21 дек. 2013 г.

        Birləşmiş Ştatların “Buford” ticarət gəmisi. Gəminin üzərində qeyd edilib: “Sovet Nuh gəmisi. Birləşmiş Ştatların ordu                               nəqliyyatı “Buford” Milad bayramına hədiyyə olaraq Leninə Və Trotskiyə 249 qırmızı aparır”.


1917-ci il Rusiyadakı Vətəndaş müharibəsi ABŞ-da “Qırmızı təhlükə” qorxusunu daha da artırmışdı. ABŞ-ın kommunizm qorxusunun ilk ili məhz 1917-1920-ci illərə təsadüf edir. Tarixçi Levin B.Mürrey ilk “Qırmızı təhlükəni” “ümummilli isteriya, radikallara qarşı yönəlmiş, xüsusi mülkiyyəti, kilsəni, ailəni, nigahı, vətəndaş hüquqlarını və amerika həyat tərzini məhv edəcək qaçılmaz bolşevik inqilabı qarşısında qorxudan yaranmış isteriya” kimi xarakterizə edirdi.
1918-ci ildə Vudro Vilson “Üsyana təhrik etmək” haqqında qanun imzalayır. ABŞ-ın Birinci Dünyü Müharibəsinə qatılması ilə əlaqədar “Şpionaj haqqında” da qanun qəbul edilir ki, bu qanuna görə 1918-ci ildə sosialist nitqlərinə görə 5 dəfə ABŞ prezidenti postuna namizəd Yudjin Debs 10 il müddətinə azadlıqdan məhrum edilir (3 il sonraç 1921-ci ilin Milad bayraminda azad edilir). Bu qanuna əsasən anarxist-femenist Emma Qoldman və Aleksandr Berkman deportasiya edilir.
1919-1920-ci illərdə 24 ştat öz ərzisində qırmızı bayraqlara qadağa qoyur. İlk “Qırmızı təhlükə” nəticəsində ABŞ –da Kommunist partiyasının və analoji partiyaların üzvlərinin sayı 80% azalır. ABŞ konqressinin nümayəndələr palatası sosialist baxışlarına görə Viktor Berqerin mandatını ləğv edir.
ABŞ-ın Birinci Dünya müharibəsində iştirakı kişilərin kütləvi şəkildə orduya cəlb edilməsi ilə müşayət olunur ki, bu da işçi qüvvəsi çatışmazlığına səbəb olur. Buna görə Cənubdan neqrlər cəlb edilməyə başlayır. 1919-cu ilə 500 min neqrin Qərbə ştreykbexer kimi gətirilməsi ağ dərili işçilərlər neqrlər arasında gərginlik yaradır. Birləşmş Ştatların Əmək departamentinin nümayəndəsinin hesabatına görə 1919-cu ildə ayrı-ayrılıqda 38 üsyan qeydə alınmışdı ki, bu üsyanlarda ağlar neqrlərə hücum etmişdilər. ABŞ daxilindəki bu gərginliklər hökumət nümayəndələrini sosialist inqilabı qorxusu qarşisinda qoyurdu.

1918-1920-ci illər arasında ABŞ-da sollara qarşı aparılmış təmizləmə işləri tarixə Palmer reydi kimi də daxil olmuşdur.  Bu reydlər nəticəsində 1919-cu ilin dekabrında 249 nəfər həbs edilmiş radikal aktivist Sovet Rusiyasına göndərilir. 1920-ci ilin yanvarında təxminən 6000 nəfər, əsasən işçi ittifaqlarının nümayəndələri həbs olunurlar. Başqa bir reyd nəticəsində 1 gecədə 4 min insan həbs edilir. Həbs edilənlərlər arasında olan əcnəbi vətəndaşlar deportasiya edilir. 1920-ci ilin yanvarına Palmer və Quver tərəfindən ABŞ tarixində ən böyük həbslər həyata keçirilir ki, bu həbslərin də qurbanı ən azı 10000 insan olur.
Rusiyanın "Arqumentı i faktı" qəzetindən Sovet hökumətinin Brejnev zamanından və Brejnev haqqında gözlənilməz nisbətən ədalətli yazı.
Oxuyun, məsləhətdir.
Yeri düşmüşkən, Brejnev haqda "qorxunc, totalitar, nəfəs almağı belə qadağan edilmiş SSRİ-də" hər yerdə, məclisdə anekdotlar danışılardı. Biri də Brejnevə müraciətdə həmişə "əziz Leonid İliç" istifadə edilməsi ilə bağlı idi. Anekdotun məzmunu belə idi: Brejnevə o qədər "əziz Leonid İliç" deyə müraciət olunur ki, bir dəfə Brejnev özü telefona cavab verərkən çaşıb "Əziz Leonid İliç sizi dinləyir" deyir....
Bu anekdotu bu günlərdə xatırlamağa səbəb olan hadisələr baş verir. Fəthullah Gülən öz gücü ilə göndəmdədir. Onun haqda danışanda tərəfdarları, nurçular, gücündən qorxub ona yaltaqlıq edənlər "möhtərəm hocaəfəndi" deyirlər... Fikir verirmisiniz? Möhtərəm. Hocaəfəndi. Bir tərəfdə Leonid İliç Brejnev, zəhmətkeş bir insan, adi traktorçuluqdan başlayaraq, əziyyətlə, əməklə, xalqa xidmət etməklə irəli getmiş, böyük bir ölkənin rəhbəri vəzifəsinə qədər pillə-pillə qalxmış, Böyük Vətən müharibəsində iştirak etmiş, tarixin ən qorxunc müharibəsində nasist işğalçılara qarşı qəhrəmancasına savaşmış, adam kimi adam, ürəyi yuxa bir kommunist, planetin iki qeopolit gücündən birinin başında durmuş dahi bir şəxsiyyət...Ona layiq olduğu halda "əziz Leonid İliç" deyilməsini ələ salan bizlər, nankor insanlar... O biri tərəfdə ömründə alın təri ilə çörək yeməyən, milyardlarla sərmayəyə sərəncam verən, sıradan bir molla, moşennik, vətən xaini, ABŞ-ın qucağında oturub Anadolunun, Yaxın Şərqin, hətta artıq Azərbaycanın taleyinə mənfi, imperialist qüvvələrin marağı çərçivəsində təsir edən yobaz, cahil, hal hazırda on minlərlə atatürkçünün taleyini şikəst edən, on milyonlarla insanın həyatını dolayı yolla şikəst edən aferist... Və ona "möhtərəm hocaefendi" deyirlər... Bizlər, cahil insanlar... Bu cahillik, ədalətsizlik, haqsızlıq planetdə nə vaxt qurtaracaq? Ancaq və ancaq qlobal sosializm/ekososializm qalib gələndə.
Ekososializm yoxsa barbarlıq.

http://www.aif.ru/society/history/1068346
Azadlıq radiosu İnternet sorğu keçirir. Hələ ki, paylaşdığı nəticə belədir:

1. Məmməd Əmin #Rəsulzadə - 63,2%
2. Heydər #Əliyev - 11,7%
3. Əbülfəz #Elçibəy - 9,7%
4. Mircəfər Bağırov - 3,4%
5. Nəriman Nərimanov - 3,3%

Diqqət edin, 1-ci yerdə Məmməd Əmin Bəy gedir. Cəmi 23 ay iqtidarda olublar, İrəvanı və Göyçə mahalını ermənilərə veriblər, Osmanlı hökuməti ilə birləşib Ermənistan dövləti yaradıblar, Zəngəzurun, Naxçıvanın, Qarabağın ermənilərə verilməsinin əsasını qoyublar; Bakı neftini əvvəlcə Osmanlı hökumətinə və Almaniya imperialistlərinə, sonra Britaniya imperialistlərinə veriblər... Bunların 23 aylıq iqtidarında xalq diri gözlü zülm çəkib, ermənilər yüz minlərlə azərbaycanlını doğruyublar... Amma gördüyünüz kimi, Azadlıq radiosu illərdir insanlarımızın beynini elə yuyub, elə doldurub ki, radio dinləyici kütləsinin əksəriyyəti Məmməd Əmin bəyi böyük lider hesab edir. Onun "böyüklüyü" xarici imperialist qüvvələrə xidmət etməsidir - ABŞ Konqresinin maliyyəsi ilə çalışan Azadlıq radiosunun "böyüklük" haqda anlayışı budur. Hə, bir də nasistlərə yaxşı xidmət edib Məmməd Əmin Bəy və arxadaşları.

Heydər Əliyevin 2-ci yerdə getməsi normaldı. Adam 40 il ölkəni idarə edib, yaxşı işlər də görüb, pis işlər də, kapitalizm dövründə gürdüyü işlərin xalqa ancaq zərəri olub. Lakin onu da nəzərə alaq ki, onun yerində məsələn Əbülfəz Əliyev olsaydı xalq daha da çox zərər görəcəkdi.
Əbülfəz Əliyevin 3-cü yerdə getməsi də Azadlıq radiosunun beyinyuma kampaniyasının nəticəsidir. Axı bu adam nə edib ölkə üçün, xalq üçün? Müxalifətdə olduğu dövrdə onun rəhbəri olduğu təşkilat ancaq dağıdıcı işlərlə məşğul olub, iqtidarda olduğu 11 ay müddətində ölkəni uçurumun kənarına qədər gətirdi....

Azadlıq radiosunun və dinləyicilərinin ədalət hissinə baxın ki, Azərbaycanın ən vətənpərvər, vətəni üçün hər şey etmiş, ən ağır şəraitdə hər şey etmiş Nəriman Nərimanov və Mircəfər Bağırov Əbülfəz bəy qədər də səs yığmayıb. Dünya ictimaiyyətini deyə bilmərik, Azərbaycan ictimaiyyəti bu ədalətsizliyə göz yumacaqsa, deməli bu ölkədə yaxşılığa doğru heç nə getməyəcək.
Moskva Dövlət Universitetinin yaradılması zamanı Stalin özünün rəhbərlik etdiyi Siyasi Büronun yığıncağında söyləyirdi: “... Müəllimlər və tələbələr üçün mənzil-məişət şəraiti yaratmaq, yataqxanalar qurmaq lazımdır. Orada nə qədər tələbə yaşayacaq? Altı min? Deməli yataqqxanada altı min otaq olmalıdır. Ailəli tələbələrin xüsusilə qayğısına qalmaq lazımdır.”
Hələ 1991-ci ildə, Sovetlərin süqutundan sonra Yaponiya nümayəndələrinin də iştirak etdiyi sinpoziumda yaponiyalı biznesmen X.Teravamanın “yapon möcüzəsi” haqda daha əvvəl də paylaşdığımız nitqini xatırlayırsız? Həmin nitqdə o söyləmişdi ki, “bizim bütün firmalarımızda stalin dövrünün şüarları asılıb”.
Biz niyə həmin təcrübəni, şüarları tətbiq etməməliyik? Axı dünyanın iqtisadi-texnoloji nailiyətlərinə görə “yapon möcüzəsi” adlandırıb həsəd apardığı yaponların özləri “sovet möcüzəsi” qarşısında həsəd aparırlar. Təsəvvür edin ki, Stalinin təhsil sahəsindəki islahatlarını ölkəmiz yenidən tətbiq edir: dövlət əhalini tamamilə pulsuz ali və orta təhsillə, tələbələri pulsuz yataqxanalarla təmin edir və s. Bu o deməkdir ki, belə bir dövlətdə - ekososialist dövlətdə maddi çətinlik ucbatından ali təhsil almaq imkanı olmadığına görə özünü asan tələbə olmayacaq (xatırlayırsızsa, belə bir hadisə artıq baş vermişdi), kirayə pulunu ödəmək üçün bütün saatını işə sərf edən və təhsildən uzaq düşən tələbə olmayacaq. Sosalist dövlət gəlirlərini birbaşa əhalinin əsas ehtiyaclarının ödənilməsinə yönləndirdiyi halda kapitalist dövlət bu gəlirləri hakim kapitalist-maliyyə elitası üçün toplayıb yığmaqla məşğuldur. Sosialist və Kapitalist dövlət quruluşlarının əsas fərqi budur.
 Fəthullahın adi bir cahil, fırıldaqçı molla olduğunu anlamamaq üçün yəqin ki, ondan da cahil və fırıldaqçı olmalısan.
Güləsən yoxsa ağlayasan? Və bunlar kosmosun dərinliklərində yaşayan Allah adında ərəb tanrısının Yer planetində təmsilçiləridir... Və bunlar özlərinə başqalarına mənəviyyat dərsi keçməyi səlahiyyəti veriblər... Və bu cahil fırıldaqçı azı beş milyon adamı qoyun kimi güdür, yönləndirir, milyardlarla sərmayəyə sərəncam verir...
Bu o Fəthullahdır ki, işlərinin xatirinə (qazanc üçün) hakimləri pulla ələ alıb istənilən haqsız işi görməyi tərəfdarlarına töfsiyyə edir.. Bu o Fəthullahdır ki, Türkiyədə atatürkçülərə, solçulara zülm edib, edir. Bu o Fəthullahdır ki, ABŞ tərəfindən Türkiyədə sola, kommunizmə qarşı mübarizə aparmaq üçün "möhtərəm hocaəfəndiyə" çevrilib.. Bu o Fəthullardır ki, hansının adamları onun-bunun şəxsi həyatını gizli kameraya çəkdirib şantaj etdirib... Bu, Tayyib və tayyibçilərdən heç bir fərqi olmayan Fəthullahdır. Tək fərqləri - dövlətin gücünün əsasən Tayyibgildə olmasıdır. Bu iki islamçı sərmayə qruplarının bir-birinə girməsi əla oldu.... Qəşəng oldu. Şər qüvvələr, kapitalist və imperialist kölələri nə planlayırsa planlasın, xeyri yoxdur - Yaradanın da Öz planları var. Sosialist inqilabı da olacaq, ekososialist inqilabı da...

http://www.youtube.com/watch?v=-r2w4PcTnM4

ÜKP (b) MK-nin katibi yoldaş Malenkovun AzKP(b) MK-nin katibi Bağırova məktubu və Bağırovun bu məktuba cavabı

 Moskvadan  
28.11.1945 

Azərbaycan Kommunist Partiyasının MK-nin katibi yoldaş Bağırova

Ermənistan Kommunist Partiyasının MK-nin katibi yoldaş Arutinov Dağlıq-Qarabağ ərazisinin Ermənistan SSR-nin  tərkibinə birləşdirilməsi haqda təklifi Ümumittifaq Kommunist Partiyasının MK-nin müzakirəsinə çıxarmışdır.
Yoldaş Arutinov məktubda bununla bağlı aşağıdakıları yazır:

“Ermənistan ərazisinə bitişik olan Dağlıq-Qarabağ Muxtar vilayəti 1923-cü ildən Azərbaycan SSR-nin tərkibinə daxildir.Bu vilayətin əhalisi əsasən ermənilərdən ibarətdir. 153 min əhalidən 137 min nəfəri ermənilərdir.Dağlıq Qarabağın kənd təsərrüfatı Ermənistanın dağlıq hissəsinə uyğundur.Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil olması onun daha çox inkişafına səbəb olardı və təsərrüfatın idarəedilməsini yaxşılaşdırardı. Əhaliyə doğma dildə kütləvi-mədəni və siyasi xidmət göstərilməsi Ermənistan respublika orqanları tərəfindən idarəetmə sayəsində güclənərdi.
Dağlıq Qarabağ ərazisinin Ermənistana daxil edilməsi yerli kadrlara ali təhsillərini Ermənistanın ali təhsil müəssisələrində doğma dildə davam etdirmək imkanı verərdi. Digər tərəfdən Ermənistan SSR Dağlıq Qarabağ ərazsindən əlavə kadrlar qəbul edə bilərdi.
Bu səbəbdən və Dağlıq Qarabağ əhalisinin istəyinə görə Sov.Ermənistanın Mərkəzi Komitəsi və Xalq Komissariatı Azərbaycan SSR-nin Dağlıq Qarabağ ərazisinin Ermənistan SSR-nin tərkibinə Qarabağ ərazisi kimi daxil edilməsi barəsində məsələni ÜKP (b) MK-nin və İttifaq Hökumətinin müzakirəsinə daxil etmişdir.
Bu məsələnin müsbət həlli zamanı Sovet Ermənistanının MK və Xalq Komissariatı  sovet hakimiyyətinin qurulmasından qabaq dağıdılmış Qarabağın keçmiş mərkəzi Şuşa şəhərinin bərpa edilməsi təklifi ilə hökumətin yanına gedəcək”.

Ermənistanın KP (b) MK-nin təklifi ilə bağlı fikrinizi bildirin.
ÜKP MK-nin katibi       Malenkov. 


Ümumittifaq Kommunist Partiyasının (b) Mərkəzi Komitəsinin katibi

Yoldaş Malenkova

Ermənistanın Kommunist Partiyası(b) MK-nin katibi yoldaş Arutinovun Dağlıq-Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsilə bağlı təklifi haqda Sizin teleqramınıza cavab olaraq bildirirəm:
Dağlıq-Qarabağ Muxtar Vilayətinin ərazisi qədim dövrlərdən  mərkəzi 1747-ci ildən Qarabağlı Pənah xan tərəfindən qala kimi tikilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibinə daxil olmuşdur.
1826-cı ildə Qarabağ Çar Rusiyasına birləşdirilir. Nəticədə hazırki Dağlıq-Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının  Şuşa, Cavanşir, Karyaqin və Qubadlı qəzalarının tərkibinə daxil olur.
1918-1920-ci illərdə musavatçıların Azərbaycanda və daşnakların Ermənistanda  hakimiyyəti dövründə musavat hökuməti tərəfindən bütün Qarabağ ərazisində mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhərində yerləşən Qarabağ general-qubernatorluğu təşkil olunur.
Musavatçılar və daşnaklar tərəfindən təşkil olunmuş millətlərrası qırğın nəticəsində Şuşa Azərbaycanın və Ermənistanın digər şəhərləri kimi dağıdılmış və xarabalığa çevrilmişdi.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra ilk vaxtlar  bütün Qarabağın təsərrüfat-siyasi həyatının idarə edilməsi  vahid Ərazi İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi.
1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı  dağlıq hissəsinin Ermənistan SSR-yə birləşdirilməsi məsələsi meydana çıxdı. Amma bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədləri olmadığından və ondan əsasən azərbaycanlıların məskunlaşdığı  Qubadlı, Laçın,Kəlbəcər və Dostafur rayonları ilə ayrıldığından partiya orqanlarının göstərişləri əsasında, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin  7 iyul 1923-cü il dekreti ilə  mərkəzi Xankəndi ərazisində, hazırki Stepanakert şəhəri olan Dağlıq-Qarabağ Muxtar Vilayəti yaradıldı.
Beləliklə, Dağlıq-Qarabağ Muxtar Vilayəti ərazi baxımından heç vaxt Ermənistan SSR-yə birləşməyib və birləşmir.
Azərbaycanda sovet hakimiyyəti ərzində Dağlıq Qarabağda ərazinin təsərrüfat-siyasi və mədəni inkişafında böyük işlər görülmüşdür. Buna parlaq nümunələrdən biri atılmış və dağıdılmış kənddən gözəl,  abad və mədəni şəhərlərdən, təkcə Azərbaycanın deyil,  birinə çevrilmiş  DQMV-nin mərkəzi – Stepanakert şəhəridir.
Azərbaycan SSR-nin bütün ali təhsil müəssisələrinin və texnikumlarının 20,5%-ni ermənilər təşkil edir, hansı ki, onların əksəriyyəti Dağlıq Qarabağ Muxtar vilayətindəndirlər.
Respublikanın rəhbər partiya, şura, təsərrüfat kadrlarının içərisində də Dağlıq Qarabağdan olan yoldaşlar çoxdur; MK-nin və Azərbaycan Kommunist Partiyasının katibinin müavinləri, xalq komissarları, xalq komissarlarının müavinləri və digərləri.
Bununla belə, biz Dağlıq Qarabağ Muxar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsinə etiraz etmirik, amma Dağlıq-Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan, amma indi də əsasən azərbaycanlıların məskunlaşdığı Şuşa rayonunun Ermənistan SSR-yə verilməsinə razı deyilik.
Şuşa şəhəri esası qoyulandan bəri təkcə Qarabağın administrativ-siyasi və mədəni mərkəzi olmamışdır, həm də Azərbaycan xalqının öz azadlığı uğrunda fars işğalçılarına qarşı mübarizədə xüsusi rol oynamışdır.  Şuşada azərbaycanlılar tərəfindən qaniçən istilaçılardan biri, zaqafqaziya xalqlarının cəlladı fars çarı Ağa Məhəmməd Şah-Qacar öldürülmüşdür.
Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə  formalaşmışdır, və nəhəng siyasi və mədəni xadimlərin adı- İbrahim-xanın, Vaqifin, Natavanın və digərlərinin - onunla bağlıdır.
Eyni zamanda DQMV-nin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi məsələsinin müzakirəsi zamanı Ermənistan SSR-nin Azərbaycan respublikasına bitişik olan və əsasən azərbaycanlıların məskunlaşdığı Əzizbəyov, Vedin və Qarabağlar rayonlarının Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmasını ÜKP(b) MK-nin nəzərinə çatdırmağı vacib bilirik.
Bu rayonların olduqca mədəni və iqtisadi geriliyini nəzərə alsaq, onların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitinin və mədəni-siyasi xidmətini yaxşılaşdırılmasına imkan verəcək.


Yuxarıda qeyd edilənlərdən əlavə, ÜKP (b) MK-ni növbəti məsələləri müzakirəyə çıxarmasını istəyirik:
Gürcüstandan olan yoldaşlar Azərbaycan SSR-nin  Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-nin tərkibinə daxil edilməsi məsələsini irəli sürüblər.
Ümumi əhalisinin sayı 79 000 nəfər olan qeyd edilmiş  rayonlarda 9000 gürcü-yengiloy yaşamasına baxmayaraq, biz bu məsələyə baxılmasına qarşı deyilik,  bundan ötrü  ki, eyni zamanda əhalisi əsasən azərbaycanlılardan ibarət olan və Azərbaycan SSR-yə bitişik olan Gürcüstan SSR-nin Borçalı rayonun Azərbaycan SSR-yə daxil edilməsi məsələsinə də baxılsın.
Və nəhayət , biz əvvəllər Azərbaycanın bir hissəsi olmuş və Bakı quberniyasının tərkibinə daxil olmuş, Dağıstan SSR-nin Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasımkənd rayonlarının Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə baxılmasını rica edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir, həm də onun heyvandarlıqla məşğul olan əhalisinin yarısı ilin 9 ayını Azərbaycan ərazisində keçirir.
Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün ÜKP(b) MK-nin hər bir maraqlı respublikdan nümayəndələrin daxil edilməsi ilə komissiya yaratmasını məqsədəuyğun hesab edərdik.

Azərbaycan KP (b) MK-nin katibi                                                                   (M.D.Bağırov)
10 dekabr 1945-ci il

Bakı şəh.








Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

16 дек. 2013 г.

Mövcud sistemi – rasizmi, işsizliyi, hüquqsuzluğu, bərabərsizliyi , həyat tərzi kimi reklam olunan mənəviyyatsızlığı qəbul etməyən və daim onunla mübarizə aparan tanınmış musiqiçi, şair və aktyor Din Ridin ABŞ prezidentinə yazdığı məktub.

  Din Rid ABŞ səfirliyi qarşısında simvolik olaraq amerika bayrağını yuyur. Santyaqo (Çili),
                                                               1 sentyabr 1970-ci il.

ABŞ PREZİDENTİNƏ

VAŞİNQTON

Əziz prezident Karter, “Siz əmin ola bilərsiz ki, amerika xalqı və bizim hökumət insan hüquqlarının müdafiəsi üzrə öz öhdəliklərini əminliklə yerinə yetirməyə davam edəcək”.
Bu sitat nə vaxtsa siz tərəfindən yazılmış açıq məktubdan götürülmüşdür. Bundan istifadə edib mən də Sizə açıq məktub yazıram.

Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Endryu Yanq bu yaxınlarda söyləmişdi: “ Birləşmiş Ştatlarda yüzlərlə, bəlkə  də, minlərlə siyasi məhbus var, və onlar ona görə həbsxanadadırlar ki, günahkardırlar, ona görə ki,  yoxsuldurlar. Bizim sistem ağıllı, aktiv, yoxsul insanları həbsə atır və ağıllı, aktiv, varlı insanları mükafatlandırır”.

Baxın görün bizim ölkədə nələr baş verir, cənab prezident!

1978-ci ilin 8 sentyabr tarixli “Seven days” jurnalı yazırdı: “Amerika adam başına düşən məhbus sayına görə bütün qərb dövlətlərindən öndədir. Hazırda ABŞ həbsxanalarında təxminən 600 000-dən çox insan var”.

Baxın görün bizim ölkədə nələr baş verir, cənab prezident!

70-ci illərin əvvəlində keşiş Ben Çeyvis və 9 nəfər digər amerikalı Şimali Korolinada ümumilikdə 282 il həbs cəzasına məhkum edilmişdi. Onların cinayəti: onlar öz həyatlarını və bacarıqlarını Amerikada insan hüquqları uğrunda mübarizəyə həsr ediblər. “Uilminqton onluğundan” bəziləri  dünya ictimaiyyətinin fikrinin məhkəmə ədalətsizliyinə qarşı geniş etirazları sayəsində hazırda azadlıqdadırlar. Amma Çeyvis hələ də həbsxanadadır – və 34 il azadlığı gözləməlidir.

Baxın görün bizim ölkədə nələr baş verir, cənab prezident!

Böyük ironiya bundan ibarətdir ki, Amerikada insan hüquqları uğrunda mübarizə aparan insanlar həbsxanaya birinci düşürlər, onlara işgəncə verirlər və hətta öldürürlər. Amma ən böyük ironiya və ikiüzlülük bundadır ki, Siz, Birləşmiş Ştatların prezidenti kimi “insan hüquqları” uğrunda dünya miqyasında kampaniyaya başlamısız, amma burada, bizim ölkəmizdə, Amerika Birləşmiş Ştatlarında bu hüquqların biabırçı şəkildə  pozulmasını dayandırmaq üçün heç nə etmirsiz.
Baxın görün bizim ölkədə nələr baş verir, cənab prezident... və Ben Çeyvisi və Birləşmiş Ştatların digər siyasi məhbuslarını azad edin.

Səmimi qəlbdən,
Din Rid.

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

15 дек. 2013 г.

Din Rid. Amerikalının A.Soljenicsinə açıq məktubu

Mən bir amerika aktyoru kimi sizin bütün dünyada kapitalist mətbuatı tərəfindən nəşr olunan bəzi ittihamlarınıza cavab verməliyəm. Mənim fikrimcə, onlar yalançı ittihamlardır və dünya xalqları onların niyə yalançı olmasını bilməlidirlər.
Siz Sovet İttifaqını “ nifrətlə və ədalətsizliklə yoluxmuş olduqca xəstə cəmiyyət” kimi damğalamısız. Siz deyirsiz ki, Sovet hökuməti “düşmənlərsiz yaşaya bilməzdi və bütün atmosfer nifrətlə, hətta irqi nifrət qarşısında belə dayanmayan nifrətlə dolub”. Siz yəqin ki, mənim ölkəm haqda danışırsız, öz ölkəniz haqda deyil! Axı öz iqtisadiyyatına hərəkət etmək, diktatorlarımıza, hərbi-sənaye komplekslərimizə Vyetnam xalqının, bizim öz əsgərlərimizin və dünyanın bütün azadlıq sevər xalqlarının  qanı bahasına  daha çox zənginlik və hakimiyət əldə etmək imkanı vermək üçün müharibə aparan və mümkün müharibələrlə gərgin vəziyyət yaradan məhz Amerikadır, Sovet İttifaqı deyil! Xəstə cəmiyyət mənim vətənimdədir, sizin vətəninizdə yox, cənab Soljenicsin!

Bəşəriyyət tarixinin indiyə kimi tanıdığı ən zorakı cəmiyyətə çevrilən məhz Amerikadır, Sovet İttifaqı deyil.  Nəhəng korporasiyalardan çox mafiyanın ən çox iqtisadi hakimiyyətə sahib olduğu  Amerikada, və harada ki, vətəndaşlarımız cinayətkar  hücumlara  məruz qalmaq qorxusundan  gecələr küçədə gəzə bilmirlər. Axı məhz Birləşmiş Ştatlarda, Sovet İttifaqında deyil, öz vətəndaşlarımız 1900-ci ildən bəri birinci və ikinci dünya müharibələrindəki, həmçinin Koreyada və Vyetnamdakı döyüşlərdə ölən amerika əsgərlərindən daha çox insan öldürüblər! Bizim bəzi ədalətsizliklərimizə qarşı səs qaldırmağa özündə cəsarət tapan istənilən şəxsi və hər bir proqressiv lideri öldürməyi rahat hesab edən məhz bizim cəmiyyətdir. Xəstə cəmiyyət budur, cənab Soljenitcsin!
Sonra siz irqi nifrət haqqında danışırsız! İki yüzillik zaman boyunca yarımqul vəziyyətində saxlanılan neqrlərin ölümü hələ də Amerikada cəzasız qalır, Sovet İttifaqında deyil. Amerikada, Sovet İttifaqında deyil, polis araşdırmadan öz hüquqlarının müdafiəsinə qalxan istənilən və hər bir neqri döyür və həbs edir.

Sonra da deyirsiz ki, “söz azadlığı, sözün həqiqi və tam azadlığı – istənilən sağlam cəmiyyətin, həmçinin də bizim, ilkin şərti budur”. Bu fikirləri əzab çəkən, öz varlığı uğrunda mübarizə aparmalı olan və öz iradəsinin əksinə olaraq, yalnız ABŞ-ın hərbi yardımı sayəsində hakimiyyətə qalan diktator rejimlərin zülmü  altında yaşayan xalqların arasında yaymağa çalışın.
 Öz fikirləriniz haqda  o insanlara danışın ki, “sağlamlığı” yalnız bundan ibarətdir ki, həkimə vermək üçün pulu olmadığından  uşaqlarının yarısı doğum zamanı ölür və tibbi xidmətin olmaması üzündən bütün ömür boyu əzab çəkir. Bu haqda kapitalizm dünyasının insanlarına danışın, hansıların ki, “sağlamlığı” yalnız bundan ibarətdir ki, onlar bütün ömürlərini işsizlik qarşısında daimi qorxu ilə keçirirlər. Amerika neqrlərinə söyləyin, iki yüz illik  “amerikasayağı söz-azadlığı”ından sonra hələ də ABŞ-ın əksər rayonlarında neqri öldürməyin ayı ovu kimi bir şey olduğunu düşündükləri halda “sağlamlıq” və “ söz azadlığı” onların ağlarla bərabərlik uğrunda ədalətli mübarizəsində onlara nə qədər kömək edib!

Kapitalizm dünyasının zəhmətkeşlərinə “söz azadlığı sağlamlığın ilkin şərti kimi” xüsusunda ideyalarınızı söyləyin, əgər pul azlığına görə onların oğlanları və qızları məktəbdə öz zehni bacarıqlarını inkişaf etdirə bilmirlərsə, buna görə də heç vaxt oxumağı öyrənə bilməyəcəklər!  Yer kürəsinin əhalisinin böyük əksəriyyəti hələ də sözü üzündən oxumaq imkanı haqda danışdığı halda siz  söz azadlığından danışırsız!
Xeyr, cənab Soljenicsin, sizin söz azadlığı sağlamlığın ilkin şərti haqda tərifiniz doğru deyil. İlkin şərt vətəndaşlarının oxuya, yaza, işləyə və birlikdə sülh şəraitində yaşaya bilməsi üçün ölkəni əxlaqı, zehni, mənəvi və fiziki cəhətdən kifayət qədər sağlam etməkdən ibarətdir.

Xeyr, cənab Soljenicsin, mən sizin cəmiyyətin sağlamlığı haqda ilkin şərtinizi və xüsusilə sizin təyin etdiyiniz kimi və sizin kontekstdə qəbul etmirəm. Mənim özünün “söz azadlığı” ilə taninan ölkəm, - polisin dinc yürüş iştirakçılarına hücum etdiyi ölkədir. Mənim ölkəmdə dinc yürüşlərə icazə verilir, və eyni zamanda da davam edən müharibə vyetnam xalqının həyatına ölümcül təsir edir, çünki, nümayişlər, əlbəttə ki, hökumətin siyasətini zərrə qədər də olsa dəyişmir. Yəni həqiqətən düşünürsüz ki, mənim ölkəmi və dünyanın yarısını idarə edən hərbi-sənaye kompleksi “söz azadlığı”na can yandırır?!  Onun rəhbərləri başa düşürlər ki, onlar və yalnız onlar qərar qəbul etmək hökmünə sahibdirlər. Həqiqətən də, söz azadlığı sözdədir, əməldə deyil!
Siz həmçinin bəyan edirsiz ki, Sovet İttifaqı XX əsrlə ayaqlaşa bilmir. Əgər bu doğrudursa, yalnız ona görə ki, Sovet İttifaqı həmişə XX əsrdən yarım addım öndə gedir! Siz doğrudanmı öz xalqınıza bütün proqressiv xalqların başçısı və avanqardı rolundan imtina etməyi və Yer kürəsinin digər hissəsində, az qala feodal şəraitli  bir çox dövlətlərin ədalətsizliklə dolu atmosferində mövcud olan qeyri-insani və ağır şəraitə qayıtmağı təklif edirsiz?
Cənab Soljenicsin, məqalədə daha sonra deyilir ki, siz – “Sovet İttifaqının çox əziyyətlər çəkmiş  yazıçısısız”. Görünür, bu o deməkdir ki, siz əxlaqi və ictimai prinsiplərin  yoxluğundan əziyyət çəkirsiz və siz sakit gecə saatlarında özünüzlə tək qalan zaman vicdanınız sizə əzab verir.

Doğrudur ki, Sovet İttifaqının öz ədalətsizlikləri və çatışmazlıqları var, amma axı dünyada hər şey nisbidir. Sizin cəmiyyət prinsipdə və əməldə həqiqi sağlam və ədalətli cəmiyyətin yaranmasına can atır. Bizim cəmiyyətin qurulduğu prinsiplər qəddar, tamahkar və ədalətsiz olduğu halda, sizin cəmiyyətin qurulduğu prinsiplər – sağlamdırlar, təmiz və ədalətlidirlər. Görünür, həyatda səhvlər və bəzi ədalətsizliklər ola bilər, amma şübhəsizdir ki, ədalətli əsaslar üzərində qurulmuş cəmiyyət ədalətli cəmiyyətə çevrilmək üçün daha çox perspektivlərə malikdir, nəinki ədalətsizlik və insanın insan tərəfindən istismarı üzərində qurulan cəmiyyət. Mənim ölkəmin cəmiyyəti və hakimiyəti zamandan geridə qalıblar, çünki onların yeganə məqsədi bütan dünyada status-kvo saxlamağa çalışmaqdır. Məhz sizin ölkə insanlıq uğrunda proqressiv addımlar atmağa çalışır, və əgər o hər hansı bir şeydə mükəmməl deyilsə və bəzən  büdrəyirsə, biz bu çatışmazlıqlara görə bütün sistemi ittiham etməməliyik, onu cəsarətinə və yeni yollar açmaq cəhdlərinə görə alqışlamalıyıq.

Səmimi qəlbdən sizin, Din Rid

Огонек № 5 (2274), 1971-ci il.

Литературная газета № 5, 1971-
ci il.


Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur