29 сент. 2016 г.



İngiltərə futbol yığmasının baş məşqçisi korrupsioner çıxdı... Bir zəhmət, bizim qərbpərəst sağçılardan və liberallardan dəqiqləşdirin görək Britaniyada "əsl kapitalizm" var ya yox?
 Korrupsiya nədir?
 Korrupsiya - kapitalizmin genetik xəstəliyidir. Əmtəə-pul münasibətlərinin şərtləri korrupsiyanı arzu edilən nəticəni əldə etmə üzrə əmtəə sazişin növü kimi müəyyənləşdirir. Heç bir qanunverici qadağalar və yaxud ictimaiyyətin mübarizəsi korrupsiyaya qalib gələ bilməz. Taa o vaxta kimi ki, korrupsiyanın əsası qoyan istehsal vasitələrinə olan şəxsi mülkiyyət və ictimai istehsalın əmtəə xarakteri məhv edilməsin.
ABŞ və ümumilikdə Qərb imperializminin təsir agentləri, 5-ci kolon intellektualları nə deyirlər desinlər, lakin korrupsiya kimi bir
hadisə yalnız və yalnız ictimai həyatın köklü dəyişdirilməsi - kapitalist sistemin sosialist sistemlə əvəz edilməsi - nəticəsində yox ola bilər.
Yoldaş Stalin korrupsiyaya qalib gəlmişdi. Bizim qərbpərəst manqurtların bir kumiri var - Saakaşvili. Ondan sitat gətirmməyi çox sevirlər: "Rüşvətə qalib gəlməyin çox sadə yolu var. Mən özüm rüşvət almadım, heç kim də almadı."
1-si, artist Saakaşvili rüşvət alıb, komandası da alıb. Saakaşvilinin sponsoru və mənəvi dədəsi Soros dedi ki, "Saalaşvili rüşvəti və korrupsiyanı insiharlaşdırdı, ləğv etmədi". Hə, Şevarnadzenin vaxtı ilə müqayisədə Gürcüstanda rüşvət və korrupsiya azalıb.
2-si, madam bizim qərbpərəstlər belə təmiz lider sevdalısıdır, niyə yoldaş Stalindən iblis yaradırlar?! Rusiyanın sağ-liberal prezidenti Putin də daima sovet sosializminə böhtan atır. Bu gün isə iclas təşkil edib, komandasına göstəriş verib ki, inflyasiyanı 4%-zə endirsinlər.... Hm... Ayə, rəhmətliyin oğlu, bəyənmədiyin sovet sosializmində inflyasiya yox idi. Sən isə inflyasiyanı necə 4 faizə salacağının dərdini çəkirsən... O boyda ağır müharibədən çıxmış SSRİ-də yoldaş Stalin qiymətləri salırdı və eyni vaxtda maaşları artırırdı... SSRİ-də inflyasiya Qorbaçovun burjua islahatlarından sonra baş verdi. O vaxta da "SSRİ" demək olmaz. Qorbaçovun vaxtında sovet sosializmi proyekti faktiki olaraq geri çevrildi. Sırf buna görə Qorbaçovu bu günə kimi QƏrbdə sevirlər, bağrına basırlar, ayaq üstə alqışlayırlar. Və sırf buna görə Qərbdə Boris Yeltsini demokrat hesab edirlər.
Uzunçuluq olmasın, bir tarixi hadisə də nəql edim. Böyük Vətən müharibəsində bir sərkərdə kimi hörmət qazanmış Jukov Berlindən bir neçə vaqon "qənimət" gətizdirir. Bundan yoldaş Stalin xəbər tutur. Onu Odessaya komendant təyin edir. Sonra Jukovun "qənimət" korrupsiyasının həqiqi miqyası məlum olur. (İndiki korrupsiya səviyyəsinə görə heç, qəpik-quruş.) Yoldaş Stalin Jukovu Odessa mahalından da çıxardır, Sibirə daha kiçik vəzifəyə göndərir. Bunun kinini Jukov saxlayır və Xruşşov gilin dövlət çevrilişində onların tərəfində hərəkət edir. Təkcə bu hadisə onu sübut edir ki, yoldaş Stalin təbliğ edildiyi kimi qəddar adam olmayıb, tam tərsi - bağışlayan və ürəyiyumşaq olub. Yoxsa Jukovu da, Xruşşovu da, onlar kimi qeyri-səmimi kommunistləri vaxtında güllələtdirərdi. Onun nüfuzu buna yetərdi.

25 сент. 2016 г.

Əliqələmli müsəlman ziyalıları haqqında bir neçə söz (Nəriman Nərimanov)

Redaksiyaya məktub 

Axır zamanlar, Zaqafqaziyanın oxumuş müsəlmanlarından bəziləri rus qəzetlərində öz məqalələrini dərc etdirirlər. Bir tərəfdən bu, əlbəttə, sevincli bir hadisədir, çünki görünür, müsəlmanlar yavaş-yavaş mətbuat işləri ilə maraqlanmağa başlayırlar. O biri tərəfdən isə bu hadisə çox kədərlidir ki, onlar mətbuat işinin əhəmiyyətini pis anlayırlar. Hər şeydən əvvəl, şübhəsizdir ki, mətbuat müəyyən cəmiyyətə ancaq o zaman yaxşı təsir göstərə bilər ki, o, müzakirəyə qoyulan və bütün cəmiyyətə aid olan məsələyə tamamilə qərəzsiz yanaşsın və qəzetlərdə irəli sürülən fikirlər cəmiyyətin kütləsi üçün aydın olsun.
Böyük təəssüflər olsun ki, bu məqalələrdə nə birincisini, nə də ikincisini görmək olur. Bu məqalələr eyni bir xarakterdədir, yəni: mədəniyyət cəhətdən müsəlmanların geriliyi. Məsələn, rus qəzetlərinin nömrələri indi qarşımızdadır. Həmin nömrələrdə bu kimi məsələlərə toxunulur: Zaqafqaziyada ruhanilərin vəziyyəti, müsəlman qadınlarının təhsil alması zərurəti, vətən dili olan rus dilinin öyrənilməsi zərurəti daha təbii olan üsul-cədidin üstünlüyü və i. a.
Görünür ki, bu məqalələrin müəllifləri, mədəni cəhətdən geridə qalmış öz həmməzhəblərinə müəyyən bir xeyir vermək istəyirlər; onlar var qüvvələri ilə avam camaatı cəhalət girdabından xilas edib həqiqət yoluna salmağa çalışırlar. Lakin, əfsus! Bu ağaların zəhməti, xidmət etdikləri və onların gözündə cahil və dərrakəsiz görünən bir cəmiyyətə çətin azacıq bir xeyir verəcəkdir. Doğrudur, yuxarıda adları çəkilən məqalələrin məqsədi oxuyan rus camaatını Zaqafqaziya müsəlmanlarının ictimai həyatı ilə tanış etmək olsaydı, onda, əlbəttə, bundan danışmağa dəyərdi. Lakin iş bundadır ki, həmin məqalələr bu və ya başqa bir məsələnin həllində fəal iştirak etmələri lazım gəldiyi Zaqafqaziya müsəlmanlarına müraciətlə bir vəz xarakterini daşıyır. Lakin bu vəz onlara çox vaxt çatmır. Aydın olmaq üçün həmin məqalələrin məzmununu biz qısaca nəzərdən keçirək.
Müəlliflərdən biri, umumiyyətlə müsəlman ruhanilərindən danışdıqda, İran mollalarının hərəkətindən, ağzı köpüklü danışır və deyir ki, İran mollaları Zaqafqaziya müsəlmanlarının etimadından və fanatizmindən istifadə edərək onları amansızcasına və insafsızcasına istismar edirlər və hətta utanmayıb, guya müsəlman şəraitinin dünyəvi təhsilinə yol vermədiyini təbliğ edirlər... Məqalənin axırında müəllif öz həmməzhəblərindən xahiş edir ki, quldur mollaların sözlərinə qulaq asmasınlar və İran mollalarının yekə ciblərinə doldurduqları pulu, başqa, daha faydalı və xeyirli bir işə sərf etsinlər. Başqa bir müəllif qadın təhsilindən danışarkən analarımızı çox pis qələmlə təsvir edib deyir ki, analarımız öz uşaqlarına pis tərbiyə verirlər və tərbiyə verməyi bacarmırlar. Buna görə də məqalənin möhtərəm müəllifi gələcəkdə ana olacaq qızlarımız üçün təhsil almağı lazım sanır və ümid edir ki, onun səsinə səs verən olacaqdır. Üçüncü müəllif vətən dili olan rus dilini öyrənmənin faydasından danışaraq öz həmməzhəblərini, uşaqlarını rus dili məktəblərinə qoymağa çağırır və i. a.
Bu kimi məqalələri oxuduqda ixtiyarsız olaraq özünə belə bir sual verirsən: məqalələr kimin üçün və nə məqsədlə yazılır? Əgər iyirmi-otuz nəfər oxumuş müsəlmanlardan ötrü yazılırsa, biz bu yazan cənabları inandıra bilərik ki, oxumuş müsəlmanlar, müzakirə edilən bu məsələləri həmin məqalə sahibləri qədər yaxşı anlayırlar. Əgər möhtərəm müəlliflər haman sinfi nəzərdə tuturlar ki, bu məzmunda olan məqalələrin onlar üçün doğrudan da əhəmiyyəti vardır, onda biz cəsarət edib bu zəhmətin tamamilə faydasız olduğunu təsdiq edə bilərik: ona görə ki, həmin məqalələri, buna ehtiyacı olan adamlar oxumurlar, buna ehtiyacı olmayanlar oxuyurlar.
Bu məsələləri oxumuş müsəlmanlar qaldırmasa da, bəs kim qaldırar? - deyə oxucu soruşar. Bu halda bu kimi məqalələri oxumağa cəmiyyəti axı hazırlamaq lazımdır. Bunu isə birdən-birə əldə etmək üçün heç bir imkan olmadığına görə, bizim fikrimizcə, yaxşı olardı və hökumətimizin də xeyrinə olardı ki, bütün Zaqafqaziya üçün türk dilində heç olmasa bircə qəzet nəşr oluna idi və Rusiya müsəlmanlarına aid olan cari məsələlər həmin qəzetdə müzakirə oluna idi. O zaman cəmiyyətin də öz ana dilində qəzet oxuyub ondan tələb olunan şeyləri və nə də geri qaldığını bilməyə imkanı olardı. Lakin nə qədər ki, belə bir qəzet yoxdur, oxumuş müsəlmanlar, qızıl vaxtlarını müsəlmanların anlamadığı dildə faydasız məqalələr yazmağa sərf etmək əvəzinə, bu və ya digər məsələlər haqqında sadə Azərbaycan dilində kitabçalar nəşr etsələr, rus dilini öyrənməyin faydası haqqında yazsalar, daha ağıllı işlər görmüş olardılar.

“Kaspi” qəzeti

1 fevral,  1896-cı il


Bu şəkil Nyunberq məhkəmə prosesində faşist işğalçılarının vəhşiliyni sübut edən dəlillər arasında olub.

Vitya Çereviçkin. Cəmi 12 yaşı vardı. Müharibə başlayan kimi atası və qardaşı cəbhəyə yollandılar. O isə anası və bacısı ilə Rostovda qalmışdı. 1941-ci ilin noyabrında faşistlər Rostovu işğal edirlər. Şəhər uşaqları göyərçinləri sevirdilər, göyərçin saxlayırdılar. Hətta bir-birilə göyərçin vasitəsilə məktublaşırdılar. İşğalçılar şübhələnirdilər ki, göyərçinlər vasitəsilə QIzıl orduya məlumatlar ötürürlər. Ona görə də bütün göyərçinlərin öldürülməsini əmr etdilər. Vitya göyərçinlərin öldürmək istəmir. Bir həftə gizlin saxlayır, amma sonra onları havaya, gəzməyə buraxanda faşistlər görür. Onu tutub aparırlar, döyürlər, heç bir məlumat ala bilmirlər, sonra parkda güllələyirlər. Son anda da göyərçinini əlindən buraxmır.

Şəkili sovet hərbi fotoqrafı çəkib. Vitya güllələnəndən cəmi bir gün sonra Qızıl ordu şəhəri geri alır.
Trigger düşüncəli insanlar üçün ABŞ-da elə yerləri göstərə bilərəm ki, Pxenyanla müqayisədə daha dəhşətli görünür.
Bu o demək deyil ki, Şimali Koreyada hər şey gözəldir, ABŞ-da isə hər şey dəhşətlidir. ABŞ, Böyük Britaniya özünə görə maraqlı ölkələrdir və bugün bu ölkələrdə yaşamaq rahatdır. Şimali Koreyada yaşamaqdan daha rahatdır.
Söhbət bundan getmir. Söhbət ondan gedir ki, SSRİ-dəki, Kubadakı, Şimali Koreyadakı sosializm quruluşu bu ölkələrdə bərqərar olan, onlar tərəfindən yaradılmamış, mövcud hərbi şərait daxilində insanlar üçün maksimum layiqli həyat şəraitini təmin etmək bacarığını göstərdi.
Dərk etmək lazımdır ki, SSRİ, misal üçün, XX əsrdə dünya müharibələrində iki dəfə öz milli sərvətlərinin 30%-ni itirmişdi və həmin vaxta bütün dünyanı talamış müstəmləkəçi Avropa imperiyalarını 100-150 il geriləmək vəziyyətində start götürməli olmuşdur. Əgər XİX əsrin birinci yarısında İngiltərə 17% kəndlilərdən ibarət oduğu halda  1928-ci ildə SSRİ  84% kəndlilərdən ibarət idisə, bu startın nə qədər zəif olduğunu düşünün. Və bax belə bir vəziyyətdən starta başlamaqla SSRİ birincidərəcəli sənaye, birincidərəcəli elm, birincidrəcəli təhsil sistemini qurdu. Özü də bütün bunları SSRİ cəmi 16 il ərzində qurduğu halda, artıq 25 ildir ki “capitalism iqtisadiyyatı” son Sovet illərinin göstəricilərinə heç bir şeydə yaxınlaşa belə bilməyib.
80-ci illərdə bütün sovet insanlarının həyat şəraiti – bunu əlimdə olan rəqəmlərlə sübut edə bilərəm, -  bugünkü amerika ailələrinin 80%-nin həyat şəraitinə bərabər idi və bir çox parametrlərinə görə onları üstələyirdi. Bir parametri , müharibə illərində SSRİ-nin 25 milyon insan üçün itirdiyi  mənzil təminatını çıxmaq şərtilə. Üstəgəl yadda saxlamaq lazımdır ki, müharibəyə bir neçə il qalmış şəhərlərə  mənzil tələb edən on milyonlarla insan köçmüşdü... SSRİ çatdıra bilmədi.. Müdafiə olunmaq lazım idi, resursları rahatlıq üçün xərcləmək yox.
Kuba. Afrika qitəsində əsas güc rolunu oynayan və Latın Amerikasında öz çəkisi olan Kuba ordusu bir yana... Amma.. Kuba – olan çox az əhalisi olan bir ada hərbi-iqtisadi blokadada ola-ola elə uzunömürlülük təmin etmişdi ki, buna daha çox inkişaf etmiş ölkələr paxıllıq edə bilərlər və elə yüksək səhiyyə təmin etmişdir ki, orada müalicə almaq üçün Kanadadan və ABŞ-dan can atırlar.
Və elə həmin Şimali Koreya. Orada o qədər də vəziyyət yaxşı deyil, baxmayaraq ki, nailiyyətlər göz qabağındadır və blokadanı nəzərə almaqla möcüzə kimi bir şeydir. Hər kəs tərəfindən bu cür hərbi, siyasi və iqtisadi təzyiq altında olan heç bir kapitalizm ölkəsi prinsip etibarilə sağ qala bilməzdi. Şimali Koreya isə sağ qaldı, məcburən güclü ordu yaratdı və buna görə də insanlar orada varlı yaşamırlar.
Əslində, sosializm ölkələrinin sosializm qurmaq üçün ZAMANI olmadı, çünki onlar ilk sosializm ölkəsinin – SSRİ-nin yarandığı andan  mühasirə vəziyyətinə düşdülər.
Onların bu aqressiyaya qarşı məcburi cavabı hər şeyin, iqtisadiyyatın, ordunun və xalqın səfərbərliyi oldu. Bütün dünyanı dibinə qədər talayan və buna görə də daha çox resurslara yiyələnən ölkələrin elitaları sadəcə onların rahat inkişaf etmələrinə imkan vermədilər.
Amma vaxt gələcək və ağıllı insanlar  həm SSRİ, həm Kuba, həm Şimali Koreya təcrübəsini qiymətləndirəcəklər və Mavi oğurluq dünyasını birdəfəlik basıracaqlar.
Və ümumiyyətlə, sadəcə yalan danışmaq lazım deyil. Nə qolodomor haqqında, nə Şimali Koreya dəhşətləri haqqında, nə Stalin haqqında, nə ideal ABŞ haqqında.
Sadəcə yalan danışmaq lazım deyil.
O zaman hər şey öz yerində olacaq.

(c) S.Lopatnikov

Tərcümə Azərbaycan ekososialistlərinə məxsusdur