28 авг. 2013 г.

Miqrantlar burjuaziyanın silahı kimi

Bəlkə də siyasətdə miqrantlara aid fikirlər kimi ziddiyyətli fikirlər yoxdur. Bununla belə ilk növbədə sol partiya və hərəkatlarda miqrantlara münasibət tamamilə fəqlidir. Ən mənfi fikirdən tutmuş, ən sakit fikrə kimi,  bu insan da bizim kimi adi işçidirsə, onun hardan olmağının nə fərqi var. Bununla belə, hətta internasionalistlərin əksəriyyəti miqrantların yaranmasını sinfi mübarizə çərçivəsində analiz etmək istəmir, amma nahaq yerə, çünki  analiz aparılsa, hər şey öz yerini tapar.

Miqrantlar və İşçi hərəkatı

Adətən miqrantlardan söhbət düşəndə ilk olaraq cinayətkarlıq səviyyəsinin artmasını,narkotik daşınmasını,yerli əhalinin qisas almasını,xəstəliklərin yayılmasını,antisanitariyanı və s. xatırlayırlar. Qısası, istənilən şey yada düşür, təki sinfi yanaşma olmasın. Təəssüflə qeyd etmək lazımdır ki, miqrantlar haqda stereotiplərin çoxu,həmçinin də yuxarıda qeyd olunanlar, əsassız deyillər. Amma bu şeylər normal ölkələrdə normal nəzarət olunurlar və aradan qaldırılırlar.
Proletariatın diktaturası mövcud olan normal dövlətlərdə miqrant axını qorxulu deyil, amma bu artıq başqa mövzudur. Biz axı vəziyyəti sosialist ölkələrdəki miqrantlar nöqteyi-nəzərindən nəzərdən keçirmirik, kapitalist ölkədəki miqrantlar və işçi hərəkatı arasındakı əlaqə nöqteyi-nəzərindən nəzərdən keçiririk.

İlk olaraq “Ştreykbexer” sözündən başlamaq lazımdır
ŞtreykbexerStreikbrecher, (hərfi mənada – tətili pozan) – bir qayda olaraq tətil zamanı kənardan işə alınmış, tətildə iştirak etməkdən və tətilçilərə dəstək olmaqdan imtina edən, tətilçilərlə mübahisədə administrasiyanın tərəfini tutan və tətil zamanı işə çıxmaqla ona dəstək olan şəxs.Məcazi mənada xəyanətkar, ümumi maraqları satan mənasını verir. (Wiki)

Yavaş-yavaş aydın olur, elə deyilmi? Buna baxmayaraq, kənardan başlayaq. Əvvəllər, 19 əsrin ortalarında Almaniyada praktiki olaraq miqrantlar yox idi, ona görə də tətillərdə iştirak etməkdən imtina edən almanları Ştreykbexer adlandırırdılar, bunlar adətən elə burada və indi pul lazım olan, pula çox ehtiyacı olan  və ya nəyisə dəyişə biləcəklərinə inanmayan və buna görə də ən asanı öz işini yerinə yetirməklə 3 qəpik qazanmaq fikri ilə barışan sınmış insanlar idi.
Bugün ştreykbexer – miqrantdır. Hər hansı bir müəssisənin işçiləri tətilə çıxanda, öz hüquqlarını müdafiə etməyə başlayanda istehsalın dayanmaması üçün burjua savadsız, iş təcrübəsi olmayan, amma burjuanın təklif etdiyi şərtlərlə və ya hətta daha pis şəraitdə işləməyə razı olan miqrantı işə çıxarır.

“Əmək bazarının dağılması” adlandırılan şey elə budur, yerli əhalinin əməyinin əvəz edilməsi nəinki bu yerli əhalinin sıxışdırılmasına, həm də əmək şəraitinin daha da pisləşməsinə, bu sahədə əmək haqqının azalmasına gətirib çıxarır. Bununla belə, heç nəyə nail olmayan, köhnə iş yerlərindən qovulan həmkarlar ittifaqları sadəcə dağılırlar, həmkarlar ittifaqının dağılması isə işçi hərəkatı üçün zərbədir.

İndi burjuaziya o qədər qudurub ki, bu sahələrə praktiki olaraq ancaq miqrantları işə alırlar ki, bu da internasionalistlərin, solların mübarizə aparmalı olduğu millətçiliyin meydana çıxmasına işarədir. Ümumiyyətlə bu nadir haldır, çünki bizim millətçilərin böyük əksəriyyəti əslində internasionalistə çevrilirlər, ona görə ki, işçilərin ümumdünya həmrəyliyi ilə deyil, dövlət və burjuaziya  tərəfindən üzə çıxarılan  millətçiliklə mübarizə aparırlar.

Müəssisədə həm yerli əhali, həm də miqrantlar çalışırlarsa, bu zaman miqrantlar klassik Ştreykbexerlər rolunda çıxış edirlər, yəni həmkarlar ittifaqlarına daxil olmaqdan, öz əmək hüquqları uğrunda mübarizə aparmaqdan imtina edirlər. Ən çox da ona görə ki, onlar azad insanlar deyillər, məsələn, onların pasportları və ya iş üçün icazələri yoxdur. Bu da burjuaziyaya nəinki onları ştreykbexer kimi istifadə etmək, həm də yerli əhalinin əmək haqqını azaltmaq imkanı verir, “bunlar” daha az pula sizin işi yerinə yetirə bilərmiş.

Bu miqrantların burjuaziya tərəfindən işçi hərəkatına qarşı istifadə olunmasının birinci tərəfidir, indi ikinci tərəf haqda danışaq. 

Sinfi mübarizə və miqrantlar

Sol qüvvələrin nümayəndələrinin siyasi arenadakı fəaliyyətləri adətən “sinfi mübarizədən başqa heç nə” prinsipi üzrə baş verir. “Bütün ölkələrin proletarları birləşin!” şüarı da buradan yaranır. Çünki bizim hamımızın bir düşməni var – burjuaziya. Bizi, müxtəlif millətlərin, etnosların və s. nümayəndələrini də bir-birinə qarşı məhz bu düşmən savaşdırır. Elə görünür ki, sanki hər şey sadə və aydındır.
Amma müasir dövr göstərir ki, bu heç də belə deyil. Bunu düşünmək və dərk etmək lazımdır ki, ölkədə miqrantların əməyinin istifadə olunub-olunmaması bizdən yox, burjuaziyadan asılıdır.Miqrasiya sahəsində qanunları burjuaziya qəbul edir, miqrantları burjuaziya işə qəbul edir. Belə hərəkətlərin yerli əhalidə müvafiq reaksiya yaratması olduqca təbiidir. Yəni, burjuaziya hər bir  zəhmətkeş insanın təbii hissləri üzərində oynayır. Çünki, o – bütün beynəlxalq həmrəyliyə baxmayaraq  - iş yerinin miqrant tərəfindən məşğul edilməsini istəmir.

Nəticədə burjuaziyanın miqrantların iş qüvvəsindən istifadə etməsi faktı cəmiyyətdə millətçi əhval-ruhiyyənin artmasına gətirib çıxarır. Buna görə də “sinfi mübarizədən başqa heç nə” prinsipi sanki işləməyi dayandırır. Amma millətçilər çox vaxt anlamırlar ki, burjuaziya məhv olsa miqrantların meydana çıxması problemi də yox olacaq. Öz-özlüyündə miqrantlar düşmən deyillər, düşmən vahid sinfi mübarizəni sinfi və milli mübarizəyə parçalayaraq onları öz xalqına qarşı istifadə edən burjuaziyadır, yeri gəlmişkən, milli mübarizə müasir dövrdə kapitalist burjua cəmiyyətində sağ qalmaq uğrunda mübarizədir.

Beləliklə, miqrantlar proletariata və sinfi mübarizəyə qarşı vasitə, burjuaziyanın silahı rolunda çıxış edirlər.Yəni, miqrantlar proletariat üçün şübhəsiz şərdir, onlar bu şəkildə işçi sinfin deyil, burjuaziyanın maraqlarına xidmət edirlər.Ən əsası işin məğzini unutmamaqdır. Çünki, biz hər hansı bir problemi həll edərkən bu problemin nəticəsini deyil, onun kökünü həll etməliyik. Biz orqanizmi müalicə etdikdə simptomlarla mübarizə aparmırıq, xəstəliklə mübarizə aparırıq. Miqrantlar məsələsində də tamamilə eyni şeydir.
Ona görə sağ millətçilər də burjuaziya ilə mübarizədə sol kommunistlər kimi maraqlıdırlar.
Əks halda, elə alınacaq ki, burjuaziya sinfi mübarizənin məhv edilməsi üçün onları öz maraqları yolunda istifadə edir. Amma sol yoldaşlar da heç bir halda hesab etməməlidirlər ki, miqrantlarla həmrəy olmaq olar. Ümumi sinif maraqlarının satqınları ilə nədə həmrəy olmaq olar? Yalnız xəyanətkarlıqda və opportunizmdə.
Buna görə də, miqrantlara haqq qazandırmağı və onları müdafiə etməyi vacib sayan, onların hüquqları uğrunda mübarizəninin vacibliyini söyləyən  sollar şəxsən mənim üçün ilk növbədə sinfi mübarizə deyil, milli mübarizə bayrağı qaldıran sağlar kimi burjuaziya oyuncağıdırlar. Çünki onlar da eyni dərəcədə mübarizəni sinfi və milli tərkiblərə ayırır.Burjuaziyanın maraqları üzrə hərəkət edən provakatorlar “barrikadanın hər iki tərəfində” var.

Həm sağlar,həm də sollar ilk növbədə burjuaziya ilə mübarizədə maraqlı olmalıdırlar,çünki, müasir cəmiyyətdə problemlərin mənbəyi burjuaziyadır. Problemin mənbəyi yox olduqda, burjuaziya olmadıqda “əmək bazarını” dağıdan, yerli əhalini sıxışdıran miqrantlarla problem də olmayacaq.Sinfi mübarizə azalacaq, çünki burjuaziya yıxılacaq, milli mübarizə də zəifləyəcək, çünki, daha miqrantlarla problem olmayacaq.
Hələlik isə, bu mövzuda bütün mübahisələr,boşboğazlıqlar, sağlar və sollar arasındakı barışmaz qarşıdurma ancaq burjuaziyanın xeyrinə işləyir. Biz sinfi və milli mübarizədən hansının ilk olduğunu aydınlaşdırdığımız zaman, biz bir-birimizlə mübahisə etdiyimiz və bir-birimizi siyasi düşmən kimi qiymətləndirdiyimiz zaman burjuaziya rahatca bizim gözəl Vətənimizin qalığını məhv edir, əhalini istismar edir və bu istismar və bir vaxtların xalqın mülkiyyətini özəlləşdirməklə milyonlarla kapital toplayır.

Artıq başa düşmək lazımdır ki, bizim bir ümumi düşmənimiz var – burjuaziya.


Tərcümə Azərbaycan Ekososialistləri 

Комментариев нет:

Отправить комментарий