27 февр. 2014 г.

Noam Xomskinin müsahibəsi (Why It's Legal When the US Does It)

Barsamian: Birləşmiş Ştatlar yenə əvvəlki kimi Yaxın Şərqin enerji resursları üzərində ciddi nəzarətə sahibdir?
Noam Xomski: Əsas neft və qaz istismarı ölkələri əvvəlki kimi qərb tərəfindən dəstəklənən diktaturların ciddi nəzarəti altındadırlar. Odur ki, “ərəb baharının” uğurları məhdud görünsə də, böyük əhəmiyyət kəsb edir. Qərb tərəfindən idarə olunan diktator sistemlər dağılır. Əslində, onların dağılması prosesi çoxdan gedir. Misal üçün, 50 il əvvələ qayıtsaq, görərik ki, amerikalı strateqlərdə əsas narahatçılıq doğuran enerji resurslarının çoxu milliləşdiriliblər. Daim bu vəziyyəti dəyişmək cəhdləri edilir, amma bu cəhdlər uğursuz alınır.
Nümunə kimi İraqa amerika hücumunu götürək. Köhnə ideoloqlardan başqa hamı üçün tamamilə aydın idi ki, biz İraqa demokratiyaya olan alovlu sevgimizdən soxulmamışdıq, ona görə soxulmuşduq ki, bu ölkə neft ehtiyatına görə dünyada ikinci ya üçüncü yeri tutur. Bundan əlavə, o nəhəng neft istismarı regionunun düz mərkəzində yerləşir. Bu haqda danışmaq olmaz. Belə söhbətlər sui-qəsd əlbirliyi adlanır.
İraq milliləşdirməsi qeyri-zorakı müqavimət metodlarıyla hərəkət etməklə Birləşmiş Ştatlara ciddi zərbə vurdu. Birləşmiş Ştatlar döyüşçüləri öldürə bilərdilər, amma küçələrə nümayişə çıxan yarım milyon insanla bacara bilmədilər. İraq addım-addım işğalçı qüvvələrin qurduğu idarə mexanizmini aradan qaldıra bildi. 2007-ci ilin noyabrına tamamilə aydın oldu ki, ABŞ üçün öz məqsədlərinə nail olmaq çətin olacaq.Maraqlısı budur ki, həmin vaxt açıq şəkildə bu məqsədlər haqda aydın bəyanat səsləndirildi. 2007-ci ilin noyabrında oğul Buşun administrasiyası gələcəkdə İraqla hansı razılıqların mümkünlüyü haqda rəsmi bəyanatla çıxış etdi. Orada iki əsas razılıq vardı. Birincisi bu idi ki, ABŞ saxladığı öz həri bazalarından hərbi əməliyyatlar aparmaq üçün məhdudiyyətsiz imkanlara sahib olmalıdır. İkincisi, İraq hökuməti “İraqa xarici investisiyaların, xüsusilə, amerika investisiyalarının axınına kömək etməlidir”. Buş bu haqda 2008-ci ilin yanvarında özünün vida bəyanatlarından birində açıq şəkildə qeyd etdi. Bir neçə ay sonra İraq tərəfdən müqavimətlə qarşılaşan ABŞ bu tələblərindən imtina etməli oldu. İraq üzərində hakimiyyət göz qabağında onların əlindən çıxır.
İraq köhnə idarəetmə sistemini güc vasitəsilə yenidən qaytarmaq və bərpa etmək cəhdi oldu. Amma bu cəhd müqavimətlə qarşılaşdı. Mənə elə gəlir ki, ümumilikdə amerika siyasəti İkinci Dünya müharibəsi dövründən dəyişməz olaraq qalır. Amma bu siyasətin reallaşdırılması imkanları getdikcə məhdudlaşır.
-İqtisadi zəifliyə görə məhdudlaşır?
- Qismən ona görə ki, dünya getdikcə daha müxtəlif olur. Bugün dünyada ən müxtəlif güc mərkəzləri daha çoxdur. Birləşmiş Ştatlar İkinci Dünya müharibəsinin sonunda öz gücünün və hakimiyyətinin tamamilə pik nöqtəsində idi. Onlar dünya sərvətinin yarısına sahib idilər, onların bütün rəqibləri isə ya müharibədən ağır əziyyət çəkmişdilər, ya da darmadağın edilmişdilər. Amerika son dərəcə təhlükəsizliyə malik idi və işin mahiyyətinə görə, dünyanı idarəetmək planları hazırlayırdı. O vaxt bu məsələ o qədər də qeyri-real deyildi.
-Bu “böyük territorial planlar” adlandırılan şeydir?
-Bəli. İkinci Dünya müharibəsindən dərhal sonra Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin başçısı Corc Kennan(George Kennan) və digərləri detalları hazırlayırdılar, sonra isə bu planın reallaşdırılmasına başlanıldı. Bugün Yaxın Şərqdə və Cənubi Amerikada baş verənlər, mahiyyətinə görə, öz köklərilə 1940-cı illərin sonuna gedir. Amerika hegemoniyasına qarşı ilk uğurlu müqavimət 1949-cu ildə olub. Bu hadisə “Çinin itirlməsi” idi, hansı ki, olduqca maraqlı adlandırmışdılar. İfadə çox maraqlıdır, və onunla heç kim mübahisə etmirdi. Çinin itirlməsində kimin məsuliyyət daşıması haqda çox mübahisələr olmuşdu. Yalnız sahib olduğun şeyi itirmək olar.Bu adi bir şey kimi qəbul olunurdu: biz Çinə sahibik. Əgər çinlilər mütəqilliyə can atarlarsa, deməli biz Çini itirmişik. Sonra “Latın Amerikasının itirilməsi” , “Yaxın Şərqin itirilməsi”, bir sıra digər dövlətlərin “itirilməsi” ilə bağlı qorxular meydana çıxdı. Və hamısı da buna əsasən ki, dünya bizə aiddir. Bizim nəzarətimizi zəiflədən hər şey isə bizim üçün itkidir, və biz bu itkini necə doldurmaq haqda düşünməliyik.
Bugün, əgər siz xarici siyasət haqda ciddi jurnallar oxuyursuzsa və ya daha çox fars lazım olduğunda respublikaçıların debatını dinləyirsizsə, “Gələcək itkilərimizin qarşısını necə alaq?” sualını verdiklərini eşidəcəksiz.
Digər tərəfdən, nəzarəti qoruyub saxlamaq imkanları kəskin azaldı. 1970-ci ilə dünya artıq iqtisadi mənada üç qütblü oldu. ABŞ-da əsaslanmış şimali Amerika sənaye mərkəzi; əsası Almaniyada olan, miqyasına görə şimali Amerika mərkəzi ilə müqayisə oluna bilən avropa mərkəzi və əsası Yaponiyada olan şərqi Asiya mərkəzi – həmin dövrdə dünyada ən dinamik inkişaf edən region. O vaxtdan dünyanın iqtisadi nizamı daha rəngarəng oldu. Buna görə də öz siyasətimizi yürütmək bizim üçün çətinləşdi, amma onun əsas prinsipləri çox da böyük dəyişikliklərə məruz qalmadı.
Klinton doktrinasını götürək. Klintonun doktrinası bundan ibarətdir ki, Birləşmiş Ştatlar “əsas bazarlara, enerji resursları təhcizatına və strateji resurslara maneəsiz girişini” təmin etmək üçün birtərəfli qaydada güc tətbiq etmək hüququna sahib olsun. Bu Corc Buşun söylədiklərini üstələyir. Amma bu sakit və səssiz doktrina idi, o iddialı və kobud deyildi, buna görə də o qədər də qəzəb doğurmurdu. Bu “haqqım var”-a inam indi də qalmaqdadır. Bu həm də intelektual mədəniyyətin bir hissəsidir.
Usama bin Ladenin öldürülməsindən, tərif qışqırıqları və alqışlar səsləndikdən, dərhal sonra müəllifləri bu aksiyanın qanunu olmasına şübhə altına alan bir neçə tənqidi şərhlər ortaya çıxdı. Çox əsrlər əvvəl günahsızlıq prezumpsiyası adlandırılan bir şey vardı. Əgər sən şübhəlini saxlayırsansa, onun günahı sübut edilməyənə qədər o şübhəli olaraq qalır. Onu məhkəməyə cəlb etmək lazımdır. Bu amerika hüququnun əsas hissəsidir. O öz başlanğıcını Böyük anqlo-amerikan xartiyasından götürür. Bu çox güclü qəzəb reaksiyası doğurmuşdu, amma, həmişəki kimi, ən maraqlı reaksiya spektrin solliberal sonundan səsləndi. Tanınmış və hörmətli solliberal şərhçi Metyu İqlesias(Matthew Yglesias) belə baxışları məsxərəyə qoyduğu bir məqalə yazmışdı. O qeyd etmişdi ki, bu baxışlar “olduqca sadəlöhv” və axmaqdırlar. Sonra isə öz bəyanatını əsaslandırmışdı. İqlesias yazmışdı: mövcud beynəlxalq nizamın əsas funksiyalarından biri də qərb derjavalarının ölümcül hərbi güc tətbiqini qanuniləşdirməkdən ibarətdir”. Əlbəttə ki, o Norveçi nəzərdə tutmurdu. Birləşmiş Ştatları nəzərdə tuturdu. Odur ki, beynəlxalq sistemin istinad etdiyi prinsip bundan ibarətdir ki, Birləşmiş Ştatlar istədikləri zaman güc tətbiq etmək haqqına sahibdirlər. ABŞ-ın beynəlxalq hüquq normalarını pozması haqda söhbətlər olduqca sadəlöhvlük və tamamilə axmaqlıqdır. Yeri gəlmişkən, bu mənə də aiddir və mən sevinclə öz səhvimi qəbul edirəm.Mən də düşünürəm ki, Böyük müstəqillik  və beynəlxalq hüquq normaları xartiyasına bir az diqqət yetirmək lazımdır.
-Nyu-York Times “ərəb baharının” ,demokratik dəyişiklikləri dəstəkləməyi, sabitliyə can atmağı, həmçinin də güclü siyasi gücə çevrilmiş islamçılar qarşısında qoxunu özündə birləşdirən ziddiyətli amerikan istəyini necə qarşılaşdıra bilməkdən ibarət olan, təyinedici siyasi çətinliklərini təsvir edir. Nyu-York Times ABŞ-ın 3 hədəfini qeyd edir. Siz bu haqda nə düşünürsüz?
-İkisi dəqiq şərh edilib. Birləşmiş Ştatlar stabillik tərəfdarıdır. Amma bu sabitliyin nə ifadə etdiyini yadda saxlamaq lazımdır. Stabillik amerikanın əmrlərinin icrası deməkdir. Misal üçün, güclü xarici siyasət təhlükəsi olan İranın ünvanına olan ittihamlardan biri budur ki, o İraqın və Əfqanıstanın sabitliyini pozur. Necə? Öz təsirini qonşu ölkələrə yaymaqla. Biz isə, digər tərəfdən, ölkələrə soxularkən və dağıdarkən onları stabilləşdiririk.
Mən arada hadisələrin belə vəziyyətinin sevdiyim təsvirini verirəm. Bu əvvəllər Foreign Affairs-də redaktor işləmiş tanınmış və xarici siyasət məsələləri üzrə çox yaxşı liberal analitikCeymc Çeysin (James Chace) sözləridir. 1973-cü ildə Salvador Alyende rejiminin devrilməsi və Pinoçet diktaturasının qurulması haqda danışarkən o qeyd etmişdi ki, biz “sabitlik maraqlarına görə Çilinin sabitliyini pozmalı olduq”. Bu ziddiyyət kimi qəbul olunmur – heç ziddiyyət də deyil. Sabitliyə nail olmaq üçün parlament sistemini məhv etməli olduq. Bu o deməkdir ki – onlar dediklərini edirlər. Odur ki, bəli, biz texniki mənada sabitlik istəyirik.
Siyasi islama görə narahatlıq müstəqil hadisələrə görə istənilən narahatlığa bənzəyir. Sizdən asılı olmayan hər şey mütləq narahatlıq yaratmalıdır, ona görə ki, bu sizi zəiflədə bilər. Burada kiçik bir paradoks üzə çıxır, çünki Birləşmiş Ştatlar və Britaniya ənənəvi olaraq var gücləri ilə radikal islam fundamentalizmini dəstəkləyirlər, siyasi islamı deyil, çünki bu qüvvə məhz həqiqi narahatçılıq yaradan dünyəvi millətçiliyə qarşı dayana bilər. Məsələn, Səudiyyə Ərəbistanı dünyada ən aşkar fundamentalist, radikal islamçı dövlətdir. Onun missioner məqsədləri var, o Pakistanda radikal islamı yayır, terrorizmi maliyyələşdirir. Amma Səudiyyə Ərəbistanı amerikan və britaniya siyasətinin istehkamıdır. Onlar bir-birinin ardınca sauditləri Hamal Abdel Naserin dövründə Misirdə və Abd al-Kərim Kasimin dövründə İraqda dünyəvi millətçilik təhlükəsindən, həmçinin də digər təhlükələrdən müdafiə edərək dəstəkləyirdilər. Amma onlar siyasi islamı sevmirlər, çünki o müstəqil ola bilər.
Faktlara baxsaq, bizim demokratiyaya can atmağımız pis anekdot kimi görünəcək. Bunu hətta qabaqcıl alimlər də qəbul edir, baxmayaraq ki, bu haqda  fərqli şeylər danışırlar. Demokratiyanının hərəkəti üzrə əsas mütəxəssislərdən biri Tomas Karozersdir (Thomas Carothers), hansı ki olduqca konservatordur və böyük avtoritetə sahibdir. O “neo-reyqançı”dır, amma parlaq liberal deyil. Karozers Reyqanın yanında Dövlət Departamenrində çalışıb və çox ciddi yanaşdığı demokratiyanın hərəkəti haqda bir neçə kitab yazıb. Hə, o deyir ki, bu adət olunmuş amerikan idealıdır, amma onun qəribə tarixi var. Hər bir amerikan administrasiyasının şizofreniyadan əzab çəkməsi haqda tarix. Onlar yalnız bu halda demokratiyanı dəstəkləyirlər ki, bu müəyyən strateji və iqtisadi maraqlara uyğun gəlsin. Karozers bunu qəribə patologiya adlandırır, sanki ABŞ-ın psixiatrik müalicəyə ehtiyacı var. Əlbəttə, başqa izah da var, amma əgər siz savadlı və özünü yaxşı aparan intelektualsızsa, sizin fikrinizə başqa izah gəlməyəcək.

-Devrilməsindən bir neçə ay sonra prezident Hüsni Mübarək müttəhimlər skamyasında əyləşdi, ona qarşı ittiham irəli sürüldü, və onu həbs cəzası gözləyir. İmkansızdır ki, İraqdakı və ya hər hansı başqa bir yerdəki cinayətlərə görə amerikalı liderlər məsulliyətə cəlb edilsin. Belə vəziyyət nə vaxtsa dəyişəcək?
-Bu öz əsasına görə İqlesias prinsipidir; beynəlxalq nizamın əsası bundan ibarətdir ki, Birləşmiş Ştatlar istədikləri zaman zor tətbiq etmək hüququna malikdirlər. Və belə şəraitdə kiməsə qarşı necə ittiham irəli sürmək olar?
-Və başqa heş kimin belə hüququ yoxdur.
-Əlbəttə, yox. Bəlkədəyalnızbizimsatellitlərin. ƏgərİsrailLivanahücumetsə, minlərləinsanöldürəcəkvəölkəninyarısınıdağıdacaq, burdaheçnəyoxdur, bunormaldır. Maraqlıdır. Prezidentolmazdanəvvəl Barak Obama senator idi. Senator olarkən o çoxişlərgörməmişdi, ammaxüsusiləfəxretdiyibirneçəşeyhəyatakeçirmişdi. Əgərpraymerizqabağıonunvebsaytınabaxmısızsa, o oradabuvəziyyətiqabardırki, 2006-cı ildəLivanaİsrailhücumuzamanı o  İsrailqarşısındaqoyduğuhədəflərə nail olmayınca ABŞ-ın onunhərbiəməliyyatlarına maneolmamasıvəİsrailhücumunaqarşı, hansıki, buhücumunnəticəsindəcənubiLivandağıdılmışdı,  müqavimətidəstəklədiklərinəgörəİranıvəSuriyanıtənqidetməsinitələbedənsenatorlarrezolyusiyasınıntəşəbbüskarlarındanolub. Yerigəlmişkən, Livan 25 ilərzindəbeşdəfədağıdılıb. Odurki, vassallarbuhüququnvarisidirlər. Bu digəramerikamüştərilərinədəaiddir.
HəqiqətdəbütünhüquqlarVaşinqtondadır. Dünyanıidarəetməkbudur. Bu səninnəfəsaldığınhavakimidir. Buna şübhəedəbilməzsən. MüasirBeynəlxalqmünasibətlərnəzəriyyəsininəsasyaradıcısı Hans Morqentau(Hans Morgenthau) çoxləyaqətliinsanolub, Vyetnamdakımüharibənitaktikidüşüncəyəgörədeyil, mənəvidüşüncələrəgörətənqidedənbeynəlxalqməsələlərəgörəçoxazsaydasiyasətçilərdənvəmütəxəssislərdənbiriolub. Çox nadir insandır. O «The Purpose of American Politics» (Amerika siyasətinin hədəfləri) adlı kitab yazıb. Siz bunun nə haqda olmasını bilirsiz. Digər ölkələrin hədəfləri yoxdur. Digər tərəfdən, Amerikanın hədəfi “transsendentaldır”: yerdə qalan dünyaya azadlıq və ədalət bəxş etmək. Amma o da Karozers kimi yaxşı alimdir. Odur ki, o faktları araşdırıb. O qeyd edib: faktları araşdırarakən, adama elə gəlir ki, Amerika öz transsendental hədəflərindən yayınır. Amma sonra o bəyan edir: bizim transsendental hədəfimizi tənqid etmək – “ eyni əsasla dini əsaslarını inkar edən ateizm cəfəngiyyatına uymaq” kimi bir şeydir. Yaxşı müqayisədir. Bu çoxdan möhkəmlənmiş dini düşüncədir. O o qədər dərindir ki, ondan baş açmaq çox çətindir. Və əgər kimsə şübhə nümayiş etdirməyə başlayırsa, bu isteriyaya yaxın hal yaradır və adətən antiamerikaçılığa və Amerikaya qarşı nifrətə görə ittihamlara gətirib çıxarır. Bu maraqlı konsepsiyalardır, demokratik cəmiyyətlərdə belə konsepsiyalar olmur, yalnız totalitar cəmiyyətlərdə olur.Və nəsə məntiqli bir şey kimi qəbul olunan bizim cəmiyyətdə.
Nəşrin originalı:  Why It's Legal When the US Does It
Tərcümə: Günel Muradova