19 мая 2017 г.

“Lenin – alman şpionudur” mifi haqqında


Hər dəfə ictimayyətdə etirazlar artıqda, sosial ədalətin bərqərar edilməsinə doğru cəhdlər  meydana gəldikdə və 100 il əvvəl baş vermiş hadisələrə (17-ci ilin Oktyabr inqilabıdan söhbət gedir) maraq yarandıqda hakimiyyətdə olan elita öz propaqandistlərinə komanda verir ki,  ölkənin həqiqi problemlərindən diqqət yayındırsınlar.

Onlar bu məqsədlə nəsə bir ideoloji “tüstü pərdəsi” düzəldirlər – çarizmin müsbət üzünü təbliğ edirlər, nəsə bir “dini mənəviyyat”dan söhbət açırlar ( hansı ki hakimiyyətin liberalizm kursuna ziddir), millətçilik alovunu alışdırırlar (əlbəttə ki, lazımi, hakimiyyətə uyğun lazım olan dərəcədə) və təbii ki, 90-cı illərdəki dövlət çevrilişi dalğası nəticəsində hakimiyyətə gələn hazırki elita antisovetçilik toxumu əkir.

Həvəslə şişirdilmiş mövzuların içərisindən ən öndə olanı Vətəndaş müharibəsi illəri zamanı bolşevizm terroru, Leninin cəsədinin Mavzoleydən çıxarılması təklifi, Oktyabr inqilabının alman pulları vasitəsilə edilməsi ilə ittiham edilməsidir. Əslində bizim tarixin sovet dövründə heç kimin inkar edə bilməyəcəyi nailiyyətlərlə bərabər rəsmən tarixi reallıqdan kənar olmayan, bizim düşməzlərin xeyrinə olacaq xeyli və olduqca gərəksiz epizodlar da az deyil. Amma yox, bu onlara kifayət etmir və onlar ən ədəbsiz yalan və böhtanlardan istifadə edirlər (ki bu da təəccübləndirmir, axı onlar qebbel metodu ilə hərəkət edirlər).
Bu məqalədə söhbət bolşeviklərin 1917-ci ildə alman şpionları olması haqda əfsanədən gedir. Guya Oktyabr inqilabı məhz alman vəsaiti hesabına baş tutmuşdu və bu Rusiyaya Birinci Dünya müharibəsini “qələbə” ilə başa vurmağa imkan verməmişdi, nəticədə də kayzer Almaniyasının istədiyi kimi Brest sülh müaviləsi bağlanmalı olmuşdu.
MİFİN MƏNBƏLƏRİ
Leninin şpionajda ittiham olunması konteksti hakimiyyət uğrunda savaşın kəskinləşməsi ilə əlaqədar olaraq meydana çıxmışdı. Rusiyaya gələrkən Vladimir İliç yeni inqilabi kursu elan edir və cəbhədəki vəziyyətdən və Müvəqqəti hökumətin ümumi müvəfəqiyyətsizliklərindən asılı olaraq 1917-ci ilin yayına bolşeviklərin tələblərinin ciddiliyi daha da aydın olur.
Bolşeviklərin iyul üsyanına cavab olaraq Müvəqqəti hökumət öz tədbirlərini görür – daha dəqiq desək, bolşeviklər üzərində siyasi məhkəmə işinə hazırlığa başlayır, işi Rusiya İmperiyasının ən görkəmli müstəntiqlərindən biri olan P.A.Aleksandrova həvalə edir.
Aleksandrov tərəfindən hazırlanmış iyirmi iki cilddən ibarət cinayət işi  indiyə kimi dərc olunmayıb. İstintaq materiallarının bir hissəsi onları L.M.Dobronravovla birlikdə 11 iyul 1917-ci il tarixində həftədə bir dəfə nəşr olunan “Bez lişnix slov” jurnalında dərc etmiş plexanovçu “Birlik” un üzvü, keçmiş bolşevik Q.A.Aleksinskiyə təhvil verilmişdi.
Mənbənin əfsanəyə çevrilməsi növbəti məsələ ilə əlaqədardır. 1904-cü ildə əks-kəşfiyyatda xidmət etmiş praporşik Yermolenko Dmitriy Stepanoviç Birinci Dünya müharibəsinin əvvəlində əsir düşür və almanlar tərəfindən cəlb olunur. Onu 1917-ci ilin aprelində təxribat törətmək, şpionajla məşğul olmaq və separatçı sülh müqaviləsi və Ukraynanın azadlığı xeyrinə təbliğat aparmaq üçün cəbhə xəttindən rus cəbhəsinə atırlar. Həbs olunan və A.İ.Denikinin ştabına göndərilən Yermolenko sorğuda bildirir ki, Rusiyada ondan başqa Berlində Skoropis-İoltuxovun mənzilində almanların tərəfində cəlb olunmuş Lenin də almanlara işləyir. İfadənin protokolu mayın 16-si Denikin tərəfindən Petroqrada hərbi nazirə göndərilir.
Daha sonra Q.A.Aleksinki ifadələrindən bir az da məftun olur və ifşa etdiyi şpion dairəsini daha da genişləndirir. Hətta menşevik F.Dan belə bu ifadələr barəsində bəyan etməli olmuşdu ki, “ rəsmən şərəfsiz yalançı elan edilmiş insanın fədakarlığına son qoymaq vaxtıdır”.
Bu əfsanə bir müddət həqiqətən də işə yaramışdı və bolşeviklərin avtoritetinə zərbə vurulmuşdu. Amma Müvəqqəti Hökumətə bu daha kömək olmadı – ölkədə vəziyyət kritik həddə yaxınlaşdı və 17-ci ilin payızında Oktyabr İnqilabı nəticəsində bolşeviklər ölkədə hakimiyyəti ələ keçirdilər.
PLOMBLANMIŞ VAQON
Müasir “ittihamçıların” da söylədiyi kimi V.İ.Lenin Almaniya ərazisindən Rusiyaya xüsusi plomblanmış vaqonda göndərilmişdi. Bunda nə var ki? Heç də təkcə o qayıtmırdı. Müvəqqəti Hökumətin qərarı və köməyi ilə bütün siyasi emiqrantların, çar rejimi əlehdarlarının ölkəyə qaytarılması həyata keçirilirdi. Onun adından rus emiqrantlarının vətənə qaytarılması üzrə Komitet hərəkət edirdi.  Bərabər qaydada tərksilah edilib nəzarət altında saxlanılan almanların Almaniyaya qaytarılması məsələsi də müzakirə edilirdi. Bolşeviklərdən başqa ölkəyə qaytarılanların içərisində həm eserlər, həm menşeviklər, həm də bəzi milli partiyaların nümayəndələri də vardı. O cümlədən Rusiyaya eyni qaydada V.İ.Lenin kimi tanınmış menşevik liderləri Y.O.Martov və P.B.Akselrod da qayıtmışdı.
Almaniyanın xeyrinə şpionçuluqda Müvəqqəti hökumət tərəfindən təyin edilmiş prokurorlar tərəfindən Trotski və eser liderlərindən olan Çernov da ittiham edilirdi. Yeganə arqument isə eyni idi – Almaniya ərazisi üzərindən gediş. Həqiqətdə isə Trotski ABŞ-dan, Çernov isə İngiltərə ərazisi üzərindən keçməklə Fransadan qayıdırdı. Nəticədə eserlərin partiyası Müvəqqəti hökumətə ultimatum elan etdi. Aparılmış istintaq anlaşılmazlıq elan edildi, rüsvay olmuş prokurorlar isə işdən azad olundu.
PARTİYANIN ALMANİYADAN MALİYYƏLƏŞDİRİLMƏSİ VƏ YA “ALMAN QIZILI”
1918-ci ilin yazında tanınmış Amerika jurnalisti Edqar Sisson Rusiyadan Semyonov adlı hansısa rusiyalı  həmkarından aldığı, sonralar isə “Sisson sənədləri” adlandırılan sənədləri Rusiyadan çıxarır – bu sənədlər bolşeviklərin Almaniya maraqlarına uyğun təxribatçı fəaliyyətlərini və şpionluğunu, özü də alman pulları ilə, “tam şəkildə sübut edirdi: guya ki, 1917-ci il hələ mart ayının 2-də  Alman bankında bolşevik inqilabı üçün böyük məbləğdə kredit açılmışdı.
Amma  “Sisson sənədlərinin” həqiqi olub-olmaması demək olar ki dərhal şübhə doğurdu. Fevral İnqilabından sonra Rusiyada olan Edqar Sissonun kolleqası Artur Bullard 18-ci ilin martında özünün “Alman qızılı haqqında” memorandumunda qeyd edirdi:
“Bolşeviklərin və Leninin Almaniya tərəfindən “saxlanılması” yeni söhbət deyil. Bu söhbət şayiələr şəklində 1917-ci ilin oktyabrından qabaq da meydana çıxırdı və ortadan yox olurdu. Daha sonra bolşeviklər hakimiyyətə gəldikdən sonra  “üzdən şübhəli və gizli görünən simalar” Rusiyadakı ittifaq missiyalarını “alman izi” haqda informasiyanı satmaq təklifləri ilə təngə gətirməyə başladılar.”
“Sisson sənədlərinin” saxta olmasını 1918-ci ilin oktyabrında ilk bəyan edən fin sosialisti Nouterva oldu.
1919-cu ildə  məşhur amerikalı jurnalist, Rusiyada baş vermiş hadisələrin şahidi olmuş Con Rid onların (Sisson sənədlərinin) yalan olduğunu sübut etdi. Elə həmin ildə Almaniya hökuməti açıq şəkildə göstərdi ki, guya praporşik Yermolenkonu ələ alan və bolşeviklərə göstəriş verən heç bir ofiser olmayıb.
Artıq 1956-cı ildə isə Amerikanın Müasir Tarix jurnalında Sisson sənədlərini əsaslı surətdə araşdıran, keçmiş diplomat və tarixçi Corc Kennanın tədqiqatı nəşr olunur. O göstərdi ki, bu sənədlərin həqiqi müəllifi öz əlaltısı Y.Semyonovun köməyilə amerikalı kəşfiyyatçı E.Sissonu, hansı ki, onları 1918-ci ilin martında 25 min dollara əldə etmişdi, sənədlərin həqiqiliyinə inandırmağı bacarmış, alman tematikası üzrə ixtisaslaşmış, petroqradlı jurnalist F.Ossendovski olub.
1994-cü ildə Sissonun arxiv fondunu araşdırmış rusiyalı tarixçi alim Vitaliy İvanoviç Starcsevin elmi işi bu saxta sənədlərin ifşa olunmasında həlledici oldu. Onun “Alman pulları və rus inqilabı” kitabı bolşeviklərin alman şpionları olması əfsanəsini birdəfəlik məhv etdi.
NƏTİCƏ
Leninin “şpionçuluqda” və ya bolşeviklərin “alman qızılında”itiham edilməsi  Ağ Hərəkatın xaricdən maliyyələşdirilməsi və ya Leninin başçılığı altında məhz bolşeviklərin xarici müdaxilə zamanı (1918-1921-ci illərdə) Rusiyanı müdafiə etməsi kimi təkzibolunmaz faktların fonunda tamamilə gülməli görünür.
Lenin doğrudan da Rusiyanın qərb ərazilərinin böyük bir hissəsinin almanlara verilməsini nəzərdə tutan Brest sülhünün imzalanmasında israr edirdi, çünki bunu ölkədə yaranmış xüsusi vəziyyət tələb edirdi ( ki, bunu o özü daim qeyd edirdi).
Amma! Eyni zamanda Lenin Almaniyanın özünün daxilində inqilab alovunu alovlandırmağa çalışırdı – bolşeviklər öz hökumətlərinin məğlubiyyəti üçün fəaliyyət göstərən  Karl Libknextin və Roza Lüksemburqun başçılığı altında “Spartak” qrupunu dəstəkləyirdilər.
“Tezliklə avropa sosial-demokratlarının siyasi şüarı respublikaçı Birləşmiş Avropa Ştatlarının yaranması olmalıdır, özü də sosial-demokratlar alman, avstriya və rus monarxiyalararının inqilabsız devriləcəyi təqdirdə bu şüarın bütün saxtalığını və əhəmiyyətsizliyini izah edəcəklər” – V.İ.Lenin
...Rus inqilabını elə inkişaf etdirmək lazımdır ki, hakimiyyət işçilərin,kəndli və muzdur deputatların əlinə keçsin. Biz, yəni mən və Zinovyev ölkə xaricində broşura nəşr etmişik, hansında ki, elə indi burda söylədiklərimizi söyləyirik, biz onu alman dilində nəşr etdik və alman sosialistləri onu bütün Almaniyaya yaydılar” – V.İ.Lenin.
Lakin hətta Brest sülhünun imzalanmasından və ondan sonrakı hadisələrdən sonra belə bolşevik partiyasının rəhbərliyinin fəaliyyətində Almaniya xeyrinə şpion fəaliyyətini xatırladacaq kiçik bir şey tapmaq daha çətindir, nəinki ona qədər. Almaniyanın şərq cəbhəsi helə də ləğv edilmədi, deməli oradaki ordu həlledici döyüşlər və almanların Antanta orduları üzərində qələbəsi üçün Qərb cəbhəsinə atılmadı. Bir ildən az bir zamanda isə, Almaniyada baş vermiş Noyabr inqilabı nəticəsində, şübhəsiz ki, Rusiyada baş vermiş hadislərin alman ordusunda bolşeviklərin apardığı müharibə əlehinə aqitasiyaların təsiri altında  baş vermiş,  İİ kayzer Reyxi süquta uğradı və 1918-ci ilin 13 noyabr tarixində sovet hökuməti Brestdə ona sırınmış öhdəlikləri yerinə yetirməkdən imtina etdi.
Tərcümə Azərbaycan ekososialistlərinə məxsusdur.