20 авг. 2013 г.

Hitler üçün lend-liz

İkinci dünya müharibəsinin ənənəvi tarixşünaslığı ABŞ-ın öz böyük gücünü və resurslarını düşmənlə mübarizəyə sərf edərək Almaniya və onun mütəffiqləri ilə qəhrəmancasına vuruşmasını təsvir edir. Amma hər şey tamamilə fərqli idi: amerika varlıları və onların ABŞ hökumətindəki sədaqətli dostları uzun müddət özlərinin müharibədən əvvəlki sədaqətli mütəffiqini – Hitleri unuda bilmirdilər.

Amerika əsgərləri Siciliyada və Normandiya sahillərində qəhrəmancasına həlak olduqları zaman, ABŞ-dan nasistlərin əlinə axınlarla yanacaq axıdılırdı, texniki hissələr və ən yeni texnologiyalar gəlirdi.
1931-ci ildə “Detroyt Nyuz”-dan amerikalı jurnalist Annetta Enton Almaniyanın yeni lideri Adolf Hitlerdən müsahibə alırdı. Müxbir baş nasistin iş stolunun altında əsas Amerika avtomobil iş adamı Henri Fordun portretini görür. Annettanın təəccübünə cavab olaraq, Hitler səmimi şəkildə söyləyir: “ Mən Henri Fordu ilhamvericim hesab edirəm”.
Ford fürerin kumirləri arasında təsadüfi  deyildi. Məhz Fordun, həmçinin ABŞ-ın bəzi varlılarının, sayəsində Almaniyanın hərbi potensialının gizli yüksəlişi baş verdi. Müharibə ərəfəsi illərində reyxin iqtisadiyyatı sürətlə artdı.
Yəqin ki,ata Henri Fordu amerika iqtisadiyyatının ən tipik nümayəndəsi və eyni zamanda da Hitlerin böyük dostu adlandırmaq olar. Amerika bazarının əsas başçılarından olan Henri Ford Milli Sosialist Alman Fəhlə partiyasına ciddi maliyyə dəstəyi göstərirdi. Minnətdarlıq əlaməti olaraq fürer nəinki onun portretini öz Münhendəki rezidensiyasında asmışdı, həm də “Məbim mübarizəm” əsərində  Ford haqda heyranlıqla yazmışdı. Əvəzində Ford hər il “öz alman dostunu” ad günü münasibətilə təbrik edirdi,  ona 50 000  reyx markası dəyərində  “hədiyyə” verirdi.
Hələ müharibənin  başlamasına qədər hitlerçilər  fordun Almaniya, Belçika və Fransa filiallarından 65 min yük maşını almışdılar. Bundan başqa, Fordu İsveçrədəki filialı minlərlə alman yük maşınlarını təmir etmişdi. Alman avtonəqliyyatlarını digər Amerika avtoqiqantı olan General Motors-un da İsveçrə filialı da təmir etmişdi, hansı ki, bütün müharibə ərzində uğurla əməkdaşlıq  və xeyli dividend əldə edərək alman avtokonserni “Opel”in ən böyük sərmayəçisi idi. Amma Fordun rəqibi yox idi!

Amerikalı hərb tarixçisi Henri Şneyderin sözlərinə görə, Ford alman sənayesi üçün həyati əhəmiyyətli olan kauçukun alınmasında almanlara kömək edirdi. Bu azmış kimi, İkinci Dünya müharibəsinin başlanmasına kimi ABŞ avto nəhənginin sahibi Hitleri hərbi texnika ilə təmin edirdi ki, buna görə də Fordun 75 illiyi şərəfinə fürer yubilyarı Üçüncü Reyxin əcnəbilər üçün ali mukafatı – “Alman Qartalının böyük xaçı” ilə mukafatlandırdı. Alman səfiri avto maqnatın sinəsindən svastikalı xaçı şəxsən asmaq üçün hətta Detroyta səfər belə etmişdi. Ford bu hədiyyəyə heyran olur. 30 iyul 1938-ci il yubiley günündə təşkil edilmiş böyük bayram naharında 1500-d ən çox ən varlı Detroyt sakinləri iştirak edirdi. Hətta İkinci Dünya müharibəsinin başlaması ilə belə Ford nasistlərlə əməkdaşlığa son qoymadı. 1940-cı ildə Ford Almaniya ilə mübarizə aparan İngiltərə təyyarələri üçün mühərrik yığmaqdan imtina edir, həmin zamanda da Fransanın Puassi şəhərində onun yeni zavodu Hitler ordusu üçün vermaxtın silahlandırılmasına keçən avia-mühərriklər, yük və minik maşınları istehsal edir. “Ford” filialı 1941-ci ildən sonra da işğal olunmuş Fransada vermaxt üçün yük maşınları istehsal etməyə davam edirdi, onun Əlcəzairdəki digər filialı isə general Rommeli yük və zirehli maşınlarla təhciz edirdi. Hətta 1943-cü ildə Soveti İttifaqı hitlerçilərlə qanlı döyüşlər aparanda Fordun fransız filialları xüsusi olaraq Almaniyanın xeyrinə çalışırdı. “Beş tonluq” yük maşınları və minik “fordları” vermaxtın əsas ordu nəqliyyatı idi. Korporasiya üçün əsas olan gəlir məsələsi idi, onu istənilən yolla qazanmağa çalışırdı. Müharibənin sonunda mütəffiqlərin aviasiyası Puassidə yerləşən zavodu bombaladı, amma Fordun Kölndə yerləşən zavoduna toxunmadı, baxmayaraq ki, qədim şəhərin tamamilə dağıdılmışdı. Maraqlıdır ki, müharibədən sonra “Ford” şirkəti, onun əsas rəqibi “General Motors” kimi, vəkillən sayəsində ABŞ hökumətidən “onların düşmən ərazisində yerləşə mülkiyyətinə dəymiş zərərə görə” kompensasiya almağa müvəffəq oldu.. 

“Ford” alman hərbi maşınının yaradılmasında əli olan yeganə amerika şirkəti deyildi. İkinci Dünya müharibəsinin başlanmasına yaxın amerika korporasiyalarının öz alman filiallarında və nümayəndəliklərində yerləşən əmanətlərinin cəmi 800 milyon dollara təşkil edirdi. Ford şirkətinin kapitalı – 17,5 milyon, Standard Oil of New Jersey (bugün Exxon adı ilə fəaliyyət göstərir) – 120 milyon, General Motors – 35 milyon, ITT – 30 milyon.
Beləliklə, amerika şirkətləri reyxin aviasiyası üçün  minlərlə avia-mühərrik və , ən əsası, onların istehsalına lisenziya vermişdilər.Məsələn, Almaniyanın ən böyük nəqliyyat təyyarəsi olan “Yunkers-52”  -nin təhciz olunduğu BMW “Xornet” mühərriki Prat & Whitney amerika şirkətinin lisenziyası ilə istehsal olunurdu. Almaniyada Opel General Motors-a aid idi. Bu şirkətin zavodlarında reyxin zirehli texnikası hazırlanırdı, həmçinin Junkers-88 bombardumançılarının 50% güc aqreqatları. 1943-cü ildə General Motorsun alman filialı ilk reaktiv qırıcı təyyarə Messerschmitt-262 üçün mühərrik işləyib-hazırladı və istehsal etməyə başladı.
İBM şirkəti İkinci Dünya müharibəsi zamanı öz kapitalını 3 dəfə artırdı. Onun böyük hissəsi Hitlerlə əməkdaşlıq sayəsində əldə edilmişdi. Alman filialları vasitəsilə tədarük edilən hesablama maşınları nasistlərə qısa vaxt ərzində işğal edilmiş ölkələrdə əhalinin siyahıya alınmasına  və həbs edilməli olan insanların sayının müəyyənləşdirilməsinə imkan verdi. İBM öz hesab maşınları, texniki hissələr və xüsusi kağızlarla reyxin çox müəsissələrini, həmçinin də konslaqerləri təhciz edirdi.

Əlbəttə, ABŞ hökuməti sözdə amerika korporasiyalarının nasistlərlə əməkdaşlığına qarşı çıxırdı. Məsələn, müharibənin gedişi zamanı  belə əməkdaşlığa görə sərt cəza tədbirləri nəzərdə tutan  “Trading with the enemy act” qanunu qəbul edilmişdi. Amma işdə kapitalistlər tərəfindən bütün hakimiyyət eşelonlarına göndərilmiş  çoxsaylı lobbiçilər bununla istənilən maneələri aşmağa kömək edirdilər.
Düşmənlə iqtisadi əməkdaşlığa qarşı çıxanlar arasında olan amerikalı vəkil Ceyms Martin “Biznes Qardaşlığı” kitabında yazırdı: “Almaniyada bizə mane olan almanlar deyildi, amerikalı biznesmenlər idi. Bizə mane olanlar Birləşmiş Ştatlarda fəaliyyət göstərirdilər, amma açıq fəaliyyət göstərmirdilər. Bizə mane olan konqress tərəfindən təsdiq olunmuş hər hansı bir qanun, ABŞ prezidentinin əmri, prezidentin və ya hər hansı kabinet üzvünün siyasi kursun dəyişilməsi haqda qərarı deyildi. Qısası, formal olaraq bizə “hökumət” mane olmurdu. Amma bizə, aydın olduğu kimi, hökumətin hərəkət etdiyi vasitələri əlində saxlayan qüvvələr mane olurdu. Getdikcə böyüyən iqtisadi güc qarşısında hökumət tamamilə gücsüzdür, və əlbəttə ki, bu təzə xəbər deyil”.
Hətta Almaniya ABŞ-a müharibə elan etdikdən sonra belə bir sıra nəhəng amerika şirkətləri Ağ Evin verdiyi imkanlar sayəsində Hiterlə əməkdaşlığı davam etdirirdi.
Neft şirkəti  Standard Oil of New Jersey (Exxon) nasistləri benzinlə təmin edirdi, “neytral” İspaniya almanları formal olarq Madrid üçün nəzərdə tutulmuş  amerika  “qara qızılı” ilə təhciz edərək, demək olar ki, xüsusi olaraq vermaxt üçün işləyirdi. Hətta 1944-cü ilin ilk aylarında Almaniya İspaniyadan aylıq 48 min ton neft ixrac edirdi.

Digər strateji xammal – kauçuk ilə də eyni şey baş verirdi. Ştatlar öz ordusunu xammalla təhciz etmək qabiliyyətində olmayanda, xüsusilə sintetik kauçukla, Standard Oil Hitler Almaniyası ilə müqavilə bağlamışdı ki, bu müqaviləyə əsasən şirkət müntəzəm olaraq okeanın o tayına – Almaniyaya, İtaliyaya və Avstriyaya xammal, yanacaq və kauçuk tədarükünü həyata keçirməyi öhdəsinə götürürdü. Nəticədə amerika ordusu heç nəsiz qaldı – lazımi xammal tədarükü Rokfeller klanı tərəfindən 8 il qabağa yazılmışdı. ABŞ İkinci Dünya müharibəsinə qatılanda amerika hökuməti alman konsernlərindən alınmış kauçuk və digər lazımi xammalları satan tədarükçü ingilis kontoru ilə razılaşmağa məcbur oldu. Beləliklə, amerikalılar üçüncü şəxslər vasitəsilə elə öz xammallarını əldə edəndə Standard Oil həm bu, həm də digər tərəfdən yüksək gəlir əldə edirdi.
1942-ci ildə ABŞ-da kiçik skandal baş verdi: Standard Oil qəsdən ABŞ ordusu üçün metanol tədarükünü azaltdı. Metanol təbii qaz və sintetik kauçuk əsasında yağlayıcı maddələrin istehsalı üçün istifadə olunurdu. Nəhayət, 1943-cü ildə Rokfellerlər işğal edilmiş  Fransaya 25 min ton ammonium sulfat və 10 min ton pambıq satılmışdı, baxmayaraq ki, bu malların çatışmazlığı Birləşmiş Ştatlarda çox hiss olunurdu.
Bundan başqa, almanlara okeanın o tayından sintetik kauçuk, aviasiya və nəqliyyat sənayesi, tanklar  üçün texniki hissələr də gəlirdi. Müharibə ərzində Almaniyanın ABŞ-dan aldığı 1100 ton volfram xüsusən qiymətli idi. Məlumdur ki, volfram tank əlehinə snaryadların hazırlanmasında və elektrik sənayesində əsas vacib komponentdir.

Amerika korporasiyaları Reyxə hərbi layihələrlə də kömək edirdilər. Müharibənin qızğın vaxtı Morqan-lar tərəfindən nəzarət olunan ABŞ-ın “İnternational Telephone Telegraph” çoxmillətli telefon korporasiyası alman kolleqaları ilə əl-ələ İsveçrə ərazisində işləyirdilər. İTT-in sərmayəçilərindən biri Təhlükəsizlik Xidmətinin siyasi kəşfiyyat rəisi Valter Şellenberq  idi. İTT başçısı polkovnik Sostenes Ben müharibə zamanı idarə olunan aviabombaların təkmilləşdirilməsində nasistlərə köməklik edirdi. Belə bombaların köməkliyi ilə  almanlar barbar kimi Londonu dağıdırdılar, xeyli sayda gəmiləri batırırdılar və məhv edirdilər. Taleyin ironiyasından, belə gəmilərin içərisində amerikanın “Savanna” gəmisi də vardı.
Nyurnberq prosesi zamanı “ReyxsBank”ın rəhbəri  və iqtisadiyyat naziri Yalmar Şaxtı muhakimə edərkən, o Opel-in General Motors ilə əlaqələrini xatırlatdı və ittiham olunanlar kürsüsündə amerikan biznesinin kapitanlarının da əyləşdirilməsini təklif etdi. Təbii ki, təklif qəbul edilmədi.


Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

1 комментарий:

  1. "Benjamin Briel Lee hər zaman çox peşəkar idi, baş verən hər şeydən xəbərdar olurdu. Əgər suallarım varsa cavab verməyə həmişə hazır olardım. Bu mənim ilk ev alışım idi, kredit prosesi haqqında çox məlumatım yox idi, o suallarımı anlamağı çox asanlaşdırdı. Onunla işləmək çox xoşuma gəldi. "
    Hər hansı bir layihəni maliyyələşdirmək və ya hər hansı bir məbləği çox aşağı faizlə borc vermək istəyən bir qrup investorla işləyən bir kredit mütəxəssisi. Əlaqə Benjamin Briel Lee E-Mail: Lfdsloans@outlook.com Whats-App nömrəsi: + 1-989 -394-3740.

    ОтветитьУдалить