17 авг. 2013 г.

MİQRANT-UŞAQLAR VƏ YA DEMOKRATİYA QURUCULUĞU HAQDA QEYDLƏR

  KİV-in yaydığı məlumatdan: Böyük Britaniyanın baş naziri XX əsrdə min uşağın keçmiş ingilis müstəmləklərinə göndərilməsi proqramına görə üzr istəməyi planlaşdırır. Proqrama əsasən “yoxsul ailələrdən olan uşaqları “yaxşı həyat” üçün Avstraliya,Kanada və digər ölkələrə göndərirdilər. Amma bu uşaqlardan bəziləri orada amansız rəftara məruz qalırdılar, çoxları fermalarda muzdur idilər.
Belə bir inglis proqramı XX əsrdə fəaliyyətdə olub!
(Qordon Braunun üzrxahlığı haqda xəbəri BBC-nin saytından oxuya bilərsiz:


“Yalnız 40 il əvvəl sona çatdırılan miqrant-uşaqlar Proqramına əsasən yoxsul uşaqları Avstraliyaya, Kanadaya və onları “yaxşı həyat” gözləyən digər ölkələrə göndərirdilər”. “Hökumət  məmurları yeni ildə üzr istəməkdən ötrü proqramın sağ qalmış iştirakçıları ilə məsləhətləşirlər”.

Avstraliyanın baş naziri də eyni zamanda üzr istəyib. O, etiraf edib ki, “1930 və 1970-ci illər arasında sığınacaqlarda və uşaq evlərində saxlanılan təxminən 500000 uşaq pis rəftara və əzaba məruz qalıb”. 

“Onlar İngiltərədən məcburi göndərildiyindən uşaqların əksəriyyətinə yalandan demişdilər ki, onların valideynləri ölüb və qarşıda onları zəngin həyat gözləyir. Əksər valideynlər bilmirdilər ki, onların uşaqlarını 3 yaşından Avstraliyaya göndəriblər”.

Hökumətlə əlbir olan qəyyumluq agentlikləri guya uşaqları işıqli gələcəyə göndərirdilər, amma əksər hallarda bu gələcək sahələrdə iş, çox ağır zəhmət, fiziki,psixoloji və cinsi zorakılıqla başa çatırdı.
Bu haqda daha ətraflı məlumatı Avstraliya parlamentinin sənədlərindən öyrənə bilərik.
Parlamentin miqrant-uşaqlara həsr olunmuş sosial müdafiə Seksiyasının məlumatından oxuyuruq ki, “Bu, Avstraliyaya 1920 və 1967-ci illər arasında gəlmiş uşaqlardır”. “1922-ci ildən 1937-ci ilə kimi Empire Settlement Act qanununa uyğun olaraq, Britaniya hökuməti insanların Krallığın  xarici dominionlarına köçürülməsinə imkan yaradan özəl təşkilatlara köməklik göstərirdi. Bu qanun birbaşa uşaq miqrasiyasının təşkil edilməsinə yönəlməsə də, buna baxmayaraq, o qeyri-hökumət təşkilatlarına Britaniya imperiyasının müxtəlif hissələrinə uşaq göndərmək imkanı verirdi”.

Beləliklə, “1967-ci ilə, bu sistem öz işini sona yetirənə kimi Birləşmiş krallıqda 9 aylığından səkkiz yaşına kimi təxminən 150 000 uşaq çıxarılmışdır, çoxu Kanadaya aparılmışdır. Uşaqların müstəmləkələrə göndərilməsinin əsas məqsədi Kanada, Rodeziya,Yeni Zelandiya və Avstraliya dominionlarının “yaxşı ağ materialla” məskunlaşdırılması olub”.
Ardınca qeyd olunur ki, “Avstraliyaya aparılmış uşaqların dəqiq sayı məlum deyil. Müxtəlif hesablamalara görə, bu say 1947-ci ildən 1967-ci ilə kimi olan dövr ərzində 7000-dən 10 000-ə kimidir.

Uşaqların müstəmləkələrə göndərilməsi proqramının özəlliyi, nəticədə Nümayəndələr Palatasının səhiyyə üzrə Komitəsinin müəyyən etdiyi kimi,  bu idi ki, “uşaqlar böyük, adətən təcrid olunmuş müəsissələrə yerləşdirilirdilər, harda ki, sərt, bəzən qəsdən ağır iş rejiminə və nizama məruz qalırdılar. Bu müəsissələrin işinə faktiki olaraq nəzarət olunmurdu, onlar yoxlanılmırdı və nəzərdən keçirilmirdi”.

Bugün Britaniyada belə uşaqların valideynlərinin, qohumlarının axtarışı ilə məşğul olan miqrant-uşaqlar cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyətin saytında miqrant-uşaqların taleyi ilə bağlı məqalələr də yerləşdirilir.
Belə məqalələrdən biri ilə tanış olaq:

Uşaq şəhərciyi Bindoon: Böyük Britaniyanın itkin uşaqları haqda acı həqiqət

 Uşaqlar şəhərciyi Bindoon: bu altı aylıq Saumqetpton reysindən sonra günəşli gündə Qərbi Avstraliyanın Frimantl şəhərində gözlərini qırparaq enən solğun simalı yeniyetmələr üçün macəra düşərgəsinə bənzəyirdi. Onların arasında Lori Xumfreis də vardı, hansı ki, bol yeməklə dolu olan və uşaqların məktəbə atla getdiyi  “süd və bal torpağında” səbirsizliklə  yeni günü gözləyirdi. Ən azından ona belə söyləmişdilər.
1947-ci ilin sentyabrı idi və SS Asturias 147 oğlan və qız uşağı ilə yenicə lövbər salmışdı... Xumfreis və oğlanlar Məsih Qardaşları katolik ordeninin rəhbərlik etdiyi təcrid edilmiş Bindoon müəsissəsinə göndərilmişdilər.
Birinci şok boş mənzərədən oldu, ikinci – onların düşdüyü atılmış fermanın görünüşündən.  Oğlanlar özləri Bindoon uşaq şəhərciyini qurmalı idilər, və içərilərində 10 yaşı olan uşaqlar işə başladılar:məktəb, yataq otağı, mətbəx qurmağa. Onlar torpağı külüng və bellə yarırdılar, yandıran istidə betonu əlləri ilə qarışdırırdılar. İşin öhdəsindən gəlməyənləri döyürdülər, bəzən sümüyü sınana qədər.

Amma sidiyi saxlamamaq və ya əsasən çörəkdən ibarət olan dietanı müxtəlif etmək üçün meyvə oğurlamaq kimi “cinayətlərin” cəzası olan küt  kötəklər ən qorxulusu deyildi. Uşaq şəhərciyində cinsi zorakılıq geniş yayılmışdı, oğlanlar öz dindar qəyyumlarını “xristian pederastlar” adlandırırdılar. Bu qara rejimə boyu 6 fut hündürlüyündə və çəkisi 17 staoun olan rahib Frensis Kini nəzarət edirdi. “Ən sadəsi onu sadist adlandırmaqdır”, - deyilənə görə Ximfreis 1947 və 1967ci illər arasında Avstraliyaya göndərilən 10 000 britaniyalı uşaqdan biridir...



Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:

Отправить комментарий