24 июл. 2013 г.

İlk mikrodalğalı soba məhz sovet alimləri tərəfindən yaradılıb

Bu hadisə haqda “Trud” qəzetini iyun nömrəsinin sonuncu zolağında həmin vaxt dəyərləndirilməmiş, amma onillər sonra faktiki olaraq bütün dünyanın kulinariya məişətini alt-üst edən kiçik xəbər yerləşdirilmişdi.

Söhbət SSRİ alimləri tərəfindən ixtira olunan mikrodalğalı soba nümunəsindən gedirdi. Tarixi bilən oxucu məlumatın yanlış olduğunu və öz ixtirasını 1945-ci il oktyabrın 8-də patentləşdirmiş Massaçusets ştatından Persi Spenser tərəfindən yaradıldğını iddia edə bilər. Doğrudan da, belə bir rəvayət gəzir ki, mikro dalğalı soba yaratmaq fikri maqnetorn yanında dayanarkən cibindəki şokoladın əridiyini müşahidə edən amerikalının ağlına gəlib. Digər bir versiyaya görə, Persi Spenser diqqət edib ki, qoşulmuş maqnetorn üzərinə qoyduğu buterbrodu qızıb. Həqiqətən maraqlıdır. İndi isə emosiyalardan faktlara keçək, daha doğrusu 1941-ci ildə “Trud” qəzetinin yazdığına baxaq.
Ət məhsullarını hazırlamaq üçün ultrayüksək tezlik cərəyanınından istifadəyə imkan verən ilk xüsusi qurğu ət sənayesinin Ümumittifaq elmi-tədqiqat institutunun maqnit dalğaları laboratoriyasında hazırlanmışdır, və jurnalistin də yazdığı kimi, bu aqreqatda yağı əritmək, kolbasa məhsullarını qaynatmaq, əti isitmək olurdu. Budun hazırlanması isə mövcud texnologiya üçün lazım olan 5-7 saat əvəzinə cəmi 15-20 dəqiqə vaxt aparırdı. Vaxtdan başqa iqtisadi səmərə də qeyd olunur – istehsal xərclərinin iki dəfəyə qədər azalması və məhsulun keyfiyyətinin yaxşılaşması.
Bəs görəsən amerika analoqunu bir neçə il qabaqlaya biləcək bu möcüzəvi-qurğu niyə kütləvi istehsala buraxılmamışdı? Bunun bir çox səbəbləri ola bilər, amma görünür ən əsas səbəb 8 gün sonra ölkənin qarşılaşdığı müharibə oldu. Qurğunun işlənib-hazırlanması ilə mşğul olan insanların bu müharibədə sağ qalıb-qalmaması haqda da tarix susur. Bununla belə, artıq bu vacib deyil. 

Комментариев нет:

Отправить комментарий