28 сент. 2013 г.

Məqsədyönlü süqut

1985-ci ildə hakimiyyətə Mixail Serqeyeviç Qorbaçov  gəlir. Sovet İttifaqının məqsədyönlü dağıdılması mərhələsi başlayır.

“1985-ci ildən sonra Rusiyada baş verənləri “ikinci inqilab” adlandırırlar. Qoy olsun inqilab! Amma necə inqilab?! Heç olmasa pyedestaldan düşürülənlərlə düşürənləri müqayisə edək! Birincilər kimlər idi? Kütlənin içrisindən çıxanlar,işçilər, həbsxanalardan, düşərgələrdən,sürgünlərdən, zirzəmilərdən, mühacirətlərdən keçmiş professional inqilabçılar. Onlar necə yaşamışdılar?! Sverdlov otuz üç yaşında vərəmdən ölür, Dzerjinski,Kuybışev,Frunze və bir çoxları gənc yaşlarında xəstəlikdən həyatlarını itirirlər. Həbsxanalarda, dar ağacında,  Vətəndaş müharibəsi cəbhəsində nə qədəri həyatını itirmişdi! Bəs ikincilər? Sov.İtKP MK-nin baş katibi, Siyasi Büro-nun və MK-nin üzvləri, nazirlər, generallar, akademiklər və digərləri. Heç birinin başından bir tük belə əskik olmadı. Xalqın talan edilməsi məsələsində isə onlar bunda demaqoq şəkildə ittiham olunanları on dəfələrlə ötürdülər. Həmin Dzerjinski ölkə və xalq üçün onun bütün  ifşaçıları ilə onu devirənlərin cəmindən qat-qat çox yaxşılıqlar etmişdi”. (А.Зиновьев. Русский эксперимент. М., 1995. С. 45.)
-Birincisi, Qorbaçov kommunizm ideologiyasını satdı. Hələ 80-ci illərdə o deyirdi ki, onun atası leninçi idi və o da leninçi kimi öləcək.Qorbaçov bəyan edirdi ki, reform zamanı heç vaxt ağalar meydana gəlməyəcək. Amma indi o özü etiraf edir ki, yalan danışırdı və başdan tamamilə fərqli baxışların tərəfdarı idi.
-İkincisi, Sovet İttifaqı Kommunist Partiyasını, onu yetişdirən və rəhbəri olduğu partiyanı satdı. İndi aydın olur ki, bu onun ilkin planlarına daxil imiş.
-Üçüncüsü, bizim sosializm ölkələrindəki siyasi mütəffiqlərimizi satdı, hansı ki, onlardan çoxu sovet ali məktəblərini bitimişdilər, inam və ədalətlə “böyük qardaşa” xidmət edirdilər.
Qorbaçov hər şeyi satdı. Son ana kimi Lenin vəsiyyətlərinə sədaqət andı içən, sonra isə bir anda liberala çevrilən satqına inanmaq olarmı?
Onun bioqrafiyasında digər maraqlı faktlar da var. Birincisi, 1978-ci ildə Stavropol ərazisi Kompartiyasının keçmiş katibi, Sov.İtKP MK-nin üzvü F.D.Kulakov müəmmalı şəraitdə vəfat edir. Kifayət qədər gənc siyasi xadimin bu ölümü Kulakovun müavininə -Qorbaçova vəzifə pilləsində qalxmaq imkanı verdi.
İkincisi, Ukrayna KP MK-nin birinci katibi, Siyasi Büronun üzvü V.V.Şerbicskinin rəhbərlik etdiyi ABŞ deleqasiyansında qəribə yubanma baş verdi. Moskvada K.U.Çernenkonun dəfni üzrə komissiyanın sədri, deməli, əslində SovİtKP MK-nin gələcək Baş katibi məsələsi həll edildiyi zaman, ABŞ –da sovet deleqasiyasının Vətənə qayıtması üçün təyyarəyə tökməyə bir şey tapmadılar. V.V.Şerbicski Qorbaçovun tərəfdarı deyildi və əgər o Moskvada olsaydı Baş katib kandidaturası haqda məsələ başqa şəkildə həll edilə bilərdi.
Üçüncüsü, 1980-ci ildə, məhz Moskvaya təyin edilməsindən sonra Belorusiya KP MK-nin birinci katibi P.M.Maşerovun müəmmalı şəraitdə ölümü. (Maşerov 4 oktyabr 1980-ci ildə avtomobil qəzasında həlak olmuşdu: onun avtomobilinin yoluna qəflətən kartofla yüklənmiş yük maşını çıxmışdı. Maşerov Moskvaya uçmaq üçün aeroporta gedirdi. Kimsə bu təyinatdan çox qorxmuşdu. Hesab edilir ki, bu Maşerovu aradan götürmək üçün son imkan idi, çünki Moskvaya gəldikdən sonra onun şəxsi mühafizəsinin statusu onun vəzifəsinin artmasına uyğun olaraq artacaqdı). Maşerov – cəbhəçi,Sovet İttifaqı qəhrəmanı, bacarıqlı, uğurlu və çox populyar rəhbər. Onun Moskvada işə keçiriləcəyi halda boz Qorbaçovun heç bir şansı olmayacaqdı.
Amma ən əsası, hətta Qorbaçov hələ lenin ideallarına səadqət andı içdiyi və hələ heç nə edə bilmədiyi zamanlarda belə Qərbdə ona qəribə iltifatla yanaşırdılar. Böyük Britaniyanın baş naziri, qatı antikommunist Marqaret Tetçer Qorbaçova xüsusi dəstək göstərirdi. (Burada xatırlatmağa dəyərdi ki, öz təyinatından bir qədər əvvəl Qorbaçov Londona uçmuşdu). Niyə?
İstənilən insanın həyatında, istənilən sosial sistemin inkişafı zamanı onda problemlər yaranır. Problemləri həll etmək lazımdır. Sovet Ittifaqında problemlər vardımı? Bəli, vardı. Amma bu problemlərin həlli istiqamətində Qorbaçov tərəfindən aktiv addımlar atılmışdımı? Xeyr. Elə təəssürat yaranırdı ki, hər şey minimal müddət ərzində maksimum zərər vurmaqdan ötrü edilirdi. Bu SSRİ-nin tərk-silah edilməsi məsələsində daha aydın nəzərə çarpırdı. Hər şey olduqca tələsik həyata keçirilirdi. Reyqan tərk-silah edilmə haqda öz variantını təklif edəndə amerika KİV-i onu ucuz piarda ittiham etdilər – guya, Sovetlər onsuz da heç vaxt belə razılaşmaya imza atmayacaqlar. Amma biz qərb kolleqalarımızda böyük təəccübə səbəb olaraq hər şeyi imzaladıq. Qərb elçilərinin məlumatları əsasında, sovet deleqasiyasının üzvləri çox vaxt imza atdıqları sənədlərlə yaxşı tanış deyildilər.
Qərb derjavalarının deleqasiyaları manevr etmək üçün qəsdən ilkin sərt mövqedə dayanırdılar. Danışıqlar üçün adi təcrübədir. Amma bizim elçilər müzakirəsiz olara təklif edilən hər şeyi imzalayırdılar. Danışıqlar belə aparılmır. Qərb diplomatlarının bəyanatı üzrə, onlar heç başa da düşmürdülər ki, onları ələ salırlar. Sovet tərəfi böyük birtərəfli güzəştlərə gedirdi. Ordunu Avropadan sahələrə, çadırlara çıxarırdı. Belə, qaçmaqla müqayisə olunan tələskənlik nəyə lazım idi? NATO ordusunun həmin ölkələrdə yerləşdirilməyəcəyi haqda şifahi vədlərə inanaraq ordunu çıxarırdılar, bu haqda Qorbaçovun özü də dəfələrlə bəyan etmişdi. Amma Qorbaçov 5 yaşlı uşaq deyildi, o gözəl başa düşməli idi ki, biz ordunu real olaraq çıxarırıq, vədlər isə şihafidir. Sonra onları kim xatırlayacaq?
“Qorbaçov bütün bəşəriyyət tarixində ən uğursuz komersant oldu. O Qərbdən ölkəmiz üçün birinci dərəcəli derjava statusu, böyük məbləğdə kömək tələb edə bilərdi və bu ədalətli olardı. Ona isə alqışlar hədiyyə edirdilər və eyni zamanda da üzərimizə ağır xarici borc qoyurdular”. (Ю.В.Яременко, Экономические беседы. - М., 1999 0 с.203).
Qorbaçovun hakimiyyətinin ilk illərində o hələ köhnə təcrübəli kommunistlərlə hesablaşmalı olurdu, bununla belə, əslində bir neçə il ərzində, 1988-ci ildən 1991-ci ilə kimi iqtisadiyyatı, ordunu, mənviyyatı və nəhayət bütün derjavanı dağıda bildilər.
İqtisadiyyatda məqsədyönlü dağıdılma başlandı. Əsas zərbələrdən biri ticarətə vuruldu. Ölkədə ərzaq məhsulları üçün talonlar meydana gəldi. Bəzi günlərdə Moskvada bir saat çörək növbəsində dayamalı olurdun. Piştaxtalar boşalmışdı. Nə baş vermişdi? Qıtlıq? İstehsalın birdən-birdən düşməsi? Müharibə? Taun? Nə?
Yox, taun yox idi, qıtlıq da həmçinin. Hər şey daha sadədir – iqtisadiyyata külli miqdarda pul atılmışdı. Necə?
SSRİ-də iki növdə pul vardı – nağd və nağdsız. Nağd pul - əmək haqqı fondu idi. Nağd olmayan pullarla müəssisələr arasında hesablaşmalar ödənilirdi. Ölkənin əmtəə balansı nağd pulların miqdarı üzərində qurulurdu. Bir pulun digər pula çevrilməsi qəti qadağan idi. Yuxarıda qeyd edilmiş işçilər üçün əmək haqqı smetası istisna olmaqla.
Qorbaçov nə etdi? “SSRİ-də kooperasiyalar haqda” Qanun qəbul edildi. Kooperativlərə banklarda hesab açmağa və dövlət müəssisələrindən nağdsız pullar almağa və bu nağdsız pulları nağd pullara çevirməyə icazə verdilər. Müəssisələr müəyyən məbləğ üçün saxta müqavilələr bağlayırdılar, hansı ki, müəssisə həmin məbləği sonradan kooperativin hesabına köçürürdü, kooperativlər isə nağd pul alırdılar. Və bundan sonra qorxulu şey baş verdi – bütün bu nağdsız pul kütləsi kooperativlər vasitəsilə nağd pula çevrildi, istehlak bazarına axdı.
Ödəmə qabiliyyətli tələb birdən-birə təklifi yüksəltdi. Bu bazar iqtisadiyyatında qiymətlərin ani yüksəlməsinə gətirməli idi. Amma SSRİ-də qiymətlər dövlətin  nəzarətində idi və əvvəlki kimi aşağı qaldılar. Nəticədə əhali bütün əmtəəni süpürüb yığışdırdı. Bütün bunlar istənilən iqtisadçı üçün aydındır.
Bugün televiziyada kommunistləri söyərək məhz həmin boş piştaxtaları göstərməyi sevirlər. Söyləməyi unudurlar ki, onlar reformator Qorbaçovun fəaliyyətinin nəticəsidir.
Mənəvi və maddi dəstəyə malik olan hər cür ekstremistlər başlarını qaldırırlar. Bütün İttifaq respublikalarında müxtəlif millətçi hərəkatlar yaranır. Dünyanın istənilən ölkəsində ekstremistlər söylədiklərinin çox cüzi hissəsinə görə həbsə salınardılar – axı onlar hökumətin zorla dəyişdirilməsinə, konstitusiyon quruluşun dəyişdirilməsinə çağırırdılar. Bütün bunlar cinayət maddələridir. Amma hökumət orqanları heç bir hərəkət etmirdilər, sanki onlar ümumiyyətlə yox idilər.
“Amerika kəşfiyyatı bu hədəflərdə təsir agentlərinin sovet vətəndaşlarının içərisindən toplanmasını həyata keçirmək məsələsini qoyur, onların təlimlərini və gələcəkdə Sovet İttifaqının siyasətilə, iqtisadiyyatı ilə və elmi ilə idarəetmə sahəsində qabağa çəkməyi həyata keçirir”. (Доклад КГБ СССР "О планах ЦРУ по приобретению агентуры влияния среди советских граждан").
Nümunə üçün misal. 1991-ci ilin avqustunda FHDK-nin (Fövqəladə Hallar üzrə Dövlət Komitəsi) yaradılması elan olunarkən üzdə olan heç bir “pəhləvan” ona qarşı çıxmadı, FHDK-nin fəaliyyətinə öz dəstəkləri haqda teleqramı isə milli cəbhənin iki ən görkəmli rəhbəri göndərdi: gürcü – Qamsaxurdia və litva – Landsberqis.Yalnız FHDK üzvlərinin zəifliyini və qərarsızlığını görəndə, yeni prezident Yanaevin mətbuat konfransında onların əllərinin necə titrədiyini görəndə “pəhləvanlar” yavaş-yavaş öz əvvəlki rollarına girməyə başladılar. Tez-tez növbəti yalançı sxemlə də rastlaşmaq olar: kütlə etiraz edirdi, yuxarılar bununla bacarmırdı. Bu belə deyil. Aşağıların etirazı hər yolla qızışdırılırdı. Qorbaçovun hakimiyyətə gəlməsindən başlayaraq KİV vasitəsilə antisovet materialların və nəşrlərin kütləvi yayılması həyata keçirilir. Baxmayaraq ki, KİV hələ də dövlətə aid idi. Bütün bunlar səhlənkarlıqdan baş vermir – hökumətin birbaşa göstərişi ilə olurdu. 1985-ci ildə Qorbaçov   Sov.İtKP MK-nin təbliğat Şöbəsinin müdiri vəzifəsinə,özünün etiraflarına görə, Sov.İtKP-na və kommunizm ideologiyasına nifrət edən A.Yakovlevi  təyin edir. 1992-ci ildə MKİ ilə əlaqədə şübhəli bilinməsinə görə ona qarşı cinayət işi açırlar, amma sonra tezliklə ört-basdır edirlər.Dövlət kinostudiyaları filmlərin kütləvi istehsalına başlayırlar, hansı ki, bu filmlərdə dövlət quruluşunu devirməyə hətta işarə belə etmirlər, açıq-aşkar buna səsləyirlər.
Amerikanın nüfuzlu “The Wall Street Journal” nəşriyyatı Yakovlevin fəaliyyəti haqda sevinclə rəy bildirərək düşünülmüş dağıdılmanın əsl mexanizmlərini açır: “Sovet sistemində ideoloji nəzarəti senzorlar kimi çıxış edən və kiçik bir səhvin əvəzini öz vəzifələri ilə ödəyən  baş redaktorlar yerinə yetiridilər. Yakovlev mövcud sistemin dəyişməsi üçün iki addım atmışdır. O əsas mətbəə nəşrlərinin ştatına öz mütəffiqlərini-liberalları daxil etdi və onları siyasi müdafiə ilə təmin etdi... Nəticədə sovet qazetləri dünyada baş verən hadisələri düzgün və dəqiq ifadə etməyə başladılar. 1988-ci ildə mətbuatda stalin dövrünün vəhşilikləri haqda geniş məlumat verən ifşaedici materiallar meydana çıxanda kommunizm ideologiyasının avtoriteti dağıdıldı.
İdeologiyanın iflası ilə sovet cəmiyyətində gizli parçalanmalar aşkara çıxdı, həmçinin – millətlərarası konfliktlər,işçilərin istismarı, eyni zamanda vahidliyini yalnız güclə saxlamaq mümkün olan partiya apparatı. Sovet İttifaqı daha 3 il mövcud oldu, amma o artıq məhkum olunmuşdu, çünki, belə laxlayan fundament üzərində qurulmuş heç bir sistem sağ qala bilməz”. (Д.Саттер. Сознательный революционер. The Wall Street Journal. 21.10.2005).
Beləliklə, dövlətin dağılması səhvlərin və ya Qorbaçovun yumşaqlığının nəticəsi deyil. Onun hakimiyyətə gəlişi ilə dövlətin hərtərəfli,məqsədyönlü və çox düşünülmüş dağıdılması mərhələsi başlayır.
Qorbaçov Sovet dövlətinin məntiqli düşməni kimi ilk növbədə bizim ərazilərin bir hissəsini amerikalılara verir – Berinq dənizinin 51 min kvadrat km su sahəsini. Bu isə ölkədə ümumi balıq ovunun 10%-ni verən strateji əhəmiyyətli rayon idi. Alimlərin məlumatına görə, bu rayonda həmçinin neft və qaz yataqları var.
Bizim ərazini niyə başqa dövlətə verdi? Hansı əsasla?
Qorbaçov niyə satdı? Bəziləri deyir k, Qorbaçovların ailəsi öz atalarına görə sistemdən qisas alırdılar. Həqiqətən, həm Qorbaçov, həm də onun həyat yoldaşı xalq düşmənlərinin ailə üzvlərindəndirlər. Digərləri söyləyirlər ki, Qorbaçov pula görə satırdı. Həqiqətən də, Cənubi Koreya prezidenti tərəfindən Qorbaçovun şəxsən özünə rüşvət verilməsi hadisəsi olmuşdu, amma onu örtbasdır etdilər ki, guya Qorbaçov ona kağızlarla birlikdə pul verildiyinə diqqət etməyib. Qorbaçov öz kitablarının xaricdə nəşri üçün böyük məbləğdə pul alırdı, premiyalar şəklində pullar alırdı.
Amma sonunda nə fərqi var niyə satdı. Əsas odur ki, satdı.

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

25 сент. 2013 г.

Stalin Suriyadakı müharibə barəsində

Tarixi bilmək xeyli xalqları xilas edə bilər, xeyli ölkələr tarixi bilmədiyi üçün məhv ola bilər. Bugün əksər insanlar üçün aydındır ki, ABŞ və onun mütəffiqləri Suriyada hərbi konflikt təşkil etməyə can atırlar. Bütün Yaxın Şərq regionunu müharibəyə və xaosa qərq etmək istəyirlər. Onların məqsədini və metodunu qısa şəkildə xülasə etmək  olar.
“...Bizim ağalığımızı könüllü surətdə qəbul edin və onda hər şey qaydasında olacaq, - əks halda müharibə qaçılmazdır”.
Qərb siyasətinin mahiyyətini kim belə dəqiqliklə ifadə edib?
Yoldaş Stalin bu sözləri 67 il əvvəl söyləyib.
Çörçilin məşhur Fulton nitqinə cavab olaraq, hansını ki, ser Uinston Amerikanın Fulton şəhərində 5 mart 1946-ci ildə söyləmişdi.
Bir həftə sonra Stalin Çörçilə cavab verdi. Əgər anqlosaksların müasir siyasətini başa düşmək istəyirsizsə, SSRİ başçısının təxminən 70 il əvvəl verdiyi müsahibəsini oxuyun.
Heç nə dəyişməyib. Həmin dövlətlər, həmin məqsədlər, həmin metodlar.
Qısa şəkildə tarixi fonu xatırladıram.
-1944-cü ilin iyulu – Amerikanın Bretton-Vud şəhərində dolları “dünya hökmdarı”na çevirən müqavilələr imzalanır. SSRİ razılaşmaya imza atır.
-1945-ci ilin sentyabrı – İkinci Dünya müharibəsinin sonu;
-1945-ci ilin dekabrı – Bretton-Vud razılaşmalarının ratifikasiyası, SSRİ ratifikasiyadan imtina edir, öz suverenliyini ABŞ-ın  və Böyük Britaniyanın əlinə verməkdən imtina edir.

-1946-cı ilin martı – Çörçilin Fulton nitqi, soyuq müharibənin başlanması, anqlosakslar tərəfindən “dəmir pərdə” endirilir, Qərbin SSRİ ilə planetin bütün “cəbhələri” üzrə konfrontasiyası başlanır. Həmin vaxt  Britaniyanın Sovet İttifaqının rəsmi mütəffiqi olması Çörçilin sözlərinə ultimatum xarakteri verir.

 Stalinin Çörçilin Fulton nitqinə cavabı
(“Pravda”, 14 mart 1946-cı il)
Bu günlərdə “Pravda”nın müxbirlərindən biri cənab Çörçilin nitqi ilə bağlı bir sıra məsələləri aydınlaşdırmaq xahişi ilə yoldaş Stalinə müraciət etmişdir. Yoldaş Stalin aşağıda müxbirin suallarına cavab kimi qeyd edilmiş uyğun izahları vermişdir.

Sual. Siz cənab Çörçilin Amerika Birləşmiş Ştatlarında söylənilmiş sonuncu nitqini necə qiymətləndirirsiz?

Cavab. Mən onu mütəffiq ölkələr arasında ixtilaf toxumu səpmək  və onların əməkdaşlığını çətinləşdirmək üçün nəzərdə tutulmuş təhlükəli akt kimi qiymətləndirirəm.

Sual. Hesab etmək olarmı ki, cənab Çörçilin nitqi sülh və təhlükəsizlik işinə ziyan  vurur?

Cavab. Əlbəttə ki, bəli. Əslində cənab Çörçil indi müharibənin qızışdırıcısı mövqeyində dayanır. Və cənab Çörçil burda tək deyil, - onun təkcə İngiltərədə deyil, həm də Amerikada dostları var. Qeyd etmək lazımdır ki, cənab Çörçil və onun dostları bu mənada olduqca Hitleri və onun dostlarını xatırladırlar. Hitler müharibəni ondan başladı ki, yalnız alman dilində danışan insanların dəyərli milləti təmsil etdiyini söyləyərək  irqi nəzəriyyəni elan etdi. Cənab Çörçil də yalnız ingilis dilində danışan millətlərin dəyərli millətlər olduğunu, bütün dünyanın taleyini həll etmək üçün yaradıldığını iddia etməklə irqi nəzəriyyə ilə müharibəni başlayır. Alman irqi nəzəriyyə Hitleri və dostlarını o nəticəyə gətirdi ki, almanlar yeganə qiymətli millət kimi digər millətlər üzərində hökmranlığa malik olmalıdırlar. İngilis irqi nəzəriyyəsi cənab Çörçili və onun dostlarını bu nəticəyə gətirir ki, ingilis dilində danışan millətlər yeganə qiymətli millətlər kimi dünyanın digər millətləri üzərində hökmranlığa malik olmalıdırlar.
Əslində cənab Çörçil və onun İngiltərədə və ABŞ-da olan dostları ingilis dilində danışmayan millətlərə ultimatum verirlər: hökmranlığımızı könüllü surətdə qəbul edin və onda hər şey qaydasında olacaq, - əks halda müharibə qaçılmazdır. Amma millətlər beş il acınacaqlı müharibə ərzində öz ölkələrinin azadlığı və müstəqilliyi üçün qan töküblər, hitlerçilərin ağalığını çörçilçilərin ağalığı ilə əvəz etmək üçün yox. Yəqin ki, buna görə ingilis dilində danışmayan və bununla yanaşı dünya əhalisinin böyük əksəriyyətini təşkil edən  millətlər yeni köləliklə razılaşmayacaqlar.
Cənab Çörçilin faciəsi bundadır ki,  o köhnə tori kimi bu sadə və aydın həqiqəti dərk etmir. Şübhəsiz ki, cənab Çörçilin məqsədi müharibədir, SSRİ ilə müharibəyə çağırışdır. Həmçinin bu da aydındır ki, cənab Çörçilin bu məqsədi İngiltərə və SSRİ arasında mövcud olan mütəffiqlik haqqında razılaşma ilə uyuşmazdır. Düzdür, cənab Çörçil oxucuları qorxutmaq üçün sözarası bəyan edir ki, qarşılıqlı köməklik və əməkdaşlıq haqqında sovet-ingilis müqaviləsinin müddətini 50 ilə kimi uzatmaq olardı. Amma cənab Çörçilin bu bəyanatını onun SSRİ ilə müharibə məqsədi , onun SSRİ –yə qarşı müharibə nəsihəti ilə necə bir yerə sığışdırmaq olar? Aydındır ki, bu şeyləri heç cürə bir araya sığışdırmaq olmaz. Və əgər SSRİ ilə müharibəyə səsləyən cənab Çörçil bununla yanaşı ingilis-sovet müqaviləsinin müddətini 50 ilə kimi uzatmaq istəyirsə, bu o deməkdir ki, o bu müqaviləyə öz antisovet məqsədini gizlətmək və maskalamaq üçün boş kağız parçası kimi baxır. Ona görə də cənab Çörçilin İngiltərədəki dostlarının sovet-ingilis müqaviləsini 50 və daha çox müddətə uzatmaq haqda saxta bəyanatlarına ciddi yanaşmaq olmaz. Əgər tərəflərdən biri müqaviləni pozursa və onu mənasız kağıza çevirirsə, müqavilənin müddətinin uzadılmasının mənası yoxdur.

Sual.Cənab Çörçilin nitqinin həmin hissəsini necə qiymətləndirirsiz , harda ki, bizə qonşu olan Avropa dövlətlərinin demokratik quruluşunu pisləyir və bu dövlətlərlə Sovet İttifaqı arasındakı mehriban qarşılıqlı əlaqələri tənqid edir?

Cavab. Cənab Çörçilin nitqinin bu hissəsi böhtan elementlərin kobudluq və nəzakətsizlik elementləri ilə qarışığıdır. Cənab Çörçil iddia edir ki, “Varşava,Berlin,Praqa,Vena,Budapeşt,Belqrad,Buxarest,Sofiya – bütün bu məşhur şəhərlər və onların rayonlarındakı əhali sovet sferasında yerləşirlər və bu və ya digər formada təkcə sovet təsirinə deyil, həm də Moskvanın əhəmiyyətli dərəcədə artan nəzarətinə tabe olurlar”. Cənab Çörçil bütün bunları Sovet İttifaqının sərhəd tanımayan “işğalçı tendensiyası” kimi nəzərdən keçirir.
Cənab Çörçilin burada kobud və utanmaz şəkildə həm Moskvaya, həm də adları çəkilmiş SSRİ ilə qonşu dövlətlərə böhtan atdığını göstərmək çətin deyil. Birincisi, dörd dövlətin nümayəndələrindən ibarət  İttifaq Nəzarət Şuralarının olduğu, SSRİ-nin isə səslərdən yalnız ¼-ə sahib olduğu Vena və Berlində SSRİ-nin xüsusi nəzarətindən danışmaq tamamilə absurddur.  Bəzən insanlar böhtan atmadan keçinə bilmirlər, amma hər halda onun ölçüsünü bilmək lazımdır. İkincisi, növbəti vəziyyəti unutmamaq lazımdır. Almanlar SSRİ-yə hücumu Finlandiyadan,Polşadan,Rumıniyadan,Bolqariyadan,Macarıstanda başladılar. Almanlar hücumu ona görə bu ölkələrdən törədə bildilər ki, onda bu dövlətlərdə SSRİ-yə düşmən hökumətlər mövcud idi.Alman hücumu nəticəsində Sovet İttifaqı almanlarla döyüşlərdə, həmçinin alman işğalı və sovet insanlarının alman katorqalarına qaçırılması sayəsində, yeddi milyona yaxın insanı əbədi itirdi. Başqa sözlə, Sovet İttifaqı İngiltərə və Amerika Birləşmiş Ştatlarının birlikdə itirdiyindən bir neçə dəfə çox insan itirdi. Bəlkə də, hardasa sovet xalqının Avropanı hitler iynəsindən azad olmasını təmin edən bu böyük qurbanlarını unutmaq istəyirlər. Amma Sovet İttifaqı onları unuda bilməz. Sual olunur, Sovet İttifaqının gələcəkdə özünün təhlükəsizliyini təmin etməkdən ötrü bu ölkələrdə Sovet İttifaqına loyal yanaşan hökumətlərin mövcud olmasına nail olmağa çalışmasında təəccüblü nə var? Sovet İttifaqının bu dinc səylərini ağlını itirmədən bizim dövlətin işğalçı tendensiyası kimi necə nəzərdən keçirmək olar?
Cənab Çörçil daha sonra iddia edir ki, “ Rusların hakimiyyəti altında olan Polşa hökuməti Almaniyaya qarşı böyük və ədalətsiz qəsdlərə şirnikləndirillirdi”. Burada hər bir söz kobud və təhqiramiz böhtandır. Müasir demokratik Polşaya görkəmli insanlar rəhbərlik edir. Onlar işləri ilə göstərdilər ki, vətənlərinin maraqlarını və ləyaqətini  sələflərinin bacarmadığı kimi müdafiə etməyi bacarırlar. Müasir Polşa rəhbərlərinin öz ölkələrində hər hansı bir xarici dövlətin “ağalığına” icazə verdiklərini  iddia etmək üçün cənab Çörçilin hansı əsasları var? Burada cənab Çörçil “ruslara” Polşa ilə Sovet İttifaqı arasında ixtilaf toxumu səpmək məqsədilə böhtan atmırmı?...
Cənab Çörçil Polşanın siyasətində SSRİ ilə dostluğa və əməkdaşlığa dönüş etməsindən narazıdır. Vaxt vardı Polşa ilə SSRİ arasındakı qarşılıqlı əlaqələrdə konflikt və ziddiyyət elementləri üstünlük təşkil edirdi. Bu vəziyyət cənab Çörçil kimi dövlət xadimlərinə bu ziddiyyətlərdən istifadə etmək, Polşanı ruslardan müdafiə etmək niyyəti altında ələ keçirmək, Rusiyanı onunla Polşa arasındakı müharibə kabusu ilə qorxutmaq və özünün arbitr mövqeyini saxlamaq imkanı verirdi. Amma o vaxtlar keçmişdə qaldı, çünki Polşa və Rusiya arasındakı düşmənçilik öz yerini onlar arasındakı dostluğa verdi, Polşa isə, müasir demokratik Polşa daha əcnəbilərin əlində oyun topu olmaq istəmir. Mənə elə gəlir ki, məhz bu cəhət cənab Çörçili qıcıqlandırır və onu Polşa əlehinə kobud, yersiz hərəkətlərə sövq edir. “Mənə başqasının hesabına oynamağa icazə vermirlər” söyləmək zarafatdırmı...
Cənab Çörçilin Polşanın qərb sərhədlərinin vaxtilə almanlar tərəfindən işğal edilmiş polşa əraziləri hesabına genişlənməsi ilə əlaqədar Sovet İttifaqına qarşı məzəmmətlərinə  gəldikdə isə, mənə elə gəlir ki, o burada açıq şəkildə kartları dartışdırır. Məlum olduğu kimi Polşanın qərb sərhədləri haqda qərar üç derjavanın Berlin  konfransında Polşanın tələblərinə əsasən qəbul edilmişdi. Sovet İttifaqı dəfələrlə bəyan etmişdi ki, o Polşanın tələblərini düzgün və ədalətli hesab edir.Çox güman ki, cənab Çörçil bu qərardan narazıdır. Amma bu məsələdə rusların mövqeyinin əksinə getmək istəməyən cənab Çörçil  nəyə görə öz oxucularından o faktı gizlədir ki, qərar  Berlin konfransında yekdilliklə qəbul edilmişdi, qərara təkcə ruslar səs verməmişdi, həm də ingilislər və amerikalılar səs vermişdi? Insanları aldatmaq cənab Çörçilin nəyinə lazımdır?
Daha sonra cənab Çörçil iddia edir ki, “bütün bu şərqi Avropa dövlətlərində əhəmiyyətsiz olan kommunist partiyaları onların sayından olduqca böyük gücə nail olublar və hər yerdə totalitar nəzarət qurmağa can atırlar, demək olar ki, bu ölkələrin hamısında və hələ də indiyə kimi polis hökumətlər üstünlük təşkil edir, Çexoslavakiyadan başqa, orada heç bir əsl demokratiya mövcud deyil”. Məlum olduğu kimi, hazırda İngiltərədə hakimiyyəti bir partiya , leyboristlər partiyası idarə edir , özü də müxalif partiyalar İngiltərədə hökumətdə iştirak etmək hüququndan məhrumdurlar. Cənab Çörçil üçün bu əsl demokratizmdir. Polşada,Rumıniyada,Yuqoslaviyada,Bolqariyada,Macarıstanda bir neçə partiyadan ibarət blok – dörd partiyadan altı partiyaya kimi – idarə edir, özü də müxalifətlərin, az və ya çox loyaldırlarsa, hökumətdə iştirakı təmin edilir. Cənab Çörçil bunu totalitarizm, tiraniya,polisçilik adlandırır. Niyə, hansı əsasa görə - cənab Çörçildən bu suallara cavab gözləməyin. Cənab Çörçil  özünün totalitarizm,tiraniya, polisçilik haqda qışqırıqlı nitqləri ilə özünü hansı gülünc vəziyyətə saldığını başa düşmür.
 Cənab Çörçil istəyərdi ki, Polşanı Sosnkovskiy və Anders, Yuqoslaviyanı – Mixayloviç və Paveliç, Rumıniuanı – knyaz Ştirbey və Radesku, Macarıstanı və Avstriyanı – Habsburqlar evindən hansısa kral və digərləri idarə etsinlər. Cənab Çörçil bizi inandırmaq istəyir ki, faşist yaxaaltıları olan bu cənablar “həqiqi demokratiyanı” təmin edə bilərlər. Cənab Çörçilin “demokratiyası” budur.
Cənab Çörçil kommunist partiyalarının Şərqi Avropada təsirinin artması haqda danışarkən həqiqətin ərtafında dolanır. Amma nəzərə almaq lazımdır ki, o tamamilə doğru deyil. Kommunist partiyalarının təsiri təkcə Şərqi Avropada deyil, Avropanın faşizmin hakim olduğu (İtaliya,Almaniya,Macarıstan,Bolqariya,Finlandiya)  və ya alman, italyan və ya macar işğalı altında olan(Fransa,Belçika,Hollandiya,Norveç,Danimarka,Polşa,Çexoslavakiya,Yuqoslaviya,Sovet İttifaqı və s.) demək olar ki, bütün ölkələrində artdı.
Kommunistlərin təsirinin artmasını təsadüf hesab etmək olmaz. O tamamilə qanunauyğundur. Kommunistlərin təsiri ona görə artdı ki, faşizmin Avropada hakim olduğu ağır illərdə kommunistlər xalqların azadlığı uğrunda faşist rejiminə qarşı etibarlı, mərd, fədakar döyüşçülər oldular. Cənab Çörçil əlini onların çiyinlərinə vuraraq  və özünü onların dostu kimi göstərərək bəzən öz nitqlərində  “kiçik evlərdə yaşayan sadə insanları” xatırlayır. Amma bu insanlar ilk baxışdan görsəndikləri qədər də sadə deyillər. Onların, “sadə insanların” öz baxışları, özlərinin siyasəti var və onlar özlərini müdafiə edə bilirlər. Onlar, milyonlarla bu “sadə insanlar” İngiltərədə öz səslərini leyboristlərə verərək cənab Çörçilin  və onun partiyasının əlehinə səs veriblər. Onlar, milyonlarla bu “sadə insanlar” Avropada irticaçıları, faşizmlə əməkdaşlığın tərəfdarlarını təcrid etdilər və sol demokratik partiyalara üstünlük verdilər. Onlar, milyonlarla bu “sadə insanlar” kommunistləri mübarizə alovunda və faşizmə müqavimətdə sınayaraq qərara gəldilər ki, kommunistlər xalqın etimadına layiqdirlər. Kommunistlərin Avropada təsiri bu şəkildə artdı. Tarixi inkişaf qanunu budur.
Əlbəttə, hadisələrin bu şəkildə inkişafı cənab Çörçilin xoşuna gəlmir və o gücə müraciət edərək təhlükə siqnalı verir. Amma Birinci dünya müharibəsindən sonra Rusiyada sovet rejiminin yaranması da onun xoşuna gəlmirdi. O həmin vaxt da tarixin çarxını geri çevirməyi qarşısına məqsəd qoyaraq həyəcan təbili çalırdı  və “14 dövlətin” Rusiyaya qarşı hərbi yürüşünü təşkil etmişdi. Amma tarix çörçil müdaxiləsindən güclü oldu və cənab Çörçilin don kixota bənzər hərəkətləri ona gətirdi ki, həmin vaxt o tamamilə məğlub oldu. Bilmirəm, cənab Çörçil və onun dostları İkinci dünya müharibəsindən sonra “Şərqi Avropaya” qarşı yeni yürüş təşkil etməyə  müvəffəq olacaq ya yox. Amma müvəffəq olsalar,ki buna da ehtimal azdır, çünki milyonlarla “sadə insan” sülh işinin müdafiəsində dayanır, əminliklə demək olar ki, onlar keçmişdə, 26 il əvvəl məğlub olduqları kimi yenə məğlub olacaqlar.

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur