28 сент. 2013 г.

Məqsədyönlü süqut

1985-ci ildə hakimiyyətə Mixail Serqeyeviç Qorbaçov  gəlir. Sovet İttifaqının məqsədyönlü dağıdılması mərhələsi başlayır.

“1985-ci ildən sonra Rusiyada baş verənləri “ikinci inqilab” adlandırırlar. Qoy olsun inqilab! Amma necə inqilab?! Heç olmasa pyedestaldan düşürülənlərlə düşürənləri müqayisə edək! Birincilər kimlər idi? Kütlənin içrisindən çıxanlar,işçilər, həbsxanalardan, düşərgələrdən,sürgünlərdən, zirzəmilərdən, mühacirətlərdən keçmiş professional inqilabçılar. Onlar necə yaşamışdılar?! Sverdlov otuz üç yaşında vərəmdən ölür, Dzerjinski,Kuybışev,Frunze və bir çoxları gənc yaşlarında xəstəlikdən həyatlarını itirirlər. Həbsxanalarda, dar ağacında,  Vətəndaş müharibəsi cəbhəsində nə qədəri həyatını itirmişdi! Bəs ikincilər? Sov.İtKP MK-nin baş katibi, Siyasi Büro-nun və MK-nin üzvləri, nazirlər, generallar, akademiklər və digərləri. Heç birinin başından bir tük belə əskik olmadı. Xalqın talan edilməsi məsələsində isə onlar bunda demaqoq şəkildə ittiham olunanları on dəfələrlə ötürdülər. Həmin Dzerjinski ölkə və xalq üçün onun bütün  ifşaçıları ilə onu devirənlərin cəmindən qat-qat çox yaxşılıqlar etmişdi”. (А.Зиновьев. Русский эксперимент. М., 1995. С. 45.)
-Birincisi, Qorbaçov kommunizm ideologiyasını satdı. Hələ 80-ci illərdə o deyirdi ki, onun atası leninçi idi və o da leninçi kimi öləcək.Qorbaçov bəyan edirdi ki, reform zamanı heç vaxt ağalar meydana gəlməyəcək. Amma indi o özü etiraf edir ki, yalan danışırdı və başdan tamamilə fərqli baxışların tərəfdarı idi.
-İkincisi, Sovet İttifaqı Kommunist Partiyasını, onu yetişdirən və rəhbəri olduğu partiyanı satdı. İndi aydın olur ki, bu onun ilkin planlarına daxil imiş.
-Üçüncüsü, bizim sosializm ölkələrindəki siyasi mütəffiqlərimizi satdı, hansı ki, onlardan çoxu sovet ali məktəblərini bitimişdilər, inam və ədalətlə “böyük qardaşa” xidmət edirdilər.
Qorbaçov hər şeyi satdı. Son ana kimi Lenin vəsiyyətlərinə sədaqət andı içən, sonra isə bir anda liberala çevrilən satqına inanmaq olarmı?
Onun bioqrafiyasında digər maraqlı faktlar da var. Birincisi, 1978-ci ildə Stavropol ərazisi Kompartiyasının keçmiş katibi, Sov.İtKP MK-nin üzvü F.D.Kulakov müəmmalı şəraitdə vəfat edir. Kifayət qədər gənc siyasi xadimin bu ölümü Kulakovun müavininə -Qorbaçova vəzifə pilləsində qalxmaq imkanı verdi.
İkincisi, Ukrayna KP MK-nin birinci katibi, Siyasi Büronun üzvü V.V.Şerbicskinin rəhbərlik etdiyi ABŞ deleqasiyansında qəribə yubanma baş verdi. Moskvada K.U.Çernenkonun dəfni üzrə komissiyanın sədri, deməli, əslində SovİtKP MK-nin gələcək Baş katibi məsələsi həll edildiyi zaman, ABŞ –da sovet deleqasiyasının Vətənə qayıtması üçün təyyarəyə tökməyə bir şey tapmadılar. V.V.Şerbicski Qorbaçovun tərəfdarı deyildi və əgər o Moskvada olsaydı Baş katib kandidaturası haqda məsələ başqa şəkildə həll edilə bilərdi.
Üçüncüsü, 1980-ci ildə, məhz Moskvaya təyin edilməsindən sonra Belorusiya KP MK-nin birinci katibi P.M.Maşerovun müəmmalı şəraitdə ölümü. (Maşerov 4 oktyabr 1980-ci ildə avtomobil qəzasında həlak olmuşdu: onun avtomobilinin yoluna qəflətən kartofla yüklənmiş yük maşını çıxmışdı. Maşerov Moskvaya uçmaq üçün aeroporta gedirdi. Kimsə bu təyinatdan çox qorxmuşdu. Hesab edilir ki, bu Maşerovu aradan götürmək üçün son imkan idi, çünki Moskvaya gəldikdən sonra onun şəxsi mühafizəsinin statusu onun vəzifəsinin artmasına uyğun olaraq artacaqdı). Maşerov – cəbhəçi,Sovet İttifaqı qəhrəmanı, bacarıqlı, uğurlu və çox populyar rəhbər. Onun Moskvada işə keçiriləcəyi halda boz Qorbaçovun heç bir şansı olmayacaqdı.
Amma ən əsası, hətta Qorbaçov hələ lenin ideallarına səadqət andı içdiyi və hələ heç nə edə bilmədiyi zamanlarda belə Qərbdə ona qəribə iltifatla yanaşırdılar. Böyük Britaniyanın baş naziri, qatı antikommunist Marqaret Tetçer Qorbaçova xüsusi dəstək göstərirdi. (Burada xatırlatmağa dəyərdi ki, öz təyinatından bir qədər əvvəl Qorbaçov Londona uçmuşdu). Niyə?
İstənilən insanın həyatında, istənilən sosial sistemin inkişafı zamanı onda problemlər yaranır. Problemləri həll etmək lazımdır. Sovet Ittifaqında problemlər vardımı? Bəli, vardı. Amma bu problemlərin həlli istiqamətində Qorbaçov tərəfindən aktiv addımlar atılmışdımı? Xeyr. Elə təəssürat yaranırdı ki, hər şey minimal müddət ərzində maksimum zərər vurmaqdan ötrü edilirdi. Bu SSRİ-nin tərk-silah edilməsi məsələsində daha aydın nəzərə çarpırdı. Hər şey olduqca tələsik həyata keçirilirdi. Reyqan tərk-silah edilmə haqda öz variantını təklif edəndə amerika KİV-i onu ucuz piarda ittiham etdilər – guya, Sovetlər onsuz da heç vaxt belə razılaşmaya imza atmayacaqlar. Amma biz qərb kolleqalarımızda böyük təəccübə səbəb olaraq hər şeyi imzaladıq. Qərb elçilərinin məlumatları əsasında, sovet deleqasiyasının üzvləri çox vaxt imza atdıqları sənədlərlə yaxşı tanış deyildilər.
Qərb derjavalarının deleqasiyaları manevr etmək üçün qəsdən ilkin sərt mövqedə dayanırdılar. Danışıqlar üçün adi təcrübədir. Amma bizim elçilər müzakirəsiz olara təklif edilən hər şeyi imzalayırdılar. Danışıqlar belə aparılmır. Qərb diplomatlarının bəyanatı üzrə, onlar heç başa da düşmürdülər ki, onları ələ salırlar. Sovet tərəfi böyük birtərəfli güzəştlərə gedirdi. Ordunu Avropadan sahələrə, çadırlara çıxarırdı. Belə, qaçmaqla müqayisə olunan tələskənlik nəyə lazım idi? NATO ordusunun həmin ölkələrdə yerləşdirilməyəcəyi haqda şifahi vədlərə inanaraq ordunu çıxarırdılar, bu haqda Qorbaçovun özü də dəfələrlə bəyan etmişdi. Amma Qorbaçov 5 yaşlı uşaq deyildi, o gözəl başa düşməli idi ki, biz ordunu real olaraq çıxarırıq, vədlər isə şihafidir. Sonra onları kim xatırlayacaq?
“Qorbaçov bütün bəşəriyyət tarixində ən uğursuz komersant oldu. O Qərbdən ölkəmiz üçün birinci dərəcəli derjava statusu, böyük məbləğdə kömək tələb edə bilərdi və bu ədalətli olardı. Ona isə alqışlar hədiyyə edirdilər və eyni zamanda da üzərimizə ağır xarici borc qoyurdular”. (Ю.В.Яременко, Экономические беседы. - М., 1999 0 с.203).
Qorbaçovun hakimiyyətinin ilk illərində o hələ köhnə təcrübəli kommunistlərlə hesablaşmalı olurdu, bununla belə, əslində bir neçə il ərzində, 1988-ci ildən 1991-ci ilə kimi iqtisadiyyatı, ordunu, mənviyyatı və nəhayət bütün derjavanı dağıda bildilər.
İqtisadiyyatda məqsədyönlü dağıdılma başlandı. Əsas zərbələrdən biri ticarətə vuruldu. Ölkədə ərzaq məhsulları üçün talonlar meydana gəldi. Bəzi günlərdə Moskvada bir saat çörək növbəsində dayamalı olurdun. Piştaxtalar boşalmışdı. Nə baş vermişdi? Qıtlıq? İstehsalın birdən-birdən düşməsi? Müharibə? Taun? Nə?
Yox, taun yox idi, qıtlıq da həmçinin. Hər şey daha sadədir – iqtisadiyyata külli miqdarda pul atılmışdı. Necə?
SSRİ-də iki növdə pul vardı – nağd və nağdsız. Nağd pul - əmək haqqı fondu idi. Nağd olmayan pullarla müəssisələr arasında hesablaşmalar ödənilirdi. Ölkənin əmtəə balansı nağd pulların miqdarı üzərində qurulurdu. Bir pulun digər pula çevrilməsi qəti qadağan idi. Yuxarıda qeyd edilmiş işçilər üçün əmək haqqı smetası istisna olmaqla.
Qorbaçov nə etdi? “SSRİ-də kooperasiyalar haqda” Qanun qəbul edildi. Kooperativlərə banklarda hesab açmağa və dövlət müəssisələrindən nağdsız pullar almağa və bu nağdsız pulları nağd pullara çevirməyə icazə verdilər. Müəssisələr müəyyən məbləğ üçün saxta müqavilələr bağlayırdılar, hansı ki, müəssisə həmin məbləği sonradan kooperativin hesabına köçürürdü, kooperativlər isə nağd pul alırdılar. Və bundan sonra qorxulu şey baş verdi – bütün bu nağdsız pul kütləsi kooperativlər vasitəsilə nağd pula çevrildi, istehlak bazarına axdı.
Ödəmə qabiliyyətli tələb birdən-birə təklifi yüksəltdi. Bu bazar iqtisadiyyatında qiymətlərin ani yüksəlməsinə gətirməli idi. Amma SSRİ-də qiymətlər dövlətin  nəzarətində idi və əvvəlki kimi aşağı qaldılar. Nəticədə əhali bütün əmtəəni süpürüb yığışdırdı. Bütün bunlar istənilən iqtisadçı üçün aydındır.
Bugün televiziyada kommunistləri söyərək məhz həmin boş piştaxtaları göstərməyi sevirlər. Söyləməyi unudurlar ki, onlar reformator Qorbaçovun fəaliyyətinin nəticəsidir.
Mənəvi və maddi dəstəyə malik olan hər cür ekstremistlər başlarını qaldırırlar. Bütün İttifaq respublikalarında müxtəlif millətçi hərəkatlar yaranır. Dünyanın istənilən ölkəsində ekstremistlər söylədiklərinin çox cüzi hissəsinə görə həbsə salınardılar – axı onlar hökumətin zorla dəyişdirilməsinə, konstitusiyon quruluşun dəyişdirilməsinə çağırırdılar. Bütün bunlar cinayət maddələridir. Amma hökumət orqanları heç bir hərəkət etmirdilər, sanki onlar ümumiyyətlə yox idilər.
“Amerika kəşfiyyatı bu hədəflərdə təsir agentlərinin sovet vətəndaşlarının içərisindən toplanmasını həyata keçirmək məsələsini qoyur, onların təlimlərini və gələcəkdə Sovet İttifaqının siyasətilə, iqtisadiyyatı ilə və elmi ilə idarəetmə sahəsində qabağa çəkməyi həyata keçirir”. (Доклад КГБ СССР "О планах ЦРУ по приобретению агентуры влияния среди советских граждан").
Nümunə üçün misal. 1991-ci ilin avqustunda FHDK-nin (Fövqəladə Hallar üzrə Dövlət Komitəsi) yaradılması elan olunarkən üzdə olan heç bir “pəhləvan” ona qarşı çıxmadı, FHDK-nin fəaliyyətinə öz dəstəkləri haqda teleqramı isə milli cəbhənin iki ən görkəmli rəhbəri göndərdi: gürcü – Qamsaxurdia və litva – Landsberqis.Yalnız FHDK üzvlərinin zəifliyini və qərarsızlığını görəndə, yeni prezident Yanaevin mətbuat konfransında onların əllərinin necə titrədiyini görəndə “pəhləvanlar” yavaş-yavaş öz əvvəlki rollarına girməyə başladılar. Tez-tez növbəti yalançı sxemlə də rastlaşmaq olar: kütlə etiraz edirdi, yuxarılar bununla bacarmırdı. Bu belə deyil. Aşağıların etirazı hər yolla qızışdırılırdı. Qorbaçovun hakimiyyətə gəlməsindən başlayaraq KİV vasitəsilə antisovet materialların və nəşrlərin kütləvi yayılması həyata keçirilir. Baxmayaraq ki, KİV hələ də dövlətə aid idi. Bütün bunlar səhlənkarlıqdan baş vermir – hökumətin birbaşa göstərişi ilə olurdu. 1985-ci ildə Qorbaçov   Sov.İtKP MK-nin təbliğat Şöbəsinin müdiri vəzifəsinə,özünün etiraflarına görə, Sov.İtKP-na və kommunizm ideologiyasına nifrət edən A.Yakovlevi  təyin edir. 1992-ci ildə MKİ ilə əlaqədə şübhəli bilinməsinə görə ona qarşı cinayət işi açırlar, amma sonra tezliklə ört-basdır edirlər.Dövlət kinostudiyaları filmlərin kütləvi istehsalına başlayırlar, hansı ki, bu filmlərdə dövlət quruluşunu devirməyə hətta işarə belə etmirlər, açıq-aşkar buna səsləyirlər.
Amerikanın nüfuzlu “The Wall Street Journal” nəşriyyatı Yakovlevin fəaliyyəti haqda sevinclə rəy bildirərək düşünülmüş dağıdılmanın əsl mexanizmlərini açır: “Sovet sistemində ideoloji nəzarəti senzorlar kimi çıxış edən və kiçik bir səhvin əvəzini öz vəzifələri ilə ödəyən  baş redaktorlar yerinə yetiridilər. Yakovlev mövcud sistemin dəyişməsi üçün iki addım atmışdır. O əsas mətbəə nəşrlərinin ştatına öz mütəffiqlərini-liberalları daxil etdi və onları siyasi müdafiə ilə təmin etdi... Nəticədə sovet qazetləri dünyada baş verən hadisələri düzgün və dəqiq ifadə etməyə başladılar. 1988-ci ildə mətbuatda stalin dövrünün vəhşilikləri haqda geniş məlumat verən ifşaedici materiallar meydana çıxanda kommunizm ideologiyasının avtoriteti dağıdıldı.
İdeologiyanın iflası ilə sovet cəmiyyətində gizli parçalanmalar aşkara çıxdı, həmçinin – millətlərarası konfliktlər,işçilərin istismarı, eyni zamanda vahidliyini yalnız güclə saxlamaq mümkün olan partiya apparatı. Sovet İttifaqı daha 3 il mövcud oldu, amma o artıq məhkum olunmuşdu, çünki, belə laxlayan fundament üzərində qurulmuş heç bir sistem sağ qala bilməz”. (Д.Саттер. Сознательный революционер. The Wall Street Journal. 21.10.2005).
Beləliklə, dövlətin dağılması səhvlərin və ya Qorbaçovun yumşaqlığının nəticəsi deyil. Onun hakimiyyətə gəlişi ilə dövlətin hərtərəfli,məqsədyönlü və çox düşünülmüş dağıdılması mərhələsi başlayır.
Qorbaçov Sovet dövlətinin məntiqli düşməni kimi ilk növbədə bizim ərazilərin bir hissəsini amerikalılara verir – Berinq dənizinin 51 min kvadrat km su sahəsini. Bu isə ölkədə ümumi balıq ovunun 10%-ni verən strateji əhəmiyyətli rayon idi. Alimlərin məlumatına görə, bu rayonda həmçinin neft və qaz yataqları var.
Bizim ərazini niyə başqa dövlətə verdi? Hansı əsasla?
Qorbaçov niyə satdı? Bəziləri deyir k, Qorbaçovların ailəsi öz atalarına görə sistemdən qisas alırdılar. Həqiqətən, həm Qorbaçov, həm də onun həyat yoldaşı xalq düşmənlərinin ailə üzvlərindəndirlər. Digərləri söyləyirlər ki, Qorbaçov pula görə satırdı. Həqiqətən də, Cənubi Koreya prezidenti tərəfindən Qorbaçovun şəxsən özünə rüşvət verilməsi hadisəsi olmuşdu, amma onu örtbasdır etdilər ki, guya Qorbaçov ona kağızlarla birlikdə pul verildiyinə diqqət etməyib. Qorbaçov öz kitablarının xaricdə nəşri üçün böyük məbləğdə pul alırdı, premiyalar şəklində pullar alırdı.
Amma sonunda nə fərqi var niyə satdı. Əsas odur ki, satdı.

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:

Отправить комментарий