17 авг. 2013 г.

MİQRANT-UŞAQLAR VƏ YA DEMOKRATİYA QURUCULUĞU HAQDA QEYDLƏR

  KİV-in yaydığı məlumatdan: Böyük Britaniyanın baş naziri XX əsrdə min uşağın keçmiş ingilis müstəmləklərinə göndərilməsi proqramına görə üzr istəməyi planlaşdırır. Proqrama əsasən “yoxsul ailələrdən olan uşaqları “yaxşı həyat” üçün Avstraliya,Kanada və digər ölkələrə göndərirdilər. Amma bu uşaqlardan bəziləri orada amansız rəftara məruz qalırdılar, çoxları fermalarda muzdur idilər.
Belə bir inglis proqramı XX əsrdə fəaliyyətdə olub!
(Qordon Braunun üzrxahlığı haqda xəbəri BBC-nin saytından oxuya bilərsiz:


“Yalnız 40 il əvvəl sona çatdırılan miqrant-uşaqlar Proqramına əsasən yoxsul uşaqları Avstraliyaya, Kanadaya və onları “yaxşı həyat” gözləyən digər ölkələrə göndərirdilər”. “Hökumət  məmurları yeni ildə üzr istəməkdən ötrü proqramın sağ qalmış iştirakçıları ilə məsləhətləşirlər”.

Avstraliyanın baş naziri də eyni zamanda üzr istəyib. O, etiraf edib ki, “1930 və 1970-ci illər arasında sığınacaqlarda və uşaq evlərində saxlanılan təxminən 500000 uşaq pis rəftara və əzaba məruz qalıb”. 

“Onlar İngiltərədən məcburi göndərildiyindən uşaqların əksəriyyətinə yalandan demişdilər ki, onların valideynləri ölüb və qarşıda onları zəngin həyat gözləyir. Əksər valideynlər bilmirdilər ki, onların uşaqlarını 3 yaşından Avstraliyaya göndəriblər”.

Hökumətlə əlbir olan qəyyumluq agentlikləri guya uşaqları işıqli gələcəyə göndərirdilər, amma əksər hallarda bu gələcək sahələrdə iş, çox ağır zəhmət, fiziki,psixoloji və cinsi zorakılıqla başa çatırdı.
Bu haqda daha ətraflı məlumatı Avstraliya parlamentinin sənədlərindən öyrənə bilərik.
Parlamentin miqrant-uşaqlara həsr olunmuş sosial müdafiə Seksiyasının məlumatından oxuyuruq ki, “Bu, Avstraliyaya 1920 və 1967-ci illər arasında gəlmiş uşaqlardır”. “1922-ci ildən 1937-ci ilə kimi Empire Settlement Act qanununa uyğun olaraq, Britaniya hökuməti insanların Krallığın  xarici dominionlarına köçürülməsinə imkan yaradan özəl təşkilatlara köməklik göstərirdi. Bu qanun birbaşa uşaq miqrasiyasının təşkil edilməsinə yönəlməsə də, buna baxmayaraq, o qeyri-hökumət təşkilatlarına Britaniya imperiyasının müxtəlif hissələrinə uşaq göndərmək imkanı verirdi”.

Beləliklə, “1967-ci ilə, bu sistem öz işini sona yetirənə kimi Birləşmiş krallıqda 9 aylığından səkkiz yaşına kimi təxminən 150 000 uşaq çıxarılmışdır, çoxu Kanadaya aparılmışdır. Uşaqların müstəmləkələrə göndərilməsinin əsas məqsədi Kanada, Rodeziya,Yeni Zelandiya və Avstraliya dominionlarının “yaxşı ağ materialla” məskunlaşdırılması olub”.
Ardınca qeyd olunur ki, “Avstraliyaya aparılmış uşaqların dəqiq sayı məlum deyil. Müxtəlif hesablamalara görə, bu say 1947-ci ildən 1967-ci ilə kimi olan dövr ərzində 7000-dən 10 000-ə kimidir.

Uşaqların müstəmləkələrə göndərilməsi proqramının özəlliyi, nəticədə Nümayəndələr Palatasının səhiyyə üzrə Komitəsinin müəyyən etdiyi kimi,  bu idi ki, “uşaqlar böyük, adətən təcrid olunmuş müəsissələrə yerləşdirilirdilər, harda ki, sərt, bəzən qəsdən ağır iş rejiminə və nizama məruz qalırdılar. Bu müəsissələrin işinə faktiki olaraq nəzarət olunmurdu, onlar yoxlanılmırdı və nəzərdən keçirilmirdi”.

Bugün Britaniyada belə uşaqların valideynlərinin, qohumlarının axtarışı ilə məşğul olan miqrant-uşaqlar cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyətin saytında miqrant-uşaqların taleyi ilə bağlı məqalələr də yerləşdirilir.
Belə məqalələrdən biri ilə tanış olaq:

Uşaq şəhərciyi Bindoon: Böyük Britaniyanın itkin uşaqları haqda acı həqiqət

 Uşaqlar şəhərciyi Bindoon: bu altı aylıq Saumqetpton reysindən sonra günəşli gündə Qərbi Avstraliyanın Frimantl şəhərində gözlərini qırparaq enən solğun simalı yeniyetmələr üçün macəra düşərgəsinə bənzəyirdi. Onların arasında Lori Xumfreis də vardı, hansı ki, bol yeməklə dolu olan və uşaqların məktəbə atla getdiyi  “süd və bal torpağında” səbirsizliklə  yeni günü gözləyirdi. Ən azından ona belə söyləmişdilər.
1947-ci ilin sentyabrı idi və SS Asturias 147 oğlan və qız uşağı ilə yenicə lövbər salmışdı... Xumfreis və oğlanlar Məsih Qardaşları katolik ordeninin rəhbərlik etdiyi təcrid edilmiş Bindoon müəsissəsinə göndərilmişdilər.
Birinci şok boş mənzərədən oldu, ikinci – onların düşdüyü atılmış fermanın görünüşündən.  Oğlanlar özləri Bindoon uşaq şəhərciyini qurmalı idilər, və içərilərində 10 yaşı olan uşaqlar işə başladılar:məktəb, yataq otağı, mətbəx qurmağa. Onlar torpağı külüng və bellə yarırdılar, yandıran istidə betonu əlləri ilə qarışdırırdılar. İşin öhdəsindən gəlməyənləri döyürdülər, bəzən sümüyü sınana qədər.

Amma sidiyi saxlamamaq və ya əsasən çörəkdən ibarət olan dietanı müxtəlif etmək üçün meyvə oğurlamaq kimi “cinayətlərin” cəzası olan küt  kötəklər ən qorxulusu deyildi. Uşaq şəhərciyində cinsi zorakılıq geniş yayılmışdı, oğlanlar öz dindar qəyyumlarını “xristian pederastlar” adlandırırdılar. Bu qara rejimə boyu 6 fut hündürlüyündə və çəkisi 17 staoun olan rahib Frensis Kini nəzarət edirdi. “Ən sadəsi onu sadist adlandırmaqdır”, - deyilənə görə Ximfreis 1947 və 1967ci illər arasında Avstraliyaya göndərilən 10 000 britaniyalı uşaqdan biridir...



Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

16 авг. 2013 г.

QOZBEL AT

Hər cür burjuaziyanın ən sevimli olduqca qozbel siyasi yalanı SSRİ-də kütləvi siyasi repressiyalardır. Bu haqda nələr uydurmadılar: bolşevik repressiyaları, Dövlət Təhlükəsizlik Komitəsinin repressiyaları, qırmızı terror, Daxili işlər Xalq Komisarlığının, Fəhlə-Kəndli Qızıl Ordunun apardığı repressiyalar, Yejov repressiyaları, Beriya repressiyaları, və ən yüksəkdə - Stalin repressiyaları. Tribunada,ekranda, siyasi politrop səhifələrində çıxış edən hər bir demokrat – teatr axmaqlarından tutmuş (xalq artistləri ilə qarışdırmaq lazım deyil, həqiqi xalq artistləri ilə) heç vaxt öz personasından başqa digər şeylərlə maraqlanmayan xırda alverçilərə qədər, - yeri düşdü-düşmədi mütləq Sovet hökumətini,sovet insanlarını,kommunist-bolşevikləri təhqir edir. Uğurları bütün sahələrdə dünya tərəfindən qəbul olunmuş SSRİ-i həyatının istənilən dövrünü qeyd edirlər, və heç biri inqilabdan əvvəlki irtica dövrünün repressiyaları haqda,  nə vaxt ki, yalnız 1907-1909-cu illər ərzində istintaqsız və məhkəməsiz təxminən 15 min insan,əsasən də kəndlilər, asılmışdı,güllələnmişdi,öldürülmüşdü, doğranmışdı, bir söz belə demir. 10 il ərzində  Əfqanıstanda həlak olmuş sovet hərbiçilərinin sayı qədər. Bu hərbiçilər heç olmasa öz ölkələrinin dövlət maraqları uğrunda həlak olmuşdular. Bəs sadə peşə sahibləri olan həmin dinc insanlar dinc zamanda nə üçün həlak olmuşdular? Və heç bir demokratiya hərisi  reformator qurbanlarını yad etmir.
İstənilən savadlı insana aydındır ki, Stalin repressiyaları haqda miflər təkcə edilmiş hərəkətlərə görə məsuliyyət qorxusuna görə söylənilməmişdir. Rəhbərlərin böyük Qərbin etimadını qazanmaq istəkləri vardı. Eyni zamanda da sovet insanlarından anti-sovet  sosial təbəqə yaratmaq lazım idi. Qorxulu miflər istənilən kampaniya ərəfəsində, istər seçki olsin,istərsə də qiymətlərin növbəti dəfə qaldırılması, aktiv istifadə olunurlar. Sovet hakimiyyətinin apardığı repressiyaların mifi fonunda müasir əsl repressiyalar çox da qabarıq görünmür.
ABŞ-ı bizə siyasi azadlıq və demokratiya nümunəsi kimi təqdim edirlər və 1948-ci ildən bu günə kimi qüvvədə olan anti-amerika fəaliyyətinə görə Makkarti qanununa əsasən milyonlarla insanın repressiya olunması haqda heç nə danışmırlar. Hollivud o vaxtlar hələ gənc R.Reyqanın iştirakı ilə FKİ tərəfindən tamamilə təmizlənmişdi. Heç bir sovet studiyasında belə bir şey olmamışdı.
Rusiyada və SSRİ-də repressiyalarla və insan ölümləri ilə bağlı hadisələrə nəzər salaq.  Petroqrad və onun ətrafında 1917-ci ilin fevral burjua inqilabı təxminən 50 min jandarmın, polisin,ordu və donanma zabitlərinin ölümünə səbəb olmuşdu. (Xalqda ağ-mavi rəngli güc qüvvələrinə qarşı nifrət böyük idi). Bolşeviklərin bu etirazlarla heç bir əlaqəsi yox idi. Oktyabr sosialist inqilabı 6 min insan ölümü ilə başa gəldi. Hamıya məlumdur, hakimiyyəti itirən sinif vətəndaş müharibəsini başlayır. 1917-ci ilin oktyabrında hakimiyyəti itirən burjuaziya idi və  elə o da, özünə gələn kimi, Vətəndaş
İşçilərin,kəndlilərin,qızıl əsgərlərin, qadınların vəhşi kütləvi zorakılıqları və qətlləri barəsində sovet mənbələrinin əl vermədiyi ağ mühacirlərin memuarlarından öyrənmək olar. Ağqvardiyaçılar vəhşilikdə faşistlərlə bəhsə girə bilərlər.
1918-ci ilin iyulunda Buquruslan qəzasında kəndli üsyanın yatırılmasında o vaxtki demokratlar tərəfindən 500 kəndli qətlə yetirilmişdi. Samarada həmin demokratların geriyə çəkilən  “xalq ordusunun” ardınca getməkdən imtina edən 900 yeni əsgər güllələnmişdi. Çişmada əsir olan 121 qızıl əsgər güllələnmişdi. Bütün bunlar ağ-mavi-qırmızı zolaqlı bayraq altında 3-4 həftə ərzində kiçik regionda bazar uğrunda törədilmişdi. Tək-tək törədilmiş qətlləri nəzərə almaq çətin idi.
Elə həmin 1918-ci ilin iyulunda Sovet Rusiyasının 22 quberniyasında sovet və partiya işçilərinə qarşı əksinqilabçı təşkilatlar tərəfindən 414, avqust ayında 289, sentyabrda- 6010 terror hadisəsi baş vermişdi.
1918-ci ilin iyul ayından 1919-cu ilin fevral ayına kimi Ümumrusiya Fövqəladə Komissiyası (ÜFK) tərəfindən siyasi əsaslara görə 4686 nəfər və 800 cinayətkar güllələnmişdi. 1918-ci ilin may ayından dekabr ayınadək ağ qvardiyaçılar təkcə 13 quberniya üzrə 22780 insan edam etmişdilər.
1918-ci ilin sentyabrından 1920-ci ilin dekabrınadək Fəhlə-Kəndli Qızıl Ordusu 2,2 milyon insan itirmişdi. Bunlardan 800 min nəfər ölü və itkin düşənlər, 1 milyon 390 min nəfəri aclıqdan və xəstəlikdən ölənlər idi. Aclıq və yatalaq Sovet Rusiyasının dinc əhalisini də məhv edirdi. Həmin vaxt Krasnov,Denikin, Vranqel hökuməti isə pul,silah,sürsat,döyüş sürsatı, tank və təyyarələrin əvəzində taxılı ölkə xaricinə daşıyırdı. Çörəyi çörək quberniyalarından oğurluqla alırdılar. Bu haqda burjua tarixçiləri və təbliğatçıları susurlar. Bunun əvəzində “sivilizatorların” blokadasında aclıq çəkən işçilər üçün taxıl hazırlayan sovet ərzaq sapalağı dəstələri haqda nə qədər danışırlar.
Bacılarımdan biri, keçmiş baş həkim və Moskva şəhər Sov.İt.KP bürosunun üzvü 1932-ci ildə babamızın qolçomaqlıqdan salınmasını 12 ildir ki, təkrar edir. Kaluqa qumunda  və gilində öz zəhmətkeş əməyinlə varlana bilməzsən, baxmayaraq ki, Sovet hökuməti zamanı torpağı ailə üzvlərinin sayına görə bölürdülər, çarın vaxtında olduğu kimi kişilər arasında yox. 1932-ci ildə böyük uşaqlar kolxoza daxil oldular, ortancıllar Lenin çağırışına əsasən 1922-ci ildə Sibirə getdilər. Kollektivləşdirmənin başlanğıcına kimi babam Moskvaya qaçan qolçomaqların mülkiyyətini ucuz qiymətə alması hesabına varlandı. 1932-ci ildə o iki evə, iki taxıldöyən maşına, bütün mümkün inventara, əkin sahəsinə, mal-qaraya sahib idi. Öz pay torpağını işləyirdi, qonşulardan icarəyə götürürdü, uzaq kəndlərdə taxıl döyməklə məşğul olurdu. Orta imkanlı biri olduğundan, babam müntəzəm olaraq vergi ödəyirdi, qolçomaq oldu – acgözlük  onu ələ aldı. Kənd soveti maliyyə inspektoru ilə birlikdə mülkiyyətin bir hissəsini vergi ödəmədiyi üçün siyahıya aldı. Amma ailədə həddi-buluğa çatmamış uşaq vardı  (12 yaşlı) və babamın şikayətinə görə SSRİ Ali Sovetinin Rəyasət Heyəti qanuna əsasən sərt vergini ləğv etdi. Bütün qolçomaqlıqdan salmaq da bundan ibarətdir. Bir qədər sonra kənddə yaşamaq istəməyən kiçik uşaqlar Moskvaya getdilər, babam isə öz həyatının  94 yaşını 1960-cı ilə qədər doğma kəndində, kolxoza qatılmadan yaşadı. Üç çar, üç baş katib, faşist işğalını gördü və öz kəndinin və Sovet Vətəninin vətənpərvəri olaraq qaldı. Həyatının sonlarına yaxın kolxozu tərifləməyə və Xruşovu tənqid etməyə başladı. Nənəm isə babama 10 uşaq doğaraq, babamın repressiyalarına görə ondan ayrıldı və 1934-cu ildən 1978-ci ilə kimi yaşayış yerini dəyişmədən, 104 yaşına kimi Moskvanın sənaye rayonlarından birində yaşadı və həkimlərin köməyinə ehtiyac olmadan sakitcə vəfat etdi. Moskvada ətraf mühiti kim zəhərləyib: sovet təsərrüfatçıları-bolşeviklər yoxsa burjua  kapitalistlər?
Kolçakın hakimiyyəti altına düşən Sibirdə yaşayan babam isə oğlanları Ağ Orduya səfərbər edilməkdən  gizləndikləri üçün cəza verənlərdən 75 sünbə almışdı. Sovet hakimiyyəti zamanı həm fərdi təsərrüfatlı kəndli kimi,həm də kolxozda sağlam yaşadı.
20-ci illərin sonuna bütün SSRİ–də üçüncü il idi ki, kollektivləşdirmə haqda müzakirələr gedirdi. Payız-qış gecələrində Novoilinka Novosibirsk ərazisinin  fərdi təsərrüfatlı kəndliləri təsərrüfat işlərini səhmana salaraq “Pravda” qəzetinin qiraəti üçün yerli məktəbdə toplaşırdılar. O vaxtlar qazetlər şaiyə və dedi-qodu çap etmirdilər, bütün kənd sovetinə 1 qazet gəlirdi. Bir gecə qaranlıq pəncərədən tüfəng vasitəsilə açılan atəşdən daimi qazet qiraətçisi müəllim Borisov öldürülmüşdü. Qatili dərhal həbs etmək mümkün olmadı. O zamanlar milis rayon şöbələrində hətta mayorlar belə yox idi,  polkovnik rütbəsində milis komissarları görünməmişdi və eşidilməmişdi. Bəlkə də buna görə ölüm işi yalnız yarım ildən sonra araşdırıldı. Düzdür, mənim babam yarım il ölümdə şübhə bilinərək istintaq  nəzarəti altına alındı. Qətlin təşəbbüskarları qolçomaq Stuklenkonun iki qardaşı, icraçının isə onların muzdur-mordvini olması məlum oldu. Siyasi qətlə görə hər birinə 10 il iş verildi, Stuklenkolarda biri isə qaçdı. 20-ci illərin sonu 30-cu illərin əvvəlinə maksimal cəzalar belə idi.
Bəzi qardaşları və onların oğullarını və qızlarını çoxdan tanıyıram. Qardaşlardan böyüyü  “durğunluq” dövründə kənd sovetinin deputatı idi və Sovet hakimiyyətini qəsəbədə təmsil edirdi, indi rəisdir. 30-cu illərin sonunda 15 yaşında o babası və atası ilə birlikdə fırıldaqçılıqda,oğurluqda və ovçu-ostyakların öldürülməsində iştirak edirdi. 1939-cu ildə cinayətlərin üstü açıldı, ata və baba məhkəməyə cəlb olundu, gələcək deputat-rəisi azyaşlı olmasına görə azad buraxdılar. Böyük Vətən müharibəsinin sonuna yaxın orduya çağırdılar. Cəbhəyə gedib çatmamış məhkəməyə düşdü: gözətçi olarkən ehtiyatsızlıqdan ya da qəsdən anbarı yandırmışdı. Müharibə sona çatdıqdan sonra əhv olundu və bugün ona ikiqat güzəşt olunur: həm Böyük Vətən müharibəsi iştirakçısı kimi, həm də  repressiya olunmuş ailənin üzvü kimi.
Müharibə illərində dezertirlərin axtarışında köhnə təriqətli monastırların yoxlanması zamanı hazırkı və köhnə qırmızılara, həmçinin partizanlara şəxsən  işgəncə verən və onları edam edən qolçomaq cəzalandırma dəstəsinin komandiri Kurqandan olan Kuznecsov adlı biri həbs edilmişdi. Monastır rahibləri arasında əsl xristian kimi yaşamaqla gənc rahibələrdən birinə əkiz uşaq bağışlamışdı. Günahını gizlətmək üçün, yeni doğulmuş körpələri boğmuşdu. Kuznecsovu hərbi cinayətlərinə görə mühakimə etdilər, körpələrin qətli məhkəməyə naməlum  qaldı. Demokratik hökumətlər bugün pəhləvanların abidələrini dağıtmaqla bu vəhşilərə bütün Sibir boyunca “ Qəm daşı” və “ Xatirə daşı” qoyur.
1990-cı ildə təsadüf məni İrkutsk ərazisinin bir uzaq tayqa guşəsinə atdı. 85 yaşında olmasına baxmayaraq, hələ də gümrah bir qarının evində gecələdim. Moskvadan olduğumu bilərkən qarı cingiltili səslə dedi: “ Bu nədir Moskvada hansısa demokratlar peyda olublar və yalan danışırlar ki, var-dövlətə görə qolçomaqlıqdan salırdılar. Mən qolçomaq qızıyam və düzünü deyim ki, var-dövlətə görə qolçomaqlıqdan salmırdılar, dilə və pis işlərə görə salırdılar”. O, pis işlərə paxıllıq, oğurluq, tamahkarlıq üstündə intriqaları, yanğın törətməyi, banditizmi aid etdi. Belə adamları köçürən kimi, adətən bütün kənd sakinlərinin qərarı ilə, ərazidə sakitlik və əmin-amanlıq olurdu.
Mənim müharibədən əvvəlki bessarabiya xüsusi köçkünlərindən  olan yeznəm yenidənqurma illərində doğmaların və yaxınların kiçik dairəsində tez-tez deyirdi: “ Biz, xüsusi köçkünlər və onların nəsilləri, bizi ölkənin içərilərinə köçürməklə müharibədən qorduğuna görə  gərək Stalinə qızıl abidə qoyaq, özü də vaxtında”.
Elə həmin illərdə Federal Təhlükəsizlik Xidmətində işləyən qohumum mənim “Nə işlə məşğulsan?” sualıma cavab verdi ki, vətəndaşların ərizələri üzrə bəraət qazandırma ilə məşğuldur. İş deyil – başdan-ayağa cinayətkarlıqdır, siyasətlə heç əlaqəsi yoxdur.  Yazırlar, tələb edirlər, prezidentə şikayət edirlər. İki səbəb var: siyasi – narazı sosial qrupun yaradılması və maddi – güzəştlər.
Çoxları hesab edir ki, Vətəndaş müharibəsi bitdi, NKVD bütün banditləri və ağ qvardiyaçıları tutdu və dinc həyat başladı. Sovet xalqına və xüsusilə partiyaçılara,hərbiçilərə, təsərrüfat işçilərinə, ictimai fəallara və onların ailə üzvlərinə qarşı xalq düşmənlərinin terroru nə 30-cu illərdə, nə də 70-ci illərdə dayanmamışdı. Terror formaları müxtəlif idi. Hətta sovet məsuliyyətli işçilərinin azyaşlı uşaqları beə banditdən və ya trotskist-həkimdən qorunmamışdı: sübut et ki, həkim üzrlü bəhanə ilə müalicə etməyib və ya qəsdən səhv müalicə edib. Cinayətkarların əli ilə nə qədər uşaq ölmüşdü? Belə statistikanı heç kim aparmırdı, bununla məşğul olmağa heç kim yox idi, buna heç vaxt da yox idi – ölkə təsərrüfat və mədəniyyət quruculuğunun möhtəşəm məsələlərini həll edirdi.
04.06.1992-ci il “Trud” qazetində “Böyük terrorun” (1935-1939-cu illər) məxfi məlumatları nəşr olunmuşdu. Vətəndaş müharibəsinin faktiki davamı olan təxminən 5 il ərzində 53 min insan güllələnməyə məhkum edilmişdir (amma heç də hamısı güllələnməmişdi, qətl törətmişlər  və ya xariclə əlaqəsi olanlar güllələnmişdi) və 202 min insan müxtəlif müddətə  azadlıqdan məhrum edilmişdi. 1937-39-cu illərdə həbs edilmiş 10 min РККА zabitindən 70 nəfər güllələnməyə məhkum edilmişdi, yalnız  17 nəfər güllələnmişdi. Güllələnənlərin tək familyaları çox şey deyir: Tuxaçevskiy, Blüxer,Putna,Uboreviç,Feldman,Yakir,Kork. “Stalin” düşərgələrində 1935-ci il 1 yanvar tarixinə 735 min, 1936-cı il 1 yanvar tarixinə-839 min nəfər dustaq vardı. Qorbaçovun zamanında 1989-cu ildə isə 2 milyondan artıq cinayət törədilmişdi və cəmi 607 min nəfər cinayət məsuliyyətinə cəlb edilmişdi. Yeltsinin dövründə 1994-cü il RF  üzrə respublikaya cinayətkarlıq üzrə 925 min cinayət hökmü vermişdi. Onda terror və repressiyalar kim tərəfindən və vaxt aparılıb?
A.Yakovlev,D.Volkoqonov,R.Medvedev və onun kimiləri SSRİ-də repressiya olunmuş gah 60 milyon, gah da 80 milyon nəfər haqda danışanda onları başa düşmək olar: öz xainliyiniə  nə iləsə haqq qazandırmaq lazımdır. SSRİ-dəki kütləvi repressiyalar haqda hansısa Kiselev,Dorenko və ya Svanidze danışanda, onları da başa düşmək olar:  onlar özlərinin yarı nökər-yarı ağa həyatları üçün çalışırlar. Bütün bu adamlar trotskistlərin, qolçomaqların nəsilləri, şöhrətpərəstlikləri ödənməyən eqoistlərin, tamahkarlardır. SSRİ-ni pisləyənlərin içərisində Oktyabr inqilabı nəticəsində hələ doğulmamış mülkədar-maldar babasının zəngin mirasını itirmiş Soljenicsin xüsusi yer tutur. Bu azmış kimi, institutu bitirdikdən sonra Vətən uğrunda,Stalin uğrunda  müharibəyə də getmək lazım oldu, düzdür arxa təsərrüfat vzvodunda həyat yoldaşı ilə  görüşməyə icazə də verilmişdi (çox az adama bu cür “gözəl vuruşmaq” nəsib olurdu). Amma müharibədə öldürə bilərdilər ki, bu da “qəhrəmanı” “yuvaya” köçməyə vadar etdi. Olduqca qəzəbli və  şöhrətpərəst olan bu eqoist böyük yazıçı-ustad qabiliyyətinə sahib olmadığından Soljenicsin uzun illər sovet və dünya burjuaziyasının dəstəyi ilə düşərgə yazıları ilə məşğul olur. O, başqa həyat tanımayıb, 1945-ci ildən 1953-cü ilə kimi islah-əmək düşərgəsində oturması onda ilk ən güclü təəssüratları yaradır. Siyasi konyuktura Soljenicsini öz axınına saldı və qeyri-müəyyənlikdən  çıxardı, residivistlər arasında populyarlıq qazandı. 20 il ABŞ MKİ-nin köməkliyi ilə tarixi antisovet mövzusunu mənimsədi.  SSRİ-dəki repressiyalar haqda təsəvvürlər də məhz  elə bu yazılanlar üzərində qurulur.

Bu yazıçıları da başa düşmək olar. Amma Sovet hökuməti sayəsində insan olan, hazırda isə heyvan vəziyyətinə düşmüş 300 milyon sovet vətəndaşlarını  necə başa düşmək olar?

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Коммунист / Сommunist



Kommunist. Filmin adıdır, bir kommunistin fədakarlığından bəhs edir. Tarixi filmdir, zərrə qədər də yalan, mübaliğə yoxdur. Bu filmdəki kommunist tək olmayıb, bunlardan on minlərlə, yüz minlərlə idi. Qüdrətli dövlət qurub vermişdilər... Bu filmdəki mənfi obrazlara fikir verin, onları indi də görmək olar, sadəcə indi onlar başdadı, elitadı, onlar indi hər yerdədir. Bu linki bir yerdə qeyd edin, boş vaxtınızda baxın, görün kommunist nə deməkdir, kommunistlər necə olur. Liberalların və sağçıların 1988-ci ildən uydurduqları yalanlar, verdikləri vədlər fiaskoya uğradığından ən çox təkrarladıqları böyük yalan indi Azərbaycan iqtidarının guya Sovet vaxtından qalma olmasıdır. Bu günlərdə REAL-ın baş bilənlərindən biri yenə növbəti yalan porsiyasını qusdu: deyir ki, onların namizədi İlqar Məmmədova dəstək olsanız, bu Sovetdən qalma hökuməti yıxarıq....
Bu beyinsizlərə adi həqiqəti başa salmaq olmur. ya həqiqətən beyinsizliklərinin həddi-hüdudu yoxdur, ya da qərəzlərinin... Yaş etibarilə sözsüz ki, indi iqtidarda olanlar SSRİ-də böyüyüb, doğulub... Amma bu o demək deyil ki, onlar kommunistdir yaxud "Sovetdən qalmadır". İlqar Məmmədov özü başqa ölkədə doğulub böyüyüb?! O necə, "Sovetdəb qalma" deyil?
Biz bu gün müsəlman kapitalizmi yaşayırıq, buna heç kimin şübhəsi olmasın. Siyasi ədəbiyyatda belə bir termin var - periferiya kapitalizmi. Bu, çox yanlış və aldadıcı termindir. Planetdə "periferiya" deyilən yer yoxdur. Sadəcə "müsəlman kapitalizmi" var, "xristian kapitalizmi" var. Yanı xalqların mənəviyyatı, xidmət etdikləri mənəvi dəyərlər sistemi ölkələrinin kapitalizminin (və ya sosializminin) xüsusiyyətlərini müəyyən edir.
Azərbaycanda əsl kapitalizmdir, ölkənin sərvətini əlində cəmləşdirmiş ailələrin içində bir nəfər də olsun kommunist yoxdur, ola da bilməz. REAL-çılar, MəmmədƏminçilər, Əbülfəzçilər, digər liberallar və sağçılar nədirsə - iqtidarda olanlar da elə odur. Sadəcə birilərinin dövlətin gücündən öz şəxsi məqsədləri üçün istifadə etmək səlahiyyətləri var, o birilərin yoxdur.


15 авг. 2013 г.

ПРАВДА О СТАЛИНЕ - ОРУЖИЕ БОРЬБЫ ЗА ВОЗРОЖДЕНИЕ РОДИНЫ

Сталин даже мертвый, по-прежнему страшен для своих врагов, которым и спустя почти шестьдесят лет после своей смерти, он не дает покоя.
Уже третье поколение адептов буржуазии содрогается при одном лишь упоминании его имени.
В эпоху широкомасштабной операции по уничтожению СССР под кодовым названием «Перестройка», основные усилия антисоветской, либеральной пропаганды были направлены против Сталина.
Ангажированные пропагандисты-антикоммунисты избегали критиковать достижения социализма, поскольку боялись «нарваться».
Поэтому, основные свои усилия они сосредоточили на дискредитации Сталина.
Главным обвинением против Сталина по-прежнему служат проводившиеся им репрессии.
В своей пропаганде, либералы намертво увязали имя Сталина с репрессиями, о которых они постоянно говорят по поводу или без повода.
Но едва ли эти репрессии являются главной причинойненависти нынешних либералов к Сталину.
Едва ли те, кто разрушили и разворовали СССР, станут искренне переживать из-за жертв сталинских репрессий.
Как показали события последних десятилетий, эти господа остались совершенно равнодушны к страданиям десятков миллионов советских людей, лишившихся с началом «демократизации» и «либерализации» абсолютно всего- великой страны, качественного образования, достойной работы, уважения в обществе.
Миллионы бывших советских людей- тех, кто защищали и строили страну, умерли в нищете от бездомности, недоедания, отсутствия медикаментов.
Либералов все это даже не смутило.
Что там жизни каких-то десятков миллионов, по сравнению со светлыми идеалами либерализма и неисчерпаемыми богатствами России которые можно поставить себе на службу?
Вообще, либералы обнаруживают удивительное хладнокровие к виду чужих страданий и крови.
Геноцид коренного населения в Северной Америке никак не отразился на настроениях современного американского общества- комплексом вины оно не страдает.
Десятки миллионов индусов, умершие голодной смертью или замученных британскими колонизаторами во имя процветания Британской Империи- ну что ж, великая империя требует великих жертв.
Варварская бомбардировка Дрездена американо-британской авиацией в 1945, когда в огне погибли сотни тысяч мирных жителей и в течении нескольких часов был уничтожен один из мировых центров культуры, западных либералов даже не смущает.
Точно так же, абсолютно не смущает их атомная бомбардировка Японии, бойня на Корейском Полуострове, во Вьетнаме, Югославии, Ираке, Афганистане….
Это все нормально, поскольку эти бойни организовал не Сталин, а американская демократия.
Поэтому я и думаю, что едва ли можно верить в искренность заокеанских и отечественных либералов, которые сокрушаются по поводу сталинских репрессий.

Скорее всего, им дела до жертв сталинских репрессий и вовсе нет, а пугает их совсем другое: Как бы народ не докапался до исторической правды о том, что кроме репрессированных, были сотни миллионов людей- простых труженников, которым советская власть под руководством Сталина открыла доступ к образованию и карьере, о которых трудящиеся до этого не могли и мечтать.
Что кроме репрессиий, была еще и и эпоха, когда Россия достигла невиданного ни до , ни после могущества, став. второй экономической и военной державой мира (Причем исключительно за счет собственных рессурсов, после трех разрушительнейших войн!). Эпоха, когда трудящийся человек был вознесен на такую вершину почета в обществе , на которой он не находился за всю предшествующую историю человечества!
Именно эти люди, защищали страну во время войны не жалея жизни вовсе не из-за страха перед репрессиями, а потому, что защищали свою страну, свою власть!
Зная историческую правду, люди смогут сравнивать очень многое.
И сегодня у нынешнего поколения бывших советских людей уже есть такая возможность.
И думаю, что сравнение это будет отнюдь не в пользу «Нового Порядка», установившегося на территории бывшего СССР в результате так называемой «Перестройки».
Вот эта перспектива больше всего и пугает либеральных пропагандистов, все усилия которых сегодня, как и двадцать лет назад, направленны на дискредитацию Сталина.
Сталинские репрессии были главным коньком геббельсовской пропаганды во время войны.
Тогда, эта пропаганда мало повлияла на ход войны- советский народ сделал выбор в пользу советской власти и победил.
Геббельсовская пропаганда оказалась неэффективной, потому что советским людям , особенно тем, кто находился на временно оккупированных территориях было с чем сравнивать- нацистский террор не шел ни в какое сравнение с рассказами об ужасах сталинских репрессий.
После войны, эстафету геббельсовской пропаганды подхватили западные радиоголоса.
Причем больше всех усердствовали репрессированные - бывшие власовцы, бандеровцы и им подобные.
Адаптированная Западом геббельсовская пропаганда возымела успех в середине восьмидесятых, потому что новому поколению советских людей тогда уже не с чем было сравнивать.
Но сегодня, бывшим советским людям снова есть с чем сравнивать и рано или поздно, те, кого власть имущие сегодня презрительно называют «совки» , сделают свой выбор.
И думаю, что не в пользу либералов.
Поэтому мне понятен страх перед сталинскими репрессиями тех, кто нажились и сделали карьеру на развале СССР.
Им есть чего бояться.

И стань они жертвами репрессий, едва ли те, кого эти господа презрительно называют «совками», будут о них сожалеть и задаваться вопросом «за что?»
И еще. Глядя на количество предателей и мерзавцев разваливавших во время «Перестройки» СССР, я думаю о том, что может хотя бы в чем-то, эти репрессии были оправданы необходимостью?


Влад Ривлин

http://www.gidepark.ru/user/4068898717/article/80266

14 авг. 2013 г.

Kapitalizm nədir

Kapital –ölü əməkdir, hansı ki,  vampir  kimi canlı əməyin sorulması hesabına yaşayır və canlı əməyi nə qədər çox sorursa, o qədər daha yaxşı  yaşayır.
                                                                                                                                                                                                                                                                            Karl Marks

Biz və işlə məşğul olan vaxtımız bizə aid deyil, bizim sahibimizə - bizdən istifadə edən işə götürənə aiddir. Biz öz iş qüvvəmizi sataraq yaşam vasitələri alırıq.
Sizin sahibiniz - mütləq qanunvericidir. O ağlına gələn qaydalar çıxarır, öz kodeksini beyninə necə düşdü elə dəyişdirir və əlavələr edir. Hərçənd ki, o bu kodeksə tamamilə cəfəngiyat daxil etmişdir. Məhkəmələr işçiyə deyir: "Siz özünüz -özünüzün sahibisiniz, əgər bu sizin xoşunuza gəlmirdisə müqavilə bağlamazdız. İndi, bir halda ki, siz müqaviləni  könüllü bağlamısız, onu yerinə yetirməyə məcbursuz". Əgər Roma qulu zəncirlərlə qandallanmışdısa, müasir muzdlu işçi muzdlu köləlik münasibətlərinin  görünməyən bağları ilə qandallanmışdır.
Yeganə qazanc mənbəyini  iş qüvvəsinin satışı təşkil edən işçi  onun alıcılarının bütün sinfini tərk edə bilmir, yəni kapitalistlər sinfini, amma özünü aclıqdan ölümə məhkum edir. O  bu və ya digər kapitalistə aid deyil, bütövlükdə kapitalistlər sinfinə aiddir; və özünə sahib tapmaq,yəni kapitalistlər  arasında alıcı axtarmaq –onun öz işidir.
Harada ki,  işçi və kapitalistə  zərər dəyir, işçinin varlığı zərər çəkir, kapitalistin isə yalnız ölü ehtirasının mənfəəti.
Bizim əməyimiz - bütün cəmiyyətin mövcudluğunun əsasıdır. Amma öz əlləriylə bütün sərvətləri yaradan  muzdlu işçi  muzdlu qul olaraq qalır.
Kapitalist istehsal üsulu yaşamaq üçün daim işçini öz iş qüvvəsini satmağa  məcbur edir  və daim kapitalistə onu alıb zənginləşdirmək  imkanı verir.
Pul formasında kapitalist sinfi işçilər tərəfindən istehsal olunan və kapitalist tərəfindən mənimsənilmiş məhsulun bir hissəsini almaq üçün işçi sinfinə çek verir.
Əmək məhsulunun artığının əməyin saxlanması xərclərini üstələməsi, bu artıqdan ictimai istehsalın və ehtiyat fondunun  formalaşması və yığılması - bunlar istənilən ictimai,siyasi və əqli inkişafın əsası olub və olaraq da qalır. Bu fond imtiyazlı sinifin mülkiyyətini təşkil edir, hansına ki, bu mülkiyyətlə birlikdə həmçinin siyasi hakimiyyət və mənəvi rəhbərlik də aid olur.
Kapitalistlər biz qazandığımız pulları öz işlərinin genişləndirilməsinə yatırırlar. Onlar şəxsi sərvətlərini zənginləşdirmək məqsədilə bizim əməyimizin nəticələrini  satırlar.
Onlar bizim əməyimizin istismarını gücləndirmək üçün  yeni üsullar, istismar məhsulları üçün yeni bazarlar tapır, öz əməyini və şəxsi vaxtını kapitalistə satmaqla yaşayan daha çox insanlardan istifadə edirlər.
Müasir kapitalizm daha çox sərf etməyə çalışan, zövqləri tarazlaşdırılmış, təsirlərə asan təslim olan və asan dəyişən  insanlara ehtiyac duyur; o insanlara ki, özünü azad və müstəqil, hər hansı bir hakimiyyətə tabe olmayan hesab edir, eyni zamanda da göstərişlər almaq istəyir, ondan gözlənilən şeyləri yerinə yetirir.
Kapitalistlər birbaşa  və ya qismən dövləti və bütün onun institutlarını idarə edirlər. Kütləvi informasiya vasitələrlərində  hər yerdə dünyamız haqda onların nöqteyi-nəzəridir.
Təhsil  dövlət tərəfindən  elə qurulub ki, öz məhdudlaşdırılmış dünya görüşünə görə muzdlu işçilər nəinki  iş itirmək qorxularından öz haqlarını müdafiə etməyə qorxurlar, həm də onlardan istifadə etməklə digərlərinin necə varlandıqlarını  anlamaq bacarığında deyillər.  Və nə vaxt ki, yalanın üstü açılır güc metodları işə düşür: ordu, polis, xüsusi xidmət orqanları.

Maddi nemətlərin bilavasitə istehsalçısı olan işçi sinfin yalnız özünə ümid etməli olduğunu anlamaq üçün əksər müasir təhsilli insanların dövlətdən,sonra ümumiqtisadi,məişət və hakim burjuaziyadan asılılığı barədə bir qədər dərindən düşünmək kifayətdir. Bütün müasir cəmiyyət tərəfindən qaranlığa,avamlığa və ziyana məhkum edilmiş çoxmilyonlu xalq kütlələri bu qaranlıqdan istənilən müharibənin birbaşa inkarı ilə çıxa bilər, sinfi müharibədən başqa,bu müharibədə birlik və birləşmə yolu ilə.
"Müasir demokratiya" (hansı ki, onun qarşısında  bütün parlament "partiyalarını" düşüncəsiz şəkildə alın döyürlər) burjuaziya üçün təbliği sərfəli olan azadlığı təbliğ edir, burjuaziya üçün isə ən irticaçı ideyaların,dinin, cəhalətin, nasizmin , istismarçıların müdafiəsinin təbliği sərf edir.
İnsan münasibətləri  əslində, bir-birinə yadlaşmış, kütlədən seçilməməklə hər biri öz təhlükəsizliyini təmin edən, fikirləri,hissləri,hərəkətləri başqalarından  fərqlənməyən avtomatların münasibətlərinə çevrilir. Kasıb insanlar ordu sıralarına qəbul olunurlar. İnkişaf etmiş kapitalist ölkələrin  peşəkar ordusu -  kapitalistlərin maraqları üçün öz həyatını və sağlamlığını satan insan ordusudur, hansı ki, onları dövlət vasitəsi ilə muzdlu işə götürürlər və döyüşə yollayırlar. Bir halda ki, kapital mövcuddur, bütün cəmiyyət üzərində hökmranlıq edir, deməli heç bir demokratik respublika, heç bir seçki hüququ işin mahiyyətini  dəyişmir.
Dövlət - cəmiyyətin üzərində dayanan orqandır, orqan deyil, bu cəmiyyətə tamamilə tabe olandır. İctimai siyasət – varlı sinfin nümayəndələrinin hakimiyyət uğrunda  yalanlarla  və uydurmalarla dolu mübarizə teatrıdır.
Kimin idarə etməsindən asılı olmayaraq, işçi sinfi uduzur, çünki muzdlu əməyin istismarını  kapitalist sistemi  dəyişmir. Cəmiyyət siniflərə bölünmüşdür – biri digərinin əməyini mənimsəyən  insan qruplarına.
Bütün işçilər kapitalizmin muzdlu köləliyi haqda qəzəbi bölmürlər: bəziləri öz taleyinə itaətkarlıqla tabe olur, dürüst sakinlər kimi yaşayır, axınla üzür, dünyada baş verənlərlə maraqlanmır, burjuaziyanın zəncirdə olan işçiləri daha da qandallamasına kömək edirlər; mənəvi cəhətdən onlar ölüdür, necə ki, sənaye dövründən əvvəl də ölü idilər; digərləri taleyin oyuncağına çevrilirlər, xarici davamlılıqlarını itirdikləri kimi daxili davamlılığı da itirirlər, bugünkü günlə yaşayırlar, araq içirlər və ucuz fahişə arxasınca qaçırlar – onlar heyvan kimidirlər.
İşçi  qarşısında alternativ dayanır: vəziyyətə  tabe olmaq, "yaxşı" olmaq, burjuanın maraqlarına "doğru" riayət etmək –o zaman insan mütləq  mənasız heyvana  çevrilir - və ya müqavimət göstərmək, öz insan ləyaqətini  var gücü ilə müdafiə etmək,  bunu isə  o yalnız burjuaziyaya qarşı mübarizədə edə bilər.
İşçi burjuaziyanın hüquqi  və faktiki quludur; o elə bir  quldur ki, əmtəə kimi  satılır, əmtəə kimi qiyməti yüksəlir  və qiymətdən  düşür. Əgər işçilərə tələbat artırsa, onların  qiyməti  yüksəlir, əgər tələbat düşürsə , qiymət enir.

Müasir  aşkar  köləlik və köhnə köləlik  arasında bütün fərq  yalnız ondan ibarətdir ki, müasir işçi daha azad görünür, çünki o birdəfəlik satılmır, hissə-hissə, günlük, həftəlik, illik satılır  və buna görə də, heç  bir sahibkar onu başqasına satmır, beləliklə o özü -özünü satmalı olur, çünki o bir insanın  qulu  deyil,  bütün varlı sinfin quludur.

Tərcümə Azərbaycan Ekososialistləri