Trigger düşüncəli insanlar üçün
ABŞ-da elə yerləri göstərə bilərəm ki, Pxenyanla müqayisədə daha dəhşətli
görünür.
Bu o demək deyil ki, Şimali Koreyada
hər şey gözəldir, ABŞ-da isə hər şey dəhşətlidir. ABŞ, Böyük Britaniya özünə
görə maraqlı ölkələrdir və bugün bu ölkələrdə yaşamaq rahatdır. Şimali Koreyada
yaşamaqdan daha rahatdır.
Söhbət bundan getmir. Söhbət ondan
gedir ki, SSRİ-dəki, Kubadakı, Şimali Koreyadakı sosializm quruluşu bu ölkələrdə
bərqərar olan, onlar tərəfindən yaradılmamış, mövcud hərbi şərait daxilində insanlar
üçün maksimum layiqli həyat şəraitini təmin etmək bacarığını göstərdi.
Dərk etmək lazımdır ki, SSRİ, misal
üçün, XX əsrdə dünya müharibələrində iki dəfə öz milli sərvətlərinin 30%-ni
itirmişdi və həmin vaxta bütün dünyanı talamış müstəmləkəçi Avropa imperiyalarını
100-150 il geriləmək vəziyyətində start götürməli olmuşdur. Əgər XİX əsrin
birinci yarısında İngiltərə 17% kəndlilərdən ibarət oduğu halda 1928-ci ildə SSRİ 84% kəndlilərdən ibarət idisə, bu startın nə qədər
zəif olduğunu düşünün. Və bax belə bir vəziyyətdən starta başlamaqla SSRİ
birincidərəcəli sənaye, birincidərəcəli elm, birincidrəcəli təhsil sistemini
qurdu. Özü də bütün bunları SSRİ cəmi 16 il ərzində qurduğu halda, artıq 25
ildir ki “capitalism iqtisadiyyatı” son Sovet illərinin göstəricilərinə heç bir
şeydə yaxınlaşa belə bilməyib.
80-ci illərdə bütün sovet insanlarının həyat şəraiti – bunu əlimdə olan rəqəmlərlə sübut
edə bilərəm, - bugünkü amerika ailələrinin
80%-nin həyat şəraitinə bərabər idi və bir çox parametrlərinə görə onları üstələyirdi.
Bir parametri , müharibə illərində SSRİ-nin 25 milyon insan üçün itirdiyi mənzil təminatını çıxmaq şərtilə. Üstəgəl
yadda saxlamaq lazımdır ki, müharibəyə bir neçə il qalmış şəhərlərə mənzil tələb edən on milyonlarla insan
köçmüşdü... SSRİ çatdıra bilmədi.. Müdafiə olunmaq lazım idi, resursları rahatlıq
üçün xərcləmək yox.
Kuba. Afrika qitəsində əsas güc
rolunu oynayan və Latın Amerikasında öz çəkisi olan Kuba ordusu bir yana...
Amma.. Kuba – olan çox az əhalisi olan bir ada hərbi-iqtisadi blokadada ola-ola
elə uzunömürlülük təmin etmişdi ki, buna daha çox inkişaf etmiş ölkələr
paxıllıq edə bilərlər və elə yüksək səhiyyə təmin etmişdir ki, orada müalicə
almaq üçün Kanadadan və ABŞ-dan can atırlar.
Və elə həmin Şimali Koreya. Orada o qədər
də vəziyyət yaxşı deyil, baxmayaraq ki, nailiyyətlər göz qabağındadır və
blokadanı nəzərə almaqla möcüzə kimi bir şeydir. Hər kəs tərəfindən bu cür hərbi,
siyasi və iqtisadi təzyiq altında olan heç bir kapitalizm ölkəsi prinsip
etibarilə sağ qala bilməzdi. Şimali Koreya isə sağ qaldı, məcburən güclü ordu
yaratdı və buna görə də insanlar orada varlı yaşamırlar.
Əslində, sosializm ölkələrinin
sosializm qurmaq üçün ZAMANI olmadı, çünki onlar ilk sosializm ölkəsinin –
SSRİ-nin yarandığı andan mühasirə vəziyyətinə
düşdülər.
Onların bu aqressiyaya qarşı məcburi
cavabı hər şeyin, iqtisadiyyatın, ordunun və xalqın səfərbərliyi oldu. Bütün dünyanı
dibinə qədər talayan və buna görə də daha çox resurslara yiyələnən ölkələrin
elitaları sadəcə onların rahat inkişaf etmələrinə imkan vermədilər.
Amma vaxt gələcək və ağıllı insanlar həm SSRİ, həm Kuba, həm Şimali Koreya təcrübəsini
qiymətləndirəcəklər və Mavi oğurluq dünyasını birdəfəlik basıracaqlar.
Və ümumiyyətlə, sadəcə yalan danışmaq
lazım deyil. Nə qolodomor haqqında, nə Şimali Koreya dəhşətləri haqqında, nə
Stalin haqqında, nə ideal ABŞ haqqında.
Sadəcə yalan danışmaq lazım deyil.
O zaman hər şey öz yerində olacaq.
(c) S.Lopatnikov
Tərcümə Azərbaycan ekososialistlərinə
məxsusdur
Комментариев нет:
Отправить комментарий