4 июн. 2017 г.

ABŞ Dövlət Departamentinin əməkdaşı və eyni zamanda amerika strateji kəşfiyyatının işçisi Anabella Byukar: “Mən gördüm ki, sovet vətəndaşları öz başçılarına – generalisimus İosif Stalinə böyük məhəbbət və hörmət bəsləyirlər, bu hörmət hər bir sovet insanına məlum olan bu fakta əsaslanır ki, Stalin bütün həyatını sovet xalqına həsr edib. Dövlət Departamentində mənə söyləyirdilər ki, bütün sovet insanları sovet məxfi polisi qarşısında daim qorxu içərisində yaşayırlar. Bu da yalan çıxdı. Öz müşahidələrim və rus insanları ilə çoxsaylı söhbətlər əsasında əmin oldum ki, onlar nəinki özlərini azad hesab edirlər, həm də azaddırlar. Onlar öz dövlətini ədalətli hesab edirlər və o həqiqətən də ədalətlidir. Mən öyrəndim ki, sovet insanlarının çox az qismi, öz vətəndaşlarının rifahı hesabına varlanmağa çalışanlar, sovet məhkəməsinin günahkarları mütləq tapacağını və cəzalandıracağını yaxşı bildikləri üçün gecələr rahat yata bilmir. Mən gördüm ki, Sovet dövlətinin maraqlarını satmağa çalışan vətəndaşlar (baxmayaraq ki, buna çox az hallarda rast gəmək olar) da ağır cəzalandırılırlar. Amma mən həm də gördüm ki, əhalinin böyük əksəriyyətini təşkil edən vicdanlı sovet insanları xüsusilə rahat yatırlar və özlərini öz azadlıq hüquqlarında xüsusilə məhz ona görə əmin hiss edirlər ki, dövlət onları cinayətkar ünsürlərin xainliyindən və istismarından ayıq şəkildə qoruyur. Dövlət Departamentində mənə deyirdilər ki, Sovet İttifaqında ruslar bütün digər millətləri istismar edirlər. Mən özüm əmin oldum ki, Sovet İttifaqı dünyada yeganə dövlətdir ki, tam irqi bərabərlik nəinki qanunla təmin olunur, həm də həyata keçirilir. Bütün sovet insanları öz dinindən, milli mənsubiyyətindən və ya dərisinin rəngindən asılı olmayaraq eyni hüquqlara, eyni imtiyazlara  və eyni vəzifələrə malikdirlər. Hər milliyyətdən olan insanlar  hər hansı bir diskriminasiya yaxud favoritizm olmadan istənilən faydalı fəaliyyətlə məşğul olmaq imkanına malikdirlər.  Mən gördüm ki, Sovet İttifaqı elə bir dövlətdir ki, burada onlarla millət öz milli mədəniyyətinin tam inkişaf etdirmək imkanına malik olmaqla sülh şəraitində yaşayırlar ”.

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:

Отправить комментарий