21 июл. 2017 г.

Baycan ləğəbli Seymur Mənasız və onun liberal paranoyyası haqda.


Adam gərək sınmasın. Həyatda adamın sınması qədər “dəhşətli” çox az şey ola bilər.
Kapitalizmdə, xüsusilə periferik, müsəlman kapitalizmində yaşamaq çox çətindir. İnsanlar tab gətirmirlər, sınırlar, qəhbələşirlər. Mənəvi gücləri çatmır – nə mübarizə aparmağa, nə də kapitalizmin yüklədiyi çətinlikləri daşımağa.
Əlbətdə söhbət dərrakəli insanlardan gedir. Dərrakəsiz sınmağın nə olduğunu da dərk etmir.
Qadınlar var ki, tənhadır, kimsəsizdir, qayğısını çəkən yoxdur, amma yaşamalı, dolanmalı, uşağına baxmalıdılar... Sosializm deyil ki, tənha anaların təminatı üçün xüsusi qanunlar qəbul edilsin, yaşayış yeri, sosial imtiyazlar verilsin... Kapitalizmdir. İş axtarır. Biri ona Türkiyədə və yaxud Dubayda iş təklif edir - baxıcı, nə bilim satıcı.... Qadın ürəyində hiss edir ki, bu təklifdə nə isə müəmma var... Amma öz vəziyyətini nəzərə alaraq riskə gedir, razılaşır. Onu aparırlar, misal üçün, Türkiyəyə. Orda bir bəhanə ilə pasportunu alırlar. Misal üçün, qeydiyyatdan keçirmək üçün. Sonra ona bir nəfərlə müəyyən məbləğ qarşılığında seklə məşğul olmağı təklif edirlər. Qadın rədd edir, ağlayır. Ona xatırladırlar ki, pasportu onların əlindədir, gedəcəyi, şikayət edəcəyi yeri yoxdur, yaxşısı budur ki, razılaşsın: bircə dəfə, özü də pulla seks olacaq, heç nə olmaz... Bəzən qadınlara narkotik də verirlər. Vəziyyətə baxır. Yarı hədəylə, yarı dilə gətirməklə - axırda qadını bədənini satmağa məcbur edirlər. Bununla da qadın sınır. Sınandan sonra o, yol ayırıcı qarşısında qalır: intihar etmək, qaçmaq, ya da boyun əymək... İntihar etmək ürək istər. Normalda heç bir adam, ilk növbədə cənnətə inananlar, ölmək istəməz. Üstəlik Bakıda onu gözləyən, hansısa tanışa əmanət etdiyi uşağı varsa... Qaçmaq... Hara qaçacaq? Ona kömək əlini uzadan biri var idisə bu vəziyyətə düşməzdi. Qalır boyun əymək. Bədənini bir dəfə satdın ya bir dəfədən çox – nə fərqi var?! Və qadın başlayır fahişəlik eləməyə. Bədənini satır. Hər pul verənə... Bax kapitalizm insanı belə sındırır, insanın taleyini şikəst eliyir... Əməyini, bəzən üstəlik özünü satmağa məcbur edir..
Azərbaycanlı “ziyalı”, “intellectual”, “yazar”, “jurnalist”, “qələm sahibi”, “fikir sahibi” kimi fəaliyyət göstərənlərinin, intellektual məkanın subyektlərinin yarısı şəxsən mənə sınmış qadını xatırladırlar. İntellektual fahişələr. Hər pul verənə qələmini satan intellektual fahişələr.
Arada kommunist yoldaşlar onun bir yazısını paylaşırdılar. Sitatları gördüm, belə başa düşdüm ki, sovet vaxtını yazısında tərifləyirdi. Ürəyimdə dedim: kimin yazısını paylaşdığınızın fərqində deyilsiz. Ürəyimdə dedim, çünki indi kiməsə söz demək olmur. Səmimi, xoş niyyətlə söz deyirsən – istədiyin kimi anlamırlar. Ona görə məcbur olursan susmağa, deyirsən: əşşiii, qoy kim necə istəyir, nə bilir - onu da eləsin.
Bİr neçə yoldaş mənə cənab Baycanın Stalin haqda yazısına cavab verməyimi xahiş edib. Yoxsa mən heç onun bu yazısı haqda xəbərim də olmazdı.
Yazısı ilə bu linkdən - http://az.qaynarinfo.az/…/117813-menali-ve-menasiz-sohbetle… - tanış ola bilərsiz.
Əslində linki açmağa da gərək yoxdur, onsuz da burda o yazıdan sitatlar gətirəcəm və Baycanın ləyaqət anlayışını, dərrakə səviyyəsini, mənasızlığını izah edəcəm. Sözsüz ki, bütün bunlar mənim şəxsi fikrim olacaq, mən heç kimi mənim kimi düşünməyə məcbur etmirəm.
Əvvəlcə ardıcıllığı pozaraq sitatı yazısının ortasından gətirəcəm. Səbəbini anlayacaqsız.
Sitat nömrə 1:
"Deməli, bir proyektdə iştirak edirdim. Biz, müxtəlif ölkələrdən olan jurnalistlər repressiya olunmuş xalqların nümayəndələrini tapıb onlarla danışmalı, onlardan müsahibə almalı idik.
Hərəmizi bir tərəfə göndərdilər. Mən də bir dəstə jurnalistlə gəldim Batuma. Burda güc-bəlayla, repressiya olunmuş xalqların hadisələri öz gözləri ilə görmüş nümayəndələrini tapdıq. Onları danışdırdıq."
Söhbəti tutdunuz? Söhbəti tutmaq çox vacibdir. Bəzən səhifədə şərhlər yazırlar, görürəm k, heç söhbəti tutmayıblar... Bilmirsən beləsinə nə deyəsən. Tumadığın söhbətə necə münasibət bildirmək olar?! Söhbəti tutan dərrakəli insanlar gözümün işığıdır. Söhbəti tutdunsa, sonra hər şey rahatca aydınlaşacaq.
Səhifəni çoxdan izləyənlər unutmazlar, bir neçə dəfə yazmışdım ki, SSRİ-ni, sovet sosializmini, xüsusilə Stalini ləkələmək, gözdən və etibardan salmaq üçün milyardlarla pul xərclənib. Bu məbləğin müəyyən hissəsə kitabların və məqalələrin dərc edilməsinə xərlclənib. Gördüyünüz kimi, hələ də Stalini böhtanlamaq üçün "proyektlər" tərtib edilir. Səbəbi çox sadədir: onların təxminləri çürüdü, total böhtan kampaniyaları istədikləri nəticəni vermədi, Stalin döndü, Stalin yenə aktualdı, Stalin yenə sevilir... Onlar isə ölüb gedəcəklər, onları xatırlayan da olmayacaq. Amma Stalin daim yaşayacaq. Özü də müsbət fiqur kimi yaşayacaq.
Bilməyənlər üçün haşiyə. Qrant "proyektlərində" çox vaxt mətbuatda müvafiq mövzuda material dərc edilməsi tələb olunur. Yanı mətbuatda müəyyən mövzuda yazılar dərc edilməlidir. Elə olur ki, qrantı yeyən özü qəzet rəhbərlərinə pul verir ki, onun materiallarını dərc etsinlər. Amma elə də olur ki, qrantdan pay alan adam biclik edir, onsuz da dərc edəcəyi yazını elə formada yazıb dərc etdirir ki, həm də yazıdan qonorar alsın.
İddia etmirəm ki, Baycan qrant alıb bu yazı üçün, özü iştirak etdiyi qrant “proyektinin” mövzusunu açıqlayır. Ona o “proyektdən” havayı “bir qismət çörək” yemək qalacaq. Amma yəqin ki, Azərbaycan burjua mətbuatında dərc etdirdiyi bu yazı üçü qonorar alacaq.
Əlimdə sübutum yoxdur, amma şübhələnirəm ki, bu yazı həmin “proyekt” çərçivəsində əmələ gəlib.
Dünənə kimi SSRİ-ni, sovet sosializminin ədəbiyyatını, incəsənətini, təhsilini, hər şeyini tərifləyən adam niyə birdən-birə bütün təriflədiyi şeylərin əsasını qoymuş, təriflədiyi hər şeydə böyük əməyi, rolu olmuş, bir çox məsələlərdə şəxsi təşəbbüsü olmuş Stalinə cumsun?!
Hər halda bu yazısına görə Baycan doyunca konserv, balıq qızartması yeyər. Ciddi deyirəm, mübaliğə etmirəm. İlk fb profilimin dost siyahısında Baycan da vardı. Tez-tez doyunca yemək istədiyini, ürəyinin balıq qızartması və s. arzuladığını yazardı… Mədəniyyət nazirindən konserv istəyərdi…. Adam çoxdan oturmuşdu Qərb qrantlarının süfrəsində, amma milli burjuaya da açıq qapı saxlayırdı. Çağırsaydılar – qaça-qaça gedəcəkdi. Qarnını doyurmaq üçün.
O vaxt məndə özü haqda elə təəssurat yaratdı ki, sanki onun üçün həyatda müqəddəs heç nə yoxdur, bir qarın dolusu yeməyə hər şeyi satar.
Onun liberal gədəliyi həmişə üzdə olub. Kim görməyibsə, anlamayıbsa – öz işidir. Bu yazısı da liberalların Qorbaçovun vaxtından başlayaraq, 1990-larda tamam həyasız və total şəkildə tirajlanan yalanlar və böhtanlar toplusudur. İstənilən parabaşı yuxudan oyat – yarıyuxulu vəziyyətdə sənə bütün bu yalanları-böhtanları əzbərdən danışacaq. Baycanın bu yazısında yeni heç nə yoxdur. HEÇ NƏ! 1985-dən başlayaraq hər bit düşmüş əks-inqilabçının uladığı yalanlar və böhtanlar. Bunları yazmaq üçün intellektual və yazar olmağa ehtiyyac yoxdur. 1985-dən başlayaraq istənilən mətbuatı bir neçə gün izləyən hər kəs bütün bunları əzbər bilər.
Baycan fikir oğrusudur. Oxuduğu kitablardan fikirləri götürüb öz şəxsi fikiri kimi qələmə verir. Kitab oxumayan adamlar fırıldağı görmür. Fikir oğrularının bir xüsusiyyəti də - yalanlara və böhtanlara əsaslanan fikirləri də oğurlayıb təkrarlamaqdır. Sadəcə Baycan bu yazıdakı antistalinçi klişeləri yeni bir şey kimi təqdim edə bilən fırıldaqçıdır. Moşennik. İntellektual moşennik. Ziyalı moşennik.
Stalin hər keçən gün daha da aktuallaşır. Bu isə milli və Qərb kapitalist dairələrini qorxutmaya bilməz. Ona görə də belə “proyektlər” bitmir.
Tarix xalqların, qəbilələrin köçürüləmsilə doludur. Bircə Stalin hansısa xalqı köçürdüyündə bu olur “sürgün”, “repressiya” və cinayət. Kimsə ABŞ-da yaponların sürgün edilməsi, köçürülməsi, cəzalandırılmsaı mövzusunda “proyekt” haqda eşidib?! Özü də eyni illərdə, İkinci dünya müharibəsi illərində həyata keçirilib.
Gürcüstanda belə “proyektlərə” pul xərcləməyin Qərb üçün xüsusi önəmi var. Mən bunu bir parabaşın səhifədə yazdığı şərhdən anlamışdım: “Stalini heç gürcü xalqı sevmir, Stalin yaxşı oğlan olsaydı birinci öz xalqı onu sevərdi….”
Həəəə, deyirəm axı, azərbaycan xalqı yaxşı oğlanlarını, yaxşı kişilərini, yaxşı adamlarını sevməkdən, onlara qiymət verməkdən yorulub. Ona görə bizim rayonda Nərimanovun büstünü mərkəzi küçədən götürüb, aparıb bir məktəbin tualetinin qabağına atdılar.
Baycan bir ədəbiyyatçı kimi girişir Stalinə. Ədəbiyyatçılar uydurançı olurlar. Bir fikiri uzatmaq üçün özlərindən səhnələr düzəldirlər. Ona görə ədəbiyyatçıların hər danışdığı səhnələrə inanmağa dəyməz. Hər nə isə… Yazısını bir rəssamla etdiyi söhbətdən başlayır…
Rəssam deyib:
(Sitat nömrə 2): - Stalin çox böyük şəxsiyyət idi.
Bəlkə səhv deyib, balaca şəxsiyyət olub?!
Baycan isə ona qayıdıb ki, (sitat nömrə 3):
“Niyə? Yüzminlərlə insanı sürgünə, lagerlərə göndərdiyi üçün?”
Bax bu “yüz minlərlə insanı sürgünə, lagerlərə göndərdi” söhbətini hər parabaş eliyir. Tarixlə, həqiqətlə, tarixi həqiqətlə əlaqəsi olmayan söhbətdir. Təxminən erməni millətçilərinin, faşistlərinin “biz rahat oturmuşduq, heç kimlə işimiz yox idi, birdən vəhşi türklər bizə hücum elədi, 15 milyon qadınımızı, uşağımızı tikə-tikə doğrayıb yedi” söhbəti kimi...
Burjua mətbuatı istəsə, bir aya dünyanın çoxu inanacaq ki, planet kvadratdır və uçan eşşəklərin kürəyində günəşin ətrafında dolandırılır. Dünyanın çoxu onsuz da elə şeylərə inanır ki…
Özünü ziyalı, intellektual hesab edən hər kəs “Stalin yüz minlərlə insanı sürgünə, lagerlərə göndərdi” söhbətini bu 30 ildə çoxdan araşdırıb, çözüb və ən savadsız kəsimin danışdığı yalan-böhtanı təkrarlamağa utanır. Yerdə qalır burjua ziyalıları və intellektualları… Onlar da həmişə qərəzli və söz fırladan olublar, ona görə də onlar psevdoziyalı və psevdointellektualdılar. Sadəcə Baycan tam ac vaxtlarında – həm Qərb qrant süfrəsinin qırım-qırtığından məhrum olanda, həm milli burjua sinifinin nümayəndələrinin diqqətindən kənar qalanda – başlayıb sovet vaxtını tərfiləməyə, ona görə bəzi solçularda elə təəssurat yaradıb ki, guya o burjua yazarı deyil…
Yadınızda saxlayın: daxilində liberallıqdan cüzi nə isə bir şey olan hər kəs burjua xidmətçisidir. Müəyyən şərtlərdə və şəraitdə bu mütləq üzə çıxacaq. (Hələ də Türkiyədə cavanlıqda liberal solçu olmuş şəxslərin bir az yaşlanandan sonra sağçıya çevrilməsinə təəccüb edənlər var.)
Adamın həyat kredosu doyunca yeməkdirsə…. Ondan heç vaxt prinsipial mövqe gözləməyin. Qarın qulu adamlar ümumiyyətlə ruhən və mənən çox zəif olurlar.
İndi mən onun gürcü rəssamla (yəqin ki, gürcü rəssamla) dialoqunun qalanını sitat gətirəcəm və siz görəcəksiz ki, Baycanın dediyinin əksinə o rəssamı deyil, rəssam çalışır ki, onu yola versin, rəssamın həvəsi yoxdur qarşısına dikilib incəsənət bilicisi pozasını alan parabaşla mübahisə etməyə:
(sitat nömrə 4):
“ - Stalin olmasaydı biz müharibədə qalib gələ bilməzdik?
- Hansı müharibədə?
- Almanlarla müharibədə.
- Hansı qurbanlar bahasına qalib gəldik. Müharibədə verilən qurbanlardan xebəriniz var? “Jukov kimi qalib gəlməkdənsə Napolen kimi məğlub olmaq yaxşıdı” sözü havayı yerə yaranmayıb… ”
Çox guman ki, rəssamın dediyi “Stalin olmasaydı biz müharibədə qalib gələ bilməzdik?” cümlə sual işarəsi ilə deyil, nöqtəylə tamamlanır.
Baycanın burda səsləndirdiyi fikirlər də hər parabaş liberal çağa-çuğanın əzbərlədiyi klişelərdir. Guya hansı müharibədən söz getdiyini anlamır…
Mən ona görə bu parabaş sürüsündən uzaq durmağa çalışıram. Çünki söylədikləri hər cümlənin nə qədər yalan, səhv olduğunu izah eləmək üçün saatlarla vaxt lazımdır. Saatlarla əziyyət çəkib bir şeyi anladıb qurtarmamış 100 dənə başqa mövzu atırlar ortaya.
Qısa bir dialoqdur, amma burda o qədər nüanslar var ki! Baycanın liberal trolluğuna diqqət etdiniz?
Özünü elə apardı ki, sanki Stalinin rəhbərliyi altında qazanılan qələbə o qədər mənasız bir şeydir ki, hansı müharibədən bəhs edildiyini belə bilmir… Guya. Rəssam onun “yadına salır” və Baycan keçir növbəti şüvənliyə: “Hansı qurbanlar bahasına qalib gəldik. Müharibədə verilən qurbanlardan xebəriniz var? “
Rəssamdan elə soruşur ki, guya özünün xəbəri var. Bəs sənin, cənab Baycan, xəbərin var?! Əsl sənin xəbərin yoxdur. Avropanın birləşmiş faşist işğalçılarından vətəni təmizləmək, sonra o faşistlərdən Avropanı təmizləmək üçün Qızıl Ordu elə nasist Almaniyası ordusu qədər itki verib. Nəzərə alanda ki, müharibənin son aylarında nasist qərargah hesabat aparmırdı, SSRİ daha az hərbçi itirib.
Sənin vətəninə faşist ordusu soxulubsa və sənin xalqının tamamını fiziki məhv, köləlik gözləyirsə, işğalçını qovmaq üçün heç bir qurban əbəs yerə deyil. Bunu mən deyirəm – təkcə ən yaxın qohum halqasından 3 əcdadını həmin müharibədə itirmiş biri. Bəs Baycan və onun kimi guya verilmiş qurbanların dərdini çəkən saxtakarlar neçə əcdadını itiriblər həmin müharibədə?!
Diqqət etmişəm, Böyük Vətən müharibəsində verdiyimiz qurbanların guya dərdini çəkənlər əsasən müasir faşistlərdir, bir də o müharibədə ailəsindən, hətta nəslindən bir qurban verməyən adamlar… Ki, onlar o müharibədəki zəfərə görə sevinməyə özlərində mənəvi haqq görmürlər. Ona görə o zəfərə ləkə salmağa çalışırlar.
Heç kim böyük müharibədə, özü də nasist Almaniyası kimi güclü orduya, qabaqcıl texnologiyaya sahib ölkəyə qarşı aparılan müharibədə çalınmış qələbədə rəhbərin rolunu inkar edə bilməz. Əbləhlər edər.
Stalin ali baş komandan olub. Kim ki, onun həmin qələbədə rolunu inkar edir – xəstədir. Qərəzi az olan, bir az da dərrakəsi olan hər kəs bilir ki, o müharibədəki qələbənin başında Stalin (və Kommunist partiyası+Komsomol təşkilatı) dayanır.
Bunu əslində Baycan da bilir. Ona görə şüvənliyə əl atır: “Jukov kimi qalib gəlməkdənsə Napolen kimi məğlub olmaq yaxşıdı” sözü havayı yerə yaranmayıb…”
Məntiqini yeyəsən! “Baycan kimi sınmaqdansa göydələndən düşüb sınmaq daha yaxşıdı” ifadəsi daha məntiqlidir.
Söhbəti tutdunuz?
Söhbətə istiqamət verir. Qələbənin rəhbəri guya Stalin deyilmiş, Jukov imiş. Düzdür, Napoleon dövlət çevrilişi edib özünü imperator elan edəndə artıq diviziya general olub… Yenə də Napoleon rəhbər statusuna görə ancaq Stalinlə müqayisə oluna bilər. O da formal olaraq. Axı Napoleon imperialist müharibə aparırdı! Napoleon bir imperialist idi və onun məğlubiyyətini belə ədalətli müharibədə çalınmış qələbə ilə müqayisə etmək düzgün deyil. Sonra da ki, Napoleon Rusiyada nə az, nə çox – 600 minlik ordusunu itirir. Bütün ordusunu! O vaxtın Avropasının əhali sayını nəzərə alanda bu, böyük, çox böyük ordudur. İkinci dünya müharibəsinin 20 milyonluq ordusuna bərabər tutula bilər.
Baycan “hansı qurbanların hesabına” soruşur. Mən də ondan soruşuram: “xəbərin var ki”, Napoleon hansı qurbanların hesabına məğlub olub?! Jukov heç olmasa qalib gəlib. Özü də adekvat qurbanın hesabına, liberalların və sağçıların (musavatçıların) uydurduğu “qurban sayı” hesabına deyil.
(ABŞ ordusu heç bir lüzum olmadan, daha doğrusu vacib səbəb olmadan, ABŞ-dan minlərlə km uzaqda olan, ABŞ üçün heç bir təhlükə kəsb etməyən Suriyanı bombalayan kimi Trampın reytinqi “rezki” qalxdı. Tramp cəmi bir neçə həftə idi ki, prezident idi. Yanı ABŞ burjua mətbuatı seçicilərin beynini elə yuyub ki, Suriyanın ABŞ üçün bir təhlükə mənbəyi olduğuna, Suriyanın bombalanmasını nə isə çox yaxşı bir iş olduğuna inanırlar və həmin kiçik "hərbi zəfərin" memarı kimi Trampı görürlər.)
Sonra Baycan bunu yazır (sitat nömər 5):
“Bu sözdən sonra küçə rəssamı əsəbləşdi və nəticədə Stalinin dahiliyi, şəxsiyyətinin böyüklüyü, uzaqgörənliyi haqqında səhvlərlə, miflərlə, şişirtmələrlə dolu uzun, isterik bir çıxış dinləməli oldum.”
Baycan kimi şüvən troll əsəb sistemi dəmirdən olan adamı belə özündən çıxardar. Bu liberal və hissiyyatsız gədə-güdə üçün etdikləri söhbətin mənası yoxdur. Onun bir dostu da o vaxt mənimlə fb-da mübahisə edəndə yalandan deyirdi ki, “Berlinin şturmunda sovet ordusu 600 min itki verib”… Ona izah eliyəndə ki, hələ liberalların uydurduğu rəqəmlə 100 min olub itki, qayıdıb dedi ki, “nə fərqi var!”…. Yanı bunlar üçün 100 min itkiylə 600 min itkinin fərqi yoxdur… Bunlar üçün ümumiyyətlə heç nəyin fərqi yoxdur. Məsuliyyətsiz şüvən adamlardı. Ona görə onların özləri şəxsi maraqlarına toxunmayan istənilən yalan-böhtanı soyuqqanlıqla qarşılaya bilərlər. Onlar təsəvvür edə bilmirlər ki, yalanı və böhtanı sakit qarşılamayan adamlar var… Baycan ağzına gələni danışıb və hələ rəssamı ittiham edir ki, o əsəbləşib, isterik çıxış edib… Bəlkə heç “isterik” də etməyib, ədəbiyyatçı rəssamı gözdən salmaq üçün özündən bəzək verir, onu psixi xəstə kimi göstərib bütün stalinçilərin belə olduğunu demək istəyir.
Başqalarını deyə bilmərəm, amma mən təsəvvür edə bilmirəm ki, şüvənlik edən gədələrin yalanına-böhtanına necə əsəbləşməmək olar? Bundan ötrü gərək gönü qalın eşşək olmalısan.
Adam özü başdan ayağa cahil və səhvdir, utanmır, rəssam haqda yazır: “Stalinin dahiliyi, şəxsiyyətinin böyüklüyü, uzaqgörənliyi haqqında səhvlərlə, miflərlə, şişirtmələrlə dolu uzun, isterik bir çıxış dinləməli oldum”…
Özü liberal mifləri ilə, səhvlərilə fikirlər yürüdür, əks fikirin sahibini ittiham edir…
Eşidib ki, yazıçı, ziyalı adam rəsmlərlə maraqlanar, klassik musiqi dinləyər... İndi gedib rəsm qalereyasına, özünü rəsm həvəskarı kimi görsədib, bir də başlayıb özünü tarix bilicisi kimi görsətməyə... Heç nə də bilmir. Əsl “moşennik” ziyalı. Tipik kətçi-görməmiş “vıskoçka”.
Tarixin “t” hərfindən qanmayan adam gürcü rəssamına “səhvsən” deyir.
Jukov – müharibədə ad çıxarmış sovet generallarından sadəcə biridir. Lakin müharibənin təkcə hərbi, savaş aspekti olmur. Cənab Baycan kəmsavad olduğuna görə zənn edir ki, 20-ci əsrdəki böyük müharibələrin taleyini ancaq hərbi rəhbərliyin istedadı müəyyən edib. Elə deyil. Böyük Vətən müharibəsində ilk növbədə tərəflərin iqtisadiyyatı, iqtisadi sistemləri, iqtisadi potensialı savaşırdı. Nasist Almaniyası demək olar ki, bütün Avropaya nəzarət edirdi və bütün Avropa iqtisadiyyatı Almaniyaya işləyirdi. Avropa iqtisadiyyatının hansı gücə və imkanlara malik olduğunu elə indi də görə bilərsiz. Necə düşünürsüz, Avropa iqtisadiyyatı, sənayesi güclüdürmü? Bax onda da elə idi. Və SSRİ həmin iqtisadiyyata qarşı öz iqtisadiyyatını qoymalı idi.
Stalin ona görə dahidir ki, qlobal kapitalist dairələrin Birinci dünya müharibəsinin nəticələri ilə razılaşmayacaqlarını, növbəti müharibə başlayacaqlarını bilirdi. Həmin müharibəyə hazırlaşmaq lazımdır... Ona görə 1930-ların əvvəlində deyirdi ki, biz Qərbdən 100 il geri qalırıq, o yüz ili on ildə qaçaraq keçməliyik. Söz yox, 1930-larda SSRİ Qərbdən artıq 100 il geri qalmırdı, amma elə deməklə Stalin məsələnin ciddiliyinə işarə edirdi. (İndi Azərbaycanın, Rusiyanın, Türkiyənin burjua liderləri öz xalqlarına deyirlər ki, “Qərbdən qabaqdayıq, Qərb bizə paxıllıq eliyir, qibtə eliyir”.)
Tərs kimi müharibənin ilk aylarında işğal edilmiş ərazilərdə SSRİ iqtisadiyyatının mühüm hissəsi yerləşirdi. Stalin öz komandası ilə sənayeləşməni elə aparmışdılar ki, iqtisadiyyatı elə qurmuşdular ki, Uralda, Sibirdə, Orta Asiyada rezerv istehsal obyektlərinin bazaları vardı. Elə Bakının özündə də zavodların çoxu elə tikilmişdi ki, lazım gələndə hərbi istehsala keçmək olsun.
Müharibə ordu, ordunu saxlamaq, silahla-sursatla, tankla, topla, təyyarə ilə təmin etmək deməkdir. Böyük müharibələrdə miqyas da böyüyür. Müharibə ərzaqla təminatdır – həm ordunun, həm əhalinin... Nasist Almaniyasına xidmət edən Avropa iqtisadiyyatını təsəvvür edin, onda SSRİ-də 1920-1930-cu illərdə keçirilmiş sənayeləşmənin və kollektivləşmənin mahiyyətini başa düşəcəksiz. Hər gün işə bir zavod düşürdüsə, SSRİ-də görülən işlərin miqyasını təsəvvür edin. Və sual verin Baycan kimi kəmsavad intellektuallara: bütün Avropa iqtisadi potensialına qarşı dörd il tab gətirmiş SSRİ iqtisadiyyatını, iqtisadi sistemini kim yaratmışdı?! Jukov? Stalinin iqtisadi modeli olmasaydı müharibədə qalib gəlmək olardımı?
Gürcü rəssamı Baycan kimi cahilə hirslənməsin neyləsin?!
Azərbaycanda əbləhlərin sayının artmasında musavatçı, liberal yazarların xüsusi “əməyi” olub. Əbləh əbləhlər yetişdirər. Yetişdirər ki, əbləhi dahi saysınlar. Başqa sözlə, əbləhin “elektoratı”, oxucuları özü səviyyədə olmalıdır. Markes oxucusu Markes səviyyəsində, Baycan oxucusu Baycan səviyyəsində olur.
Sonra keçir növbəti standart liberal şüvənliyinə: Hitleri Stalinə, Hitler tərəfdarlarını Stalin tərəfdarlarına tay eləməyə....
Təkcə bu müqayisə üçün Qərb imperializmi milyardlarla pul xərcləyib. İstənilən antisovet paketin içində bu müqayisə var. SSRİ-ni tərifləyən adam antisovet paketinin bütün klişelərindən, özü də həyasızcasına istifadə edir. Təki qarnı tox olsun. Heyvan instinktlərilə yaşayan adamlar bu cür olurlar...
Görün Baycan BDU-nun Hitlerçi müəlliminə nə deyir (sitat nömrə 6): “Xəbəriniz var sovet əsgərləri yüzminlərlə alman qadını zorlayıb.”
Adamın rəsmən psixi problemləri var. Heç nədən xəbəri olmayan adam qarşısına çıxan hər kəsi öyrədir. Cahilin özünü dahi sayıb başqalarına nə isə öyrətməsi “dəhşətdir”.
Tipik liberal uşaq-muşaq tərzi. Gah tarix müəlliminə “xəbərin varmı” deyir, gah gürcü rəssamına “xəbərin varmı” deyir....
Sənin “xəbərin varmı” ki, sənin heç nədən xəbərin yoxdur!?
Sovet əsgərlərinin yüz minlərlə alman qadını zorlaması söhbəti də liberal əfsanəsidir, özü də bu əfsanəni elə Qərb tarixçiləri faktlarla puç ediblər. Alman qadınlarını ABŞ əsgərləri zorlayıb. Özü də bunu müasir Almaniyanın tarixçisi yazıb sübut edib.
Adamın beyni rəsmən çürümüş liberal əfsanələrinin üfunət akkumulyatorudur.
Anamın dayısı Berlinə qədər gedib, sağ-salamat da qayıdıb, professor adam olub, humanist olub, Almaniya ərazisində sovet əsgərləri hər hansı bir vəhşilik etmiş olsaydı, dəfələrlə “zorlanmış Almaniya" söhbətini eliyərdi və yəqin ki , mən də ucundan qulağından eşidərdim. Müharibədə iştirak etmiş 600 mindən çox azərbaycanlı kişisindən 300-350 mini sağ-salamat qayıdıb, heç kim onlardan sovet əsgərlərinin kimisə zorladığına dair fikir eşitməyib, onlara heç istinad edən yoxdur, müharibəni görməyən liberal parabaşlar bir-birilərinə istinad edib “zorlanmış Almaniya” əfsanəsi düzəldiblər.
Baycan yazır (sitat nömrə 7): “Başladım nə başladım. Möhkəm əsəbləşmişdim.”
BDU-nun hitlerçi müəllimi ilə dialoqdan yazır. Hitlerçi müəllimə əsəbləşib.
Gürcü rəssamı əsəbləşə bilməz, “başlaya” bilməz, gürcü rəssamı bu parabaşın cahilliyinə əsəbləşəndə olur “isterik”, “heç nədən xəbəri olmayan, başdan ayağa səhv insan”... Amma orda “sakit, müdrik” Baycan burda yenə müdrikdir, amma sakit deyil....
“Xəbərin var ki”, “sovet əsgərləri yüzminlərlə alman qadını zorladı” deyəndə o cümlədən əsəbləşdiyin həmin hitlerçi müəllimlərin fikirlərini təkrarlayırsan?!
Hə, mənim cənab Baycanın yazısına cavab olaraq yazdığım bu yazını kobud, qeyri-demokratik münasibət, nə bilim “elə siz sovetçilər o vaxtı da insanları fikirlərinə görə güllələyirdiz” kimi qavrayanlara elə onun yazısından sitatla indidən cavab verirəm: “Başladım nə başladım. Möhkəm əsəbləşmişdim.”
“Başlamaq”, “əsəbləşmək” liberalların və sağçıların inhisarında deyil.
Planetdə canlı həyatın sonunu mənəvi qəhbələr gətirəcək – bu sözlərimi yazın bir yerə, gün gələr anlarsız. Və bir gün onu da anlarsız ki, Qərb və yerli burjua dairələrinə xidmət edən bir sürü qəhbə gədə-güdəylə bu şərtlərdə və şəraitdə mübarizə aparanların səbrli və mədəni görsənmək kimi dərdi yoxdur. Mənəvi qəhbəlik eliyən hər kəs ən azı kobud sözlərə layiqdilər. Kim ki, Stalin və işçi sinifinin digər həyatda olmayan və özünü müdafiə edə bilməyən liderləri haqda yalanlar, böhtanlar, ağzına gələni danışmaq haqqını özünə rahatça verirsə, mən niyə həmin ləyaqətsiz insanlara “sən ləyaqətsizsən!”, “sən fahişəsən” deməyim?! Xeyir ola!? Bəlkə bizim qələmimiz yoxdur?!
Stalin olmasaydı çox gumanki, Baycan həyatda yox idi. Burda çox sadə məntiq var. Cənab Baycanın sözü olmasın, “xəbəriniz var ki”, ABŞ SSRİ-nin bir çox şəhərinə, o cümlədən Bakıya və Lənkərana nüvə zərbəsi endirəcəkdi?! MKİ-nin arxivindən çıxan sənədlərdən belə bir planın olduğu məlum olmuşdu. Yoldaş Stalin nüvə proqramı ilə bağlı işləri sürətləndirməseydi, bəlkə də ABŞ planını həyata keçirmişdi və bu gün azərbaycan xalqı yox idi.
Bundan başqa, SSRİ-nin müharibədə qələbəsini ləkələyən Baycanın xəbəri varmı ki, nasist Almaniya Bakının adını dəyişib “Vestfaliya” qoyacaqdı? Azərbaycanlıların əksəriyyətini qıracaqdılar, fiziki qüvvəsi olanları saxlayıb qul kimi işlədəcəkdilər. Belə olan təqdirdə Baycan ancaq əcdadlarının Hitlerə politsay işləməsi şərtilə dünyaya gələ bilərdi.
Nə isə...
Qərb qrant verən dairələrin göstərişi ilə bunlar gedib Batumda sovet vaxtı köçürülmüş xalqların övladları ilə söhbət eliyiblər. Baycan dəqiqləşdirməsə də mən təxmin edirəm ki, söhbət məshəti türklərindən gedir. Müharibə vaxtı krım tatarları, çeçenlər, inquşlar, məshəti türkləri (kürdlərlə birlikdə) köçürülüb.
Cənab Baycan görüşlərindən bunları yazır (sitat nömrə 8):
“Danışdıqları dəhşət idi. Sadəcə dəhşət. Düzdü, dövrümüzdə dəhşət sözü tez-tez, yeri gəldi-gəlmədi istifadə olunur, amma inanın ki, bu sözü burda söz xatirinə yox, yerində istifadə etmişəm.
Nələr danışmadılar. Yük vaqonlarında günlərlə yol getmələrindən danışdılar. Onlara yır-yığış etmək üçün cəmi bir saat vaxt verilib. Hara getdiklərini, niyə getdiklərini bilmirlər. Vaqonda arvad-uşaq qarışıb bir-birinə.
Vaqonun küncünə bir şal asıblar. Hamı təbii ehtiyacını ora, şalın arxasına ödəyirmiş. Arvad, kişi, uşaq… Nəcis, sidik vaqonun içində ora-bura axırmış. Bunu təsəvvürünüzə gətirməyə çalışın. Sonra onları aparıb atıblar Orta Asiyanın çöllərinə.
Qırılan qırılıb, qalan qalıb. Çox şeylər danışdılar. Hamısını yazmağa nə imkan var, nə də həvəs.”
Oxudunuz?!
Əvvəlcə, insanları intuitiv səviyyədə yaxşı tanıyan biri kimi onu deyim ki, Baycanın “Çox şeylər danışdılar. Hamısını yazmağa nə imkan var, nə də həvəs.” cümlələri qeyri-səmimidir, hətta ağ yalandır. Eşitdiklərinin ən “dəhşətlisini” yazıb.
Lap intuisiyanı qoyaq qırağa, məntiqlə analiz edək. Başlayır ki, “Danışdıqları dəhşət idi. Sadəcə dəhşət. Düzdü, dövrümüzdə dəhşət sözü tez-tez, yeri gəldi-gəlmədi istifadə olunur, amma inanın ki, bu sözü burda söz xatirinə yox, yerində istifadə etmişəm.”
Diqqət etdiniz? Mövzuya bu cür girişən yazar nə edər, eşitdiklərinin ən dəhşətlisini yazar, deyilmi?! Çünki “hamısını yazmağa nə imkanı var, nə də həvəsi”. O da eşitdiklərindən ən dəhşətli nə varsa, yazıb. Sadəcə dərrakəsiz oxucunu aldatmaq üçün yalanlarını “yazmağa həvəsim yoxdur” ifadəsi ilə pərdələyir. Bu qədər cümlələr sıralayırsan, necə yanı ən dəhşətli söhbətləri yazmağa həvəsin olmur? Məntiqlə də Baycan Stalinə qarşı mövqeyini əsaslandırmaq üçün ən dəhşətli şeyləri yazmalı idi. Və əminəm ki, yazıb da... Hətta bütün yazıçı fantaziyasını işə salıb, məshəti türklərindən eşitdiyi və ən “dəhşətli” saydığı nə varsa – hamısını yazıb, özü də bəzəyərək yazıb.
İndi o “dəhşətlərə” keçəcəm, amma əvvəlcə bir mətləbə toxunmalıyam.
Burjua mətbuatı üçün “obyektivlik” prinsipi var və ondan ibarətdir ki, özlərinə lazım olanda və sərf eliyəndə mövzuyla bağlı ekspert rəyinə, qarşı tərəfin fikrinə də müraciət edirlər. Heç olmasa bir şeydən yazanda axırda oxucu üçün məsələnin məzmununu az da olsa açıqlayırlar. Cənab Baycan bu yazısında tipik liberal yazarı kimi çıxış edir. Heç nə bilməyə-bilməyə qarşısına çıxan hər kəsə “xəbərin var ki” deyən Baycan bir kəlmə də türklərin köçürülmə səbəbindən yazmır. Məlumatsız və kəmsavad oxucu elə anlayır ki, Stalin bekarçılıqdan və illaki kiməsə, hansısa xalqa pislik etmək naminə, elə-belə, mırta, sadist həzzi almaq üçün günahsız insanlara əzab verib.
Əlbətdə, köçürülmüş xalqların hər bir fərdi günah sahibi olmayıb, aralarında günahsız insanlar da olub. Guya bunu sovet hökuməti bilməyib? Bilib.
Əvvəla onu bilin ki, xalqları müharibə vaxtı köçürüblər. Bunu bilməyiniz çox vacibdir. Müharibədən sonra heç bir xalqı köçürməyiblər. Çünki lüzum qalmayıb. Müharibə vaxtı isə vardı.
Müharibə başlayandan sonra səfərbərlik elan edilir. Çeçenlər və inquşlar kütləvi olaraq dağlara qaçdılar, əsgər getməkdən imtina etdilər. Əlbətdə ki, çeçen və inquş gənclərini yoldan çıxaran qüvvələr var idi. Stalin elə-belə xəbərdarlıq etmirdi ki, sosializm quruculuğunda sinfi mübarizə daha da şiddətlənəcək. 1930-cu illərdə hələ də bir sürü gizli burjua ünsürləri qalmaqda idi. Səfərbərlikdən boyun qaçırmaları azmış kimi, onlar dağlarda quldur dəstələri yaradıb dövlət orqanlarına hücum, evləri və dövlət obyektlərini qarət edirdilər. Bir neçə il! Müharibənin ən qızğın vaxtında bütün bu cinayətlərdə çeçen və inquş əhalisinin az sayılmayacaq qədər hissəsi iştirak etdi. Hər halda dağlardakı cani dəstələri özbaşına hərəkət etmirdilər, onlara məlumat ötürənlər, necə deyərlər, logistik dəstək verənlər vardı. Və bütün o quldur dəstələri yaxınlaşan işğalçı-faşist ordusuyla əlaqəyə girməyə və birləşməyə hazırlaşırdılar. Bütün dediklərimə dair kifayət qədər tarixi faktlar var, həqiqət axtaranlar internetdən hər şeyi tapıb oxuya bilərlər.
Krım tatarları haqda dəfələrlə səhifədən yazmışam.
Məshəti türkləri çeçenlərdən və inquşlardan fərqli səfərbərlikdən boyun qaçırmayıblar, krım tatarlarından fərqli işğalçıların tərəfinə keçməyiblər (işğal da görməyiblər, işğal edilsəydilər özlərini necə aparacaqlarını demək çətindir), kişi kimi sovet ordusunda işğalçılara qarşı vuruşublar, 26 min şəhid veriblər; 8 məshəti türkü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər. Bəs belə bir ləyaqətli insanları niyə köçürürlər?
Bu məsələdə Türkiyənin altdan nasist Almaniyasına yardım etməsi, SSRİ ilə Türkiyə münasibətlərinin həddən artıq soyuması böyük rol oynayır. İkinci dünya müharibəsinin sonunda SSRİ az qala Türkiyə ilə müharibəyə başlayacaqdı – bax bu səviyyədə ciddi idi məsələ.
İsmet İnönü Türkiyəsi nasist Almaniyası ilə (SSRİ-yə hücum etməsindən cəmi 4 gün əvvəl) iqtisadi əməkdaşlıq haqda saziş imzalayır. Bu, Almaniyanın Fransanı asanlıqla işğal etdiyindən sonra baş verir. Buna görə Türkiyəni qınamaq da olmur. Onsuz da bütün Avropa ölkələrinin, hətta SSRİ-nin özünün Almaniya ilə bənzər məzmunlu sazişləri vardı.
Türkiyə “neytralitet” elan edir, amma bəzi əməlləri onun neytral qalmaqdan uzaq olduğunu sübut edir. Əlbətdə ki, sovet kəşfiyyatı və Stalin çox şeydən məlumatlı idi.
1941-ci ilin payızında, işğalçılar Moskvanı artıq işğal edəcəklərini zənn edən ərəfədə, Türkiyə hərbi akademiyasının rəisi general Ali Fuad Erdenin başçılığı altında Türkiyə hərbi deleqasiyası Almaniya-SSRİ cəbhəsinə, alman hərbçiləri ilə görüşə yollanır. Bu, sovet rəhbərliyinin haqlı narazılığına səbəb olur. (Məlumatı Vikipediyadan götürmüşəm. Hələ bunu burjua, antisovetçi Vikipediyası yazır...)
Türkiyə ilə gərginlik 1942-ci ilin yayında, Avropa faşistlərinin Stalinqrada və Qafqaza hücumu başlayanda artır. Niyə?
Türkiyədə səfərbərlik edilir və ordunun sayı bir milyon nəfərə çatdırılır. Qafqaza və Stalinqrada hücum başlayan kimi həmin ordunun 750 min əsgər və zabiti (yanı 75%) Batum bölgəsində SSRİ-Türkiyə sərhədinə yığılır. (Söhbəti tutmağı unutmayın.)
1942-ci ilin iyulundan başlayaraq SSRİ-nin 1 may 1942-ci ildə formalaşdırdığı Zaqafqaziya cəbhəsinə qarşı Türkiyə 4 ordu korpusu, 16 piyada diviziyası, 2 süvari diviziya, bir motoatıcı briqada cəmləyir. SSRİ qoşunlarının sayı isə sərhəddə cəmi 200 min olur, çoxu da gənc, təcrübəsiz əsgərlər olur. SSRİ rəhbərliyində olan məlumata görə Türkiyə Stalinqrad alınan kimi Almaniyanın tərəfində müharibəyə daxil olmağa hazırlaşırdı. Lakin Qızıl Ordunun əks-hücumu bütün bu planları alt-üst etdi.
Yeri düşmüşkən, Yaponiya da eyni şeyi gözləyirdi: Stalinqrad alınan kimi Yaponiya da müharibəyə Almaniya tərəfində daxil olacaqdı.
Almaniyadan qorxan və kimin qalib gələcəyini təxmin edə bilməyən Türkiyə formal olaraq neytralitet tətbiq etsə də Almaniyanı bəzi mallarla təmin edirdi, Almaniyanın hərbi iqtisadiyyatında müəyyən rol oynayırdı. Təkcə 1943-cü ildə Türkiyə nasist Almaniyasına 46,9 milyon ton xrom filizi, 17,9 milyon ton zeytun toxumu, 17,6 milyon ton balıq, 9,5 milyon ton çuqun, 7,4 milyon ton mis göndərir. Bu, SSRİ-ni bərk qıcıqlandırırdı. Xrom Almaniya üçün çox vacib idi. Xromdan tank (zirehinin) istehsalında istifadə edirlər. Xrom filizinin nə qədər vacib olduğunu anlamaq üçün SSRİ-də xromun ancaq Qazaxstanda olduğunu bilmək lazımdır.
Türkiyənin coğrafi mövqeyi çox əlverişli idi. Ona görə, müharibənin qızğın vaxtında SSRİ, ABŞ və Britaniya rəsmiləri dəfələrlə Türkiyədən Almaniyaya qarşı müharibəyə qatılmağı istəyirlər, hər dəfə də Ankaradan “Türkiyə müharibəyə hazır deyil” cavabını eşidirdilər. Açığı, ABŞ və Britaniyanın əslində vecinə də deyildi, onların öz maraqları var idi. İş orasındadır ki, SSRİ onlardan Almaniyaya qarşı “qərb cəbhəsi” açmağı tələb edirdi, onlar isə bunu etmirdilər... Əvəzində Türkiyədən tələb edirdilər. Elə onlar da gözləmə mövqeyində idilər... Elə onlar da SSRİ-nin Stalinqradda yıxılacağını gözləyirdilər. Ona görə də 1943-cü ilə qədər “lend-liz” “kömək” layihəsi çərçivəsndə SSRİ-yə 1945-ci ilə qədər edilən “köməyin” cəmi 3-4 faizini etmişdilər. Elə onlar da SSRİ əks-hücuma keçəndən sonra, müharibənin və Avropanın gələcək taleyini tək başına SSRİ-nin həll edəcəyini görəndən sonra qərbdə Almaniyaya qarşı cəbhə açdılar.
Bir sözlə, Stalinqradda qızğın döyüşlər gedəndə ölkələr gözləmə mövqeyi sərgiləyirdilər. Türkiyə və Yaponiya Stalinqrad alınandan sonra Almaniya tərəfdə SSRİ-yə qarşı vuruşmağa başlayacaqdılar.
“Belə şey olmaz” deyənlər üçün: onsuz da Almaniyanın tərəfində bir çox Avropa ölkəsinin qoşunları vuruşurdu. Stalinqrad uğrunda döyüşlərdə Rumıniya, Macarstan, İtaliya və s. ölkələrin ordu hissələri Almaniya tərəfdə vuruşurdu.
Türkiyə Almaniyanı xromla təmin etməyə yalnız 1944-cü ilin aprelində son qoydu. Və yalnız 1944-cü ilin avqustunda Türkiyə Almaniya ilə iqtisadi və diplomatik əlaqələri kəsdi. Və yalnız 23 fevral 1945-ci ildə Türkiyə Almaniyaya formal olaraq müharibə elan edir, ancaq hərbi əməliyyatlarda iştirak etmir. (Ola bilsin, buna görə SSRİ Türkiyəni bağışlayır, cəzalandırmaqdan imtina edir.)
Özümün və oxucunun vaxtını alıb hadisələrin tarixi fonunu sovet rəhbərliyinin aldığı qərarların məntiqini izah etmək üçün təsvir etdim. Yekunlaşdıraq. Müharibənin qızğın, SSRİ-nin məğlub vəziyyətə düşdüyü vaxtda Türkiyə Almaniya ilə diplomatik və iqtisadi müstəvidə əməkdaşlıq edir, SSRİ-nin istəklərinə məhəl qoymur, səfərbərlik edib bir milyonluq ordu yığır, həmin ordunun mühüm hissəsini SSRİ ilə sərhədə yığır, üstəlik tez-tez sərhəddə atışmalar olur...
İndi musavatçı tarixçilər deyərlər ki, bəs SSRİ Türkiyəyə hücum edəcəkdi, ona görə İsmet inönü ordunu SSRİ ilə sərhədə yığdı. Yalan! SSRİ-nin həmin bölgədə olan ordu sayını yazdım. 200 minlik orduyla, özü də əsgərliyə təzə çağırılmış, təcrübəsiz gənclərdən ibarət 200 minlik orduyla SSRİ necə Türkiyəyə hücum edəcəkdi? O biri tərəfdən, niyə Türkiyə bütün ordusunu SSRİ ilə sərhədə, Batum istiqamətinə yığmışdı? SSRİ-dən hücum gözləyirdisə, SSRİ elə İran, Cənubi Azərbaycan tərəfdən də hücum edə bilərdi. Orda SSRİ-nin zatən ordusu vardı.
Xeyr, SSRİ o vaxtlar Türkiyəyə hücum barəsində qətiyyən düşünməyib, başqa bir cəbhədə müharibə aparmağa SSRİ-nin gücü və resursları olmayıb. Bakını və Bakı neftini itirmək riski olub. Bu isə SSRİ üçün fəlakət demək idi. SSRİ Türkiyəyə yalnız müharibənin sonunda, Almaniyanın darmadağın edilməsinə şübhə qalmayanda müdaxilə etmək haqda düşünüb.
SSRİ üçün çox ağır vaxtlarda İnönü rəhbərliyinin hərəkətlərinə görə Türkiyəni cəzalandırmaq lazım idi. Bundan da imtina edilir. Baxmayaraq ki, Stalinin ətrafındakı müəyyən qüvvələr Türkiyəyə müdaxilə etməyi istəyirdilər. Mikoyan hər halda çox istəyirdi ki, Ermənistanın ərazisi Türkiyənin hesabına genişlənsin. İndi erməni millətçiləri də Stalinə Türkiyə ilə müharibə etmədiyinə görə söyürlər. Necə ki bizim musavatçılar Stalinin İrandan ordunu çıxartmaq qərarını “Stalin qoymadı Azərbaycanı birləşməyə” kimi təqdim edirlər. Bir sürü qammaz, parabaş gədə-güdənin əlində qalıb inqilabçı Stalin. Əsl “dəhşət” budur.
Stalin qeosiyasi vəziyyəti nəzərə alaraq Türkiyəyə müdaxilə etmir və ABŞ-ın təzyiqi ilə İrandan çəkilir. Lakin Türkiyə ilə münasibətlər soyuyur, 1953-də isə Türkiyə NATO-ya qoşularaq birdəfəlik tərəfini tutur.
Nə isə... Məshəti türklərinin Türkiyənin güdazına getməsi söhbətinə qayıdaq.
Türkiyə Almaniya ilə əməkdaşlıq edir, SSRİ-nin bitdiyinin an məsələsi olduğuna inanır. Hitlerin komandası cənab Rəsulzadə gilə “müstəqil Azərbaycan”, Qareqin Njdeyə “müstəqil Ermənistan+Qarabağ+Naxçıvan” sözü vermişdisə, Ankaraya SSRİ-nin məğlub edildiyində nələrin vəd etdiyini anlamaq çətin deyil. Əslində belə məsələləri tarixçilər araşdırmalı, yazmalıdır. Mən tarixçi deyiləm, arxivlərlə işləmək imkanım da yoxdur. “SSRİ-də tarix ideologiyaya bağlı idi” gileyini eliyən tarixçilər hamısı bu gün tarix elmini musavat ideologiyasının sərəncamında saxlayır. Onlar heç vaxt Türkiyənin Qafqaz cəbhəsində Almaniyaya tərəfində SSRİ-yə qarşı vuruşmaq planı haqda yazmayacaqlar.
Almaniya Leninqradı blokadaya alıb, Moskvanın bir addımlığında, Stalinqradın içində, Kislovodskda, Şimali Qafqazda... Məqsəd Bakını işğal etmək... Və o şəraitdə Türkiyənin ordusu Batum istiqamətində yığışıb, özünü aqressiv aparır...
Müharibə haqda anlayışı olanlar bilir ki, kəşfiyyat və diversiya işləri müharibənin ayrılmaz hissəsidir. Ordusunu Batum istiqamətində cəmləyən Türkiyə əlbətdə ki, məshəti türkləri ilə əlaqə yaratmışdı, kəşviyyat şəbəkəsi yaratmışdı... Bunu ən azı Almaniya kəşfiyyatı üçün edirdi.
Hamı bilir ki, Stalinqrad döyüşü müharibədə dönüş nöqtəsi olur. Yüz minlərlə faşist əsgər və zabitinin əsir alınması həm də Almaniya və müttəfiqlərinə ağır mənəvi zərbə idi. Almaniyanın Stalinqradda aldığı ağır məğlubiyyət əlbətdə ki Türkiyənin mövqeyinə təsir edir. Stalinqraddan sonra Türkiyə Almaniya üçün Qafqazda ikinci cəbhə, Yaponiya isə öz istiqamətində üçüncü cəbhəni açmaq niyyətindən imtina edir. Cəbhə açılmasa da məshəti türklərinin yaşadığı bölgədə aparılmış işlər, işlərin nəticələri, kəşfiyyat və diversant şəbəkələri qalırdı.
Ərazisini işğalçıdan azad edən SSRİ bəzi xalqları köçürməyə qərar verir. Arxa cəbhədə, “kürəyinin ortasında” Almaniyanın yaratdığı kəşfiyyat və diversant şəbəkələrini zərərsizləşdirmək lazım idi. Əhalinin çox hissəsinin işğalçı qüvvələrlə əməkdaşlıq etdiyinə, işğalçıya simpatiya ilə baxdığına dair məlumatlar köçürülmə qərarlarına təsir edirdi.
Məshəti türkləri ilə bağlı qərara hər halda Gürcüstan rəhbərliyinin rəyləri, Gürcüstan kəşfiyyat orqanlarının məlumatları təsir göstərib. Bizim camaatın bütün diqqəti erməni millətçiliyinə mərkəzlənib, halbuki gürcü millətçiliyi daha qorxunc, daha təhlükəlidir. Gürcü millətçiləri də monoetnik Gürcüstan xəyalında olublar. 1990-larda onlar azərbaycanlıları da çıxartmaq istəyirdilər, abxaz və osetin separatizmi onların diqqətini yayındırdı, yoxsa dağ gürcülərini – svanları – azərbaycanlılar yaşadıqları bölgələrə köçürürdülər, onların vasitəsilə azərbaycanlılara təzyiq edirdilər. Yaxşı bəs sovet vaxtı gürcü millətçiliyi, gürcü millətçiləri varmıydı? Əlbətdə, gürcü millətçiliyi, gürcü millətçiləri o vaxtı da olub, sadəcə sovet beynəlmiləlçiliyi və sistemi onları bir çərçivəyə salmışdı, hərəkət etməyə qoymurdu. Amma necə ki erməni millətçiləri “bolşevik”, “kommunist” maskası ilə çirkin əməllərini altdan-altdan ediblər, çox guman ki, gürcü millətçiləri də sakit oturmayıblar.
Açığı, tarixçi olsaydım, maddi dəstəyim və arxivlərlə işləmək imkanım olsaydı, bütün bu mövzuları xırdalıqlarına qədər işləyərdim. Hələ ki, intuitiv səviyyədə onu deyə bilərəm ki, məshəti türklərinin düşdüyü vəziyyətdən Gürcüstan rəhbərliyindəki və xüsusi xidmət orqanlarındakı millətçilər öz istəklərinə uyğun sui-istifadə etdilər. Hər halda sovet rəhbərliyinin qarşısına məshəti türklərinin kütləvi şəkildə Türkiyəyə və Almaniyaya simpatiya bəsləməsinə dair məlumatlar, sənədlər, sübutlar qoyulub ki, köçürülmə qərarı verilir. Ciddi səbəblər olmadan müharibə vaxtı belə qərarlar verilməz. Ən azı ona görə ki on minlərlə əhalini köçürmək üçün qatarlar, icraçılar, başqa resurslar ayırmalısan, buna isə imkan yox idi. Xalqları Orta Asiya respublikalarına köçürürdülər, oralıq isə onsuz da Rusiyadan, Belorusiyadan, Ukraynadan evakuasiya edilmiş əhali ilə dolu idi.
Gürcüstan rəhbərliyi sovet rəhbərliyini məshəti türklərinin öz ölkəsinə sadiq qaldığına əmin edə bilərdi. Etmir, tam tərsi, türklərin köçürülməsinin vacibliyinə inandıra bilir.
Köçürülmələr (“repressiyalar”) 1944-cü ildə, yanı müharibənin qızğın, SSRİ-nin əks-hücuma keçdiyi vaxtda həyata keçirilir. O qədər insan, maddi və mənəvi itki vermiş SSRİ artıq risk edə bilməzdi. Mövzu on milyonlarla sovet insanının, onlarla başqa sovet xalqlarının həyatı və taleyi idisə, yüz minlik məshəti türklərinin köçürülməsi hansısa təhlükələri aradan qaldırırdısa, bunu etmək lazım idi.
Əlbətdə, bütün məshəti türkləri Almaniya və Türkiyəyə simpatiya ilə baxmırdılar, nə də onların xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmirdilər. Və bunu o vaxtın texnologiyası ilə (indi təkcə mobil telefon vasitəsilə adamın nə vaxt, kimlə, harda nəfəs alıb-verdiyini müəyyən etmək olur), o şəraitdə araşdırmağa nə vaxt var idi, nə də imkan. Əgər cənab Baycanın istinad etdiyi “dəhşətləri” hətta özünün haqlı olduğunu isbat etmək üçün yazmağa rahat yerdə “həvəsi və vaxtı yoxdursa”, Avropanın birləşmiş faşistlərinə qarşı böyük, vətən müharibəsi aparan SSRİ-də “həvəs və imkan” hardan ola bilərdi?
O vaxtın şəraitini hələ də yaxşı anlamayanlara izah edim. Səfərbərliyin miqyasını 3,4 milyon əhalisi olan Azərbaycandan 681 min nəfərin Qızıl Ordu sıralarında olduğunu təsəvvür edin... Gürcüstanda da yəqin eyni vəziyyət olub. Demək olar ki, hər “başı papaxlı” cəbhədə idi. Qadınlar da bütün günü işləyirdilər ki, cəbhənin hər şeylə təmin etsinlər. 100 minlik məshəti türklərini qısa vaxtda bir-bir araşdırmaq üçün ən azı min nəfərlik istindaq qrupu lazım idi. Bu qədər istindaqçını ayırmağa SSRİ-nin resursu yox idi. Müharibə ölkəni və insanlarını taqətdən salmışdı... Uzun araşdırmağa vaxt yox idi, risk isə böyük idi. Hamı bilir ki, Bakının özündə neft sənayesinə zərbə vurmağa çalışan diversiya qrupları vardı. Xaricdəki musavatçıların köməyi ilə Bakıda diversiya və kəşfiyyat şəbəkəsi yaratmış Almaniya hər halda Türkiyə xüsusi xidmət orqanları vasitəsilə məshəti türklərinin arasında daha geniş və dərin iş aparmışdı.
(İstindaq aparılsaydı, bəlkə də minlərlə məshəti türk müharibə vaxtının sərt qanunlarına görə güllələnəcəkdi.)
Yüz min məshəti türkünün SSRİ-nin bir bölgəsindən başqa bir bölgəsinə köçürülməsi dəhşətdirsə, yüz minlərlə sovet gəncinin, uşağının basabas dolu yük vaqonlarında Almaniyaya işləməyə, nasist konslaqerlərinə daşınması nədir?! Daha yüz minlərlə sovet gənc qızların, yeniyetmələrin yük vaqonlarına əşya kimi atılıb harasa aparılmasının qarşısını almağa kömək edəcəkdisə, yüz min məshəti türkünü Türkiyə ilə həmsərhəd bölgədən köçürməyə dəyərdi. Müharibə vaxtı işləyən qanun-qayda sərtliyi heç kimin göz yaşına baxmır.
İndi məshəti türklərinin yaşadıqları dəhşətlərə baxaq. Bir daha qeyd edim ki, Baycan eşitdiyi “dəhşətlərin” ən “dəhşətlisini” yazıb.
Bir daha Baycandan sitat:
“Nələr danışmadılar. Yük vaqonlarında günlərlə yol getmələrindən danışdılar. Onlara yır-yığış etmək üçün cəmi bir saat vaxt verilib. Hara getdiklərini, niyə getdiklərini bilmirlər. Vaqonda arvad-uşaq qarışıb bir-birinə.
Vaqonun küncünə bir şal asıblar. Hamı təbii ehtiyacını ora, şalın arxasına ödəyirmiş. Arvad, kişi, uşaq… Nəcis, sidik vaqonun içində ora-bura axırmış. Bunu təsəvvürünüzə gətirməyə çalışın. Sonra onları aparıb atıblar Orta Asiyanın çöllərinə.”
Oxuduz? İndi o vaxtın şərtlərini və şəraitini təsəvvür edin və “dəhşəti” bir daha oxuyun.
Burda qeyri-adi “dəhşət” nədədir? Osmanlıya xəyanət etmiş erməniləri pay-piyada köçürürdülər. Bir eşşəyin, atın belinə sığan qədər yük götürüb yüzlərlə kilometri qadın-uşaq pay-piyada gediblər. Yolda aclıq, susuzluq, xəstəlik... Baycanın sözü olmasın, “qırılan qırılıb, qalan qalıb”....
ABŞ rəhbərliyinin öz vətəndaşları olan yaponlara yaşatdıqları “dəhşətlərdən” Baycanın “xəbəri varmı”?
Yük vaqonlarında günlərlə yol getmək o vaxtlarda “dəhşət” sayılmırdı. Rahat həyat üçün ləyaqət və şərəf anlayışını silib atmış qələm oynadanlara yük vaqonunda getmək, hətta bir gün ac qalmaq “dəhşətdir”.
Hər kəsin mənəvi və fiziki gücünə uyğun “dəhşət” saydığı şeylər var. Amma heç olmasa bütün hadisələrə eyni standartlarla yanaşsalar ... Cənab Baycan, “xəbərin varmı” ki, Avropa faşistləri sovet insanlarına, kommunistlərə və Qızıl Ordu əsgərlərinə hansı “dəhşətləri” yaşatmışdılar, yaşadırdılar? O dəhşətlərin yanında kiminsə bir neçə gün yük vaqonlarında getməsi əyləncə, sərgüzəşt kimi görsənir. 1944-cü ildə bir neçə sovet xalqının köçürülməsi başlayana qədər Avropa faşistləri artıq 10 milyon sovet insanını xüsusi qəddarlıqla məhv etmişdi. Dinc əhalidən danışıram.
Dəhşət odur ki, səni ailənlə, bütün kəndlilərlə birlikdə bir dama yığıb yandırsınlar. Dəhşət odur ki, qadınları uşaqların gözü qabağında zorlasınlar... Dəhşət odur ki, qadınları, uşaqları, kişiləri lüm-lüt soyundursunlar, piyada aparsınlar, öz əlləri ilə quyu qazdırsınlar, sonra həmin quyuda onları diri-diri basdırsınlar. Başa düşürəm, Baycan kimi abırsız gədələr üçün lüt soyunmaq dəhşət deyil, amma mən dəqiq bilirəm ki, xeyli adamın, aralarında ailə üzvlərin, yaxınların, yanında lüt soyundurulmuş sovet insanları həm də utandıqlarından dəhşət içində olublar. Mən özümü onların yerinə qoyuram və dəhşəti hiss edirəm.
Bax, başqa milyonlarla sovet insanının bu cür dəhşətləri bir daha yaşamamasına hansısa yüz minlik xalqın köçürülməsi kömək edəcəkdisə, bunu etmək lazım idi və sovet hökuməti bu qərarı verdi.
Günümüzdə, gözlərimizin önündə dəhşətlər yaşadıldı. ABŞ Yaxın Şərqi alt-üst etdi, milyonlarla insan piyada, əlində aparacaq qədər əmlakından götürüb canını qurtarırdı... On minlərlə adamın başını kəsdilər... On minlərlə qadına, qıza təcavüz elədilər... Minlərlə qız-gəlin seks köləsi kimi qul bazarında satıldı, əldən-əldə ötürürldü.... Parabaş gədələr onların yaşadıqları dəhşətləri hiss edirlərmi? (Stalin SSRİ-sinin olmamasının nəticəsidir dünya xalqlarının zülm görməsi.) Amma mən hiss edirəm.
Mən belə başa düşürəm ki, əslində Baycan heç ədəbiyyatçı da deyil, geydirmə bir söz alverçisidir. Əsl ədəbiyyatçı, yazar hiss edərdi. Və müharibə şəraitində, özü də 1940-cı illərdə, komfort haqda fərqli anlayışın hakim olduğu dövrdə, yük vaqonlarında insanların köçürülməsinin dəhşət olmadığını bilərdi.
O vaxt həmin yük vaqonlarında sovet ordusunun əsgərləri və zabitləri günlərlə deyil, həftələrlə yol gedərdi. Eyni şəraitdə.
Müharibə, xüsusilə müharibənin ilk günləri sovet dəmir yol sisteminə olduqca böyük zərər vurdu, minlərlə qatar, vaqon məhv edildi...
Hindistanda bu gün, dinc şəraitdə qatarlarda adamlar üst-üstə gedirlər. Və heç biri “dəhşətdir” demir. Hindistanlılar Baycan kimi “şah Abbasın nəvəsi” deyillər, rahatçılığa öyrəşməyiblər, gözlərini açıb bu şəraiti görüblər, onlar üçün normal bir şeydir.
1944-cü ildə, müharibənin qızğın vaxtında, əks-hücum gedir, cəbhə Qərbə çəkilir, cəbhəni hər cür sürsatla, ərzaqla təmin etmək vacibdir, hər şey demək olar ki, dəmir yolu ilə, qatarlarla danışır... O şəraitdə, özü də sovet hökumətinin gözündən düşmüş (salınmış) insanlar üçün lüks, kupe, plaskart vaqonlar mı təşkil edəcəkdilər? Sovet ordusunun zabitləri belə yük vaqonlarında yol gedirdilərsə...
Heç bir ayrı-seçkilik olmayıb. Köçürülmə haqda qərar verilib. Qərar məxvidir. Çünki əvvəlcədən qərardan xəbər tutan kəşfiyyat və diversiya şəbəkələri hərəkətə keçə bilərdilər, nə isə edə bilərdilər... Ona görə də qərarın köçürülməyə cəmi bir saat qalmış əhaliyə açıqlanması dəhşət deyil, məxvilik və təhlükəsizlik gərəyidir. Dövlət təhlükəsizliyi.
Hara və niyə getdiklərini niyə deməli idilər ki? Dəqiq məlumat var ki, aralarında çox sayda Almaniya və Türkiyə xüsusi xidmət orqanları ilə əlaqədə olan adamlar var. Onlara qabaqcadan hara və niyə köçürüldüklərini demək olar?
Qabaqcadan demiş olsaydılar nə dəyişəcəkdi?
Qabaqcadan deməmək “dəhşətdir” ki? Dəhşət odur ki, 18 yaşlı Zoya Kosmodemyansakayanı faşistlər günlərlə zorlayırlar, işkəncələr verirlər, bir döşünü kəsirlər, dodağına, bədəninə damğalar vururlar....
“Vaqonda arvad-uşaq qarışıb bir-birinə”, - Baycan gileylənir. Necə olmalı idi, uşaqları ayrı vaqonda aparsaydılar Baycan üçün “dəhşət” olmayacaqdı?! Əlbətdə ki, vaqonlara ailələr birlikdə mindirilirdilər. Ki, bu “dəhşət” deyil, humanizm idi. Baycanın SSRİ-ni tay etdiyi Almaniya isə uşaqları valideynlərdən ayırardı.
Yır-yığış etməyə bir saat bəsdir. Əgər söhbət sırf yır-yığışdan gedirsə - bəsdir. O vaxt indiki kimi istehlakçı xəstəliyi yox idi, camaatın min cür zir-zibili yox idi. Nəzərə alanda ki, yeni yerə köçməyə ancaq şəxsi əşyalar aparılacaqdı, bir saat yır-yığış üçün kifayətdir. Hərənin uzağı bir neçə dəst paltarı olub, bütün ailənin bir-iki çemodana sığacaq qədər paltarı, əşyası olub. Bir saat ona görə verilmişdi ki, xaricə işləyən diversantlar və kəşfiyyatçılar hərəkət etməyə, nəyəsə əl atmağa, kimisə xəbərdar etməyə vaxt tapmasınlar. Xaricə işləməyən vətəndaş üçün bir saat yır-yığış üçün hələ çoxdur.
Qatar ən azı bir neçə vaqondan ibarətdir. 100 min insanı köçürürlərsə, bir qatarda 10-15 vaqon olar. Olsun 5. Beş yük vaqonunda azı yüz sərnişin olur. Bu yüz sərnişinin hərəsinin bir vaxtda təbii ehtiyacları olur... Deyilmi? Necə düşünürsüz, qatar hər sərnişinin təbii ehtiyacı gələndə saxlamalıdır?! Bu gedişlə qatar Orta Asiyaya 1-2 aya çatar. Nəzərə alanda ki, yolda insanların çoxunu qəbzlik tutur, bəlkə də 3 aya.
Ona görə elə yük vaqonunda bir küncdə tualet yeri düzəldilməsi normaldır. Hər halda “dəhşət” deyil. Qatardı, gedir, havalanır, elə də üfunət iyi qalmır. Dəhşət odur ki, faşistlər sovet insanlarını günlərlə zirzəmilərdə, konslagerlərdə ac-susuz saxlayırdılar, işkəncə verirdilər. Bax bunu Baycan təsəvvürünə gətirməyə çalışsın.
İstənilən halda hər bir xalq bilməlidir ki, kollaborasionizm çox ağır cinayətdir. Öz ölkənə, özü də ölkənin ağır vaxtında, xarici qüvvələrin işğalına məruz qaldığı vaxtda hanısa xırda belə bir etibarsızlıq edirsənsə, bədəli ağır olacaq, bədəlinə qatlanacaqsan.
Necə ki bizdə vətənpərvərlik “Arazın o tayına baxdım, ağladım, ayrılıq cırdı məni” ilə ölçülür, hər halda məshəti türkləri də , müəyyən hissəsi Türkiyə tərəfə elə baxıb, Türkiyə ordusunun sərhəddə yığışdığını görüb artıq “birləşməyin” an məsələsi olduğuna inanan, təbliğ edən irtica qüvvələr, fırıldaqçılar olub..
Bütün bu “dəhşətlərin” təsvirindən sonra Baycan növbəti şüvənliyə əl ataraq yazır: “Sonra onları aparıb atıblar Orta Asiyanın çöllərinə.”
1-si, hara aparmalı idilər, 5 ulduzlu otelə aparmalı idilər? Sovet insanlarının əksəriyyəti elə çöldə, çöl şəraitində yaşayırdı. Faşistlər 70 mindən çox sovet kəndi, şəhəri, qəsəbəsi işğal etmişdi, dağıtmışdı. Həmin o qatar-vaqon çatışmamazlığının ucbatından sovet hökuməti bütün əhalini vaxtında evakuasiya edə bilməmişdi. (Yeri düşmüşkən, köçürüldüyü üçün deyil, evakuasiya adıyla əhalinin bir hissəsi Orta Asiyaya yük vaqolarında və bənzər şəraitdə gedib.) Milyonlarla sovet insanı elə onsuz da çöllərdə idi... Qızıl Ordu çöllərdə deyildi? Bəlkə partizanlar evdə oturub mübarizə aparırdılar? Öz ölkəsinə etibarsızlıq etmiş adamların partizanlardan, Qızıl Ordunun əsgər və zabitlərindən nəyi artıqdı?
2-si, ağ yalandır. Baycan demək istəyir ki, aparıb hara gəldi qum boşaldan kimi camaatı vaqonlardan boşaldıblar... Ağ yalandır. Məshəti türklərini üç türkdilli respublikanın – Qazaxstanın, Qırğızstanın, Özbəkistanın - kənd və qəsəbələrinə yerləşdiriblər. Ki, elə cəbhə bölgəsindən mülki əhali də eyni respublikalara evakuasiya edilirdi.
Yeri düşmüşkən, Qorbaçovun vaxtında millətçi özbəklər məshəti türklərinə əsl dəhşəti yaşadıblar. Əsl dəhşəti görmüş və Baycandan fərqli olaraq dəhşətin nə olduğunu bilən məshəti türkləri nə Stalindən, nə də sovet hökumətindən narazı deyillər. Bu haqda bir az sonra.
Bəli, o üç respublikanın kənd və qəsəbələrinə YERLƏŞDİRİRLƏR – çöllərə atmırlar.
Şəkillərdə: nasist qərargahında Xəzər dənizi bölgəsinin təsviri ilə tort bişiribər, Bakı və neft hissəsindən kəsib (yanılmıramsa) Hitlerə verirlər. Şəkillərdə görsənmir, amma sənədli kadrlarda görmüşəm o səhnəni.
“Dəhşətlərin” təsvirindən sonra Baycan yazır: “Qırılan qırılıb, qalan qalıb.”
Bax, əsl dəhşət Baycanın qəhbəcə yalanlarıdır.
Siz bilən Baycanın özünün təsvir etdiyi “dəhşətlərdə” nə qədər adam qırılar?
Yanı yük vaqonunda bir neçə gün yol getməklə, təbii ehtiyaclarını vaqonun bir küncündə yerinə yetirmək filan... bütün bu pis şəraiti nəzərə alsaq belə.... Necə düşünürsüz, necə nəfər ölər? Söhbət bu günün mamlımatan uşaqlarından getmir, o vaxtın unitaz görməyən adamlarından gedir.
Baycan, fikir verdizsə, elə tonda deyir ki, - “Qırılan qırılıb, qalan qalıb.” - sanki faşist ordusunun mühasirəsindən döyüşlərlə çıxmış sovet hərbi dəstəsindən bəhs edir...
Yaxşı niyə Baycan “Qırılan qırılıb, qalan qalıb” yazıb? Axı özü deyir ki, çox söhbətlər oldu. “Neujenni” o qədər söhbəti danışan, o qədər dəhşətləri danışan köçürülmüş xalqın nümayəndəsi bircə kəlmə də ölənlərin sayı haqda deməyib? Əminəm ki, deyib. Sadəcə o rəqəm Baycana sərf eləmir. O rəqəmi yazsa, gərək “Qırılan qırılıb, qalan qalıb” yazmasın. Amma ona lazımdır ki, mütləq “Qırılan qırılıb, qalan qalıb” getsin. Çünki onun məqsədi bir qarın dolusu yeməyə qarşılıq sovet vaxtını, Stalini ləkələməkdir. Nə isə “dəhşətli” bir şeylər uydurmalıdır oxucusu üçün. Həyatı boyu parabaş liberallardan, kəmsavad millətçilərdən nə eşidibsə - hamısını cəmləyib, köçürülmüş xalq üzərindən yeni bir söhbət kimi sırayıb internet-qəzetə və oxucusuna.
(Yeri düşmüşkən, Baycanın həmin bu yazısına görə ona qonorar verən internet-resursun rəhbəri də kimdirsə , o da parabaş əbləhdir.)
Haradasa bütün internet resurslar burjua dairələrinə xidmət edir. O cümlədən Vikipediya. Ona görə ağızlarına gələni yazırlar, yaza bilərlər. Şəxsən mən çox istərdim ki, hansısa vicdanlı tarixçi köçürülmə əsnasında neçə məshəti türkünün şərait ağırlığından öldüyünü araşdırsın. Mən də bilmək istəyirəm. Və dəqiq bilirəm ki, sovet hökuməti insana milçək kimi baxmayıb, hamının – dirinin də, ölünün də - dəqiq hesabatı gedib.
Azərbaycanlıya milçək kimi baxan elə YAP burjua rejimidir.
Məsələn mən bilirəm ki, Osmanlıda erməniləri köçürüləndə azı 50 min, Murad Bardakçının dediyinə görə isə 500 mindən çox erməni ölüb (ya öldürülüb). Ermənilər milyon yarıma qədər artırmışdılar, indi 15 milyona çatdırıblar. Axı onların da öz baycanları var, onlar da “dəhşətdir” deyib bir şeylər uydurmalıdılar.
Vikipediyadakı məlumata görə məshəti türklərinin ümumi sayı 550 mindir. (Neçənci ilin məlumatı olduğuna dair heç nə deyə bilmərəm.) Onlardan 105 mini Qazaxstanda, 110 minə yaxın Rusiyada, 100 minə yaxın Türkiyədə, 50 minə yaxın ABŞ-da, 38 mini Azərbaycanda, 30 mini Qırğızstanda, 10 minə yaxın Ukraynada, hətta Özbəkistanda 10-15 mini, Gürcüstanda isə 2-3 mini yaşayır.
Nə qədərini Baycan öz qafasında qırıbsa deyə bilmərəm, amma təxminən 550 min məshəti türkü törəyib qalanlardan. Yəqin ki, bura qeyri-türklərlə ailə quranlar, onların övladları daxil deyil.
Mən Rusiyada bir neçə məshəti türkü tanıyırdım. Birinin adı İsmail idi, əcdadlarının “atıldığı Orta Asiya çöllərindən” gəlmişdi. Olduqca mərd, canlara dəyən oğlan idi. Yaşda məndən xeyli böyük idi, elə bir yaxın dostluğumuz olmayıb, amma söhbətlərimiz olurdu. Heç vaxt “dəhşətlərdən” danışmayıb. Özü də mən elə vaxtdan danışıram ki, o illər dəbdə idi belə söhbəltər eləmək, Stalini ləkələmək, köçürülmüş xalqları qəhrəman və tamam günahsız, mələk çıxartmaq.
Köçürülmüş xalqları Baycanın sərəsmlədiyi kimi aparıb çölə tullamırdılar, hamısını bircə-bircə yerləşdirirdilər. Siyahıyla. Ən azı ona görə ki, onların müəyyən bir dövr üçün yaşayış yerlərini dəyişməyə haqqları olmayıb. Qalan, sovet vətəndaşına aid bütün haqqları, hüquqları olub. Məktəbdə oxumaq, ali məktəbə daxil olmaq, işlə təmin edilmək, təqaüdlə təmin edilmək və s... Bircə yaşayış yerini dəyişmək haqqları olmayıb. O da yuxarıda qeyd etdiyim səbəbə görə - dövlət təhlükəsizliyi maraqlarına görə.
Yeri düşmüşkən, niyə Gürcüstanın qərbçi hökumətləri məshəti türklərini vətənlərinə qaytarmırlar?! Niyə? Axı hələ amerikançı Saakaşvili söz vermişdi ki, məshəti türklərinin qayıtması üçün əlindən gələni edəcək, müqavilələr bağlanmışdı, qanunlar qəbul edilmişdi... Bəs necə oldu? Yalan dedilər. Gürcü qərbçiləri, liberalları azərbaycanlı qərbçilər və liberallar kimi bambılı deyillər, onlara həm də burjua millətçiliyi xasdır... Onlar Gürcüstana məshəti türklərinin qayıtmasını istəmirlər. Həm istəmirlər, hələ azərbaycanlıların da Gürcüsntandan birdəfəlik cəhənnəm olub getmələrini istəyirlər, həm də məshəti türklərinin torpaqları çoxdan ermənilər və gürcülər arasında bölüşdürülüb. Kimin torpağını kapitalizmdə əlindən almaq olar?! İstəsələr – olar. Amma istəmirlər, istəməyəcəklər.
Təsvir etdiyi bütün o “dəhşətlərdən” sonra Baycan başlayır məshəti türklərini məsxələyə qoymğa ki, onlar Stalini seviblər, Stalinə hörmət ediblər, edirlər, və onlara qarşı bir haqsızlıq olubsa, Stalindən xəbərsiz edildiyini deyirlər...
Sitat nömrə 9:
“Hamısı bir ağızdan cavab verirdi ki, əlbəttə, Stalinin bu hadisələrdən xəbəri yox idi. O, heç vaxt istəməzdi sovet vətəndaşları əziyyət çəksin. Hətta biri belə bir söz dedi ki, mənim iki (ola bilsin üç. Söhbət çoxdan olub. Səhv edə bilərəm. Vacib deyil, əsas hadisənin mahiyyətidir və sair və ilaxir .) qardaşım sürgündə öldü, amma anam ömrünün sonuna qədər Stalinin portretini divardan asdı.”
Söhbəti tutduz?
Əsəs Baycanın bu söhbətinə diqqət edin: “ola bilsin üç. Söhbət çoxdan olub. Səhv edə bilərəm. Vacib deyil, əsas hadisənin mahiyyətidir və sair və ilaxir”
Bunu adam yerinə qoyub söhbət edən türklərdən biri deyir ki, “iki qardaşı sürgündə ölüb”... Baycan isə möhtərzədə qeyd edir ki, “ola bilsin üç qardaşı, dəqiq yadımda deyil”.... Tutduz söhbəti?
Madam dəqiq yadında deyil, bəlkə bir qardaşı sürgündə ölüb? Bəlkə heç bir qardaşı sürgündə ölməyib? Bəlkə dostunun, qonşusunun bir qardaşından danışır?!
“Sürgündə ölmək”də dəhşətli nə var? Doğma diyarda ölmürlər? Hansısa bir qanunsuz əməli olub, məhkəmə qərarı ilə türməyə yox, sürgünə, yanı başqa bir yerə yaşamağa göndəriblər. Yaşayıb, yaşayıb, vaxtı çatanda ölüb. Hamımız vaxtı çatanda ölürük – evdə, çöldə, yolda, yuxuda, idmanla məşğul olduğumuz yerdə, yemək zamanı... Sovet hökuməti kiməsə həyat vaxtı biçir?!
Baycan gopçudur. Konkret! Adam gop eləməkdən, yalan danışmaqdan zərrə qədər çəkinmir. Soljenitsın kimi. Ümumiyyətlə, bu liberal-burjua ədəbiyyatçılarında tarixi hadisələrə, faktlara yanaşmada gopçuluq sənətinə baş vurma xüsusiyyəti var.
Məqsəd bir qarın yemək üçün yaxud Avropada sığınacaq almağı asanlaşdırmaq üçün Stalini ləkələməkdirsə, dəqiq yadında olmasa belə sürgündə ölən qardaş sayını artırmaq lazımdır. Ona görə “bir qardaşı” yazırsan “iki qardaş”, bunu da az görürsən, bir qardaşı “üç qardaş” da yazmağa çəkinirsən, ona görə “üç qardaş” məsələsini eliyirsən “dəqiq yadımda deyil”... Amma bilirsən ki, sənin oxucun elə “üç qardaşım sürgündə öldü” kimi qavrayacaq, başqalarına da “beş qardaşı sürgündə öldü” kimi danışacaq.
Ə, bəs deyirdin, “atdılar çölə, qırılan qırıldı”?! İndi deyirsən bir nəfərin iki, üç qardaşı olub... Yəqin bacıları da olub... Əcəb qırılmaqdır bu! Nə qədər qırılıbsa bir ailənin 2-3 qardaşı “sürgündə” yaşayıb, ölüb... Hələ anaları onları “sürügünə” yollamış adamın portretini ömrünün sonuna qədər divardan asıbmış... Bax həmin ananı fahişə-qələm-ustaları mazoxist çıxardırlar... Baycanın belə təsvir etməkdə çətinlik çəkdiyi “dəhşətləri” yaşatmış, bir neçə gün vaqon küncünə işətmiş, 2-3 övladını sürgündə öldürmüş rəhbəri sevən ana...
Söhbəti tutursuz?
Bir sürü parabaş fahişə özündən dəhşətlər uydurur, o “dəhşətləri” gözü ilə görmüş şahidlər isə həmin “dəhşətlərə” normal yanaşır, “dəhşətləri” yaşatmış rəhbəri sevir, ona görə fahişə ziyalıların gözündə olurlar mazoxist...
Bəlkə hər şey fərlqidir? Bəlkə həmin adamlar heç “dəhşət” yaşamayıblar, tam əksinə, həmin rəhbərdən qayğı görüblər? Bəlkə həmin adamlar dəqiq bilirlər ki, müharibə vaxtı satqınçılıq edən hər kəs müharibənin sərt qanunlarına görə güllələnir, amma onları güllələməyiblər, sadəcə köçürüblər, Türkiyə ilə sərhəddən uzaq başqa yerə, köçürəndə də o zamanə üçün normal sayılan şəraitdə köçürüblər, sonra da işlə, yeni yaşamaq yeri ilə təmin ediblər, bütün qayğılarını çəkiblər....?
Bizim antisovetçi, antistalinçi parabaşlar adətən “Sibirə sürgün elədi” həyasızlığını eliyirlər... Sanki Sibirdə insanlar yaşayıb eləmirlər, sanki Sibir nə isə dəhşətli, qorxunc bir yerdir... Həmin o məshəti türkü İsmayılla mən elə Sibir şəhərlərinin birinin universitetində tanış olmuşam....
İndi bu məhsəti türkləri ilə bağlı məsələ elədir ki, Sibirə yox e, isti , özü də başqa bir türk diyarına köçürüblər – Özbəkistana filana... Yanı burda “Sibir, soyuq, ağ ayılar küçədə” uydurmalarına sığınmaq da olmur.
Adamın “yazıçı”, “ziyalı”, “intellektual” statusları var, amma nə adamlığı, nə savadı, nə də analiz qabiliyyəti var. Bütün liberalları birləşdirən xüsusiyyətlər toplusudur.
Bu yaşa çatıb, qarşısına dikilənə “xəbərin var ki” deyir, amma liberal və milliyətçi yeniyetmə səviyyəsində sərsəmləyir.
Sürgün – bir cəza növüdür. Özü də çar Rusiyasında tətbiq edilirdi. Sürgünə çar rejimindən narazılığı olan dvoryanlar, zadəganlar göndərilirdi. Yanı “sürgün” humanist cəza növü hesab edilirdi. Çar öz zadəgan sinifinin nümayəndəsini asmırdı, türməyə salmırdı, əvəzində sürgünə - Sibirdə yaşamağa göndərirdi. Bu cəza növü indiki texnologiyalarla yaramır, amma o vaxt yarayırdı. Məqsəd zadəganı siyasi-ictimai həyatdan uzaqlaşdırmaq idi. İnternet yox idi, radio, televizor yox idi... Bir məktublaşma var idi... O da – Sankt-Peterburqdan Sibirə at araba poçtu gedib-gələnə qədər aylar keçirdi. Sürgün bir cəza növü kimi Avropada da olub, Osmanlıda da.
Stalinin özünü dəfələrlə Sibirə sürgün ediblər. İnqilabi fəaliyyətinə görə, işçi sinifinin, xalqın, kasıbın, məzlumun insan kimi yaşaması uğrunda apardığı mübarizəyə görə çar rejimi tərəfindən sürgünlərə göndərilib Stalin. Onun alicənab işlər üçün çəkdiyi cəzanı niyə taxıl zəmilərini, özü də çörəyin qıt vaxtı, yandıran qolçomaq çəkməsin?! Bəlkə sovet vaxtı sürgün edilənlər dekabristlərdən, Lenindən, Krupskayadan, Stalindən, minlərlə ləyaqətli, mərd inqilabçıdan artıq adamdır?
SSRİ-də də sürgündən bir cəza növü kimi istifadə edirdilər. Bu,elə bir “dəhşətli” cəza növü deyil. Hər halda illərlə türmədə çürüməkdən yaxşıdır. Sürgündə müəyyən azadlıqların qalırdı. Daha doğrusu bir yaşayış yerini dəyişməməliydin. Sürgün əbədilik deyildi, cinayətdən asılı olaraq müəyyən illər sürgündə, yanı əvvəlki yaşayış yerindən uzaqda yaşamalı və tərbiyyə olunmalı idin.
Məshəti türkləri sürgün edilməmişdi – köçürülmüşdü. Baycan söhbətləri qarışdırmırsa, özündən heç nə uydurmursa, deməli məshəti türkləri köçürülüb, amma aralarından kimlərsə də sürgün edilib. Deməli, onların konkret sübut edilmiş cinayət əməlləri olub. Bu haqda həmin adamların ailələrində dəqiq məlumatlar var ki, sovet hökumətindən, Stalindən qətiyyən incimirlər.
Baycan və onun Qərbdən gəlmiş kolleqaları düşüblər camaatın üstünə ki, Stalinə və sovet hökumətinə lənət oxu. Adamlar isə razılıq bildirirlər. Onda özlərini dahi sayan bu parabaşlar başlayırlar əsəbləşməyə, isteriya çıxarmağa ki, bəs siz necə də xəstə, mazoxist admasınız ki, Stalini və sovet hökumətini lənətləmirsiz.... Qrant “proyekti” çərçivəsində yemlənən parabaşlar anlamırlar ki, hər şeyi yaşamış, yaxud bilavasitə yaşamışlardan eşitmiş adamlar hadisələrə parabaşların uydurduqları söhbətlər üzərindən deyil, öz bildikləri həqiqətlər üzərindən yanaşırlar.
Adətən öz şəxsi həyatımdakı hadisələri yazılara daşımıram. Amma məcburən Sibir şəhərlərinin birində məshəti türkü olan İsmayılla bir universitetdə oxuduğum haqda yuxarıda qeyd elədim. Həmin universitetdə bir də məshəti türkü olan professor vardı – Murtazaoqlı. Soyadı idi. Rus dilində - Murtazaoqlı. Bizim ləhçədə olacaq Murtazaoğlu, ya Murtuzoğlu. Soyadını yazıram ki, biləsiz: adamın soyadını belə dəyişməyiblər, türksayağı soyadı ilə ailəsi yaşayıb. Hansı diskriminasiyadan söhbət gedə bilər? Baycan kiminsə, hansısa etnosun diskriminasiyasından, başlarına gətirilən dəhşətlərdən yazmaq istəyirsə, zərrə qədər kişiliyi varsa, ABŞ-da ömür boyu diskriminasiyaya uğramış hindulardan yazsın, 1980-lərə qədər diskriminasiyaya uğrayan qaradərililərdən yazsın, elə eyni illərdə yaponlara yaşadılan dəhşətlərdən yazsın... Yazmaz. Elə şeylərə görə pul, qrant vermirlər, qarın doyuzdurmurlar.
Həmin professor Murtazaoqlı Sibirdə nə edirdi? Orda doğulubsa, atası sürgündə olub, amma bu, onların normal yaşamasına mane olmayıb. Ya da Orta Asiyadan universitetə qəbul olmaq üçün gedib, oxuyub, universitetdə qalıb müəllim işləyib, professor rütbəsinə qədər yüksəlib. Yaş etibarı ilə 1944-cü ildə o “dəhşətli” yük vaqonlarında ya qundaqda olub, ya da anasının qoynunda. Hansı “dəhşətləri” yaşayıb bilmirəm, Baycan bilir elə şeyləri, amma fakt odur ki, sağlam kişi idi, sakit, təmkinli, onun nə vaxtsa, uşaq vaxtı, ana bətnində hansısa stress keçirdiyini, psixi travma aldağını heç kim deyə bilməz. Psixikası və ruhu hər halda o “dəhşətləri” yaşamamış Baycanın psixika və ruhundan qat-qat sağlam idi.
Həmin professor Murtazaoqlı heç vaxt o “dəhşətlərdən” danışmayıb. Onun leksiyalarına gedən tələbələri tanıyırdım, onlardan elə bir şey eşitməmişəm. Söhbət o illərdən gedir ki, universitetlərdə hər bir auditoriyada, yeri gəldi gəlmədi, dərs mövzusuyla bağlıdır ya yox, Stalinin Hitlerə tay olduğundan, bütöv xalqları məhv etdiyindən danışılırdı...
Murtazaoqlının iki bacısı oğlu da həmin şəhərdə oxuyurdular – Camal və Amiran. Hər ikisi ilə yaxın idik. Amiranla ümumiyyətlə dost idik. Bütün günü bir yerdə olardıq – kitabxanada, universitetdə, yataqxanada... Çörəyi bir yerdə yeyərdik, birlikdə əylənərdik, diskotekaya, bazlığa gedərdik... Gənc, tələbə nə edərsə - birlikdə edərdik. Əlbətdə, söhbət sağlam şeylərdən gedir, nəşədən filandan uzaq idik, idmanla məşğul olardıq. Hə, içərdik bir yerdə. Özü də babat içərdik. Eləmədiyimiz söhbət olmayıb. Mənə hər şey danışıb, ailələrində gedən söhbətləri, hətta nənəsinin televizorda müğənni Faiq Ağayevin mahnısına qulaq asanda “daşaklarını yeyerim” deməsini də.. (yaşlı adamlar sevgisini elə ifadə edərdilər, uşaqlara, nəvələrə qarşı). Amma ömründə bircə dəfə də olsa o mənə əcdadlarının yaşadıqları “dəhşətlərdən” danışmayıb. Halbuki həmin vaxtda dəb idi, total beyinyuma kampaniyası gedirdi, yerindən duran ağzına dürtülmüş yalanı tutuquşu kimi təkrarlayırdı.
Qayıdaq Baycana. Sitat nömrə 10:
“Bir başqası isə lap doqquzluğa vurdu. Dedi ki, əgər Stalin indi sağ olsaydı, mən öz oğlumla bir yerdə onun uğrunda ölümə gedərdim. Bəli, bunu o adam deyirdi ki, xalqı sürgün olunmuşdu. Yanımızda şotland əsilli bir ingilis vardı. Bu söhbətləri eşidəndə adam rəsmən məhv oldu. Özü də yaxşı vuran idi. Butulka əlindən yerə düşmürdü. On gün bir yerdə olduq, mən onu butulkasız, qədəhsiz, stakansız görmədim. Həmişə deyirdi: ey qafqazlılar, mənlə içmək sizə asan olmayacaq. Xülaseyi-kəlam, işimizi bitirəndən, müsahibələr alandan sonra getdik restorana ki, bir qismət çörək yeyək.”
Bax əsas məsələ budur: qrant “proyekti”nin pulu ilə restoranda bir qismət çörək yemək. Bütün edilən bu yazar fahişəliyi bir qismət çörək üçündür. Belə bir rəzil adamdır müasir Azərbaycan yazıçısı. Hələ utanmır bu liberal, milliyətçi tayfa, Səməd Vurğuna dil uzadır. Siz əvvəlcə öz “deşyovka”, mənasız konyunktur yazıçılarınızdan danışın.
Qərbdən gələn yazar-jurnalist də “xanıqadır”. Necə deyərlər, it günündə bir adamdı. Stalinə qarşı, SSRi-yə qarşı yazmaq üçün qrant layihəsi çərçivəsində işə cəlb edilmək üçün ən uğurlu namizəd. Baycanın mənəvi qardaşı. Sadəcə Baycan onun “xanıqa”lığın elə qələmə verir ki, sanki gəlib qafqazlıları görüb, gədəni dərd basıb, başlayıb dərddən içməyə... Xeyr, adam özü xanıqadır, gəlib düşüb Gürcüstan kimi içkinin bol, ucuz, keyfiyyətli olduğu yerə, şellənir özü üçün.
İndi siyasi-ictimai məkanda ən asan şey nədir? Bəli, Stalinə və SSRİ-yə qarşı danışmaq. Ən asan və pula gedən şey. Məshəti türkünə nə düşüb ki, ən çətin yükün altına girsin, “əgər Stalin indi sağ olsaydı, mən öz oğlumla bir yerdə onun uğrunda ölümə gedərdim” desin?! Nə düşüb? Stalinin vaxtında bu tərzdə danışanlar olub, onlara şəbədə qoşursunuz ki, qorxublar, yaltaqlıq ediblər və s... Yaxşı indi necə, indi də qorxudan, yaltaqlıqdan danışırlar? Tam tərsi, indi qorxaqlar və yaltaqlar Stalini və SSRİ-ni söyür.
Problem nədədir? Baycan və onun Qərbdən gəlmiş mənəvi qardaşı Stalin və SSRİ haqda uydurulmuş hər bir əfsanəni mütləq həqiqət kimi qəbul edib. Və gözləyirlər ki, başqaları onların mütləq həqiqət saydıqları şeyə onlar kimi münasibət bildirsinlər. O adamlar isə bütün o tarixi ya özləri yaşayıblar, ya da bilavasitə yaşamış adamlardan eşidiblər.
Cənab Baycan inana bilmir ki, yerlərdə hansısa məmurun, icraçının etdiyi haqsızlıqdan Stalinin xəbəri olmayıb. İnana bilmir, ona görə də Stalinə inanan adamları qınayır. Yəqin onlara da “xəbəriniz varmı ki” deyib... Əsl Baycanın xəbəri yoxdur ki, doğrudan da Stalin o boyda ölkədə baş verən hər bir hadisənin, xüsusilə müharibənin qaynar çağında baş verən hadisənin detallarını 100% bilməyib.
Yeri düşmüşkən, Qafqaz xalqlarının köçürülməsinin baş icraçısı Dövlət Müdafiə Komitəsinin Şimali Qafqaz üzrə komissiyasının üzvü İvan Serov olur. Stalin öləndən/öldürüləndən sonra Xruşşovla çox yaxın olur. Lakin xarici (Britaniya, ABŞ) kəşfiyyatla əlaqələri olduğuna ciddi şübhələr yaranır, onun vəzifəsini kiçildirlər, sonra isə ümumiyyətlə işdən çıxardırlar, müharibə vaxtı aldığı Sovet İttifaqı qəhrəmanı adı əlindən alınır. (Kim bilir, bəlkə həmin Serov elə məshəti türklərini köçürülməsini icra eliyəndə xarici kəşfiyyatla əlaqəsi olub, insanları nahaqdan incitməyi də olub ki, sovet hökumətindən narazı salsın?! Axı bunu 1930-cu illərdə trotskistlər çox aktiv şəkildə edirdilər!)
1944-cü il, sovet ordusu əks-hücumda, savaşın qeosiyasi aspekti var, Stalin daima başqa ölkələrin rəhbərlərilə, diplomatlarla təmasda, daima partizan dəstələrilə təmasda, daima iqtisadi problemləri həll edən komanda üzvlərilə təmasda... bütün sutkanı bu və ya digər məsələlər ilə bağlı kimlərləsə görüşüb, telefonla danışıb, dünyanın hər yerindən gələn kəşfiyyat məlumatlarını götür-qoy edib... Sutka ərzində bəlkə də 2-3 saat yatıb. Ki, şəkillərindən də müharibə vaxtı çox qocalmış və yorğun görünür.) Baycana nə var e, bir qarnının dərdini çəkir... Stalin on milyonlarla insanın təhlükəsizliyinin, qarnının dərdini çəkirdi, xalqının gələcəyinin dərdini çəkirdi, planetin ən azı yarısının dərdini çəkirdi. 
Bizim bu balaca Azərbaycanda cənab İlham Əliyev hər şeyə nəzarət edir, edə bilir? Bu qədər texnologiya var, istədikləri adamı, məmuru izləyə bilərlər. İnternet var, istədiyi məlumatı ala bilər... Bu qədər geniş imkanlarla, texnologiya ilə balaca bir ölkədə az-maz görülən işlərin icrasına düz-əməlli nəzarət edə bilmir, Stalin planetin yarısında cərəyan edən hadisələri izləyirdi, hər bir qərarının icrasını təfərruatlarına qədər izləmək imkanı ola bilərdi 1944-cü ildə?
Baycan yazır (sitat 11) : “Həmin şotland əsili ingilis susmuşdu. Çox düşüncəli görünürdü. Arada bizə sual verirdi: axı onlar necə belə düşünə bilirlər? Biz də deyirdik ki, əşi çox ürəyinə salma, adamdı da, qocalıblar, propaqandanın qurbanlarıdır. Yeməyini ye zad.”
Hə, əsas odur – “yeməyini ye zad”. Əminəm ki, bu, Baycanın həyat kredosudur, o elə özünə də “yeməyini ye zad” deyir. Burda propaqanda qurbanı varsa – o da Baycan və onun Qərbdən gəlmiş alkaş kolleqasıdır.
Nəyi necə düşünə bilərlər? Bilirsiz Baycan və onun “şotland əsili ingilis” kolleqası nəyə yanıb tökülürlər? Milyardlarla pul xərclənib beyinlərin yuyulması üçün, keçmiş sovet məkanında insanlara 30 ildir ki total psixoloji təzyiqlər edilir ki, min cür yalanlar, böhtanlar uydurulub tirajlanır ki, Stalini və sovet sosializmini iblisləşdirsinlər, umduqları nəticəni isə ala bilmirlər....Ona görə yanıb yaxılırlar. Onlar insanları özlərindən də betər manqurt görmək istəyirlər... Onlar özlərindən də manqurt olan insanların gözündə yazar, ziyalı, intellektual, dahi, fikir sahibi, ədəbiyyatçı, nə bilim nə zırtçı görsənsinlər. Ancaq Baycandan da kəmsavad və manqurt oxucu Baycanı fikir sahibi hesab edə bilər. Və onlar istədikləri manqurtluğu insanlarda görməyəndə heyfslənirlər.
“Qocalıblar daa, propaqanda qurbanıdılar” dediyin ağsaqqalar ağıllıdılar, müdrikdilər, ləyaqətlidilər... Sən hardan bilərsən müdrikliyin və ləyaqətin nə olduğunu!?
O qocalar hər şeyi gözlərilə görüblər, ruhları ilə yaşayıblar. O qocalar indki dövrü də görürlər və bilirlər ki, yük vaqonunda ailənlə bir yerdə bir neçə gün yol getmək, vaqonun küncünə işəmək kapitalizmin bu “dəhşətlərilə” müqayisədə adi bir gəzintidir.
Yeri düşmüşkən, sovet hökumətinə qədər bizim kəndlilərin demək olar ki, tualeti olmayıb, yay-qış – təbii ehtiyaclarını təbiətin qoynunda yola veriblər. Sovet hökumətindən sonra başladılar qarğıdan-marğıdan, taxtadan tualet tikməyə, çox vaxt həyətin bir küncündə elə “şalla-malla hasarlayıb” bağlı bir yer quraşdırardılar. Yanı bu gün unitazsız tualeti təsəvvür eliyə bilməyən nəsil üçün vaqon küncündə “bayıra çıxmaq” doğrudan da “dəhşət” görünə bilər.
Şəkildə: Tuva türkləri müharibədə. Avropa faşistləri onlardan çox qorxurdular, onlara "qara ölüm" deyirdilər... onları Attilanın döyüşçüləri ilə müqayisə edirdilər. Tuva türkləri müharibədə kişi kimi vuruşdular, cəbhə üçün də böyük miqdarda maddi yardım edirdilər. Stalin onların ölümün üstünə getdiyini eşitmişdi, ona görə bu azsaylı xalqın canlı itkidən qorumaq üçün 1944-cü ildə onları geriyə, Tuvaya göndərirlər.... Bax belə bir "insan taletini vecinə almayan" rəhbər idi Stalin.
Baycanın növbəti abzası (sitat nömrə 12):
“Bildiyiniz kimi faşist Almaniyasının SSRİ-yə hücumundan sonra Stalin öz çıxışında qardaşlar və bacılar, mənim dostlarım ifadəsin işlətmişdi. Amansız repressiyalar, qorxu mühütü, xəbərçilik, danosbazlıq, üzədurmalar insanları o qədər əldən salmış, o qədər rəzilləşdirmişdi ki, hətta müharibənin başlamasına sevinənlər də vardı. Nə qədər qəribə olsa da bu olubdur. Bəziləri isə Stalinin çıxışını eşitdikdə düşünürdülər ki, artıq Stalin dəyişib.Vəziyyət onu dəyişməyə məcbur edib. Əlbəttə, insanların qanına susamış, yüz minlərlə insanın həyatını məhv etmiş bir adamın birdən-birə qardaşlar və bacılar, mənim dostlarım ifadəsi işlətməsi müxtəlif hisslər doğurmalı idi. Bu cürə ifadələr işlətmək Stalinin üslubuna heç cür uyğun deyildi. Bir sovet filmi var. Yaddaşım aldatmırsa Lelinqradın mühasirəsindən bəhs edən “Mühasirə” filmi olmalıdı. Həmin filmdə adamlar radionun başına yığışıb Stalinin çıxışın dinləyirlər.”
Baycan yenə şüvənlik eliyir. Onun təsvir etdiyi vəziyyətlə, o şəraitdə və şərtlərdə yaşayan xalqla Böyük Vətən müharibəsində qalib gəlmək olmazdı. İndiki kapitalist Azərbaycanla o vaxtın SSRİ-sini dəyişik salır. Qəsdən. İşçi sinifi həmin vaxtda qorxu içində SSRİ-də deyil, ABŞ-da yaşayırdı.
Bəli, Stalin xalqa müraciətində “bacılar və qardaşlar” demişdi. Amma müraciətin əvvəlində “yoldaşlar”, “vətəndaşlar” deyir.
Ölkənin rəhbəri müharibənin başlanmasını xalqa xəbər verməlidir. Özü də nasist Almaniyasını qıcıqlandırmamaq üçün son günə qədər mətbuat elə təbliğat aparıb ki, işçilər, xalq Almaniyanın hücumunu qətiyyən gözləməyib. Stalin və sovet rəhbərliyi, səlahiyyətli şəxslər gözləyirdilər, bilirdilər, hazırlaşırdılar, nasist Almaniyasının hücumuna bir ay qalmış sərhəd qoşunlarına göndərilən direktivalardan da bəlli olur ki, hücum gözlənilirdi. Xalqın rahat yaşamasına mane ola biləcək, narahatlıq doğuran xəbərləri isə “efirə vermirdilər”.
Təsəvvür edin ki, heç nədən xəbəri olmayan birinə doğmasının xəstə olduğunu deməlisiz, yaxud nəsə pis bir xəbəri çatdırmalısız. Əlbətdə ki, çalışacaqsız ki, müraciəti elə qurasız ki, qorxutmayasız, həm də dəstək olasız, ürək-dirək verəsiz. Stalin bir ölkə rəhbəri kimi xalqına xitabən “yoldaşlar, vətəndaşlar, bacılar və qardaşlar, Qızıl Ordunun döyüşçüləri, dostlar” deyir... Bunda qeyri-adi nə var!? O ağır günlərdə xalqına müraciətdə “ayə, ay camaat”mı deməli idi?!
Cənab Baycan, “xəbərin varmı ki”, SSRİ-də “yoldaşlar”, “vətəndaşlar”, “dostlar”, “bacılar, qardaşlar” adi, yayılmış, hər səviyyədə müraciət idi?! Bunda qeyri adi nə var!?
Şüvənlik və cığallıq edən Baycan hər hadisəni elə təqdim edir ki, guya Stalin camaata zülm edib, camaatı it yerinə qoymayıb, amma işi çətinə düşən kimi camaata yaltaqlanaraq “qardaşlar, bacılar, dostlar” deyib...
Üstəlik, “bacılar və qardaşlar” müraciəti rus-pravoslav mədəniyyətinə xasdır, Rusiyada elə çar dövründə də işlədilib.
Tutalım ki, Stalin hər gün, hər dəqiqə, hər müraciətində “qardaşlar və bacılar”, “qardaş”, “bacı” deməyib. Ki, bu da çox normaldır. Bəlkə Baycan elə bir dövlət başçısı tanıyır ki, xalqa gündəlik müraciətində “qardaşlar və bacılar” deyir?!
Ölkə rəhbərinin xalq və ölkə üçün ağır bir vaxtda gündəlik müraciətindən deyil, başqa bir, xalqı ətrafında daha da sıx birləşdirə biləcək yaxud xalqa vəziyyətin ağırlığını izah edə biləcək müraciətə əl atması olduqca normaldır. Bütün rəhbərlər ağır gündə xalqa bir az fərqli müraciət edirlər. Lap elə sadə insanlar. Bir gün bir hadisə baş verir və sən gündəlik müraciətində adından başqa heç nə demədiyin bir dostuna, yoldaşına ağır söhbətə girişi “qardaş, sənə deyəcəyim var” müraciətilə başlayırsan. Bu o demək deyil ki, sən ona yaltaqlanırsan.
Xalqı insanlıq tarixinin ən ağır müharibəsinə səfərbər etmək lazım idi. Baycanın yaxşı dövlət başçısı, ideal dövlət başçısı hesab etdiyi hər bir kəs gündəlik müraciətə deyil, nə isə yeni, başqa, əlavə müraciətə əl atacaqdı. Və bu, onların xalqa yaltaqlıq etməsi anlamına gəlməyəcəkdi.
Adi bir idman komandsı – futbol, xokkey, voleybol, həndbol və s. – final və yaxud başqa çox vacib saydıqları oyundan əvvəl bir yerə toplaşırlar, bir-birinin çiyninə sarılırlar, qucaqlaşırlar, “and içmə” ritualı kimi bir şeylə edirlər... Nə üçün? Səfərbər olmaq üçün. Hələ bu, görünən tərəfdir. Bəlkə də soyunma otağında trenerləri onlara “qardaşlar” müraciəti də edir final oyunu qabağı. Qorxduğu üçün edir? Səfərbər, diqqətli, hazırlıqlı olmaq üçün.
İndi təsəvvür edin ki, sovet insanları, işçiləri öz rahat həyatlarını yaşayırlar, sovet uşaqları sevinir, oynayır, məktəb sezonu bitib, pioner düşərgəsinə, kimsə də nənəsi gilə kəndə istirahətə getməyə hazırlaşır... Bütün bu xoşbəxt abhava şəraitində - ki, həqiqətən də elə olub, Baycanın tutuquşu kimi təkrarladığı əfsanələrdəki kimi yox – dünyanın ən güclü ordusu, üstəlik ona qoşulmuş digər faşist ölkələrin orduları SSRİ-yə hücum edir və ilk gündə hər iki tərəf anlayır ki, bu müharibə çox ağır müharibə olacaq.... Və Stalin çıxıb xalqa bunu elan etməlidir. Ölkə rəhbəri elə etməlidir ki, bir tərəfdən xalqı qorxuzmasın, xalqa ümid versin, könül rahatçılığı versin, o biri tərəfdən də məsələnin ciddiliyini xalqa anlatsın. O şəraitdə Stalinin istifadə etdiyi bütün kəlimələr yerində idi. Stalin müraciətlərini, çıxışlarını özü yazırdı, indiki rəhbərlər kimi, burjua rəhbərləri kimi bir ştat spiçrayter saxlamırdı.
Baycanın əl atdığı bütün fikirlər içi boş və mənasız söz oynatmalarıdır... Rəzil vəziyyətdə olan sovet insanları deyildi, rəzil vəziyyətdə olan sənsən, cənab Baycan.
Bu qısır yaradıcılıqla ad-san qazanıb. Onun liberal, antistalinçi, burjua aşiqi olması çox normaldır. Bu qısır yaradıcılıqla Stalinin sosializmində onun üzünə bütün mətbuatın qapıları bağlanmış olacaqdı. O bu cür şüvənliklə, cığallıqla, gopla ancaq və ancaq kapitalist cəmiyyətdə girələnə bilər.
Müharibənin bəlkə də ilk günündə o “mədəni Avropanın” tərəfinə keçəcəkdi. Bir gün ac qalmamaq üçün.
Baycan deyir ki, “Bu cürə ifadələr işlətmək Stalinin üslubuna heç
cür uyğun deyildi.”
İşlədiyi mövzudan qətiyyən başı çıxmayan qələmçi özünü elə aparır ki, guya Stalinin üslubundan xəbəri var. Stalinin fəaliyyətini, əsərlərini, məqalələrini, çıxışlarını didik-didik etməyə bir ömür həsr edən tarixçilər, mütəxəssislər belə bu əminliklə danışmır. “Bu cür ifadələr”. Hansı cür?
Hamıya tövsiyyə edirəm, internetdən tapın, Stalinin o məhşur müraciətini dinləyin. “Yoldaşlar” deyir. “Vətəndaşlar” deyir. Hər iki ifadə gündəlik, hər yerdə, hər kəsin istifadə etdiyi müraciət qaydasıdır. “Qızıl ordunun döyüşçüləri” deyir. Bəs nə deməli idi, baş komandan kimə müraciət etməli idi!? Hə, bir də “dostlar” və “qardaşlar və bacılar” deyir. Bu ifadələr də gündəlik də olmasa, ara-sıra sovet cəmiyyətində işlədilən müraciət forması idi. Çar Rusiyasından qalma ənənə idi.
Lap elə bil Stalin ilk dəfə bu müraciətlərdən istifadə etdi. Məgər gündə müharibə olurdu? Hər gün SSRİ-yə dünyanın ən güclü ordusu hücum edirdi? Bir dəfə etdi və vəziyyətə uyğun ölkə başçısı bütün müraciətlərinə başqa müraciət də əlavə elədi. Bunda qeyri-adi nə var!?
“Demokratik” liderlər xalqa hər gün müraciət edirlər və hər müraciətində “qardaşlar və bacılar” deyirlər?!
Yazar nə qədər rəzil gədə olmalıdır ki, dahi şəxsiyyəti qaralamaq üçün harasındansa bu cür mənasız fikirlər çıxartsın!?
Stalin tarixdə ilk dəfə sosializm qurur. Ən ağır şəraitdə və şərtlərdə sənayeləşmə və kollektivləşmə, mədəni inqilab, təhsil inqilabı həyata keçirir... Müəyyən bir tarix kəsiyində hər 5 dəqiqədə bir zavod işə düşür... Stalin şaxtaçı qədər maaş alır, nazirləri isə şaxtaçılardan da az, fəhlələr qədər... Stalin bir qəpik rüşvət almır... Stalinin gördüyü işlərin miqyası çox genişdir, saymaqla bitməz... Stalin hətta Azərbaycanda rüşvətin kökünü kəsir. Stalin o qədər işlər görür – Baycan birinin də adını çəkmir. Tipik liberal kimi Qərb xüsusi xidmət orqanlarının hazırladığı və dövriyyəyə buraxdığı bir paket yalan, söz oynatması var, elə tutuquşu kimi onları təkrarlayır... Nəymiş, yüz minlərlə adam öldürübmüş... Sənin gözünün qabağında ABŞ bu gün yüz minlərlə günahsız adam öldürür. Axı sən günahsız öldürülmüş adam dərdi çəkənə oxşamırsan!
Sağ olsun, heç olmasa “milyonlarla”, “on milyonlarla” yazmayıb. Yaza da bilərdi.
“Xəbərin varmı ki”, onların əksəriyyətinin hökmünü konkret cinayət əməlləri, sinfi mübarizənin sərtləşdiyi və ağır müharibəyə hazırlıq vaxtı verib!? Bəli, əməlləri və tarixi zaman! Stalinin özünü zamanın çağırışları yönləndirirdi.
Bəli, günahsız insanlar da nahaq yerə cəza çəkib, güllələnib. Amma bu cür səhvlər hansı ölkədə olmayıb, olmur? Bəlkə ABŞ-da olmayıb? “Xəbərin varmı ki”, eyni illərdə ABŞ-da daha çox günahsız insan öldürülüb? Özü də ABŞ-da heç bir sinfi mübarizə getməyib, stabil, oturuşmuş kapitalizm şəraiti olub, müharibə ocaqlarından uzaq, təhlükəsiz yerdə...
“Xəbərin varmı ki”, sənin kimi qərbçi liberal Boris Yeltsinin baş prokuroru Kazannik “Stalin milyonlarla günahsız insan öldürüb” nağıllarının dəb olduğu illərdə kommisiya yaradır, araşdırır və rəy verir ki, “Stalinin vaxtında qanunilik pozulmayıb”? Hələ Xruşşovun bütün dövlət arxivlərini “təmizlədiyindən”, Qorbaçovun, Yakovlevin, Yeltsinin xüsusi olaraq bu “işlərdən” ötrü ayırdığı məxvi “əməkdaşların” dövlət arxivlərinə bir sürü saxta sənəd atdıqlarından sonra baş verib bu.
Sosialist qanunvericiliyinin kapitalist qanunvericiliyindən prinsipial fərqləri var. Bu, Baycanın paslanmış başına batmaz. Misal üçün, sən kapitalizmdə alver edə bilərsən, amma sosializmdə alverçini həbs edəcəklər, “sürgünə” göndərəcəklər, “repressiya” edəcəklər.
Güllənən o “yüz minlərlə” insanın hamısını filosofmu zənn edirsən? Bu gün təkcə bu balaca Azərbaycanda təkcə rüşvətxorları və korrupsionerləri güllələyəsi olsan neçə “günahsız filosof” edəcək?!
Sonra cənab Baycan keçir ədəbiyyatçılığa və bədii əsərləri öz qafasına uyğun interpretasiya edərək haqlı olduğunu göstərməyə çalışır.
Əvvəlcə adını da düzgün xatırlamadığı filmə istinad edir. Guya filmdə qız görüb, o qız Stalinin “qardaşlar və bacılar” müraciətinə gülümsəyib.... Mən o filmi araşdırmayacam. Ehtiyac görmürəm. Dəqiq bilirəm ki, sovet vaxtı belə düşük film çəkməzdilər. Çünki həqiqəti əks etdirmir. Yəqin Rusiyanın kapitalist dövründə çəkilib ya da Qərbdə. Hər nəysə, məlumdur ki, Stalini gözdən salmaq, SSRİ-nin möhtəşəm zəfərinə kölgə salmaq üçün çəkilən minlərlə filmlərdən sadəcə biridir. Qoca, müdrik, bütün bu yaşananları düzgün analiz etmək üçün kifayət qədər vaxtları olmuş məshəti türkləri üçün “propaqanda qurbanı” deyən Baycan bu dəfə müharibənin ilk, çox gərgin, qeyri-müəyyənliklə dolu günlərində ölkə başçısının müraciətinə gülümsəyən bir qız tapır... Hansı ki, təsadüfən və möcüzə nəticəsində “propaqanda qurbanı” olmur. Düşünün. Sakit şəraitdə çoxdan yaşananları analiz etmiş müdrik məshəti türkləri propaqanda qurbanıdır (çünki liberal-demokrat Baycanla həmfikir deyillər), amma o şəraitdə, o soxasoxda və “dəhşətli qorxu içində böyüyən, yaşayan” bir qız “propaqanda” qurbanı olmur...
Lap tutalım ki, doğrudan da bir qız bədii filmdə deyil, real həyatda kinayəli gülümsəyir, hə noolsun? Bu nəyin göstəricisi ola bilər ki?! Bəlkə Azərbaycanda hamı cənab İlham Əliyevi sevir, o danışanda kinayəli gülüb eləmir? Bəlkə Saakaşvili prezident olanda bütün gürcülər onu sevirdi? Bəlkə ABŞ prezidentlərini hamı sevir? Bəlkə Türkiyə rəhbərini hamı sevir?
Kinayəli gülübmiş... Stalindən sözsüz ki, əclaflar narazı idilər. Bunda qeyri-adi nə var? Elə bir dövlət başçısı yoxdur ki, ondan hamı razı olsun. (Dubayda, orda-burda özünü satan qızların arasında da yəqin Stalinə kinayəli gülənlər var.) Məsələ başqadır. Məsələ narazı olanların kimliyindədir. SSRİ-nin işçi sinifi, fəhlələri Stalindən yerdən göyə qədər razı idilər. Amma burjua liderlərindən ancaq kapitalistlər və onların süfrəsindən dolanan kəsim razı olur.
İstedadsız, liberal ədəbiyyatçı necə olmalıdır? Bəli, Soljenitsın kimi. Azərbaycan səviyyəsində Baycan kimi.
Özü kimi ədəbiyyatçıların yazdıqlarını tarixi fakt kimi göstərməyə başlayır.
Stalin dəyişib neyləməli idi? Kapitalizmə dönməli idi, burjua elementlərinə və vətən xainlərinə qarşı yumşalmalı idi?
Söhbət 1937-ci ilin repressiyalarından gedirsə - günahsız insanların güllələnməsində əli olan bütün vəzifəli şəxslər işindən azad edilir, gülllələnir. 1938-ci ildə daxili işlər xalq komissarı vəzifəsinə təyin edilmiş Beriya sələfi Yejovun bütün özbaşnalığının nəticələrini aradan qaldırmağa başlayır. Stalin Beriyanı etibar etdiyi biri kimi bunun üçün Gürcüstandan Moskvaya gətirir. Beriya əks-inqilabçı kimi həbs edilmiş bütün işləri araşdırır, bütün günahsızlar həbsdən azad edilir. 1938-də keçmiş NKVD “rəisi” Yejovun özünü həbs edirlər, bir il istindaq, məhkəmə gedir və onun özünü güllələyirlər.
İlham Əliyevin milli təhlükəsizlik naziri Eldar Mahmudovun bütün işlərindən xəbəri var idi?! Hələ bu günkü texnologiya ilə...
“Dəhşət” odur ki, heç bir lüzum olmadan ABŞ Hirosima və Naqasakiyə atom bombaları atdı, yüz minlərlə günahsız insan öldü, şikəst oldu... Və bu günə qədər heç kim ABŞ “dəhşətləri” haqda araşdırma aparıb, məqalələr yazmaq üçün qrant ayırmır. Yox, qrant “proyektləri” olur, amma elə istiqamətdə olur ki, hətta Yaponiya əhalisinnin bir qismi elə bilir ki, atom bombasını onların başına ABŞ deyil, SSRİ atmışdı.
Cənab Baycanın istinad etdiyi Konstantin Simonovun anası burjua sinifindən olur, ola bilsin ki, aldığı burjua tərbiyyəsi özünü Xruşşovun vaxtında biruzə verir. İstinad etdiyi əsər 1959-cu ildə, Xruşşovun diktaturasının ən möhkəm vaxtında yazılıb. Yanı konyunktur xarakterlidir. Xruşşovun antistalinçi, destalinizasiya dövründə, Xruşşova yaltaqlıq üçün yazılmış bir cızma-qaradır. Stalini qaralamaq üçün antistalinçi Xruşşovun siyasətinə uyğun yazılmış cızma-qaraya tarixi həqiqət kimi istinad edir.
Amma Baycan öz oxucusuna inanır, öz oxucusuna alışıb, öz oxucusunun məzmununu bilir, əmindir ki, heç kim Simonovu tanımır, o əsəri oxumayıb, o əsərin hansı şəraitdə və nə üçün ərsəyə gəldiyini bilmir, bilməyəcək, araşdırmayacaq... Ona görə də basır e gopdan....
Simonovun antistalinçi dövr üçün yazdığı mənasız cızma-qaradakı personajın adından liberalların əzbərini buraxır: “Stalin dəyişib eləməyib. Elə həmənki adamdı.Onun üçün insanın ölümü, insan taleyi heç bir əhəmiyyət daşımır.”
Deyirəm axı, burjua liderləri üçün insan taleyi böyük əhəmiyyət kəsb edir. Ona görə də minlərlə azərbaycanlı qadın bu gün orda-burda özünü satır. Ona görə Baycan fahişə qələmoynadandır. Ona görə Baycan kimi minlərlə fahişə qələmoynadan var. Ona görə 9 milyonluq Azərbaycanda hər gün iki insan çarəsizlikdən, ümidsizlikdən intihar edir. Ona görə hələ müasir dövrdə ABŞ İraqda milyon yarım insan öldürdü. Ona görə Yaxın Şərq bu günə düşdü.
Stalini, tam tərsi, elə insan taleyi maraqlandırırdı. Stalin işçi sinifinin, ləyaqətli, alın tərilə yaşamaq istəyən hər kəsin taleyinin yaxşı olması üçün mübarizə aparırdı.
Stalinin – 30 ilə yaxın o boyda ölkəyə rəhbərlik etmiş şəxsin – bütün mal-mülkdən cəmi bir neçə paltarı vardısa, deməli onun mübarizəsi sırf insan, işçi taleyi üçün olub.
Stalini insan taleyi maraqlandırmasaydı iqtidarda möhkəmlənəndən sonra elə Qorbaçov, Yeltsin, Putin, Nazarbayev, Əliyevlər kimi eliyərdi: bir bəhanəylə kapitalizmə dönərdi, övladlarını, əqrabasını mal-mülk sahibi eliyərdi... Axı özünüz deyirsiz ki, onun kəsdiyi başa sorğu-sual yox idi, istədiyini, ağlına gələni eliyirdi. Dünyadakı bütün müharibələr, qəddarlıqlar, pisliklər, insan taleyi ilə oynamalar, işçi haqqlarını pozmalar mal-mülk üçün edilmirmi?!
Necə düşünürsüz, tarixi şəxs haqda rəyi hansısa ədəbiyyatçının bədii əsərinə istinad edərək bildirmək olar?!
1953-cü ildə Stalin vəfat edir/etdirilir. 1956-ci ilə qədər Simonov (yaxud başqası) bir kəlmə də Stalin haqda mənfi fikir söyləmir. 1956-cı ildə Xruşşov 20-ci qurultay işini bitirdikdən sonra o məhşur “şəxsiyyətə pərəstiş” hesabatını oxuyur. Stalin haqda danışılan nə qədər yalan, böhtan varsa, əksəriyyətinin qaynağı Xruşşovun həmin o hesabatdır.
ABŞ professoru Fer Qrover “Antistalinçi əclaflıq” kitabında Xruşşovun hesabatında səslənmiş fikirlərin hamısının külliyən yalan, böhtan və saxta olduğunu göstərir. Rusiyada və başqa ölkələrdə də çox sayda tarixçilər var ki, Stalin haqda uydurulmuş bütün əfsanələri darmadağın edib.
Cənab Baycan Simonovun romanındakı personaja istinad edir, həmin personajı Simonov Xruşşovun hesabatına istinad edərək yaradır. Həmin fikirlər birəbir Xruşşovun hesabatındandır. Baycan psevdoədəbiyyatçı olduğundan bədii əsərə istinad edir. Onun niyyətində olan musavatçı və liberal tarixçi isə birbaşa Xruşşovun hesabatına istinad edərdi.
1956-cı ildən başlayaraq Xruşşov həmin o Jukovun köməyilə təkbaşına iqtidar yaratmağa başlayır və artıq 1959-cu ildə təkbaşına rəhbər olur. Simonovun əsəri həmin il yaradılır. Bəlkə də Xruşşovun tapşırığı ilə.
Qrover isə tarixi sənədlərlə işləyib, faktlarla danışır, “Antistalinçi əclaflıq” kitabını da 2007-ci ildə yazıb. Onun kiməsə yaltaqlıq etməyə marağı olmayıb, tam əksinə, bir neçə dəfə dediyim kimi, yaltaqlar indi Stalinə qarşı danışmaqla məşğuldular.
Yeri düşmüşkən, ABŞ-lı konservativ publisist David Qorovits Qroveri “100 ən təhlükəli alim” siyahısına salıb.
Baycan Xruşşovun sifarişi ilə, Xruşşovun hesabatına, yalanlarına uyğun yazılmış bədii əsərə elə tonda istinad edir ki, sanki məlumat mənbəyi “göydən endirilmiş” mütləq həqiqətdir.
Mən daha mötəbər şəxsə istinad edəcəm. Serqey Lopatnikov adında bir fizika alimi var, hal hazırda ABŞ-ın Delaver universitetində baş elmi işçi işləyir. Görün Lopatnikov nə deyir:
“Stalinin ölümündən sonra onun hörmətdən salınması üçün on milyardlarla dollar xərclənib, ilk növbədə SSRİ-də və Rusiyada. Minlərlə psevdo-tarixi filmlər çəkilib, neçə-neçə dağ yalanlar qalanıb, bütün dünyada minlərlə “tarixçi” insanların beynini yuyurlar, uşaqlar üçün Stalindən qorxunc bir şey düzəldirlər. Təəccüblü deyil. Dünyanın bütün alçaqları cəmi 19 ilə ölkəsinin sənaye istesalını 70 dəfə artırmış, ölkəsini afrika səviyyəsindən dünyada ikinci, bir çox parametrlərə görə isə birinci dövlət səviyyəsinə qaldırmış insana nifrət edirlər. Maraqlısı odur ki, artıq hətta Qərbdə, ABŞ-da həqiqəti anlamağa başlayan insanlar əmələ gəlməyə başlayıb. Stalin və onun epoxası haqda faktlar öyrəndikcə onun dahiliyi daha da çox üzə çıxır. Bu gün mənim üçün Stalinə münasibət – ağıl və düzlük meyarıdır. Antistalinçi ya kəmsavad səfehdir, ya da əclaf. Üçüncü şey ola bilməz.”
Lopatnikov alimdir, adını-sanını öz alın tərilə qazanıb. Hər halda Baycandan daha nüfuzlu adamdır.
Xruşşov SSRİ tarixində ilk dəfə fəhlələrə, özü də haqlı narazılıq bildirən fəhlələrə güllə atan adamdır. Onun yalanları ilə yola çıxıb Stalin haqda “Onun üçün insanın ölümü, insan taleyi heç bir əhəmiyyət daşımır” demək kəmsavad səfehlərə yaraşır.
Keçək cənab Baycanın növbəti şüvənliyinə (sitat nömrə 12):
“Deyilənə görə Stalin “Bir insanın ölümü faciə, milyonların ölümü statistikadı” sözünü işlətməyib. Deyilənə görə bu söz Anatoli Ribakovun “Arbat övladları” əsərində işlədildikdən sonra geniş yayılıb. Bilmirəm, heç dəqiqləşdirməyə həvəs də olmadı. Məsələnin mahiyyəti bundan deyil. Məsələnin mahiyyəti başqadı. Məsələnin mahiyyəti ondadır ki, bir insanın ölümü faciə, milyonların ölümü statistikadı sözü Stalinin təbiətinə çox uyğun idi. Ona görə hətta işlətməyibsə belə bu söz ona belə möhkəm yapışıb.”
“Deyilənə görə”. Əslində Baycanın Stalin haqda bütün fikirləri “deyilənə görə” ifadəsindən başlamalı idi. O isə həyasızcasına elə tərzdə danışır ki, sanki indiyə qədər dedikləri hamısı həqiqətdir, indi artıq heç bir sübuta, həqiqətə ehtiyac qalmayıb, artıq hər kəs inanıb, “deyilənə görə”lərə, yanı şaiyələrə keçmək olar.
Adamdan soruşarlar: niyə görə dəqiqləşdirməyə həvəsin olmayıb? Həvəsin yoxdur dəqiqləşdirməyə, dəqiqləşdirməyə həvəsin olan mövzulardan yaz. Sən “bir qismət çörək” yeyəcəksən deyə yüzlərlə, minlərlə gəncin beyini zəhərlənməlidir? Faktiki olaraq, bütün burjua yazarları, ziyalıları kimi xalqına, vətəninə zərər vurursan. Xalqın gənclərini səhv yola yönəltmək bu xalqın qarşısında ən böyük cinayətdir.
Guya bura qədər yazdıqlarını araşdırmısan? Həyasızlığın miqdarına bax! Yalanı üyüd tök, işinə gəlməyəndə “deyilənə görə”yə sığın.
Baycan şüvənliyinin incəliyini izah edim. İş orasındadır ki, liberalların at oynatdığı, yalanın ən ucuz şey olduğu 1990-larda Stalinə yozulan o ifadə doğrudan da ədəbiyyatçıya aiddir, ədəbiyyatçının öz əsərində yer verdiyi fantaziyasıdır. Həmin əsər 1987-ci ildə, yanı antisovetçi, antikommunist Qorbaçovun SSRİ-ni dağıtdığı illərdə, növbəti destalinizasiya dalğasında yazılıb. Yanı yenə konyunktura xətrinə. 1990-larda liberalların ən sevdiyi təbliğat üsullarından biri Soljenitsın kimi romançıların əsərlərindən sitatları tarixi faktlar kimi təqdim etmək idi. O illərdə hər tin gədəsi “Bir insanın ölümü faciə, milyonların ölümü statistikadı” ifadəsini Stalinə yozurdu. 2000-ci illərdə Rusiya cəmiyyəti hipnozdan ayılmağa başladı (bizdə qələmoynadan fahişələr hipnoz dövrünü uzadırlar) və axır ki, biri çıxıb ortaya dedi: Stop! Dayanın! Axı o sözü Stalin deməyib! Axı o söz filan yazıçının filan əsərindədir, “xəyal ürünüdür”....
Yanı çoxdan sübut olunub ki, Stalin elə söz deməyib, it-qurd o sözü Stalinə yozur. İndi Baycan “deyilənə görə” girişi ilə oxucusunda şübhə yaratmağa çalışır. Oxucusu “deyilənə görə” ifadəsindən sonra düşünəcək ki, “əşşi, bu, deyilənə görədir, şaiyədir, əslində elə Stalin deyib, amma şaiyə gəzir ki, guya deməyib, guya filan yazarın romanındadır...”
Baycanın qebbelsvari hiyləgərliyini tutdunuz?!
İncə fahişəliklə oxucunun ürəyinə şübhə toxumu səpəndən sonra başlayır ki, “Bilmirəm, heç dəqiqləşdirməyə həvəs də olmadı. Məsələnin mahiyyəti bundan deyil.”
Bəs məsələnin mahiyyəti nədədir? Niyə bunda deyil?
Niyəsini Baycan izah edir:
“Məsələnin mahiyyəti başqadı. Məsələnin mahiyyəti ondadır ki, bir insanın ölümü faciə, milyonların ölümü statistikadı sözü Stalinin təbiətinə çox uyğun idi. Ona görə hətta işlətməyibsə belə bu söz ona belə möhkəm yapışıb.”
Bah-bah-bah! Söhbəti tutursuz?! Deməli, bu fahişə intellektuallar Stalin haqda min cür yalan uydururlar və “Stalinin təbiəti” haqda bir mif yaradırlar. Sonra həmin mifə əsaslanaraq istənilən yeni yalanı dövriyyəyə buraxırlar ki, “əşşii, deyib-deməyib – nə fərqi var, əsas odur ki, deyə bilərdi, təbiətinə uyğun gəlir...”
Axı onun təbiəti haqda sən nə bilirsən?! Elə özü kimilərinin uydurduqlarını.
Stalin yüz milyonları ölümdən, köləlikdən xilas etmiş şəxsdir. Stalinin SSRİ-si onlarla əzilmiş Afrika və Asiya xalqlarını Qərb imperializminin müstəmləkə boyunduruğundan, əsrlər boyu etdiyi istismardan xilas etdi. Onun haqda ancaq kəmsavad axmaq və əclaf deyə bilər ki, onun üçün milyonların ölümü statistikadır...
Əsl “statistika” bilirsiz nədir? Baycanın “bir qismət çörək” üçün şüvənlik eləməsi. Stalin haqda yalan, böhtan danışan o qədər çoxdur ki, Baycan kimisinə uzağı 20-30 manat qonorar və qrant “proyektində” restoran yeməyi... Dəyərmi?
İndi 20-ci əsr deyil, internet əsridir. Hər kəsin yazdığı, dediyi fiksasiya edilir və bir gün mütləq qarşısına qoyulacaq. Ona görə hesab etmirəm ki, bir qarın çörək üçün bu qədər şüvənlik eləməyə dəyər. Adamdan sonra əməlləri qalır.
Sonra keçir müharibədəki qalibiyyəti yozduğu Jukova. Sitat nömrə 13:
“Deyilənə görə Jukov da “Əsgərlərə rəhm etməyin, arvadları yenə doğacaq” sözün işlətməyib. Bəs əgər Jukov bu sözü işlətməyibsə o zaman niyə bu söz ona belə yapışıb? Yenə eyni vəziyyətdir. Çünki bu söz Jukov təbiətinə, sərkərdəlik fəaliyyətinə çox uyğundu.”
Yenə eyni üslub. “Deyilənə görə”. Hə, bu dəfə yazmır ki, “həvəsim olmadı araşdırmağa”. Əgər məlumat Baycanın məqsədinə xidmət edirsə, araşdırmağa həvəsi olmayacaq.
Sual verir: “Bəs əgər Jukov bu sözü işlətməyibsə o zaman niyə bu söz ona belə yapışıb?”
Suala bax! Sualını yeyəsən!
Bu qədər şüvənlik edən Baycana da çox şeylər yapışır, indi neyniyək, Baycanın demədiklərini, eləmədiklərini ona yozaq ki, yapışır, yapışırsa deməli deyib, eliyib, ən azından ürəyindən keçib...?
İndi bu Jukovu niyə ortaya soxdu? Yox, Jukovun özünə görə deyil. Jukov onu maraqlandırmır. Hədəfdəki yenə Stalindir. Əvvəlki abzasda Stalinə bir ifadə yozmaq istəyirdi, ona görə Jukovun misalında bütün şübhələri dağıdıb həmin ifadənin Stalinə yaraşdığını sübut edir.
Sən Jukovun sərkərdərliyindən nə qanırsan? Sən adi şeyləri araşdırmırsan ki, “həvəsim yoxdur”, necə olur ki, dönüb olursan Jukov sərkərdəliyinin bilicisi, eksperti, araşdırmaçısı?
SSRİ-nin müharibədə çaldığı böyük zəfəri kiçiltmək üçün uydurublar ki, “sovet hökuməti, sovet komandanlığı ətdən çəpər çəkib”, sonra həmin bu yalan üzərindən başlayırlar fikir yürütməyə... Nə bilim Stalin camaatın balasını qırğına verdi... Nə bilim Jukov kimi qalib gəlməkdənsə Napoleon kimi məğlub olmaq yaxşıdır.... və s....
Jukov özbaşına idi? Jukov sovet əsgərlərini hara gəldi, necə gəldi ölümə göndərə bilərdi? Ölkənin baş komandanı Stalin ona imkan verərdi?
Verməzdi! Verməyib də! Ona görə də sovet ordusunun itkiləri alman ordusunun canlı itkilərindən çox olmayıb. Bəzi məlumatlara görə hətta az olub. Almaniyadan bir vaqon “müharibə qəniməti” gətirdiyini Jukova bağışlamadı, amma lüzumsuz yerə işçi balalarının, komsomolçuların, kommunistlərin qırğına verməsni bağışladı?!
Baycanın yazısı liberalların əsasən Xruşşovun hesabatından götürülmüş və on illərdir təbliğ etdiyi şablon yalanlardan ibarətdir. Təqdim etmə üslubu da burjua mətbuatından kopi-past edilib. Heç bir dənə də olsa faktoloji material yoxdur. O dedi, bu dedi... Dedi-qodu. Şüvən dedi-qodusu. Bu şüvən dedi-qodusu böyük güc mərkəzlərindən idarə edilir, məqsəd – tarixi saxtalaşdırmaq, İkinci dünya müharibəsinin nəticələrini dəyişmək. Onsuz da məqsədlərinə çatıblar. İndi qalıb “quru ad”, yanı SSRİ-nin Avropanın birləşmiş faşistləri üzərində qələbəsi faktı. İndi o faktın mənasızlığını Baycan kimi mənasız adamların mənasız yazıları ilə beyinlərə yeritmək. Stalin və Böyük Vətən müharibəsində qələbə iç-içədir, Stalini iblisləşdirdinsə, qələbə də getdi... O qələbəyə zərrə qədər də hörmət qalmayacaq.
Elə bu günlərdə bir Qərb mətbuatında müharibə haqda məqalə oxuyurdum. Orda belə bir cümlə yazılmışdı: “Bolşevik rejiminin təbiətini və ondan bərk incimiş insanların sayını nəzərə alanda müharibə illərində satqınların sayı təəcübləndirəcək qədər az idi.”
Hansı təbiətini? Niyə təəccüblənirsən? Axı sən özün, sənin kimi parabaşlar “bolşevik rejiminin təbiəti”, incimiş insanların sayı haqda min cür yalanlar uydurmusuz, danışırsız, və təəcüblənirsiz ki, sizin gözlədiyiniz qədər satqın çıxmayıb...
Sizin “demokratik” Fransa və əhalisi neçə gün Hitlerə dirəndi, dirənə bildi? Fransa əhalisinin nasist işğalçılarla kütləvi halda “qucaqlaşmasını” niyə satqınlıq kimi və Fransa demokratik rejimindən narazılıq, inciklik kimi dəyərləndirmirsiz?
Və yaxud həmin yazıda liberal parabaş bir hadisədən yazır və axırda bu cümləni əlavə eliyir: “Bunu hətta Stalin başa düşdü.”
Niyə “hətta Stalin”? Bəlkə Stalin sən əbləhdən ağılsız idi, savadsız idi, qabiliyyətsiz idi?
Niyəsini izah elədim. Onlar Stalin haqda, Stalinin “təbiəti” haqda, sovet sosializmi haqda uydurulmuş yalanları həqiqət kimi qəbul ediblər, bütün mühakimələrini də “həqiqət” saydıqları yalanlar üzərindən yürüdürlər. Ona görə də parabaş bir gədə dahi şəxsiyyət haqda “hətta Stalin anladı” yaza bilir.
Müharibə şəraitində bir neçə gün yük vaqonunda getmək, yolda vaqonun küncünə sıçmaq “dəhşət” deyil. “Dəhşət” odur ki, bir sürü qəhbə, nadan, parabaş gədə-güdə özünü dahi, fikir sahibi hesab edir. Baycanın sözü olmasın, mən “dəhşət” sözünü harda gəldi istifdə eləmirəm, amma bu, həqiqətən dəhşətdir.
“Vaqon küncü”, “təbii ehtiyaclar” demişkən, eyni parabaş yazarlar çox guman ki, başqa yazılarda qeyd edirlər ki, “köçürülən xalqlar günlərlə, həftələrlə yük vaqonlarında ac, susuz gedirdilər, acından, susuzluqdan ölənlər ölürdü, qalanlar qalırdı....” Dəqiq bilirəm. Çünki başqa antisovetçi parabaşların xalqların köçürülməsinə dair yazılarında bu cür fikirlərə çox rast gəlmişəm. Amma Baycan, gördüyünüz kimi, o dövrü qaralamaq, xalqların köçürülməsini fövqaladə “dəhşətlərlə” dolu olduğunu təsvir etmək üçün vaqonu tualetə döndərir. Yazısının o yerini bir də oxuya bilərsiz. Baycanın təsvirindən belə çıxır ki, vaqondakılar elə bütün günü vaqonun küncündən çıxmayıblar. Belə çıxır ki, bütün günü yeyib-içiblər. Normalda insan sutkada 3 dəfə yeməlidir ki, bir dəfə “ağır işini görsün”.
Sözlərimi qəribliyə salmayın, xalqların köçürülməsi haqda parabaş sürüsünün yazılarını oxuyanda mütləq “camaatı vaqonlara qalaq-qalaq yığdılar, ac-susuz həftələrlə yol getdilər, yolda saxlayıb bir tikə çörək tapmağa da icazə vermirdilər, yolda elə aclıqdan, susuzluqdan camaatın yarısı qırıldı...” məzmunda cümlələrə rast gələcəksiz. Və rast gələndə başqa bir parabaş gədənin “dəhşətdir! Dəhşəti hətta mən təsvir etməyə çətinlik çəkirəm. Vaqonda üfunətdən dəvərmək olmurdu, hər yeri sidik və nəcis idi” fikirlərini xatırlayın. (Adətən yola çıxanda, nəqliyyata minməmişdən əvvəl insanlar əvvəlcə “təbii işlərini görürlər”. Yanı bu bir vərdişdir. Vaqonun hər tərəfi Baycan dediyi kimi sidik və nəcis olubsa, deməli yolda yeyib-içmə olub. Həm də mən inanıram ki, vaqonun həmin küncündə döşəmədə bir deşik də olsa açıblarmış, başqa cür ola bilməz.)
Baycanın bütün liberal intellekti tükənir və o keçir başqa bir parabaşdan sitat gətirməyə. Həmin parabaş ümumiyyətlə fəlakətdir. Onun dediklərini şərh eləmək üçün bir sutka vaxt lazımdır.
Tipik liberal qebbelsvari təbliğat maşını işə düşür. Bir antisovetçi bir şeylər uydurur, başqa bir antisovetçi ona istinad edir, təzədən başqa biri bunların hər ikisinə istinad edir.... Və hamısı bir-birini elə təqdim edir ki, dərrakəsiz oxucu zənn edir ki, hansısa dahi ekspertlərin dəqiqliyində heç bir şübhə olmayan fikirlərini oxuyur.
Həmin o Araz Gündüz musavatçıdır, və, səhv etmirəmsə, Rusiyada yaşayan musavatçıdır, ABŞ-ın Azərbaycandakı “Azadlıq” radiosu ilə əməkdaşlıq da edir.
Araz bəylə müqayisədə cənab Baycan ləyaqət, vicdan, savad, dərrakə simvoludur.
Adı üstündə “musavatçı”. Musavatçının antistalinçi olmaqdan başqa yolu yoxdur. Ya boynuna almalıdır ki, şərəfsizdir, çünki Böyük Vətən müharibəsində Hitlerə xidmət ediblər, ya da Stalini iblisləşdirməlidir ki, həmin şərəfsizliyə azacıq da olsa haqq qazandırsın.
Baycan kimi latent liberal-faşistdən fərqli o açıq faşistdir. Onun Stalinə qarşı danışmağı, kini-nifrəti şəxsi qisas hissindən qaynaqlanır.
Lopatnikovun Araz bəy kimiləri haqda dediyi söz – “antistalinçi ya kəmsavad axmaqdı, ya da əclaf, üçüncü şey ola bilməz” – onu yaman yandırır. Ona görə antistalinçi nitqində şüvənliyi kainata sığmır.
Rusiya əhalisinin yarısı Stalini sevir – bu faktla musavatçı-faşist barışa bilmir. Onu anlayıram, Hitler də barışa bilmirdi. Və başlayır hiyləgər-şüvəncəsinə rəqəmlə oynamağa. Rusiya əhalisini iki yarıya bölür – stalinçi və antistalinçi. Özünü də yazır antistalinçi yarıya. Halbuki sorğular “binar” yanaşmayla keçirilmir. Rezidentlərin bir hissəsi “biganə” olurlar. Son sorğuda Rusiya əhalisinin 22% Stalinə qarşı “etinasızlıq” bildirib. Stalinə qarşı, pis münasibətdə isə 21% əhali olub. Yanı Araz bəy Rusiya əhalisinin hansısa “yarısının” deyil, həmin o 21 faizin içindədir. Yeri düşmüşkən, Araz bəy kimi faşistlərin “əməyi”, apardığı qebbelsvari təbliğat öz bəhrəsini verir. Belə ki, 2016-cı ildə Rusiyada yalnız 17% Stalinə pis münasibətdə idi, 2017-ci ildə bu rəqəm 21% çıxıb.
Sorğunu Qərb fondlarından maliyyələşən “Levada” aparıb, onların apardığı sorğunun dəqiqliyi də şübhə altındadır.
Araz bəy Stalinə qarşı heç bir fakt gətirmir, mənasız ədəbiyyatçılıqla məşğuldur, əhalinin stalinçı yarısını aşağılamağa çalışır.
Atatürkün bir sözü var: “Türk milləti zəkidir, çalışqandır...” və s... Mən bu ifadəni rusiyalılarla bağlı istifadə edərdim. Rusiyada çox sayda dərrakəli, istedadlı adamlar var. Ən əsası – Rusiyada satılmayan, vicdanlı, mərd ziyalılar, intellektuallar var. Əgər 1985-dən başlayaraq, 1990-larda apoqeyə çıxmış total beyinyuma kampaniyasından sonra əhalinin yarısı Stalini sevirsə, bu, ilk növbədə həmin həqiqi ziyalıların, intellektualların fəaliyyəti nəticəsində mümkün olub. Əlbətdə ki, insanlar özləri də zəkidir. Əhali “divardısa”, nə qədər izah eliyirsən elə, az faydası olacaq, bəlkə heç olmayacaq.
Araz bəy rusiyalıları özü kimi parabaş faşist görmək istəyərdi əlbətdə. Əbləh – ki, o özü bizə əbləh deyib – adi şeyləri anlamır. Misal üçün anlamır ki, o, həmçinin başqa azərbaycanlılar Rusiyada rahat yaşayırlarsa, nəfəs alırlarsa, dolanırlarsa – bu, ilk növbədə həmin o “əbləh” dediyi stalinçilərə görədir. Tərsinə olsaydı, yanı əhalinin yarısı Araz bəy kimi parabaş faşist olsaydı, çətin ki, Rusiyada küçədə rahat gəzə biləcəkdi.
Rus dilini öyrənməyi, bilməyi vətən xainliyi olduğu təbliğatı ilə böyüyən musavatçı gənclər zənn edərlər ki, onların Araz bəyi nə isə yeni bir şey yazıb.... Deyil! Rusiya burjua, xüsusilə liberal mətbuatında dəfələrlə yazılmış, təkrarlanmış fikirləri tərcümə edib... Hə, yadıma düşdü... Axı o, tərcüməçidir! Hə, dəqiq... Onu hardan xatırladığımı indi bildim. O mənim fb-dakı ilk profilimin “dost siyahısında” vardı. Onda “Azadlıq” radiosunun saytında dərc edilmiş tərcümələrini paylaşırdı. Heç vaxt oxumamışam, amma statuslarında etdiyi söhbətlərdən adi parabaş antisovetçi rusofob faşist olduğu açıq görünürdü.
İndi iki yol var: ya Araz bəyi adam yerinə qoyub, Rusiya antisovetçilərindən, faşistlərindən tərcümə etdiyi fikirlərə bir sutka xərcləməliyəm, onun şüvənliyini şərh etməliyəm, ya da adam yerinə qoymayım, boş verim getsin.
Məncə cənab Baycanı adam yerinə qoymağım bəsdir. Onu da mənə müraciət etmiş yoldaşların xətrinə etdim. Üstəlik, Araz bəy boş, mənasız, sırf emosiyalarını ifadə edici sözlər həftəbecəri qusub ortaya. O fikirlər də tərcümədir – Rusiya burjua mətbuatından antisovetçi, liberal yazarların fikirləri.
Mevlana demişkən, “Her lafa verilecek bir cevabım var. Lakin, bir lafa bakarım laf mıdiye, bir de söyleyene bakarım adam mı diye”.
Araz bəyi boş verdim. Ondan sitat gətirməsi Baycanın hansı rəzalət içində olduğunu bird aha göstərir. Stalini, başqa bir kommunisti ləkələmək üçün faşistin şəxsi sərsəmləməsinə istinad etmək onun onsuz da zəif və mənasız yazısını daha da zəif və mənasız edir. Yazısına görə qonorarı işarə sayından asılı olaraq alırsa, o bunu da “bir qismət çörək” üçün edib. “Kopi-past” edib, atıb yazısının sonuna, işarə sayısı isə qonorarını bir neçə manat artıracaq. Bax belə bir rəzil günə salır kapitalizm adamı. Baycan isə ona bu rəzilliyi yaşadan kapitalizmə qarşı deyil, kapitalizmə qarşı mübarizə aparanlara qarşı mübarizə aparır. Bax əsl mazoxizm budur!
Mənasız, yeniyetmə dedi-qodusunun sonunda Baycan yazır (sitat nömrə nə bilim neçənci):
“Bir suala cavab verməyə çalışaq. Adamlar niyə hələ də Stalinin şəxsiyyətinə pərəstiş etməkdə davam edirlər? Həqiqətən də mütləq gücü, hüdudsuz hakimiyyəti sevən adamlar var. Özlərindən asılı deyil. Təbiətləri belədi.”
Bundan sonrasını oxumağa artıq hövsələm qalmadı. Elə bunu qısa şərh edib bitirirəm.
Stalinin dahiliyinə, təkcə ölkə rəhbərliyində 30 illik gərgin əməyinə düzgün qiymət vermək şəxsiyyətə pərəstiş deyil. Bəlkə özünü fikir sahibi sanan yumurtabaş gədə-güdə özlərinə bu hörmətdən bir zərrəcik umurlar?
Stalinin bütün ömrü, apardığı mübarizə - inqilaba qədər, iqnilabdan sonra – ona layiqdir ki, ona hər yerdə heykəl qoyulsun.
Stalinin şəxsiyyətini, əməyini, fəaliyyətini dərk eliyənlər Baycanın böhtan atdığı kimi “hüdudsuz hakimiyyəti sevən adamlar” olsaydı elə İlham Əliyevi, Putini, Erdoğanı və s.. sevərdi.
Stalinin hakimiyyəti “hüdudsuz” deyildi, bu da parabaşların uydurmasıdır. Belə bir deyim var: “mütləq hakiiyyət pozur”. Öləndə bütün var-dövlətdən bir neçə paltarı və qəlyanı olan rəhbər haqda “hakimiyyət onu pozdu” demək olarmı? Hakimiyyətə kasıb gəlib milyarder olan rəhbərlər haqda deyilir bu. Erdoğan kimi.
Bəlkə Stalini gəlmiş-getmiş rəhbərlərin arasında ən ədalətli rəhbər olduğuna görə sevirlər? Bu fikir o qıt ağlınıza gəlmir?
Balaca bir yazında miqdarsız ədalətsizlik eliyirsən, amma o çətin və qarışıq vaxtda böyük bir ərazidə tarixdə ilk dəfə socialist cəmiyyət quran, cəmiyyət həyatının bütün sferalarında geniş, çoxşaxəli, hərtərəfli işlər görən rəhbərdən mütləq ədalət və mütləq qüsursuzluq tələb edirsən…
Məshəti türkləri sənə Stalin haqda nə demişdi? “O, heç vaxt istəməzdi sovet vətəndaşları əziyyət çəksin.” Onların səmimi sözlərinə inanmaq əvəzinə özünü ağıllı sayıb onları mazoxist elədin.
Şəxsiyyətə pərəstişi şəxsiyyətin sağlığında eliyərlər. Onun heç sağlığında “pərəstiş” olmayıb. Xruşşovun uydurmasıdır. Stalinə pərəstiş edilibsə, onda Atatürkə nə edilib, edilir? Bir sürü parabaş musavatçı var ki, Atatürkü atatürkçülərdən də çox tərifləyir. Hər halda Stalin xalq üçün, işçi sinifi üçün Atatürkdən qat-qat çox edib. Üstəlik, Atatürk nə isə etmişdisə də, elə Leninin, Stalinin, SSRİ-nin dəstəyilə etmişdi.
Stalinçi fanatizm yoxdur, Stalinin həyat və fəaliyyətinə düzgün qiymət verən, verə bilən dərrakəli, ləyaqətli adamlar var. Amma antistalinçi fanatizm və antistalinçi fanatiklər var. İlk növbədə Araz bəy kimi faşistlər. Sonra Baycan kimi liberallar gəlir. Adama şahidlər, hətta “dəhşətlər” yaşamış şahidlər deyirlər ki, “O, heç vaxt istəməzdi sovet vətəndaşları əziyyət çəksin.” Adam qayıdır ki, elə şey olmaz, siz mazoxistsiz. Çünki xəstə fanatikdir – antistalinçi fanatik. Eləsinin qarşısına nə qədər fakt qoyursan qoy – xeyiri yoxdur.

Akşin Sultanov


Комментариев нет:

Отправить комментарий