31 авг. 2013 г.

ABŞ MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) 1953-cü ildə İranda dövlət çevrilişində öz rolunu etiraf edən məxfi sənədlər nəşr edib. 1951-ci ildə seçkilərdə qələbə qazanan Mossadık ona qədər Britaniyanın İngilis-fars neft kompanyasının (hazırki BP) nəzarət etdiyi neft sənayesini milliləşdirir. “İran dəmir pərdə arxasında qalmaq təhlükəsi ilə üzləşir. Bu SSRİ-nin qələbəsi demək idi və Qərbin Yaxın Şərqdəki mövqeyinə güclü zərbə idi”- sənədlərdən birində qeyd olunur. Bu sənədlərə əsasən İrana qarşı niyə bu qədər nifrətin olduğunu aydınlaşdırmaq olar.
1953-cü ildən 1979-cu ilə kimi ABŞ və İngiltərə İran və iran neftinə nəzarət edirdi.1979-cu ildə islam inqilabı nəticəsində onlar bu nəzarəti əldən buraxdılar. O zamandan da İrana nifrət yer almağa başlayıb.
1979-cu il İran inqilabı amerikalılar üçün gözlənilməz idi. Paradoks bunda idi ki, onlar şahı digər amerikaçı qüvvəyə dəyişmək üçün şahın devrilməsi prosesinə özləri yol vermişdilər, amma proses nəzarətdən çıxmışdı. Vaşinqtona İranda daha dini rejim lazım idi ki, İran sovet ordusunun daxil olduğu Əfqanıstandakı hadisələrin gedişinə daha aktiv qatılsın. Nəticədə ABŞ özü çevrilişi təşkil etdi və İranı itirdi. Bu da ABŞ-ın İrana olan nifrətinin daha bir səbəbidir.
1953-cü ildə İrandakı çevrilişin dəqiq tarixinə diqqət edək. 1951-ci ildə İranın bütün neft sərvətini milliləşdirən prezident Mossadıkın arxasında SSRİ dayanırdı. Daha dəqiq desək –Stalin. Stalin Birləşmiş Ştatlara ardıcıl zərbələr endirməyə davam edirdi. Çində vətəndaş müharibəsi zamanı Mao-nun qələbəsi (1949), ABŞ-a qarşı müharibədə Çin və Koreyaya yardım (Koreya müharibəsi 1950-1953), İranda neft sərvətlərinin milliləşdirilməsi (1951-1952). Stalin sağ olduğu müddətdə ABŞ İranda devriliş edə bilməzdi, orada Sovetin xüsusi xidmət orqanları işləyirdi. Odur ki, devriliş yalnız Stalinin ölümündən sonra baş tuta bilərdi. Belə də oldu. 1953-cü ilin mart ayında Stalinin ölümündən sonra elə həmin ilin yayında - 19 avqust 1953-cü ildə Mossadık hökuməti devrilir, Şah Pəhləvi İrana qayıdır və 1979-cu ildə islam inqilabı nəticəsində devrilənə kimi ABŞ-ın mütəffiqi olur.

28 авг. 2013 г.

Miqrantlar burjuaziyanın silahı kimi

Bəlkə də siyasətdə miqrantlara aid fikirlər kimi ziddiyyətli fikirlər yoxdur. Bununla belə ilk növbədə sol partiya və hərəkatlarda miqrantlara münasibət tamamilə fəqlidir. Ən mənfi fikirdən tutmuş, ən sakit fikrə kimi,  bu insan da bizim kimi adi işçidirsə, onun hardan olmağının nə fərqi var. Bununla belə, hətta internasionalistlərin əksəriyyəti miqrantların yaranmasını sinfi mübarizə çərçivəsində analiz etmək istəmir, amma nahaq yerə, çünki  analiz aparılsa, hər şey öz yerini tapar.

Miqrantlar və İşçi hərəkatı

Adətən miqrantlardan söhbət düşəndə ilk olaraq cinayətkarlıq səviyyəsinin artmasını,narkotik daşınmasını,yerli əhalinin qisas almasını,xəstəliklərin yayılmasını,antisanitariyanı və s. xatırlayırlar. Qısası, istənilən şey yada düşür, təki sinfi yanaşma olmasın. Təəssüflə qeyd etmək lazımdır ki, miqrantlar haqda stereotiplərin çoxu,həmçinin də yuxarıda qeyd olunanlar, əsassız deyillər. Amma bu şeylər normal ölkələrdə normal nəzarət olunurlar və aradan qaldırılırlar.
Proletariatın diktaturası mövcud olan normal dövlətlərdə miqrant axını qorxulu deyil, amma bu artıq başqa mövzudur. Biz axı vəziyyəti sosialist ölkələrdəki miqrantlar nöqteyi-nəzərindən nəzərdən keçirmirik, kapitalist ölkədəki miqrantlar və işçi hərəkatı arasındakı əlaqə nöqteyi-nəzərindən nəzərdən keçiririk.

İlk olaraq “Ştreykbexer” sözündən başlamaq lazımdır
ŞtreykbexerStreikbrecher, (hərfi mənada – tətili pozan) – bir qayda olaraq tətil zamanı kənardan işə alınmış, tətildə iştirak etməkdən və tətilçilərə dəstək olmaqdan imtina edən, tətilçilərlə mübahisədə administrasiyanın tərəfini tutan və tətil zamanı işə çıxmaqla ona dəstək olan şəxs.Məcazi mənada xəyanətkar, ümumi maraqları satan mənasını verir. (Wiki)

Yavaş-yavaş aydın olur, elə deyilmi? Buna baxmayaraq, kənardan başlayaq. Əvvəllər, 19 əsrin ortalarında Almaniyada praktiki olaraq miqrantlar yox idi, ona görə də tətillərdə iştirak etməkdən imtina edən almanları Ştreykbexer adlandırırdılar, bunlar adətən elə burada və indi pul lazım olan, pula çox ehtiyacı olan  və ya nəyisə dəyişə biləcəklərinə inanmayan və buna görə də ən asanı öz işini yerinə yetirməklə 3 qəpik qazanmaq fikri ilə barışan sınmış insanlar idi.
Bugün ştreykbexer – miqrantdır. Hər hansı bir müəssisənin işçiləri tətilə çıxanda, öz hüquqlarını müdafiə etməyə başlayanda istehsalın dayanmaması üçün burjua savadsız, iş təcrübəsi olmayan, amma burjuanın təklif etdiyi şərtlərlə və ya hətta daha pis şəraitdə işləməyə razı olan miqrantı işə çıxarır.

“Əmək bazarının dağılması” adlandırılan şey elə budur, yerli əhalinin əməyinin əvəz edilməsi nəinki bu yerli əhalinin sıxışdırılmasına, həm də əmək şəraitinin daha da pisləşməsinə, bu sahədə əmək haqqının azalmasına gətirib çıxarır. Bununla belə, heç nəyə nail olmayan, köhnə iş yerlərindən qovulan həmkarlar ittifaqları sadəcə dağılırlar, həmkarlar ittifaqının dağılması isə işçi hərəkatı üçün zərbədir.

İndi burjuaziya o qədər qudurub ki, bu sahələrə praktiki olaraq ancaq miqrantları işə alırlar ki, bu da internasionalistlərin, solların mübarizə aparmalı olduğu millətçiliyin meydana çıxmasına işarədir. Ümumiyyətlə bu nadir haldır, çünki bizim millətçilərin böyük əksəriyyəti əslində internasionalistə çevrilirlər, ona görə ki, işçilərin ümumdünya həmrəyliyi ilə deyil, dövlət və burjuaziya  tərəfindən üzə çıxarılan  millətçiliklə mübarizə aparırlar.

Müəssisədə həm yerli əhali, həm də miqrantlar çalışırlarsa, bu zaman miqrantlar klassik Ştreykbexerlər rolunda çıxış edirlər, yəni həmkarlar ittifaqlarına daxil olmaqdan, öz əmək hüquqları uğrunda mübarizə aparmaqdan imtina edirlər. Ən çox da ona görə ki, onlar azad insanlar deyillər, məsələn, onların pasportları və ya iş üçün icazələri yoxdur. Bu da burjuaziyaya nəinki onları ştreykbexer kimi istifadə etmək, həm də yerli əhalinin əmək haqqını azaltmaq imkanı verir, “bunlar” daha az pula sizin işi yerinə yetirə bilərmiş.

Bu miqrantların burjuaziya tərəfindən işçi hərəkatına qarşı istifadə olunmasının birinci tərəfidir, indi ikinci tərəf haqda danışaq. 

Sinfi mübarizə və miqrantlar

Sol qüvvələrin nümayəndələrinin siyasi arenadakı fəaliyyətləri adətən “sinfi mübarizədən başqa heç nə” prinsipi üzrə baş verir. “Bütün ölkələrin proletarları birləşin!” şüarı da buradan yaranır. Çünki bizim hamımızın bir düşməni var – burjuaziya. Bizi, müxtəlif millətlərin, etnosların və s. nümayəndələrini də bir-birinə qarşı məhz bu düşmən savaşdırır. Elə görünür ki, sanki hər şey sadə və aydındır.
Amma müasir dövr göstərir ki, bu heç də belə deyil. Bunu düşünmək və dərk etmək lazımdır ki, ölkədə miqrantların əməyinin istifadə olunub-olunmaması bizdən yox, burjuaziyadan asılıdır.Miqrasiya sahəsində qanunları burjuaziya qəbul edir, miqrantları burjuaziya işə qəbul edir. Belə hərəkətlərin yerli əhalidə müvafiq reaksiya yaratması olduqca təbiidir. Yəni, burjuaziya hər bir  zəhmətkeş insanın təbii hissləri üzərində oynayır. Çünki, o – bütün beynəlxalq həmrəyliyə baxmayaraq  - iş yerinin miqrant tərəfindən məşğul edilməsini istəmir.

Nəticədə burjuaziyanın miqrantların iş qüvvəsindən istifadə etməsi faktı cəmiyyətdə millətçi əhval-ruhiyyənin artmasına gətirib çıxarır. Buna görə də “sinfi mübarizədən başqa heç nə” prinsipi sanki işləməyi dayandırır. Amma millətçilər çox vaxt anlamırlar ki, burjuaziya məhv olsa miqrantların meydana çıxması problemi də yox olacaq. Öz-özlüyündə miqrantlar düşmən deyillər, düşmən vahid sinfi mübarizəni sinfi və milli mübarizəyə parçalayaraq onları öz xalqına qarşı istifadə edən burjuaziyadır, yeri gəlmişkən, milli mübarizə müasir dövrdə kapitalist burjua cəmiyyətində sağ qalmaq uğrunda mübarizədir.

Beləliklə, miqrantlar proletariata və sinfi mübarizəyə qarşı vasitə, burjuaziyanın silahı rolunda çıxış edirlər.Yəni, miqrantlar proletariat üçün şübhəsiz şərdir, onlar bu şəkildə işçi sinfin deyil, burjuaziyanın maraqlarına xidmət edirlər.Ən əsası işin məğzini unutmamaqdır. Çünki, biz hər hansı bir problemi həll edərkən bu problemin nəticəsini deyil, onun kökünü həll etməliyik. Biz orqanizmi müalicə etdikdə simptomlarla mübarizə aparmırıq, xəstəliklə mübarizə aparırıq. Miqrantlar məsələsində də tamamilə eyni şeydir.
Ona görə sağ millətçilər də burjuaziya ilə mübarizədə sol kommunistlər kimi maraqlıdırlar.
Əks halda, elə alınacaq ki, burjuaziya sinfi mübarizənin məhv edilməsi üçün onları öz maraqları yolunda istifadə edir. Amma sol yoldaşlar da heç bir halda hesab etməməlidirlər ki, miqrantlarla həmrəy olmaq olar. Ümumi sinif maraqlarının satqınları ilə nədə həmrəy olmaq olar? Yalnız xəyanətkarlıqda və opportunizmdə.
Buna görə də, miqrantlara haqq qazandırmağı və onları müdafiə etməyi vacib sayan, onların hüquqları uğrunda mübarizəninin vacibliyini söyləyən  sollar şəxsən mənim üçün ilk növbədə sinfi mübarizə deyil, milli mübarizə bayrağı qaldıran sağlar kimi burjuaziya oyuncağıdırlar. Çünki onlar da eyni dərəcədə mübarizəni sinfi və milli tərkiblərə ayırır.Burjuaziyanın maraqları üzrə hərəkət edən provakatorlar “barrikadanın hər iki tərəfində” var.

Həm sağlar,həm də sollar ilk növbədə burjuaziya ilə mübarizədə maraqlı olmalıdırlar,çünki, müasir cəmiyyətdə problemlərin mənbəyi burjuaziyadır. Problemin mənbəyi yox olduqda, burjuaziya olmadıqda “əmək bazarını” dağıdan, yerli əhalini sıxışdıran miqrantlarla problem də olmayacaq.Sinfi mübarizə azalacaq, çünki burjuaziya yıxılacaq, milli mübarizə də zəifləyəcək, çünki, daha miqrantlarla problem olmayacaq.
Hələlik isə, bu mövzuda bütün mübahisələr,boşboğazlıqlar, sağlar və sollar arasındakı barışmaz qarşıdurma ancaq burjuaziyanın xeyrinə işləyir. Biz sinfi və milli mübarizədən hansının ilk olduğunu aydınlaşdırdığımız zaman, biz bir-birimizlə mübahisə etdiyimiz və bir-birimizi siyasi düşmən kimi qiymətləndirdiyimiz zaman burjuaziya rahatca bizim gözəl Vətənimizin qalığını məhv edir, əhalini istismar edir və bu istismar və bir vaxtların xalqın mülkiyyətini özəlləşdirməklə milyonlarla kapital toplayır.

Artıq başa düşmək lazımdır ki, bizim bir ümumi düşmənimiz var – burjuaziya.


Tərcümə Azərbaycan Ekososialistləri 

Trotskizmin mahiyyəti haqqında


Dünya inqilab hərəkatında opportyunizmin və revizionizmin ən təhlükəli istiqamətlərindən biri trotskizmdir. O bugün dünyada geniş yayılmışdır. Təkcə bizim ölkəmizdə həmin cərəyanın onlarla sol qrupları vardır, keçmiş SSRİ ölkələrində, ilk növbədə Ukraynada, də belə qruplar az deyil. Sayları az olsa da, kommunist və işçi hərəkatına artıq indi hiss olunacaq dərəcədə zərər vururlar.

Trotskizmin populyarlaşmasında vaxtilə SSRİ-nin və trotskiçilərin həmişə ona qarşı mübarizə apardıqları sovet sosializminin məhvi də az rol oynamadı. Həqiqi marksizm-leninizmin genetik düşmənləri olduqlarından, onlar dərhal bəyan etməyə tələsdilər ki, bu hadisə onların doğruluğunu tamamilə sübut edir, sovet sosializmi həyat qabiliyyətli deyildi və guya onun məhvi qanunauyğun idi. Təəccüblü deyil ki, bu məsələdə trotskiçilər liberallarla – burjuaziya ideoloqları və işçi sinfinin açıq düşmənləri ilə tamamilə həmfikir idilər, axı bu kommunizm hərəkatı tarixində ilk hadisə deyil ki, trotskiçilər öz həqiqi burjua sifətlərini açıq şəkildə nümayiş etdirirlər.

Sovet sosializminin məhvindən öz xeyri üçün istifadə edən liberal təbliğatının və müxtəlif tip opportunistlərin təzyiqi altında dünya inqilab hərəkatında nizamsızlıq və sarsılma başladı – yeganə düzgün inqilab nəzəriyyəsinə - marksizm-leninizmə inam çox sarsıldı, kommunist və işçi partiyaları tənəzzül etməyə və ya sosial-demokratiya mövqeyinə keçməyə başladılar. Solların böyük hissəsi, xüsusilə əhalinin kiçik burjua şəhər təbəqəsi və ziyalılar, trotskiçilərin “inqilabiliyinə” inanaraq onlara birləşdi. Burjuaziya isə öz tərəfindən bu prosesi sadəcə sevinclə dəstəklədi, eləcə də maliyyə ilə dəstəklədi, çünki zəhmətkeşləri onun yeganə təhlükəli mübarizə yolundan uzaqlaşdıranların burjuaziya üçün necə qiymətsiz xidmət göstərdiklərini yaxşı başa düşürdü.
Hazırda trotskist hərəkatlar dünyada burjuaziya tərəfindən aktiv sponsorluq edilən bir neçə siyasi birliklərlə (internasionallarla) təmsil olunurlar. Onlardan ən böyüyü 4 birlikdir, onlardan ilk üçü “Avropa antikapitalist solu” təşkilatında birlikdə iştirak edir:
Birləşmiş Dördüncü İnternasional - ən böyük seksiyaları Fransada (Yeni Antikapitalist partiyası), İsveçdə (Sosialist partiyası), İtaliyada (“Kritik sol” Assosiasiyası), Danimarkada (Qırmızı-yaşıl koalisiya), Portuqaliyada (Sol blok), Şri-Lankada (Yeni ictimai bərabərlik partiyası), Filippində (Mindanao inqilabi işçi partiyası) və Braziliyada (“Sosializm və azadlıq”) yerləşir. Liderləri – Alen Krivin, Olivye Bezansno, Erik Tussen, Alan Tornett, Fransişku Lousa və digərlər.
Beynəlxalq sosializm tendensiyası – Sovet İttifaqının təbiəti haqda Toni Kliffin baxışlarına tərəfdar olan beynəlxalq birlik. Ən böyük seksiyaları Böyük Britaniyada (Sosialist işçi partiyası), Yunanıstanda (Sosialist işçi partiyası) və İrlandiyada (Sosialist işçi partiyası) yerləşir. Liderləri – Aleks Kallinikos, Kris Xarman və digərləri.
İşçi internasionalı komiteti - ən böyük seksiyaları Böyük Britaniyada (Sosialist partiyası), İrlandiyada (Sosialist partiyası) və Almaniyada (“Sosialist alternativ” təşkilatı). Liderləri - Ted Qrant (1991-ci ilə kimi), Piter Taaf.
Beynəlxalq marksist tendensiya (BMT) – Pakistanda Pakistan xalq partiyasında böyük seksiyaya malikdir. Onlar BMT seksiyalarının fəaliyyət göstərdiyi bütün ölkələrdə neytallaşdırmaq, dağıtmaq və ya “trotskizm” mövqeyinə keçirmək məqsədilə sol kütlələrə və proqressiv partiyalara soxulmaq taktikasını istifadə edirlər. Liderləri – Ted Qrant, Alan Vuds.
Trotskistlər işçi və kommunist təşkilatlarının provokasiyası və məhvi metodlarını yaxşı mənimsəyərək bu təşkilatlara daxil olub və orada möhkəmlənib inqilabi qüvvələrə möhkəmlənmək və effektiv hərəkət etmək imkanı verməyərək istənilən inqilabi hərəkatı neytrallaşdırmağı bacararlar. Buna görə də, istənilən ölkədəki inqilabi hərəkat üçün “trotskizmi” tanımağı və onunla mübarizə aparmağı bacarmaq olduqca vacibdir.
Bu mübarizə opportyunizmin bu müxtəlifliyinin tarixi vətəni, həm də Sovet İttifaqının məhvində çox təqsiri olan trotskiçilərin fəaliyyətindən ən çox zərər çəkmiş müasir Rusiyada xüsusi məna kəsb edir.
Baxmayaraq ki, əvvəlki kimi, trotskiçilər işçi hərəkatına rəhbərlik etməyi bacarmırlar, çünki, işçilər öz sinfi duyğu qabiliyyətləri ilə intuitiv olaraq trotskizm ideologiyasının çürüklüyünü anlayırlar və ondan uzaq durmağa çalışırlar, amma trotskiçilər ciddi nəzəri marksist bazası olmayan xırda burjua düşüncəsi arasında asanlıqla tərəfdar tapırlar.
Trotskizm onlar üçün niyə bu qədər cəlbedicidir?

Birincisi, trotskiçilər özlərini həqiqi kommunistlər, bolşeviklər, internasionalistlər, marksist-leninçilər adlandırırlar. Onlar Trotskini Oktyabr inqilabının başçısı, Qızıl Ordunun yaradıcısı və rəhbəri, SSRİ-də sosializmin qurulması konsepsiyasının müəllifi, Marksın,Engelsin və Leninin həqiqi ardıcılı və guya opportyunizmin növlərindən biri olan stalinizmə qarşı mübariz sayırlar. Trotskiçilər Trotskini SSRİ-də bürokratizmə qarşı qatı mübariz, kapitalizmin, opportunizmin, revizionizmin, millətçiliyin və şovinizmin ən məntiqli və barışmaz düşməni kimi təqdim edirlər. Siyasi cəhətdən inkişaf etməmiş ictimai təbəqələr onun real mahiyyətinə dərindən varmayaraq bu atributu trotskizmin mahiyyətinin ifadəsi kimi qəbul edirlər.

İkincisi, trotskiçilər “sol” aktivistlərin və inqilabi hərəkatın iştirakçilarının böyük hissəsi üçün xarakterik olan inqilabi dözümsüzlük təzahürlərindən öz xeyirlərinə istifadə edirlər. Onlar özlərini xalq kütlələrinə kapitalizmin bütün ölkələrdə “dərhal” devriləcəyini söz verən daha “sol” radikal köklənmiş inqilabçılar kimi göstərirlər.

Üçüncüsü,  trotskizm digər bir çox opportunist cərəyanlardan fərqli olaraq olduqca dərin və ziddiyyətli tarixə malikdir, hansı ki, bəzi nüanslarda hətta mütəxəssis-tarixçilər belə baş çıxarmır. Trotski, məsələn, həm çar despotizminə qarşı mübarizə aparan, həm də mütləqiyyətə və Rusiya imperiyasında inkişaf edən kapitalizmə uyğunlaşmaq yolları axtaran insan idi. O, Oktyabr inqilabının aktiv iştirakçısı idi və eyni zamanda da onun gedişini tormozlayırdı. Leninin başçılığı ilə Kommunist partiyasının rəhbər orqanına daxil idi və eyni zamanda da ona qarşı çıxırdı, partiyanın birliyini sarsıdırdı – fraksiyalar yaradırdı, gənc Sovet respublikasının həyatı ipdən asılı olan zaman daim partiya müzakirələrinə səbəb olurdu və s. Möhkəm əqidəli opportunistlərdən heç kim marksizm-leninizm mövqeyinə bu qədər yaxınlaşa bilməmişdi və heç kim trotskiçi manevrlərin leninçi ardıcıllarda cavab doğurmadığını gördükdə bu qədər qəzəblə onun əlehinə çıxmamışdı. Bu ikili xüsusiyyət bugün də kifayət qədərdir və müasir trotskizm platformasında rast gəlinir – gah kapitalizm çox sərt tənqid edilir və az sayda qalmış sosialist ölkələrinin və dünyada aktiv fəaliyyət göstərən inqilabi təşkilatların ünvanına təriflər yağdırılır, gah da kommunistlərin hərəkətlərində trotskiçilərin psevdo-inqilabi göstərişləri ilə uyğun gəlməyən bir şey olduqda onların ünvanına qəzəbli söyüşlər yağdırılır.

Dördüncüsü, trotskizm çoxdan dünya burjuaziyasının qanadı altındadır, və o trotskizm ideyalarının və faktiki olaraq müasir antikommunizmin əsasını təşkil edən sovet tarixinin versiyalarının təbliğatına və yayılmasına böyük vəsaitlər xərcləyir. Bütün bunlar sol və inqilabi təşkilatlara və formanı məzmun kimi qəbul edən müxtəlif kateqoriyadan olan vətəndaşların düşüncəsinə trotskizm haqda yanlış təsəvvürlərin daxil olmasına səbəb olur.
Bolşeviklərin Oktyabr inqilabına qədər Trotski ilə mübarizəsi
Oktyabr inqilabına qədər rus bə beynəlxalq işçi hərəkatında trotskizmin təsiri o qədər cüzi idi ki, B.İ.Lenin trotskizmi bir şəxsin – Trotskinin özünün və ya onun yaxın tərəfdaşlarının kiçik qrupunun ideologiyası sayırdı: “Rusiyada o – 0”. Leninin qiymətləndirməsinə görə, Trotski inqilaba qədərki dövrdə “yalnız öz şəxsi şübhələrini, başqa heç nə”(3) ifadə edirdi. Onun bütün siyasi və nəzəri mövqeyi eklektik, təqlidçi idi. Onun heç vaxt heç bir üzü olmayıb və yoxdur, ancaq liberallardan marksistlərə və geriyə uçuşları, rəqib tərəfə keçmələri, ora-bura dartılmış sözcükləri və gurultulu laqqırtısı var.(4)
Trotski öz bioqrafik əsərlərində trotskizmin əsasına çevrilən “original” nəzəriyyələrin yaranma tarixini 1905-1907-ci illər kimi göstərir. Amma o həmin dövrə qədər də bolşevik partiyasına qarşı mübarizədə aktiv iştirak edirdi.
Marksistlərə qatılana qədər (XİX əsrin 90-cı illərində) Trotski liberal xalqçılığın təsiri altında idi, anarxistlərin bəzi fikirlərini qəbul edirdi,sonralar öz nəzəri baqajını Lassalın, Sorelin, Laqardelin və digər antimarksistlərin konsepsiyaları ilə doldurdu. Sosial-demokrat olduqdan sonra ekonomizmə və leqal marksizmə yaxın olan baxışları bölüşürdü. Mühacirətdə olarkən “İskra” ilə əməkdaşlıq edərək Akselrodun tələbəsi olmuşdu, menşevizmin digər gələcək liderləri ilə yaxınlıq edirdi. RSDIP –nin (Rusiya Sosial-Demokrat İşçi Partiyası)  II qurultayında onlarla birlikdə Leninin və qatı iskraçıların əlehinə çıxışlar edirdi, bolşeviklərlə mübarizə aparmaq üçün yaradılmış menşevik partiyasının mərkəz tərkibinə daxil idi. 1917-ci ilə kimi menşevik mövqeyində qalmışdı, baxmayaraq ki, tez-tez istisna məsələlərdə özünü fraksiyadan kənar sosial-demokrat kimi göstərərək menşeviklərdən uzaqlaşırdı.
Trotskizmin özəyi “permanent inqilab nəzəriyyəsi” oldu, hansını ki, Trotski özünün marksizmə əsas qiymətli hədiyyəsi sayırdı. Ona əsasən proletariatın diktaturası inqilabın demokratik mərhələsində də qurula bilər. O isə azlığın hakimiyyəti olacağı üçün, onu yalnız proletariatın artıq demokratik çevriliş mərhələsini keçmiş daha inkişaf etmiş ölkələrdəki qələbəsi möhkəmləndirə bilər. Ona görə inkişafca geridə qalmış ölkədə vaxtından əvvəl hakimiyyətə gəlmiş “işçi hökumətinin” hədəfi daha inkişaf etmiş ölkələrdə inqilabı “itələməkdən”, həmçinin də onların daxili işlərinə hərbi müdaxilə etməklə, ibarətdir. “Rədd olsun sərhədlər”, “Müharibə inqilabın anasıdır”, “Proletariatın diktaturası - bugün və bütün ölkələrdə” – trotskiçilərin bu və digər lovğa şüarları ondan ötrü istifadə olunublar və olunurlar ki, özlərini həqiqi sol, sosializm uğrunda mübarizə aparanların inqilabi cinahı kimi göstərsinlər, öz rəqiblərini isə burjuaziyanın köməkçiləri kimi təsvir etsinlər.
Trotski kapitala qarşı mübarizədə getdikcə daha yeni geniş təbəqələri cəlb etməklə inqilab məsələlərini mərhələli həll etmək vacibliyindən irəlin gələn Leninin inqilab nəzəriyyəsini işçi sinfin gözündə məhz bu yolla nüfuzdan salırdı. V.İ.Lenin dəfələrlə “permanent inqilab nəzəriyyəsini” sadəcə geniş xalq kütlələrinin işçi sinfin partiyasından uzaqlaşdırmağa bacarıqlı avanturist nəzəriyyə kimi tənqid edirdi. O bu nəzəriyyəni “məntiqsiz-sol” nəzəriyyə adlandırırdı, onun marksizmə münasibətini karikaturanın originala münasibəti kimi qəbul edirdi. Trotski isə Lenini proletariatın “özünüməhdudlaşdırma” nəzəriyyəsini inqilaba sırımağa cəhd etməkdə ittiham edirdi.
Bolşeviklər Oktyabra qədər menşevizmin növ müxtəlifliklərindən biri kimi çıxış edən  trotskizmlə sərt ideoloji-siyasi mübarizə aparırdılar. Məhz bu mübarizə ilə əlaqədar olaraq V.İ.Lenin Trotskini ikiüzlü İuduşka (Şedrinin qəhrəmanı İuduşka Qolovlev-ə oxşar), öz təfriqəçi hərəkətlərini partiyanın birliyi haqda riyakar yalanları ilə gizlədən murdar intriqaçı kimi xarakterizə edirdi. Trotski “xüsusi gurultulu ifadələrlə gizlənərək menşeviklərin arxasınca sürünür”, - V.İ.Lenin yazırdı. (5) 

Menşevizm öz təsirini itirdikdən, Trotskinin isə özünün opportunist partiyasını yaratmaq cəhdləri iflasa uğradıqdan sonra o digər bir çox menşevik xadimləri ilə birlikdə bolşevik bayrağı altında bolşevizmə qarşı mübarizə aparmağa davam etmək üçün bolşeviklərə qoşulmağa qərar verir. 1917-ci ildə uzun müddət bolşeviklər və menşeviklər arasında tərəddüd edən  Rayonlararası sosial-demokratiya təşkilatının tərkibində RSDİP-nin VI qurultayında iştirak etmədən bu qurultay vasitəsilə bolşevik partiyasına qəbul olunur. Bununla belə, Trotski Leninə qarşı çoxillik mübarizədə öz səhvini etiraf edəcək hər hansı bəyanat vermir. Düzdür, sonralar o qeyd edirdi ki, Lenin partiyanın təşkilatı quruluş məsələlərində menşeviklərlə  (həmçinin də onunla,Trotski ilə!) mübahisə etməkdə haqlı idi. Amma trotskizmin – “permanent inqilab nəzəriyyəsini” – Trotski yenə də marksizm-leninizmə qarşı qoyurdu. Bundan əlavə, o iddia edirdi ki, 1914-1917-ci illərdə Lenin “fikirlərini dəyişdi”, trotskiçi mövqeyinə keçdi və bu “nəzəriyyəni” qəbul etdi, hansı ki, guya 1917-ci ildə bolşeviklərin strategiyasının əsası oldu.
Lenin, partiya Trotskinin bu uydurmalarının  yalançılığını  aydın göstərdi. 1917-ci ildə öz məruzələrinin birində o deyirdi: “Trotskizm – çarsız, hökumət isə işçi hökuməti”. Bu yanlışdır. Xırda burjuaziya mövcuddur, onu atmaq olmaz. Amma o iki hissədən ibarətdir. Kasıb hissə işçi siniflə birgə addımlayır” (6). Trotski tez-tez qeyd edirdi ki, partiya ilə mübarizədə o əsas zərbələri V.İ.Leninə qarşı yönəldir. “Möhtəşəm döyüş olacaq, - və Lenin bu döyüşdə öləcək”, - Trotski 1910-cu ildə öz məsləkdaşlarına lovğalıqla yazırdı. O menşevikləri “leninizmin əsaslarını” məhv etməyə səsləyirdi. O, 1913-cü ildə yazırdı ki, bolşevizm binası “yalan və böhtan” üzərində qurulub. 1917-ci ilin mayında isə elan etdi: “ Bolşeviklər azaldılar.. Bizdən bolşevizmi qəbul etməyi tələb etmək olmaz” (7).
Gördüyümüz kimi, bolşevik partiyasının trotskizmə qarşı mübarizəsi hələ oktyabrdan əvvəlki dövrlərdə də aktiv idi, Böyük Oktyabr inqilabından sonra isə o daha da gərginləşdi. Kapitalizmdən sosializmə keçid dövründə bolşeviklərə qarşı çıxış edən bütün oppotunist cərəyanlardan məhz trotskizm daha təhlükəli idi.
Birincisi, onun opportunizmi gizli və maskalanmış idi, “sol” ifadəsi isə xırda burjua “inqilabçılığı” əhval-ruhiyyəsinin təsiri altına düşmüş xadimləri cəlb etmək bacarığında idi.
İkincisi, trotskizm uzun müddət təkcə rusiya menşevizminin növ müxtəlifliyi kimi deyil, həm də daha çox kautskiançılıqla sıx bağlanaraq beynəlxalq oppotunuzmin növ müxtəlifliyi kimi mövcud oldu. Bu ona qərb burjua dairələrində dəstəyi olan Qərbi Avropanın sosial-demokrat partiyasının mərkəzi xadimləri simasında xarici himayədarların köməyinə arxalanmaq imkanı verirdi.
Üçüncüsü, trotskizm məntiqli antileninizm və antibolşevizm ilə seçilirdi ki, bu da bolşeviklərin siyasətindən narazı olan və onun dəyişməsini arzulayan insanların diqqətini cəlb edirdi.

Bolşevik partiyasının trotskizmə qarşı mübarizəsinin Oktyabr inqilabından sonrakı dövrdə əsas mərhələləri

1917-ci il – partiya Trotskinin silahlı üsyanın müddətini uzatmaq və onu Sovetlərin qurultayı ilə əvəz etmək cəhdlərini aradan qaldırdı.
1918-ci il – V.İ.Leninin ölkənin imperializm müharibəsindən inqilabi çıxışının əksinə olan N.İ.Buxarinin başçılığı ilə “sol” kommunistlər fraksiyası ilə mübarizəsi. Bu “ultra-inqilabçılar” fraksiyasının mütəffiqi və ilhamvericisi Trotski idi.
1919-cu il – Partiyanın VIII  qurultayı hərbi quruculuqda Trotski tərəfindən tətbiq edilən metodları pislədi.
1920-ci il – RKP-nin IX qurultayı Trotskinin əməyin ümumi hərbiləşdirilməsi, ölkədə “kazarma kommunizminin” tətbiq edilməsi təklifini rədd etdi.
1920-1921-ci illər – ümumpartiya müzakirələri zamanı həmkarlar ittifaqları barəsində vətəndaş müharibəsinin başa çatması şəraitində kütləvi zəhmətkeşlər təşkilatlarının demokratikləşdirilməsi siyasətinə, V.İ.Lenin tərəfindən irəli sürülmüş və əsaslandırılmış kommunist partiyasının proletariat diktaturası sistemində və sosializm quruculuğunda rəhbər rolu haqda tezisə qarşı Trotskinin, onun mütəffiqi Buxarinin, digər oppotunistlərin hücumları dəf edildi. Trotskinin aktiv olaraq qarşı çıxdığı partiyanın ideoloji birliyi saxlanıldı.
1922-1923-cü illər – partiya trotskiçilərin ayrı-ayrı yerli partiya təşkilatlarında fraksiyaçı çıxışlarını pisləyir, Trotskinin və onun mütəffiqlərinin bir sıra siyasi və nəzəri məsələlərdə qaydalarını rədd edir.
1923-cü il – RKP MK XII qurultay ərəfəsində Trotskinin kənd təsərrüfatı üzərində “sənaye diktaturasının” qurulmasına yönəlmiş təklifini pislədi, hansı ki, işçi siniflə kəndlilərin ittifaqının dağılmasına gətirib-çıxara bilərdi.
1923-1924-cü illər – Trotski tərəfindən başladılmış yeni ümmumpartiya müzakirəsi beynəlxalq, iqtisadi siyasət və partiya quruculuğu məsələləri üzrə trotskiçi mövqeyin məğlubiyyəti ilə yekunlaşdı. Avropa inqilabının Qızıl Ordunun Polşaya və Almaniyaya hərbi müdaxiləsi vasitəsilə “hərəkətə gətirilməsi”, kəndçiliyin sosializm sənayesinin “müstəmləkəsinə” çevrilməsi, partiya apparatının “çırpılıb təmizlənməsi”- guya termidorçu məsləkdən dönmə yolunda dayanan lenin qvardiyası nümayəndələrinin işçilər və tələbələr arasında bolşevizm ənənələri ilə zəif tanış olan daha gənc kommunistlərlə əvəz edilməsi haqda trotskiçi təkliflər rədd edildi.
1924-cü il – Trotskinin “Oktyabr dərsləri” adlı antileninçi məqaləsinin səbəb olduğu müzakirənin gedişi zamanı partiya trotskizmin ideoloji-nəzəri platformasını, partiya və Böyük Oktyabr sosialist inqilabı tarixinin trotskiçi saxtalaşdırmasını ifşa etdi.
1925-ci il – Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasının XIV qurultayı trotskizmə oxşar mövqedən çıxış edən “yeni opozisiyanı” pislədi.
1926-1927-ci illər – partiyanın trotskiçi-zinovyevçi opozisiya blokuna qarşı sərt mübarizəsi.
1927-ci il - Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasının XV qurultayı blok liderlərini partiyadan çıxardı və partiyaya aid olmaqlarını partiya sıralarında dayanmaqları ilə bir araya sığmadığını qəbul etdi.
1928-1929-cu illər – antisovet mübarizəsi yolunu seçmiş gizli trotskizm qruplarının birdəfəlik ləğvi. Trotski ölkə xaricinə mühacir edilmişdi və 1932-ci ildə sovet vətəndaşlığından çıxarılmışdı.

Trotskiçi oppozisiyanın ideyalarının mahiyyəti nədədir?

1.     Oktyabr inqilabının və onun doğurduğu proletar diktaturasının məntiqi-sosialist xarakteri inkar edilirdi.
2.     SSRİ daxilində sosializmin qələbəsi üçün lazımi şəraitin olmaması söylənilirdi, bununla əlaqədar olaraq inqilabın iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələrə “eksportu” haqda avanturist istiqamət səsləndirilirdi. Digər ölkələrdə inqilabi hərəkatlara dəstək olmaq üçün öz ölkəsində maksimum mümkün olanı həyata keçirmək haqda Lenin siyasətini trotskiçilər böhtancasına milli-məhdudlaşdırılmış kimi təsvir edirdilər. Lenin partiyasının guya Rusiya mütləqiyyətini xarici siyasi kursunun davamı olan milli-konservativ kursu haqda iftira da məhz trotskiçilərə məxsusdur. Bu yalan hələ də bütün antikommunistlər tərəfindən geniş istifadə olunur.
3.     Iqtisadiyyatda kapitalizm elementlərinin rolu və təsiri, xırda burjuaziya təhlükəsi və dünya kapitalizminin SSRİ-yə təsir dərəcəsi istənilən vasitə ilə artdı. Müasir trotskiçilər həmçinin iddia edirlər ki, dünya proletar inqilabı qalib gəlmədən dünyanını heç bir yerində əsl sosialist iqtisadiyyat yaradıla bilməz.
4.     Dünya inqilabının “qələbəsinə” kimi kapitalizm quruluşunun bərqərar olduğu dövrdə burjuaziyanın tətbiq etdiyi metodlara uyğun metodlardan istifadə edilməsi təklif edilirdi. Bununla əlaqədar olaraq partiyann sənayeləşmə, kənd təsərrüfatının kollektivləşdirilməsi, mədəni inqilab, işçi sinfin və kəndlilərin ittifaqının möhkəmləndirilməsi, sovet xalqlarının dostluğu ilə bağlı məqsədləri rədd edilirdi və ya təhrif edilirdi. Zorakılıq sosializm quruculuğunun əsas metodu elan olunurdu, amma istismarçılara qarşı yox, işçilərə, xüsusilə kəndlilərə qarşı zorakılıq.

Burjuaziya propaqandası sovet quruluşunun demokratikləşdirilməsi təşəbbüsünü trotskiçilərin ayağına yazır. Müasir trotskiçilər eyni nəzər nöqtəsini öz sələflərinin hərəkətlərində də müdafiə edirlər. Həqiqətdə isə trotskizm oppozisiyası SSRİ-də demokratikləşdirməni partiyanı və sovet dövlətini idarə etməkdə işçilərə daha geniş hüquqların verilməsi mənasında müdafiə etmirdi, əməyin hərbiləşdirilməsi, “qaykaların bərkidilməsi”, dövlət və partiya apparatının fəaliyyətinə nəzarətdə sovet xalqının iştirakının məhdudlaşdırılması və s.mənada müdafiə edirdi. Belə siyasətin nə ilə nəticələndiyini Stalinin ölümündən sonra Sov.İtKP-a rəhbərlik edən qatı trotskizm tərəfdarı N.S.Xruşovun idarəçiliyi aydın göstərdi.Sovet İttifaqının iqtisadiyyatında və siyasətində həmin “sağ dönüş”, hansı ki, qanuna uyğun olaraq SSRİ-də qorbaçovun yenidənqurması zamanı kapitalizmin tam qələbəsi ilə yekunlaşdı, məhz onun dövründə başladı.
1. Beynəlxalq siyasət sahəsində trotskiçilər partiyanı təriqətçilik və fırıldaq yoluna itələyirdilər. Onlar kapitalizmin müharibədən sonrakı stabilliyi faktını inkar edirdilər; digər ölkələrdə təcili inqilablara səsləyirdilər; vahid cəbhə taktikasını guya reformist taktika kimi lağa qoyurdular; burjua hərəkatları kimi milli-azadlıq hərəkatlarının müdafiəsinə və artan hərbi və faşizm təhlükələri ilə mübarizədə bütün demokratik qüvvələrin birliyinə qarşı çıxırdılar.
2. Trotskiçilər Leninin partiya haqqında nəzəriyyələrinin üstünə xüsusi qəzəblə düşürdülər. Onlar partiya apparatını nüfuzdan salmaq, partiyada nizam-intizamı zəiflətmək,onun birliyini dağıtmaq, fraksiyaların və qruplaşmaların azadlığına nail olmaq istəyirdilər. Onların ölkənin ən çətın vaxtlarında partiyada yaratdıqları sonsuz müzakirələr partiya qüvvələrini mühüm dövlət məsələlərinin həllindən yayındırırdı, partiya sıralarında nizamsızlıq və sarsılmalar yaratmaqla sıravi partiyaçılar çaşdırırdı.

Partiyada Trotskinin tərəfdarları çox idi?
Brest sülhü uğrunda mübarizə dövründə trotskiçilərin və “sol” kommunistlərin xəttini partiyanın təxminən 1/4- 1/3 hissəsi dəstəkləyirdi. Həmkarlar ittifaqları haqqında müzakirələrdə trotskiçilər və digər opportunistlər öz platformalarına kommunistlərin 20%-ni tərəfdar tutmağa nail oldular. 1923-cü ildə partiya üzvlərinin təxminən 11%-i trotskiçilərə səs verdilər.XV qurultay ərəfəsindəki müzakirələrdə - 0,5%-dən az. XV qurultayın qərarlarına uyğun olaraq müxalifətçi fəaliyyətinə görə kommunistlərin 0,3%-i partiyadan çıxarıldı, onlardan çoxu sonradan öz səhvlərini qəbul etdilər və yenidən partiyaya bərpa olundular.
Trotski əhalinin hansı təbəqələrinə arxalanırdı?
Trotskiçilər kommunistlər arasında deyil, partiyasızlar arasında, hər şeydən əvvəl bürokratlaşmış işçi nümayəndələri, şəhərin xırda burjuaziyası, burjua ziyalıları, tələbələrin qeyri-proletar hissəsi, həmçinin aşağı şəhər və kənd təbəqələrinin sinifsizləşmiş elementləri arasında dayaq axtarırdılar və tapırdılar.
İşçi sinif və zəhmətkeş kəndlilər, bir qayda olaraq, sözsüz trotskizmi pisləyərək bolşevik-leninçilərin xəttini dəstəkləyirdilər.
Troskiçilər qardaş kompartiyalar tərəfindən də sərt tənqid edilirdilər. Onların bütün o vaxtkı görkəmli xadimləri Trotskini və onun tərəfdarlarını tənqid edirdilər.
30-cu illərdə Trotski ölkə xaricində olarkən, beynəlxalq kommunist və işçi hərəkatına nifaq salaraq öz kapitulyant baxışlarını aktiv təbliğ edir. Dünya burjuaziyasının xeyrinə SSRİ-nin birinci beşillik planını, sənayeləşmə siyasətini və kənd təsrrüfatının kollektivləşdirilməsini pisləyərək SSRİ-nin tənqidi ilə çıxış edir. Öz tərəfdarları ilə birlikdə imperialist işğalçılarla müharibədə SSRİ-nin məğlubiyyətinin qaçılmaz olduğunu söyləyərək, bununla da faktiki olaraq faşizmlə birləşərək dünyada geniş antifaşist cəbhəsinin yaradılmasına qarşı aktiv mübarizə aparırdı.
İspaniyada vətəndaş müharibəsi zamanı trotskiçilər faşistləri hər vasitə ilə təmizə çıxarırdılar, respublikaçı hökumətin devrilməsinə çaılışırdılar, Xalq Cəbhəsi hökumətini devirmiş hərbi qiyamın təşkilində aktiv iştirak etmişdilər. Onlar Sovet İttifaqının respublikaçılara yoldaşlıq köməyini “Sovetlərin imperialist kimi Pireney yarımadasında möhkəmlənməyə can atması” kimi təqdim edirdilər. İnqilabın məğlubiyyətindən sonra ispaniyalı respublikaçılar haqlı olaraq, faşizmin köməkçisi hesab etdikləri Trotskidən qisas almağa and içmişdilər. Onlardan biri Trotskini 1940-cı ildə Mexiko yaxınlığında öldürdü.
İkinci Dünya müharibəsi illərində, trotskiçilər antihitler koalisiyasına, Müqavimət hərəkatına qarşı çıxırdılar, Almaniya ərazisinin mütəffiq qoşunları tərəfindən bombarduman edilməsini pisləyirdilər. Onlar müharibəni hər iki tərəf üçün imperialist müharibə hesab edərək Sovet İttifaqını imperialist İngiltərə,Fransa və ABŞ-ı “dəstəkləmək” mövqeyinə keçməkdə ittiham edirdilər.
Əsas faşist hərbi cinayətkarlar üzərində Nyurnberq prosesi zamanı onlar Qerinqi,Ribbentropu və digərlərini azad etməyi və müttəhimlər skamyasında antihitler koalisiyası ölkələrinin rəhbərlərinin guya ikinci dünya müharibəsinin əsas səbəbkarları kimi əyləşdirilmələrini tələb edirdilər.
Bugün liberallardan-qatı antisovetçilərdən eşitdiklərimizi olduqca xatırladır, düz deyil? Bu heç də təəccüblü deyil. Dünya imperializmi öz məqsədləri üçün çoxdan solçu ideya və şüarlardan istifadə edir. Bu ideya və şüarlar onun üçün heç bir təhlükə daşımır, amma dünya inqilab hərəkatına ciddi zərər vurur. Burjuaziya zəhmətkeşlərə SSRİ-nin məhvini misal göstərməklə və sosializm ölkələrinin sosializmdən kapitalizmə keçməsinin qaçılmaz olduğunu sübut etməklə sosializm inqilabı uğrunda mübarizənin tamamilə perspektivsiz olmasını  göstərmək üçün trotskiçilərin antikommunist və antisovet şablonlarını çox götürüb istifadə edir.

Trotskiçilər imperialistləri təkcə “arqumentlərlə”təmin etmirdilər və etmirlər,həm də burjua təbliğatı üçün kadrlarla təmin edirlər. Hələ keçən əsrin 40-50-ci illərdə burjua “sovetoloqları” arasında trotskizmin tanınmış ideoloqları S.Xuk,C.Kennon, İ.Doyçer və başqaları xüsusi yer tuturdular. Və trotskizmin və imperialistlərin belə həmrəyliyi qanunauyğundur, axı onların sinfi mahiyyəti eynidir. Trotskizmin dayağı - əhalinin xırda burjua təbəqəsidir,hansılar ki,cəmiyyətdə müəyyən müddətlik tutduqları yerdən və siyasi kallıqlarının gücündən nəinki solçu mövqedən immunitetə malik deyillər, həm də sanki ona meyl edirlər. Xırda burjuaziya öz sosial təbiətinə uyğun olaraq təmkinlik, təşkilatçılıq, nizamlıq, dözümlülük bacarığı göstərə bilmir və o saat vəziyyətdən uzaq yollarla, “dəli” inqilabçılıqla çıxış axtarır. “... Siz – öz obyektiv rolunuza görə imperializm provakasiyasının alətisiz. Sizin subyektiv “psixologiyanız” isə hirslənmiş xırda burjua psixologiyasıdır...” (8), - Lenin trotskiçi ideologiyasının sinfi köklərini aydın və dəqiq göstərərək onlara yazırdı.
1924-cü ilin yanvar ayında baş tutmuş RKP-nin XIII  konfransında qeyd olunurdu ki, trotskizm “ təkcə bolşevizmin təftiş edilməsi cəhdi, təkcə leninizmdən birbaşa kənarlaşmaq deyil, həm də aydın ifadə olunan xırda burjua meylliyidir. Heç bir şübhə yoxdur ki, bu müxalifət xırda burjuaziyanın proletar partiyasının mövqeyinə və onun siyasətinə təzyiqini obyektiv ifadə edir.” (9)
Elə həmin zaman trotskizmin digər başlıca xüsusiyyəti də ifşa edildi – öz tezislərinin və məqsədlərinin sağ müxalifətçi məzmununu solçu frazeologiya ilə maskalamaq. “... Hiyləgərlik edir, fırıldaq işlədir, özünü sol kimi göstərir,sağlara kömək edir, hələlik icazə veririk...” (10) – Lenin Trotskinin söz ekvilibristikasının mahiyyətini belə qiymətləndirirdi. O dəfələrlə qeyd edib ki, sağ və “sol” müxalifət arasında birbaşa əlaqə var. “Sol” təmayül işçi hərəkatında sosial-demokratiyanın uğursuzluğuna reaksiya kimi meydana çıxırdı, və əksinə, solçu sıçrayışlar  həmişə sağ müxalifətçi baxışlar və sosial-reformist əhval-ruhiyyə bəsləyiblər. “Sağ” və “sol” təmayüllər bir-birini doğurur. Bu bir medalın iki üzü kimidir. Üzdəki ziddiyyət arxasında hər iki cərəyanın dərin ümumiliyi gizlənir. Antikommunizm, antisovetizm və antipartiyaçılıq – müxalifətin hər iki növ müxtəlifliyinin ideologiyasının  və siyasətinin özəyi budur.
“Ultrasolçuluğa” gənc qruplar - tələbələr və təhsil alan gənclər xüsusi yüksək həssaslıq nümayiş etdirir. Müasir kapitalizmin ədalətsizliklərinə sərt reaksiya göstərərək, onlar çox vaxt anlamırlar ki, ədalətsizliyə yalnız işçi siniflə birgə fəaliyyət yolu  ilə son qoymaq olar və dünya imperializmi kimi belə təcrübəli, mahir və qəddar rəqiblə mübarizə bilik, həmrəylik və yüksək təşkilatlanma tələb edir.
Trotskiçilər özlərinin müasir inqilab hərəkatında avanqard rolları haqda fikirləri siyasi düşüncəsi tam inkişaf etməmiş tələbəçilik təbəqələrinə yeritməklə, məhz tələbə gənclərlə daha aktiv işləyirlər. Onlar öz mövqelərini guya işçi sinfin dəyişməsi, onun mənəvi cılızlaşması və ,uyğun olaraq, müasir kapitalizm şəraitində müstəqil mübarizə aparmaq bacarıqsızlığı ilə sübut edirlər. Bununla da işçi sinfin bəzi təbəqələrində olan mənfi hallar trotskiçilər tərəfindən qabardılır, müsbət hallar haqda isə susurlar və ya inkar edirlər.
Bu şəkildə tələbə gəncliyi işçi sinfə qarşı yönəltməklə trotskiçilər geniş antikapitalist cəbhəsinin yaranmasına mane olurlar, irtica qüvvələrinin yalnız sosializm uğrunda mübarizədə başda əhalinin digər istismar olunan təbəqələrinin – kəndlilər,tələbələr, ziyalılar və digərləri - dəstəyi ilə işçi sinif getdiyi halda geri çəkildiklərin aydın sübut edən dünya inqilabı təcrübəsini inkar edirlər.
Trotskizmin üçün xarakterik elementlər siyasi prinsipsizlik, boş, “solçu” sözbazlıq,eklektisizm, bir tərəfdən o biri tərəfə məfkurəvi sıçrayışlar, məsuliyyətsiz avantürizmdir. Təxminən yüzillik mövcudluğu ərzində trotskizm az da olsa ardıcıl və düzgün ideologiya yetişdirməyi bacarmadı. Onun əsasını təşkil edən tezislər tez-tez biri digərinə zidd olan, orda-burdan götürülmüş utopik və yalançı ideyalardan parçalardır.
Əgər istənilən trotskist üçün olduqca xarakterik bir xüsusiyyət - antistalinizm, hansı ki, buna görə keçmiş SSRİ respublikalarında onu dərhal müəyyən etmək olar, haqda qeyd etməsək, trotskizm haqda söhbət natamam olar. Bu məsələdə trotskiçilər dünya burjuaziyasının qabağına hətta doxsan doqquzluq da çıxararlar. Trotskiçilər İ.V.Stalinin adı ilə bağlı olan hər şeyə - onun özünə,siyasətinə nifrət edirlər, Stalin və ya onun dövrü haqda yaxşı danışanlar isə onlar üçün 1 nömrəli düşmənə çevrilir.
İ.V.Stalinin özünə  trotskiçilər burjua təbliğatçılarından və ideoloqlarından daha çox qara yaxırlar. SSRİ-də mövcud olmuş bütün mənfi hallar onun adına yazılır, onu sovet ölkəsində  20-50-ci illərdə yaşanmış bütün pisliklərin və bədbəxtliklərin səbəbkarı kimi göstərirlər. Stalin dövrünün SSRİ-nin aşkar tarixi uğurlarını inkar etmək mümkünsüz olduğu halda, trotskiçilər tez-tez öz inadkarlıqlarında axmaqlıq səviyyəsinə çataraq onun liderinin hər hansı xidmətlərini qəbul etməkdən imtina edirlər.
Özlərini həqiqi marksist-leninçi kimi təqdim edən trotskiçilər hakimiyyəti zamanı sovet sosializminin məhv edildiyi Qorbaçov haqda pis heç nə söyləməzlər, amma kimin rəhbərliyi altında ki, Sovet İttifaqının dünyada ən böyük derjavaya çevrilərək bütün insan fəaliyyəti sahələrində nəzərə çarpan nailiyyətlər əldə etmişdi, həmin şəxs onlarda vəhşi qəzəb tutması  yaradır.Bundan sonra trotskiçiləri kommunist,marksist,leninçi və ümumiyyətlə - həqiqi sosializm mübarizləri hesab etmək olarmı? Əlbəttə, yox!

Trotskiçilər –dünya inqilab hərəkatında məqsədləri inqilabi hərəkatı daxildən pozmaqla onu neytrallaşdırmaq, onun birləşməsinə,təşkilatlanmasına mane olmaq olan, bütün insanlığı istismardan və zülmdən birdəfəlik azad etmək üçün zəhmətkeşlərin bütün qüvvələrini bir yumruqda toplamağa imkan verməyən burjuaziyanın seçmə dəstələridir.

Trotskiçilər Stalinə  və onun siyasətinə niyə nifrət edirlər? Çünki, stalin siyasəti özünün ən  aydın ifadəsində  burjuaziyanın yaşaya bilməyəcəyi proletariatın diktaturasıdır! Trotskiçilər kimi burjuaziya əlbirlərinə onun yanında yer yoxdur!
Sosializm və kommunizm yolunda həqiqi mübariz Stalinə və onun siyasətinə nifrət edə bilməz, çünki bu məhz kommunizmə aparan yolun keçdiyi siyasətdir. İstənilən həqiqi kommunist bunu başa düşür. Başa düşmək istəməyən isə təyinatına görə kommunist deyil.

Trotskizm vaxtilə darmadağın edilmişdi. Bu V.İ.Leninin, İ.V.Stalinin, bolşeviklər partiyasının və Kominternin kommunist partiyalarının böyük xidməti idi. İndi, SSRİ-nin və sosializm ölkələrinin məhvindən sonra, başqa formalarda və başqa variantlarda yenidən meydana gəlmək üçün  trotskizm yenidən başını qaldırıb, amma onun mahiyyəti dəyişməz olaraq qalır və onun məqsədləri yenə eynidir – dünya inqilab hərəkatını dağıtmaq, onu tərksilah etmək, sosializm uğrunda yeganə doğru yoldan döndərmək. Ona görə də hər bir kommunistin və kommunist və ya işçi partiyasının vəzifəsi mövcud cəmiyyətin inqilabi dəyişməsinə can atan zəhmətkeşlər  və zülmə məruz qalanlar qarşısında trotskizmin alçaq provakator mahiyyətini ifşa etməklə trotskizmlə barışmaz mübarizə aparmaqdır.

L.Sokolskiy


Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

26 авг. 2013 г.

1991-ci ilin 20 avqust tarixində Liviya başçısı Müammar Qəddafi Q.İ.Yanayevə teleqram göndərir:
“SSRİ-də fövqəladə vəziyyət üzrə dövlət komitəsinin sədri, prezident Qennadiy Yanayevə.

Sizi cəsur tarixi hərəkətinizə görə təbrik etməyimizə sevinirik. Ümid edirik ki, bu hərəkət SSRİ-ni  təkcə SSRİ-yə qarşı deyil, həm də bütün dünya ölkələrinə qarşı yönəlmiş geniaşmiqyaslı imperialist əlbirliyi nəticəsində düçar olduğu ölümcül böhrandan xilas edəcək. Biz Sizin hərəkətinizi bütün qətiyyətliyi ilə dəstəkləyirik, çünki, birləşmiş Sovet İttifaqı, ikinci dünyəvi güc kimi, bugün dünyada fəaliyyət göstərən bir barbar qüvvə nəticəsində hər yerdə təhlükəylə qarşılaşan dünyəvi sülh naminə həyati vacibdir. Azadlığa, sülhə və inkişafa düşmən olan qüvvələri yalnız güclə saxlamaq mümkündür, çünki, onlar əxlaqi və mənəvi dəyərlər tanımırlar. SSRİ müstəmləkəçiliyə və imperializmə münasibətdə tarixi müqavimət faktorudur. Sizin yerinə yetirdiyiniz böyük işi öz iradələrinin əksinə olaraq zorakılığa və imperializmin pis niyyətləri nəticəsində ayrılığa məruz qalan bütün “üçüncü dünya” ölkələri dəstəkləyir. Bu əməl SSRİ-nin dünyadakı prestijinin, sovet vətəndaşının imperialistlərin çirkin pəncələri ilə tapdalamaq istədikləri ləyaqətinin yüksəlməsi, həmçinin SSRİ xalqları və ərazisi üçün vacib olan birliyin bərpa edilməsi üçün çox mühümdür. Biz Liviya Ərəb Sosialist Xalq Camaxiriyasının SSRİ ilə möhkəm tarixi dostluğa, hansı ki, biz ondan heç bir şəraitdə əl çəkməmişik, sədaqətini təsdiq edirik.  Liviya sülhün, sosializmin və bütün xalqların və prinsiplərinin – tərəddüdlü, zəif və tamahkar prinsiplərdən fərqli olaraq, azadlığının təmin olunmasına tərəfdardır. Biz Sizi dəstəklədiyimizi təsdiq edirik və Sizinlə yanaşı dayanırıq. Azadlıq, sosializm və sülh uğrunda inqilabi mübarizəyə eşq olsun!”.