22 мая 2017 г.

Çe Qevara Stalin haqqında


Ernesto Çe Qevara, şübhəsiz, 20-ci əsr kommunist hərəkatında siyasi şəxsiyyətdir. Geniş spektrdə siyasi baxışlı insanların qəlbini fəth edən şəxsiyyət. Boliviyada qorxaqcasına qisas alınmasından sonrakı bir neçə il ərzində Çe müxtəlif marksist, sol və proqressiv partiya və təşkilatlar – trotskiçilərdən tutmuş qatı leninçilərə və sosial-demokratlardan tutmuş anarxo-libertarianlara kimi - üçün inqilab simvolu oldu. Bu argentinalı inqilabçıya heyran olanların böyük əksəriyyəti “Stalin dövrünün cinayətləri” kimi  adlandırılanların davamı olaraq Stalinə nifrət edərək və lənət oxuyaraq özünü “anti-stalinçi” sayır. Ki, bu da tarixi mövqedən ziddiyyətli və ironikdir, çünki Qevara özü Stalinin  pərəstişkarı olub.

Gəlin böyük sovet başçısının ölümünün 63-cü il dönümü münasibətilə  Çe Qevaranın öz məktubları və qeydlərini nəzərə almaqla onun Stalin haqda nə düşündüklərini xatırlayaq. 1953-cü ildə Qvatemalada olarkən 25 yaşlı Çe öz məktubunda xalası Beatrizə yazır:

“Yeri gəlmişkən, United Fruit-in torpaqlarını gəzmək imkanım oldu, bu nəhəng kapitalist səkkizayaqlı ilbizlərin nə qədər qəddar olduqlarına növbəti dəfə əmin oldum. Qoca və yası tutulan yoldaş Stalinin foto şəkli qarşısında and içdim ki, bu sprut məhv olunmayınca rahatlıq tapmayacam ”.


Qvatemala məktubundan bir neçə il sonra, Kubada inqilabi prosesslərin qızğın vaxtları Qevara Stalinə münasibətində öz mövqeyini yenidən təsdiqləyir:

Stalinin səhvləri deyilən şeylərdə inqilabi mövqe ilə təftişçilik mövqeyi arasında olan fərqlər gizlənir. Stalinə hərəkət etdiyi tarixi kontekstdə baxmaq lazımdır, ona hansısa bir kobud kimi deyil, konkret tarixi kontekstdə baxmaq lazımdır. Mən Stalin dayının sayəsində kommunizmə  gəldim və heç kim mənə deyə bilməz ki, mən onu oxumamalıyam. Mən onu hələ o vaxtlar oxuyurdun ki, o zamanlar onu oxumaq pis iş hesab edilirdi. Bu başqa dövr idi. Və madam ki, mən parlaq sima deyiləm və yekəbaşam, mən onu oxumağa davam edirəm. Xüsusilə indiki,onu oxumağın daha pis iş hesab olunduğu yeni dövrdə. Həm o vaxtlar, həm də indi mən oxuyuram və çox yaxşı şeylər tapıram” .

Stalin siyasətini bəyənməklə yanaşı Çe həmişə Trotskini “gizli motivlərinə” və “əsas səhvlərinə” görə pisləyərək onun əks-inqilabi roluna işarə edirdi. Öz qeydlərinin birində o qeyd edir:

“Mən hesab edirəm ki, Trotskinin əsaslandığı fundamental şeylər səhv idi, onun sonrakı addımları düzgün deyildi, son illəri isə tamamilə qaranlıq idi. Trotskiçilər inqilabi hərəkata heç bir töhvə vermədilər, onların ən çox uğur qazandıqları yer Peru olmuşdu, amma orada da son nəticədə müvəffəqiyyətsizliyə uğradılar, çünki onların metodlar  pis idi”.

 Marksizm fəlsəfəsinin əsaslarını yaxşı bilən, hərtərəfli oxucu olan Ernesto Qevara stalin məqalələrini marksizm-leninizm  klassikasına aid edirdi. Kuba İnqilabının görkəmli xadimi və trotskiçi Armando Xart Davalosa məktubunda o bunları yazırdı:

“Əgər düşünməyə mane olmaqla narahatlıq yaradan sovet kərpiclərini nəzərə almasaq, Kubada heç nə nəşr olunmur. Partiya sənin üçün etdi, sən isə bunu həzm elə. Marksın, Engelsin, Leninin, Stalinin və digər böyük marksistlərin tam əsərlərinin küliyyatını kaş ki, nəşr etməyi lazım bilsəydik. Bu zaman iş digərlərindən daha dərin, yaxşı analiz olunmuş tanınmış revizionistlərə (istəsən Xruşovu da bura daxil edə bilərsən) də gəlib çatardı, həmçinin də, sənin mövcud olmuş və görünür nəsə yazmış dostun Trotskiyə”.

Sov.İKP-nin 20-ci qurultayından sonra Sovet rəhbərliyinin seçdiyi təftişçilik yolu Çenin ciddi narahatlığına səbəb oldu. 1956-cı ildən sonra Xruşov tərəfindən anons edilən “stalinsizləşdirmə” siyasəti və sosializm quruculuğu prosesinə dair yanlış və  opportunist baxışlar Çe Qevaranın inqilab və sosializm görüşlərinə öz kritik təsiri vardı. Çe Qevaranın bioqraflarından biri, meksikalı siyasətçi Jorj Kastaneda kommunizm əlehinə yalanlar əlavə etməklə yazırdı:

“Qevara o zaman stalinist oldu ki, minlərlə insan rəsmən “kommunizmdən” ümidini üzmüşdü. O Xruşovun Stalinin cinayətlərini “imperialzm təbliğatı” kimi tənqid edən 1956-ci il nitqini rədd edirdi və elə həmin ildə rusların işçilərin üsyanını yatırmaq üçün Belçikaya soxulmasını müdafiə edirdi”.
Xruşov destalinizasiyasınınbaşlanmasından dörd il sonra, 1960-cı ilin noyabrında Ernesto Çe Qevara Kuba hökumətinin rəsmi nümayəndəsi qismində Moskvaya səfər edir. Kuba səfirliyinin bu kimi hərəkətlərdən kənar olmaq üçün verdiyi məsləhətlərə baxmayaraq, Çe Kreml nekropolunda hörmət əlaməti olaraq əklil qoymaq üçün Stalinin məzarına baş çəkməkdə israr edir.



Çe rəhbər və sosializm quruculuğunda töhvələrinə görə İosif Stalinə dərin rəğbət bəsləyirdi. Ona görə idi ki, onun özünün də söylədiyi kimi “Stalinə onun hərəkər etdiyi tarixi kontekstdən baxmaq lazımdır (....) həmin konkret tarixi kontekstdən”. Stalinin Sovet İttifaqına rəhbərlik etdiyi bu tarixi kontekst və ətrafdakı olduqca düşmən və çətin sosial, iqtisadi və siyasi vəziyyət antistalinizm tərəfdarları tərəfindən qəsdən kölgədə saxlanılır. Onlar bu fakt haqda susurlar və qəsdən etinasızlıq göstərirlər ki, Sovet İttifaqında sosializm quruculuğu prosesi şiddətli sinfi mübarizə, çoxsaylı daxili və xarici (imperialistlərin əhatəsində)  təhlükələr çərçivəsində baş verirdi, o vaxt ki, kütləvi sənayeləşmə cəhdləri müqavimətlə və geniş sabotajla qarşılaşırdı ( kollektivləşdirmə prosesi, misal üçün, qolçomaqların düşmənşilik mövqeyi ilə toqquşmuşdu).

İosif Stalin - həm şəxsiyyət, həm də başçı kimi – xüsusi tarixi kontekst çərçivəsində kütlələrin fəaliyyətinin məhsuludur. Və Stalin əzmkar ideoloji leninizm irsinə əsaslanaraq bolşevik partiyasına və Sovet insanlarına düz otuz il rəhbərlik etmiş şəxsdir. Həqiqi kommunist və əsl inqilabçı kimi, - nəzəriyyəçi və təcrübəçi – Ernesto Çe Qevara bu tarixi reallığı mütləq qəbul etməli və layiqincə qiymətləndirməli idi.

Nikos Motas 

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:

Отправить комментарий