8 окт. 2021 г.

 

Marks bugünkü istehlak cəmiyyətini hələ 1844-cü ildə qabaqcadan görmüşdü.

“Xüsusi mülkiyyət çərçivəsində hər bir insan digərini yeni qurban verməyə məcbur etmək,onu yeni asılılığa salmaq və yeni həzz növünə, bununla da iqtisadi iflasa sürükləməklə onda hər hansı yeni bir ehtiyac yaratmağa çalışır. Hər kəs özünün tamahkar ehtiyacını təmin etməkdən ötrü digər insan üzərində hakim olan mahiyyətcə yad hər hansı güc yaratmağa çalışır. Buna görə də əşyalar çoxluğunun artması ilə insanın əsarəti altında olduğu yad məxluqlar səltənəti də böyüyür və hər bir məhsul yeni qarşılıqlı yalan və oğurluq imkanları deməkdir. Onunla bərabər insan insan kimi getdikcə kasıblaşır, bu düşmən mahiyyətə sahib olmaqdan ötrü o daha çox pula ehtiyac duyur və onun pulunun gücü məhsulun miqdarı ilə tərs mütənasib olaraq azalır, bununla da onun ehtiyacı pulun hökmranlığının artması ilə artır.

Hətta subyektiv tərəfdən bu özünü onda göstərir ki, məhsul və ehtiyac dairəsinin genişlənməsi getdikcə daha yenilikçi və həmişə də qeyri-insani, incə, qeyri-təbii və uydurulmuş həvəslərin sərhesab qulu olur. Xüsusi mülkiyyət təbii tələbatı insan tələbatına çevirə bilmir. Onun idealizmi fantaziyalara, şıltaqlıqlara, ədabazlıqlara gətirib çıxarır, və heç bir xədim etimad qazanmaqdan ötrü öz padşahına onun qədər alçaqcasına yaltaqlanmır və daha da iyrənc vasitələrlə onun zəifləmiş həzz almaq bacarıqlarını oyatmağa çalışmır, necə ki bunu sənaye xədimi, özü üçün hiyləgərliklə qəpik-quruş aldadıb almağa, qızıl quşu xaçpərəstcəsinə sevilən qonşusunun cibindən tovlamağa çalışan  istehsalçı edir – bu məqsədə çatmaqdan ötrü sənaye xədimi istehlakçının ən pozğun fantaziyalarına uyğunlaşır, istehlakçı və onun ehtiyacları arasında vasitəçi rolunu üzərinə götürür, onda sağlam olmayan tamah yaradır, daha sonra bu iltifata görə mükafat tələb etməkdən ötrü onun hər zəifliyini güdür”. Karl Marks. İqtisadi-fəlsəfi əlyazmaları.