25 дек. 2012 г.

Kapitalizm nədir


Kapital –ölü əməkdir, hansı ki, vampir kimi canlı əməyin sorulması hesabına yaşayır və canlı əməyi nə qədər çox sorursa, o qədər daha dolğun yaşayır.
Karl Marks


Biz və işlə məşğul olan vaxtımız bizə aid deyil, bizim sahibimizə - bizdən istifadə edən işə götürənə aiddir. Biz öz iş qüvvəmizi sataraq yaşam vasitələri alırıq.
Sizin sahibiniz - mütləq qanunvericidir. O ağlına gələn qaydalar çıxarır, öz kodeksini beyninə necə düşdü elə dəyişdirir və əlavələr edir. Hərçənd ki, o bu kodeksə tamamilə cəfəngiyat daxil etmişdir. Məhkəmələr işçiyə deyir: "Siz özünüz -özünüzün sahibisiniz, əgər bu sizin xoşunuza gəlmirdisə müqavilə bağlamazdız. İndi, bir halda ki, siz müqaviləni könüllü bağlamısız, onu yerinə yetirməyə məcbursuz". Əgər Roma qulu zəncirlərlə qandallanmışdısa, müasir muzdlu işçi muzdlu köləlik münasibətlərinin görünməyən bağları ilə qandallanmışdır.

Tək qazanc mənbəyini iş qüvvəsinin satışı təşkil edən işçi onun alıcılarının bütün sinfini tərk edə bilmir, yəni kapitalistlər sinfini, amma özünü aclıqdan ölümə məhkum edir. O bu və ya digər kapitalistə aid deyil, bütövlükdə kapitalistlər sinfinə aiddir; və özünə sahib tapmaq,yəni kapitalistlər arasında alıcı axtarmaq –onun öz işidir.

Harada ki, işçi və kapitalistə zərər dəyir, işçinin varlığı zərər çəkir, kapitalistin isə yalnız ölü ehtirasının mənfəəti.

Bizim əməyimiz - bütün cəmiyyətin mövcudluğunun əsasıdır. Amma öz əlləriylə bütün sərvətləri yaradan muzdlu işçi muzdlu qul olaraq qalır.

Kapitalist istehsal üsulu yaşamaq üçün daim işçini öz iş qüvvəsini satmağa məcbur edir və daim kapitalistə onu alıb zənginləşmək imkanı verir.

Pul formasında kapitalist sinfi işçilər tərəfindən istehsal olunan və kapitalist tərəfindən mənimsənilmiş məhsulun bir hissəsini almaq üçün işçi sinfinə çek verir.
Əmək məhsulunun artığının əməyin saxlanması xərclərini üstələməsi, bu artıqdan ictimai istehsalın və ehtiyat fondunun formalaşması və yığılması- bunlar istənilən ictimai,siyasi və əqli inkişafın əsası olub və olaraq da qalır. Bu fond imtiyazlı sinifin mülkiyyətini təşkil edir, hansına ki, bu mülkiyyətlə birlikdə həmçinin siyasi hakimiyyət və mənəvi rəhbərlik də aid olur.

Kapitalistlər biz qazandığımız pulları öz işlərinin genişləndirilməsinə yatırırlar. Onlar şəxsi sərvətlərini zənginləşdirmək məqsədilə bizim əməyimizin nəticələrini satırlar.

Onlar bizim əməyimizin istismarını gücləndirmək üçün yeni üsullar tapır, istismar məhsulları üçün yeni bazarlar tapır, öz əməyini və şəxsi vaxtını kapitalistə satmaqla yaşayan daha çox insanlardan istifadə edirlər.
Müasir kapitalizm daha çox sərf etməyə çalışan, zövqləri tarazlaşdırılmış, təsirlərə asan təslim olan və asan dəyişən insanlara ehtiyac duyur; o insanlara ki, özünü azad və müstəqil, hər hansı bir hakimiyyətə tabe olmayan hesab edir, eyni zamanda da göstərişlər almaq istəyir, ondan gözlənilən şeyləri yerinə yetirir.
Kapitalistlər birbaşa və ya qismən dövləti və bütün onun institutlarını idarə edirlər. Kütləvi informasiya vasitələrlərində hər yerdə dünyamız haqda onların nöqteyi-nəzəridir.

Təhsil dövlət tərəfindən belə qurulur ki, öz məhdudlaşdırılmış dünya görüşünə görə muzdlu işçilər nəinki iş itirmək qorxularından öz haqlarını müdafiə etməyə qorxurlar, həm də onlardan istifadə etməklə digərlərinin necə varlandıqlarını anlamaq bacarığında deyillər. Və nə vaxt ki, yalanın üstü açılır güc metodları işə düşür: ordu, polis, xüsusi xidmət orqanları.

Maddi xeyirlərin bilavasitə istehsalçısı olan işçi sinfinin yalnız özünə ümid etməli olduğunu anlamaq üçün əksər müasir təhsilli insanların dövlətdən,sonra ümumiqtisadi,məişət və hakim burjuaziyadan asılılığı barədə bir qədər dərindən düşünmək kifayətdir. Bütün müasir cəmiyyət tərəfindən qaranlığa,avamlığa və ziyana məhkum edilmiş çoxmilyonlu xalq kütlələri bu qaranlıqdan istənilən müharibənin birbaşa inkarı ilə çıxa bilər, sinfi müharibədən başqa,bu müharibədə birlik və birləşmə yolu ilə.

"Müasir demokratiya" (hansı ki, onun qarşısında bütün parlament "partiyaları" düşüncəsiz şəkildə alın döyürlər) burjuaziya üçün təbliği sərfəli olan azadlığı təbliğ edirlər, burjuaziya üçün isə ən irticaçı ideyaların,dinin, cəhalətin, nasizmin , istismarçıların müdafiəsinin təbliği sərf edir.

İnsan münasibətləri əslində, bir-birinə yadlaşmış, kütlədən seçilməməklə hər biri öz təhlükəsizliyini təmin edən, fikirləri,hissləri,hərəkətləri başqalarından fərqlənməyən avtomatların münasibətlərinə çevrilir. Kasıb insanlar ordu sıralarına qəbul olunurlar. İnkişaf etmiş kapitalist ölkələrin peşəkar ordusu - kapitalistlərin maraqları üçün öz həyatını və sağlamlığını satan insan ordusudur, hansı ki, onları dövlət vasitəsi ilə muzdlu işə götürürlər və döyüşə yollayırlar. Bir halda ki, kapital mövcuddur, bütün cəmiyyət üzərində hökmranlıq edir, deməli heç bir demokratik respublika, heç bir seçki hüququ işin mahiyyətini dəyişmir.
Dövlət - cəmiyyətin üzərində dayanan orqandır, orqan deyil, bu cəmiyyətə tamamilə tabe olandır. İctimai siyasət – varlı sinfin nümayəndələrinin hakimiyyət uğrunda yalanlarla və uydurmalarla dolu mübarizə teatrıdır.

Kimin idarə etməsindən asılı olmayaraq, işçi sinfi uduzur, çünki muzdlu əməyin istismarını kapitalist sistemi dəyişmir. Cəmiyyət siniflərə bölünmüşdür – biri digərinin əməyini mənimsəyən insan qruplarına.

Bütün işçilər kapitalizmin muzdlu köləliyi haqda qəzəbi bölüşmürlər: bəziləri öz taleyinə itaətkarlıqla tabe olur, dürüst sakinlər kimi yaşayır, axınla üzür, dünyada baş verənlərlə maraqlanmır, burjuaziyanın zəncirdə olan işçiləri daha da qandallamasına kömək edirlər; mənəvi cəhətdən onlar ölüdür, necə ki, sənaye dövründən əvvəl də ölü idilər; digərləri taleyin oyuncağına çevrilirlər, xarici davamlılıqlarını itirdikləri kimi daxili davamlılığı da itirirlər, bugünkü günlə yaşayırlar, araq içirlər və ucuz fahişə arxasınca qaçırlar – onlar heyvan kimidirlər.
İşçi qarşısında alternativ dayanır: vəziyyətə tabe olmaq, "yaxşı" olmaq, burjuanın maraqlarına "doğru" riayət etmək –o zaman insan mütləq mənasız heyvana çevrilir - və ya müqavimət göstərmək, öz insan ləyaqətini var gücü ilə müdafiə etmək, bunu isə o yalnız burjuaziyaya qarşı mübarizədə edə bilər.


İşçi burjuaziyanın hüquqi və faktiki quludur; o elə bir quldur ki, əmtəə kimi satılır, əmtəə kimi qiyməti yüksəlir və qiymətdən düşür. Əgər işçilərə tələbat artırsa, onların qiyməti yüksəlir, əgər tələbat düşürsə , qiymət enir.
Müasir aşkar köləlik və köhnə köləlik arasında bütün fərq yalnız ondan ibarətdir ki, müasir işçi daha azad görünür, çünki o birdəfəlik satılmır, hissə-hissə, günlük, həftəlik, illik satılır və buna görə də, heç bir sahibkar onu başqasına satmır, beləliklə o özü -özünü satmalı olur, çünki o bir insanın qulu deyil, bütün varlı sinfin quludur.


Tərcümə Günel Muradova

1 комментарий: