14 дек. 2013 г.

İz hara aparırdı

1. Tuxaçevski

Hələ Aleksandrovski hərbi məktəbini bitirərkən gənc Tuxaçevski deyirdi: “Otuz yaşımda ya general olacam, ya da özümü öldürəcəm!”. O, çar ordusunun zabiti ikən birinci dünya müharibəsində iştirak etmişdi. 1915-ci ildə almanlara əsir düşmüşdü. Tuxaçevski ilə birlikdə əsirlikdə olan fransız zabiti leytenant Fervak sonralar onu olduqca şöhrətpərəst və heç nəyin qarşısında dayana bilməyən insan İnifrət edirəm ki, o Rusiyanı xaç suyuna saldı və onu qərb sivilizasiyasına təhvil verdi, - Tuxaçevski deyirdi. – Bizim kobud bütpərəstliyimizi, barbarlığımızı olduğu kimi saxlamaq lazım idi. Amma onların hər ikisi geri dönəcəklər. Mən buna əminəm!”  Rusiyada inqilabın mümkünlüyünə gəldikdə isə Tuxaçevski deyirdi: “Çoxları onu istəyir. Biz ayağa qalxmaq üçün çox  ağırıq, amma təbiətcə dağıdıcıyıq. Əgər inqilab alovlansa, bir tanrı bilir, o nələrə aparıb çıxaracaq. Hesab edirəm ki, konstitusiya Rusiyanın sonu demək olacaq. Bizə despot lazımdır!”

Tuxaçevskiy alman əsirliyindən qaçır və Oktyabr inqilabı ərəfəsində Rusiyaya dönür. O bolşeviklərlə mübarizə üçün ağ qvardiyaçı qoşunlar təşkil edən çar ordusunun keçmiş zabitlərinə qoşulur. Və birdən cəbhəni dəyişir. Tuxaçevski yoldaşlarından birinə, kapitan Dmitriy Qolumbekə gizli olaraq ağlarla əlaqəsini kəsməyə qərar verməsi haqda danışır. “Mən ondan nə etmək fikrində olduğunu soruşdum”, - Qolum-bəy sonralar danışırdı. O cavab vermişdi: “Açıq desəm, məm bolşeviklər tərəfə keçirəm. Ağ ordu heç nə etmək bacarığında deyil. Bizim başçımız yoxdur”. Bir neçə dəqiqə o otaqda gəzdi, sonra dayandı və qışqırdı: “İstəmirsənsə, mənim kimi etmə, amma düşünürəm ki, doğru hərəkət edirəm, artıq Rusiya tamamilə başqa cür olacaq!”.

1918-ci ildə Tuxaçevski bolşevik partiyasına daxil olur. O tezliklə Trotskini əhatə edən hərbi avantyuristlər arasında özünə yer tapır, amma onun siyasi intriqalarında iştirak etməkdən yayınır. Təhsilli və təcrübəli hərbiçi tez bir zamanda o zamanlar hələ möhkəmlənməmiş Qızıl orduda özünə karyera qurur. O vranqel cəbhəsində 1-ci və 5-ci ordulara başçılıq edirdi, Denikin üzərinə uğurlu hücumda iştirak etmişdi və Trotski ilə birlikdə hücuma keçən polyaklara qarşı əkshücuma o qədər də uğurlu rəhbərlik etmirdi. 1922-ci ildə Hərbi Akademiyanın rəisi elan edilmişdi. Qızıl ordunun digər ali komandirləri ilə birlikdə Rappal sazişindən sonra Veymar alman respublikası ilə hərbi danışıqlarda iştirak etmişdi.
Sonralar Tuxaçevski köhnə partizanların – Voroşilovun və Buddenovun – rəhbərliyi altında olmağı özlərinə haqsızlıq sayan Qızıl ordunun ştabında xidmət edən keçmiş çar zabitlərinin azsaylı hərbiçi kardları qrupuna başçılıq etdi. Tuxaçevskinin qrupuna alman hərbçiliyi qarşısında qul kimi baş əyən ali rəhbərliyin nümayəndələri – Yakir, Kork, Uboreviç və Feldman daxil idilər. Tuxaçevski daha çox Berlində, Londonda və Tokioda hərbi ataşe vəzifəsini tutan trotskiçi V.K.Putnoy və şəxsən reyx generalları Sekta və Qammerşteynin dostu Qızıl Ordunun siyasi idarəsinin rəisi Yan Qamarnik ilə yaxın idi.
Tuxaçevski sonra Putnoy və Qamarnik ilə birlikdə Qızıl Ordunun tərkibində kiçik, amma sözükeçən almanpərəst ordu təşkil edir. Tuxaçevski və onun əlbirləri Trotskinin reyxsver ilə sövdələşməsi haqda xəbərdar idilər, amma bu sövdələşməni “siyasi” razılaşma hesab edirdilər. Onların fikrincə, bu sövdələşməni Tuxaçevskinin qrupu və alman ali komandanlığı arasındakı ittifaqla “bərabərləşdirmək” lazım idi. Hakimiyyətin Hitler tərəfindən ələ keçirilməsi Tuxaçevski və alman hərbi qoşun başçıları arasındakı gizli razılaşmaya heç bir təsir etmədi. Hitler də Trotski kimi “siyasətçi” idi. Hərbiçilərin isə öz planları vardı...
Trotski sağ-trotskiçi blokun yarandığı ilk gündən Tuxaçevskini yalnız həlledici strateji məqamda oynanılacaq əsas kozır sayırdı. O əsasən Krestinski və Putnoy vasitəsilə Tuxaçevski ilə əlaqə saxlayırdı. Sonralar Buxarin hərbi qrupla əlaqə saxlamaq üçün Tomskini özünün şəxsi “əlaqə zabiti” etdi. Trotski kimi Buxarın də gözəl bilirdi ki, Tuxaçevski “siyasətçilərə” və “ideoloqlara” nifrət edir, və onun şöhrətpərəst fikirlərindən ehtiyat edirdilər. Hərbi qrupu işə salmaq imkanlarını Tomski ilə müzakirə edərək, Buxarin onun məhkəmədə verdiyi ifadələrə uyğun olaraq, deyirdi:
-Bir halda ki, söhbət hərbi çevrilişdən gedir onda hadisələrin qanunauyğunluğundan asılı olaraq məhz  hərbi sui-qəsdçi qrupların əhəmiyyəti xüsusilə böyük olacaq... və buradan da özünəməxsus bonapartçı təhlükə meydana çıxa bilər, bonapartçılar isə, mən xüsusilə Tuxaçevskini nəzərdə tuturam, ilk növbədə öz mütəffiqləri, napoleon qaydası ilə onlara ilham verənlərlə hesablaşacaqlar. Mən həmişə söhbətlərimdə Tuxaçevskini “potensial Napolencuq” adlandırırdım, Napoleonun isə öz ideoloqlarına necə divan tutması məlumdur.

Sonra Buxarin Tomskidən “çevrilişin mexanikasını necə düşündüyünü” soruşur.

 – Bu hərbi təşkilatın işidir, - Tomski cavab verir və əlavə edir ki, nasistlər Sovet İttifaqına hücum edərkən hərbi qrup “almanlara cəbhə açmağı”, yəni onlar qarşısında təslim olmağı güman edir. Bu plan Tuxaçevski,Putnoy,Qamarnik və almanlar tərəfindən təfsilatı ilə hazırlanıb və bəyənilib.
Buxarin buna cavab vermişdi ki,  yeri gəlmişkən onu narahat edən “bonapart təhlükəsindən” də qurtulmaq mümkün olacaq.

Tomski başa düşmür. Onda Buxarin ona izah edir: Tuxaçevski hərbi diktatura qurmağa çalışacaq; ola bilsin ki, o hətta çevrilişin siyasi rəhbərlərini qapazaltı edərək kütlələrin dəstəyini əldə etməyə çalışacaq. Amma hakimiyyətdə qalmaqla siyasətçilər Tuxaçevskini elə onun öz silahı ilə vura bilərdilər. “Bu halda cəbhədəki təslim olmaqda təqsirli bilinənləri məhkəməyə vermək məqsədəuyğundur. Bu bizə patriotizm şüarları ilə oynamaqla kütlələri öz tərəfimizə çəkmək imkanı verəcək..” – Buxarin söylədi.

1936-cı ilin əvvəlində Tuxaçevski sovet hərbi nümayəndəsi kimi Londona kral V Georqun dəfn mərasiminə gedir. O getməmişdən bir az əvvəl arzuladığı Sovet İttifaqı marşalı adını alır. O əmin idi ki, sovet quruluşunun süqut edəcəyi və “yeni” Rusiyanın Almaniya və Yaponiya ilə birlikdə dünya ağalığı uğrunda döyüşə atılacağı saat yaxındadır.
Londona gedərkən Tuxaçevski yolüstü bir müddətlik Varşavada və Berlində dayanır, harada ki polşalı “polkovniklərlə” və alman generalları ilə söhbət edir. O uğura o qədər əmin idi ki, alman militaristləri qarşısında pərəstiş etdiyini gizlətmirdi.
Tuxaçevski onun Londondan qayıdışından sonra Parisdə, sovet səfirliyindəki rəsmi naharda qərbin demokratik derjavaları ilə birgə kollektiv təhlükəsizliyə nail olmağa çalışaraq Sovet hökumətinə qarşı açıq-aşkar hücumları ilə avropalı diplomatları heyrətləndirmişdi. Rumıniya xarici işlər naziri Nikolay Titulev ilə masa arxasında yanaşı oturarkən o deyirdi:

-Cənab nazir, siz nahaq yerə öz karyeranızı və ölkənizin taleyini Böyük Britaniya və Fransa kimi köhnə, sonu çatmış ölkələrin taleyi ilə bağlayırsız. Biz yeni Almaniyaya doğru yönəlməliyik. Avropa qitəsində hegemonluq Almaniyaya aid olacaq, heç olmazsa müəyyən müddətdən sonra. Əminəm ki, Hitler bizim hər birimiz üçün qurtuluş deməkdir.

Tuxaçevskinin sözləri sovet səfirliyindəki banketdə iştirak edən rumıniyalı diplomat, Parisdəki Rumıniya səfirliyində mətbəə şöbəsinin müdiri E.Şakanan Essez tərəfindən yazılmışdı. Qonaqların içərisində olmuş tanınmış fransalı jurnalist Jenevyeva Tabui sonralar özünün “Məni Kassandra çağırırlar” adlı kitabında yazırdı:

Sonuncu dəfə Tuxaçevskini kral V Georqun dəfn mərasimindən sonrakı gün görmüşdüm. Rus marşalı Sovet səfirliyindəki naharda Politis, Titulesku, Errio və Bonkurla çox söhbət edirdi... O yenicə Almaniyada səfərdə olmuşdu və nasistlərə atəşli təriflər yağdırırdı. Məndən sağda əyləşərək və böyük derjavalar və Hitler arasındakı mücərrəd pakt haqda danışarkən o dayanmadan təkrar edirdi: - Onlar artıq məğlubedilməzdirlər, madam Tabui!

Niyə o belə əminliklə danışırdı? Ona görə deyilmi ki, köhnə rus məktəbinin bu nümayəndəsi ilə asanlıqla razılığa gələn alman diplomatlarının səmimi qəbulu onun ağlını başından almışdı? İstənilən halda həmin gecə onun açıq entuziazmından narahat olan təkcə mən deyildim. Qonaqlardan biri, böyük diplomat biz səfirliyi tərk edərkən mənim qulağıma pıçıldadı: “Ümid edirəm ki, rusların hamısı belə düşünmür”.

1936-cı ilin avqustunda trotskiçi-zinovyev terrorist blokunun prosesdə ifşası və onun arxasınca Pyatakov və Radekin həbsi Tuxaçevskini çox narahat edirdi. O Krestinski ilə görüşür və ona deyir ki, çevrilişçilərin planını köklü şəkildə dəyişmək lazımdır. İlkin olaraq güman edilirdi ki,  Sovet İttifaqı xaricdən hücuma məruz qalmadan hərbi qrup işə başlamayacaq. Amma beynəlxalq üfiqdə hər dəfə nəsə yeni bir şey, məsələn, frank-sovet paktı və ya Madridin gözlənilməz güclü müdafiəsi, meydana çıxırdı və bütün bunlar da xaricdən gözlənilən hücumu təxirə salırdı. Buna görə də Tuxaçevski söylədi ki, sui-qəsdçilər işi tezləşdirməli və çevrilişi planda nəzərdə tutlduğundan tez etməlidirlər. Almanlar dərhal Rusiyadakı mütəffiqlərinə köməyə gələcəklər.

Krestinski cavab verir ki, dərhal bu fikirləri Trotskiyə çatdıracaq və ona izah edəcək ki, tez hərəkət etmək lazımdır.

Oktyabrda Krestinski Trotskiyə aşağıdakı tərkibdə  “şifahi informasiya” göndərir:

“Biz hesab edirik ki, kifayət qədər çox trotskiçi həbs edilib, amma buna baxmayaraq əsas qüvvələr.. hələ sağdırlar.. Nümayiş baş tuta bilər.. bunun üçün mərkəz xarici nümayişlər gücləndirməlidirlər”.

Krestinski “xarici nümayişlər” adı altında nasistlərin Sovet İttifaqına hücumunu nəzərdə tuturdu...
Bundan dərhal sonra, noyabrda, Sovetlərin Fövqəladə 8-ci Qurultayında Tuxaçevski Krestinskini görüb onu kənara çəkir. “Müvəffəqiyyətsizliklər başlayır, - Tuxaçevski həyəcanla deyir, - və işin həyata keçirilmiş həbslərlə yekunlaşacağını düşünməyə heç bir əsas yoxdur”. Və həqiqətən də trotskist rabitəçi Putna artıq həbs edilmişdi.Hökumət şübhəsiz geniş sui-qəsdin varlığından şübhələnirdi və həlledici tədbirlər qəbul etməyə hazırlaşırdı. Pyatakova və digərlərinə qarşı ittiham irəli sürmək üçün hökumətin ixtiyarında kifayət qədər məlumat vardı. Putnanın həbsi və Yaqodun daxili işlər üzrə xalq komissarı vəzifəsindən azad edilməsi o demək idi ki, istintaq orqanları məsələnin kökünə çatırlar. Və izin hara aparıb çıxaracağını qabaqcadan bilmək çətin idi. Hər şey ipdən asılı idi.

Tuxaçevski tez bir zamanda nümayişə başlamağın tərəfdarı idi. Blok yubanmadan qərar qəbul eməli və bütün qüvvələrini hərbi çevrilişin dəstəyi üçün hazırlamalı idi.
Krestinski məsələni Rozenqolcsla müzakirə edir. Hər iki trotskist-alman agenti belə qərara gəlir ki, Tuxaçevski haqlıdır. Trotskiyə daha bir məktub göndərilir. Məktubda Tuxaçevskinin müharibəni gözləmədən başlamaq fikri haqda məlumatdan başqa Krestinski siyasi strategiyanın bəzi başqa məsələlərinə də toxunur. O yazır:

... Belə çıxış zamanı çevrilişin həqiqi məqsədlərini gizlətməli, əhaliyə, orduya və xarici dövlətlərə müraciət etməli olacaq... Birincisi, əhaliyə müraciətlərimizdə bizim nümayişimizin mövcud sosializm quruluşunun devrilməsinə yönəldiyini söyləməmək doğru olardı... biz.. sovet inqilabçıları cildində çıxış edəcik: pis sovet hökumətini devirəcik və yaxşı sovet hökuməti quracıq... Biz belə söyləmək fikrindəydik, amma özlüyümüzdə başqa cür fikirləşirdik.

Krestinski dekabrın sonunda cavab aldı. Trotski tamamilə Krestinski ilə razılaşırdı.
Pyatakovun həbsindən sonra o özü də belə nəticəyə gəldi ki, hərbi qrupu növbəti təxirə salınmalar olmadan işə salmaq lazımdır. Krestinskinin məktubu hələ yolda idi, Trotski isə artıq təcili hərbi nümayiş haqda Rozenqolcsa yazırdı...

“bu cavabın alınmasından sonra, - sonralar Krestinski göstərirdi, - daha nümayişin bilavasitə hazırlığına başlanıldı. Tuxaçevskinin əl-qolu açılmışdı, ona kartblanş verilmişdi – bu işə bilavasitə başlamaq”.

2. Trotskist paralel mərkəzin prosesi

Sovet hökuməti də hərəkətə keçməyə hazırlaşırdı. Zinovyevin və Kamenevin prosesdə ifşa edilməsi şübhəsiz olaraq sübut etdi ki, çevriliş gizli “sol” oppozisiya çərçivəsindən çıxır. Çevrilişin əsl mərkəzləri Rusiyada yerləşmirdi; bu mərkəzlər Belində və Tokioda idi. İstintaqın gedişi zamanı rus “beşinci kolonnası” ilə əsas derjavaları birləşdirən bağlar sovet hökumətinə daha da aydın olurdu.
1937-ci il 23 yanvar tarixində Pyatakov, Radek, Sokolnikov, Şestov, Muralov və onların on iki tərəfdarları, həmçinin də alman və yapon kəşfiyyatının agentləri SSRİ Ali Məhkəməsinin Hərbi Kollogiyası qarşısında durdular.
Məhkəməyə qədər bir neçə ay ərzində trotskiçi mərkəzin rəhbər xadimləri onlara qarşı irəli sürülmüş ittihamları inadla inkar edirdilər. Amma onlara qarşı sübutlar şəksiz və çox  idilər. Onlar bir-birinin ardınca etiraf etməyə məcbur oldular ki, ziyankarlığa və terrora başçılıq ediblər, və Trotskinin göstərişlərinə əsasən alman və yapon hökuməti ilə əlaqə saxlayıblar. Amma nə istintaqda, nə də məhkəmədə onlar bütün hər şeyi açıb demədilər. Onlar hərbi qrupun varlığı haqda bir kəlmə belə demədilər; Krestinskinin və ya Rozanqolcsun adını çəkmədilər; həmin vaxt hakimiyyəti ələ keçirməyə hazırlaşan, çevrilişçilərin ən sonuncu və nüfuzlu “təbəqəsi” olan sağ-trotskiçi blokun mövcudluğunu heç nə ilə biruzə vermədilər.
Xarici işlər üzrə xalq komissarının keçmiş müavini Sokolnikov ilkin istintaq zamanı sui-qəsdin siyasi tərəflərini açmışdı – Qesslə SSRİ-nin parçalanmasını güman edən sazişi, sovet hökumətinin dağılmasından sonra faşist diktaturasının qurulması planını. Sokolnikov məhkəmədə ifadə vermişdi:

“ Biz hesab edirdik ki, faşizm ən təşkilatlanmış kapitalizmdir, o qalib gəlir, Avropanı zəbt edir, bizi boğur. Ona görə ən yaxşısı onunla razılığa gəlməkdir... Bütün bunlar belə bir mülahizə ilə möhkəmlənirdi ki, hər şeyi itirməkdənsə, ən yaxşısı məlum, hətta ən ağır qurbanlara getməkdir.. Biz siyasətçilər kimi düşünürdük.. Hesab edirdik ki, əlimizdə bəzi şanslarımız qalacaq”.

Pyatkov etiraf etdi ki, o trotskist mərkəzin lideri olub. Ali Xalq Təsərrüfatı Sovetinin prezidiumunun keçmiş üzvü sözləri diqqətlə seçərək, sakit, ehtiyatlı tonla özünün həbsinə qədər rəhbərlik etdiyi, sübuta yetirilmiş ziyankarlıq və terror aktları barəsində ifadə verdi. Bu zaman o quru və gərilmiş solğun sifətində elə soyuq ifadə saxlamışdı ki, amerikalı səfir Cozef E.Devisin sözlərinə görə “mühazirə oxuyan professora bənzəyirdi”.

Vışinski Pyatakovdan trotskist və xarici agentlərin görüş zamanı bir-birilərini necə tanımaları haqda izah tələb edirdi. Pyatakov hər yolla cavabdan yayınırdı:

Vışinski. Alman agenti Ratayçakı sizə sirrini açmağa nə vadar etmişdi?
Pyatakov. Mənimlə iki nəfər danışırdı..
Vışinski. O sizə sirrini açdı yoxsa siz ona?
Pyatakov. Qarşılıqlı sirr açmaq da olar.
Vışinski. Siz birinci sirrinizi açdız?
Pyatakov. Kim birinci olub, o yoxsa mən – toyuq yoxsa yumurta – mən bilmirəm.

Sonralar Con Qunter “İnsayd Yurop”-da yazdığı kimi, xaricdə belə bir fikir geniş yayılmışdı ki, bütün müttəhimlərin hamısı eyni şeyi deyirdilər, onların yazıq və yaltaq görünüşü vardı. Belə təəssürat doğru deyildi. Onlar inadla ittihamçılarla mübahisə edirdilər, yalnız etiraf etməyə məcbur olduqları şeyləri etiraf edirdilər...
Prosesin gedişi zamanı müttəhimlərin bir-birinin ardınca Pyatakovu ehtiyatlı soyuqqanlı qatil və satqın kimi amansızcasına ifşa etmələrindən asılı olaraq, onun sakit, rəvan səsində çaşqınlıq və qərarsızlıq notları eşidilməyə başladı. Bəzi faktlar barəsində ittihamçının məlumatlı olması onun üçün gözlənilməz zərbə idi. Onda o mövqeyini dəyişdi. O iddia etməyə başladı ki, Trotskinin hərəkətlərinin doğru olmasına şübhə onda  hələ həbsdən əvvəl yaranmışdı. Belə ki, misal üçün, onun sözlərinə görə o Qesslə razılaşmanı bəyənmirdi. “Biz tupikə düşdük, - Pyatakov dedi, - və mən çıxış axtarırdım”. Məhkəməyə son sözündə Pyatakov  ucadan söylədi:

Bəli, çox illər ərzində mən trotskist olmuşam. Trotskistlərlə birgə çalışmışam... Vətəndaş hakimlər, düşünməyin... ki, bu illər ərzində, boğucu gizli trotskist şəraitdə ölkədə nə baş verdiklərini görməmişəm. Düşünməyin ki, mən sənayedə nələr görüldüyünü başa düşmürdüm. Həqiqəti deyəcəm. Bəzən, trotskist zirzəmidən çıxarkən və özümün başqa praktik fəaliyyətimlə məşğul olarkən, mən bəzən sanki rahatlıq hiss edirdim və, əlbəttə ki, insani cəhətdən bu ikitərəflilik təkcə zahirdə davranış  mənasında deyildi, həm də mənim daxilimdə idi... Bir neçə saat sonra siz hökm çıxaracaqsız..Vətəndaş hakimlər, məni təkcə bir şeydən məhrum etməyin. Məni bu fikirdən məhrum etməyin ki, mən sizin də gözlərinizdə, çox gec olsa belə, öz cinayətkar keçmişimdən aralanmağa güc tapdım.

Sui-qəsdçi “təbəqənin” hələ də azadlıqda qalması haqqında Pyatakov yenə də heç nə demədi...
Oktyabr inqilabından sonra Moskva hərbi dairəsinə komandanlıq etmiş, Trotski “qvardiyasının” görkəmli xadimi, 1932-ci ildən Şestovla və Uraldakı trotskist özəklərlə alman “texnikləri” ilə rəhbərlik edən Nikolay Muralov məhkəmədən onun “səmimi ifadələrini” nəzərə almağı və ona qarşı mərhəmətli olmağı xahiş etdi. O bildirdi ki, həbsdə olarkən uzun daxili mübarizədən sonra hər şeyi danışmağa qərar verib. Uolter Düranta və bəzi digər dinləyicilərə elə gəldi ki, məhkəməyə müraciət edərkən onun sözlərində həqiqi səmimilik vardı:

Mən müdafiəçidən imtina etdim, müdafiədən imtina etdim, çünki mən lazımı silahla müdafiə olunmağa və hücum etməyə alışmışam. Müdafiə olunmaq üçün məndə münasib silah yoxdur... Trotskist təşkilata cəlb edilməyimə görə kimisə günahlandırmaq ədəbsizlik olardı.. Buna görə kimisə günahlandırmağa haqqım yoxdur, bunda mən özüm günahkaram. Bu mənim günahımdır, mənim bədbəxtliyimdir.. Mən on ildən çox Trotskinin sadiq əsgəri olmuşam...

Karl Radek ağzına kimi dolmuş zala eynəklərinin qalın şüşələrindən baxaraq Vışinskinin qarşısında, fağır tülkülükdən kobud özündən razılığa və əksinə keçərək, yaltaqlanırdı və kələk gəlirdi. O, Pyatakov kimi, amma daha açıq şəkildə, öz satqın fəaliyyətini boynuna aldı. Radek həmçinin iddia edirdi ki, hələ həbsə qədər, Trotskidən alman və yapon hökumətlərilə sövdələşmə haqda məktubu alan kimi ondan aralanmağa və sui-qəsdin üstünü açmağa qərar vermişdi. Bir neçə həftə o necə hərəkət etmək haqda baş sındırırmış.

Vışinski. Siz nə qərara gəldiz?
Radek. İlk hərəkət partiyanın Mərkəzi Komitəsinə getmək, bəyan etmək, bütün simaların adını çəkmək idi. Mən buna getmədim. Mən Siyasi Dövlət İdarəsinə getmədim, onlar mənim arxamca gəldilər.
Vışinski. Bəlağətli cavabdır!
Radek. Qəmgin cavabdır.

Son sözdə Radek özünü şübhələrlə parçalanan, daim sovet hökumətinə sadiqlik və inqilabın ilk günlərindən aid olduğu oppozisiyaya sədaqət arasında tərəddüd edən insan kimi təsvir etdi. Onun sözlərinə görə, o inanırdı ki, sovet quruluşu xarici düşmən təzyiqlərinə heç cürə tab gətirə bilməz. “Mənim partiya ilə əsas məsələdə fikir ayrılığım vardı, - Radek deyirdi, - beşillik plan uğrunda mübarizə məsələsində... Trotski mənim təlaşımdan istifadə edirdi”. Radekin söylədiklərinə görə, o addım-addım sui-qəsdin düz ürəyinə sürüklənmişdi. Sonra isə ona xarici hərbi kəşfiyyatla əlaqələr barəsində və, nəhayət, Trotskinin Alfred Rozenberq və Rudolf Qesslə danışıqları məlum olmuşdu. “Trotski, - Radek söylədi, - bizi özünün sövdələşmə faktı qarşısında qoydu”.
Öz təqsirini boynuna almaq və sui-qəsdin faktiki tərəfləri haqqında ona məlum olan hər şeyi təsdiqləməyə necə qərar verdiyini izah edərkən, Radek məhkəməyə söyləmişdi:

Xarici İşlər üzrə Xalq Komissaratına düşəndə istintaq rəhbəri mənə dedi: “ Siz ki balaca uşaq deyilsiz. Bu da sizə qarşı olan 15 ifadə, siz yaxanızı qurtara bilməyəcəksiz və, ağıllı insan kimi, özünüzə bu hədəfi qoya bilməzsiz..”
İki ay yarım vaxt ərzində mən müstəntiqə zülm verdim. Əgər burda sual qoyulsa ki, sizi istintaq zamanı incidiblərmi, onda mən deməliyəm ki, məni incitməyiblər, mən müstəntiqləri incitmişəm, onları lazımsız işlər görməyə məcbur etməklə. İki ay yarım vaxt boyunca mən müstəntiqi mənə suallar verməklə digər müttəhimlərin verdikləri ifadələri tutuşdurmaqla bütün tablonu mənə göstərməyə ona görə məcbur etdim ki, kimin etiraf etdiyini, kimin etiraf etmədiyini, kimin nəyin üstünü açdığını görüm...
Və bir gün istintaqın rəhbəri mənim yanıma gəldi və dedi: “Siz artıq sonuncusuz. Niyə vaxt itirirsiz və uzadırsız, söyləyə biləcəklərinizi söyləmirsiniz?” Və mən dedim: “Bəli, mən sabah ifadə verəcəm”.

28 yanvar 1937-ci ildə öz nitqində yekun nəticələri gətirərək, dövlət ittihamçısı Vışinski söyləmişdi:
Trotskinin və Pyatakın rəhbərliyi altında xarici – alman və yapon – kəşfiyyatlarla əlaqə saxlayan insanlar öz şpion işləri ilə təkcə bizim dövlətin maraqlarına deyil, həmçinin də bizimlə birlikdə sülh tərəfdarı olan, bizimlə birilikdə sülh uğrunda mübarizə aparan bir sıra dövlətlərin maraqlarına ən ağır formada təsir edə biləcək nəticələrə nail olmağa çalışıblar. Biz bunda çox maraqlıyıq ki, sülh istəyən və sülh uğrunda mübarizə aparan hər bir ölkədə onların hökumətlərinin ən qəti tədbirləri sayəsində müharibəni hazırlayan, sülh işini və ,uyğun olaraq da, bütün qabaqcıl, proqressiv insanlığın işini məhv etməyə çalışan qara faşizm qüvvələrinin istənilən cinayətkar şpion, diversion, terrorist fəaliyyətlərə cəhdlərinin qarşısı alınsın.
Vışinskinin sözləri Sovet Rusiyasının sərhədləri kənarında geniş yayılmamışdı, amma bəzi diplomatlar və jurnalistləri onları yaxşı eşitmişdilər və xatırlamışdılar.
Proses Moskvadakı amerikalı səfir Cozef E.Devisə dərin təsir bağışlamışdı. Devis hər gün məhkəmə zalında iştirak edirdi və tərcüməçinin köməyilə proseslərin gedişini diqqətlə izləyirdi. Keçmiş vəkil olan Devis bildirirdi ki, anti-sovetçi propaqandanın “qəddar inkvizitor” kimi təsvir etdiyi prokuror Vışinski, onun fikrincə, “Homer Kamminqsa çox bənzəyir – onun kimi sakit, soyuq, məntiqli, bacarıqlı və müdrikdir. Bir vəkil kimi onun işi necə aparmasından çox razı və heyran qalmışdım”.
17 fevral 1937-ci ildə Dövlət katibi Kordell Hell-in məxfi depeşesində səfir Devis bildirirdi ki, Moskvada olan bütün xarici diplomatlar onun iş üzrə çıxarılmış hökmün ədalətli olması fikrini bölüşürlər. O həmin depeşedə yazırdı:

Mən xarici diplomatik korpusun az qala bütün üzvləri ilə söhbət etdim, və onların hamısı, yalnız bir nəfər istisna olmaqla, bu fikirdədirlər ki, prosesdə hökumətin devrilməsini hədəf seçən siyasi birliyin və sui-qəsdin olması aydın şəkildə sübut olundu.

Amma bu vəziyyət geniş kütləyə məlum olmadı. Güclü qüvvələr Sovet Rusiyasındakı “beşinci kolonna” haqda həqiqətləri gizlətmək üçün var gücləri ilə çalışırdılar. 11 mart 1937-ci ildə səfir Devis özünün moskva gündəliklərində yazırdı:

Digər səfir, diplomatik nümayəndə... dünən mənimlə söhbətində vəziyyəti çox yaxşı xarakterizə etdi. Proses barəsində danışarkən, o söylədi ki, müttəhimlər, şübhəsiz, təqsirli idilər; bizlərdən prosesdə iştirak edənlər əslində bununla razıdırlar; amma xarici aləm, qazet xəbərlərinə görə, prosesin səhnələşdirilməsi ( sadəcə fasad olması, o belə ifadə etmişdi) fikrinə meyllənirlər; o özü bunun belə olmadığını bilsə də, deyəsən, xarici aləmin bunu belə bilməsini istəyir.

3. May nümayişinin planları

Sui-qəsd heç də dağıdılmamışdı. Pyatakov kimi Radek də onun ifadələrinin səmimiliyinə baxmayaraq bəzi vacib hallar barəsində susurdu. Düzdür, prosesin ikinci günü Radek az qala ağzından söz qaçırmışdı. Onu özünün səbirsiz dili pis vəziyyətdə qoymuşdu. O, Vışinskinin israrlı suallarından birindən yayınmaq istəyərkən Tuxaçevskinin adını çəkmişdi. “Vitaliy Putna, -Radek söylədi, - Tuxaçevskidən xahişlə mənim yanıma gəlmişdi”, - və dərhal da adını çəkdiyi adı daha yada salmayaraq başqa şey haqda danışmağa başladı.
Növbəti gün sonrakı iclasda Vışinski Radekin ifadələrinin bir hissəsini səsləndirdi. “Bilmək istəyirəm, siz Tuxaçevskinin adını nə ilə əlaqədar olaraq çəkdiz?”, - o Radekə müraciət etdi.
Qısa pauza, sonra səlis, duruxmadan cavab gəldi. Radekin sözlərinə görə, Tuxaçevskiyə Radekin “İzvestiya” redaksiyasında saxladığı “bəzi dövlət materialları” lazım idi. “Tuxaçevski, əlbəttə ki, mənim rolum haqda məlumatsız idi... – Radek əlavə etdi. – Mən bilirəm ki, Tuxaçevski partiyaya və hökumətə hədsiz sədaqətlə yanaşır!”.
Prosesdə Tuxaçevski barəsində deyilənlər yalnız bu idi. Amma azadlıqda qalmış sui-qəsdçilər belə bir fikrə gəlmişdilər ki, sonrakı istənilən əlavə vaxt onlar üçün intihara bərabərdir.
Krestinski, Rozenqolcs,Tuxaçevski və Qamarnik bir sıra təcili gizli müşavirələr təşkil etmişdilər. Tuxaçevski zabitləri nümayiş baş verdiyi zaman hər birinin özünün xüsusi tapşırıqları olan xüsusi “komandalara” təyin etməyə başlamışdı.
1937-ci il mart ayinin sonuna hərbi çevriliş hazırlıqları yekun mərhələyə başladı. Tuxaçevski Rozenqolcsun mənzilində, Krestinski və Rozenqolcsla müşavirə zamanı  bəyan etmişdi ki, hərbi qrup altı həftədən sonra tamamilə hazır vəziyyətdə olacaq. Nümayişi mayin ilk günlərinə təyin etmək olar, amma istənilən halda o 15-dən gec baş tutmamalıdır. O söylədi ki, hərbi qrupda çevrilişin “bir sıra variantları” müzakirə olunur.
“Tuxaçevskinin daha çox bel bağladığı bu variantlardan biri, - Rozenqolcs məhkəmədə göstərirdi, - hərbiçi qrupların, onun tərəfdarlarının onun mənzilində toplanması, hər hansı bir bəhanə ilə Kremlə düşmək, Kremlin telefon stansiyasını ələ keçirmək və partiya və hökumət rəhbərlərini öldürmək imkanı idi”. Həmin vaxtda da Qamarnik öz dəstələri ilə Xarici işlər üzrə Xalq Komissaratının binasını ələ keçirməli idi.
Başqa variantlar haqqında da söhbətlər gedirdi, amma Krestinskinin və Rozanqolcsun sözlərinə görə, bu  cəsarətli variantın uğur qazanmaq üçün  şansı daha çox idi..
Rozanqolcsun mənzilindəki müşavirə sui-qəsdçiləri ürəkləndirmişdi. Tuxaçevskinin cızdığı çevriliş planı onlara xoş ümidlər verirdi. Pyatakovun və digər tərəfdarların itirilməsinə baxmayaraq, onlara elə gəlirdi ki, sui-qəsdçilərin bu qədər hazırlaşdıqları çoxdan gözlənilən gün yaxınlaşır.
Son həyacanlı hazırlıqlarla məşğul olan aprel ayı tez gəlib keçir.
Krestinski “nümayiş zamanı həbs ediləcək və vəzifəsindən azad ediləcək, və boş qalmış yerlərə təyin ediləcək insanların siyahısının” hazırlamağa başlayır. Qamarnikin rəhbərliyi altında olan quldur dəstələrinə Molotovun və Voroşilovun öldürülməsi tapşırılmışdı. Rozenqolcs çevriliş ərəfəsində Stalinin qəbuluna nail olmaq və sovet xalqının başçısını Kremldə öz kabinetində qətlə yetirmək istəyirdi...

Bunlar 1937-ci ilin may ayının ikinci həftəsində baş verirdi.

-Mən həbsə hazırlaşmağa başladım, - sonralar Krestinski danışırdı. – Rozenqolcs iflas gözləmirdi və Trotski ilə əlaqələri davam etdirməyi öz üzərinə götürmüşdü... Bundan bir neçə gün sonra mən həbs edildim.
Hökumət rəsmi məlumat nəşr etmişdi ki, istintaqa cəlb olunan və nəzarət altında olan Buxarinə, Rıkova və Tomskiyə qarşı xəyanətə görə ittiham irəli sürülüb. Buxarin və Rıkov dustaq edilmişdi. Tomski qabaqcadan intihar etdi. 31 mayda Qamarnik də Tomski kimi etdi və özünü güllələdi. Xəbər verilirdi ki, Tuxaçevski və ali komandanlığın digər üzvləri NKVD tərəfindən həbs ediliblər.
Bir müddət sonra Rozenqolcs da həbs edildi. Bütün İttifaq boyunca “beşinci kolonnaya” aid olmaqda şübhəli bilinən simaların həbsi davam etdirilirdi.
11 iyun 1937-ci ildə, səhər saat 11 radələrində marşal Tuxaçevski ali komandanlığın digər yeddi üzvü ilə birlikdə Ali Məhkəmənin Xüsusi Hərbi Tribunalı qarşısında dayandı. Məhkəmədəki ifadələrin hərbi sirrlərə aid olmasından asılı olaraq, iş bağlı qapılar arxasında dinlənildi. Proses hərbi mühakimə üsulunun qaydaları üzrə araşdırılırdı.
Müttəhimlərə Sovet İttifaqına qarşı düşmən xarici derjavalarla əlbir olduqlarına görə ittiham irəli sürülmüşdü. Məhkəmə zalında Marşal Voroşilov, Buddeniy, Şapoşnikov və Qızıl Ordunun digər başçıları qarşısında Tuxaçevski ilə yanaşı komanda heyətinin aşağıdakı nümayəndələri dayanmışdı:

V.İ.Putna, keçmiş London, Tokio və Berlin ataşesi
İ.E.Yakir, Ukrayna hərbi dairəsinin keçmiş ordu başçısı
İ.P.Uboreviç, Belorusiya hərbi dairəsinin keçmiş ordu başçısı
R.P.Eydeman, Osoaviaxima Mərkəzi şurasının keçmiş sədri
A.İ.Kork, Frunze adına Hərbi akademiyanın keçmiş rəisi
B.M.Feldman, Qızıl Ordunun xüsusi tərkib bölməsinin keçmiş rəisi
V.M.Primakov, Xarkov hərbi dairəsinin keçmiş ordu başçısı

Proses haqqında rəsmi məlumatda deyilirdi:

Müttəhimlərin, həmçinin həyatına qəsd etmiş Yan Qamarnikin SSRİ-yə qarşı düşmən siyasət yürüdən xarici dövlətlərdən birinin rəhbər hərbi dairələri ilə dövlət əlehinə əlaqədə olmaları istintaq materialları ilə sübut edilmişdir.

Bu dövlətin hərbi kəşfiyyatına xidmət edən müttəhimlər sistematik şəkildə həmin dövlətin hərbi dairələrinə Qızıl Ordunun vəziyyəti haqqında şpion məlumatlar çatdırmışlar.
Onlar Qızıl Ordunun gücünün zəifləməsi üzrə ziyankar işlər aparıblar və SSRİ hücuma məruz qaldığı halda Qızıl Ordunun məğlubiyyətini hazırlamağa çalışıblar və SSRİ də mülkədarların və kapitalistlərin hakimiyyətinin bərpa olunmasına kömək etməyi məqsəd qoymuşlar.

12 iyun tarixində Hərbi Tribunal hökm çıxardı. Müttəhimlər öz məsul hərəkətlərində təqsirli bilindilər və onlara güllələnmə hökmü çıxarıldı. İyirmi dörd saat sonra hökm icra olundu.
Yenə dünyanı qəddar anti-sovet şaiyələri və propaqanda bürüdü. İnandırırdılar ki, guya bütün Qızıl Ordunu sovet hökumətinə qarşı üsyanlar bürüyüb.
Sovet Rusiyasındakı hadisələr hətta bir çox vicdanlı müşahidəçiləri də təşvişə salmışdı. O zaman “beşinci kolonnanın” xarakteri və metodları hələ yaxşı məlum deyildi. 4 iyul 1937-ci ildə Moskvadakı amerika səfiri Cozef E.Devis xarici işlər üzrə xalq komissarı M.M.Litvinovla söhbət etmişdi. O Litvinovaya açıq söyləmişdi ki, Qızıl Ordunun yüksəkrütbəli zabitlərinin güllələnməsi və moskva prosesləri Avropada və Birləşmiş Ştatlarda mənfi təəssüratlar doğurmuşdur.
- Məncə, - səfir söyləmişdi, - bu Ingiltərənin və Fransanın hitler ordusu ilə müqayisədə SSRİ-nin gücünə olan inamını sarsıtdı.
Litvinov da açıq danışmışdı. O, Devisə bildirmişdi ki, Sovet hökuməti ölkəni qabaqcadan gördüyü qaçılmaz müharibə zamanı Berlinlə və Tokio ilə əlbir olacaq xəyanətkar təşkilatlardan qorumaq üçün qəti tədbirlərə getməli olub.
- Gün gələcək, - Litvinov söylədi, - dünya dövlətimizin təhlükəli xəyanətdən qorumaq üçün bizim etdiklərimizi qiymətləndirəcək.. Biz hitlerçi dünya ağalığından müdafiə  olunmaqla və bununla da Sovet İttifaqını nasizm təhlükəsinə qarşı güclü dayaq kimi qoruyaraq bütün dünyaya yaxşılıq edirik.
28 iyul 1937-ci ildə Sovet Rusiyasındakı həqiqi vəziyyəti öyrənən Devis dövlət katibi Kordell Hellə “ tamamilə məxfi depeşa №457” göndərir. Son hadisələrin xülasəsini hazırlayaraq səfir kütləvi narazılıq və sovet hökumətinin dağılması haqda söz-söhbətləri rədd edirdi. “Qazet yalanlarının əksinə olaraq Kreml ətrafında kazak düşərgələrinə və ya Qızıl meydanda kazak süvari dəstələrinə oxşar heç nə müşahidə olunmur”, - o yazırdı. Tuxaçevskinin işinə gəldikdə isə, səfir onu analiz edərək aşağıdakı nəticəyə gəlirdi:

Terror aktlarını və ya xarici dövlətlərlə müharibələrin mümkünlüyünü istisna etsək, hökumətin və hazırki rejimin vəziyyəti indiki zamanda olduğu kimi sarsılmazdır, çox güman ki, gələcək məlum period ərzində də elə olacaq. “Korsika” təhlükəsi hələlik məhv edilib.

4.Final

3 məşhur moskva proseslərindən sonuncusu 2 mart 1938-ci il tarixində İttifaqlar Evində başlamışdı. İş Ali Məhkəmənin Hərbi Kollegiyası tərəfindən araşdırılırdı.

Məhkəmə istintaqına həsr olunmuş səhər, günorta və axşam iclasları, həmçinin də hərbi sirlərə aid şeylərlə bağlı ifadə verilən bağlı qapılar arxasında baş tutan iclaslar yeddi gün davam etdi.
Müttəhimlər skamyasında iyirmi bir insan əyləşmişdi. Bunlar OQPU (ОГПУ -Объединённое государственное политическое управление) kollegiyasının keçmiş sədri Henrix Yaqoda və onun katibi Pavel Bulanov; sağ liderlər Nikolay Buxarin və Aleksey Rıkov; trotskist liderlər və eyni zamanda da alman agentləri Nikolay Krestinski və Arkadiy Rozenqolcs; trotskist-yapon agenti Xristian Rakovski; daha 2 trotskist lider və alman agentləri – Mixail Çernov və Qriqori Qrinko; polyak agenti Vasili Şaranqoviç; on bir nəfər digər çevrilişçilər – sağ-trotskist blokun üzvləri, ziyankarlar, terroristlər və xarici agentlər, həmçinin də Trotskinin əlqəçisi Serqey Bessonov və qatil-həkimlər Levin, Pletnev və Kazakov.
Prosesdə iştirak edən amerikalı jurnalist Uolter Düranti sonralar “Kreml və xalq” kitabında yazırdı:

Bu əslində yekun, son proses idi, çünki, bu zamana kimi iş aydın oldu, prokurorluq faktlara sahib idi və düşmənləri və onlar tərəfindən bəslənilənləri, xaricdən gətirilmişləri tanımağı öyrəndi. Əvvəlki tərəddüdlər və şübhələr yox oldu, çünki, proseslər (fikrimcə, xüsusilə “generalların” prosesləri) bir-birinin ardınca, tədricən Kirovun öldürülməsi zamanı olduqca anlaşımaz və xaotik olan bütov tablonu təsvir etdilər..

İstintaq orqanları işi diqqətlə hazırladılar. Aylarla davam edən ilkin istintaq işləri, yeni məlumatların əvvəlki proseslərin materialları ilə tutuşdurulması, müttəhimlərin şahidlərlə üzləşdirilməsi və həbs olunmuş çevrilişçilərin ərtaflı dinləndirilməsi ittihamnamədə öz əksini tapdı. İttiham formulunda deyilirdi:

1.1932-33-cü illərdə SSRİ-yə düşmən xarici dövlətlərin kəşfiyyatlarının tapşırıqlarına əsasən həqiqi iş üzrə ittiham onunlardan ibarət “sağ-trotskist blok” adı altında, xarici dövlətlərin xeyrinə şpionaj, ziyankarlıq, terror, SSRİ-nin hərbi gücünün dağıdılması, bu dövlətlərin SSRİ-yə hərbi hücumu üçün provakasiya, SSRİ-nin məğlub olmasını, parçalanmasını qarşısına məqsəd qoyan çevrilişçi qrup hazırlanmışdır...

2. “Sağ-trotskist qrup”öz cinayətkar fikirlərini həyata keçirməkdən ötrü bəzi xarici dövlətlərdən hərbi kömək almaq məqsədilə onlarla əlaqəyə girmişdir.

3. “Sağ-trotskist qrup”xarici kəşfiyyat idarələrini əhəmiyyətli gizli dövlət məlumatları ilə təmin edərək sistematik olaraq bu dövlətlərin xeyrinə şpionajla məşğul olmuşdur.

4. “Sağ-trotskist qrup”sosializm quruculuğunun müxtəlif sahələrində (sənayedə, kənd təsərrüfatında, dəmiryol nəqliyyatında, maliyyə sahəsində, kommunal təsərrüfatda və s.) sistematik olaraq ziyankarlıq və təxribat aktları həyata keçirmişdir.

5. “Sağ-trotskist qrup” Ümumittifaq Kommunist Partiyasının rəhbərlərinə və sovet hökumətinə qarşı bir sıra terror aktları təşkil etmişdir və S.M.Kirova, V.R.Menjinskiyə,V.V.Kuybişevə, A.M. Qorkiyə qarşı terror aktları həyata keçirmişdir.

Sağ-trotskist blokun prosesi.. ölkələrinin “beşinci kolonnalarının” metodlarını ilk dəfə bütün dünya qarşısında üzə çıxardı və ifşa etdi. Gizli müharibənin bütün texniki metodları – propaqanda, terror, rəhbər müəssisələrdə satqınlıq, kvislinqlərin maxinasiyaları, daxildən zərbə endirən gizli ordunun taktikaları, - bir sözlə, nasistlərin onların əli ilə artıq İspaniyada, Avstriyada, Çexoslavakiyada, Norveçdə, Belçikada, Fransada və Avropanın və Amerikanın digər ölkələrində dağıdıcı işlər apardığı ... derjavalarının “beşinci kolonnasının” strategiyasının bütün mahiyyəti tamamilə ifşa edildi.
-Buxarin və Rıkovlar, Yaqod və Bulanovlar, Krestinski və Rozenqolcslar .. – sovet ittihamçısı Vışinski özünün 11 mart nitqində söylədi, - elə həmin “beşinci kolonnadır”...

Prosesdə iştirak edən səfir Devis onu “qorxunc” məhkəmə, psixoloji və siyasi dram adlandırdı. 8 martda o qızına yazırdı:

Prosesdə insan təbiətinin bütün əsas qüsurları və zəiflikləri - eqoist niyyətlər ən pis formada üzə çıxarıldı. Sui-qəsdin az qala hökumətin devrilməsinə gətirib-çıxaracaq çevrələri cızıldı.

İttiham olunanlardan bəziləri cəzadan qurtulmaq üçün öz cinayətlərinə görə tam məsuliyyətdən yayınmağa, günahlarını digərlərinin üzərinə atmağa, özlərini dürüst, amma aldadılmış siyasətçi göstərməyə çalışırdılar. Digərləri, öz taleyindən qorxmayaraq və ölüm hökmünün yüngülləşdirilməsinə bel bağlamadan  törətdikləri “siyasi” qətllərin, həmçinin də alman və yapon hərbi kəşfiyyatlarının rəhbərliyi altında icra etdikləri şpionluq və ziyankarlıq  fəaliyyətlərinin qorxulu təfərrüatlarını açıb göstərirdilər.
Özünü çevrilişin “ideoloqu” kimi göstərən Buxarin özünün son sözündə daxili ixtilafın və həbsdən sonra nə vaxtsa inqilabçı olan, amma sonralar satqına çevrilən və Trotski ilə birlikdə nasist Almaniyası və Yaponiya ilə Sovet İttifaqına qarşı əlbir olan insanlardan çoxunun yaşadığı ağır şübhələrin tam təsvirini verdi. O dedi:

Məhkəmə istintaqında əsas ifadələrimi verən zaman artıq qeyd etmişəm ki, bizi, əks-inqilabçıları bu proses ərzində tamamilə üzə çıxarılmış həmin üfunətli gizli iş şəraitinə qovan çılpaq mübarizə məntiqi deyildi. Bu çılpaq mübarizə məntiqi ideyaların tamamilə dəyişməsi, psixologiyanın tamamilə dəyişməsi, bizim özümüzün başqalaşması, insanların tamamilə dəyişməsi ilə müşayət olunurdu. Belə simasızlaşmaların tarixi nümunələri məlumdur. Brianın, Mussolinin və digərlərinin adını çəkmək olar. Bizdə də simasızlaşma oldu..
İndi özüm haqda, öz peşmanlığımın səbəbləri haqda danışacam. Əlbəttə, deməliyəm ki, sübutlar çox böyük rol oynayır. Mən təxminən 3 ay inkar etmişəm. Sonra ifadə verməyə başladım. Niyə? Bunun səbəbi budur ki, mən həbsxanada bütün keçmişimi yenidən qiymətləndirdim. Çünki, özünə sual verirsən: əgər sən ölsən, nəyin uğrunda ölmüş olacaqsan? Və onda birdən qeyri-adi parlaqlığı ilə tamamilə qara boşluq gözünün qabağına gəlir. Təəssüflənmədən ölmək istəyirsənsə, uğrunda ölməyə dəyəcək heç nə yoxdur... Və onda özündən soruşursan: yaxşı, sən ölməyəcəksən; əgər hansısa möcüzə sayəsində sağ qalsan belə, yenə də nəyə görə? Hər kəsdən ayrı düşmüş, xalq düşməni, qeyri-insani vəziyyətdə, həyatın mahiyyətini təşkil edən hər şeydən təcrid edilmiş.. Elə o saat da bu suala eyni cavab alınır.
Mən, bəlkə də, həyatda son dəfə danışıram...Aprior şəkildə güman edirəm ki, Troyski və mənim cinayətlər üzrə digər mütəffiqlərim, və II İnternasional.. bizi müdafiə edəcəklər, həmçinin və xüsusilə də məni. Mən bu müdafiəni rədd edirəm. Hökmü gözləyirəm.

Hökm 13 mart 1938-ci ildə elan olundu. Bütün müttəhimlər təqsirli bilindilər. Üç nəfəri – Pletnev, Bessonov və Rakovskini məhkəməm azadlıqdan məhrum etdi. Yerdə qalanlara güllələnmə qərarı verildi.
* * *
Üç il sonra, 1941-ci ilin yayında, nasistlərin Sovet İttifaqına hücumu zamanı ABŞ-ın SSRİ-ki keçmiş səfiri E.Devis yazırdı:

Rusiyada alman ali komandanlığı ilə birgə fəaliyyət göstərən “daxili aqressiya” adlandırılan şey yox idi. 1939-cu ildə Hitlerin Praqaya hücumu henleynçi təşkilatlar tərəfindən aktiv hərbi dəstəklə müşayət olunurdu. Hitlerin Norveçə hücumu haqda da bunu söyləmək olar. Amma Rusiyada sudet henleynlərinə, slovak tissolarına, belçika deqrelərinə və ya norveç kvislinqlərinə rast gəlinmədi...
Bütün bunlar mənim gedişini şəxsən izləyərək iştirak etdiyim 1937 və 1938-ci illərin proseslərində iştirak edirdilər. Həmin proseslərin hesabatlarını və mənim özümün o vaxt yazdıqlarımı yenidən nəzərdən keçirərək görürəm ki, mahiyyətinə görə, bugün bizə məlum olan alman “beşinci kolonnasının” bütün fəaliyyət metodları özü-özünü ifşa edən rus kvislinqlərinin etirafları ilə üzə çıxarılıblar və ifşa olunublar.
İndi tamamilə aydındır ki, vaxtilə bu qədər sərt görünən və bütün dünyanı şoka salan  bütün bu proseslər, təmizləmələr və likvidasiyalar Stalin hökumətinin özünü təkcə  daxildəki çevrilişdən deyil, həm də xarici hücumdan müdafiə edən qətiyyətli və fəal səylərinin bir hissəsi olmuşdur. O əsaslı olaraq ölkənin satqın elementlərindən təmizlənməsi və azad edilməsi üzrə işlərə başlamışdı. Bütün şübhələr hökumətin xeyrinə yox oldu.
Rusiyada 1941-ci ildə “beşinci kolonnanın” nümayəndələrinə rast gəlinmədi – onlar hamısı güllələnmişdi. Təmizləmə ölkədə nizam yaratdı və onu xəyanətdən xilas etdi.


Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

11 дек. 2013 г.

Lenin dünən və bugün

Tanınmış tarixçi və Leninin bioqrafı Vladlen Terenteviç Loqinlə söhbət.


Siz Leninin həyatı haqda çoxcildli işinizin artıq ik hissəsini yazmısız. Bu həm inqilabçı başçının həyatı haqda anticommunist təhriflərə cavab, həm də arxivlərə,faktlara və xarici mənbələrə sərbəst giriş şəraitində bizə Leninin bioqrafiyasının yeni versiyasını verməli olan işdir. Söyləyin, 1991-ci ildən sonra Lenin haqda hər hansı yeni informasiya açılıbmı? İnqilab başçısının “kanonik” sovet obrazı bizə məlumdur. Arxivlərin açılması nəyi dəyişdi? Yeni bir şey məlum oldumu?

 İş burasındadır ki, 1991-ci ildən sonra Lenin elmi tədqiqat dairəsindən çıxdı, çünki, onun ətrafında baş verən hər şey tamamilə təbliğat sahəsindən, mən deyərdim ki, ideoloji mübarizə sahəsindən idi.Antileninizm antikommunizmin ən vacib hissəsinə çevrildi. Buna görə də, işıq üzü görən hər şey olduqca tətbiqi xarakter daşıyırdı. Deyək ki, Volkoqonov – tamamilə propaqandadır, onun epiqonları tərəfindən yaradılmış hər şey, bir ümman ədəbiyyat, - hamısı eyni operadandır. Bununla belə həmin vaxt Qərbdə xeyli maraqlı şeylər çıxırdı. Bu mənada ən dərin işlər amerika işləridir. Bu çox təəssüf ki, bu yaxınlarda vəfat etmiş böyük tədqiqatçı Moşe Levindir. Bu Aleks Rabinoviçin kitablarıdır. Məsələn. Onun sonuncu kitabı “Bolşeviklər hakimiyyətdə” – keyfiyyətli tədqiqat nümunəsidir.Əlbəttə, onların hər birinin öz “tarakanları var. Amma analiz, yeni sənədlərin istifadəsi baxımından bunlar ciddi işlərdir. Fransada, Almaniyada müəyyən simalardan ibarət dairə var ki, Lenin haqda yazırlar. Bu yaxınlarda macar filosofu və tarixçisi Tamaş Krausun işləri.




Bir də əlbəttə ki, Jijek, onun Lenin haqqında fəlsəfi işləri. Odur ki, bu mənada hər şey qaydasındadır. Hə, bir də antileninçi, antikommunist ədəbiyyat da var, amma prinsip etibarilə Qərb ədəbiyyatına nəzər salsaq, bizdə olan tip belə kitablar ümumiyyətlə orada ədəbsizlik sayılır. Ştatlardan gələn uşaqlar deyir: “Siz dəli olmusuz?”. Bəzi konkret məsələlərin, misal üçün, guya Leninə göndərilən alman pulları haqda, araşdırılmasından söhbət düşəndə onlar xüsusilə təəccüblənirlər. Bu məsələdə birinci yeri amerikalılar tutur. Bizdə də Sobolevin “Alman qızılının sirri” adlı gözəl kitabı var, hansı ki, sübut edir ki, bütün bunlar tamamilə yararsız bir şeydir. Və bütün materiallar 40-50 il əvvəl məlum idilər, açıq idilər. Amerikalılar faktları çox yaxşı yoxlayıblar. Bizdə isə Lenin haqda məsələ daim ya yağ bahalaşdıqda, ya da seçkilər yaxınlaşdıqda üzə çıxarılır. Bu ildırım ötürücü kimi bir şeydir. Ki, yeri gəlmişkən, bu da sübut edir ki, bu məsələ böyük əksəriyyət insanları maraqlandırır.

Bizdə kitab nəşriyyatında dəqiq siyasət yürüdülür: gəncləri qorxutmaq üçün maraq sahəsini kiçiltmək lazımdır. Əgər Suvorovun “Buzqıran”ı kimi sərsəm bir şey milyonlarla tirajla nəşr edilibsə, Qoredecskinin ingilis dilindən tərcümə edilmiş “”Buzqıran” Mifi” kitabı cəmi 1500 ekzemplyar tirajla çıxıb. Periferiyalara hansısa maraqlı işlər gəlib çıxır, amma onların hamısı tarixə heç bir aidiyyatı olmayan kitabların kütləsi, təbliğat uçqunu altında əzilir. “ Gözəl insanların həyatı” seriyası Leninin bioqrafiyasını ümumumiyyətlə elmi təsəvvürlərdən uzaq bir şey kimi təqdim edib. Bu artıq müəllifin tədqiqat predmetini anlamadığı hadisədir. O yeni sənədlərin meydana çıxmasından əvvəl yazılıb, ona görə də iş tərkibinə görə tamamilə gülüncdür.

Leninin əsas xüsusiyyətlərini necə xarakterizə etmək olar? O sərt yoxsa demokratik insan idi?

Bu bir qədər doğru müqayisə deyil. O, bütün həyatı müəyyən ideyaya, müəyyən məqsədə tabe olan insan idi. O özü söyləmişdi ki, zəhmətkeşlərin azadlığı uğrunda mübarizə böyük işdir, və  həyatını bu işə görə qurban vermək heyif deyil. Amma bu onun həyatdakı davranışlarını, dərrakəsini, sevincini, kampaniyaçılığını, dostluğunu, sevgisini tamamilə istisna etmirdi. Amma o həqiqətən hədəfi olan insan idi. İndi söyləyirlər: “Siyasi iradə çatmır!”. Siyasi iradəsi olan və bu iradənin insan azadlığna kömək etməsinə qətiyyətlə inanan insan isə öz məqsədinə doğru gedirdi. Düzgün olub olmamasını müxtəlif yollarla yoxlayaraq. Bu hər hansı bir sxolastın ağlının məhsulu deyil ki, o məntiqi olaraq bu və ya digər tərzdə hərəkət etməsi haqda nəticə çıxarsın. Əgər Rusiya tarixinin, onun həyatının hər hansı qarışıq dövrünü götürsək, XX əsr Rusiya tarixi və onun həyatı isə bir-birilə o qədər sıx bağlıdır ki, görərik ki, hər dəfə hər hansı bir vacib qərar qəbul ediləndə, istər bu 1917-ci il üsyanı məsələsi olsun, istər Brest sülhü məsələsi, həmin günlər insanlarla, fəhlələrlə, kəndlilərlə baş tutmuş onlarla görüşlərlə doludur.

Əvvəllər xalqı qoyun sürüsü saymaq qeyri-mədənilik göstəricisi idi. Əvvəllər bu ədəbsizlik idi. Və Lenin də həqiqətən xalqa inanların sırasında idi və hər addımında əmin olurdu ki, bu kütlə nəhəng tarixi təcrübəyə, sağlam düşüncəyə, yaxşı və pis haqda öz düşüncəsinə malikdir. “Böyük reformların” iflasının səbəbi nədir? Və ya stolıpin islahatlarının iflasının? Stolıpin Avropanı gəzdi, Prussiya sərhədində onun malikanəsi vardı, o dedi: “ Nə gözəldir! Gəlin Rusiyada Prussiya ucaldaq. Bizim Qrossbayerlərimiz – qolçomaqlarımız olsun. Biz ayıqları və güclüləri seçirik, zəifləri və sərxoşları deyil”. Heç nə alınmadı, hər şey tamamilə əksinə alındı, çünki obyektiv qanunlar var.
Pitirim Sorokini, onun “inqilab sosialogiyasını” götürək,  o reformların uğurluluğunun 4 əlamətini çıxardı: reformlar mövcud qanunlar çərçivəsində həyata keçirilməlidir, əvvəlcə hansısa regionda təsdiq edilməlidir, elmi cəhətdən əsaslandırılmalıdır və xalqın əsas instinktlərini nəzərə almalıdır.

O onları əsas götürürdü. O şeyi ki, biz indi mentalitet adlandırırıq. Nəyin pis, nəyin yaxşı olması haqda xalqın öz təsəvvüləri var. NEP və inqilab aqrar problemləri, XİX əsr Kiselev komissiyasından başlayaraq onilliklərlə həll edə bilmədikləri torpaq məsələsini həll etdiyi halda, 20 ildir ki, islahatçılar nəsə islahatlar edirlər amma heç nə alınmır. Kişilər otururdular və düşünürdülər ki, kəndlilərə necə yaxşılıq etsinlər. İnsanları rahat buraxın, imkan verin istədikləri kimi yaşasınlar! Torpaq haqqında Dekret nədir? Kəndlilərin təkliflərini topladılar, ora heç nə daxil etmədilər. Bundan da küliyyat hazırladılar, hansı ki, dövlət qanunu oldu, yeri gəlmişkən, bu tarixdə yeganə hadisədir ki, xalqın iradəsi qanuna çevrilmişdi. Hansısa intelektual dairələr vasitəsilə ifadə edilmiş deyil, birbaşa xalqın ifadə etdiyi. Leninin bax belə bir xüsusiyyəti vardı. Bugün başa düşməli olduğumuz ikinci xüsusiyyət. O anlayırdı ki, inqilab kimi istənilən sosial silkələnmə çoxtəbəqəlidir. Bəli, orada avanqard, düşüncəli proletarlar var, amma insanları onillərlə ayaqlar altında əzəndə, onları saymayanda, özü də savadsız, təhsilsiz əhalini, etiraz formaları artıq Almaniyada olduğu kimi, orkestrlə, bayraqlarla olmayacaq. Puqaçov tərzində, 1905 və 1917-ci illərdə insanların baş verəcəyindən qorxduğu tərzdə olacaq, o isə hesab edirdi ki, əsas məsələ bu, mübarizədə ayağa qalxmış kütləyə işıq və ağıl verməkdən ibarətdir. Həmin bu nəhəng dalğanın istəyini düzgün ifadə etməsəydilər, nə Leninin özü , nə də partiya heç nə edə bilməyəcəkdilər.
Tez-tez sual verirlər: “Əgər Lenin olmasaydı inqilab olardımı?”. İnqilab onsuz da Leninsiz başlamışdı. 1917-ci ilin fevralında o İsveçrədə oturub orada nə baş verdiyini qazetlərdən oxuyurdu. Amma o həmin nəhəng dalğanın ağrısını ifadə edə bildi, bununla da bolşeviklər hakimiyyətə gəldi.

Siz Lenini və Stalini bir-birinə qarşı qoyursuz. Amma bugün əhalinin böyük hissəsinin Stalinə rəğbəti daha çoxdur, nəinki Leninə.

Niyə bugün xalqın Stalinə münasibəti belədir? Bu məlumdur. Bu Stalinə münasibət deyil, hazırki hakimiyyətə, hazırki başçılara olan münasibətdir. Siz, hakimiyyət Stalini sevmirsiz? Onda biz onu sevəcik. Sadəcə belə. Amma yadda saxlamaq lazımdır: inqilablar dövrü titanlar doğurur. Fransız, ingilis, fərq etmir. İctimai süqut dövrü isə “piqmeylər” doğurur. Və siyasi xadimlərin bu uyğun gəlməyən miqyasları həmişə ziddiyyət yaradır. Lenin o qədər böyük simadır ki, hər hansı bir dosent “düşünürəm ki..” deyib fikirləşməyə başlayanda gülməli gəlir. O düşünür. Amma qarşınızda istənilən hakimiyyətə nifrət edən, sadəcə heç bir şey kimi nifrət edən Bernard Şou var. Bu geniş yayılmış fikir idi. Belə ki, Şou Leninə özünün “Mafusailə dönüş”-nü göndərəndə o yazırdı: “Həmin yüksək... layiq olan yeganə siyasi xadimə”. Ümumiyyətlə, məktub başdan ayağa hörmət, ehtiramdır. Siz ümumiyyətlə nəhəng XX əsr intelektuallarının içərisində, misal üçün, yazıçılar Romen Rolan, Sartr, kim olur olsun, Leninə qarşı fikir səsləndirən birini tapmayacaqsız. Məsələn, Eynşteyn söyləmişdi ki, o insan əxlaqının inkişafına kömək edən insanlardan biridir. Ona görə də, siyasi idarəetmədən general Volkoqonovun Lenin haqda fikir yürütməsi və onu qiymətləndirməsi sadəcə gülməlidir.

Leninin bioqrafiyasına müraciət edərkən tez-tez tanınmış bolşeviklərin,partiyanın yüksək rütbəli üzvlərinin ona və onun mövqeyinə qarşı yönəldiyi anları görürük. Siyasi cəhətdən Lenin tək idi, onun indi adlandırdıqları kimi, komandası vardı?

Onun həmişə komandası olub, amma səhv etmirəmsə, Sokolnikov onun ölümündən sonra yazmışdı: “Biz hamımız küləkdə yellənən cavan meşə kimi idik, amma bu meşədə bir şam ağacı vardı. Bu o idi, hər şeyi daha uzaq görən”. Mən onu bir insan, mütəfəkkir kimi sevdiyimi heç vaxt gizlətməmişəm. İndi 1922-23-cü illərdən yazıram. O tez-tez digərlərinin görə bilmədiklərini görürdü. Bu başqa miqyaslı bir şey idi. Məsələn onun Hegelə münasibəti. Hegeli oxuyan yaxşı bilir ki, bu ağıl üçün yaxşı gimnastikadır. Onun Hegellə çox maraqlı münasibəti vardı. O yeni başlayanda, Şuşenskiyə ilk sürgün, Krupskaya yazır, çarpayısının yanındakı taburetin üstündə Hegel və Puşkinin kitabları olurdu. Oxuyarkən tez-tez qeydlər aparırdı. Qaranlıq yerləri bir dəfə oxuyurdu, sonra ikinci dəfə yenə oxuyurdu, sonra 1915-16-cı illərdə ümumiyyətlə Hegelin işlərini dərindən öyrənməyə başladı. O hesab edirdi ki, bütün bunlara yiyələnmədən communist-marksist olmaq mümkün deyil. Onun son illəri də Hegelə müraciətlə bağlıdır. Lenin hətta Qorkiyə belə Hegelin beş cild kitabını özüylə götürmüşdü. Hegeli oxuyanlar bunu başa düşər. Beyin üçün çox ciddi gərginlikdir.

Bizdə bu tip rəhbərlər var – “mənim öz ağlım özümə bəsdir, icraçılar lazımdır, sən –ora get, sən-onu gətir. Mənim öz ağlım yetərincədir”. Lenin başqa tip insan və rəhbər idi, o ünsiyyət axtarırdı. Mən Lenin, 1922-ci il, onun ömrünün qürb çağı haqda öz tədqiqatlarımın üçüncü cildini yazıram. Və çox nəzərə çarpır ki, o digərlərinin görmədiklərini görür. Trotski “Под знаменем марксизма” (“Marksizm bayrağı altında”) jurnalında gənc və yaşlı nəsil bolşeviklər arasındakı fikir ayrılıqlarından yazır. Yaşlı nəsil tarixin dərkinə və bolşevizmə həyat təcrübələri ilə gəliblər, gənclər isə hər şeyi hazır şəkildə qəbul edirlər. Bu onların dünyaya münasibətlərinin, dünya görüşlərinin amili olmur.... Özü də Lenini fəhlələr, Vasiliy Şelqunov kimi adi işçilər fəhlə hərəkatına gətiriblər. Trotski, Lenindən fərqli olaraq, daha genişmiqyaslı şeyləri dərk edə bilmirdi. Lenin ictimai şüura qarşı dayana bilirdi. Trotski üçün bu çətin idi.

Amma Lenin müxtəlif dövrlərdə “müxtəlif” idi. Onun ölümündən sonra hər yeni rəhbər özünü Leninin ardıcılı elan edirdi. Stalin, Xruşov, Brejnev. Yenidənquruculuq Lenin kursuna qayıdış kimi başlayırdı.

Tarixin faciəsi bundadır ki, o həmişə indiki zamandakıların legitimliyi üçün əsas olur. Onlar özləri Lenini yarı-dini, müqəddəs bir şeyə çevirdilər.Əvvəllər Nikolay uqodnik idi, indi isə -Lenin. Əxlaqi legitimləşdirmə buna əsasən aparılırdı: “Leninin sadiq şagirdi”, “ Leninin işinin davamçısı”.
Lenin nə vaxtsa öz vərdişləri, özünəməxsus xarakteri, ünsiyyət manerası olan real insan olmağı dayandırdı. O simvola çevrildi. Xüsusilə aşağı kütlə insanları üçün. Əvvəllər hər bir kənd daxmasında Məryəmin ikonası və varisi ilə birlikdə hökmdar imperator olurdu. Sonralar isə, Qorbaçovun xatirələrini oxuyursan yazılıb, kənddə üstdə Məryəmin ikonası, yanında isə Marks-Engels-Lenin ola bilərdi. Beləliklə, Lenin -əfsanə real Lenindən ayrıldı.

Sizcə, sovet başçılarından hansı həqiqətən Leninin ardıcılı olub?

Heç biri. Onlar tarixin gedişini heç anlamadılar. Bu yaxınlarda Den Syaopini mütaliyə edərkən gördüm ki, onun leninçi tərzi var, çox oxşardı. Amma məsələ bunda deyil. NEP-dən çıxmaq, misal üçün, Stalinin istəyi deyildi, bu tarixin gedişi idi. Baxmayaraq ki, tarix həmişə çox variantlıdır, yeganə ən qısa yol yoxdur, çoxlu sayda yollar var. Leninin ardıcılları başqa yolla getdilər. Onlar nə pisdirlər, nə də yaxşıdırlar, amma vəziyyət belə alındı. Bu haqda cildlərlə yazmaq olar. Başqa, Lenin yolu ilə də getmək olardı.

Sizcə Lenin daha çox Rusiya miqyasında yoxsa dünya miqyaslı simadır?

Daha çox dünya miqyaslı. XX əsrin mahiyyəti nədədir? Hər bir əsrin müəyyən mahiyyəti olmalıdır. XX əsrin mahiyyəti bundan ibarətdir ki, arenaya bu vaxta kimi tarixi anabioz vəziyyətində olan xalqlar çıxır: Çin, Hindistan, Latın Amerikası. Milyardlarla əhalisi olan ölkələr. Biz axı tarixi belə öyrənmişdik: sivil Yunanıstan var, sonra Qədim Roma Bizans imperiyası ilə birlikdə genişlənir, sonra Avropa. Axı hələ də avrosentrizm üstünlük təşkil edir. XX əsrin mahiyyəti bundan ibarətdir ki, meydana milyardlarla insan çıxır. İlk rus inqilabından sonra 1917-ci il inqilabı başladı, elə həmin vaxtda da Meksikada Panço Vilya inqilabı. Latın Amerikasında da mülkədar malikanələrini yandırırdılar. Rusiyadakı kimi. Yeri gəlmişkən, XX əsrin mahiyyəti də elə burdadır: biz ya Şimal və Cənub arasında balans tapacıq, ya da... Lenin söylədiyi kimi, “tarix - sərt anadır”. Beləliklə, Lenin çoxmilyonluq kütlələrin arenaya çıxmasının simvolu oldu. Həmin qara, geridə qalmış kəndli kütləsinin... 1905-ci ildə kəndli müharibəsi başladı və elita belə xalqdan qorxdu. İndi bolşeviklər kimi elə bir güc yoxdur, hansı ki, həmin gücü, qəzəbi, nifrəti səmtləşdirə bilsin. “Qəzəb doğursun, qisas deyil” – Lenin söylədiyi kimi. İndi belə güc yoxdur.


Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

9 дек. 2013 г.

Liberallar və liberastlar, demokratlar və dermokratlar



Məlum olduğu kimi sözlər zaman keçdikcə mənasını dəyişirlər. Onlara yeni mahiyyət yükləyirlər. Fırıldaqçılar insanları çaşdırmaq üçün bundan istifadə edir. Bununla, qarışıqlıqdan qurtulmaq və düşüncə manipulyatorları ilə mübarizə aparmaq üçün yeni hadisələr üçün yeni terminlər daxil etmək lazımdır.
“liberast” və “dermokrat” sözləri söyüşü xatırladır, bununla belə onlar tamamilə ciddi terminlərdir. Etiraz edəcəklər: “kommunyaka” və ya “sovok” sözləri necədir? Son iki söz həmsöhbəti təhqir edir. Bütün kommunistləri və SSRİ tərəfdarlarını belə adlandırırlar, keyfiyyətcə təzə bir şeyi deyil. Amma təhqir olunan cavab olaraq sizi təhqir edə bilər – belə çığır-bağır kimə nəyi sübut edəcək? Özü də sovet xalqını “sovka” adlandıranlar brejnev dövrünün valyuta fahişələri idi – bu fahişələrin terminologiyasıdır.
Bununla yanaşı liberastlar və dermokratlar liberal və demokratlarla eyni deyillər.

XIX əsrin birinci yarısında inqilabçıları - köləlik, mütləqiyyət, hakimiyyətin irsi ötürülməsi, zadəganlıq imtiyazları, keşiş diktaturası, açıq axmaq senzura düşmənlərini liberal adlandırırdılar. Bayron, Stendal və Lermontov öz müasirlərinin əksəriyyətinin fonunda əsl liberaldırlar. Anlayışın dəyişdirilməsinə hələ XİX əsrin ikinci yarısından başlanılıb, ilk bunu qeyd edənlərdən biri Şeltin-Saldıkovdur. Aydınlıq üçün müasir, Böyük Vətən müharibəsindən sonrakı dövrü götürək.
Liberast (o özünü liberal adlandırır) bir çox şeylərdə elə həmin hitlerçidir. Onun üçün insan protestant regionunun, german dil qrupunun insanlarıdır: şimali Avropanın və Amerikanın, Avstraliyanın və Yeni Zelandiyanın bir qisminin, CAR-ın bir hissəsinin əhalisi(neqrləri çıxmaq şərtilə). Yerdə qalan insanlıq: “qaradərililər”dir, insan olmayanlardır, onlara qarşı olan münasibət düşmənçilik və nifrət, mülayim təkəbbür və  təhqiredici nifrət arasında dəyişir. Onlar bunu açıq şəkildə bildirmirlər, amma söhbətlərdə və mətnlərdə dərhal biruzə verirlər. Xüsusilə də, demək olar ki, hər bir liberast bu və ya digər dərəcədə slavyanafob, xüsusilə rusofobdur. Sosial rasizm onlarda “mentalilet” müxtəlifliyi haqda söhbətlər altında asanlıqla bioloji rasizmə çevrilir. Liberallar sol hərəkatı daim təhdid edirlər və liberast – sağçı bütün dünyada kapitalizm uğrunda mübarizə üçün adətən lovğalandığı pasifizmdən həmişə imtina etməyə hazırdır. Bütün bunlar onu faşizmlə doğmalaşdırır.
Noam Xomskinin belə bir aforizmi var: “əgər faşistlər ağıllı insanlar olsaydılar ABŞ-ı yaradardılar”. Bəs Ştatları kimlər idarə edir? Liberastlar.
“Liberast” sözü əbəs yerə “liberal” və “pederast” sözlərini özündə birləşdirmir. Klassik faşizmdən fərqli olaraq, liberastlar antikommunizmin təbliği üçün seksual azlıqların tərifini göylərə qaldırıblar. Homoseksuallar (xüsusilə passiv) və lesbilər faktiki olaraq hamısı liberastdır. Liberastlar insanlığın ən pederast hissəsidir. “Liberast” sözünün sonluğu təhqir deyil, faktın təsdiqidir.
Bundan əlavə, liberastlar sol ideologiyaya qarşı antidot, insanın kommunistlərə birləşməyəcəyinə qarantiya kimi pederastlığın yayılmasında birbaşa maraqlıdırlar, onlar elə kommunistlərin özlərinə də lazım deyillər. Mənim liberast tanışım, fəlsəfə professoru, ədəbiyyatçı Mehdi Əlinin Leninə meylləniyini bilib məni inandırmağa çalışırdı: “Mehdinin arxasını neqrin öhdəsinə buraxmaq lazım” (kobudluğa görə bağışlayln, amma elə belə də söyləmişdi). Əminəm, o mənə də eyni şeyi arzulayır. O bununla bizi yaxınlaşan Oktyabr inqilabından uzaqlaşdırmaq istəyir.
Bundan əlavə, liberastlar özlərini nudizm və nigahdan kənar seks, həmçinin qadınlar üçün oral və anal seks müdafiəçiləri kimi göstərirlər, baxmayaraq ki, bütün bunlar marksizm-leninizmə zidd deyillər. Məsələ bundadır ki, stalinçi komanda SSRİ-yə leninizm adı altında pravoslavlıq gətirmişdi və insanların əksəriyyəti – həm sovet insanlarının, həm antisovet insanlarının – hələ də Lenini keşişlərlə səhv salırlar.
Liberastlar ənənəvi dini kommunistlərin və ya XİX əsr liberallarının sevmədikləri səbəblərə görə sevmirlər. Kommunistlər dini insanları doladığına, mədəniyyətin inkişafında manelərə, ruhanilərin sosial rasizminə, liberastlar – cinsi azlıqların təqibinə, bircinsli nigahların qadağan olunmasına, prostitusiyaya və pornoqrafiyaya görə sevmirlər. Bununla belə liberastlar heç də hər hansı bir mistikaya və ən vəhşi mövhumata qarşı deyillər, əsas budur ki, onlar “kiminsə arxasının neqrə verilməsinə” mane olmasınlar.
“Demokatiya” sözü tərcümədə “xalq hakimiyyəti” deməkdir. Rus inqilabçıları-narodovolçuları və bolşeviklər  elə demokratlardır. Z.Hippius Blokla söhbəti zamanı “Saşa, sən lap bolşevik kimi danışırsan!” qışqıranda Blok cavab verir: “Mən həmişə demokratik əqidəli insan olmuşam” (bu söhbəti o öz xatirələrində yazır). Bugün isə özlərini demokrat adlandıranlar məhz hippiusçulardır.

Dermokrat da elə liberastın tayıdır. Onun üçün bircinsli nigahların təbliği aclıqla mübarizədən və dollarlı milyonçularin maraqları yerdə qalan insanların maraqlarından daha vacibdir (milyonçu olmağı hələ planaşdırsa belə). Yəni o sadəcə narodovolçuları və bolşevikləri asan burjualardandır. Dermokratlar demokratiya adı altında xalq rifahını (mənzil,qida,müalicə) başa düşmürlər, KİV-də insanlığın 1-2%-i üçün vacib olan söz azadlığını başa düşürlər (özü də əsasən elə həmin sosial rasistlərdən ibarət olan).
“Dermokrat” sözü  əbəs yerə “dermo” (nəcis) sözündən ibarət deyil. Kimin bu sözü səsləndirməyi və çap etməyi xoşladığını xatırlayın; kimin yazıçıları və rejissorları daim nəcis ifraz etmə proseslərini təsvir edir və göstərirlər; kim həmişə lüt arxaların fotosunu çəkir və ekranlarda və səhnələrdə göstərir, kim həmişə “tualet” metaforalarından istifadə edir. Burada da “liberast” sözündə olduğu kimi təhqir yoxdur, bu faktın təsdiqidir.
Dermokratların məqsədi – xalq hakimiyyəti deyil, nəcis hakimiyyətidir. Senzuranın olmaması dermokratları sadəcə buna görə sevindirir ki, bu dünyanı çirkabla, yəni daim çirkabın təsviri və nümayişi ilə doldurmağa imkan verir. İstedadlı əsərlər də sərbəst səhnəyə çıxmaq imkanı qazanırlar, amma az qala heç kimin diqqətini çəkmədən ( “informasiya qalmaqalı” deyilən şey elə budur) çirkab okeanında batırlar. Son yüzilliyik ədəbiyyatının liberast-dermokratları əvvəlkilərdən daha çox maraqlandırması təsadüfi deyil – müasir ədəbiyyatda əvvəlkilərlə müqayisədə daha çox nəcis ifraz edilir.
Mənim “Lermontova doğru səyahətnamə” adlı povestimdə qəhrəman qadın antisovetçiyə (dermokrata) deyir: “Hakimiyyətdə olduğunuz qısa vaxt ərzini və bu müddətdə nə qədər tüpürdüyünüzü nəzərə alsaq, sizin tüpürcəyinizin miqdarına təəccüblənməkdən başqa bir şey qalmır”.
Buna görə də “dermokrat” sözü nəinki saxta demokratlara qara yaxır, hətta əksinə, onları azacıq yüksəldir.

Tərcümə Günel Muradova