2 мая 2016 г.

Marqaret Tetçerin Hyustondakı nitqi: “Biz SSRI-ni necə dağıtdıq”


1991-ci ilin noyabrında Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer ABŞ-ın Hyuston şəhərində çıxış etdiyi nitqində Britaniyanın və digər qərb dövlətlərinin SSRİ-ni məhz necə, məhz hansı yollarla dağıtdıqları barədə danışmışdı. Həmçinin Marqaret Tetçer özünün noyabr nitqində SSRİ-nin tezliklə, hüquqi cəhətdən hazırlanmış süqutu haqqında xəbər vermişdi. Və doğrudan da bir neçə həftə sonra, bir göz qırpımında, 1991-ci ilin dekabrında Belovej sazişi imzalandı. 1991-ci ilin noyabrında neft emalı və neft-kimya üzrə mütəxəssislərin ABŞ-a, Hyustona (Texas) səfəri baş tutmuşdu. Yığıncaqda əsas Amerika Neft İnstitutunun (APİ) iştirakı idi. Amerikalıların institut anlayışı bizimkindən fərqlənir. APİ – periodik olaraq neft və neft-kimya şirkətlərinin (eləcə də rəqib şirkətlərin) görüşünü təşkil edən özünəməxsus yarımictimai assosasiyadır. APİ-nin yığıncağına həmin vaxtlar İngiltərənin eks-baş naziri olmuş Marqaret Tetçer fəxri qonaq qismində dəvət olunmuşdu. Yeri gəlmişkən, M.Tetçer ixtisası üzrə kimyaçıdır, baxmayaraq ki, öz ixtisası üzrə çox az işləmişdir. Həmi görüşdə M.Tetçer 45 dəqiqə tamamilə siyasi nitq söyləmişdi, hansı ki, bu nitqə “Biz Sovet İttifaqını necə dağıtdıq” kimi başlıq qoymaq olardı.


Bilmirəm, zalda rusların olması olması barədə onu xəbərdar etmişdilərmi ( ola bilsin ki, xəbərdar etməmişdilər). M.Tetçer ağıllı olduğu qədər də həyasız qadın idi. Sovet İttifaqının dağıtmaqda onun mühüm rolu idi və o bu barədə olduqca açıq danışmağa çalışırdı. Onun SSRİ iqtisadiyyatının vəziyyətini və onda baş verən metamorfozları necə qiymətləndirməsi bizim KİV-in bizə çatdırdıqlarından əhəmiyyətli fərqlənirdi. Əlbəttə ki, nitqi tam dəqiqliklə yadda saxlamaq mümkün deyildi. Amma çıxışdan sonra, axşam kollektiv şəkildə deyilənləri yada salmağa və bəzi şeyləri yazmağa çalışdıq.


“Sovet İttifaqı – qərb dünyası üçün ciddi təhlükə daşıyan ölkədir. Mən hərbi təhlükədən danışmıram. İqtisadi təhlükəni nəzərdə tuturam. Planlı siyasət və mənəvi və maddi stimulların özünəməxsus ahəngi sayəsində Sovet İttifaqı yüksək iqtisadi göstəricilərə nail ola bilib. ÜDM-un artım faizi onlarda bizim ölkələrdəkindən təxminən iki dəfə artıq olub. Bununla yanaşı SSRİ-nin zəngin təbii resurslarını nəzərə alsaq, təsərrüfatın rasional idarə edilməsi ilə bizi dünya bazarlarından sıxışdırın çıxarmaq üçün Sovet İttifaqının olduqca real imkanları vardı. Buna görə də biz həmişə Sovet İttifaqının iqtisadiyyatının zəiflədilməsinə və ölkədaxili çətinliklərin yaradılmasına yönəldilmiş fəaliyyətləri seçmişik. Ən əsası silahlanma yarışına qatılmağa vadar etmək idi. Biz bilirdik ki, Sovet hökuməti SSRİ-nin və onun NATO –dakı opponentlərinin bərabər silahlanması doktrinasının tərəfdarı idi. Bunun nəticəsində bizim ölkələr silahlanmaya büdcəsinin təxminən 5%-nii xərclədiyi halda, SSRİ büdcəsinin təxminən 15%-ni silahlanmaya xərcləyirdi. Sözsüz, bu Sovet İttifaqının iqtisadiyyatına mənfi təsir edirdi. Sovet İttifaqı çox işlənən məhsulların  istehsalı sahəsinə qoyulan vəsaitlərdə qənaət etməli olurdu. Biz SSRİ-də əhalinin kütləvi narazılığını yaratmağa çalışırdıq. Bizim fəndlərimizdən biri SSRİ-nin iqtisadi cəhətdə qeyri-sərfəli olan bu sahəyə əlavə yatırımlar etməsi məqsədilə  guya əslində bizdə silahlanmanın midarının daha çox olması haqda informasiyanın “sızdırılması” idi. Bizim siyasətimizdə əsas yeri SSRİ konstitusiyasının qeyri-mükəmməlliyinin hesaba alınması tuturdu. Konstitusiya formal olaraq istənilən ittifaq ölkəsinə istədyi halda tezliklə SSRİ-dən çıxmağa icazə verirdi ( özü də onun Ali Sovetinin çoxluğunun qərarı ilə).
Düzdür, həmin vaxtlar kompartiyanın və güc strukturlarının sementləyici gücünə görə bu hüququn reallaşması praktiki olaraq mümkün deyildi. Amma yenə də bu konstitusiya xüsusiyyətində bizim siyaətimiz üçün potensial imkanlar vardı. Təəssüf ki, bizim səylərimizə baxmayaraq SSRİ-nin siyasi vəziyyəti uzun müddət sabit olaraq qalırdı. Bizim siyasətimizin (xüsusən ABŞ siyasətinin) formalaşmasında əsas yeri raketdən müdafiə sistemlərinin (RMS) yaradılması məsələsi tuturdu. Etiraf məliyəm ki, ekspertlərin çoxu RMS-in yaradılmasının əksinə idilər, çünki hesab edirdilər ki, bu sistem çox baha başa gələcək və kifayət qədər etibarlı olmayacaq, daha dəqiq RMS sipəri Sovet İttifaqının “hücum” silahlanmasına yatıracağı əlavə daha az vəsait hesabına yarılıb keçilə bilər. Bununla belə RMS-in inkişafı barədə qərar bu ümidlə verilmişdi ki, SSRİ analoji bahalı sistemin yaradılması ilə məşğul olacaq. Çox təəssüf ki, Sovet hökuməti belə qərar qəbul etmədi, etiraz olaraq siyasi bəyannamələrlə kifayətləndi. Bizim üçün çox çətin vəziyyət yarandı. Amma tezliklə sovet liderinin yaxınlarda öləcəyi və hakimiyyətə bizim vasitəmizlə sayəsində məqsədlərmizi reallaşdıra biləcəyimiz bir insanı gətirmək imkanı ilə bağlı informasiya daxil oldu. Bu mənim ekspertlərimin qiymətləndirməsi idi ( mən isə əmişə Sovet İttifaqı üzrə  çox təcrübəli ekspert qrupu formalaşdırırdım və lazım olduqca SSRİ-dən əlavə lazımi mütəxəssislərin gətirilməsinə kömək olurdum). Bu insan ekspertlər tərəfindən ehtiyatsız, təlqin və olduqca şöhrətpərəst kimi xarakterizə edilən M.Qorbaçov idi. Onun siyasi elitanın çoxu ilə yaxşı qarşılıqlı əlaqəsi vardı və buna görə də onun bizim vasitəmizlə hakimiyyətə gətirilməsi mümkün idi.


Xalq cəbhəsinin ” fəaliyyəti böyük vəsait tələb etmirdi: bu əsasən surətçıxaran texnika üçün xərclər və funksionerlərə maliyyə yardımı idi. Amma şaxtaçıların uzunmüddətli tətilinə kömək etmək olduqca əhəmiyyətli vəsait tələb edirdi. Ekspertlər arasında əsas mübahisəni B.Yeltsinin növbəti seçkilərdə Rusiya respublikasının Ali Sovetinə, daha sonra isə Rusiya Respublikasının rəhbəri ( SSRİ- lideri M.Qorbaçovun əksi olaraq) seçilmək perspektivi ilə  “Xalq cəbhəsinin” lideri kimi namizədliyinin irəli sürülməsi məsələsi yaradırdı. Yeltsinin keçmişini və şəxsi xüsusiyyətlərini nəzərə alaraq ekspertlərin əksəriyyəti onun namizədliyinə qarşı idi. Amma müvafiq əlaqələr və danışıqlar baş tutdu və Yeltsinin “irəli itələnməsi” qərarı qəbul olundu. Yeltsin böyük çətinliklə Rusiya Ali Sovetinin katibi seçildi və dərhal da Rusiyanın suverenliyi haqda bəyannamə qəbul olundu. Bu həqiqətən SSRİ-nin dağılmasının başlanğıcı idi.
B.Yeltsinə 1991-ci il avqust hadisələri zamanı, SSRİ-nin rəhbər dairələri Qorbaçovu uzaqlaşdıraraq SSRİ-nin bütövlüyünü təmin edən sistemi yenidən bərpa etməyə çalışdıqları zaman da böyük kömək edilmişdi. Yeltsinin tərəfdarları özlərini saxlaya bildilər, özü də o güc strukturları üzərində əhəmiyyətli (tam olmasa da) hakimiyyət qazandı. Vəziyyətdən istifadə edən bütün ittifaq respublikaları suverenliklərini elan etdilər. Beləliklə, indi Sovet İttifaqının de-fakto süqutu baş verib, amma o de-yure hələ mövcuddur. Sizi inandırıram ki, yaxın ay ərzində Sovet İttifaqının süqutunun hüquqi qaydada rəsmiləşdirilməsini eşidəcəksiz”.
M.Tetçer alqış sədaları altında tribunadan endi və ona uzadılmış əlləri sıxaraq zaldan təntənə ilə çıxdı. Biz Rusiyaya evimizə qayıtdıq və təxminən iki həftə sonra Belovej razılığı barədə xəbər eşitdik. Sonrası hamıya məlumdur.

S.Y.Pavlov
Mənbə: http://politikus.ru/articles/66953-margaret-tetcher-kak-my-razrushali-sssr.html

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur