəl mən onun ə'zası idim. Lakin bir neçə ə'zadan mürəkkəb bir ailə firqə tələqqi olunmazdı. Halbuki, iki il yarım əvvəl Parisdə Rəsulzadə ilə görüşərək, heyrətlə öyrəndim ki, firqənin rükni (özül, dirək) bu adamlar imiş və o zaman firqəni lə'nətlərlə tərk etdim.

Bilaxirə «Yeni Qafqaziyyə»də yürüdülən nöqteyi-nəzərlə aşina olduqda məzkur ailə rəisinin inad və kinlərinə Rəsulzadə Məhəmməd Əmin də alət olduğunu duydum. Ötədən bəri mühacirətdəki müsavatçılar özlərini Türkiyənin gözündə təmizləmək niyyətilə propaqanda yaparlar və «günahları» da bir şəxsin üzərinə yükləməklə işin içindən çıxmaq istərlər. Hədəf olaraq nəzərdə də daima məni tutarlar. Halbuki, diplomatlıq və siyasətin incəliklərinə qədər vaqif olan türklər müsavatçıların avamfiribanə sözlərinə istehza ilə gülürlər və deyirlər: Səfir hökuməti təmsil edir. Əgər səfir siyasətində sərbəstlik göstərərsə, haman geri çağırılar. Halbuki, Vəzirov «Müsavat» hökuməti mövqeyini tərk etdikdən sonra belə səkkiz ay səfirlikdə davam etdi.

Uydurma və avamfiribanə şərhlərə öyrənən «Müsavatçı» burada da bir «çıxaçaq yolu» bulur: «Azərbaycan hökuməti kəndisinin əzlinə (işdən çıxarılmasına) zatən qərar vermiş ikən, nədən bu qərarın qüvvədən fe'lə isalına macal verməmiş, Yusifbəy səfarət mövqeyində qalmışdı»- deyir.

Baxalım həqiqət beləmi?

O vaxt xarici naziri bulunan Fətəli xan Xoyskiyə yazdığım 18 şubat tarixli xüsusi məktubum bu sahədə gözəlcə izahat verir (ruscadan tərcümə):

Möhtərəm əfəndim.

Ukrayna və Krımda hökuməti-mətbuəmi təmsil edərkən nə qədər maddi sıxıntılar çəkdiyimi və cümhuriyyətin şərəfinə toxunacaq dərəcədə gülünc vəziyyətlərdə qaldığımı Bakıda təqdim etdiyim rəsmi raportlarımda qeyd etmişdim. İstambul səfarətini alarkən artıq bu dəfə hökumətim kəndisini təmsil edən bir müəssisəyə qarşı laqeyd bulunmaz zənnində idim. Təəssüflə yenə aldandım (cəsarətimdən dolayı məni əfv ediniz). Dəfələrlə rəsmi raportlar göndərdiyimə rəğmən səfarət yenə parasız buraxılır.

Zənn etmirəm ki, göndərdiyiniz əlli min franklıq bir çek ilə səfarətin (səfirlik) idarə olunacağına qanesiniz. Halbuki, yalnız səfarət binasına ayda dörd yüz səksən lirə icarə verilir. Səfir, müstəşar, iki katib, kavaslar və Bakı ilə İstambul arasında rabitəmizi tə'min edən kuryerdən ibarət bir təşkilat ə'zalarının maaşları və i. a.

Təfsilata hacət varmı? Rəsmi raportlarımda uzun-uzadı bəhs olunur. Yalnız sizdən bir ricam vardır. Hökumətimizin xətaları üzündən üzərimə düşən bu ağır məs'uliyyətdən məni qurtarınız və müsaidə ediniz səfarəti müstəşarıma tərk edərək geri gələyim. Əminəm ki, bu dəfə artıq kuryer həftələrcə Bakıda ləngiməyəcək və cavabınızı alar-almaz bu ağır məs'uliyyətdən qurtaracağam».

Mənim ricama rəğmən hökumət kuryeri Bakıda 27 niysana qədər saxlamış, nə para vermiş, nə də məni geri çağırmışdı. Bilaxirə bə'zi hökumət ə'zası mühacir sifətilə İstambulda bulunarkən yenə çəkinmədən bəhs açmışdım və buna cavabən bir gün Xəlilbəy Xasməhəmmədov səfarətə gələrək mənim səfirliyimdə davam etməmi tövsiyə etmişdi.

Beləcə «Müsavat» hökuməti düşdükdən sonra səkkiz ay maaşsız və maddi sıxıntılar içində İstambul səfarətini idarə etmək məcburiyyəti hasil olmuşdu. Bununla da məsələ bitmir. 1920-ci ilin əvaxirində Əlimərdanbəy Topçubaşovun əlinə bir neçə milyon frank düşür, iştə, o zaman İstambul səfirliyinə maraq artır və haman mənim yerimi ayda on beş min frank maaşla Xəlilbəy Xasməhəmmədov tutur. (Mən səfir ikən ayda üç min frank maaş alırdım). Lakin burada da bir «hiyleyi-şər'i» zühur edir. Mənim rəsmən çəkilməmə Xəlilbəy razı olmur. Çünki beynəlmiləl tarixdə sülh hey'əti nəzdində göndərilən bir adamın, yə'ni Topçubaşovun səfir tə'yin etməsi görülməmiş bir işdir. Vətənindən mühacir sifətilə İstambula qaçıb gələn sabiq nazirin birdən səfir qiyafəsinə girməsi də gülünc olurdu. Onun üçün mən əski haqqım üzrə səfirliyimdə davam etməli imişəm və Xəlilbəy də bu sayədə «səfir maaşı» şəkli ilə milyonların təqsimində iştirak edəcəkmiş.

Təbiidir ki, razı olmadım və siyasətdən büsbütün çəkilməmi bəyan edərək qərarımı qüvvədən fe'lə çıxardım. Babi-Aliyə getdim, xarici nazirinə və sədr-ə'zəm Tofiq paşaya «bərayivida» deyə vizit kartı buraxdım və elçi ləfzinin yanına «sabiq» kəlməsini əlavə etdim.

İştə, bu şəkil ilə mənə böyük maddi və mə'nəvi zərərlər bəxş edən səfarətdən məmnuniyyətlə ayrıldım.

Mənim «günah»larım.

Xəlilbəy Xasməhəmmədov və əqrəbaları İstambula qaçarkən məndən maddi yardım umurmuşlar.

Halbuki özlərinin bacarıqsızlığı üzündən para üçün Bakıya göndərilən kuryer iki ay ləngimişdi, bir növ geri gəlməmişdi. Bunun nəticəsində səfarətdə tənsiqat yapılmış, birinci katibdən başqa kavaslar belə xidmətlərini tərk etmişdilər. Bütün evə və dairəyə yalnız bir nəfər xidmətçi saxlanmışdı. Mən də iki katiblə bərabər başqa bir ailədən ucuz bir yemək gətirməklə keçinirdik. Bina sahibinin icarəsi tamamilə ödənməmişdi.

Bunlara rəğmən «şagirdin» yeməsi və «mürşid»-lərə yedirməsi firqə nöqteyi-nəzərindən sünnət imiş. İştə, birinci yapdığım «günah». Bu «günah»ı müsavatçılar daima mənə işarə edərdilər.

İkinci «günah» mühacirlərlə «səfir» Xəlilbəy Xasməhəmmədov arasında cərəyan edən müxalifətdə işlənmişdi.

Bu müxalifətdə mən firqə «arkadaşım» Xəlilbəyi müdafiə etməmişdim və haqq mühacirlər tərəfində olduğunu izhar etmişdim. Nədən? Oxucuların müsaidəsi ilə bu qayət övsafi nöqtəni də tənvir etmək istərəm.

İstambulda bulunan millətçilərin əksəriyyətini təşkil edən o zaman gəncəlilər idi. Bu siyasətlə iştiğal etməyən və sülhpərvər adamların İstambula iltica etmələrinin səbəbi Gəncə hadisəsi olmuşdu. Odur ki, mühacirlər ürəklərində «Müsavat» rəhbərlərinə qarşı dərin bir kin bəsləyirdilər. Gəncədə tökülən qanların və yıxılan evlərin səbəbini iki adamda görürdülər. Biri Xəlilbəy Xasməhəmmədov, ikincisi Məşədi Əli Rəfiyev. Mühacirlərin rə'yincə Gəncədə qarışıqlığa səbəb olan bu adamlar «Tiflisdən gürcü qoşunu gətirməyə gedirik» bəhanəsi ilə xalqı qan içində buraxıb qaçmışlar imiş. Bu qədər cinayətdən sonra da bir də İstambulda «millət naminə» tədarük olunan paralardan həyatlarını əvvəlkindən daha gözəl qurmağa müvəffəq olmuşlardı. Xəlilbəy bir böyük ev icarə edir, qiymətli xalılar və mebellər alır. Məşədi Əli yenə ticarətə başlayır. Halbuki başqa mühacirlər gündəlik yeməyə möhtac. İştə, müxalifətin mənbəyi. Mühacirlərlə Xəlilbəy arasıidakı düşmənçilik o qədər artdı ki, bir neçə dəfə aclar konsulxanada ona hücum etdilər və bu vasitə ilə haqlarını bir az da olsa, Xəlilbəy Xasməhəmmədova tanıda bildilər.

Bu zamanlar mən bitərəf qalmışdım. Çünki Gəncədən mühacirlərlə bərabər gələn kin çox dərin idi və onu yox etmək qabil deyildi. Zatən mənim neqteyi-nəzərimcə Gəncə üsyanını quranlar millətə qarşı böyük xəta işləmişlər. Bakıda məclisi-məb'usan ə'zası imzaları ilə hökuməti Şuralara tərk etdikdən sonra Gəncə hadisəsinə lüzum varmı idi?

İştə, bu ikinci «günah»ım əvvəlkindən də böyük hesab olunmuşdu.

Üçüncü «günah» müsavatçılardan ayrılaraq bir başqa qrupa iltihaqım olmuşdur. Rəsulzadə mənə yazdığı məktubunda müsavatçıların adəti üzrə yenə bu «günah»dan bəhs edirdi.

Qardaşımın xəstəliyi və vəfatı.

Qardaşımın vəfatı xüsusi bir hadisədir. Lakin bu xüsusiyyətdə bir siyasi qrupu tə'lif etmək üçün o qədər övsafi nöqtələr var ki, bunlardan bəhs etməmək olmaz.

Qardaşım ali məktəbi Parisdə ikmal edərək, bir bankda mə'mur idi və maaşı həyatına yetmədiyi üçün dairədə səkkiz saat çalışdıqdan sonra gündə iki saat da xüsusi yazılarla məşğul olurdu. Aylarla belə davam edən bir qeyri-təbii həyat vərəmlə nəticələndi. Qardaşım, bankın və dostlarının yardımı ilə cənubda bir kəndə ndərildi. Bir neçə aydan sonra səhhəti ümidbəxş bir şəkil aldı və doktorlar tamamilə xəstəlikdən qurtarmaq üçün bir neçə ay da istirahət tövsiyə etdilər. Heyhat! Paralar bitmişdi, heç yerdən bulmaq imkanı da yox idi. Haraya müraciət etdisə də, müvəffəqiyyət hasil olmadı. Əgər vasitə olsaydı, xəstəni bir hökumət sanatoriyasına məccanən yerləşdirmək mümkün idi. Müraciətlərə rəğmən Topçubaşov bu sahədə heç bir addım atmadı. İş bu yerə gəldi ki, xəstə kəndi tərk etmək məcburiyyətində qaldı və civardakı Po bələdiyyə rəisinə müraciətən küçədə qaldığını anlatdı. Axırda bir dispanser xəstəni gündə 18 frank vermək şərtilə bir evin beşinci qatında soyuq bir odada yerləşdirmişdi. Hal-hazırkı şəraitdə mənim üçün gündə on səkkiz frank tapmaq çətin bir məsələ idi. Qürbətdə əmələliklə qazandığım paralar ehtiyacımı zorluqla görürdü. Təbiidir ki, xəstənin həyəcanlı məktub və teleqraflarına rəğmən özümü əlacsız bir vəziyyətdə görürdüm.

Bu əsnada Topçubaşov Əlimərdanbəyin əlinə yenə «millət naminə» paralar keçdiyini eşitdik. Qardaşım yazıb Əlimərdanbəyə anlatmış və kömək istəmişdi. Fəqət məktubuna cavab verilməmişdi.

Əlimərdanbəy vaxtilə Napoleon iqamətgahı ədd olunan «Sen Klo» seyfiyyəsində bir villada yaşayırdı. Bir gün işi tərk edərək qardaşımın ricası üzrə «Sen Klo»ya getdim, Əlimərdanbəyi xanımı ilə villada yalnız gördüm.

Çoluq-çocuqlar bir neçə aylığa dəniz' kənarına təbdili-ab-hava üçün ndərilmişdi. Məramımı anlatdım və dedim: Mən şəxsim üçün heç bir şey təmənnasında deyiləm, fabrikada çalışaraq həyatımı tə'min edirəm. Xəstə bir azərbaycanlı türkü üçün yardımınızı müzayiqə etməyiniz.

Təbiidir ki, mülaqatımızdan heç bir nəticə hasil olmadı.

Maddi və mə'nəvi sıxıntılar sayəsində qardaşımın xəstəliyi şiddət kəsb etməyə başlamışdı. Xəstəlik bağırsaqlara da keçməyə başladı. Məhəmməd Əmin Rəsulzadəyə qardaşım bir məktub yazmış və Məhəmməd Əmin ona üç dollar göndərmişdi.

İştə, «Müsavatçı»nın bəhs etdiyi yardım bundan ibarətdir.

Mənim Məhəmməd Əminə yazdığım məktub xəstə qardaşımın son ricası idi. Məktubumda istiqrazdan bəhs açmışdım, istiqbal və əfkari-ümumiyyə naminə xəstəyə yardım etmələrini tövsiyə etmişdim. Cavabında Məhəmməd Əmin istiqrazı «vəhy» deyə izah edir və məni də təhdidlə qorxudurdu.

Məhəmməd Əmin bunu bilməlidir ki, dünyada mənim yeganə qorxum ədalətdəndir. Ədalətdən bixəbər, millətini para müqabilində müzür müahidələrə soxan alçaqlardan qorxmaq tənəzzülündə bulunmam.

Əgər Məhəmməd Əminlər Azərbaycanda feodalizmin ehyasına və qolçomaqların təkrar iş başına gəlməsinə inanırlarsa əmin olsunlar ki, bu olmayacaqdır. Bütün Azərbaycan gəncləri ölərlər, lakin əskimiş idarənin təkrar hökm sürməsinə razı olmazlar. Çünki böyük inqilabın feyzləri geri alınmaz.

XÜLASƏ

İstambulda bundan dörd il müqəddəm müsavatçıların rəzalətlərinin şahidi olduğum zaman bir dostum daima mənə söylərdi: Bax qardaş, gör və bil ki, millət bunlardan nə zülmlər görmüşdür.

Bilaxirə Parisin ətrafında kiçik bir şəhərdə işçi ikən dostumun sözlərini xatırlayırdım. Bir tərəfdə kef, mey-işrət, bir tərəfdə ölüm və yoxsulluq. Öz-özümə deyirdim: İştə, təxəyyül olunan istiqbaldan bir nümunə! Yəqin ki, Azərbaycanda xaricdəkilərin «milli məfkurə» deyə bağırdıqlarına inanan sadədil adamlar vardır. Əmin olsunlar ki, aldanırlar.

Zamanları keçmiş, söz və söhbətləri köhnəlmiş altun üftadəsi Topçubaşovlardan, Xəlilbəy Xasməhəmmədovlardan, qoçu Məşədi Əlilərdən, Rəsulzadələrdən və başqalarından millətə fayda zlənməz. Yetər ki, mən qurban oldum. Nahaq yerə, yalançı propaqandalara uyulmasın. Əgər «milli məfkurə» bizə zülm bəxş edəcəksə, ölsün o məfkurə. Əgər məfkurə dediyimiz ibtidai bir idarədə qovmi bir təşkilat isə, yox olsun o məfkurə.

Yeniliyin və inqilabın şüarı bu.

Bu gün Azərbaycanda bir gənclik var ki, inqilabın ruhundan doğmuş. Gənclər qoçu aləminə, fitnə-fəsad ocağına vida demiş, bütün azərilərin hütn-təvəccöhünə istinadən bir hökumət təşkil etmişlərdir. Bunların zəfəri hüsn-niyyət və iman qüvvəsi ilə qazanılmışdır.

Maddiyyətə aludə, hüsn-niyyətdən məhrum olanlar müsavat rəhbərləri kimi geri çəkilməlidirlər.

Əgər «Müsavat» namı altında qeyri-müsavat, zülm, istibdad və dərəbəyliyin geri dönməsini təsəvvür edənlər varsa, onlar tarixi, məntiqi inkar edənlərdir. Mə'nən ölən qüvvə, maddiyyət qüvvəsilə dirilməz. Bunu «müsavat» mürşidləri zəlcə anlayırlar. Onun üçün millətin qanı və namusu qiymətinə də olsa, xarici istiqrazlar yaparaq şərəfsiz həyatlarının tə'mininə çalışırlar.


1925

“Bir faiz”-in qulları?: Siyasətçilər və iqtisadi elita

Praktiki olaraq son illər ərzində bütün qərb dünyasında milyonlarla insan küçələrə çıxmağa və real demokratiya tələb etməyə başladı. Bu kütləvi nümayişlər dalğası şimali Afrika ölkələrində başlasa da, tezliklə o Avropanın böyük bir hissəsini –Yunanıstanı,Portuqaliyanı, İslandiyanı da əhatə etdi, sonra isə şimali Amerikaya qədər gedib çıxdı. Bu beynəlxalq etiraz hərəkatının ən populyar şüarı Nobel mükafatı laureatı Cozef Stiqlics-in əsərindən çıxarılmış “Biz 99%-ik” şüarı oldu. Bu şüarda geniş yayılmış, müxtəlif ölkələrin hökumətlərinin bütün cəmiyyətin deyil, yalnız bir ovuc varlının maraqlarına xidmət etməsi abu-havası ifadə olunur. Demokratiyanın lazımı şəkildə işləməməsi və yalnız varlıların maraqlarına xidmət etməsi ideyasının özü yeni yaranmayıb. 2004-cü ildə Kolin Krauç özünün bu məsələ haqda ən maraqlı kitablarda sayıla biləcək “Post-demokratiya” əsərini nəşr etdirdi. Özünün çox illik işlərinin nəticələrini ümumiləşdirən müəllif kitabda izah edir: necə olur ki, Qərb ölkələrində müntəzəm keçirilən seçkilərə baxmayaraq, siyasi xadimlər həqiqətdə əhalinin çoxluğunun maraqlarını təmsil etmir.

Krauç iddia edir ki, işçi sinfin təmsil edilməsi dərəcəsi qrafikdə parabola trayektoriyası üzrə hərəkət edir. İknci Dünya müharibəsindən sonra işçilər təşkilatlanmağa və tələblərini işçi partiyaları vasitəsilə irəli sürməyə başladılar. İşçilər dövlət hakimiyyəti sisteminə və təmsilçiliyə ən yüksək təsirə 1970-ci illərdə nail oldular, o zaman dövlət onların hüquqlarını tanıdı və əhəmiyyətli həcmdə sosial nemətlərlə təmin etdi. Qloballaşma prosesinin güclənməsi müharibədən sonra yaranmış bu paradiqmanı çox dəyişdirdi. Sənaye işçiləri inkişaf edən ölkələrə keçirilmiş iş yerlərini itirməyə başladılar, multimilli kompaniyalar isə bu dövr ərzində böyük səlahiyyət qazanmağa başladılar, bu gün də həmin səlahiyyəti özlərində saxlayırlar. Krauç iddia edir ki, siyasi təmsilçilik də bütünlükdə həmin parabolik trayektoriya üzrə hərəkət edir və onun fikrincə həmkarlar ittifaqlarının zəifliyi və eyni zamanda multimilli korporasiyaların gücünün artması demokratik prosesin özünü dəyişdirib. İşçilər əhalinin çoxluğunu təşkil etsə də, bugün siyasi xadimlər yalnız səhmdarların və iri korporasiyaların rəhbərliyinin maraqlarına xidmət edir. Krauç hesab edir ki, siyasətçilər iqtisadi elitaya işləyirlər.

Bugün Krauçun baxışlarını getdikcə daha çox sadə vətəndaşlar, eləcə də alimlər bölüşməyə başlayır. İndi bizim demokratiyanın mahiyyəti haqda həm şəhər küçələrində, həm də elmi mühitdə aktiv şəkildə debatlar keçirilir. Dissertasiya üzərində işləyərkən “Occupy Wall-street” hərəkatının əsas şüarlarından olan Krauçun tezislərini təsdiqləmək və ya inkar etmək üçün bir il statistik məlumatlar toplamalı oldum.
Mən bu haqda tezislərdən başladım ki, istənilən siyasi qərar digər qrupun hesabına müəyyən qrup üçün sərfəli olmalı və vəziyyətini yaxşılaşdırmalıdır.Məsələn, Fransua Olland 1 milyon avro məbləğindən yüksək əmək haqqı üçün 75% gəlir vergisi tutulmasını təklif etmişdi ki, əldə ediləcək vəsaiti sosial xidmətlərin inkişafına yönəltsin, bundan həmin xidmətlərin əsas alıcıları olan əhalinin kasıb təbəqəsi əsas xeyir qazansın. Bu halda onu demək olar ki, əhalinin kasıb təbəqəsi  “daha çox əlverişli şərait yaradılmış” təbəqədir. Digər tərəfdən, dövlət bank səhmlərinin dəyərinin düşməməsi üçün əlavə vergilər artırdıqda, əhalinin “daha çox əlverişli şərait yaradılmış” təbəqəsinin varlı təbəqə olduğunu söyləmək olar, çünki, maliyyə müəsissələrinin əsas payına məhz onlar sahibdirlər. Bəzi siyasi təşəbbüslər (məsələn, dövlətin ali təhsil sistemi) əsasən əhalinin orta gəlirli təbəqəsinə yönəldilmişdir. Əgər ölkə vətəndaşlarını onların gəlirlərinə uyğun düzsək, görərik ki, siyasi təşəbbüslərin bu üç növü, uyğun olaraq, üç “daha çox əlverişli şərait yaradılmış” qrupun xeyrinə yönəldilib.


                  Qrafik 1. Daha əlverişli şərait yaradılmış qruplar müxtəlif siyasi təşəbbüslərdə.

Burada siyasi təşəbbüslərin yuxarıda qeyd etdiyimiz tiplərini həyata keçirən zamanı “daha əlverişli şərait yaradılmış” üç qrup aydın təyin olunur. Varlılara qoyulmuş vergilərin artırılması ilk növbədə kasıbların xeyrinə olur, çünki, onlar daha az vergi ödəyir və büdcə xidmətlərindən maliyyələşdirilənlərdən daha çox mənfəət qazanırlar. Dövlət universitetləri ilk növbədə orta təbəqənin xeyrinə olur, çünki, həmin halda varlılar aldıqları təhsil xidmətlərinə görə daha çox pul ödəyirlər, kasıblar isə, buna görə daha az ödəsələr də, həm də təhsil xidmətlərindən çox az istifadə edirlər (çünki, onlar adətən orta məktəbi bitirirlər). Səmdarların rifah halının qorunması üzrə siyasi təşəbbüslər də uyğun olaraq məqsədyönlü şəkildə hərəkət edir. Ənənəvi nəzəriyyələrə əsasən, iki siyasi partiyası olan ölkədə hər iki partiya orta təbəqəli seçiciyə istiqamətlənir – və bu təbəqə onların “daha əlverişli şərait yaradılmış” təbəqəsi olur. Son tədqiqatlar hər iki partiya üçün hədəf olan qrupun müəyyən edilməsi (məsələn, sosial-demokratlar kasıbların maraqları üzrə daha çox hərəkət edir,nəinki mühafizəkarlar) zamanı siyasi ideologiyaların vacibliyini göstərdi. Tədqiqatın gedişi zamanı qarşımda 3 əsas məsələ dayanmışdı: 1) hər bir siyasi ideologiya üçün  “daha əlverişli şərait yaradılmış” qrupu müəyyən etmək; 2) müəyyən vaxtdan sonra bu qrupların nə qədər dəyişdiyini analiz etmək; 3) həmkarlar ittifaqlarının və multimilli kompaniyaların güclənməsinin həmin qrupların tərkibinə təsir edib-etməməsini araşdırmaq.


Mən World Value Survey-in (sosail-mədəni,dini və siyasi dəyərlər və cərəyanların kross-milli araşdırılması məqsədilə təşkil edilmiş tədqiqat seti) İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələri üzrə rifah, gəlir və digər sosial-iqtisadi göstəricilər haqda informasiya saxlayan tədqiqatlarının məlumatlarını istifadə etdim. Sonra bu məlumatları elə həmin ölkələr üzrə makroiqtisadi dəyişənlərə (adam başına düşən ÜDM səviyyəsi, əmək haqqı formasında milli gəlir faizi və s.), həmçinin, partiyaların hökumətdə orientasiyasını ölçən siyasi ideologiya indeksi ilə əlaqələndirdim. Bütövlükdə, 1981-ci ildən 2009-cu ilə qədər olan dövr ərzində 100 000 dən çox müşahidənin nəticələrindən ibarət məlumatlar bazasını toplaya bildim.
Bu məlumatlar bazasını əldə edəndən sonra daha əlverişli şərait yaradılmış qrupu hesablamaq üçün bir neçə  reqressiv araşdırma apardım. Mən siyasi xadimlərin əhalinin varlı və ya kasıb təbəqəsinə meyl etməsi səbəbləri ilə birlikdə digər makroiqtisadi amillərin təsir ehtimalını da nəzərdən keçirməyə çalışdım, və istədim aydınlaşdırım ki, həqiqətənmi, siyasi partiyalar müxtəlif əlverişli şərait yaradılmış qrupları təmsil edirlər. Reqressiv araşdırmaların koeffisentləri artıq məndə olandan sonra, sadə cəbrin köməkliyi ilə daha əlverişli şərait yaradılmış qrupu tapmaq olar.

Exstrapolyasiya texnikasından istifadə edərək, qərb demokratiyasının 1970-ci illərdə həqiqətən də daha təmsilçi olub-olmamasını analiz etməyə çalışdım. Bunun üçün müxtəlif siyasi ideologiyalı partiyaların daha əlverişli şərait yaradılmış qruplarının analizini apardım.

Qrafik 2. İkinci qrafik müxtəlif siyasi partiyaların 1975-ci ildə hansı əlverişli şərait yaradılmış qruplarının olduğunu göstərir.

Gördüyümüz kimi, 1975-ci ildə sol mərkəzçilər, mərkəzçilər və sağ mərkəzçilər arasında müəyyən fərq müşahidə edilmişdir. Sol-mərkəzçi partayalar başlıca olaraq əhalinin kasıb təbəqəsinin rifahı naminə hərəkət ediblər, sağmərkəzçilər isə zəngin təbəqənin xeyrinə. Mərkəz partiyalar isə, gördüyümüz kimi, mərkəzdə dayanıblar – onlar əsasən orta gəlirli seçicinin xeyrinə hərəkət ediblər. Müxtəlif istiqamətli siyasi partiyaların uyğun olaraq müxtəlif sosial qrupları təmsil etdiyi sağlam demokratiyanının şəkli belədir.
Bəs vəziyyət indi necədir? Üçüncü qrafik siyasi partiyaların 2009-cu ildə başlıca olaraq hansı qrupların rifahı üçün çalışdıqlarını ifadə edir. Və gördüyümüz kimi, burada onlar arasında faktiki olaraq heç bir fərq yoxdur. Onların hamısı, həm sol mərkəzçilər,həm mərkəzçilər, həm də sağ mərkəzçilər ən varlıların - əhalinin 1 %-nin-  rifahı üçün çalışırlar.
Qrafik 3. Müxtəlif siyasi ideologiyalı partiyaların “daha əlverişli şərait yaradılmış” qrupları

Belə dəyişikliklər tədricən, amma fasiləsiz baş verirdi – özü də bu bütün partiyalara aiddir (qrafik 4-ə bax.). Dəyişikliklər əvvəllər 80 %-in rifahı üçün çalışan mühafizəkarlardan da yan keçmədi, indi onlar əhalinin 1%-nin rifahına xidmət edirlər. Amma ən çox dəyişikliklər sol mərkəzçilərdə baş verdi – bir vaxtlar onlar aşağı gəlirli vətəndaşların maraqlarını müdafiə edirdilər, indi isə praktiki olaraq mühafizəkarlardan heç nə ilə fəqlənmirlər. Keyfiyyət perspektivləri baxımından sol mərkəzçi partiyaların belə böyük dəyişikliyi iqtisadi böhrandan sonra 70-ci ortalarında sosial-demokratiyada baş verən fundamental dəyişikliklərlə əlaqədar ola bilər.
Qrafik 4. “Daha əlverişli şərait yaradılmış qruplarıın” dəyişməsi (Mavi sahə - məlumatların ekstrapolyasiyasıdır).

Mən həmçinin partiyaların əhalinin daha varlı təbəqəsinin rifahı üçün çalışmaları və digər dəyişənlər üçün bəzi asılılıqları müəyyən edə bildim. Xüsusilə, görünür, burada həmkarlar ittifaqlarının zəif olması amili ilə kapitalistlərin milli gəlirin daha böyük hissəsini əldə etməsi faktı arasında əlaqə var. Amma qeyd etdiyimiz vəziyyətdə korelyasiya səbəb bildirmir. Ona görə hələ aydın deyil, həmkarların güclənməsi siyasi xadimlərin əhalinin kasıb təbəqəsinin maraqlarına xidmət etməyə hazır olduqlarını bildirir yoxsa, əksinə, siyasi xadimlərin əhalinin varlı təbəqənin xeyrinə fəaliyyəti həmkarlar ittifaqlarını zəiflədir? Bütün bunlar milli gəlirdə kapitalın payına da aiddir- aydın deyil, bu səbədir yoxsa nəticə. Bundan əlavə, nəzərə almaq lazımdır ki, bu məlumatlar kütlə mediası, maliyyə sektoru və ya lobbistik qrupların rolu anlayışlarına uyğun gəlmir. Onlar sadəcə bizə göstərir ki, qərb demokratiyaları artıq əhalinin çox hissəsinin maraqlarını  təmsil etmirlər, amma niyə belə olduğunu izah etmirlər. Bununla belə, bu məlumatlar bizə “Biz 99%-ik” şüarını istifadə edən bütün hərəkatların doğruluğunu nümayiş etdirir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin siyasi xadimləri daha çoxluğun maraqlarını təmsil etmirlər – onlar öz fəaliyyətlərini yalnız iqtisadi elitanının, 1 %-in maraqları üzərinə fokuslayırlar. Qlobal hərəkatların yeni dalğası real demokratiyanı bizə qaytara biləcəkmi? Bunu biz özümüz yaxın illərdə biləcəyik.

Pablo Torixa

Mənbə : Newleftproject

Tərcümə Günel Muradova

26 мая 2013 г.

Yer kürəsində mövcud olduğu çox qısa zaman boyunca insan nəsli özünü məhv etmə qabiliyyətini ustalıqla nümayiş etdirdi. Kromonyonlar neandertalların kökünü kəsdilər. Konkistadorlar su çiçəyinin köməyi ilə Amerikanın yerli əhalisini məhv etdilər. 20-ci əsrin sənaye müharibələri əksəriyyəti sadə vətəndaşlar olan ən azı 100 milyon insanın həyatını aldı. Biz isə bugün sakitcə oturub korporasiyaların və sənaye dövlətləri liderlərinin bizim bioloji növün məhvinə aparan iqlim dərişikliklərini sürətləndirmək üçün əllərindən gələni etdiklərinə baxırıq. Bioloq Tim Flannerin dediyi kimi, “Homo sapiens, gələcəyin yırtıcısıdır”.
Keçmişdə, sivilizasiyalar öz iştahasını xəsisliyin, bacarıqsız təsərrüfat işlərinin və resursların istismarı hesabına təmin etdiyi zamanda, insan varlıqları yeni torpaqlar qarət etmək üçün köç edirdilər. Amma artıq oyun bitmişdir. Daha köç etməyə yer yoxdur. Planetin yarısını tutmuş sənaye ölkələri planetin digər yarısında sahiblik etməyə davam edirlər. Ağılsızlığımızın ucbatından biz təbii kapitalımızı tükətmişik , hər şeydən əvvəl mədən yanacağını, və Yer kürəsini tullantılarla zəhərləyib və insanın öz həyatı asılı olan ekosistemi dağıdaraq istehlak eyş-işrətinə uymuşuq.Əgər siz sənaye elitasına aidsizsə, bu yaxşı gecədir. Amma kifayət qədər axmaq gecədir.

Bu dəfə kollaps qlobal olacaq. Birlikdə uçuruma yıxılacağıq. Və onu dayandırmaq üçün artıq gecdir. 10 000 il uzunluğunda oturaq həyatın sınağı müvəffəqiyyətsizliklə bitdi. Bütün canlı məxluqları ilə birlikdə Yer kürəsinə sahib olduğunu təsəvvür edən insanlıq tarazlığın qorunmasının, öz ehtiyaclarının məhdudlaşdırmasının və təvazökarlığının vacibliyi haqqında dərs alacaq. Məlumdur ki, insan abidələrinin yaşı 5 000 ildən çox deyil."Sivilizasiya",Ronald Rayt "İnkişafın qısa tarixi," kitabında qeyd edir, " 2,5 milyon il içərisindən- bizim əcdadlarımızın ilk daş yonduqları zamandan -cəmi 0.2 % zaman tutur. " Əlvida Paris,əlvida Nyu-York,əlvida Tokio. Sürfələrin və köklərin axtarışlar şimal enliklərində sağ qalma şərti olan mövcudluğun yeni mərhələsinə xoş gəlmisiniz.

Biz həmişə özümüzü rasional varlıq hesab etmişik. Bəs neft,qaz və kömür şirkətləri,plastmas istehsalçıları,avtomobil sənayesi, hərbi istehsalat və sənaye dünyasının liderləri bizi kəsməyə aparana qədər qoyun kimi oturmaq və gözləmək rasinaollıqdır? Bu gün dərin iqlim dəyişikliklərinin qarşısının alınması üçün artıq çox gecdir. Amma oda yağ tökmək nəyə lazım? Niyə gəlirlərə tamahkar olan elitanın bizim ölümümüzü sürətləndirməsinə icazə verək? Niyə cəlladlar tərəfindən boynumuza bağlanmış qanunlara tabe olaq?

Hər yeni gün kədərli xəbərlər gətirir. Arktika buzlarının sürətlə əriməsi bildirir ki, bir neçə onillik ərzində buzlaqlar tamamilə yox olacaq. Açıq su sahələri qlobal istiləşməni əhəmiyyətli dərəcədə sürətləndirərək daha çox gün radiasiyası udacaqlar. Sibirdə daimi buzlaqlar yox olacaq, bundan sonra azad olmuş metan alova bürünəcək. Qrenlandiyanın və Himalayın buzlaqları əriyəcək. NASA –nın alim-iqlimşünası Cey Svalli 2007-ci il dekabrda bildirmişdi: "Qlobal istiləşmə nöqteyi-nəzərindən Arktikanı həmişə şaxtada bülbüllə müqayisə edirdilər. Bu gün bülbül ölüdür. Şaxtadan çıxmaq vaxtıdır."

Amma reallıq heç vaxt insan ağılsızlığı üçün maneə olmamışdır. Parnik qazları Svallinin bəyanatından bu vaxta kimi yığılmağa davam edirdi. Mədən yanacağının yandırılmasından karbonun 4-oksidin (CO2) qlobal tullantıları 2000-ci ildən başlayaraq ildə 3 % artır. Bu templə illik tullantıların miqdarı hər 25 ildən bir ikiqat artacaq. NASA Qoddar institutunun rəhbəri və iqlim sahəsində əsas dünya ekspertlərindən biri olan Ceyms Xansen xəbərdarlıq edir ki,planetin belə rejimlə qızması "birbaşa qlobal fəlakətə aparır". Xansenin qiymətləndirilmələrinə görə atmosferdə CO2-in təhlükəsiz səviyyəsi 350(ppm)-i ötməməlidir. CO2-in hazırki səviyyəsi 385 ppm-ə bərabərdir və artmağa davam edir. Onun təcili dayandırılmaması dəhşətli nəticələrə zəmanət verir.
3 milyon il uzunluğunda təbii karbon dövrü atmosferdə karbon qazının miqdarının 300 ppm ətrafında, planetdə həyatın müxtəlifliyini şərtləndirən səviyyədə qalmasını təmin etdi. Korporativ elitanın,ən azı qlobal istiləşmənin reallığını anlayanların, bu gün inkişaf etdirdiyi ideya 350 ppm səviyyəsinin yuxarı qaldırılmasından, sonra isə tullantıların kəskin ixtisarı yolu ilə yenidən təhlükəsiz iqlim səviyyəsinə qayıtmaqdan ibarətdir. Bu nəzəriyyə, əlbəttə, xüsusi olaraq hal-hazırda nəsə etməli olan elitanı məsuliyyətdən azad etmək üçün hazırlanmışdır. Amma Klyav Hamiltonun "Canlılar üzrə Rekviyem: niyə biz iqlim dəyişiklikləri haqqında həqiqəti bilmək istəmirik?" kitabında qeyd etdiyi kimi: " Əgər karbon 4-oksidinin konsentrasiyası 550 ppm-ə çatarsa, hansı ki, sonra tullantılar sıfıra qədər düşəcək, qlobal temperatur hələ daha yüz il artmağa davam edəcək."
Görünür son xilas olmaq imkanı Kopenhagen idi. Barak Obama və sənaye ölkələrinin digər liderləri bu şansı bizdən aldılar. Dramatik iqlim dəyişikliyi prosesi başlandı. Onun nə qədər dağıdıcı olacağını yalnız tapmaca kimi tapmaq qalır. Klimatoloqlar xəbərdarlıq edirlər ki, iqlim dəyişikliklərinin mexanikası tezliklə domino effekti yaradacaq, hansı ki, bundan sonra yenidən tarazlıq vəziyyətinə nail olana kimi min illər boyunca Yer kürəsi xaos vəziyyətinə girəcək. Hamilton yazır,"İnsanlar sağ qalacaq ya yox, bunu demək çətindir,"."Bir şey aydındır: bizim sayımız olduqca azalacaq."

Biz illüziyanın qulu olmuşuq ki, öz ətrafımızı dəyişdirə və nəzarət edə bilərik, insan ixtiraçılığı inkişafın zəruriliyini təmin edəcək və bizim sekulyar Tanrımız – elm - bizi xilas edəcək. "Bizim üçün sərhəd olmamasına sərxoşedici inam ən ali gücə ,Yer kürəsinə dirəndi," Hamilton yazır. "Amansızcasına yaxınlaşan iqlim dəyişiklikləri bizim texnologiya təkəbbürümüzə, bizim ağıla inamımıza və bütün müasir layihələrimizə meydan oxuyur. Yer kürəsi tezliklə nümayiş etdirəcək ki, onu əhliləşdirmək olmaz, insanın hər şeyi əlinə almaq cəhdləri isə sadəcə yatmış əjdahanı oyadacaq."

Qəbul etmək lazımdır: biz dəhşətli siyasi həqiqətlə rastlaşmışıq. Hakimiyyətə sahib olanlar insanları və ekosistemi xilas etməyəcəklər. Planetin və insan sivilizasiyasının taleyi ilə bağlı qərarlar BP-nin rəhbəri Toni Xeyuord kimi mənəvi və intellektual eybəcərlərin əlindədir. Bu siyasi və korporativ sahibkarlar insan həyatı hesabına qorxaq şəkildə sərvət yığmağı rəhbər tuturlar. Onlar Meksika körfəzində belə davranırlar. Onlar ixracat sənayesinin çiçəkləndiyi cənubi Çin əyaləti olan Quandunda belə hərəkət edirlər . Dünya bazarlarını ucuz mallarla doldurmaq məqsədi ilə Çinin totalitar kapitalizmə transformasiyası karbon 4-oksid tullantılarının miqdarının dramatik şəkildə artmasına öz töhfəsini verir , həm də Çində bu tullantıların miqdarı 2030-cu ilə kimi 5 milyard tondan 12 milyard tona qədər, ikiqat artacaq.
Korporasiyalar tərəfindən planetin dağıdılması insan varlıqlarının məhvi ilə müşayət olunur. Quandunda fabriklərdə biz düşmənlərimizin əsl üzünü görürük. Sosioloq Çin Kvan Lin o haqda danışır ki, "şeytan dəyirmanları" Çinin sənaye cəhətdən daha irəli olan cənubunda "elə öldürücü sürətlə fırlanır ki, hər gün işçilərin fiziki və psixi güclərinin davamlılığı yoxlanılır".Bəzi işçilərin iş günü 14 saatdan 16 saata qədər təşkil edir, onlar bütün ayı istirahət günlərisiz işləməyə məcbur edilirlər. Bu fabriklərdə işçinin aya 400 saat və daha artıq işləməsi normal hesab edilir, xüsusən geyim sənayesində. Li qeyd edir ki, işçilərin əksəriyyəti kiçik maaşla və qanunsuz işdən azad edilməklə barışırlar. Onları tez-tez təhqir edirlər, işdə aldıqları bədən xəsarətləri,şikəstlik üçün kompensasiya almırlar. Təkcə Şenzen şəhərində hər il iş gərginliyindən onlarla işçi ölür. Linin sözlərinə görə, iş şərtləri "marksizmdə istismar və yadlaşma anlayışlarından daha pisdir." Linin “Qanuna əlehinə: Çin sənaye və turizm zonalarında işçi etirazları” kitabında sitat gətirdiyi, 2003-cü ildə rəsmi Çin xəbər agentliyi tərəfindən dərc edilmiş tədqiqat göstərdi ki, dörd işçi-miqrantdan üçünün maaş almasıyla bağlı problemləri var. Hər il yüzlərlə işçi onların maaşı ödənməzsə, intihar etməklə hədələyir. O yazır :" Əgər əmək müqabilində pul alınması – kapitalist ictimai münasibətlərinin fundamental əlamətidirsə, onda, sərt desək, əksər çinlilər hətta işçi statusuna malik deyillər".

Bu gün bu korporasiyaların liderləri bizim talemizi müəyyən edirlər. Onlar xeyirxahlığın və rəhmin nə olduğunu bilmirlər. Onların hüquqşünasları onların özlərinə rahat qanunlara təsir edirlər. “Public relations” la məşğul olan firmaları KİV tərəfindən yayılan təbliğatlar uydururlar. Onların pulu seçki prosesini idarə edir. Onların xəsisliyi işçiləri qlobal qullara, planeti boş məkana çevirir.
İqlim dəyişikliklərinin kəskinləşməsi şəraitində biz seçimlə rastlaşacağıq: ya onların qaydalarına tabe olmağa davam etmək, ya da ayağa qalxmaq. Kimlər ki, ağzına kimi doldurulmuş Çin fabriklərində insanları ölənə kimi istismar edir və ya Meksika körfəzini ölü zonaya çevirir – bizim düşmənlərimizdir. Onlar ölüm sisteminə xidmət edirlər. Onları islah etmək və onlara etibar etmək olmaz.

İqlim böhranı – siyasi böhrandır. Biz ya ənənəvi siyasəti və qanunları ilə birlikdə korporativ elitanı rədd edəcəyik, ya da bizi "əldə edəcəklər". Zaman bizim tərəfimizdə deyil. Biz nə qədər çox gözləyiriksə, sonumuz o qədər daha tez yaxınlaşır. Gələcək öz-özünə, bizsiz də gələcək. Bizim mənəvi vəzifəmiz hakimiyyət strukturları qarşısında deyil, ilk olaraq həyat strukturları qarşısındadır.


Tərcümə Günel Muradova