2 нояб. 2013 г.

İqtisadi artım həyatı necə məhv edir ("The Guardian", Böyük Britaniya)


Sonsuz artım iqtisadçıların və siyasətçilərin arzusudur. İqtisadi artım inkişaf ölçüsü sayılır. Nəticədə xalqların rifah səviyyəsini göstərməli olan ÜDM bizim dövrün ən nüfuzlu rəqəminə və hakim anlayışına çevrilmişdir. Bununla belə, iqtisadi artım təbiəti məhv etməklə yaratdığı yoxsulluğu pərdələyir ki, bu da öz növbəsində  özünü müstəqil təmin edə bilməyən ölkələrin yaranmasına səbəb olur. İqtisadi artım konsepsiyası İkinci Dünya müharibəsi zamanı  resursları səfərbər edəcək bir kriteriya kimi irəli sürülmüşdü. ÜDM-in konsepsiyası saxta “ əgər  istehlak etdiyiniz qədər istehsal edirsizsə, deməli heç nə istehsal etmirsiz” ideyasına əsaslanır. Nəticədə ÜDM artımı təbiətin pula, ümumi torpaq sahəsinin isə xammala çevrilmə sürətini ifadə etməyə başlamışdır.

Beləliklə, suyun və qidalandırıcı maddələrin olduqca gözəl təbii bərpa tsiklları istehsal olunmayanlar kateqoriyasına daxil edildi.  Məlum oldu ki, ərzağın 72%-ni istehsal edən bütün dünya kəndliləri əslində heç nə istehsal etmirmişlər; fermalarda və ya öz evlərində işləyən qadınlar da bu artım paradiqmasına daxil edilmirlər. Canlı meşələr iqtisadi artıma öz töhvəsini verməyi dayandırıb, amma əgər ağacları kəssək və odunları satsaq bizim iqtisadiyyatımız böyüməyə davam edəcək. Xəstəliklər, misal üçün, patentli dərman preparatlarının satışı yolu ilə artım üçün əla imkanlar yaratdığı halda, sağlamlıq cəmiyyətləri artıma kömək etmirlər. Bərabər şəkildə hamıya aid olan su bütün insanların tələbatını ödəməlidir. Amma o artım üçün zəmin yaratmır. Əgər Coca-Cola şirkəti zavod tikərsə, suyu torpağın altından nasosla çəkib çıxaracaq və onu butılkalara dolduracaq, iqtisadiyyat genişlənəcək. Amma belə artımın kökündə yoxsulluq dayanırtəbiətin və yerli icmaların yoxsulluğu. Əgər suyun əldə edilməsi prosesində təbiətin bərpa imkanlarını nəzərə alınmazsa, bu qaçılmaz surətdə içməli su ehtiyatı çatışmazlığına gətirib çıxaracaq. İçməli su əldə etmək üçün qadınlar uzun məsafə qət etməli olacaqlar. Kerala ştatındakı Plaçimada kəndində yaxınlıqda yerləşən su mənbəyinə qədər olan məsafə 10 km olduğundan  Mayilamma adlı yerli qadınlardan biri artıq təngə gəldiyini bildirdi. Biz daha da uzağa gedə bilmərik, ona görə də Coca-Cola zavodunu bağlamaq lazımdır. Yerli hindli qadınların hərəkatı sonunda bu zavodu bağlanmasına nail ola bildi.
Təkamül bizə toxum bəxş etdi. Fermerlər onun müxtəlifliyinə nail olmaq üçün onu seleksiya etdilər və çarpazlaşdırdılar. Toxum bizim ərzaq istehsalımızın əsasına çevrildi. Özünü yeniləyən və çoxalan toxum insanları təkcə qida ilə deyil, həm də növbəti fəsil üçün əkin materialı ilə təmin edir. Amma fermerlər tərəfindən becərilən və saxlanılan toxum iqtisadi artıma kömək etmir. Bu toxumlar həyat yaradır və onu yeniləyir, amma gəlir gətirmir. Harda ki şirkətlər toxumu modifikasiya edir, patentləyir və onun tərkibinə genetik maddə yeridir və bu da fermerləri hər fəsil toxum almağa məcbur edir, bax iqtisadi artım da elə oradan başlayır.

Təbiət yoxsullaşıb, bioloji müxtəliflik məhv edilib, pulsuz və hər kəs üçün açıq olan resurslar isə patentləşdirilmiş xammala çevrilib. Əkin materiallarının hər illik alışı yoxsul hindli kəndliləri üçün birbaşa borca aparan yola çevrilmişdir. Hindistanda toxum monopoliyası meydana gəldikdə isə fermerlərin borcları da artdı. 1995-ci ildən bu yana borc tələsinə düşmüş 270 min hindli fermer öz həyatına qəsd etmişdir.
Dövlət sistemləri xüsusi mülkiyyətə çevrildikcə yoxsulluq öz sərhədlərini genişləndirməyə davam edir. Suyun, elektrikin, səhiyyənin və təhsilin xüsusi mülkiyyətə çevrilməsi zamanı sahibkarların gəlirlərinin artması  iqtisadi artım səbəb olur. Amma o həm də insanları hər kəs üçün aşağı qiymətə əlçatan olan şeylərə böyük miqdarda pul xərcləməyə vadar etməklə insanların yoxsullaşmasına səbəb olur. Həyatın bütün aspektləri kommersiya gəliri mənbəyinə və əmtəəyə çevriləndə həyat daha baha, insanlar isə daha yoxsul olurlar.

Ekologiya və ekonomika terminləri eyni köklərə malikdirlər: hər ikisi ev təsərrüfatı mənasını verən “oikos”yunan sözündən əmələ gəlib. Nə vaxt ki, iqtisadiyyatın diqqət mərkəzində kənd təsərrüfatı dayanırdı, o özünün təbii resurslarla sıx əlaqəsini və ekoloji bərpa sərhədlərini qəbul edirdi. Onun əsas vəzifəsi insanların bütün ehtiyaclarını bu sərhədlər çərçivəsində təmin etmək idi. Mərkəzində ev təsərrüfatı dayanan iqtisadiyyat bir çox şeylərdə qadınlara yönəlirdi. Müasir iqtisadiyyat həm ekoloji proseslərdən, həm də insanlara olan əsas tələbatdan uzaqlaşmışdır və onlara qarşı qoyulmuşdur. Bugün təbiətin məhv edilməsinə iqtisadi artıma nail olmaq zərurəti ilə bəraət qazandırılır, bununla belə yoxsul, mülkiyyətlərindən məhrum edilmiş insanların sayı artmağa davam edir. Bunun qeyri-stabilliyə səbəb olmasından başqa, bu həm də iqtisadi mənada ədalətsizlikdir.
Hakim iqtisadi inkişaf modeli faktiki olaraq “həyat əlehinədir”. İqtisadiyyatın inkişaf səviyyəsi yalnız pul axını ilə ölçüldüyü zaman varlılar getdikcə daha da varlanır, kasıblar isə ksaıblaşır. Bundan əlavə, varlılar yalnız pul mənasında varlıdırlar, daha geniş, insan olmaq mənasında isə onlar yoxsuldurlar.
Bununla belə, müasir iqtisadiyyat modeli ehtiyacları resurslar uğrunda müharibələrin, neft və ərzaq müharibələrinin meydana gəlməsinə səbəb olur. Müasir inkişaf şəraitində zorakılığın 3 səviyyəsini ayırd etmək olar.  Birinci səviyyə - ekoloji böhran formasında ifadə olunan təbiətə qarşı olan zorakılıqdır. İkinci – öz ifadəsini yoxsulluqda, kasıblıqda və köçürmələrdə tapan insanlara qarşı olan zorakılıqdır. Üçüncü səviyyə - müharibələr və konfliktlərdir ki, bu zaman nüfuzlu subyektlər öz sonsuz iştahalarını ödəmək üçün digər icmaların və ölkələrin ərazisində olan resurslara çatmağa can atırlar.
Pul axınının genişlənməsi həqiqi dəyərlərlə əlaqəsini itirib, amma maliyyə resurslarını toplayanlar sonradan digər insanların resurslarına – onların torpağına və suyuna, meşələtinə və əkinlərinə - olan hüquqlarını bəyan edə bilərlər. Bu yanğı onların insanların son su damlasını və son düym torpaqlarını əllərindən almağa sövq edir. Bu yoxsulluğun sonu deyil. Bu insan hüquqlarının və ədalətin sonudur.
İqtisadiyyat sahəsində Nobel laureatları Cozef Stiqlis (Joseph Stiglitz) və Amartia Sen (Amartya Sen) qəbul edirlər ki, ÜDM insanların real həyat şəraitlərini əks etdirmir və xalqların rifahının qiymətləndirilməsi üçün başqa alətlərin yaradılmasına səsləyirlər. Məhz buna görə də Butan kimi ölkələrdə inkişafın qiymətləndirilməsində ÜDM-in əvəzinə ümummilli xoşbəxtlik kimi bir göstərici tətbiq edirlər. Həqiqi zənginliyi bərpa etmək üçün biz ÜDM-dən başqa digər qiymətləndirmə kriteriyaları da işləyib hazırlamalı və qlobal supermarket çərçivəsi xaricində yerləşən iqtisadiyyat qurmalıyıq. Biz yadda saxlamalıyıq ki, həyatın əsl valyutası elə həyatın özüdür.


Tərcümə Azərbaycan Ekososialistləri

30 окт. 2013 г.

Solovkidə olan konslaqer haqqında


30 oktyabrda, siyasi repressiya qurbanlarının xatirə günündə liberallar “slovecski məzarının” üstünə gül aparırlar. Ona görə ki, Solovetski adaları bir növ “kommunist QULAQ-ının” simvoluna çevrilmişdir. SLON abbreviaturası onlarda əsmə doğurur. Amma bəla budur ki, bizim liberallar tənbəldirlər və hər şeyə maraq göstərən deyillər. Onlar tarixi pis bilirlər. Yoxsa onlar öz tədbirləri üçün hər hansı bir başqa simvol seçərdilər.
Tarixi həqiqət bundan ibarətdir ki, Solovki adalarındakı düşərgəni 20-ci əsrdə ağlar salmışdılar. Məhz, 3 fevral 1919-cu il tarixində “demokratik qərb dövlətlərinin” dəstəklədiyi Miller-Çaykovski hökuməti belə bir qərar qəbul etdi ki, bu qərara əsasən “iştirakı zərərli olan” vətəndaşlar “məhkəməsiz qaydada  əsl qətnamənin 4-cü bəndində göstərildiyi yerlərə həbs və sürgün oluna bilərlər”. Qeyd edilmiş bənddə deyilirdi: “Sürgün yeri Solovetski monastr və ya Solovetski adalar qrupuna daxil olan adalardan biri təyin olunur...” Vətəndaş müharibəsinin tarixçi tədqiqatçısı P.A.Qolub yazdığı kimi, “ağ rejimin Şimaldakı başçıları – Çaykovskiy, Miller, Muruşevskiy və digərləri, artıq mühacirətə olduqlarından əksinqilabçıların Solovkiyə sürgün edilməsinə görə bolşevikləri qaralamaqdan yorulmurdular. Bununla belə, hamısı birlikdə yaddaş pozğunluğu nümayiş etdirirdilər: Solovkiyə gedən yolu məhz onlar özləri döşəmişdilər.”

Bir sözlə, Solovkidən başqa Şimal ərazisinin “demokratik hökumətinin” öz siyasi rəqiblərini ilk dəfə məhz özlərinin sürgün etdikləri digər yerləri də vardı: Mudyunq və İokanqa adaları.

“Hərbi əsir adlandırılan insanlar son dərəcə aclıq vəziyyətində saxlanılırdılar: qundaqla kötəkləmə,karser və s. ilə cəzalandırılacaqların əvvəlcədən bilə-bilə ac itlər kimi həbsxana administrasiyasının gəmirdiyi sümüklərin üstünə hücum çəkirdilər. Dustaqların orqanizmi o dərəcədə aclıq vəziyyətinə salınmışdı ki, onların zəif küləkdən yerə yıxılmaları simulyasiya hesab edilirdi və buna görə də yazıqlar yenidən döyülürdülər... Mudyuqda dustaq olanların 50%-dən çoxu həyatını itirmişdi, çoxları dəli olmuşdu..” (Arxanqelsk həmkarlar şurasının ərizəsidən, avqust 1919-cu il)

Bu isə İokanqa haqqındadır: “ Həbsxanada vəhşi işgəncələr tətbiq edilirdi: közərdilmiş dəmirlər yandırırdılar, diri-diri torpağa basdırırdılar. Dəmir qandallardan da geniş istifadə olunurdu. Dustaqlar qrup halında və ya tək-tək qaçmağa çalışırdılar, amma onları tutub güllələyirdilər.. Şimal hissəsinin dağılmasından sonra İokanqa Deputatlar Sovetinin hazırladığı anket göstərir ki, İokanqa divarları arxasında olan 1200 məhbusdan cəmi 20 nəfəri kommunist partiyasının üzvü olub, qalanları partiyasız olublar. Minlərlə insan həbsxanada ölmüşdü.”
 Slovecskiy düşərgəsinin əsl yaradıcılarının fəaliyyətinin yekun nəticəsi budur: “ Şimal Vətəndaş müharibəsi tədqiqatçılarının natamam hesablamalarına görə, həbsxanalardan, konslaqerlərdən və katorqalardan təxminən 52000 insan keçmişdi, yəni, bütün əhalinin 11%-ə qədəri. Hökumətin rəsmi məlumatlarına əsasən, hərbi məhkəmələrin qərarı ilə təxminən 4000 insan güllələnmişdi” (P.Qolub. Rusiyanin Şimalında “Ağ” terror”.

Bugün bunları kim xatırlayır? Təəssüf ki, heç kim.. “Slovecskiy məzarının” ətrafına toplananlardan bunu gözləmək sadəlöhvlükdür.

Bu yaxınlarda Kem-də olmuşdum. Yerli partiya şöbəsinin katibi 1918-ci ildə sovet hökumətinin gənc tərəfdarlarının güllələndiyi kilsəni göstərdi. Sovetlər zamanı kilsəni təmir etməmişdilər, ona görə də həmin güllələrin izləri divarda görünürdü. Elə bu yaxınlarda. Amma “mənəvi dirçəliş” dövründə RPK (Rusiya Pravoslav kilsəsinin) çox olduğundan kilsəni təmir etdilər. Daha divarlarda heç bir iz qalmayıb. Ona görə də Solovkiyə gedərkən Kem-dən keçən turistlər restavrasiya olunmuş kilsədə “bolşevik terrorunun qurbanlarının” ruhu üçün rahatca dua oxuya bilərlər.

Və ya həmişə çəkdiyim daha bir misal.. Mənim doğma Olonecs rayonumda, o vaxtlar qəza idi, 1919-cu ildə ağlar yaşayış məntəqəsini tutmaqla kommunistləri və onlara can yandıranları yerindəcə güllələyirdilər. Təkcə həmin qəzada ağlar tərəfindən 150-dən artıq (digər məlumatlara görə-286) kommunist, müəllim,həmçinin Sovet hökuməti ilə əməkdaşlıqda şübhəli bilinən kəndli güllələnmişdi. Müqayisə etmək çətindir, amma yenə də - 1930-cu ildə Olonecs rayonunda qanunsuz olaraq 155 insan sürgün olunmuşdu.

Rusiyanın digər regionlarında baş vermiş Ağ terrorun tarixi haqda yaxşı bilmirəm, amma Sibirdəki amerika hərbi ordusuna rəhbərlik edən general U.Qrevsin sözləri xrestomatikdir: “Şərqi Sibirdə dəhşətli qətllər törədilirdi, amma onlar həmişə düşünüldüyü kimi, bolşeviklər tərəfindən törədilmirdi. Şərqi Sibirdə bolşeviklər tərəfindən öldürülmüş hər insana anti-bolşeviklər tərəfindən öldürülən 100 insan düşdüyünü söyləsəm səhv etmərəm.”

Odur ki, siyasi repsessiya qurbanlarının xatirə gününü kim keçirməlidir?

Bəs sonra! – opponentlər mənə deyəcəklər, - siz də güllələyirdiz. Bəli, olmuşdu. Amma sonralar! Amma əvvəlcə belə idi ki, üsyanın yatırılmasından sonra bolşeviklər general Krasnovu sadəcə buraxmışdılar. Söz verdirərək ki, daha belə etməyəcək... Dünya tarixində başqa belə nümunə var ki, silahlı ələ keçirilmiş düşməni bax belə azad buraxsınlar? Uşaq kimi sadəlöhvsüz, həqiqi sözümdür! Yeri gəlmişkən, aydın məsələdir ki, Krasnov sözünün üstündə durmadı.

Amma mən əslində Krasnov haqda danışmıram, özümüzdən, hazırki sollardan,kommunistlərdən danışıram. Elə alınıb ki, biz az qala bizə yapışdırılmış damğa ilə barışmalı olmuşuq. Özümüzünkülər, daha çoxsaylı qurbanlar haqda unudaraq “Qırmızı terrora” görə özümüzü təmizə çıxarmağa başlayırıq. Niyə? Ən yaxşısı onlara öz əməllərini xatırladaq. Çünki, kommunizm hərəkatı bütün dünya tarixində həmişə ən humanist cərəyan kimi çıxış edib. Qeyri-mütəşəkkil zorakılıq qığılcımlarını söndürməyə çalışıb.Yalnız müdafiə olunmaq lazım olduqda... Hər kəs özünümüdafiə hüququna malikdir. Bundan başqa, sollar sərt tədbirlərə həmişə gec əl atıblar.

Və əgər miqyasdan danışsaq, bizim ölənlərin siyahısı hamısından çoxdur. Bu yaxınlarda Medvedev Stalinə qarşı çox ittiham edici bir şey söylədi. Amma ona qədər, Dmitriy Anatoleviç Finlandiyada olarkən Mannerqeymin məzarına gül dəstəsi qoydu.

Həmin Manerqeym ki, onun zamanında 1918-ci ildə Finlandiyada ağ terror qurbanlarının sayı 40 min insan hesablanmışdı. Natamam məlumatlara görə 10 min insan müharibə zamanı edam olunmuşdu. Ağ fin-lərin qələbəsindən sonra 15817 insan güllələnmişdi. Həmçinin, konslaqerlərdə təxminən 15 min insan ölmüşdü. 3 milyon əhalisi olan ölkə üçün bu böyük rəqəmlərdir. Tarixçi V.Qalin yazdığı kimi, təxmini rəqəmlərlə Finlandiyada ölkə əhalisinin 3%-i həbsxanalardan keçmişdi ki, bu da QULAQ –da saxlanılan cinayətkarlardan və siyasi məhbuslardan 2-4 dəfə çoxdur. İşçilər,kəndlilər, ziyalılar məhv olurdular. Söz düşmüşkən, 1918-ci ilin həmin yaz günləri kommunist qazetinin redaktoru, “Kibrit arxasınca” filmindən hamımızın yaxşı bildiyi əyləncəli əhvalatı düşünmüş Alqot Tietyavyaynen (Mayyu Lassila) də ölmüşdü. Yeqin ki, Medvedev də həmin filmə baxıb.

30 oktyabr növbəti dəfə siyasi repressiya qurbanlarının xatirə günü qeyd olunacaq. Ona hazırlaşmaq pis olmazdı. Bəlkə hətta “slovecskiy məzarına” da baş çəkmək olardı. Çünki, bu xatirə gününü qeyd etmək üçün məhz kommunistlərin bütün əsasları var. Heç olmasa, bütün həlak olmuşlarımızı yad etməkdən ötrü.

Aleksandr Stepanov


Tərcümə: Azərbaycan ekososialistləri

29 окт. 2013 г.

İkiüzlülük dövrünün sonu (“Foreign Affairs”, ABŞ)


Informasiya sızması dövründə ABŞ-ın xarici siyasəti

Aydındır ki, amerika vətəndaşlarının qeyri-nümunəvi hərəkətlərə aid gizli məlumatları yayması ABŞ hökumətini qəzəbləndirir. Və o öz hiddətini nümayiş etdirməkdən çəkinmir:  üç il əvvəl hələ ABŞ ordusunda sıravi Bredli Menninq (Bradley Manning)olan  Çelsi Menniniq (Chelsea Manning) WikiLeaks qrupuna gizli danışıqların yüz minlərlə şifrini ötürərkən ABŞ hökuməti əsgəri həbsxanaya elə şərtlər altında salmışdı ki, BMT-nin əzab vermə problemi üzrə xüsusi məruzəçisi bu şərtləri qəddar  və insanlığa sığmayan adlandırmışdı.

Menninqin həbs edilməsindən sonra Meet the Press proqramında çıxış edən respublikaçı və ABŞ senatı Mitç Makkonnell (Mitch McConnell) WikiLeaks-in rəhbəri Culian Assanjı (Julian Assange) “xaytek-terrorist” adlandırmışdı. Bu yaxınlarda, Milli Təhlükəsizlik Agentliyinin  Edvard Snouden (Edward Snowden)  adlı keçmiş analitiki amerika casusluq  proqramlarının təfərrüatlarını açdı, amerikalı məmurlar digər ölkələrin Snoudenə sığınacaq verməməsi üçün xeyli diplomatik səy göstərdilər.

Bundan əlavə, ABŞ prezidenti  Rusiya prezidenti Vladimir Putin onun tələblərinə tabe olmaqdan imtina edərkən, hətta onunla planlaşdırılmış görüşünü belə təxirə saldı. Bütün səylərinə baxmayaraq amerika isteblişmenti bu ifşaçılarn ABŞ təhlükəsizliyi üçün niyə bu qədər ciddi təhlükə olduğunu izah edərkən tez-tez çətinliklərlə qarşılaşır. Əslində Menninq və Snouden tərəfindən üstü açılan informasiyada dünyada baş verənləri diqqətlə izləyən insanları  şoka salacaq heç nə yoxdur.

2010-cu ildə WikiLeaks –in ifşa etdiklərinə görə  panikaya düşmək istəməyən keçmiş müdafiə naziri Robert Qeyts jurnalistlərlə söhbətində söylədi ki, gizli məlumatların nəşri sadəcə “olduqca məhdud”  təsir göstərdi və kəşfiyyat xidmətinin nə mənbələrini, nə də metodlarını şərh etmədi. Snouden kəşfiyyatın həm mənbələrini, həm də metodlarını şərh etdi, amma yeni heç nə xəbər verə bilmədi. Hələ onun ifşasına qədər ekspertlərin çoxu bu haqda öz fikirlərini bildirirdilər ki, Çinə qarşı kiber hücumların arxasında məhz ABŞ dayanırdı, müxəlif Avropa intitutlarının gizli izlənməsini həyata keçirirdilər və dünya internet-kommunikasiyasını ələ keçirirdilər.  Hətta onun ABŞ və Birləşmiş Krallığın istifadəçilərin təhlükəsizliyini və şəxsi həyatlarını qorumaq üçün əsas kommunikasiya proqramlarını və şifrələmə sistemlərini tənqid etmələrinə dair skandal açıqlamaları sadəcə bir çox məlumatlı müşahidəçilərin çoxdan bəri şübhələbdikləri şeyləri  təsdiq etdi.

Menninq və Snoudenin ABŞ hökuməti üçün daha ciddi təhlükə olması bilavasitə ABŞ milli təhlükəsizliyinə vurduğu zərbədən ibarət deyil, ondan ibarətdir ki, Vaşinqtonu öz simasızlığına görə məsuliyyət daşımaqdan qaçmaqla  ikiüzlülük etməkdən məhrum edir. Onların təhlkəliliyi onda deyil ki, onlar yeni informasiyanın üstünü açırlar, ondadır ki, onlar ABŞ hökumətinin hərəkətlərinin və motivlərinin sənədli sübutlarını təqdim edirlər. Və bu hərəkətlərin hökumət nümayəndələrinin açıq bəyanatlarına zidd olması  məlum olduqda – ki, adətən də belə olur –  Vaşinqtonun gizli fəaliyyətinə göz yummaq ABŞ mütəffiqləri üçün çətin olur, onların düşmənləri üçün isə bəhanə tapmaq asan olur.

Çox az amerikalı hokumət məmurları ikiüzlülük etmək bacarığını əsas strateji resurs kimi nəzərdən keçirir. Əslində, amerikalıların ikiüzlülüyünün belə effektiv olmasının əsas səbəblərindən biri bundan ibarətdir ki, o öz başlanğıcını səmimilikdən götürür: ABŞ siyasətçilərinin əksəriyyəti öz dövlətlərinin nə qədər ikiüzlü olmasını hələ dərk etmirlər. Bununla belə, onların sözləri ilə işləri arasında olan fərqi inkar etmək getdikcə çətinləşdiyindən onlar gələcəkdə xeyli çətin məsələləri həll etməli  və, bəlkə də, təbliğ etdikləri qaydalar üzrə yaşamalı olacaqlar.

İkiüzlü hegemon

İkiüzlülük Vaşinqtonun mülayim hakimiyyətinin  – yəni  digər dövlətləri onun hərəkətlərinin leqimitimliyinə inandırmaq bacarığının - əsasıdır, bununla belə əksər amerikalılar onun mənasını qiymətləndirmirlər. Liberallar, bir qayda olaraq, səmimi şəkildə inanırlar ki, digər dövlətlər ona görə ABŞ-la əməkdaşlıq edirlər ki, amerika ideallarının onlara cəlbedici, ABŞ-ın başçılığı altında olan beynəlxalaq sistemin  isə ədalətli görünür. Realistlər daha utanmaz nəzər nöqtəsinə tərəfdar olurlar, amma əgər onlar Vaşinqtonun ikiüzlülüyünü yadlarına salırlarsa, yenə də ona böyük əhəmiyyət vermirlər. Onların fikrincə, məhz Vaşinqtonun soyuq, kobud gücü, onun idealları deyil, digər ölkələrin onunla əməkdaşlıq etməsinə kömək edir.

Əlbəttə ki, ABŞ beynəlxalq siyasətdə yeganə ikiüzlü deyil. Amma ABŞ-ın ikiüzlülüyü digər dövlətlərin ikiüzlüyündən daha ciddi nəticələrə səbəb olur. Bu ona görə baş verir ki, bugün dünyanın böyük hissəsi Vaşinqtonun qurduğu sistem, o sistem ki, bir tərəfdən ABŞ-ın gücünə əsaslanıb, digər tərəfdən onun liberal idealları tərəfindən qanuniləşdirilib, çərçivəsində yaşayır. Qanunun diktaturasının, demokratiyanın və azad ticarətin amerika idealları Ikinci Dünya müharibəsindən sonra ABŞ-ın köməkliyi ilə əsası qoyulmuş beynəlxalq institutların, həmçinin də Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun,BMT-nin, eləcə də Ümumdünya Ticarət  Təşkilatının  ayrılmaz hissəsinə çevrilib.  ABŞ-ın aşkar dünya ağalığı təhlükəsinə baxmayaraq – İraq müharibəsindən başlamış maliyyə böhranına qədər – beynəlxalq nizam hələ də amerikaçı olaraq qalır.

Və bu sistem üçün ikiüzlülk sürtkü yağı ona görə lazımdır  ki, onun mexanizmləri fırlanmağa davam edə bilsinlər. Digər dövlətlərin belə dünya nizamının leqitimliyinə inanmağa davam etmələri üçün amerika məmurları daim öz ideallarını irəli sürməli və liberal prinsiplərə bağlılığını səsləndirməlidirlər. ABŞ öz hegemonluğunu yalnız kobud güc hesabına saxlaya bilməz. Amma, bu yaxınlarda ictimaiyyətə açılmış gizli məlumtlar göstərdi ki, Vaşinqton həm də təbliğ etdiyi dəyərlərə düzgün riayət edə bilmir. Belə uyğunsuzluq mövcud dünya nizamınıın digər dövlətlər tərəfindən  qanunsuz  kimi qiymətləndirmək riskini artırır.

Əlbətəə, indiyə kimi ABŞ öz ikiüzlülüyünə görə məsuliyyətdən qaça bilib. Vaşinqton uzun müddət nüvə silahının yayılmaması haqda ideyanı təbliğ edirdi və hətta bəzi dövlətləri nüvə sahəsində öz maraqlarından imtina etməyə belə inandırmışdı. Eyni zamanda da, o İsraildə nüvə silahının ortaya çıxmasını sakitcə qəbul etdi, 2004-cü ildə isə Hindistanın dinc məqsədlər üçün nüvə texnologiyalarından istifadə etmə hüququnu təsdiqləyən rəsmi müqavilə imzaladı, baxmayaraq ki, Hindistan nüvə silahının yayılmaması haqda Razılaşmaya məhəl qoymurdu. Vaşinqton demokratiya ideallarına tərəfdar olduğunu bəyan etməkdən yorulmur, amma iyulda misir ordusunun seçilmiş hökuməti devirərkən hərbi devrilişi devriliş adlandırmamaqla olaylara qarışmaq istəmədi. Bundan başqa, “terrorla mübarizəni” də yada salmaq lazımdır: xarici dövlətlər insan hüquqlarına toxunduqda Vaşinqton onları sərt şəkildə tənqid edir, amma eyni zamanda da tələb edir ki, onun öz hərəkətlərinə güzəştlə yanaşsınlar, çünki, ABŞ-ın milli təhlükəsizliyi ortaya qoyulub.
ABŞ-ın öz ikiüzlülüynüə görə məsuliyyət çəkməməsinin səbəbi ondan ibarətdir ki, digər dövlətlər onu inadla görmək istəmirlər. Onların Vaşinqtonun təmin etdiyi qlobal ictimai nemətlərdən əldə etdikləri gəliri nəzərə alsaq, onlar  hegemonun  öz pis hərəkətlərinə görə cavab verməsində maraqlı deyillər. Açıq tənqid ABŞ hökumətini  yalnız öz maraqlarını güdməyə təhrik edə bilər ki, bu da mövcud dünya nizamını təhlükə altında qoyar. Bundan başqa, ABŞ Vaşinqtonun hərəkətlərinin məntiqsizliyinə dəlalət edənləri onlarla ticarət əlaqələrini kəsməklə və ya başqa hər hansı digər yolla cəzalandıra bilər. Məhz buna görə də, ABŞ-ın mütəffiqləri, bir qayda olaraq, öz narahatlıqlarını bağlı qapılar arxasında şəxsi söhbətlər zamanı bildirirlər. Onların düşmənləri müəyyən müddətdən bir  ABŞ-ı çatışmazlıqlarını göstərirlər, amma onlar özəri də yüksək əxlaqları ilə fəxr edə bilməzlər.

ABŞ-ın asanlıqla vədlərini pozması onun liderlərinin arasında əlavə lovğalığın yaranmasına səbəb oldu. Nəzərə alsaq ki, bugün çox az dövlət ABŞ-ın ikiüzlülüyünə dəlalət edir, amerikalı siyasətçilər öz dövlətlərinin ikili standartlarına qarşı həssaslığı itirib. Amma Menninqin və Snoudenin sayəsində bu ikili standartlara göz yummaq daha çətin oldu.


Ciddi olmaq nə dərəcədə vacibdir


Bunun nələrə gətirib-çıxara biləcəyini anlamaq üçün Snoudenin ifşalarının amerikanın kibertəhlükəsizlik sahəsində siyasəti üçün nəticələrinə baxın. Yaxın günlərə kimi ABŞ məmurları öz dövlətlərinin kibersahədə hücum potensialını müzakirə etmirdilər  və əsasən ölkənin xarici hücumlardan müdafiə strategiyasını xüsusi olaraq qeyd edirdilər. Eyni zamanda da, onlar açıq şəkildə bir neçə dəfə  amerika kompyuter şəbəkələri üçün təhlükəli olan və ABŞ-la Çin arasındakı  münasibətlərə zərər verən çin xakerlərinin hücumları haqda bəyan etmişdilər .

Bununla belə ABŞ-da olduqca uzun zaman ərzində gizli şəkildə Çinin – və digər düşmənlərinin – kompyuter şəbəkələrinə irimiqyaslı hücumları aparılıb. ABŞ hökuməti kiberfəzada həm hücum, həm də müdafiə potensialının işlənib hazırlanmasına gizli şəkildə milyardlarla dollar qoyub. Snouden isə göstərdi ki, amerika hərbiçiləri təkcə Çinin hərbi qüvvələrinin kompyuterlərini deyil, həm də Çinin mobil əlaqə operatorlarına və bu ölkənin ən prestijli universitetinə aid olan kompyuter sistemlərini sındırıblar.

Baxmayaraq ki, Snoudenin materiallarının nəşrinə qədər bir çox ekspertlər çin kompyuter sistemlərinin sındırılmasında ABŞ hökumətinin əli olduğunu bilirdilər, Vaşinqton hər şeyi inkar edə bilirdi. Tənqidə qarşı immunitetə sahib olan merikalı məmurlar Çinin kiberfəzada qanunsuz fəaliyyətini müxtəlif təsir alətləri vasitəsilə , hədə-qorxodan tutmuş çin xakerlərinə qarşı ittiham irəli sürməyə qədər, dayandırmaq məqsədilə genişmiqyaslı piar-kampaniya planlaşdırmaqla məşğul idilər. Çin hökumətinə amerikalıların ikiüzlülüyü yaxşı tanış olsa da, ölkələr arasındakı münasibətlərin növbəti dəfə pisləşməsinə səbəb olmamaq üçün onların ikiüzlüyünü göstərmədilər.

Amma, Snoudenin ifşasından sonra çinlilər nəzər-nöqtələrini dəyişdilər. ABŞ-ın ikiüzlüyünü görə öz qəzəbini ifadə etmək üçün Çinin əlinə yaxşı səbəb düşdü. İndi Vaşinqton Çinin ABŞ-ın sənədlərlə sübut edilmiş hərəkətlərini ittiham etməsinə görə çətin ki, ondan inciyəcək. Əslində, Snoudenin açıqlamaları Çinə ABŞ-ın hərəkətləri ilə bağlı öz hiddətini açıq şəkildə bildirməkdən başqa seçim qoymurdu. Əgər Çin ABŞ-ın ikiüzlülüyünü tənqid etməsəydi, onun təmkinliyini zəiflik kimi izah etmək olardı. Snoudenin materiallarının nəşrindən sonra, mətbuat konfranslarından birində Çinin Milli müdafiə Nazirliyinin nümayəndəsi qeyd etdi ki, bu skandal ABŞ-ın internet-təhlükəsizliyi sahəsində “əsl simasını və ikiüzlü davranışını” açıb göstərdi.

Vaşinqton üçün gözlənilməz oldu. İndi o ABŞ kəşfiyyatının keçmiş rəhbəri Coel Brenner (Joel Brenner) təklif etdiyi kimi, çin xakerlərinin məqsədi kommersiya sirrlərinin oğurlanması olan təxmini qəbul edilməz  hərəkətləri və  ABŞ-ın milli təhlükəsizliyin müdafiəsinə yönəlmiş tamamilə leqitim hərəkətləri arasında sərhəd qoyan xətt çəksin. Amma, böyük ehtimal ki, bu sərhəd xəttinə heç kim əhəmiyyət verməyəcək. Buna görə də Vaşinqton çin xakerlərin hərəkətlərinə qarşı açıq kampaniyanı unutmalı oldu.

Menninqin və Snoudenin açıqlamaları yeni dövrün başlanğıcı oldu: ABŞ hökuməti artıq öz gizli fəaliyyətini gizli saxlayacağına  zəmanət verə bilməz. Bugün yüz minlərlə amerikalı gizli sənədlərə giriş imkanına malikdir, hansı ki, bu sənədlər açılması ölkəni olduqca pis vəziyyətdə qoya bilər. Son açıqlamalar sübut etdiyi kimi, kameralarla təhciz edilmiş fleş-disklrə və mobil telefonlar zamanında hətta əjdaha qanunlar və cəzalar belə gizli informasiyanı sızmalardan qoruya bilməz. Nəticədə bugn Vaşinqton elə bir hal yaşayır ki, bunu inkişaf edən ikiüzlülüyün kollapsı adlandırmaq olar. ABŞ hökuməti, onun dostları və rəqibləri amerika xarici siyasətinin qaranlıq tərəflərinin mövcud olduğunu daha əminliklə inkar edə bilməyəcəklər və indi onlar onun üzünə baxmalı olacaqlar.


Sözlərinizi işlərinizlə, işlərinizi sözlərinizlə möhkəmləndirin


İkiüzlülük  dövrünün sonu ABŞ-ı olduqca çətin seçim etmək zərurəti qarşısında qoyur. İstənilən halda, Vaşinqton siyasəti və onun bəyanatları bir-birinə uyğun gəlməlidir.

ABŞ hökuməti üçün ən sadə həll bundan ibarətdir ki, gələcək üçün ikiüzlü bəyanatlar etməsin və qəbul etsin ki, onun hərəkətlərinin çoxunun arxasında dar eqoistik hədəflər dayanır. O Vaşinqtonun indiyə kimi artıq  bəyan etdiklərini təsdiqləsə, sızmalar daha az peşmanlıq gətirəcək və məhvedici olacaq. Əslində Vaşinqton Çindən və Rusiyadan çox şey götürə bilər: öz davranışlarını ümumi rifah uğrunda mübarizə çərçivəsinə yazmaq əvəzinə, bu ölkələr onların milli suverenliyi üçün pozuntu görünən hər şeyi tənqid edirlər və öz maraqlarını lazım bildikləri kimi müdafiə etmək hüququnu qoruyurlar. İfşaçıları uzun həbsxana müddəti ilə cəzalandırmaqla və onlara siyasi sığınacaq təklif edən dövlətləri hədələməklə Vaşinqton da eyni şeyi edə bilərdi.

Bununla belə, belə kursun problemi bundadır ki, ABŞ-ın milli maraqları qlobal çoxtərəfli əlaqələr sistemi ilə sıx bağlıdır. Vaşinqton ifşaçıları sığınacaq təklif edən dövlətlərə qarşı sanksiyalar tətbiq edəcəyini bəyan etməklə liberalizm ideallarının müdafiəsi barəsindəki əhdini artıq pozub. Əgər ABŞ qarşılıqlı rifah barəsində bəyanatlarından imtina etsə, bu Vaşinqtonun başında dayandığı dünya nizamı prinsiplərinə riayət etməməsi demək olacaq. Əgər digər dövlətlər Vaşinqton kimi hərəkət etsələr və yalnız öz şəxsi eqoistik maraqlarını müdafiə etməyə başlasalar, Vaşinqtonun yaradılmasına bir neçə on illiklər sərf etdiyi ticarət əlaqələri və əməkdaşlıq sistemi sadəcə yox olacaq. ABŞ hər kəsin beynəlxalq əməkdaşlığa aid olduğu bir dünyada çiçəklənə bilməz, çünki, ora da Putin də aiddir.

Amma bu kursa daha uyğun alternativ kurs da var: Vaşinqton özünü elə aparmalıdır ki, onun işləri sözləri ilə daha tez-tez üst-üstə düşsün. Tamamilə ideal olmayan belə yanaşma da ona baha başa gələcək, çünki beynəlxalq siyasətdə dövlətlərin idealları və maraqları tez-tez konfliktə girir. Bununla belə, ABŞ hökuməti milli təhlükəsizliyi təhlükə altında qoymadan öz davranışlarında yavaş-yavaş ikiüzlülükdən imtina edə bilər.

İşgəncə məsələlərində, digər ölkələrin dinc əhalisi arasında qurbanlara tamamilə etinasızlıq, izləmə sistemlərinin genişləndirilməsində ikili standartlar – bu punktlardan heç birini millətin rifahında əsas faktorlardan biri adlandırmaq olmaz, baxmayaraq ki, bəzi hallarda onlar ona zərər vurur. Baxmayaraq ki, hazırki administrasiya onun sələfləri üçün xarakterik olan bəzi cinayətləri törətmir, amma yenə də o çox uzun yol keçməlidir.
Demokratiya şəraitində məxfilik hökumət siyasətinin bir hissəsi olmaq üçün hüquqi əsasa malikdir. Bununla belə, onda açıq ikiüzlülüyə yer olmamalıdır. Seçicilər başa düşürlər ki, onlar hökumətin etdiyi hər şeyi bilə bilməzlər, amma onlar aldadılmağı sevmirlər. Əgər ABŞ təhlükəli ikiüzlülük asılılığından yaxa qurtarmaq istəyirsə, o real qnunverici nəzarətlə və onun hökumətinin siyasəti ərtafında açıq demokratik müzakirələrlə barışmalı olacaq. İkiüzlülük dövrünün sonu gəldi.

Henri Farrel  (Henry Farrell), Marta Finnemor Финнемор (Martha Finnemore)


Henri Farrel Corc Vaşinqton universitetində politologiya və beynəlxalq münasibətlər professorunun köməkçisidir. Marta Finnemor Corc Vaşinqton universitetində politologiya və beynəlxalq münasibətlər professoru.

Tərcümə: Azərbaycan ekososialistləri