31 авг. 2013 г.

ABŞ MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) 1953-cü ildə İranda dövlət çevrilişində öz rolunu etiraf edən məxfi sənədlər nəşr edib. 1951-ci ildə seçkilərdə qələbə qazanan Mossadık ona qədər Britaniyanın İngilis-fars neft kompanyasının (hazırki BP) nəzarət etdiyi neft sənayesini milliləşdirir. “İran dəmir pərdə arxasında qalmaq təhlükəsi ilə üzləşir. Bu SSRİ-nin qələbəsi demək idi və Qərbin Yaxın Şərqdəki mövqeyinə güclü zərbə idi”- sənədlərdən birində qeyd olunur. Bu sənədlərə əsasən İrana qarşı niyə bu qədər nifrətin olduğunu aydınlaşdırmaq olar.
1953-cü ildən 1979-cu ilə kimi ABŞ və İngiltərə İran və iran neftinə nəzarət edirdi.1979-cu ildə islam inqilabı nəticəsində onlar bu nəzarəti əldən buraxdılar. O zamandan da İrana nifrət yer almağa başlayıb.
1979-cu il İran inqilabı amerikalılar üçün gözlənilməz idi. Paradoks bunda idi ki, onlar şahı digər amerikaçı qüvvəyə dəyişmək üçün şahın devrilməsi prosesinə özləri yol vermişdilər, amma proses nəzarətdən çıxmışdı. Vaşinqtona İranda daha dini rejim lazım idi ki, İran sovet ordusunun daxil olduğu Əfqanıstandakı hadisələrin gedişinə daha aktiv qatılsın. Nəticədə ABŞ özü çevrilişi təşkil etdi və İranı itirdi. Bu da ABŞ-ın İrana olan nifrətinin daha bir səbəbidir.
1953-cü ildə İrandakı çevrilişin dəqiq tarixinə diqqət edək. 1951-ci ildə İranın bütün neft sərvətini milliləşdirən prezident Mossadıkın arxasında SSRİ dayanırdı. Daha dəqiq desək –Stalin. Stalin Birləşmiş Ştatlara ardıcıl zərbələr endirməyə davam edirdi. Çində vətəndaş müharibəsi zamanı Mao-nun qələbəsi (1949), ABŞ-a qarşı müharibədə Çin və Koreyaya yardım (Koreya müharibəsi 1950-1953), İranda neft sərvətlərinin milliləşdirilməsi (1951-1952). Stalin sağ olduğu müddətdə ABŞ İranda devriliş edə bilməzdi, orada Sovetin xüsusi xidmət orqanları işləyirdi. Odur ki, devriliş yalnız Stalinin ölümündən sonra baş tuta bilərdi. Belə də oldu. 1953-cü ilin mart ayında Stalinin ölümündən sonra elə həmin ilin yayında - 19 avqust 1953-cü ildə Mossadık hökuməti devrilir, Şah Pəhləvi İrana qayıdır və 1979-cu ildə islam inqilabı nəticəsində devrilənə kimi ABŞ-ın mütəffiqi olur.

Комментариев нет:

Отправить комментарий