19 авг. 2013 г.

Məşhur aktyorlar ABŞ siyasətinə qarşı


Kino sənəti yaranan gündən ABŞ hökumətinin akter-rejissor qrupunu görməyə gözü yox idi. Kinomatoqrafiya sahəsində İlk “xalq düşmənləri” siyahısını hələ 20-ci illərdə FKİ-nin ilk direktoru Edqar Quver hazırlamışdı. “Soyuq müharibənin” başlamasından sonra konqressmenlərdən biri Hollivudu “bolşeviklərin mənzil qərargahı” adlandırmışdı. Bu da qara siyahının formalaşmasına işarə idi. 1947-ci ildə Konqressin təkidi ilə on aktyor işdən azad edilmişdi, otuzdan çoxu əmək haqqlarının azaldılması ilə qurtulmuşdu. Sonralar bu siyahi artmağa davam etdi. Qovulan məşhur aktyorlar arasında Xemfri Boqart,Çarli Çaplin, Ketrin Xepbörn, Kirk Duqlas və bir çox başqaları vardı.
ABŞ hökumətinin apardığı siyasəti tənqid edənlər arasında kino aktyorları da az deyil. Məsələn, 2004-cü ildə Oskar mükafatının təqdimat mərasimində rejissor Maykl Mur birbaşa əsas tribunadan səslənmişdi: “Utanın, cənab Buş! Siz insanları yalançı bəhanələrlə müharibələrə yollayan yalançı prezidentsiz.” (Azərbaycanda isə musavatçılar Buşun portreti ilə dolaşırdılar, mitinqlərə çıxırdılar.)
2006-cı ildə aktyor Corc Kluni İraq və Əfqanıstandakı müharibə əlehinə etiraz edərək modjaxed saqqalı saxlamışdı.
Şon Penn Washington Post-a Buşu açıq tənqid edən qəzəbli məktublar göndərmişdi.
Rejissor Spayk Li əmindir ki, Meksika körfəzində British Petroleum platformasının dağılması ilə yaranmış qlobal ekoloji fəlakətin səbəbkarı Obamadır. Hollivudun əfsanəsi Robert Redford da eyni fikirdədir.
“ Mən Obamanı dəstəkləyirdim, çünki o söyləyirdi ki, biz təmiz havanı,suyu və torpağı qorumalıyıq. Amma əgər əksinə davanacaqsansa, doğru şeyləri söyləmək azdır. Prezident isə seçkilərdən sonra elə qərarla dünyanın ən çirkli enerji layihələrindən birini - Keynston XL boru-kəməri layihəsini dəstəklədi... Bir çoxları kimi mən də özümə sual verirəm, bu insanın verdiyi sözlərə inanmaq olarmı?” – Robert Redford Huffington Post-da yazır.
“Obamanın xarici siyasətinin bədbəxtliyi səriştəsizlik təcəssümüdür. Prezident Obama ölkə tarixində ən pis prezidentdir.” – Endi Qarsiya narazılıq edir.
Obamanın ən sərt tənqidçilərindən olan Mett Deymon : “ Administrasiyanın çox fəaliyyəti məndə sual doğurur. Amma pilotsuz təyyarələrin istifadəsi, telefon dinlənilmələri, internet monitorinqlər – bu artıq həddi keçmək deməkdir. Cimmi Karter dedi ki, biz artıq demokratik cəmiyyətdə yaşamırıq. Əgər eks-prezient bunu deyirsə, bu haqda düşünmək lazımdır”.

Комментариев нет:

Отправить комментарий