21 авг. 2013 г.

ƏMƏK MİQRANTLARI: MİFLƏR VƏ REALLIQ

Əmək miqrasiyası  kapitalizmin və müasir “qloballaşmanın” (daha dəqiq, imperializmin) qanunudur. Kapitalist üçün ucuz əcnəbi iş qüvvəsi cəlb etmək sərfəlidir. Bununla o, iki deyil, eyni bir vaxtda üç dovşan vurur - əmək haqqında qənaət edir, “yerli” işçilərin qiymətini öldürür, yerli işçilərdə “gəlmələrə” qarşı yönəldir, sanki, bütün bəlalar onların üzündən baş verir.
1991-ci il əksinqilabından və SSRİ-nin dağılmasından sonra əmək miqrasiyası bizim həyatımıza soxulmağa başladı. Əvvəlcə Rusiyanın və keçmiş İttifaqın digər respublikalarının vətəndaşları müxtəlif peşələr üzrə - alimlikdən tutmuş bordel personalına kimi, qasterbayderlər kimi Qərbə axın etməyə başladılar. Sonra Rusiyanın özünə SSRİ-nin dağılmasından sonra yaşayışın daha pis olduğu Orta Asiyadan leqal və qeyri-leqal miqrant axını tökülüşüb gəlməyə başladı.
Belə vəziyyətin səbəbi kapitalizmin qeyri-bərabər inkişaf qanunudur. Sahibkara gəlirdən başqa heç nə maraqlı deyil, həmçinin də istehsalın sosial tərkibi – iş yerləri və orta əmək haqqı. Kapital həmişə sonsuz və mənasız çoxalmaya can atır, buna görə də bazar şəraitində müxtəlif regionları bərabər inkişaf etdirmək mümkünsüzdür. Sahibkar üçün ölkəni “banan respublikasına” çevirmək daha asandır, nəinki istehsalı,təhsili, mədəniyyəti kompleks şəkildə inkişaf etdirmək. Müasir kapitalist siyasətini SSRİ kommunistlərinin siyasətindən fərqləndirən də məhz budur. İttifaq respublikalarında planlı sosializm iqtisadiyyatına (xüsusi mülkiyyət olmadan) əsasən regionları inkişaf etdirirdilər. İndi isə cənablar sadəcə təbii ehtiyatları ( Qazaxstan, Azərbaycan, Türkmənistan və b.) sorurlar və kənardan yarı qul iş qüvvəsi gətirirlər. Özü də sahibkarların hansı millətdən olması (yerli, rus, amerikalı) fərq etmir.
SSRİ-də sosializm zamanı hər respublikda zəhmətkeşlər üçün iş və özünü reallaşdırmaq imkanı vardı, və bir qayda olaraq, harasa getmək lazım deyildi. Bundan əlavə, SSRİ-də əcnəbilər üçün əmək haqqında diskriminasiya yox idi, heç kim tacikə rusdan aşağı ödəyə bilməzdi, çünki, bu qanunla qadağan olunmuşdu və istehsalın məqsədi kapitalistin gəlir qazanması yox, cəmiyyətin tələbatını təmin etmək idi. Ona görə də, SSRİ-də müasir əmək miqrasiyasının iqtisadi əsası yox idi.
Əlbəttə, bu o demək deyil ki, o zaman Rusiyada digər respublikalardan gələn yox idi. Belə insanlar çox idi, amma onlar qastarbayter deyildilər. İndi vəziyyət başqadır. Və yuxarıda qeyd edildiyi kimi, kapitalistlər işçiləri və ümumiyyətlə müxtəlif millətdən olan işçiləri dalaşdırmağa çalışırlar. Bu da  yerli işçilərin müəyyən hissəsində çağırışa cavab tapır. Ona görə bəzi “anti-qastarbayter” miflərini nəzərdən keçirək.
Birinci mif. “Qastarbayterlər – aşağı əmək haqqına işləyən və yerli işçilərin əmək haqqlarını aşağı salan ştreykbrexerlərdir”. Əslində “ştreykbrexer” – tətillər zamanı üsyan edənlərin əvəzinə işləməyə razı olan işçidir. Ştreykbrexer anlayışını aşağı əmək haqqına işləməyə razı olan istənilən işçi kimi geniş izah etsək, o zaman bura təkcə qastarbayterlər deyil, zəhmətkeşlərin böyük hissəsini – qadınları, şəhərlərdə işləyən kənd sakinlərini, təqaüd əlavə olaraq qəpiyə işləyən qocaları da aid etmək olar. Onda belə çıxır ki, bütün bu insanlar digər işçilərin düşmənidir?

Ikinci mif.Qastarbayterlər qazanılmış pulları ölkədən çıxarırlar və yerli iqtisadiyyatı dağıdırlar”. Məlum olduğu kimi, işçi dəyəri təkrar istehsal olunmuş məhsulda təcəssüm olunan  əməyi ilə yaradır. Həmin təkrar istehsal olunmuş, işçinin əməyi ilə əlavə edilmiş dəyər iki yerə bölünür – işçinin aldığı əmək haqqına və kapitalistə çatan gəlirə. Yəni, işçinin əmək haqqı təyinatına görə onun əməyinin yaratdığı dəyərdən aşağıdır. Bu istənilən işçi üçün doğrudur, amma məlumdur ki, qastarbayterlərin maaşı digərlərindən daha aşağıdır. Onlar yaratdıqlarının çox az hissəsini əldə edirlər.Bu ölkə oliqarxlarının və məmurlarının ölkədən çıxardıqlarından olduqca azdır. Kapitalizmin bazar iqtisadiyyatı çoxdan milli çərçivələri çıxıb və sadəcə iki böyük düşərgə var – burjuaziya və proletariat.

Üçüncü mif.Əgər qeyri-leqalları və ümumiyyətlə bütün qastarbayterləri qovsaq yeli işçilər üçün yaxşı olacaq”. Əmək miqrasiyası kapitalizm üçün təbiidir. Burjuaziyanın hakim sinfi bunda bilavasitə maraqlıdır, xüsusilə qeyri-leqal əmək miqrasiyasında (qeyri-leqallar daha hüquqsuzdurlar və buna görə də onları intensiv istismar etmək, sonra isə aldatmaq olar). Ona görə də kapitalizmdə qastarbayterlərin cəlb edilməsinə qarşı mübarizə aparmaq mənasızdır. Millətçilər işçilər arasında milli nifrət oyatmağa çalışırlar, bu işçiləri aldatmaq üçün düşünülmüş  siyasətdir.


Tərcümə Azərbaycan Ekososialistləri

Комментариев нет:

Отправить комментарий