Hər cür
burjuaziyanın ən sevimli olduqca qozbel siyasi yalanı SSRİ-də kütləvi siyasi
repressiyalardır. Bu haqda nələr uydurmadılar: bolşevik repressiyaları, Dövlət
Təhlükəsizlik Komitəsinin repressiyaları, qırmızı terror, Daxili işlər Xalq
Komisarlığının, Fəhlə-Kəndli Qızıl Ordunun apardığı repressiyalar, Yejov repressiyaları, Beriya
repressiyaları, və ən yüksəkdə - Stalin repressiyaları. Tribunada,ekranda,
siyasi politrop səhifələrində çıxış edən hər bir demokrat – teatr axmaqlarından
tutmuş (xalq artistləri ilə qarışdırmaq lazım deyil, həqiqi xalq artistləri
ilə) heç vaxt öz personasından başqa digər şeylərlə maraqlanmayan xırda
alverçilərə qədər, - yeri düşdü-düşmədi mütləq Sovet hökumətini,sovet
insanlarını,kommunist-bolşevikləri təhqir edir. Uğurları bütün sahələrdə dünya
tərəfindən qəbul olunmuş SSRİ-i həyatının istənilən dövrünü qeyd edirlər, və
heç biri inqilabdan əvvəlki irtica dövrünün repressiyaları haqda, nə vaxt ki, yalnız 1907-1909-cu illər ərzində
istintaqsız və məhkəməsiz təxminən 15 min insan,əsasən də kəndlilər,
asılmışdı,güllələnmişdi,öldürülmüşdü, doğranmışdı, bir söz belə demir. 10 il
ərzində Əfqanıstanda həlak olmuş sovet
hərbiçilərinin sayı qədər. Bu hərbiçilər heç olmasa öz ölkələrinin dövlət
maraqları uğrunda həlak olmuşdular. Bəs sadə peşə sahibləri olan həmin dinc
insanlar dinc zamanda nə üçün həlak olmuşdular? Və heç bir demokratiya hərisi reformator qurbanlarını yad etmir.
İstənilən
savadlı insana aydındır ki, Stalin repressiyaları haqda miflər təkcə edilmiş
hərəkətlərə görə məsuliyyət qorxusuna görə söylənilməmişdir. Rəhbərlərin böyük
Qərbin etimadını qazanmaq istəkləri vardı. Eyni zamanda da sovet insanlarından
anti-sovet sosial təbəqə yaratmaq lazım
idi. Qorxulu miflər istənilən kampaniya ərəfəsində, istər seçki olsin,istərsə də
qiymətlərin növbəti dəfə qaldırılması, aktiv istifadə olunurlar. Sovet
hakimiyyətinin apardığı repressiyaların mifi fonunda müasir əsl repressiyalar
çox da qabarıq görünmür.
ABŞ-ı
bizə siyasi azadlıq və demokratiya nümunəsi kimi təqdim edirlər və 1948-ci
ildən bu günə kimi qüvvədə olan anti-amerika fəaliyyətinə görə Makkarti
qanununa əsasən milyonlarla insanın repressiya olunması haqda heç nə
danışmırlar. Hollivud o vaxtlar hələ gənc R.Reyqanın iştirakı ilə FKİ
tərəfindən tamamilə təmizlənmişdi. Heç bir sovet studiyasında belə bir şey
olmamışdı.
Rusiyada
və SSRİ-də repressiyalarla və insan ölümləri ilə bağlı hadisələrə nəzər
salaq. Petroqrad və onun ətrafında
1917-ci ilin fevral burjua inqilabı təxminən 50 min jandarmın, polisin,ordu və
donanma zabitlərinin ölümünə səbəb olmuşdu. (Xalqda ağ-mavi rəngli güc
qüvvələrinə qarşı nifrət böyük idi). Bolşeviklərin bu etirazlarla heç bir
əlaqəsi yox idi. Oktyabr sosialist inqilabı 6 min insan ölümü ilə başa gəldi.
Hamıya məlumdur, hakimiyyəti itirən sinif vətəndaş müharibəsini başlayır.
1917-ci ilin oktyabrında hakimiyyəti itirən burjuaziya idi və elə o da, özünə gələn kimi, Vətəndaş
İşçilərin,kəndlilərin,qızıl
əsgərlərin, qadınların vəhşi kütləvi zorakılıqları və qətlləri barəsində sovet
mənbələrinin əl vermədiyi ağ mühacirlərin memuarlarından öyrənmək olar.
Ağqvardiyaçılar vəhşilikdə faşistlərlə bəhsə girə bilərlər.
1918-ci
ilin iyulunda Buquruslan qəzasında kəndli üsyanın yatırılmasında o vaxtki
demokratlar tərəfindən 500 kəndli qətlə yetirilmişdi. Samarada həmin demokratların
geriyə çəkilən “xalq ordusunun” ardınca
getməkdən imtina edən 900 yeni əsgər güllələnmişdi. Çişmada əsir olan 121 qızıl
əsgər güllələnmişdi. Bütün bunlar ağ-mavi-qırmızı zolaqlı bayraq altında 3-4
həftə ərzində kiçik regionda bazar uğrunda törədilmişdi. Tək-tək törədilmiş
qətlləri nəzərə almaq çətin idi.
Elə həmin
1918-ci ilin iyulunda Sovet Rusiyasının 22 quberniyasında sovet və partiya
işçilərinə qarşı əksinqilabçı təşkilatlar tərəfindən 414, avqust ayında 289,
sentyabrda- 6010 terror hadisəsi baş vermişdi.
1918-ci
ilin iyul ayından 1919-cu ilin fevral ayına kimi Ümumrusiya Fövqəladə
Komissiyası (ÜFK) tərəfindən siyasi əsaslara görə 4686 nəfər və 800 cinayətkar
güllələnmişdi. 1918-ci ilin may ayından dekabr ayınadək ağ qvardiyaçılar təkcə
13 quberniya üzrə 22780 insan edam etmişdilər.
1918-ci
ilin sentyabrından 1920-ci ilin dekabrınadək Fəhlə-Kəndli Qızıl Ordusu 2,2
milyon insan itirmişdi. Bunlardan 800 min nəfər ölü və itkin düşənlər, 1 milyon
390 min nəfəri aclıqdan və xəstəlikdən ölənlər idi. Aclıq və yatalaq Sovet
Rusiyasının dinc əhalisini də məhv edirdi. Həmin vaxt Krasnov,Denikin, Vranqel
hökuməti isə pul,silah,sürsat,döyüş sürsatı, tank və təyyarələrin əvəzində taxılı
ölkə xaricinə daşıyırdı. Çörəyi çörək quberniyalarından oğurluqla alırdılar. Bu
haqda burjua tarixçiləri və təbliğatçıları susurlar. Bunun əvəzində “sivilizatorların”
blokadasında aclıq çəkən işçilər üçün taxıl hazırlayan sovet ərzaq sapalağı
dəstələri haqda nə qədər danışırlar.
Bacılarımdan
biri, keçmiş baş həkim və Moskva şəhər Sov.İt.KP bürosunun üzvü 1932-ci ildə
babamızın qolçomaqlıqdan salınmasını 12 ildir ki, təkrar edir. Kaluqa qumunda və gilində öz zəhmətkeş əməyinlə varlana bilməzsən,
baxmayaraq ki, Sovet hökuməti zamanı torpağı ailə üzvlərinin sayına görə
bölürdülər, çarın vaxtında olduğu kimi kişilər arasında yox. 1932-ci ildə böyük
uşaqlar kolxoza daxil oldular, ortancıllar Lenin çağırışına əsasən 1922-ci ildə
Sibirə getdilər. Kollektivləşdirmənin başlanğıcına kimi babam Moskvaya qaçan
qolçomaqların mülkiyyətini ucuz qiymətə alması hesabına varlandı. 1932-ci ildə
o iki evə, iki taxıldöyən maşına, bütün mümkün inventara, əkin sahəsinə,
mal-qaraya sahib idi. Öz pay torpağını işləyirdi, qonşulardan icarəyə
götürürdü, uzaq kəndlərdə taxıl döyməklə məşğul olurdu. Orta imkanlı biri
olduğundan, babam müntəzəm olaraq vergi ödəyirdi, qolçomaq oldu – acgözlük onu ələ aldı. Kənd soveti maliyyə inspektoru
ilə birlikdə mülkiyyətin bir hissəsini vergi ödəmədiyi üçün siyahıya aldı. Amma
ailədə həddi-buluğa çatmamış uşaq vardı
(12 yaşlı) və babamın şikayətinə görə SSRİ Ali Sovetinin Rəyasət Heyəti
qanuna əsasən sərt vergini ləğv etdi. Bütün qolçomaqlıqdan salmaq da bundan
ibarətdir. Bir qədər sonra kənddə yaşamaq istəməyən kiçik uşaqlar Moskvaya
getdilər, babam isə öz həyatının 94
yaşını 1960-cı ilə qədər doğma kəndində, kolxoza qatılmadan yaşadı. Üç çar, üç
baş katib, faşist işğalını gördü və öz kəndinin və Sovet Vətəninin vətənpərvəri
olaraq qaldı. Həyatının sonlarına yaxın kolxozu tərifləməyə və Xruşovu tənqid
etməyə başladı. Nənəm isə babama 10 uşaq doğaraq, babamın repressiyalarına görə
ondan ayrıldı və 1934-cu ildən 1978-ci ilə kimi yaşayış yerini dəyişmədən, 104
yaşına kimi Moskvanın sənaye rayonlarından birində yaşadı və həkimlərin
köməyinə ehtiyac olmadan sakitcə vəfat etdi. Moskvada ətraf mühiti kim
zəhərləyib: sovet təsərrüfatçıları-bolşeviklər yoxsa burjua kapitalistlər?
Kolçakın
hakimiyyəti altına düşən Sibirdə yaşayan babam isə oğlanları Ağ Orduya səfərbər
edilməkdən gizləndikləri üçün cəza
verənlərdən 75 sünbə almışdı. Sovet hakimiyyəti zamanı həm fərdi təsərrüfatlı kəndli
kimi,həm də kolxozda sağlam yaşadı.
20-ci illərin
sonuna bütün SSRİ–də üçüncü il idi ki, kollektivləşdirmə haqda müzakirələr gedirdi.
Payız-qış gecələrində Novoilinka Novosibirsk ərazisinin fərdi təsərrüfatlı kəndliləri təsərrüfat işlərini
səhmana salaraq “Pravda” qəzetinin qiraəti üçün yerli məktəbdə toplaşırdılar. O
vaxtlar qazetlər şaiyə və dedi-qodu çap etmirdilər, bütün kənd sovetinə 1 qazet
gəlirdi. Bir gecə qaranlıq pəncərədən tüfəng vasitəsilə açılan atəşdən daimi qazet
qiraətçisi müəllim Borisov öldürülmüşdü. Qatili dərhal həbs etmək mümkün olmadı.
O zamanlar milis rayon şöbələrində hətta mayorlar belə yox idi, polkovnik rütbəsində milis komissarları görünməmişdi
və eşidilməmişdi. Bəlkə də buna görə ölüm işi yalnız yarım ildən sonra araşdırıldı.
Düzdür, mənim babam yarım il ölümdə şübhə bilinərək istintaq nəzarəti altına alındı. Qətlin təşəbbüskarları
qolçomaq Stuklenkonun iki qardaşı, icraçının isə onların muzdur-mordvini olması
məlum oldu. Siyasi qətlə görə hər birinə 10 il iş verildi, Stuklenkolarda biri isə
qaçdı. 20-ci illərin sonu 30-cu illərin əvvəlinə maksimal cəzalar belə idi.
Bəzi
qardaşları və onların oğullarını və qızlarını çoxdan tanıyıram. Qardaşlardan
böyüyü “durğunluq” dövründə kənd
sovetinin deputatı idi və Sovet hakimiyyətini qəsəbədə təmsil edirdi, indi rəisdir.
30-cu illərin sonunda 15 yaşında o babası və atası ilə birlikdə
fırıldaqçılıqda,oğurluqda və ovçu-ostyakların öldürülməsində iştirak edirdi.
1939-cu ildə cinayətlərin üstü açıldı, ata və baba məhkəməyə cəlb olundu,
gələcək deputat-rəisi azyaşlı olmasına görə azad buraxdılar. Böyük Vətən
müharibəsinin sonuna yaxın orduya çağırdılar. Cəbhəyə gedib çatmamış məhkəməyə
düşdü: gözətçi olarkən ehtiyatsızlıqdan ya da qəsdən anbarı yandırmışdı.
Müharibə sona çatdıqdan sonra əhv olundu və bugün ona ikiqat güzəşt olunur: həm
Böyük Vətən müharibəsi iştirakçısı kimi, həm də repressiya olunmuş ailənin üzvü kimi.
Müharibə
illərində dezertirlərin axtarışında köhnə təriqətli monastırların yoxlanması
zamanı hazırkı və köhnə qırmızılara, həmçinin partizanlara şəxsən işgəncə verən və onları edam edən qolçomaq
cəzalandırma dəstəsinin komandiri Kurqandan olan Kuznecsov adlı biri həbs edilmişdi.
Monastır rahibləri arasında əsl xristian kimi yaşamaqla gənc rahibələrdən
birinə əkiz uşaq bağışlamışdı. Günahını gizlətmək üçün, yeni doğulmuş körpələri
boğmuşdu. Kuznecsovu hərbi cinayətlərinə görə mühakimə etdilər, körpələrin
qətli məhkəməyə naməlum qaldı.
Demokratik hökumətlər bugün pəhləvanların abidələrini dağıtmaqla bu vəhşilərə
bütün Sibir boyunca “ Qəm daşı” və “ Xatirə daşı” qoyur.
1990-cı
ildə təsadüf məni İrkutsk ərazisinin bir uzaq tayqa guşəsinə atdı. 85 yaşında
olmasına baxmayaraq, hələ də gümrah bir qarının evində gecələdim. Moskvadan
olduğumu bilərkən qarı cingiltili səslə dedi: “ Bu nədir Moskvada hansısa
demokratlar peyda olublar və yalan danışırlar ki, var-dövlətə görə qolçomaqlıqdan
salırdılar. Mən qolçomaq qızıyam və düzünü deyim ki, var-dövlətə görə
qolçomaqlıqdan salmırdılar, dilə və pis işlərə görə salırdılar”. O, pis işlərə
paxıllıq, oğurluq, tamahkarlıq üstündə intriqaları, yanğın törətməyi,
banditizmi aid etdi. Belə adamları köçürən kimi, adətən bütün kənd sakinlərinin
qərarı ilə, ərazidə sakitlik və əmin-amanlıq olurdu.
Mənim müharibədən
əvvəlki bessarabiya xüsusi köçkünlərindən
olan yeznəm yenidənqurma illərində doğmaların və yaxınların kiçik
dairəsində tez-tez deyirdi: “ Biz, xüsusi köçkünlər və onların nəsilləri, bizi
ölkənin içərilərinə köçürməklə müharibədən qorduğuna görə gərək Stalinə qızıl abidə qoyaq, özü də
vaxtında”.
Elə həmin
illərdə Federal Təhlükəsizlik Xidmətində işləyən qohumum mənim “Nə işlə
məşğulsan?” sualıma cavab verdi ki, vətəndaşların ərizələri üzrə bəraət
qazandırma ilə məşğuldur. İş deyil – başdan-ayağa cinayətkarlıqdır, siyasətlə
heç əlaqəsi yoxdur. Yazırlar, tələb
edirlər, prezidentə şikayət edirlər. İki səbəb var: siyasi – narazı sosial
qrupun yaradılması və maddi – güzəştlər.
Çoxları
hesab edir ki, Vətəndaş müharibəsi bitdi, NKVD bütün banditləri və ağ
qvardiyaçıları tutdu və dinc həyat başladı. Sovet xalqına və xüsusilə
partiyaçılara,hərbiçilərə, təsərrüfat işçilərinə, ictimai fəallara və onların
ailə üzvlərinə qarşı xalq düşmənlərinin terroru nə 30-cu illərdə, nə də 70-ci
illərdə dayanmamışdı. Terror formaları müxtəlif idi. Hətta sovet məsuliyyətli
işçilərinin azyaşlı uşaqları beə banditdən və ya trotskist-həkimdən
qorunmamışdı: sübut et ki, həkim üzrlü bəhanə ilə müalicə etməyib və ya qəsdən
səhv müalicə edib. Cinayətkarların əli ilə nə qədər uşaq ölmüşdü? Belə
statistikanı heç kim aparmırdı, bununla məşğul olmağa heç kim yox idi, buna heç
vaxt da yox idi – ölkə təsərrüfat və mədəniyyət quruculuğunun möhtəşəm
məsələlərini həll edirdi.
04.06.1992-ci
il “Trud” qazetində “Böyük terrorun” (1935-1939-cu illər) məxfi məlumatları
nəşr olunmuşdu. Vətəndaş müharibəsinin faktiki davamı olan təxminən 5 il
ərzində 53 min insan güllələnməyə məhkum edilmişdir (amma heç də hamısı
güllələnməmişdi, qətl törətmişlər və ya
xariclə əlaqəsi olanlar güllələnmişdi) və 202 min insan müxtəlif müddətə azadlıqdan məhrum edilmişdi. 1937-39-cu
illərdə həbs edilmiş 10 min РККА zabitindən 70 nəfər güllələnməyə məhkum
edilmişdi, yalnız 17 nəfər
güllələnmişdi. Güllələnənlərin tək familyaları çox şey deyir: Tuxaçevskiy,
Blüxer,Putna,Uboreviç,Feldman,Yakir,Kork. “Stalin” düşərgələrində 1935-ci il 1
yanvar tarixinə 735 min, 1936-cı il 1 yanvar tarixinə-839 min nəfər dustaq
vardı. Qorbaçovun zamanında 1989-cu ildə isə 2 milyondan artıq cinayət
törədilmişdi və cəmi 607 min nəfər cinayət məsuliyyətinə cəlb edilmişdi.
Yeltsinin dövründə 1994-cü il RF üzrə
respublikaya cinayətkarlıq üzrə 925 min cinayət hökmü vermişdi. Onda terror və
repressiyalar kim tərəfindən və vaxt aparılıb?
A.Yakovlev,D.Volkoqonov,R.Medvedev
və onun kimiləri SSRİ-də repressiya olunmuş gah 60 milyon, gah da 80 milyon
nəfər haqda danışanda onları başa düşmək olar: öz xainliyiniə nə iləsə haqq qazandırmaq lazımdır. SSRİ-dəki
kütləvi repressiyalar haqda hansısa Kiselev,Dorenko və ya Svanidze danışanda,
onları da başa düşmək olar: onlar
özlərinin yarı nökər-yarı ağa həyatları üçün çalışırlar. Bütün bu adamlar
trotskistlərin, qolçomaqların nəsilləri, şöhrətpərəstlikləri ödənməyən
eqoistlərin, tamahkarlardır. SSRİ-ni pisləyənlərin içərisində Oktyabr inqilabı
nəticəsində hələ doğulmamış mülkədar-maldar babasının zəngin mirasını itirmiş
Soljenicsin xüsusi yer tutur. Bu azmış kimi, institutu bitirdikdən sonra Vətən
uğrunda,Stalin uğrunda müharibəyə də
getmək lazım oldu, düzdür arxa təsərrüfat vzvodunda həyat yoldaşı ilə görüşməyə icazə də verilmişdi (çox az adama
bu cür “gözəl vuruşmaq” nəsib olurdu). Amma müharibədə öldürə bilərdilər ki, bu
da “qəhrəmanı” “yuvaya” köçməyə vadar etdi. Olduqca qəzəbli və şöhrətpərəst olan bu eqoist böyük
yazıçı-ustad qabiliyyətinə sahib olmadığından Soljenicsin uzun illər sovet və
dünya burjuaziyasının dəstəyi ilə düşərgə yazıları ilə məşğul olur. O, başqa
həyat tanımayıb, 1945-ci ildən 1953-cü ilə kimi islah-əmək düşərgəsində
oturması onda ilk ən güclü təəssüratları yaradır. Siyasi konyuktura
Soljenicsini öz axınına saldı və qeyri-müəyyənlikdən çıxardı, residivistlər arasında populyarlıq
qazandı. 20 il ABŞ MKİ-nin köməkliyi ilə tarixi antisovet mövzusunu
mənimsədi. SSRİ-dəki repressiyalar haqda
təsəvvürlər də məhz elə bu yazılanlar
üzərində qurulur.
Bu
yazıçıları da başa düşmək olar. Amma Sovet hökuməti sayəsində insan olan,
hazırda isə heyvan vəziyyətinə düşmüş 300 milyon sovet vətəndaşlarını necə başa düşmək olar?
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur
Orignal: http://www.svoim.info/201211/?11_8_2
Комментариев нет:
Отправить комментарий