16 авг. 2013 г.

Коммунист / Сommunist



Kommunist. Filmin adıdır, bir kommunistin fədakarlığından bəhs edir. Tarixi filmdir, zərrə qədər də yalan, mübaliğə yoxdur. Bu filmdəki kommunist tək olmayıb, bunlardan on minlərlə, yüz minlərlə idi. Qüdrətli dövlət qurub vermişdilər... Bu filmdəki mənfi obrazlara fikir verin, onları indi də görmək olar, sadəcə indi onlar başdadı, elitadı, onlar indi hər yerdədir. Bu linki bir yerdə qeyd edin, boş vaxtınızda baxın, görün kommunist nə deməkdir, kommunistlər necə olur. Liberalların və sağçıların 1988-ci ildən uydurduqları yalanlar, verdikləri vədlər fiaskoya uğradığından ən çox təkrarladıqları böyük yalan indi Azərbaycan iqtidarının guya Sovet vaxtından qalma olmasıdır. Bu günlərdə REAL-ın baş bilənlərindən biri yenə növbəti yalan porsiyasını qusdu: deyir ki, onların namizədi İlqar Məmmədova dəstək olsanız, bu Sovetdən qalma hökuməti yıxarıq....
Bu beyinsizlərə adi həqiqəti başa salmaq olmur. ya həqiqətən beyinsizliklərinin həddi-hüdudu yoxdur, ya da qərəzlərinin... Yaş etibarilə sözsüz ki, indi iqtidarda olanlar SSRİ-də böyüyüb, doğulub... Amma bu o demək deyil ki, onlar kommunistdir yaxud "Sovetdən qalmadır". İlqar Məmmədov özü başqa ölkədə doğulub böyüyüb?! O necə, "Sovetdəb qalma" deyil?
Biz bu gün müsəlman kapitalizmi yaşayırıq, buna heç kimin şübhəsi olmasın. Siyasi ədəbiyyatda belə bir termin var - periferiya kapitalizmi. Bu, çox yanlış və aldadıcı termindir. Planetdə "periferiya" deyilən yer yoxdur. Sadəcə "müsəlman kapitalizmi" var, "xristian kapitalizmi" var. Yanı xalqların mənəviyyatı, xidmət etdikləri mənəvi dəyərlər sistemi ölkələrinin kapitalizminin (və ya sosializminin) xüsusiyyətlərini müəyyən edir.
Azərbaycanda əsl kapitalizmdir, ölkənin sərvətini əlində cəmləşdirmiş ailələrin içində bir nəfər də olsun kommunist yoxdur, ola da bilməz. REAL-çılar, MəmmədƏminçilər, Əbülfəzçilər, digər liberallar və sağçılar nədirsə - iqtidarda olanlar da elə odur. Sadəcə birilərinin dövlətin gücündən öz şəxsi məqsədləri üçün istifadə etmək səlahiyyətləri var, o birilərin yoxdur.


Комментариев нет:

Отправить комментарий