25 июл. 2013 г.

ABŞ nələr üzrə birinci yerdədir

Məhbusların sayına görə. Özü də xüsusi göstərişli həbsxanalarda işgəncəyə icazə verilir.

Həddi-buluğa çatmamış gənclərin ölüm hökmü sayına görə (2/3).
Qatillərin sayına görə. Ən məşhur manyakların 74%-i Amerikanın payına düşür,baxmayaraq ki, orada dünya əhalisinin 5%-i yaşayır.

Narkotik istifadə edən insanaların sayına görə. 

Gey və lesbiyanların,həmçinin porno aktyor və aktrisaların sayına görə.

Hərbi büdcəsinin böyüklüyünə və İkinci Dünya müharibəsindən sonra hərbi kompaniyaların sayına görə.

Əhalinin əlində olan silah sayına görə.
Tibbi xidmətin bahalığına görə.

Ürək-damar xəstəliklərinin, onkoloji xəstəliklərin və diabet xəstələrinin sayına görə.
Tibbi personalın səhvlərinin sayına görə.

Uşaqlar üzərində zorakılığa görə. Son onilliklərdə ABŞ-da İraqda və Əfqanıstanda həlak olmuş əsgərlərin sayından 4 dəfə çox sayda uşaq ölmüşdür. Hadisələrin 78%-dən çoxunda ölüm səbəbi – uşağın həyatına etinasızlıqdır. ABŞ-da hər gün zorakılıqdan 5 uşaq ölür. Onlardan 80%-i 5 yaşına çatmamış uşaqlardır. ABŞ küçələrində təxminən 3000 000 yeniyetmə yaşayır.
40 000 000 amerikalı 9 -12 yaş arasında cinsi zorakılığa məruz qalmışdır.

950 000 məktəbli yüksək həyəcanlılığın yatırılması üçün trankvilizatorlar vasitəsilə məcburi müalicə almalı olur.

Hər beşinci amerikalı psixi cəhətdən xəstədir.

GMO-lu məhsulların istehsalına görə.

Piylənmədən əziyyət çəkənlərin sayına görə.


Enerji ehtiyatlarından istifadə miqdarına görə - dünya ehtiyatlarının 40%-ni.

24 июл. 2013 г.

İlk mikrodalğalı soba məhz sovet alimləri tərəfindən yaradılıb

Bu hadisə haqda “Trud” qəzetini iyun nömrəsinin sonuncu zolağında həmin vaxt dəyərləndirilməmiş, amma onillər sonra faktiki olaraq bütün dünyanın kulinariya məişətini alt-üst edən kiçik xəbər yerləşdirilmişdi.

Söhbət SSRİ alimləri tərəfindən ixtira olunan mikrodalğalı soba nümunəsindən gedirdi. Tarixi bilən oxucu məlumatın yanlış olduğunu və öz ixtirasını 1945-ci il oktyabrın 8-də patentləşdirmiş Massaçusets ştatından Persi Spenser tərəfindən yaradıldğını iddia edə bilər. Doğrudan da, belə bir rəvayət gəzir ki, mikro dalğalı soba yaratmaq fikri maqnetorn yanında dayanarkən cibindəki şokoladın əridiyini müşahidə edən amerikalının ağlına gəlib. Digər bir versiyaya görə, Persi Spenser diqqət edib ki, qoşulmuş maqnetorn üzərinə qoyduğu buterbrodu qızıb. Həqiqətən maraqlıdır. İndi isə emosiyalardan faktlara keçək, daha doğrusu 1941-ci ildə “Trud” qəzetinin yazdığına baxaq.
Ət məhsullarını hazırlamaq üçün ultrayüksək tezlik cərəyanınından istifadəyə imkan verən ilk xüsusi qurğu ət sənayesinin Ümumittifaq elmi-tədqiqat institutunun maqnit dalğaları laboratoriyasında hazırlanmışdır, və jurnalistin də yazdığı kimi, bu aqreqatda yağı əritmək, kolbasa məhsullarını qaynatmaq, əti isitmək olurdu. Budun hazırlanması isə mövcud texnologiya üçün lazım olan 5-7 saat əvəzinə cəmi 15-20 dəqiqə vaxt aparırdı. Vaxtdan başqa iqtisadi səmərə də qeyd olunur – istehsal xərclərinin iki dəfəyə qədər azalması və məhsulun keyfiyyətinin yaxşılaşması.
Bəs görəsən amerika analoqunu bir neçə il qabaqlaya biləcək bu möcüzəvi-qurğu niyə kütləvi istehsala buraxılmamışdı? Bunun bir çox səbəbləri ola bilər, amma görünür ən əsas səbəb 8 gün sonra ölkənin qarşılaşdığı müharibə oldu. Qurğunun işlənib-hazırlanması ilə mşğul olan insanların bu müharibədə sağ qalıb-qalmaması haqda da tarix susur. Bununla belə, artıq bu vacib deyil. 

23 июл. 2013 г.

Kapitalizm haqda 12 mif

Artıq 20 ildir bizə söyləyirlər ki, kapitalizm ideal olmasa da, mümkün iqtisadi sistemlərdən ən yaxşısıdır, hansı ki, insanı azad edir, özünü göstərmək və həyatda uğura sahib olmaq üçün hər kəsə bərabər imkanlar verir. Bundan əlavə,bizə deyirlər ki, 2008-ci ildən bütün dünyada inkişaf edən böhran – sistemin özünün problemi deyil. Böhran ona görə baş verir ki, hazırda bizdə mövcud olan kapitalizm deyil, digərlərindən fərqlənən yarımfabrikatdır. Guya biz “təmiz” kapitalizmə keçəcik və bizim bütün iqtisadi bəlalarımız öz-özünə sona çatacaqdır. Amma hamı belə düşünmür. Məsələn, müasir kapitalizmin bütün “gözəlliklərini” öz üzərində sınaqdan keçirmiş ölkədən, Portuqaliyadan olan iqtisadçı Qilyermo Alves Koelyo tamamilə fərqli düşünür. O əmindir: “ bir sistem kimi kapitalizm qeyri-effektivdir və tükənmişdir, Köhnə Dünyada isə “ərəb baharına” oxşar kabus dolaşır. Beləliklə, gəlin portuqaliyalı iqtisadçının “kapitalizm haqda 12 mif” məqaləsində izah etdiyi baxışları ilə daha yaxından tanış olaq.

Belə bir məşhur ifadə var ki, hər bir xalq layiq olduğu hökumətə sahibdir. Bu doğru deyil. İnsanlar düşüncə obrazını formalaşdıran təcavüzkar propaqanda vasitəsilə aldadıla, sonra isə asanlıqla manipulyasiya edilə bilən insana çevrilə bilərlər. Yalan və manipulyasiya xalqların kütləvi təzyiqə məruz qalmasının və zülmünün müasir silahıdır. O hətta müharibə aparmağın ənənəvi vasitələrindən daha effektivdir. Əksər hallarda onlar bir-birini tamamlayırlar. Hər iki metod seçkilərdə qələbə qazanılmasında və itaət etməyən ölkələrin məhv edilməsində istifadə olunur, Qilyermo Alves Koelyo yazır. İctimai təfəkkürə təsir etməyin müxtəlif üsulları var, hansında ki, kapitalizm ideologiyası əsaslandırılmışdır və müzakirə edilməyən doqma səviyyəsinə çatdırılmışdır. Bu nəsillər boyunca milyon dəfələrlə təkrarlanan yalançı həqiqətlərin ahəngidir və buna görə də çoxları üçün şübhəsizdir. Onlar kütlələrin dəstəyini və etiqadını qazanmaqdan ötrü kapitalizmi etibarlı bir sistem kimi göstərmək üçün işlənib hazırlanıblar. Bu miflərin yayılmasına KİV,təhsil müəssisələri, ailə ənənələri, dini münasibətlər və s. Imkan yaratdılar. Bu miflərdən ən çox yayılmışları bunlardır.

Mif 1. Kapitalizmdə kim çox işləyir, o zəngin ola bilər.
Guya kapitalizm sistemi zəhmətkeş insanların varlanmasını avtomatik təmin edir. Bu mənada adi zəhmətkeşləri aldadıcı ümidlər formalaşdırır, və onların planları həyata keçmədikdə onlar bunda yalnız özlərini günahlandırırlar.
Əslində isə, kapitalizmdə nə qədər işləməyinizdən asılı olmayaraq, uğurun ehtimalı təxminən lotereyada olduğu kimidir. Var-dövlət, çox nadir istisnalarla, ağır işlə yaradılmır, böyük təsirə və hakimiyyətə malik insanların fırıldaqlarının nəticəsidir və onlarda əxlaq prinsiplərin olmamasıdır. Bu mifdir ki, uğur müvəffəqiyyət və yaxşı optimizm dozasının birləşməsi ilə ağır işin nəticəsidir və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq bacarığından və rəqabət səviyyəsindən asılıdır. Bu mifi sistemi dəstəkləyən ardıcılları yaradır. Din də həmçinin bu mifi dəstəkləmək üçün çalışır.
Mif 2. Kapitalizm hamı üçün zənginlik və çiçəklənmə yaradır
Azlığın əlində cəmlənmiş var-dövlət guya tez və ya gec hamı arasında bölüşdürüləcək. Məqsəd iş verənin zənginləşməsini əlavə suallar olmadan təmin etməkdən ibarətdir. Eyni zamanda da hamıya buna inanmaq təklif olunur ki, gec ya tez işçilər öz işlərinə və işə sadiqliklərinə görə layiqli mükafat alacaqlar.
Əslində isə, hələ Karl Marks bu nəticəyə gəlmişdi ki, kapitalizmin son hədəfi var-dövlətin ədalətli bölünməsi yox, onun daimi toplanması və bir əldə cəmlənməsidir. Son onilliklər, xüsusilə neoliberalizmin qlobal ağalığı bərqərar olduqdan sonra varlılar və yoxsullar arasında böyüyən uçurum – həm ayrı-ayrı insanlar, həm də ölkələr arasında, marksizmin doğruluğunu sübut etdi. Qeyd etdiyimiz mif kapitalizmin sosiallaşdırılması adlandırılan mərhələsində ən geniş yayılmış mif idi və onun əsas məqsədi sosializm ölkələrinin məhvi idi.
Mif 3. Biz hamımız bir qayıqdayıq
Kapitalizm cəmiyyətində guya siniflər yoxdur, ona görə də uğursuzluqlara və böhranlara görə məsuliyyət hamının üzərinə düşür, və hamı hər şeyə görə ödəməli olur. Məqsəd adi işçilərdə günah kompleksi yaratmaqdır ki, bu da kapitalistə itkiləırinin bir hissəsini adi insanların çiyninə qoymaqla öz gəlirini artırmaq imkanı verir.
Əslində, bütün məsuliyyət dövlətin müdafiə etdiyi, milyarderlərdən ibarət elitanın üzərinə düşür, elita  isə öz növbəsində dövləti müdafiə edir. Onlar vergilərdə,tenderlərdə, maliyyə spekulyasiyasında və s.  həmişə daha çox güzəştlərdən istifadə ediblər. İnsanların bədbəxt vəziyyətinə görə məsuliyyətdən qaçmaq və onları elitanın səhvlərinə görə ödəməyə məcbur etmək üçün bu mif eliitaya implantasiya olunur.
Mif 4. Kapitalizm – azadlıqdır
Guya həqiqi azadlığa kapitalizmdə yalnız “bazarın özünə nəzarəti” sayəsində nail olmaq olar. Məqsəd bundan ibarətdir ki, hər şeyin olduğu kimi qəbul edildiyi kapitalizmin dininə bənzər bir şey yaradılsın, həmçinin insanların makroiqtisadi qərarların qəbul edilməsində iştirak hüququ əllərindən alınsın.
Əslində, qərarların qəbul edilməsində azadlıq azadlığın sonuncu formasıdır, amma  o yalnız nüfuzlu şəxslərin dar dairəsinin imtiyazıdır, adi insanların və ya hətta dövlət müəssisələrinin deyil. Bütün mümkün sammit və forumlar zamanı nəhəng kompaniya, bank və transmilli korporasiya  rəhbərləri bağlı qapılar arxasında dar çevrədə strateji xarakterdə böyük maliyyə qərarları və iqtisadi qərarlar qəbul edirlər. Beləliklə, bazarlar özü-özünə nəzarət etmir, hazırki zamanda iri sahibkarlar onları manipulyasiya edir. Qeyri-kapitalist ölkələrdə guya demokratiyanın əsası olan bazar azadlığının olmaması doqmasına əsaslanan bu mif həmin ölkələrin daxili işlərinə qarışılmasına bəraət qazandırmaq üçün istifadə olunmuşdur.
Mif 5. Kapitalizm demokratiyadır
İddia olunur ki, demokratiya yalnız kapitalizmdə mövcud ola bilər. Sərbəst şəkildə bundan əvvəlki  mifdən süzülən bu mif başdan ictimai quruluşun istənilən başqa modellərinin müzakirəsinin qarşısını almaq üçün yaradılmışdır. O iddia edir ki, bütün digər modellər diktaturadırlar. Kapitaizm azadlıq və demokratiya kimi anlayışlara qəsb edir, onların mənası isə təhrif olunur.
Əslində, kapitalizm cəmiyyəti elitar azlıq olan varlıların bütün həyat sahələrində yerdə qalan digərləri üzərində hakimlik etdiyi siniflərə bölünmüşdür. Belə kapitalist “demokratiya” gizli diktaturadan başqa bir şey deyil, “demokratik islahatlar” isə inkişafa əks proseslərdir. Bundan əvvəl qeyd etdiyimiz mif kimi, demokratiya haqqında mif də qeyri-kapitalist ölkələrə qarşı olan tənqidlərə və hücumlara bəhanədir.
Mif 6. Seçkilər demokratiyanın sinonimidir
Seçkilər demokratiyanın sinonimi və ali ifadəsidir. Bu mifin məqsədi digər siyasi sistemləri qaralamaqdan və ya iblisləşdirməkdən və liderləri burjua kriteriyaları ilə təyin olunmayan, alternativ imkanları olan cəmiyyətdə müzakirələrin qarşısını almaqdan ibarətdir.
Həqiqətdə, kapitalizmdə seçkilər mütləq ikiüzlülük və fırıldaq zirvəsidir. Harada ki, səsvermə sadəcə şərti ritual, seçkilər isə formal aktdır. Seçkilərdə həmişə burjua azlığının nümayəndələrinin qalib gəlməsi faktı onların aşkar qeyri-obyektivliyini göstərir. Burjua seçkilərinin demokratiyanın mövcudluğuna zəmanət verməsi mifi ən çox möhkəmlənmiş miflərdəndir, və hətta bəzi sol partiyalar bu yalana aldanıblar.
Mif 7. Hakimiyyətdə bir-birini əvəz edən partiyalar demokratik seçkilərin mövcudluğuna sübutdur.
Əslində bu tamamilə cəfəngiyyatdır. Tipik nümunə - daim bir-birini əvəz edən,praktiki olaraq heç nə ilə fərqlənməyən və eyni bir siyasəti ən xırda detallarına qədər yürüdən iki əsas burjua partiyasının mövcud olduğu ABŞ-ın ikipartiyalı sistemidir. Seçim çoxluğu haqda mifin məqsədi kapitalizm sistemini və guya vətəndaşların azad iradəsi nəticəsində hakimiyyətə gələn hakim sinfi  əbədiləşdirməkdən bundan ibarətdir.
Əslində həm ikipartiyalı,həm də çoxpartiyalı parlament sistemi mahiyyətcə birpartiyalı sistemdir. Bu eyni siyasi qüvvənin iki və ya çox fraksiyası alternativ siyasətli partiyaları yamsılamaqla bir-birini əvəz edirlər. İnsanlar həmişə ən yaxşı seçim etdiklərinə əmin olaraq, sistemin agentlərini seçirlər.Həqiqətdə isə, heç bir seçimə sahib deyillər. Burjua partiyalarının müxtəlif platformalara sahib olması və hətta müxalifətdə olması haqda mif ən vacib miflərdəndir, o hakimiyyətin kapitslist sistemini leqitim etməkdən ötrü daim təzyiq edir.
Mif 8. Seçilmiş siyasətçi xalqı təmsil edir və ona görə də onun əvəzinə qərar verə bilər
 Siyasətçi xalqdan hakimiyyət aldı, və ONU istədiyi kimi idarə edə bilər. Mifin məqsədi insanları boş andlarla doyuzdurmaq və praktikada reallaşacaq real tədbirləri gizlətməkdir.
Əslində, seçilmiş lider bu andları yerinə yetirməyəcək, ya da, daha pis, tez-tez hətta konstitusiyaya belə zidd olan bəyan edilməmiş tədbirləri həyata keçirəcək. Belə siyasətçilər adətən aktiv azlıq tərəfindən seçilir və öz müddətinin ortalarında minimal populyarlıq qazanırlar. Amma belə hallarda da xalq etimadının itirilməsi siyasətin konstitusiya yolu ilə dəyişməsinə gətirmir, lakin, əksinə, kapitalizm demokratiyasının real və ya gizli diktatura şəklində yaranmasına gətirir. Kapitalizmdə demokratiyanın saxtalaşdırılmasının sistematik praktikası seçkilərə qatılmayan insanların sayının artmasının əsas səbəblərindən biridir.
Mif 9. Kapitalizmin alternativi yoxdur
Kapitalizm nə mükəmməl, nə də yeganə mümkün ictimai quruluş deyil, o sadəcə bugünkü hakim iqtisadi və siyasi elita üçün daha münasibdir. Mifin məqsədi hətta potensial konkurensiyanı digər sistemlərin öyrənilməsi və inkişaf imkanlarının məhv edilməsi yolu ilə,bunun üçün zorakılıq da daxil olmaqla bütün mümkün vasitələrdən istifadə etməklə, aradan qaldırmaqdan ibarətdir.
Əslində digər siyasi və iqtisadi sistemlər də var, onlardan ən məşhuru isə elmi sosializmdir. Bu mif kapitalizmin digər alternativlərini müzakirəsinin qarşısını almaq və cəmiyyətin itaətkar şəkildə yekdilliyni təmin etməkdən ötrü insanları qorxutmaq üçün yaradılmışdır.
Mif 10. İqtisadiyyat var-dövlət yaradır
Guya iqtisadi böhrana səbəb işçilərə ifrat güzəştlərin olunmasıdır. Əgər onlar aradan qaldırılsa, dövlət qənaət edər və ölkə böhranın öhdəsindən gələr. Məqsəd – kapitalistlərin borclarının ödənilməsinə görə məsuliyyəti dövlət sektorunun, həmçinin,təqaüdçülərin üzərinə atmaqdır. Böhranın müvəqqəti olduğuna inandırmaqla insanları yoxsulluqla razılaşmağa məcbur etməkdir. Mif həmçinin dövlət sektorunun özəlləşdirilməsini asanlaşdırmaq məqsədi daşıyır. Xalqı inandırırlar ki, “sağ qalmaq” üçün qənaət edirlər, bununla belə onun gələcək gəlirləri itiriləcək daha gəlirli sahələrin özəlləşdirilməsi haqda heç bir söz demirlər. Bu siyasət dövlətin gəlirlərinin azalmasına və güzəşt,təqaüd və müavinətlərin ixtisarına gətirib çıxarır. Bugün sosial imtiyazların kütləvi ixtisarının baş verdiyi, yüz milyardlarla avronun isə aparıcı bankların xilasına yönəldiyi Avropa Birliyi ölkələri – kapitalizm iqtisadiyyatının çirkin reallığının əyani illustrasiyasıdır.
Mif 11. Dövlətin rolu nə qədər az olsa, o qədər yaxşıdır
Guya ki, özəl sektor iqtisaddiyyatı dövlət sektorundan daha yaxşı idarə edir. Bu mif öncəkini tamamlayır. Əslində, bir qayda olaraq, özəlləşdirmədən sonrakı bölüşdürmə həmişə işçilər üçün mənfidir, çünki, vergiödəyicisinə təzyiq artır, müavinətlər və təqaüdlər isə azalır. Kapitalist nöqteyi nəzərindən ictimai sektorun idarə edilməsi sadəcə biznes üçün imkandır. Kapitalizm üçün sosial ədalət heç nədir. Bu mif neoliberal kapitalizmin ən “ideoloji” miflərindəndir. Ölkəni özəl sektor idarə etməlidir, dövlət isə sadəcə onu dəstəkləməlidir.
Mif 12. Kapitalizmin bugünkü böhranı qısamüddətlidir və xalqın xeyrinə həll olunacaq
Hazırki maliyyə-iqtisadi böhran guya kapitalizmin adi tsiklik böhranıdır, sistemin böhranı deyil və onun məhvinə gətirməyəcək. Mif hər şeydən əvvəl maliyyə kapitalı üçün daldalanacaqdır, hansı ki, mümkün olduğu qədər dövləti qarət və insanları istismar etməkdə maraqlıdır. Bu həm də hakimiyyətdə qalamaq üçün vasitədir. Bununla belə, mahiyyətcə və Marksa görə, bugün baş verənlər kapitalizm sisteminin sistem böhranıdır,yəni, istehsalın ictimai xarakteri və gəlir qazanmağın özəl xarakteri arasındakı ziddiyyət artımı mövcud sistem çərçivəsində prinsipial olaraq həll olunmazdır. Bəzi kapitalist nəzəriyyəçilər,həmçinin, “sosialistlər” və sosial-demokratlar iddia edirlər: kapitalizm dəyişsə, xilas olmağı bacarar.
Onlar iddia edirlər ki, böhran siyasətçilərin, acgöz bankirlərin və spekulyantların ayrı-ayrı səhvləri ilə və ya liderlərin yeni ideyalarının və münaqişələrin həlli mexanizmlərinin olmaması ilə izah olunur. Amma ki, bugün bizim şahidi olduqlarımız, - yaxşılaşmağa heç bir ümid olmadan, insanların həyat səviyyəsinin daim pisləşməsidir. Kapitalizm məhv olur, amma bu xalqlar üçün böyük itkilərlə baş verəcək yavaş prosesdir. Portuqaliyalı alim hesab edir ki, bizim işimiz onun tezliklə yox olmasına şərait yaratmaqdır.
Beləliklə, bizim tədqiqatçı neoliberal kapitalizmin bügün dünyada mövcud olan universal modelini tənqid etdi. Bununla belə, bir çox yerli mütəxəssislər qeyd edirlər ki, dünya kapitalizmində olan ümumi çatışmamazlıqlardan başqa bu iqtisadi formasiya xüsusilə bizə - postsovet məkanı ölkələrinə yaraşmır. Hər şeydən əvvəl ona görə ki, birgə iş həyatımızın çox əsrlik ənənələri,böyük ərazi və daim xarici düşmənlərdən müdafiə olunmağın vacibliyi, bizim xalqlarda anadangəlmə kollektivizm hissi yaradıb.
Kapitalizmin qurulmasında yerli təcrübə göstərir ki, Qərbdən fərqli olaraq, harda ki, müəyyən şəraitlərdə bir müddət az-çox müsbət rol oynamağı bacarmışdı, kapitalizm bir sistem kimi keçmiş SSRİ-i ölkələrinə yaramır.  
Albina Moldavanenko
Tərcümə Günel Muradova

21 июл. 2013 г.

Sovet internetinin üstündən çəkilmiş xətt


Viktor Mixayloviç Qluşkov sovet riyaziyyatçısı,kibernetikidir. Onun rəhbərliyi altında 1966-cı ildə ilk personal EHM “Mir-1” işlənib hazırlanmışdır. İnternet şəbəkəsini ilk proyekti də Qluşkova məxsusdur. Amma o vaxt ABŞ və İsraillə əlaqəsi olan bəzi alim və iqtisadçılar bu layihəni reallaşdırmaqda Qluşkova mane olmuşdular. Çünki, layihəni reallaşdırmaqla SSRİ dünyada ilk internet şəbəkəsinin yaradıcısı olacaqdı və bu yenilik onsuz da öndə olan sovet iqtisadiyyatını və elmini daha qabağa aparacaqdı. Bu haqda alimin öz sözləri ilə tanış olaq

Sovet internetinin üstündən çəkilmiş xətt

XX əsr tarixində ən dahi riyaziyyatçı və kompyuterçilərdən biri olan akademik Viktor Qluşkovun xatirəsi: “İqtisadiyyatın idarəedilməsi üzrə avtomatlaşdırılmış ümumdövlət sisteminin (OQAS) hazırlanması vəzifəsi mənə A.N.Kosıqin tərəfindən 1962-ci ilin noyabrında tapşırılmışdı. Bu vaxta qədər ölkədə artıq iqtisadi informasiyanın işlənməsi üçün hesablama mərkəzlərinin vahid sistemi mövcud idi. Biz özündə geniş zolaqlı rabitə kanalları ilə birləşdirilmiş  iri sənaye şəhərlərində və iqtisadi rayon mərkəzlərində 100-ə yaxın mərkəzi birləşdirən Vahid dövlət şəbəkəsinin ilk eskiz proyektini hazırladıq.

1964-cü ildən başlayaraq (mənim proyektimin yarandığı tarixdən) alim-iqtisadçılar mənə qarşı açıq-aşkar çıxışlar etməyə başladılar, hansı ki, onlardan şoxu sonradan ABŞ-a və İsrailə getdilər. Kosıqin proyektin dəyəri ilə maraqlandı. O təxminən 20 milyard rubl məbləğində qiymətləndirilirdi. Biz xərclərin özünü doğrultmasını nəzərdən keçirdik. Üç beşillik ərzində proqramın reallaşdırılması büdcəyə 100 milardan çox pul gətirəcəkdi. Amma bizim başabəla iqtisadçılarımız Kosıqini çaşdırdılar... Bizi bir tərəfə qoydular, ehtiyyatla yanaşmağa başladılar.
60-cı illərin sonlarında Sov.İKP-nin Mərkəzi Komitəsində və Nazirlər Şurasında informasiya yayıldı ki, amerikalılar hələ 1966-cı ildə informasiya şəbəkəsinin eskiz proyektini hazırlayıblar, yəni, 2 il bizdən sonra. Amma bizdən fərqli olaraq, onlar mübahisə etmirdilər, hazırlayırdılar.

Onda bizdə də narahat olmağa başladılar. Mən Kirilenkonun (Sov.İKP MK-nin katibi) yanına getdim və məktub verdim ki, mənim proyektimin ideyalarına qayıtmaq lazımdır. Komissiya yaradıldı. Ən yaxşısı heç yaradılmayaydı... Bu zaman qərb mətbuatında vakxanaliyaya başlamışdılar. İlk amerikalılar narahat olmağa başladılar... Əlbəttə ki, bizim iqtisadiyyatın istənilən möhkəmlənməsi onlar üçün ən qorxulu şey idi. Buna görə də dərhal bütün kolibrlərdən mənə atəş açmağa başladılar. “Vaşinqton Post”da SSRİ rəhbərliyi haqda “Perfokarta Kremli idarə edir” adlı məqalə çıxdı. İngilis “Qardian”nında nəşr edilmiş məqalə sovet ziyalıları haqda idi. Guya akademin Qluşkov Qərbdəkindən daha qabaqcıl hesablama mərkəzləri şəbəkəsini yaratmağı təklif edir. Əslində, sovet vətəndaşlarının fikirlərini məlumatlar bankında gizlətmək və hər bir insanı izləmək KQB-nin tapşırığı idi. Bu məqaləni SSRİ-yə və sosialist ölkələri düşərgəsinə bir 15 dəfə müxtəlif dillərdə verdilər.
Sonra bu həcvlərin digər aparıcı  kapitalist qazetlərində nəşrləri  yayıldı, yeni məqalələr seriyası. Bu zaman maraqlı şeylər baş verməyə başladı. Mən 1970-ci ildə Monrealdan Moskvaya uçurdum. Təcrübəli təyyarəçin artıq Atlantik okeanı üzərində nəsə əngəl hiss etdi və geri döndü. Məlum oldu ki, yanacağa nəsə qatıbmışlar. Tanrıya şükürlər olsun ki, hər şey geridə qaldı, amma bunun kimin və nə üçün etməsi sual  olaraq qaldı. Bir qədər sonra Yuqoslaviyada isə maşın az qala yük maşını ilə toqquşacaqdı – sürücü möcüzə sayəsində özünü kənara çəkdi.
Bütün bizim müxalifət, xüsusilə iqtisadçılar, mənə qarşı çıxdılar. 1972-ci ilin əvvəlində “İzvestiya” qəzeti “Elektron bum dərsləri” adlı məqalə dərc etdi. Müəllif məqalədə sübut etməyə çalışırdı ki, ABŞ-da hesablama maşınlarına olan tələb aşağı düşüb. ABŞ-da olmuş iqtisadçıların Sov.İKP MK-nə göndərdiyi bir sıra məlumat məktublarında iqtisadiyyatın idarə edilməsi üçün hesablama texnikasından istifadə  abstrakt rəssamlıq dəbi ilə bərabər tutulurdu. Guya, kapitalistlər maşınları ona görə alırlar ki, bu dəbdir, qeyri-müasir görünməsinlər. Bütün bunlar bizim rəhbərliyi azdırırdı”.


Akademikin xatirələrinə görə, bir çox başqa fitnələr,intriqalar,onu SSRİ rəhbərləri ilə aralarını vurmaq cəhdləri də vardı. 1981-ci ilin payızında Viktor Mixayloviç xəstələndi. Uzun müddət Kiyevdə müalicə aldı, oradan Moskvaya köçürüldü. 30 yanvar 1982-ci ildə vəfat etdi. Böyük riyaziyyatçı, kibernetikin cəmi 58 yaşı vardı. Qluşkovun danışdıqlarından başqa, o vaxt SSRİ-də rəqabət qabiliyyətli serverlər,personal kompyuterlər hazırlanmışdı. İnformasiya ötürülməsi üçün protokollar, hətta bugün nə qədər təəccüblü görünsə də, interfeyslər mövcud idi. Onlar proqramlaşdırmanı bilməyən adi sovet idarəedənlərinə,konstruktorlara,alimlərə EHM-lə işləməyə kömək edə bilərdi. Yeri gəlmişkən, alim M.M.Subbotin internetin əsasını təşkil edən ssılka sistemini  ilk dəfə elə həmin Sovet İttifaqında yaratmışdı.

tərcümə Günel Muradova