16 авг. 2013 г.

QOZBEL AT

Hər cür burjuaziyanın ən sevimli olduqca qozbel siyasi yalanı SSRİ-də kütləvi siyasi repressiyalardır. Bu haqda nələr uydurmadılar: bolşevik repressiyaları, Dövlət Təhlükəsizlik Komitəsinin repressiyaları, qırmızı terror, Daxili işlər Xalq Komisarlığının, Fəhlə-Kəndli Qızıl Ordunun apardığı repressiyalar, Yejov repressiyaları, Beriya repressiyaları, və ən yüksəkdə - Stalin repressiyaları. Tribunada,ekranda, siyasi politrop səhifələrində çıxış edən hər bir demokrat – teatr axmaqlarından tutmuş (xalq artistləri ilə qarışdırmaq lazım deyil, həqiqi xalq artistləri ilə) heç vaxt öz personasından başqa digər şeylərlə maraqlanmayan xırda alverçilərə qədər, - yeri düşdü-düşmədi mütləq Sovet hökumətini,sovet insanlarını,kommunist-bolşevikləri təhqir edir. Uğurları bütün sahələrdə dünya tərəfindən qəbul olunmuş SSRİ-i həyatının istənilən dövrünü qeyd edirlər, və heç biri inqilabdan əvvəlki irtica dövrünün repressiyaları haqda,  nə vaxt ki, yalnız 1907-1909-cu illər ərzində istintaqsız və məhkəməsiz təxminən 15 min insan,əsasən də kəndlilər, asılmışdı,güllələnmişdi,öldürülmüşdü, doğranmışdı, bir söz belə demir. 10 il ərzində  Əfqanıstanda həlak olmuş sovet hərbiçilərinin sayı qədər. Bu hərbiçilər heç olmasa öz ölkələrinin dövlət maraqları uğrunda həlak olmuşdular. Bəs sadə peşə sahibləri olan həmin dinc insanlar dinc zamanda nə üçün həlak olmuşdular? Və heç bir demokratiya hərisi  reformator qurbanlarını yad etmir.
İstənilən savadlı insana aydındır ki, Stalin repressiyaları haqda miflər təkcə edilmiş hərəkətlərə görə məsuliyyət qorxusuna görə söylənilməmişdir. Rəhbərlərin böyük Qərbin etimadını qazanmaq istəkləri vardı. Eyni zamanda da sovet insanlarından anti-sovet  sosial təbəqə yaratmaq lazım idi. Qorxulu miflər istənilən kampaniya ərəfəsində, istər seçki olsin,istərsə də qiymətlərin növbəti dəfə qaldırılması, aktiv istifadə olunurlar. Sovet hakimiyyətinin apardığı repressiyaların mifi fonunda müasir əsl repressiyalar çox da qabarıq görünmür.
ABŞ-ı bizə siyasi azadlıq və demokratiya nümunəsi kimi təqdim edirlər və 1948-ci ildən bu günə kimi qüvvədə olan anti-amerika fəaliyyətinə görə Makkarti qanununa əsasən milyonlarla insanın repressiya olunması haqda heç nə danışmırlar. Hollivud o vaxtlar hələ gənc R.Reyqanın iştirakı ilə FKİ tərəfindən tamamilə təmizlənmişdi. Heç bir sovet studiyasında belə bir şey olmamışdı.
Rusiyada və SSRİ-də repressiyalarla və insan ölümləri ilə bağlı hadisələrə nəzər salaq.  Petroqrad və onun ətrafında 1917-ci ilin fevral burjua inqilabı təxminən 50 min jandarmın, polisin,ordu və donanma zabitlərinin ölümünə səbəb olmuşdu. (Xalqda ağ-mavi rəngli güc qüvvələrinə qarşı nifrət böyük idi). Bolşeviklərin bu etirazlarla heç bir əlaqəsi yox idi. Oktyabr sosialist inqilabı 6 min insan ölümü ilə başa gəldi. Hamıya məlumdur, hakimiyyəti itirən sinif vətəndaş müharibəsini başlayır. 1917-ci ilin oktyabrında hakimiyyəti itirən burjuaziya idi və  elə o da, özünə gələn kimi, Vətəndaş
İşçilərin,kəndlilərin,qızıl əsgərlərin, qadınların vəhşi kütləvi zorakılıqları və qətlləri barəsində sovet mənbələrinin əl vermədiyi ağ mühacirlərin memuarlarından öyrənmək olar. Ağqvardiyaçılar vəhşilikdə faşistlərlə bəhsə girə bilərlər.
1918-ci ilin iyulunda Buquruslan qəzasında kəndli üsyanın yatırılmasında o vaxtki demokratlar tərəfindən 500 kəndli qətlə yetirilmişdi. Samarada həmin demokratların geriyə çəkilən  “xalq ordusunun” ardınca getməkdən imtina edən 900 yeni əsgər güllələnmişdi. Çişmada əsir olan 121 qızıl əsgər güllələnmişdi. Bütün bunlar ağ-mavi-qırmızı zolaqlı bayraq altında 3-4 həftə ərzində kiçik regionda bazar uğrunda törədilmişdi. Tək-tək törədilmiş qətlləri nəzərə almaq çətin idi.
Elə həmin 1918-ci ilin iyulunda Sovet Rusiyasının 22 quberniyasında sovet və partiya işçilərinə qarşı əksinqilabçı təşkilatlar tərəfindən 414, avqust ayında 289, sentyabrda- 6010 terror hadisəsi baş vermişdi.
1918-ci ilin iyul ayından 1919-cu ilin fevral ayına kimi Ümumrusiya Fövqəladə Komissiyası (ÜFK) tərəfindən siyasi əsaslara görə 4686 nəfər və 800 cinayətkar güllələnmişdi. 1918-ci ilin may ayından dekabr ayınadək ağ qvardiyaçılar təkcə 13 quberniya üzrə 22780 insan edam etmişdilər.
1918-ci ilin sentyabrından 1920-ci ilin dekabrınadək Fəhlə-Kəndli Qızıl Ordusu 2,2 milyon insan itirmişdi. Bunlardan 800 min nəfər ölü və itkin düşənlər, 1 milyon 390 min nəfəri aclıqdan və xəstəlikdən ölənlər idi. Aclıq və yatalaq Sovet Rusiyasının dinc əhalisini də məhv edirdi. Həmin vaxt Krasnov,Denikin, Vranqel hökuməti isə pul,silah,sürsat,döyüş sürsatı, tank və təyyarələrin əvəzində taxılı ölkə xaricinə daşıyırdı. Çörəyi çörək quberniyalarından oğurluqla alırdılar. Bu haqda burjua tarixçiləri və təbliğatçıları susurlar. Bunun əvəzində “sivilizatorların” blokadasında aclıq çəkən işçilər üçün taxıl hazırlayan sovet ərzaq sapalağı dəstələri haqda nə qədər danışırlar.
Bacılarımdan biri, keçmiş baş həkim və Moskva şəhər Sov.İt.KP bürosunun üzvü 1932-ci ildə babamızın qolçomaqlıqdan salınmasını 12 ildir ki, təkrar edir. Kaluqa qumunda  və gilində öz zəhmətkeş əməyinlə varlana bilməzsən, baxmayaraq ki, Sovet hökuməti zamanı torpağı ailə üzvlərinin sayına görə bölürdülər, çarın vaxtında olduğu kimi kişilər arasında yox. 1932-ci ildə böyük uşaqlar kolxoza daxil oldular, ortancıllar Lenin çağırışına əsasən 1922-ci ildə Sibirə getdilər. Kollektivləşdirmənin başlanğıcına kimi babam Moskvaya qaçan qolçomaqların mülkiyyətini ucuz qiymətə alması hesabına varlandı. 1932-ci ildə o iki evə, iki taxıldöyən maşına, bütün mümkün inventara, əkin sahəsinə, mal-qaraya sahib idi. Öz pay torpağını işləyirdi, qonşulardan icarəyə götürürdü, uzaq kəndlərdə taxıl döyməklə məşğul olurdu. Orta imkanlı biri olduğundan, babam müntəzəm olaraq vergi ödəyirdi, qolçomaq oldu – acgözlük  onu ələ aldı. Kənd soveti maliyyə inspektoru ilə birlikdə mülkiyyətin bir hissəsini vergi ödəmədiyi üçün siyahıya aldı. Amma ailədə həddi-buluğa çatmamış uşaq vardı  (12 yaşlı) və babamın şikayətinə görə SSRİ Ali Sovetinin Rəyasət Heyəti qanuna əsasən sərt vergini ləğv etdi. Bütün qolçomaqlıqdan salmaq da bundan ibarətdir. Bir qədər sonra kənddə yaşamaq istəməyən kiçik uşaqlar Moskvaya getdilər, babam isə öz həyatının  94 yaşını 1960-cı ilə qədər doğma kəndində, kolxoza qatılmadan yaşadı. Üç çar, üç baş katib, faşist işğalını gördü və öz kəndinin və Sovet Vətəninin vətənpərvəri olaraq qaldı. Həyatının sonlarına yaxın kolxozu tərifləməyə və Xruşovu tənqid etməyə başladı. Nənəm isə babama 10 uşaq doğaraq, babamın repressiyalarına görə ondan ayrıldı və 1934-cu ildən 1978-ci ilə kimi yaşayış yerini dəyişmədən, 104 yaşına kimi Moskvanın sənaye rayonlarından birində yaşadı və həkimlərin köməyinə ehtiyac olmadan sakitcə vəfat etdi. Moskvada ətraf mühiti kim zəhərləyib: sovet təsərrüfatçıları-bolşeviklər yoxsa burjua  kapitalistlər?
Kolçakın hakimiyyəti altına düşən Sibirdə yaşayan babam isə oğlanları Ağ Orduya səfərbər edilməkdən  gizləndikləri üçün cəza verənlərdən 75 sünbə almışdı. Sovet hakimiyyəti zamanı həm fərdi təsərrüfatlı kəndli kimi,həm də kolxozda sağlam yaşadı.
20-ci illərin sonuna bütün SSRİ–də üçüncü il idi ki, kollektivləşdirmə haqda müzakirələr gedirdi. Payız-qış gecələrində Novoilinka Novosibirsk ərazisinin  fərdi təsərrüfatlı kəndliləri təsərrüfat işlərini səhmana salaraq “Pravda” qəzetinin qiraəti üçün yerli məktəbdə toplaşırdılar. O vaxtlar qazetlər şaiyə və dedi-qodu çap etmirdilər, bütün kənd sovetinə 1 qazet gəlirdi. Bir gecə qaranlıq pəncərədən tüfəng vasitəsilə açılan atəşdən daimi qazet qiraətçisi müəllim Borisov öldürülmüşdü. Qatili dərhal həbs etmək mümkün olmadı. O zamanlar milis rayon şöbələrində hətta mayorlar belə yox idi,  polkovnik rütbəsində milis komissarları görünməmişdi və eşidilməmişdi. Bəlkə də buna görə ölüm işi yalnız yarım ildən sonra araşdırıldı. Düzdür, mənim babam yarım il ölümdə şübhə bilinərək istintaq  nəzarəti altına alındı. Qətlin təşəbbüskarları qolçomaq Stuklenkonun iki qardaşı, icraçının isə onların muzdur-mordvini olması məlum oldu. Siyasi qətlə görə hər birinə 10 il iş verildi, Stuklenkolarda biri isə qaçdı. 20-ci illərin sonu 30-cu illərin əvvəlinə maksimal cəzalar belə idi.
Bəzi qardaşları və onların oğullarını və qızlarını çoxdan tanıyıram. Qardaşlardan böyüyü  “durğunluq” dövründə kənd sovetinin deputatı idi və Sovet hakimiyyətini qəsəbədə təmsil edirdi, indi rəisdir. 30-cu illərin sonunda 15 yaşında o babası və atası ilə birlikdə fırıldaqçılıqda,oğurluqda və ovçu-ostyakların öldürülməsində iştirak edirdi. 1939-cu ildə cinayətlərin üstü açıldı, ata və baba məhkəməyə cəlb olundu, gələcək deputat-rəisi azyaşlı olmasına görə azad buraxdılar. Böyük Vətən müharibəsinin sonuna yaxın orduya çağırdılar. Cəbhəyə gedib çatmamış məhkəməyə düşdü: gözətçi olarkən ehtiyatsızlıqdan ya da qəsdən anbarı yandırmışdı. Müharibə sona çatdıqdan sonra əhv olundu və bugün ona ikiqat güzəşt olunur: həm Böyük Vətən müharibəsi iştirakçısı kimi, həm də  repressiya olunmuş ailənin üzvü kimi.
Müharibə illərində dezertirlərin axtarışında köhnə təriqətli monastırların yoxlanması zamanı hazırkı və köhnə qırmızılara, həmçinin partizanlara şəxsən  işgəncə verən və onları edam edən qolçomaq cəzalandırma dəstəsinin komandiri Kurqandan olan Kuznecsov adlı biri həbs edilmişdi. Monastır rahibləri arasında əsl xristian kimi yaşamaqla gənc rahibələrdən birinə əkiz uşaq bağışlamışdı. Günahını gizlətmək üçün, yeni doğulmuş körpələri boğmuşdu. Kuznecsovu hərbi cinayətlərinə görə mühakimə etdilər, körpələrin qətli məhkəməyə naməlum  qaldı. Demokratik hökumətlər bugün pəhləvanların abidələrini dağıtmaqla bu vəhşilərə bütün Sibir boyunca “ Qəm daşı” və “ Xatirə daşı” qoyur.
1990-cı ildə təsadüf məni İrkutsk ərazisinin bir uzaq tayqa guşəsinə atdı. 85 yaşında olmasına baxmayaraq, hələ də gümrah bir qarının evində gecələdim. Moskvadan olduğumu bilərkən qarı cingiltili səslə dedi: “ Bu nədir Moskvada hansısa demokratlar peyda olublar və yalan danışırlar ki, var-dövlətə görə qolçomaqlıqdan salırdılar. Mən qolçomaq qızıyam və düzünü deyim ki, var-dövlətə görə qolçomaqlıqdan salmırdılar, dilə və pis işlərə görə salırdılar”. O, pis işlərə paxıllıq, oğurluq, tamahkarlıq üstündə intriqaları, yanğın törətməyi, banditizmi aid etdi. Belə adamları köçürən kimi, adətən bütün kənd sakinlərinin qərarı ilə, ərazidə sakitlik və əmin-amanlıq olurdu.
Mənim müharibədən əvvəlki bessarabiya xüsusi köçkünlərindən  olan yeznəm yenidənqurma illərində doğmaların və yaxınların kiçik dairəsində tez-tez deyirdi: “ Biz, xüsusi köçkünlər və onların nəsilləri, bizi ölkənin içərilərinə köçürməklə müharibədən qorduğuna görə  gərək Stalinə qızıl abidə qoyaq, özü də vaxtında”.
Elə həmin illərdə Federal Təhlükəsizlik Xidmətində işləyən qohumum mənim “Nə işlə məşğulsan?” sualıma cavab verdi ki, vətəndaşların ərizələri üzrə bəraət qazandırma ilə məşğuldur. İş deyil – başdan-ayağa cinayətkarlıqdır, siyasətlə heç əlaqəsi yoxdur.  Yazırlar, tələb edirlər, prezidentə şikayət edirlər. İki səbəb var: siyasi – narazı sosial qrupun yaradılması və maddi – güzəştlər.
Çoxları hesab edir ki, Vətəndaş müharibəsi bitdi, NKVD bütün banditləri və ağ qvardiyaçıları tutdu və dinc həyat başladı. Sovet xalqına və xüsusilə partiyaçılara,hərbiçilərə, təsərrüfat işçilərinə, ictimai fəallara və onların ailə üzvlərinə qarşı xalq düşmənlərinin terroru nə 30-cu illərdə, nə də 70-ci illərdə dayanmamışdı. Terror formaları müxtəlif idi. Hətta sovet məsuliyyətli işçilərinin azyaşlı uşaqları beə banditdən və ya trotskist-həkimdən qorunmamışdı: sübut et ki, həkim üzrlü bəhanə ilə müalicə etməyib və ya qəsdən səhv müalicə edib. Cinayətkarların əli ilə nə qədər uşaq ölmüşdü? Belə statistikanı heç kim aparmırdı, bununla məşğul olmağa heç kim yox idi, buna heç vaxt da yox idi – ölkə təsərrüfat və mədəniyyət quruculuğunun möhtəşəm məsələlərini həll edirdi.
04.06.1992-ci il “Trud” qazetində “Böyük terrorun” (1935-1939-cu illər) məxfi məlumatları nəşr olunmuşdu. Vətəndaş müharibəsinin faktiki davamı olan təxminən 5 il ərzində 53 min insan güllələnməyə məhkum edilmişdir (amma heç də hamısı güllələnməmişdi, qətl törətmişlər  və ya xariclə əlaqəsi olanlar güllələnmişdi) və 202 min insan müxtəlif müddətə  azadlıqdan məhrum edilmişdi. 1937-39-cu illərdə həbs edilmiş 10 min РККА zabitindən 70 nəfər güllələnməyə məhkum edilmişdi, yalnız  17 nəfər güllələnmişdi. Güllələnənlərin tək familyaları çox şey deyir: Tuxaçevskiy, Blüxer,Putna,Uboreviç,Feldman,Yakir,Kork. “Stalin” düşərgələrində 1935-ci il 1 yanvar tarixinə 735 min, 1936-cı il 1 yanvar tarixinə-839 min nəfər dustaq vardı. Qorbaçovun zamanında 1989-cu ildə isə 2 milyondan artıq cinayət törədilmişdi və cəmi 607 min nəfər cinayət məsuliyyətinə cəlb edilmişdi. Yeltsinin dövründə 1994-cü il RF  üzrə respublikaya cinayətkarlıq üzrə 925 min cinayət hökmü vermişdi. Onda terror və repressiyalar kim tərəfindən və vaxt aparılıb?
A.Yakovlev,D.Volkoqonov,R.Medvedev və onun kimiləri SSRİ-də repressiya olunmuş gah 60 milyon, gah da 80 milyon nəfər haqda danışanda onları başa düşmək olar: öz xainliyiniə  nə iləsə haqq qazandırmaq lazımdır. SSRİ-dəki kütləvi repressiyalar haqda hansısa Kiselev,Dorenko və ya Svanidze danışanda, onları da başa düşmək olar:  onlar özlərinin yarı nökər-yarı ağa həyatları üçün çalışırlar. Bütün bu adamlar trotskistlərin, qolçomaqların nəsilləri, şöhrətpərəstlikləri ödənməyən eqoistlərin, tamahkarlardır. SSRİ-ni pisləyənlərin içərisində Oktyabr inqilabı nəticəsində hələ doğulmamış mülkədar-maldar babasının zəngin mirasını itirmiş Soljenicsin xüsusi yer tutur. Bu azmış kimi, institutu bitirdikdən sonra Vətən uğrunda,Stalin uğrunda  müharibəyə də getmək lazım oldu, düzdür arxa təsərrüfat vzvodunda həyat yoldaşı ilə  görüşməyə icazə də verilmişdi (çox az adama bu cür “gözəl vuruşmaq” nəsib olurdu). Amma müharibədə öldürə bilərdilər ki, bu da “qəhrəmanı” “yuvaya” köçməyə vadar etdi. Olduqca qəzəbli və  şöhrətpərəst olan bu eqoist böyük yazıçı-ustad qabiliyyətinə sahib olmadığından Soljenicsin uzun illər sovet və dünya burjuaziyasının dəstəyi ilə düşərgə yazıları ilə məşğul olur. O, başqa həyat tanımayıb, 1945-ci ildən 1953-cü ilə kimi islah-əmək düşərgəsində oturması onda ilk ən güclü təəssüratları yaradır. Siyasi konyuktura Soljenicsini öz axınına saldı və qeyri-müəyyənlikdən  çıxardı, residivistlər arasında populyarlıq qazandı. 20 il ABŞ MKİ-nin köməkliyi ilə tarixi antisovet mövzusunu mənimsədi.  SSRİ-dəki repressiyalar haqda təsəvvürlər də məhz  elə bu yazılanlar üzərində qurulur.

Bu yazıçıları da başa düşmək olar. Amma Sovet hökuməti sayəsində insan olan, hazırda isə heyvan vəziyyətinə düşmüş 300 milyon sovet vətəndaşlarını  necə başa düşmək olar?

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:

Отправить комментарий