8 апр. 2014 г.

Bolşeviklərin almanlar tərəfindən maliyyələşdirilməsi haqda saxta sənədləri kim hazırlayıb və yayıb

Oktyabr inqilabının başlanğıcında kadetlərin 90 min, menşeviklərin 150 min, eserlərin təxminən 700 min nəfər üzvü olduğu halda bolşeviklər partiyasının üzvlərinin sayı təxminən 80 min nəfər idi. Bu rəqəmlər  “əlbirlik nəzəriyyəsi”nə ciddi yanaşanlar üçün əlavə arqument oldu: arqument bundan ibarət idi ki, sayca azlıq təşkil edən bolşevik partiyası, özü də xalq tərəfindən çox dəstəklənməyən ( Təsis yığıncağına seçkilərdə 22%-lə 54% eserlərə qarşı), öz gücünə İnqilab edə bilməzdi.
Bolşeviklərin gücünü iblis gücü kimi şişirtməyin ikinci səbəbi də vardı. Azsaylı olmaları və az populyarlıqları ilə yanaşı bolşeviklər 1917-ci ildə heç bir kompromisə getməyən ən fəal siyasi qrup idi. 1917-ci ilin yayında yalnız onlar iki ideyanı - torpaq və sülh haqda ideyaları - müdafiə edirdilər. Bu iki əsas xalq ehtiyaclarının reallaşdırılması, həmin dövrün digər siyasi qüvvələri də hesab etdikləri kimi, qaçılmaz olaraq qiyama, Rusiyanın Antanta tərəfindən parçalanmasına və boykota gətirib çıxarmalı idi. Buna görə də Müvəqqəti hökumət qərar verdi ki, istənilən yolla bolşevikləri dayandırsın.
Müvəqqəti hökumət demokratik hökumət idi, və bolşeviklərin neytrallaşdırılması üçün 1917-ci ilin iyun-iyulunda tədbir gördü, hansı ki, bugün bu tədbiri piar adlandırardılar: çünki RSDİP (b)-nin alman Baş Qərargahı tərəfindən maliyyələşdirilməsi haqda infomasiya yarandı (amma bəzi bolşevikləri , misal üçün Trotskini, xəyanətdə itiiham olunduqlarına görə qısamüddətlik həbsxanaya salmışdılar).
Saxtakarlıq ağ saplarla tikilmişdi, amma bununla belə, bolşeviklərin sosialist hərəkatı üzrə rəqibləri (eserlər və menşeviklər) də dərhal bundan yapışdılar, sonra isə ağlar və hər cür əks-inqilabçılar. Bundan başqa, bolşeviklərin almanlar tərəfindən maliyyələşdirilməsi haqda “sənədlər” indi də bəziləri tərəfindən ciddi qəbul edilir.
Kompromat” eyni yazı maşınında hazırlanıb
Tanınmış ingilis kəşfiyyatçısı Corc Xill “Mənim şpion həyatım” adlı avtobioqrafik kitabında bolşeviklərin almanlar tərəfindən maliyyələşdirilməsi haqda saxta sənədlərin kim tərəfindən hazırlanmsı haqda danışır. Xill inqilab Rusiyasında 1917-ci ilin yayından başlayaraq təxminən iki il yaşayıb, o qatı antikommunist olub və sovet hakimiyyətinə qarşı bəzi sui-qəsdlərdə iştirak edib. Odur ki, Xillin bolşeviklərə simpatiyasından şübhələnmək əsassızdır.
Bolşeviklərin, xüsusilə Leninin Almaniya agenti olması haqda əfsanənin yaranmasının təşəbbüskarı Fransanın silah naziri Alber Toma, işləyib-hazırlayan və icraçı isə fransa kəşfiyyatının kapitanı Pyer Loran olmuşdur. 1917-ci ilin yayında bolşeviklərin və şəxsən Leninin almanlar tərəfindən “muzdlu alman agentləri” kimi istifadə olunması ideyasını da elə o yaymışdır. Bu məlumatın yayılmasında ona Müvəqqəti hökumətin əks-kəşfiyyat rəisi Boris Nikitin kömək etmişdir.
1918-ci ildə Petroqradda Xill SİS ingilis kəşfiyyatın agentlərindən birinin guya Leninin və digər sovet başçılarının Almaniyanın xeyrinə şpionjda əli olduqlarını sübut edən sənəd əldə etdiyinin şahidi olmuşdur. Xillin özü belə xatırlayır: “Lenini və Trotskini alman şpionları olmaqda ittiham edirdilər. Həqiqətən, çox qəribə idi ki, Rusiya almanlarla müharibə aparırdı, Leninə və daha otuz kommunistə isə alman ərazisindən plomb vurulmuş vaqonla keçməyə imkan vermişdilər və o sağ-salamat Finlandiya vağzalına çatmışdı. O zaman mən Petroqradda idim, mənə bizim işçi yaxınlaşdı və söylədi ki, 15 funt sterlinqə sənəd alıb, hansı ki, Leninin və Trotskinin alman şpionları olduğunu göstərir və sübut edir.
Sənəd o qədər həqiqətə uyğun idi ki, onların təqsirkar olmalarına heç bir şübhə qoymurdu. Sonra o daha bir neçə sənəd almışdı, və heç bir sənəddə heç bir səhv yox idi. Amma bir dəfə böyüdücü şüşə götürüb baxdım və gördüm ki, bu müxtəlif sənədlərin hamısında rus hərfi “e” bir qədər tam yazılmayıb. Dərhal bildirdim ki, bu sənədlər saxtadırlar. Bu sənədləri hazırlayan insanı tapdılar və sorğu-sualda o sənədlərin saxta olduğunu etiraf etdi.
Onda bizim SİS-dən olan əməkdaşımız bildirdi ki, Britaniya dövlətinin bu səhv ucbatından ziyan görməsini istəmir, və biz həmin sənədləri amerikalılara 25 min funt sterlinqə satdıq. Amerikalılar onları Kolçakın və Denikinin ordularında yaydılar.
Saxta sənədlər tarixi ədəbiyyatda “Sisson sənədləri” (amerikalı nəşriyyatçı Edqar Sissonun adı ilə) adını aldılar. Rusiyada indiyə kimi hələ də Kerenski hökumətinin və guya rus inqilabında “alman qızıllarının” iştirak etməsi faktını sübut edən, onun tərəfindən yaradılmış xüsusi komissiyanın çox cildlik işlərinə istinad edilir.
Bu komissiya həqiqətən yaradılmışdı və o bəzi faktları da ortaya çıxarmışdı. Məlum olmuşdu ki, alman baş ştabı rus inqilabına heç bir pul verməmişdi: müharibə Almaniyanın bütün resurslarını udmuşdu. Həqiqətdə isə inqilab üçün vəsait Fransadan daxil olurdu, amma bolşeviklər tərəfindən deyil, Kerenski hökumətinin tərkibinə daxil olan eserlərin partiyası tərəfindən. Buna görə də istintaqın nəticələri sakitcə yığışdırıldı, işlər isə arxivə təhvil verildi.
İngilis kəşfiyyatçısı Xill “Sisson sənədlərinin” tarixini danışır. 1918-ci il oktyabrın sonunda Birləşmiş Ştatların Məlumat bürosu “Alman-bolşevik əlbirliyi” adlı broşura nəşr edir. Broşurada guya Lenin və Trotskinin alman xüsusi xidmətinin və alman hərbi kəşfiyyatının başçısı Valter Nikolainin muzdlu agentləri olduqlarını sübut edən 70-ə yaxın sənəd vardı. Doğrudur, əgər broşuranı nəşr edən Almaniya ali hərbi kəşfiyyatının strukturunu yaxşı bilsəydi, ingilislərin satdığı, sonra isə Sissonun əlinə düşən bu sənədləri aşkar şəkildə saxta olduğundan kitaba daxil etməzdi, çünki Nikolainin idarələri siyasi aksiyalarla məşğul olmurdular. Bu Baş ştabın və ya xarici işlər nazirliyinin siyasi şöbəsinin səlahiyyətində idi. Bolşeviklərin satın alınması da sübut olunmayıb. Almaniya Ali Komandanlığının yanında Kəşfiyyat xidmətinin məxfi fondunda Şərqdə - Rusiyaya qarşı, eləcə də Qərbdə - FransayaŞ İngiltərəyə və Belçikaya, sonralar isə ABŞ-a qarşı, kəşfiyyat orqanlarını saxlamaq üçün cəmi 450 min marka müəyyən edilmişdi. Lenin kim idi, bu da aydın deyildi. “Mən o vaxt bolşeviklər bəarəsində heç nə bilmirdim, Lenin haqda isə təkcə bunu bilirdim ki, o İsveçrədə yaşayan siyasi emiqrant Ulyanovdur”, - Nikolai öz memuarlarında yazırdı.
Daha bir ingilis kəşfiyyatçısı - Brus Lokkart da saxta sənədlər haqda danışırdı. “Bir müddət onlar Petroqradda ittifaq  missiyaları ilə bağlı dairələrdə dolaşırdılar. “Original”ların bir seriyası amerikalı agent tərəfindən əldə edilmişdi. Bir neçə ay sonra müəyyən oldu ki, guya Spa, Berlin və Stokholm kimi müxtəlif yerlərdən gəlmiş  bu məktublar eyni çap maşınında hazırlanmışdılar”, - o xatırlayırdı.
Saxta sənədlərin ortaya çıxmasından Almaniyada qəzəblənmişdilər. 2 aprel 1919-cu ildə Deutsche Allgemeine Zeitung qazeti Baş ştabın, Almaniya  XİN-in məlumat şöbəsinin və Dövlət Bankının adından bəyan edirdi ki, amerikalılar tərəfindən nəşr edilmiş broşura “alçaq və mənasız saxtakarlıqdan başqa bir şey deyil.
Guya sənədlərdən biri onun imzası imzalanan nazir F.Şeydeman qəzəblənmişdi: “Bildirirəm ki, bu məktub başdan-ayağa saxtalaşdırılmışdır; bu məktubun mənim adım ilə əlaqələndirdiyi bütün hadisələrdən tamamilə məlumatsızam”.
“Sisson sənədlərinin” nə olması Çexoslovakiya prezidenti Tomaş Masarikə də yaxşı məlum idi. O öz memuarlarında yazırdı: “Bilmirəm amerikalılar, ingilislər və fransızlar sənədlər üçün nə qədər pul vermişdilər, amma səriştəli insan  o saat görürdü ki, bizim dostlarımız saxta sənədlər alıblar: müxtəlif dövlətlərdən göndərilməli olan bütün sənədlər eyni yazı maşınında yazılmışdılar...”
Eserlərin lideri “alman şpionu” idi?!
1917-ci ilin yayında Kerenskinin eser-menşevik hökumətinin nə üçün antibolşevik saxtakarlıqlarını hazırlaması və aktiv yayması versiyalarından biri eserlərin özlərinin müxalifətin almanlar tərəfindən maliyyələşdiriıməsində əlinin olması idi. Eserlər bu üsulla şübhələri öz üzərlərindən yayındırmaq istəyirdilər.

1920-ci illərin əvvəllərində eserlərin alman Baş Qərargahı ilə əlaqələri haqda çox danışılırdı. İlk növbədə eserlərin lideri  Viktor Çernov  haqda söhbət gedirdi (O, Təsis Yığıncağının ilk və son sədri idi). Bu işin araşdırılması ilə eserlər partiyasının məşhur əks-kəşfiyyatçı Vladimir Burcev məşğul olurdu. Onu bu mövzuya Mixail Pervuxin – eser, İtaliyada yaşayan siyasi emiqrant (1920-ci illərin ortalarına antikommunizm səbəbindən o qatı faşistə çevrilmişdi, “Rus faşizminin manifesti”nin müəllifi) yönləndirmişdi.
Tərcümə Günel Muradova