24 дек. 2012 г.

Sol biosentrizmin əsas müddəları D.Orton

" Yer kürəsi insanlara məxsus deyil." – Arne Neyss

" Mən düşünürəm ki, ekoloji böhran kapitalizmin sonuna gətirib çıxaracaq" – Rudolf Baxro

Dərin ekologiya (hansı ki, ora sol biosentrizm doktrinası da daxildir) fəlsəfəsinin əsas müddəaları ilk dəfə 1970-ci illərin əvvəllərində norveç filosofu və aktivisti Arne Neyss tərəfindən “Ekoloji hərəkatda səthi və dərin ekologiya” adlı məşhur məqalədə ifadə edilmişdir. O vaxtdan Neyss və başqaları tərəfindən dərin ekologiya üzrə çox məqalələr yazılmışdır. Şəxsən mən bu fəlsəfəni 1985-ci ildə qəbul etdim. Həmin vaxt bu mənim üçün minimal istehlak yolu ilə gedərək yaşamaq demək idi. (Belə mən öz rasionumu minimallaşdırmağa çalışırdım, amma, deyəsən, həmişə uğurlu alınmırdı.) Neyssin qərb istehlak həyat tərzi barəsində ən sevimli sitatlarından biri budur:

"Biz elə həyat səviyyəsinə malik olmalıyıq ki, ciddi şəkildə başqalarına da təklif edə bilək – bəşəriyyətin əksəriyyəti üçün əlçatmaz olan təklif yox." (Fəlsəfə dialoqları, red. Vitoşek və Brennan . 224)

Saral Sarkar "Eko-sosializm və ya eko-kapitalizm?"adlı kitabında ekoloji hərəkatın çox aşağı maddi həyat səviyyəsi söz verən, bəşəriyyət tarixində ilk sosial hərəkat olduğunu göstərərək buna uyğun fikir söyləyir. Görünür belə şüarla, yaşıllar heç vaxt Parlamentə düşməyəcəklər!

Sol biosentrizm özünü sosialistlərə aid edən insanları əhatə edir , ancaq onları anti-kapitalist istiqamətində fərqləndirir. Lap başdan sol biosentrizm konsepsiyasının formalaşmasına,"solçuluq"a ən geniş mənada baxılırdı. Sol biosentrizm Platformasında göstərildiyi kimi, "Solçuluq bizim üçün anti-sənaye və antikapitalist istiqamətini bildirir, amma vacib deyil sosializm olsun." Buna görə sol biosentristlər özünü sosialist hesab etdiyi halda( məsələn, mənim kimi), digərləri belə hesab etmir.

Sol-biosentrik istiqamət dərin ekologiya üçün hərəkətin sol qanadını təşkil edir. Sosial, siyasi və iqtisadi məsələlər, həmçinin də vəhşi təbiətin qorunması, meşələrin və okeanın müdafiəsi, sol biosentrist proqramının tərkib hissəsini təşkil edir. Sosial ədalət gündəmdə ən yüksək yerdə durur. Sol siyasi fikrin sosial ekologiya,ekoloji marksizm,ekofeminizm və s.kimi digər istiqamətləri bir sıra əhəmiyyətli məsələlər qaldırsa da, biosentrik və ya ekosentrik deyil, öz əsaslarına görə humanist mahiyyətli olaraq qalırlar.

Ekologiya onlar üçün əsas dəyər deyil, insanlar isə onların etik kainatında mərkəz mövqe tuturlar. Əlbəttə, biz onlarla antikapitalist əsasında əməkdaşlıq edə bilərik.
Dərin ekologiya və solçuluq arasında qarşılıqlı əlaqə və yaranmış ziddiyyətlər – yaşıllar və qırmızılar arasında qarşılıqlı əlaqə – həmişə mənim bütün məqalələrimdə, icmallarımda, tənqid və internet diskussiyalarımda əsas marağa səbəb olub.

Sol biosentrizm yaşıl və ekoloji hərəkətdə bir neçə anti-kapitalist axınına parallel cərəyanlardan yaranıb,hansıların ki, hədəfi dərin ekologiya və sol perspektivin yaxınlaşmasından ibarət idi:
• " tünd yaşıl nəzəriyyə" ( Riçard Silvan);
• " sosializm biosentrizm" (Helqa Hoffman və Devid Orton);
• " ekoloqizm" (Endrü Dobson);
• " radikal ekosentrizm" (Endrü Maklaflin, 1993-cü il,onun Regarding Nature Industrialism and Deep Ecology kitabına baxın:);
• " inqilabçı ekologiya" (Djudi Bari);
• " yaşıl fundamentalizm" (Rudolf Baxro).
Həmçinin Fred Benderanı qeyd etmək olardı (onun 2003-cü il,The Culture Of Extinction Toward A Philosophy Of Deep Ecology kitabına baxmaq:).

Nəzəri istiqamət kimi, sol biosentrizm ekofəlsəfə ilə məşğul olan akademik dairələrdə getdikcə daha məşhur olur. Hal-hazırda internetdə (nəzəri və tətbiqi məsələlər) olduğu kimi,həm də Synthesis/Regeneration: A Magazine of Green Social Thought ( 2002-ci ildən) amerika jurnalı və Canadian Dimension ( 1989-cu ildən) jurnalı kimi çap nəşrlərində sol biosentrizmə həsr edilmiş kifayət qədər böyük miqdarda məqalələr mövcuddur. Sol biosentrizm müzakirə edilən bir neçə kitab adı da çəkmək olar (məsələn, Sustainability: The Challenge, The Encyclopedia Of Religion And Nature, Ecological Ethics). Environmental Philosophy dərsliyinin üçüncü və ondan sonrakı onrakı nəşrlərində: From Animal Rights to Radical Ecology sol biosentrizmin yaranmasını qeyd edilir. Bu dərsliyin Siyasi Ekologiya(Political Ecology) bölməsində Con Klark deyir: "Sol biosentrizm dərin ekologiyanın nəzəri əsasını sosial ekologiya ilə çox oxşarlığı olan radikal qeyri-sentrik anti-kapitalist siyasətlə birləşdirir." Bundan başqa, özünü "leftbios" adlandıran,məqalələr yazan və Dandelion Times: A Left Biocentric Journal onlayn jurnalını nəşr edən bir çox sol biosentrizm tərəfdarları vardır.

Əvvəllər mən sol biosentrizmin əsas nəzəriyyəçisi idim, ancaq bu gün mənim davamçılarım sol biosentrizmin anlamına öz töhfələrini verərək mənim şəxsi ideyalarıma təsir ediblər. İnternetdə 10 ildən çoxdur ki, sol biosentristlərin forumu mövcuddur – dərin ekologiyanın məlum istiqamət problemlərini kollektiv müzakirə edən qrup. Bu həqiqətən kollektiv əməkdir (1998-ci ildə geniş kollektiv müzakirə nəticəsində 10 bənddən ibarət qrup üzvü olmağı arzulayanlar üçün əsas razılaşma olan Left Biocentrism Primer qəbul edilmişdir.)

Əksər sol biosentristlər üçün, şəxsən mənim kimi, kapitalizm yox sənayeləşmə əsas problem kimi qəbul olunur. Bu o demək deyil ki, biz ekoloji çərçivələrə məhəl qoymayan kapitalizmin sonsuz artımı və konsyumerizmi ilə razılaşırıq. Sənayeləşmə kapitalist simasına malik olduğu kimi, sosializm simasına da malik ola bilər. İlk dəfə bu fikri sənayeləşməni dərin ekologiya (və sosializm) mövqeyindən təhlil edən Endrü Maklaflin söylədi.

Solçular, bütün öz sonsuz çalarlarıyla, həmişə özlərini sosial ədalətlə siyasi assosiasiya ediblər. Bu onların ümumi xarakteristikasıdır. Biosentrizm üçün "sol" təyini gələcək biosentrik cəmiyyətin həm insanlar,həm də digər bioloji növlər,və bütövlükdə planet üçün sosial ədalətli olmasını bildirir. Yenə də ekoloji ədalət birinci yerdə olmalıdır. Ölü planetdə ədalət olmur. Mərhum kanada ekofilosofu Sten Rou qeyd etmişdi ki, birincisi, biz Yer kürəsində yaşayan varlıqlarıq, sonra ,yalnız ikinci halda – insanlar, və bu şəxsi və sosial səviyyədə dərk edilməlidir.

Mən bir çox məqalələr dumanlı və praktik işlə az bağlı olduğunda dərin ekologiyanı çox tənqid edirdim. Mən onu göstərirdim ki, real siyasi, iqtisadi və sosial analitik məqalələrin çatışmazlığı müşahidə olunur, əksər dərin ekoloqların sinfi analizi yoxdur. Bir çox münasibətlərdə akademiklər dərin ekologiyanı içəri bükmüşdülər və dünyanın real problemlərindən kənara çəkilmişdilər. Dərin Ekologiya üzrə kanada jurnalı The Trumpeter akademik cəhalətpərəstliyinə nümunə ola bilər. Sol biosentristlər Arne Neyss və “meyntrim”-in digər dərin ekoloqları tərəfindən təbliğ olunan sosial hamoniyadan fərqli olaraq marksizmdən sosial-barışmaz mövqeyə (Ziqmund Kvalo ilə) sahib oldular.

Sollar xüsusi mülkiyyətin əksinə olaraq kollektiv mülkiyyətə təkid etdikdə, onlar adətən mülkiyyət ideyasının özünü suala məruz qoymurlar – yəni,insan nəslinin təbiətə və digər bioloji növlərə “sahib olmaq” ideyasını. Başqa sözlə, təbiət dövlət, kollektiv, xüsusi və ya tayfa "mülkiyyəti" ilə dağıdıla bilər. Sol biosentristlər Yer kürəsinin insana deyil, insanın Yer kürəsinə sahib olduğunu nəzərdə tutan qeyri-antroposentrik nöqteyi-nəzəri dəstəkləyirlər. Bizim üçün cəmiyyət özünə yalnız insanları daxil etmir , həm də Yer kürəsinin başqa heyvanlarını, bitkilərini və Yer kürəsinin özünü daxil edir. Belə cəmiyyətdə Yer kürəsinin ruhu yaşayır, necə ki, keçmiş animistik cəmiyyətlərdə mövcud idi, və bu ruh təbiətin istismarını məhdudlaşdırır.

Ekoloji sabitliyə nail olmaq üçün bu mənəviliyi cəmiyyətə qaytarmaq lazımdır. Sol biosentrizm şəxsi istifadənin əksinə olaraq təbii mühitdən "kollektiv istifadə"ni dəstəkləyir. Kollektiv istifadə Yer kürəsinin təbii sərvətlərindən məsuliyyətli istifadə hüquququnu nəzərdə tutur, sərvətlərə yiyələnməyi deyil. Biz həmçinin daha geniş və tələbkar olan ekosentrik hökuməti tanımağa meylliyik, nəinki istənilən antroposentrik hökuməti.

İnsanların öz dar maraqlarına görə təbiəti dağıtmaq və ya korlamaq haqqı yoxdur.
Təbiət hamı üçün ümumi sərvət olaraq qalmalıdır. Onu özəlləşdirmək və ya şəxsi və ya kollektiv mülkün əllərinə vermək olmaz.

Bizim üçün, iqtisadiyyat təkcə insanların və onların yaşam mühitinin uzunmüddətli əmin-amanlığını təmin etməyə məcbur deyil, həm də başqa bioloji növlərin uzunmüddətli əmin-amanlığını müdafiə etməlidir. İnsanlar quruda və suda başqa növlərlə bərabər səviyyədə məhdud yaşam mühitinə malik olmalıdır.
Buna görə əhalinin azaldılmasının strategiyası istənilən yaşıl iqtisadi siyasətin tərkib hissəsi olmalıdır. Dərin ekologiyanın prinsiplərini paylaşan ekosentrik sol üçün şüurun ekosentrik prioriteti mövcuddur – Aldo Leopoldun ifadəsi ilə desək, onlar "dağ kimi düşünürlər". Sosial ədalət sol biosentristlərin siyasətlərinin əhəmiyyətli hissəsini təşkil etsə də, yenə də ikincidir. Buna görə "sollar – sağlar" bölümü "antroposentrizm – dərin ekologiya" bölümü ilə müqayisədə tabe edilmiş xarakterə malikdir.

İnsanlar təbiət dünyasıyla meşələrin və vəhşi təbiətin insan və korporativ istehlak üçün “resurs” olmadığı yeni, qeyri-zoraki əlaqələrə daxil olmalıdır. Bu termindən istifadə köklərlə antroposentrizm fəlsəfəsinə , meşə sənayesinə gedir,harada ki, “köhnə” və ya “yetişmiş” kimi müəyyən edilən “ziyanvericilər” və “odun”, ticari istifadəyə malik olmayan "xırda ağaclıq" var.

Sol biosentristlər hərəkat daxilində ilkin və ikinci ziddiyyətlərlə qarşılaşırlar. İlkin ziddiyyətlər hər şeydən əvvəl kapitalist sənaye cəmiyyətiylə, onun təcrübələri və Yer kürəsinə dağıdıcı antroposentrik baxışı iləbağlıdır. İkinci ziddiyyətlər prinsipial xarakterə malik olmayan digər məsələlərə bağlıdır.

Sol biosentrizm sol partiyalar üçün açıqdır, amma ənənəvi sol partiyalar barəsində tənqidlə çıxış edir. Şəxsən mən özümü əvvəlcə ekosentrist, ikinci halda kanada solçusu hesab edirəm. Sosial siyasət barəsində mənim əsas simpatiyam kommunist/sosialistlərin tərəfindədir, kapitalistlərin deyil.
Planet ekosidinin indiki vaxtında sol biosentrizm sol hərəkata çox şey təklif edə bilər.
Mən əminəm ki, dərin ekologiyanın və sosial ədalət naminə hərəkatın birliyindən doğulmuş bu nəzəri doktrina –gələcək ekosentrik və ictimai cəhətdən ədalətli postindustrial cəmiyyətə aparan düz yoldur.



Azərbaycan dilinə tərcümə etdi Günel Muradova

Комментариев нет:

Отправить комментарий