29 сент. 2016 г.



İngiltərə futbol yığmasının baş məşqçisi korrupsioner çıxdı... Bir zəhmət, bizim qərbpərəst sağçılardan və liberallardan dəqiqləşdirin görək Britaniyada "əsl kapitalizm" var ya yox?
 Korrupsiya nədir?
 Korrupsiya - kapitalizmin genetik xəstəliyidir. Əmtəə-pul münasibətlərinin şərtləri korrupsiyanı arzu edilən nəticəni əldə etmə üzrə əmtəə sazişin növü kimi müəyyənləşdirir. Heç bir qanunverici qadağalar və yaxud ictimaiyyətin mübarizəsi korrupsiyaya qalib gələ bilməz. Taa o vaxta kimi ki, korrupsiyanın əsası qoyan istehsal vasitələrinə olan şəxsi mülkiyyət və ictimai istehsalın əmtəə xarakteri məhv edilməsin.
ABŞ və ümumilikdə Qərb imperializminin təsir agentləri, 5-ci kolon intellektualları nə deyirlər desinlər, lakin korrupsiya kimi bir
hadisə yalnız və yalnız ictimai həyatın köklü dəyişdirilməsi - kapitalist sistemin sosialist sistemlə əvəz edilməsi - nəticəsində yox ola bilər.
Yoldaş Stalin korrupsiyaya qalib gəlmişdi. Bizim qərbpərəst manqurtların bir kumiri var - Saakaşvili. Ondan sitat gətirmməyi çox sevirlər: "Rüşvətə qalib gəlməyin çox sadə yolu var. Mən özüm rüşvət almadım, heç kim də almadı."
1-si, artist Saakaşvili rüşvət alıb, komandası da alıb. Saakaşvilinin sponsoru və mənəvi dədəsi Soros dedi ki, "Saalaşvili rüşvəti və korrupsiyanı insiharlaşdırdı, ləğv etmədi". Hə, Şevarnadzenin vaxtı ilə müqayisədə Gürcüstanda rüşvət və korrupsiya azalıb.
2-si, madam bizim qərbpərəstlər belə təmiz lider sevdalısıdır, niyə yoldaş Stalindən iblis yaradırlar?! Rusiyanın sağ-liberal prezidenti Putin də daima sovet sosializminə böhtan atır. Bu gün isə iclas təşkil edib, komandasına göstəriş verib ki, inflyasiyanı 4%-zə endirsinlər.... Hm... Ayə, rəhmətliyin oğlu, bəyənmədiyin sovet sosializmində inflyasiya yox idi. Sən isə inflyasiyanı necə 4 faizə salacağının dərdini çəkirsən... O boyda ağır müharibədən çıxmış SSRİ-də yoldaş Stalin qiymətləri salırdı və eyni vaxtda maaşları artırırdı... SSRİ-də inflyasiya Qorbaçovun burjua islahatlarından sonra baş verdi. O vaxta da "SSRİ" demək olmaz. Qorbaçovun vaxtında sovet sosializmi proyekti faktiki olaraq geri çevrildi. Sırf buna görə Qorbaçovu bu günə kimi QƏrbdə sevirlər, bağrına basırlar, ayaq üstə alqışlayırlar. Və sırf buna görə Qərbdə Boris Yeltsini demokrat hesab edirlər.
Uzunçuluq olmasın, bir tarixi hadisə də nəql edim. Böyük Vətən müharibəsində bir sərkərdə kimi hörmət qazanmış Jukov Berlindən bir neçə vaqon "qənimət" gətizdirir. Bundan yoldaş Stalin xəbər tutur. Onu Odessaya komendant təyin edir. Sonra Jukovun "qənimət" korrupsiyasının həqiqi miqyası məlum olur. (İndiki korrupsiya səviyyəsinə görə heç, qəpik-quruş.) Yoldaş Stalin Jukovu Odessa mahalından da çıxardır, Sibirə daha kiçik vəzifəyə göndərir. Bunun kinini Jukov saxlayır və Xruşşov gilin dövlət çevrilişində onların tərəfində hərəkət edir. Təkcə bu hadisə onu sübut edir ki, yoldaş Stalin təbliğ edildiyi kimi qəddar adam olmayıb, tam tərsi - bağışlayan və ürəyiyumşaq olub. Yoxsa Jukovu da, Xruşşovu da, onlar kimi qeyri-səmimi kommunistləri vaxtında güllələtdirərdi. Onun nüfuzu buna yetərdi.

Комментариев нет:

Отправить комментарий