21 авг. 2013 г.

ƏMƏK MİQRANTLARI: MİFLƏR VƏ REALLIQ

Əmək miqrasiyası  kapitalizmin və müasir “qloballaşmanın” (daha dəqiq, imperializmin) qanunudur. Kapitalist üçün ucuz əcnəbi iş qüvvəsi cəlb etmək sərfəlidir. Bununla o, iki deyil, eyni bir vaxtda üç dovşan vurur - əmək haqqında qənaət edir, “yerli” işçilərin qiymətini öldürür, yerli işçilərdə “gəlmələrə” qarşı yönəldir, sanki, bütün bəlalar onların üzündən baş verir.
1991-ci il əksinqilabından və SSRİ-nin dağılmasından sonra əmək miqrasiyası bizim həyatımıza soxulmağa başladı. Əvvəlcə Rusiyanın və keçmiş İttifaqın digər respublikalarının vətəndaşları müxtəlif peşələr üzrə - alimlikdən tutmuş bordel personalına kimi, qasterbayderlər kimi Qərbə axın etməyə başladılar. Sonra Rusiyanın özünə SSRİ-nin dağılmasından sonra yaşayışın daha pis olduğu Orta Asiyadan leqal və qeyri-leqal miqrant axını tökülüşüb gəlməyə başladı.
Belə vəziyyətin səbəbi kapitalizmin qeyri-bərabər inkişaf qanunudur. Sahibkara gəlirdən başqa heç nə maraqlı deyil, həmçinin də istehsalın sosial tərkibi – iş yerləri və orta əmək haqqı. Kapital həmişə sonsuz və mənasız çoxalmaya can atır, buna görə də bazar şəraitində müxtəlif regionları bərabər inkişaf etdirmək mümkünsüzdür. Sahibkar üçün ölkəni “banan respublikasına” çevirmək daha asandır, nəinki istehsalı,təhsili, mədəniyyəti kompleks şəkildə inkişaf etdirmək. Müasir kapitalist siyasətini SSRİ kommunistlərinin siyasətindən fərqləndirən də məhz budur. İttifaq respublikalarında planlı sosializm iqtisadiyyatına (xüsusi mülkiyyət olmadan) əsasən regionları inkişaf etdirirdilər. İndi isə cənablar sadəcə təbii ehtiyatları ( Qazaxstan, Azərbaycan, Türkmənistan və b.) sorurlar və kənardan yarı qul iş qüvvəsi gətirirlər. Özü də sahibkarların hansı millətdən olması (yerli, rus, amerikalı) fərq etmir.
SSRİ-də sosializm zamanı hər respublikda zəhmətkeşlər üçün iş və özünü reallaşdırmaq imkanı vardı, və bir qayda olaraq, harasa getmək lazım deyildi. Bundan əlavə, SSRİ-də əcnəbilər üçün əmək haqqında diskriminasiya yox idi, heç kim tacikə rusdan aşağı ödəyə bilməzdi, çünki, bu qanunla qadağan olunmuşdu və istehsalın məqsədi kapitalistin gəlir qazanması yox, cəmiyyətin tələbatını təmin etmək idi. Ona görə də, SSRİ-də müasir əmək miqrasiyasının iqtisadi əsası yox idi.
Əlbəttə, bu o demək deyil ki, o zaman Rusiyada digər respublikalardan gələn yox idi. Belə insanlar çox idi, amma onlar qastarbayter deyildilər. İndi vəziyyət başqadır. Və yuxarıda qeyd edildiyi kimi, kapitalistlər işçiləri və ümumiyyətlə müxtəlif millətdən olan işçiləri dalaşdırmağa çalışırlar. Bu da  yerli işçilərin müəyyən hissəsində çağırışa cavab tapır. Ona görə bəzi “anti-qastarbayter” miflərini nəzərdən keçirək.
Birinci mif. “Qastarbayterlər – aşağı əmək haqqına işləyən və yerli işçilərin əmək haqqlarını aşağı salan ştreykbrexerlərdir”. Əslində “ştreykbrexer” – tətillər zamanı üsyan edənlərin əvəzinə işləməyə razı olan işçidir. Ştreykbrexer anlayışını aşağı əmək haqqına işləməyə razı olan istənilən işçi kimi geniş izah etsək, o zaman bura təkcə qastarbayterlər deyil, zəhmətkeşlərin böyük hissəsini – qadınları, şəhərlərdə işləyən kənd sakinlərini, təqaüd əlavə olaraq qəpiyə işləyən qocaları da aid etmək olar. Onda belə çıxır ki, bütün bu insanlar digər işçilərin düşmənidir?

Ikinci mif.Qastarbayterlər qazanılmış pulları ölkədən çıxarırlar və yerli iqtisadiyyatı dağıdırlar”. Məlum olduğu kimi, işçi dəyəri təkrar istehsal olunmuş məhsulda təcəssüm olunan  əməyi ilə yaradır. Həmin təkrar istehsal olunmuş, işçinin əməyi ilə əlavə edilmiş dəyər iki yerə bölünür – işçinin aldığı əmək haqqına və kapitalistə çatan gəlirə. Yəni, işçinin əmək haqqı təyinatına görə onun əməyinin yaratdığı dəyərdən aşağıdır. Bu istənilən işçi üçün doğrudur, amma məlumdur ki, qastarbayterlərin maaşı digərlərindən daha aşağıdır. Onlar yaratdıqlarının çox az hissəsini əldə edirlər.Bu ölkə oliqarxlarının və məmurlarının ölkədən çıxardıqlarından olduqca azdır. Kapitalizmin bazar iqtisadiyyatı çoxdan milli çərçivələri çıxıb və sadəcə iki böyük düşərgə var – burjuaziya və proletariat.

Üçüncü mif.Əgər qeyri-leqalları və ümumiyyətlə bütün qastarbayterləri qovsaq yeli işçilər üçün yaxşı olacaq”. Əmək miqrasiyası kapitalizm üçün təbiidir. Burjuaziyanın hakim sinfi bunda bilavasitə maraqlıdır, xüsusilə qeyri-leqal əmək miqrasiyasında (qeyri-leqallar daha hüquqsuzdurlar və buna görə də onları intensiv istismar etmək, sonra isə aldatmaq olar). Ona görə də kapitalizmdə qastarbayterlərin cəlb edilməsinə qarşı mübarizə aparmaq mənasızdır. Millətçilər işçilər arasında milli nifrət oyatmağa çalışırlar, bu işçiləri aldatmaq üçün düşünülmüş  siyasətdir.


Tərcümə Azərbaycan Ekososialistləri

20 авг. 2013 г.

Hitler üçün lend-liz

İkinci dünya müharibəsinin ənənəvi tarixşünaslığı ABŞ-ın öz böyük gücünü və resurslarını düşmənlə mübarizəyə sərf edərək Almaniya və onun mütəffiqləri ilə qəhrəmancasına vuruşmasını təsvir edir. Amma hər şey tamamilə fərqli idi: amerika varlıları və onların ABŞ hökumətindəki sədaqətli dostları uzun müddət özlərinin müharibədən əvvəlki sədaqətli mütəffiqini – Hitleri unuda bilmirdilər.

Amerika əsgərləri Siciliyada və Normandiya sahillərində qəhrəmancasına həlak olduqları zaman, ABŞ-dan nasistlərin əlinə axınlarla yanacaq axıdılırdı, texniki hissələr və ən yeni texnologiyalar gəlirdi.
1931-ci ildə “Detroyt Nyuz”-dan amerikalı jurnalist Annetta Enton Almaniyanın yeni lideri Adolf Hitlerdən müsahibə alırdı. Müxbir baş nasistin iş stolunun altında əsas Amerika avtomobil iş adamı Henri Fordun portretini görür. Annettanın təəccübünə cavab olaraq, Hitler səmimi şəkildə söyləyir: “ Mən Henri Fordu ilhamvericim hesab edirəm”.
Ford fürerin kumirləri arasında təsadüfi  deyildi. Məhz Fordun, həmçinin ABŞ-ın bəzi varlılarının, sayəsində Almaniyanın hərbi potensialının gizli yüksəlişi baş verdi. Müharibə ərəfəsi illərində reyxin iqtisadiyyatı sürətlə artdı.
Yəqin ki,ata Henri Fordu amerika iqtisadiyyatının ən tipik nümayəndəsi və eyni zamanda da Hitlerin böyük dostu adlandırmaq olar. Amerika bazarının əsas başçılarından olan Henri Ford Milli Sosialist Alman Fəhlə partiyasına ciddi maliyyə dəstəyi göstərirdi. Minnətdarlıq əlaməti olaraq fürer nəinki onun portretini öz Münhendəki rezidensiyasında asmışdı, həm də “Məbim mübarizəm” əsərində  Ford haqda heyranlıqla yazmışdı. Əvəzində Ford hər il “öz alman dostunu” ad günü münasibətilə təbrik edirdi,  ona 50 000  reyx markası dəyərində  “hədiyyə” verirdi.
Hələ müharibənin  başlamasına qədər hitlerçilər  fordun Almaniya, Belçika və Fransa filiallarından 65 min yük maşını almışdılar. Bundan başqa, Fordu İsveçrədəki filialı minlərlə alman yük maşınlarını təmir etmişdi. Alman avtonəqliyyatlarını digər Amerika avtoqiqantı olan General Motors-un da İsveçrə filialı da təmir etmişdi, hansı ki, bütün müharibə ərzində uğurla əməkdaşlıq  və xeyli dividend əldə edərək alman avtokonserni “Opel”in ən böyük sərmayəçisi idi. Amma Fordun rəqibi yox idi!

Amerikalı hərb tarixçisi Henri Şneyderin sözlərinə görə, Ford alman sənayesi üçün həyati əhəmiyyətli olan kauçukun alınmasında almanlara kömək edirdi. Bu azmış kimi, İkinci Dünya müharibəsinin başlanmasına kimi ABŞ avto nəhənginin sahibi Hitleri hərbi texnika ilə təmin edirdi ki, buna görə də Fordun 75 illiyi şərəfinə fürer yubilyarı Üçüncü Reyxin əcnəbilər üçün ali mukafatı – “Alman Qartalının böyük xaçı” ilə mukafatlandırdı. Alman səfiri avto maqnatın sinəsindən svastikalı xaçı şəxsən asmaq üçün hətta Detroyta səfər belə etmişdi. Ford bu hədiyyəyə heyran olur. 30 iyul 1938-ci il yubiley günündə təşkil edilmiş böyük bayram naharında 1500-d ən çox ən varlı Detroyt sakinləri iştirak edirdi. Hətta İkinci Dünya müharibəsinin başlaması ilə belə Ford nasistlərlə əməkdaşlığa son qoymadı. 1940-cı ildə Ford Almaniya ilə mübarizə aparan İngiltərə təyyarələri üçün mühərrik yığmaqdan imtina edir, həmin zamanda da Fransanın Puassi şəhərində onun yeni zavodu Hitler ordusu üçün vermaxtın silahlandırılmasına keçən avia-mühərriklər, yük və minik maşınları istehsal edir. “Ford” filialı 1941-ci ildən sonra da işğal olunmuş Fransada vermaxt üçün yük maşınları istehsal etməyə davam edirdi, onun Əlcəzairdəki digər filialı isə general Rommeli yük və zirehli maşınlarla təhciz edirdi. Hətta 1943-cü ildə Soveti İttifaqı hitlerçilərlə qanlı döyüşlər aparanda Fordun fransız filialları xüsusi olaraq Almaniyanın xeyrinə çalışırdı. “Beş tonluq” yük maşınları və minik “fordları” vermaxtın əsas ordu nəqliyyatı idi. Korporasiya üçün əsas olan gəlir məsələsi idi, onu istənilən yolla qazanmağa çalışırdı. Müharibənin sonunda mütəffiqlərin aviasiyası Puassidə yerləşən zavodu bombaladı, amma Fordun Kölndə yerləşən zavoduna toxunmadı, baxmayaraq ki, qədim şəhərin tamamilə dağıdılmışdı. Maraqlıdır ki, müharibədən sonra “Ford” şirkəti, onun əsas rəqibi “General Motors” kimi, vəkillən sayəsində ABŞ hökumətidən “onların düşmən ərazisində yerləşə mülkiyyətinə dəymiş zərərə görə” kompensasiya almağa müvəffəq oldu.. 

“Ford” alman hərbi maşınının yaradılmasında əli olan yeganə amerika şirkəti deyildi. İkinci Dünya müharibəsinin başlanmasına yaxın amerika korporasiyalarının öz alman filiallarında və nümayəndəliklərində yerləşən əmanətlərinin cəmi 800 milyon dollara təşkil edirdi. Ford şirkətinin kapitalı – 17,5 milyon, Standard Oil of New Jersey (bugün Exxon adı ilə fəaliyyət göstərir) – 120 milyon, General Motors – 35 milyon, ITT – 30 milyon.
Beləliklə, amerika şirkətləri reyxin aviasiyası üçün  minlərlə avia-mühərrik və , ən əsası, onların istehsalına lisenziya vermişdilər.Məsələn, Almaniyanın ən böyük nəqliyyat təyyarəsi olan “Yunkers-52”  -nin təhciz olunduğu BMW “Xornet” mühərriki Prat & Whitney amerika şirkətinin lisenziyası ilə istehsal olunurdu. Almaniyada Opel General Motors-a aid idi. Bu şirkətin zavodlarında reyxin zirehli texnikası hazırlanırdı, həmçinin Junkers-88 bombardumançılarının 50% güc aqreqatları. 1943-cü ildə General Motorsun alman filialı ilk reaktiv qırıcı təyyarə Messerschmitt-262 üçün mühərrik işləyib-hazırladı və istehsal etməyə başladı.
İBM şirkəti İkinci Dünya müharibəsi zamanı öz kapitalını 3 dəfə artırdı. Onun böyük hissəsi Hitlerlə əməkdaşlıq sayəsində əldə edilmişdi. Alman filialları vasitəsilə tədarük edilən hesablama maşınları nasistlərə qısa vaxt ərzində işğal edilmiş ölkələrdə əhalinin siyahıya alınmasına  və həbs edilməli olan insanların sayının müəyyənləşdirilməsinə imkan verdi. İBM öz hesab maşınları, texniki hissələr və xüsusi kağızlarla reyxin çox müəsissələrini, həmçinin də konslaqerləri təhciz edirdi.

Əlbəttə, ABŞ hökuməti sözdə amerika korporasiyalarının nasistlərlə əməkdaşlığına qarşı çıxırdı. Məsələn, müharibənin gedişi zamanı  belə əməkdaşlığa görə sərt cəza tədbirləri nəzərdə tutan  “Trading with the enemy act” qanunu qəbul edilmişdi. Amma işdə kapitalistlər tərəfindən bütün hakimiyyət eşelonlarına göndərilmiş  çoxsaylı lobbiçilər bununla istənilən maneələri aşmağa kömək edirdilər.
Düşmənlə iqtisadi əməkdaşlığa qarşı çıxanlar arasında olan amerikalı vəkil Ceyms Martin “Biznes Qardaşlığı” kitabında yazırdı: “Almaniyada bizə mane olan almanlar deyildi, amerikalı biznesmenlər idi. Bizə mane olanlar Birləşmiş Ştatlarda fəaliyyət göstərirdilər, amma açıq fəaliyyət göstərmirdilər. Bizə mane olan konqress tərəfindən təsdiq olunmuş hər hansı bir qanun, ABŞ prezidentinin əmri, prezidentin və ya hər hansı kabinet üzvünün siyasi kursun dəyişilməsi haqda qərarı deyildi. Qısası, formal olaraq bizə “hökumət” mane olmurdu. Amma bizə, aydın olduğu kimi, hökumətin hərəkət etdiyi vasitələri əlində saxlayan qüvvələr mane olurdu. Getdikcə böyüyən iqtisadi güc qarşısında hökumət tamamilə gücsüzdür, və əlbəttə ki, bu təzə xəbər deyil”.
Hətta Almaniya ABŞ-a müharibə elan etdikdən sonra belə bir sıra nəhəng amerika şirkətləri Ağ Evin verdiyi imkanlar sayəsində Hiterlə əməkdaşlığı davam etdirirdi.
Neft şirkəti  Standard Oil of New Jersey (Exxon) nasistləri benzinlə təmin edirdi, “neytral” İspaniya almanları formal olarq Madrid üçün nəzərdə tutulmuş  amerika  “qara qızılı” ilə təhciz edərək, demək olar ki, xüsusi olaraq vermaxt üçün işləyirdi. Hətta 1944-cü ilin ilk aylarında Almaniya İspaniyadan aylıq 48 min ton neft ixrac edirdi.

Digər strateji xammal – kauçuk ilə də eyni şey baş verirdi. Ştatlar öz ordusunu xammalla təhciz etmək qabiliyyətində olmayanda, xüsusilə sintetik kauçukla, Standard Oil Hitler Almaniyası ilə müqavilə bağlamışdı ki, bu müqaviləyə əsasən şirkət müntəzəm olaraq okeanın o tayına – Almaniyaya, İtaliyaya və Avstriyaya xammal, yanacaq və kauçuk tədarükünü həyata keçirməyi öhdəsinə götürürdü. Nəticədə amerika ordusu heç nəsiz qaldı – lazımi xammal tədarükü Rokfeller klanı tərəfindən 8 il qabağa yazılmışdı. ABŞ İkinci Dünya müharibəsinə qatılanda amerika hökuməti alman konsernlərindən alınmış kauçuk və digər lazımi xammalları satan tədarükçü ingilis kontoru ilə razılaşmağa məcbur oldu. Beləliklə, amerikalılar üçüncü şəxslər vasitəsilə elə öz xammallarını əldə edəndə Standard Oil həm bu, həm də digər tərəfdən yüksək gəlir əldə edirdi.
1942-ci ildə ABŞ-da kiçik skandal baş verdi: Standard Oil qəsdən ABŞ ordusu üçün metanol tədarükünü azaltdı. Metanol təbii qaz və sintetik kauçuk əsasında yağlayıcı maddələrin istehsalı üçün istifadə olunurdu. Nəhayət, 1943-cü ildə Rokfellerlər işğal edilmiş  Fransaya 25 min ton ammonium sulfat və 10 min ton pambıq satılmışdı, baxmayaraq ki, bu malların çatışmazlığı Birləşmiş Ştatlarda çox hiss olunurdu.
Bundan başqa, almanlara okeanın o tayından sintetik kauçuk, aviasiya və nəqliyyat sənayesi, tanklar  üçün texniki hissələr də gəlirdi. Müharibə ərzində Almaniyanın ABŞ-dan aldığı 1100 ton volfram xüsusən qiymətli idi. Məlumdur ki, volfram tank əlehinə snaryadların hazırlanmasında və elektrik sənayesində əsas vacib komponentdir.

Amerika korporasiyaları Reyxə hərbi layihələrlə də kömək edirdilər. Müharibənin qızğın vaxtı Morqan-lar tərəfindən nəzarət olunan ABŞ-ın “İnternational Telephone Telegraph” çoxmillətli telefon korporasiyası alman kolleqaları ilə əl-ələ İsveçrə ərazisində işləyirdilər. İTT-in sərmayəçilərindən biri Təhlükəsizlik Xidmətinin siyasi kəşfiyyat rəisi Valter Şellenberq  idi. İTT başçısı polkovnik Sostenes Ben müharibə zamanı idarə olunan aviabombaların təkmilləşdirilməsində nasistlərə köməklik edirdi. Belə bombaların köməkliyi ilə  almanlar barbar kimi Londonu dağıdırdılar, xeyli sayda gəmiləri batırırdılar və məhv edirdilər. Taleyin ironiyasından, belə gəmilərin içərisində amerikanın “Savanna” gəmisi də vardı.
Nyurnberq prosesi zamanı “ReyxsBank”ın rəhbəri  və iqtisadiyyat naziri Yalmar Şaxtı muhakimə edərkən, o Opel-in General Motors ilə əlaqələrini xatırlatdı və ittiham olunanlar kürsüsündə amerikan biznesinin kapitanlarının da əyləşdirilməsini təklif etdi. Təbii ki, təklif qəbul edilmədi.


Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

19 авг. 2013 г.

Məşhur aktyorlar ABŞ siyasətinə qarşı


Kino sənəti yaranan gündən ABŞ hökumətinin akter-rejissor qrupunu görməyə gözü yox idi. Kinomatoqrafiya sahəsində İlk “xalq düşmənləri” siyahısını hələ 20-ci illərdə FKİ-nin ilk direktoru Edqar Quver hazırlamışdı. “Soyuq müharibənin” başlamasından sonra konqressmenlərdən biri Hollivudu “bolşeviklərin mənzil qərargahı” adlandırmışdı. Bu da qara siyahının formalaşmasına işarə idi. 1947-ci ildə Konqressin təkidi ilə on aktyor işdən azad edilmişdi, otuzdan çoxu əmək haqqlarının azaldılması ilə qurtulmuşdu. Sonralar bu siyahi artmağa davam etdi. Qovulan məşhur aktyorlar arasında Xemfri Boqart,Çarli Çaplin, Ketrin Xepbörn, Kirk Duqlas və bir çox başqaları vardı.
ABŞ hökumətinin apardığı siyasəti tənqid edənlər arasında kino aktyorları da az deyil. Məsələn, 2004-cü ildə Oskar mükafatının təqdimat mərasimində rejissor Maykl Mur birbaşa əsas tribunadan səslənmişdi: “Utanın, cənab Buş! Siz insanları yalançı bəhanələrlə müharibələrə yollayan yalançı prezidentsiz.” (Azərbaycanda isə musavatçılar Buşun portreti ilə dolaşırdılar, mitinqlərə çıxırdılar.)
2006-cı ildə aktyor Corc Kluni İraq və Əfqanıstandakı müharibə əlehinə etiraz edərək modjaxed saqqalı saxlamışdı.
Şon Penn Washington Post-a Buşu açıq tənqid edən qəzəbli məktublar göndərmişdi.
Rejissor Spayk Li əmindir ki, Meksika körfəzində British Petroleum platformasının dağılması ilə yaranmış qlobal ekoloji fəlakətin səbəbkarı Obamadır. Hollivudun əfsanəsi Robert Redford da eyni fikirdədir.
“ Mən Obamanı dəstəkləyirdim, çünki o söyləyirdi ki, biz təmiz havanı,suyu və torpağı qorumalıyıq. Amma əgər əksinə davanacaqsansa, doğru şeyləri söyləmək azdır. Prezident isə seçkilərdən sonra elə qərarla dünyanın ən çirkli enerji layihələrindən birini - Keynston XL boru-kəməri layihəsini dəstəklədi... Bir çoxları kimi mən də özümə sual verirəm, bu insanın verdiyi sözlərə inanmaq olarmı?” – Robert Redford Huffington Post-da yazır.
“Obamanın xarici siyasətinin bədbəxtliyi səriştəsizlik təcəssümüdür. Prezident Obama ölkə tarixində ən pis prezidentdir.” – Endi Qarsiya narazılıq edir.
Obamanın ən sərt tənqidçilərindən olan Mett Deymon : “ Administrasiyanın çox fəaliyyəti məndə sual doğurur. Amma pilotsuz təyyarələrin istifadəsi, telefon dinlənilmələri, internet monitorinqlər – bu artıq həddi keçmək deməkdir. Cimmi Karter dedi ki, biz artıq demokratik cəmiyyətdə yaşamırıq. Əgər eks-prezient bunu deyirsə, bu haqda düşünmək lazımdır”.
Leninin və Stalinin zamanında tez-tez partiya təmizləməsi aparılırdı. Bugün çoxları “partiya təmizləməsi”nin nə olduğunu bilmir, hətta absurd şəkildə düşünürlər ki, “partiya təmizləməsi” – həbs və düşərgə deməkdir. Bunu aydınlaşdıraq:
Təmizləmə (“Partiya sıralarının təmizlənməsi”) – irəli sürülmüş tələblərə uyğun olaraq partiya üzvlərinin yoxlanmasına yönəldilmiş təşkilati hüquqi müəsissələrin məcmusu və dövlət aparatının şpionlar,diversantlar,ziyankarlar,korrupsionerlər, provakatorlar, dövlət pulunu oğurlayan insanlar kimi dövlət düşmənlərindən təmizlənməsidir.
Lenin insanda partiya biletinin çoxluğunu heç vaxt ona üstünlüklər qazandıran indulgensiya hesab etməyib. Heç bir partiyaya üzv olmamaqla (partiyasız) eyni qiymətləndirilib. Bu haqda onun 26.02.1920-ci il tarixli məktubunu nəzərdən keçirək:

“V.N.Lobova, A.E.Minkinə, E.M. Yaroslavskiyə
26.02.1920-ci il

Yoldaş Lobova,Minkinə və Yaroslavskiyə, əgər onlar Permdə yoxdurlarsa, o zaman Perm quberniyasının kommunist partiyasının digər üzvlərinə.
Ərizəni təqdim edənlər – yoldaş Fedor Samsonoviç Sannikov, Qriqoriy İvanoviç Mixalev, Platon Pavloviç Moskalev mənim yanıma Kalinindən gəliblər.
Onlar partiyasızdırlar, amma çox yaxşı vicdanlı şəxs təəssüratı oyadırlar. Partiya tərkibinin yenidən qeydə alınmasını və yoxlanmasını xahiş edirlər. Yerli partiyada çoxlu pis elementlərin olduğunu söyləyirlər.

Onların istəyini yerinə yetirməyinizi çox xahiş edirəm. – Yoxlamanın nəticələri haqda məni  məlumatlandırın. Şəxsən tanıdığınız və tamamilə etibarlı partiya (Usol və Usol qəzası vilayətinin ) üzvlərinin adlarını mənə xəbər verin”.

KAPİTALİZM İNSANLARI VƏ PLANETİ MƏHV EDƏCƏK

Biz təhlükəli zamanda yaşayırıq, xüsusilə mənəvi planda təhlükəli. Bir neçə yüz lovğa və hakimiyyətə sahib insan ( onları bilderberqlər, illüminatilər, trilateralistlər adlandırmaq olar) “ticarət və təsəvvür” adına birlikdə dünyanı idarə etmək qərarına gəliblər – “yeni dünya niazmımın” birinci versiyasının  və ən ilk konslaqerlərin banisi Sesil Rods vaxtilə belə qərara gəlmişdi.
Beləliklə, bizi oliqarx-humanitarilər, zəngin təxəyyülə sahib, amma yeniyetmə əxlaq səviyyəli insanlar idarə edir – onlar nefti prinsiplərə, faydalı qazıtıları – bizi hər şeyə qarışmağa məcbur edən saysız  əxlaqi göstərişlərə qatırlar. Müharibələri alovlandıranlar öz hərəkətlərinə bəraət qazandırmağı xoşlayırlar. Bütün bunlar – sanki Hitlerin vaxtında olduğu kimi, o “özününküləri”, yəni almanları müdafiə etmək üçün Çexoslavakiyanı işğal etməlidir, sonra isə Dansiq sakinlərinə kömək etmək üçün Polşanı, və əlbəttə ki, daha sonra Qərb əhalisini “kommunizm şərindən” müdafiə etmək üçün SSRİ-yə hücum etməli idi  (nasistlər, növbəti qırğını törətməzdən əvvəl onunla öyünürdülər ki, Qərbin mirasını qoruyurlar!)
Və bugün Qərb Liviyaya, Suriyaya və ya Livana hücum edəndə və bombalar səpəndə, növbədə isə yazıq İrandır, hər tərəfdə dinc sakinlər əzab çəkəndə, biz adəti üzrə güman edirik ki, bütün bunlar xeyirin müdafiəsi və şərlə mübarizə üçündür. Öz inamsızlığı və məlumatsızlığı sayəsində aparıcı qərb KİV-i, həmçinin, siyasətçilər, hərbiçilər və sadəcə avantyuristlər özlərini inandırıblar ki, xeyirin qalib gəlməsi üçün onlar bu şəkildə şəri cəzalandırırlar – qoy xeyir Suriyada və ya başqa yerdə pis modjaxed rolunda çıxış etsin. Real faktlarla belə bacarıqsız davranış, həm Avropada, həm də Amerikada bizim borcumuzun, bizim nəzarət olunmayan miqrasiyamızın,bizim sosial planda narahtlığımızın, həmçinin işsizliyin və zəifliyin mövcudluğunu izah edir.
Həmçinin bu sualı da nəzərdən keçirmək lazımdır: biz nədə və niyə səhvik? Bu sualla əlaqədar Leninin imperializm haqda şedevr əsərini (“İmperializm kapitalizmin ali forması kimi”) yenidən oxudum. O vaxtdan bəri çox şey dəyişib, xoşbəxtlikdən əksər dövlətlər üçün (onlar daha acından ölmürlər və demokratik müstəmləkə hakimiyyətinin qamçısı altında əyilmirlər) , amma çox şey olduğu kimi qalıb. Dünyadakı imperial və barbar hərəkət dəyişməz olaraq qalır, istisna olan budur ki, indi yeni çevriliş törətməkdən ötrü  Hindistana və ya Çinə hücum etmək elə də asan deyil və Rusiya bugün çox güclüdür və çox mütəffiqlərini uğurla müdafiə edir. Əlbəttə, indi dünyanı idarə edən gizli cəmiyyətlər qərb xalqlarını müflis etməyə, onların sənayesini qloballaşdırmağa və immiqrasiyanı inkişaf etdirməyə qərar veriblər.. nə isə, narazılıq etməyəcəm, axı hələ Leninin zamanında ağıllı elitalar yalnız bəzi şəxsi mədənləri öz əllərinə keçirərək və xarici maraqlarını müdafiə edərək Avropanı  məhv etmək qərarına gəlmişdilər... Beləliklə, öz əsərində Lenin çürüyən kapitalizmi, iqtisadi parazitizmi və üç yüzlər oliqarxiyasını çox pisləyirdi.
Bundan əlavə, etiraf etməliyəm ki, Vladimir Leninin kitabının ən maraqlı hissəsi çox da məşhur olmayan, Xobson adlı  gözəl britaniya yazıçısının sitatı üzərində qurulur. Lenindən fərqli olaraq Xobson marksist deyildi və bəlkə də məhz bu bizim humanitar elitanı hərəkətə gətirən səbəblərin  başa düşərkən onun fikirlərinə daha çox intuitivlik və incəlik verir. Qəddar və xəsis biznesmen kapitalist ola bilər, bununla belə pis mənada həqiqi idealist də. Xobson bu haqda belə yazırdı:
Patriotizm,risk,macəra axtarışı,hərbi tədbir, siyasi ambisiyalar və filantropiya kimi qeyri-iqtisadi faktorlar İmperiya ekspansiyasında vacib rol oynamağa başladığı halda maliyyəçilərə böyük nüfuz verilir, tarixə iqtisadi baxış isə olduqca daralır.
Xobson imperializm ideyalarını irəli çəkən macəra axtaranların və  yazıçıların (Kipplinq,Vern,Xaqqard və digərləri), həmçinin missionerlərin,səyyahların,idmançıların,alimlərin oynadığı burada rolun mənfi cizgilərini göstərir. Qərb imperialisti bütün dünyanı  inandırmağa çalışır ki, ilahi gücün istifadəsinə yalnız onun haqqı var və o “sivilizasiyanın irqləri və tipləri arasındakı fiziki mübarizənin tamamilə tabe və ya məhv edilməsi haqda qanunu yalnız o yerinə yetirə bilər”. Ən aşağı irq qara və ya sarı olduğuna görə yox olmamalıdır, daha az əxlaqlı olduğuna görə yox olmalıdır! Bugün ərəblərlə məhz bu baş verir – istər onlar fələstinli,istər iraqlı,suriyalı və ya liviyalı.
Əlbəətə, 1900-cu ildə heç bir Avropa xalqı imperializmin xeyirində əmin deyildi. Avropada həyat çətindir, dəhşətli bərabərsizlik mövcuddur və çox insanlar azad ölkələrə,bizim müstəmləkələrə deyil, köçməyə məcburdurlar. Əlavə edək ki, müstəmləkəçilik müharibələrinə ayrılan xərclər olduqca çoxdur. Buna görə də, Xobsona görə, imperialist bankirlər,ticarədarlar və onların filialları diqqəti humanitar əsaslara cəlb edirlər, qazetlər alırlar, səyahətlər haqda kitablar nəşr edirlər, qəhrəmanlıq və olmayan əməllər tərənnüm edirlər. Onlar əliaçıq missionerləri, səyahətçiləri  və bütün Alen Kvatermeynləri və Fileas Foqqovları çox sevirlər...

Bugün isə biz terroristlər haqda kitablarla və ya romanlarla, uydurulmuş  reportajlarla, saxta hücumlarla, saxta rəqəmsal fotoşəkillərlə və s. yüklənmişik  - və bütün bunlar, misal üçün, İraqda və ya Əfqanıstanda müharibəyə xərclənmiş “üç milyard dolları” (Co Ştiqlis) izah etməkdən ötrüdür. Biz hamımız amerikan-ispan müharibəsinin başlanması ərəfəsində Rendolf Xristin söylədiyi məşhur ifadəni xatırlayırıq : “Mən müharibə istehsal edirəm”. O da hərbi prosesin başlamasına xidmət edən saxta hücum idi.

İmperializm iyrənc şəkildə pulda, asan gəlirdə maraqlıdır,bundan əlavə o adətən saxta əxlaqa, yanlış etikaya və  anarxik müdaxilə siyasətinə əsaslanan ağılsız siyasət vasitəsilə yeridilir. Qərbli oliqarx həmişə xeyirxah olmaq istəyir, hətta, Oskar Uayld dediyi kimi,  “ vicdanımıza qorxaraq əməl etsək belə”.

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur 

18 авг. 2013 г.


Bu, Fəthullah Gülənin Pensilvaniyadakı malikanəsidir. Halal adamdır, alın təri ilə qazanıb, qazanır: olmayan cənnəti beyinsiz dolandırıcılara satır. Təbii ki, beyinsiz dolandırıcılar da zənn edirlər ki, imam-molla Fəthullah Gülənə biat və təzim etməklə günahları bağışlanacaq və cənnətə düşəcəklər. Bütün dini liderlərin "uğurları" zatən bu psixologiyanın üzərində qurulub.
Gördüyünüz kimi, Fəthullah Gülən ömür boyu nəfsi ilə mübarizə aparıb və Türkiyəyə "hizmət" edib.

P.S. Qaranlıqçı "nurçular" belə məqamlarda onun məktəblərindən filandan danışırlar. Məktəblər ona öz təriqətinə savadlı manqurt böyütmək üçün lazımdır. O ölkə ki, onun təhsil nazirliyi, təhsil sistemi Fəthullahın məktəbinə möhtacdı, aciz və mənəviyyatsız ölkədir. Azərbaycan kimi. Sosializm dövrümüzdə hamı dövlət məktəbində oxuyub, repetitor yanına tək-tük halda gedib, o da ki ali məktəb imtahanlarına 2-3 ay qalmış və sırf bir ya iki fənndən. Yanı Fəthullahın məktəbləri olmadan da sosializm dövrümüzdə hər kəsin ən yüksək səviyyədə təhsil almağa bərabər haqqı və imkanı vardı.